188) Anatoksin nə deməkdir?
A) Mikrob hüceyrəsinin ayrı-ayrı antigen komponentləri
B) Az bir miqdarda formalinin əlavə edilməsi nəticəsində zərərsizləşdirilmiş toksin
C) Natrium xlorid məhlulunda öldürülmüş mikroorqanizmlərin suspenziyası
D) Xəstədən ayrılan və yalnız həmin xəstənin müalicəsi üçün istifadə olunan mikrob
E) Virulentliyi kəskin zəiflədilmiş mikroorqanizmlərin ştamı
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г. В.Д. Тимаков «Микробиология»,1983г.
Bölmə 4. Enterobakteriyalarla törədilən yoluxucuların mikrobiologiyası
189) Enterobakteriyaların hüceyrələrinin forması hansıdır?
A) Bütün qeyd olunan formalar
B) Spiral
C) Kokk
D) Çöp
E) Vibrion
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
190) Enterobakteriyalara nə xas deyil?
A) Hərəkətlilik
B) Kapsulanın olması
C) Sporların olması
D) Fakultativ anaerob olması
E) Katalazanın müsbət olması
Ədəbiyyat: В.И.Покровский «Медицинская микробиология», 1999г.
Dostları ilə paylaş: |