Tullantı kamerası. Yeyinti qalıqlarının yığılması üçün nəzərdə tutulmuş zibil
qabları (tullantı kamerası) saxlandığı yerdə təcrid olunmuş şəkildə yerləşməli,
maksimum qısa yolla vaxtında aparılmalıdır.
Tullantı kamerası birinci mərtəbədə, həyətə doğru isidilmiş dəhlizdən yolu
olan soyuducu blokda yerləşdirilir. Əgər soyuducu blok zirzəmi yerində olarsa,
onda kamera birinci mərtəbədə ayrıca yerləşdirilir. Bir mərtəbəli binada
layihələndirilən müəssisələrdə tullantı kamerası yuma şöbəsi ilə bir yerdə, çox
mərtəbəlidə isə o xüsusi qaldırıcı-liftlə yuma şöbələri ilə birləşdirilir. Tullantıların
yuyucu şöbələrdən tullantı kamerasına araba ilə aparılması nöqsan hesab edilir,
çünki bu halda müəssisələrdə daşınmanın sanitar rejimi pozula bilər. Yuma
şöbələrindən yeyinti tullantılarının paylama və istehsal yerlərindən keçməklə
aparılması qadağandır.
Tullantı kamerası çənlərinin yuyulması üçün isti və soyuq suyun çəkilməsi də
layihələndirilməlidir.
Müştərilər üçün yer. Müştərilər üçün yer qruplarına xörək paylama xətti ilə
birlikdə zallar, bufet, paltar saxlanılan yerlə birlikdə vestibül və ayaqyolu otağı,
xörəyin evə buraxılması üçün yer, kulinariya maqazası daxildir. Binanın
yerləşməsi, daxili planlaşdırılması və təchizatı müştərilərə xidmət etmək üçün
əlverişli olmalı, istifadə olunmuş və təmiz qablar, hazır məhsullar və s. maksimum
dərəcədə əlaqəsiz olmalıdır. Yemək zalı bilavasitə binanın girişinin yaxınlığında və
vestibüldən təcrid olunmuş halda layihələndirilməlidir. Onun, paylama xətti
vasitəsilə isti və soyuq sexlərlə (öz-özünə xidmətdə), servis otağı və bufetlə
bilavasitə əlaqəsi olmalıdır. Zalın yeməkxana qabları yuma şöbəsinə yaxın olması
sanitar cəhətdən əhəmiyyətlidir.
Ticarət zalı ilə istehsal bölmələri arasında əlaqələndirici hissə paylama
xəttidir. Özü-özünə xidmətdə, o xüsusi gigiyenik əhəmiyyət kəsb edir. Belə ki, bu
xəttin necə yerləşməsi müştərilərin hərəkətini müəyyən edir. Onun düzgün
qurulması, tipinin seçilməsi və piştaxta toplusunun sayı xörəyin qidalıq dəyərinin
saxlanmasını təmin edir.
Özü-özünə xidmət zamanı, paylama xətti mətbəx olan sahədə də yerləşə bilər
və ondan arakəsmə ilə ayrılır. Paylama xətti ilə mətbəx arasında tavandan
döşəməyə qədər ekran (sipər) buraxılmalıdır. Sipər mətbəxdən iyin, buxarın zala
daxil olmasının qarşısını alır və hava axınının konvensiyası hesabına onları otağın
yuxarısına yayır.
Müxtəlif mərtəbələrdə layihələndirilən zallar müstəqil paylama şöbəsi (xətti)
və yuma şöbəsi ilə təmin edilməlidir. Qoşa paylama xəttinin istifadəsi zamanı,
onun soyuq və şirin xörəklər üçün soyuducu piştaxta-vitrinlə təchiz olunmasının
nəzərdə tutulması da çox vacibdir.
Müştərilərə ofisiantla xidmət etdikdə isə paylama xətti müstəqil, ayrıca yerdə
layihələndirilir və zaldan əsas divarla, dekorativ ekranla (sipərlə) yaxud hərəkətli
arakəsmə ilə ayrılır.
Özü-özünə xidmət müəssisələrində mühüm gigiyenik şərt yeməkxana
qablarının yuma şöbəsi ilə zal arasında əlaqə formasının yaradılmasıdır. Belə ki,
istifadə olunan qabların yığılıb toplanması müəssisənin sanitar vəziyyətini poza
bilər. İri müəssisələrdə qabların yuyulmaq üçün pəncərədən verilməsi gigiyenik
tələblərə cavab vermir. Zaldan çirkli qabların vaxtında aparılmasını təmin edən
lentşəkilli nəqliyyat bölməsinin layihələndirilməsi daha münasib hesab edilir.
Kafe zalında, yeməkxanada və xüsusilə restoranlarda istirahət yerinin
layihələndirilməsi müştərilərdə müsbət emosiya yaradır. Gigiyenik cəhətdən ticarət
zalının iki tərəfdən təbii işıqlandırılması və onun cənuba istiqamətlənməsi optimal
hesab edilir.
Müəssisələrin sanitar qovşağında ayaqyolu otağı yerinin düzgün təşkil
olunmasının da böyük əhəmiyyəti vardır. 60 yerlik zal üçün bir unitaz olmaqla, azı
iki ayaqyolunun olması layihələndirilir. Əlüzyuyan ayaqyolunun girəcəyində və
əlavə olaraq vestibüldə (50 yerə bir əlüzyuyan hesabı ilə) qoyulur. Qəlyanaltı
müəssisələrdə əlüzyuyan birbaşa zalda nəzərdə tutulur.
Kulinariya maqazaları bir qayda olaraq birinci mərtəbədə layihələndirilir.
Evə xörək buraxılma üçün yer, isti və soyuq sexlə sıx əlaqədə olmaqla ayrıca
(təcrid edilmiş) layihələndirilir.
İnzibati-məişət binaları. İnzibati binalar, digər binalar ilə əlverişli əlaqəsi
olan yerdə yerləşdirilir. Belə ki, mühasiblik, direktorun kabineti, iri müəssisələrdə
isə sanitar həkimin kabineti birinci mərtəbədə nəzərdə tutulur. Bu zaman
direktorun kabineti və mühasibat şöbəsi yaxşı olardı ki, xidmət girişinə yaxın yerdə
planlaşdırılsın, müştərilər istehsal yoluna yox, istehsal binasına yaxın – həkim
kabinetinə düşə bilsinlər.
Məişət otaqları (yeri) hər bir müəssisədə planlaşdırılır və vahid blok şəklində
birinci mərhələdə, yaxud zirzəmi mərtəbəsində yerləşdirilir. Bu yerin
layihələndirilməsi zamanı gigiyenik normanın həyata keçirilməsi, heyətin şəxsi
gigiyena qaydalarını yerinə yetirməyə riayət etməsinə imkan verilməsidir. Heyətin
üst paltarda müəssisə üzrə çox qısa yol ilə hərəkətini nəzərdə tutmaq çox vacibdir.
Bunun üçün iri müəssisələrdə inzibati-məişət binaları otaqları təsərrüfat həyəti
tərəfdə, ayrıca girişi olan və heyətə qulluq etmək üçün pilləkənli sahədə
layihələndirilir. Məişət yerinin istehsal yerindən şlüzlərlə, koridor, damalı
pilləkənlə təcrid edilməsi məcburi sanitar tələbi hesab edilir.
Sanitar şəbəkənin layihələndirilməsi xüsusi diqqət tələb edir: ayaqyolu
otağında əlüzyuyanla birlikdə axma üçün şlüz və paltar üçün xüsusi paltarasan
olmalıdır.
Tualet otağının dəhlizində heyət üçün döşəmədən 0,5m hündür-lükdə isti və
soyuq su kəməri olan ayrıca su kranı nəzərdə tutulur.
Məişət otaqlarının sayı və ölçüsü yerin sayı ilə, təchizatı isə istehlakçıların
sayı nəzərə alınmaqla müəyyən edilir. Belə ki, 100-dən çox işçisi olan
müəssisələrdə xüsusi otaq və ev paltarının ayrı saxlanması yeri nəzərdə tutulur.
Heyət üçün otaq 150 və daha çox oturacaq yeri olan yeməkxanalarda, 75 və daha
çox yer olan restoranlarda nəzərdə tutulur. Paltarasılanın ölçüsü, duşxana
şəbəkəsinin sayı (işləyənlərin 50%-i üçün), qadınlar üçün ayaqyolu kabinəsinin
sayı və s. ilə həmçinin sanitar normalarla müəyyən edilir.
4. Qarşılıqlı yerləşmiş binalarda istehsalın fasiləsizliyinin arası
kəsilmədən təminatı və onların bir-birilə əlaqəsi
İaşə müəssisələri, həmçinin digər qida müəssisələrinin layihələndirilməsi
zamanı vacib məsələ, istehsalın fasiləsizliyini və texnoloji proseslərin ardıcılılığını
təmin etməkdir. Ümumiliyi mümkün olan şərtlərdən xammal axınının görüşən və
qabağını kəsən hissələri götürmək, yarımfabrikatları, hazır məhsulları və yeyinti
yükü olmayanı, heyətin təcridliyini, üst geyimlərdə olanları istehsal prosesindən
çıxarmaqdır.
Müəssisələrdə sanitariya vəziyyətinin yaxınlığı və istehsal proseslərinin
fasiləsizliyi binaların qarşılıqlı yerləşməsindən və onlar arasında əlaqədən
əhəmiyyətli dərəcədə asılıdır. Müəssisələr iki və daha çox mərtəbədə yerləşən
zaman, gigiyenik cəhətdən ən əlverişlisi (məhsulun hərəkətinin qısa yolunu təmin
edən) binanın şaquli əlaqəsidir. Liftin sayı və ölçüsü, şaxtanın yerləşməsi
xammalın, yarımfabrikatların, hazır məmulatların və qida tullantılarının qısa
müddətdə daşınmasını təmin etməlidir. Belə ki, xammal daşıyan liftin şaxtası
birinci mərtəbədə anbar binası qrupunda, yuxarı mərtəbələrdə hazırlanma sexlərinə
qədər və digər istehsal sexinə qədər yerləşir. Bu da anbar binası otaqlarını istehsal
sexləri ilə əlverişli əlaqələndirir, sexlərinə isə xammal və yarımfabrikatların qısa
yolla hərəkətini təmin edir.
Qida qalıqlarının xaric olunması üçün yaxşı olardı ki lift birbaşa yeməkxana
qablarının yuma hissəsində yerləşsin, onun şaxtası birinci mərtəbədə tullantı
kamerasına yaxınlaşdırılsın.
5. Binanın tikinti materialına və daxili interyerinə gigiyenik tələblər
Qida məhsulları istehsal edən müəssisə binasının quruluşu və daxili interyeri,
müəssisədə əlverişli mikroiqlimin yaranmasına və sanitar rejiminin riayət
olunmasına imkan verməlidir, yəni burada asan yuyulma təminatı və dezinfeksiya
təminatı olmalı, həmçinin estetik və texniki təhlükəsizlik şərtləri müvafiq tələblərə
cavab verməlidir.
Tikinti materialları. Tikinti materiallarını seçərkən onların fiziki xassələrini
– istilik keçirməsini, istilik tutumunu, hiqroskopikliyini və səs keçirməməsini,
həmçinin nəmliyinin təmizlənmə imkanını nəzərə almaq lazımdır.
Qida müəssisələri üçün istifadə olunan tikinti materialları istilikkeçirmə
xassəsinə malik olmalıdır. Bu isə müəssisənin fəsillər üzrə temperatura
dəyişməsindən qorunmasını təmin edir və otaqları müxtəlif temperatur-nəmlik
rejimindən təcrid edir. Bu cəhətdən istilik keçirmə əmsalı 0,15-0,25 olan ağac
materialı daha gigiyenikdir. Kərpiç üçün isə bu qiymət 0,5-0,75, əhəngli suvaqda
0,33-0,75, betonda 0,9-1,25, dəmir betonda 1,4 təşkil edir.
Binanın daxili və xarici hissəsinin tikintisinə gedən materiallar kiçik
hiqroskopikliyə malik olmalı, yəni havanın nəmliyini özünə çəkməməli və
atmosfer çöküntüsünə davamlı olmalıdır. Belə ki, məsamələrin su ilə dolması
divarın istilik keçirmə xassəsini pisləşdirir.
Materialların yarımkeçirici xassəyə, yəni su buxarını özündən keçirmə
qabiliyyətinə malik olması da gigiyenik cəhətdən əhəmiyyətlidir. Tikinti
materialının düzgün olmayan ölçüləri divarda nəmin tutulmasına və onun
rütubətlənməsinə səbəb olur.
Materialların belə xassəsinin, xüsusilə, yüksək temperatur-nəmlik rejimi olan
binalar üçün (isti və qənnadı sexi, yuyucu, duşxana, soyuducu kameralarda)
mühüm gigiyenik əhəmiyyəti vardır.
Tikinti materialları həmçinin kiçik səskeçirmə ilə səciyyələnməlidir.
Qeyd etmək lazımdır ki, tikinti materialının hava keçirməsi müasir tikintidə
təbii küləkləmə amili kimi bir qədər əhəmiyyətli rol oynamır. Belə ki, divarın
düzəldilməsi (suvaq, örtüyün vurulması, xüsusilə yuyulan örtüklə, sintetik və yağlı
rənglərlə rəngləməsi) praktiki olaraq onu sıfıra endirir.
Tikinti materialının ən mühüm gigiyenik xassəsi onun istilik mənimsəməsidir,
yəni orqanizm istiliyinin materiala toxunan zaman verilməsi intensivliyidir.
Məlumdur ki, ağac və kərpicə toxunma hissi müxtəlifdir. Eyni temperatur
şəraitində kərpic soyuq, ağac isə isti görünür. Bu xassəni döşəmə üçün material
seçdikdə və divara üz çəkəndə nəzərə almaq lazımdır.
Hazırda tikintidə müxtəlif təbii və sintetik materiallardan istifadə edilir. Ağac
material gigiyenik cəhətdən daha çox əlverişli olub, ondan binanın daxilinin
düzəldilməsi və qida müəssisəsinin çox da böyük olmayan tikintisində (kafe, kurort
zonasında restoran) istifadə edilməsi tamamilə özünü doğruldur. Kərpic, beton,
dəmirbeton materialları da həmçinin gigiyenik tələbatları kafi ödəyir.
İstilik texniki xassəni artırmaq və səskeçirməni azaltmaq üçün yastı formalı,
istiliyi və səsi izolyasiya edən (təcrid edən) materiallardan və tutqun üzvi və qeyri-
üzvi materiallardan – minerallı pambıqlı, ağac-lifli, samanşəkilli-fibrolit
plitələrdən, tikinti keçələrindən istifadə edilir.
Sintetik tikinti materialları yüksək tikinti və iqtisadi effektinə, həmçinin
gigiyenik effektə malikdirlər. Onların çoxunun zəif istilik və səskeçirməsi olur,
hamar, asan təmizlənən səthə malikdirlər. Onlar tikinti konstruksiyası elementi,
döşəmə üçün örtük, istilik və səs izolyasiya materialı və s. kimi istifadə edilirlər.
Polimerləri bir tikinti materialı kimi gigiyenik cəhətdən qiymətləndirərkən
nəzərə almaq lazımdır ki, onlardan bəziləri ətraf mühitə toksiki kimyəvi maddələr
ayırmaq qabiliyyətinə malikdir. Bundan başqa, polimer materialların səthində xeyli
statik elektrik yükləri toplana bilər ki, bu da materiala toxunan zaman insanda xoşa
gəlməyən hisslər yaradır. Ona görə də polimer materiallarından tikintidə istifadə
üçün, sanitar-gigiyenik tövsiyələrə ciddi olaraq riayət olunmalıdır.
Binanın içərisinin düzəldilməsi. Binanın içərisi (interyeri) düzəldilərkən
təmizləməni çətinləşdirən artıq arxitektura hissələrdən (barelyef, qabartma naxış,
mürəkkəb karniz, kələ-kötür tavan) qaçmaq lazımdır. Döşəmə düz, sıx,
sürüşkənsiz, asan təmizlənə bilən olmalıdır.
Döşəmənin örtülməsinə olan gigiyenik tələblər binanın təyinatından asılı
olaraq fərqlənir. Belə ki, döşəməsi çox nəmlənən və çirklənən istehsal otaqları,
soyuducu anbar, ayaqyolu otağı, duşxana, vestibüllər sukeçirməyən möhkəm
keramik plitələrlə örtülür. Bəzən bu məqsədlər üçün beton və yaxud nəmliyə
davamlı sintetik materiallardan da istifadə edilir. Sement döşəmə yük boşaltma
yerləri, həmçinin tərəvəz və quru məhsul anbarı üçün nəzərdə tutulur. Asfalt örtük
bu binalara qadağan edilir. İnzibati binaları, paltarasılanı, dəyişmə anbarını və
inventar otağını adətən ağac döşəmə ilə düzəldirlər, yağlı boya ilə rəngləyir və
yaxud parça əsası olan linoleumla örtürlər.
Parket döşəmə az gigiyenikdir, bundan yalnız restoran zalında istifadə edilir.
Lakin zalda sintetik materialdan da istifadə məqsədəuyğundur. Aşağı mərtəbədəki
döşəmə quruluşunun böyük gigiyenik əhəmiyyəti vardır. Belə ki, etibarlı
döşəmənin olmadığı halda onun kifayət qədər qızdırılmaması, isitmə dövründə
temperaturun şaquli istiqamətdə bərabər paylanmamasına səbəb olur. Digər
binadan izolyasiya üçün döşəmənin hündürlüyünün dəyişilməsinin də əhəmiyyəti
az deyildir. Belə ki, anbar və məişət binası otaqlarnın eyni mərtəbədəki
döşəməsində, bütün anbar binası döşəməsi məişət binasındakı kanalizasiyanın
pozulmasından izolyasiya olunmaq üçün 0,5 m hündürlükdə yerləşməlidir.
Bütün istehsalat sexlərində, yuyucu şöbələrdə, yükboşaltma yerlərində,
döşəməyə meyilli istiqamətdə, su axıb getmək üçün döşəmədə xüsusi dəlik (trap)
və qapaqlar qoyulur. Vannaların çıxışının yanından döşəmənin axın yerinə olan
meyilliyi 0,015 m-dən az olmamalıdır.
Müəssisənin tavanı və divarı suvanmalı və rənglənməlidir. Divarı yaxşı olar ki
yağlı boya ilə rənglənsin, bu da yığışdırma aparmaq üçün əlverişlidir. Yaxşı
gigiyenik effektə və divarın suya davamlılığına, onun sintetik boya ilə rənglənməsi
nəticəsində nail olunur. Eyni zamanda, anbar, istehsalat və məişət binasının
divarının tərtibatında vacib şərtlər panelin düzəldilməsi, örtüyün xarakteri və
hündürlüyüdür ki, bu da binanın təyinatından asılıdır. Belə ki, istehsalat və anbar
binasının, duşxananın, ayaqyolu otağının paneli 1,8 m hündürlüyündə olmalı və
ona şirələnmiş plitə ilə üz çəkilməli, sonra isə suya davamlı sintetik materialla
örtülməli, yaxud yağlı boya ilə rənglənməlidir. Soyuducu kameralarda panelin
hündürlüyü 2,5 m-ə çatır. Koridor divarına üz çəkilməli yaxud o, 1,5 m
hündürlüyündə rənglənməlidir. Pəncərə çərçivəsi və qapısı isə açıq fonda yağlı
boya ilə rənglənməlidir.
Dostları ilə paylaş: |