3. Sanitariya və gigiyenanın predmeti, vəzifələri
Gigiyena – əhalinin həyat şəraiti üçün elmi surətdə əsaslandırılmış optimal
şəraitin yaradılması haqqında elmdir. O, ətraf mühit amillərinin qeyri-əlverişli
təsirinin xəbərdar edilməsi və aradan qaldırılması, həmçinin onların insan
sağlamlığına əlverişli təsirindən istifadə etmək üçün tədbirlər hazırlayır.
«Gigiyena» sözü yunanca «hygieinos» sözündən götürülmüş və mənası sağlamlıq
gətirən deməkdir. Gigiyena sözünün yaranması qədim yunan ilahəsi Gigiyeyanın
adı ilə əlaqədardır. Qədim yunana mifoloqiyasına görə sağlamlıq allahı
Asklipiyanın iki qızı olub ki, bunlardanda ən məşhurları xəstəlik barədə xəbər
verən Gigiyeya və xəstəliyi dərmalarla müalicə edən Panaseya olublar. Bu elm
həyat şəraitinin sağlamlığa təsirini öyrənir, xəstəliklərin qarşısını almaq, insanın və
insan cəmiyyətinin sağlamlığını qorumaq və mühafizə etmək üçün tədbirlər işləyib
hazırlayır.
İnsanı əhatə edən xarici mühit daim hərəkət və inkişaf edir, dəyişir. Buna görə
də insan orqanizmi mütəmadi olaraq arasıkəsilmədən dəyişən çoxlu amillərin
(qıcıqlandırıcıların) təsirinə məruz qalır. Lakin xarici mühitin adi dəyişiklikləri
insanlarda patoloji dəyişikliklər törətmir. Çünki insan orqanizmi bunlara
uyğunlaşır. Hər bir müəyyən anda orqanizmlə xarici mühit arasında mütəhərrik,
dinamik tarazlıq yaranır (İ.P.Pavlov). Orqanizmlə xarici mühit arasındakı bu
tarazlıq pozulduqda isə xəstəlik baş verir. Xəstəliyin baş verməsində isə xarici
mühit amillərinin qeyri-adi gücdə və keyfiyyətdə olan təsiri əsas rol oynayır.
Orqanizmə təsir edən xarici mühit amillərini bir neçə qrupa bölmək olar.
1. Kimyəvi amillər. Orqanizmlə xarici mühitin vəhdəti – hər şeydən əvvəl,
orqanizmlə mühitin kimyəvi tərkibinin, bunlar arasında maddələr və enerji
mübadiləsinin oxşarlığı deməkdir. Bir çox kimyəvi elementlər və birləşmələr
orqanizmə plastik və energetik prosesləri həyata keçirmək üçün lazımdır. İstehsal
fəaliyyəti ilə əlaqədar olaraq insanın yaşadığı mühitə zəhərli kimyəvi maddələr
düşə bilər. Xarici mühitdə – havada, suda, quruda toksik təsirli kimyəvi maddələrin
olması həm funksional, həm də üzvi xarakterli patoloji dəyişikliklərə səbəb ola
bilər.
2. Fiziki amillər. Havanın temperaturu, rütubəti, hərəkəti, atmosfer təzyiqi,
günəş radiasiyası, səs-küy, vibrasiya, radioaktiv şüalanma və s. bu cür amillərdir.
Bunların bəziləri orqanizmin yaşaması üçün zəruridir, lakin bütün bunların hamısı
müəyyən intensivlik dərəcəsində orqanizmə zərərli təsir göstərə bilər.
3. Bioloji amillər. Bunlara patoloji mikroorqanizmlər, viruslar, helmintlər,
göbələklər və s. aiddir.
İnsan üçün xarici mühit, dəyişkən amilləri ilə birlikdə yalnız təbiət demək
deyildir. İstehsal vasitələri də istehsal münasibətləri ilə birlikdə cəmiyyətdə xarici
mühitə aiddir, çünki insanın yaşadığı icti-mai mühit şəraiti orqanizmin vəziyyətinə
və sağlamlığına təsir edir.
İnsan orqanizminə nəinki xarici mühitin obyektləri, həm də söz, danışıq,
insanlar arasındakı münasibət, başqa sözlə, ikinci siqnal sisteminə aid olan
qıcıqlandırıcılar da təsir edir. Bunlar insanda müxtəlif emosiyalar, bu və ya digər
ruhi vəziyyət – dərd, qorxu, se-vinc və s. əmələ gətirərək orqanizmin vəziyyətinə,
onun sağlamlığına təsir edir.
Yuxarıda deyilənlərə əsasən gigiyena öz məqsədinə nail olmaq üçün:
1. Xarici mühit amillərini və şəraitini (ictimai amillər və təbiət amilləri),
bunların insan orqanizminə və xalqın sağlamlığına təsirini öyrənməli;
2. İnsan orqanizminə müsbət təsir edən amillərdən mümkün qədər çox istifadə
etmək, insanın sağlamlığına zərərli təsir göstərən amilləri mümkün qədər aradan
qaldırmaq məqsədi ilə gigiyenik normativlər, qaydalar və tədbirlər işləyib
hazırlamalı;
3. İşlənib hazırlanmış tədbirləri, qaydaları və gigiyenik normativləri həyata
keçirməlidir.
Gigiyena sanitariya ilə qırılmaz surətdə əlaqədardır. Belə ki, gigiyena elmi
insan sağlamlığı üçün vacib olan ümumi vəziyyəti və tələbləri öyrəndiyi halda,
sanitariya sanitar qanunvericilik və nəzarət vasitəsi ilə gigiyena elminin
tələblərinin həyata keçməsini təmin edir. Latınca «sanitas» sağlamlıq deməkdir.
Rus alimi Ç.V.Xlopinin fikirlərinə görə gigiyena sağlamlığın saxlanması və
yaxşılaşdırılması haqqında elm sayılırsa, sanitariya bunların həyata keçirilməsi
üçün praktiki fəaliyyətdən ibarətdir. Başqa sözlə, sanitariyanın əsil məqsədi
gigiyenin işləyib hazırladığı elmi müddəaları təcrübəyə tətbiq etməkdir. Ümumi
gigiyenadan isə əməyin gigiyenası, uşaqların və yeniyetmələrin gigiyenası,
kommunal gigiyena, qida gigiyenası kimi fənlər ayrılmışdır.
Qida gigiyenasının əsas vəzifəsi əhalinin müxtəlif qrupları üçün əmək
şəraitindən, məişətdən, yaşdan, cinsdən, iqlimdən asılı olaraq fizioloji tələbatı
öyrənməkdən, qidalanma normalarını miqdarca və keyfiyyətcə hazırlamaqdan;
İnfeksion (yoluxucu) və qeyri-infeksion təbiətli (alimentar) xəstəliklərin baş
verməsi səbəblərini öyrənməkdən və onların profilaktik tədbirlərinin təşkili üçün
sanitar nəzarətinin təsir üsullarını hazırlamaqdan ibarətdir.
İnsanlar qidanı müxtəlif heyvan və bitki mənşəli məhsullardan alırlar. Qida
məhsulları kimyəvi maddələrin çox mürəkkəb kompleksi olub, insanın həyat
fəaliyyəti üçün zəruri komponentlər – zülallar, yağlar, karbohidratlar, vitaminlər və
mineral maddələrlə zəngindir. Bunlar orqanizmdə plastik və energetik proseslər
üçün istifadə olunurlar.
Qida məhsullarının keyfiyyəti isə qanunçuluqla, təşkilatı və istehsalat
tədbirləri sistemi ilə təmin edilir. Bunun da əsas işi ərzaq xammalı və hazır
məhsulların insanın sağlamlığı üçün təhlükəsiz olmasını təşkil etməkdən, həmçinin
onların bütün alınma mərhələsində qidalılıq dəyərinin saxlanmasını, istehsalını,
emalını, saxlanmasını, daşınmasını və satılmasını təmin etməkdən ibarətdir.
Bununla belə, qida məhsullarının tərkibində insan orqanizmi üçün zərərli
maddələr də ola bilər: təbii toksiki komponentlər məsələn, lobyada, kartofda –
solanin, göbələklərdə – zəhər və b. bunlara aiddir). İstehsalda sanitar qaydaları
pozulduqda, saxlandıqda, daşındıqda və satıldıqda isə onlara insan üçün təhlükəli
olan zəhərli kimyəvi maddələr, üzvi və qeyri-yzvi zəhərli maddələrin qatışığı,
mikroorqanizmlər və s. düşə bilər. Ona görə də qidanın yad maddələrlə və onların
metabolitləri ilə çirklənməsi, insanın xəstələnməsinə və bu zaman ağır nəticələrə
səbəb ola bilər (qida zəhərlənmələrinə, allergik xəstəliklərə, bağırsaq infeksiyasına,
bağırsaq qurdunun keçməsinə).
Ona görə də qida məhsullarının istehsalı mərhələlərində və satışında «Dövlət
sanitar nəzarəti təlimatına» uyğun olaraq, sanitar ekspertizası qida gigiyenasının
mühüm sahəsi hesab edilir. Bu zaman qida məhsullarının sanitar mühafizəsi
insanın daxili mühitinin mühafizəsi konsepsiyası ilə sıx surətdə əlaqələndirilir.
Çirkli qida məhsulları ilə insanın daxili mühitinə yad maddələr və onların
metabolitlərinin toplanması olduqca qorxuludur. Belə ki, o orqanizmdə hüceyrə
metabolizminin pozulmasına və müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur.
Rasional qidalanmaya və qida məhsullarına göstərilən gigiyenik tələbatın
öyrənilməsi, həmçinin qida məhsullarına zərərli maddələrin düşməsindən
orqanizmin qorunmasının təşkili haqqında biliklərə malik olmaq bakalavr-
texnoloqlara və əmtəəşünas ekspertlərə gələcək praktiki fəaliyyətlərində də
vacibdir.
4. Qida gigiyenasının inkişaf tarixi
İlk əvvəl onu qeyd etmək lazımdır ki, gigiyena elmi sanitariyanın mövcud
tələbləri əsasında inkişaf etmişdir. Sanitariya da elm sahəsi olub gigiyenanın
tələbləri əsasında sağlamlıq tədbirlərini işləyib hazırlayır və bunları praktiki
cəhətdən həyata keçirir. Ona görə də sanitariya və gigiyena elm sahələri bir-biri ilə
sıx vəhdətdə fəaliyyət göstərirlər. Bu özünü xüsusi olaraq ərzaq məhsullarının
gigiyenik ekspertizası zamanı və onların falsifikasiya olunmasının qarşısının
alınması ilə aparılan tədbirlərdə daha da təsdiqləmişdir.
Kütləvi qidalanmanın təşkili və ərzaq məhsullarının istehsalı ilə əlaqədar
gigiyena və sanitariya elmlərinin ölkəmizdə inkişafı, keçmiş SSRİ tərkibində
fəaliyyət göstərdiyimiz dövrlərdə, əsasən 1920-ci ildən sonra indiki MDB ölkələri
ilə sıx əlaqədə baş vermişdir. Ona görə də qida məhsullarının istehsalının həyata
keçirən qida sənayesi və iaşə müəssisələrində sanitariya və gigiyena tələblərinin
öyrənilməsi ilə əlaqədar elmi biliklərdən məlumat verdikdə fikrimizcə indiki MDB
ölkələrinin ərazisində, xüsusilə Rusiya, Ukraynada və digər respublikalarda, vaxtılə
fəaliyyət göstərmiş görkəmli alimlərin nailiyyətlərini nəzərə almaq düzgündür.
Məhz bu səbəbdən də, hazırladığımız bu dərslikdə mikrobiologiya, sanitariya və
gigiyenanın inkişaf tarixindən məlumat verdikdə, həmin alimlər haqqında mövcud
fikirləri tələbələrimizə çatdırmaq qərarına gəldik. Əlbəttə, adı çəkilən elm
sahələrinin inkişafı təkcə texniki elmlərin inkişafı ilə deyil, həm də səhiyyəmizin
istər Azərbaycanda, istərsə də keçmiş SSRİ tərkibində keçdiyi fəaliyyət dövrləri ilə
sıx əlaqədə baş vermişdir. Bununla belə, mikrobiologiyanın inkişafı ilə əlaqədar
elmi-tədqiqatların aparılması, sanitariya və gigiyenanın ölkəmizdəki bugünkü
vəziyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının mikrobiologiya institutu
əməkdaşlarının uzun illər ərzində apardığı çoxsaylı elmi işlər, BDU-nun müvafiq
kafedraları, Azərbaycan Tibb Universitetinin uyğun kafedraları, Azərbaycan Kənd
Təsərrüfatı Akademiyası və digər ali məktəblərdə və elmi təşkilatlarda yerinə
yetirilmiş və bu gün də davam etdirilən tədris-metodiki və elmi-tədqiqat işlərinin
nəticələri ilə sıx bağlı olmuşdur. Bütövlükdə götürdükdə isə mikrobiologiya elmi
kimi, sanitariya və gigiyenanın da bir elm sahələri kimi inkişafına nəzər saldıqda,
onların ərzaq məhsullarının istehsalı ilə əlaqədar qida sənayesində, iaşə müəssisələri
və ticarət şəbəkələrində fəaliyyət dairəsini qısaca şərh etsək, indiki MDB
məkanında, o cümlədən respublikamızda keçmiş dövrlərdən aşağıdakı istiqamətdə
davam etmişdir.
Qidalanma haqqında elmin yaranması əsrin əvvəllərinə təsadüf etsə də,
müxtəlif qida maddələrini və onların insan orqanizmində çevrilməsini öyrənməyə
imkan verən biliklər biologiya, fiziologiya, fizika və başqa elmlərin qədimdən
indiyə qədər müvəffəqiyyətlə inkişafı ilə əlaqədar olmuşdur.
Qida gigiyenasının bir elm kimi inkişafında böyük rus alimi S.F.Xotovitskinin
(1796-1855) qida sanitariyası üzrə fundamental dərsliyi böyük rol oynamışdır. Bu
dərslikdə qida məhsullarının keyfiyyət tərkibi, qida məhsullarında zərərli hissələrin
əmələ gəlməsi şəraiti və səbəbləri, sanitar-gigiyenik üsullarla nəzarət haqqında
məlumatlar və qida məhsullarının zərərli çirklənmələrdən qorunması üzrə
tövsiyələr ətraflı verilmişdir.
Qidalanma haqqında elmin inkişafında Rusiyada gigiyena elminin banisi
sayılan, görkəmli alimlərdən A.P.Dobroslavin (1842-1889) və F.F.Erismanın
(1842-1915) çox böyük xidmətləri olmuşdur. A.P.Dobroslavin Rusiyada gigiyena
üzrə ilk professor olmuş, 1871-ci ildə ilk dəfə Peterburqda Tibb-cərrahlıq
Akademiyasında təşkil edilmiş «Gigiyena» kafedrasına rəhbərlik etmişdir. Kafedra
ölkədə elmi-gigiyenik fikrin mərkəzinə, gigiyenist-təcrübə məktəbinə çevrilmişdir.
Onun
təşəbbüsü
ilə
Peterburqda
qida
məhsullarının
keyfiyyəti
və
mənimsənilməsini öyrənən şəhər laboratoriyası yaradılmışdır. A.P.Dobroslavin
tərəfindən hərbi və ümumi gigiyena üzrə drslik yazılmışdır.
F.F.Erisman isə Moskva Universitetinin tibb fakültəsində «Gigiyena»
kafedrasına rəhbərlik etmişdir. O, gigiyenanın ictimai hərəkətli olmasını
göstərərək, onu «ictimai sağlamlıq haqqında elm» adlandırmışdır (hesab etmişdir).
F.F.Erismanın təşəbbüsü ilə 1891-ci ildə Moskvada sanitariya stansiyası
yaradılmışdır. Burada suyun keyfiyyəti və qida məhsullarının tədqiqi üzrə böyük
işlər aparılmışdır. Rusiyada Oktyabr sosialist inqilabından sonra və sovet dövründə
bu stansiya F.F.Erisman adına Sanitariya İnstitutuna çevrilmişdir. Digər
institutlardakı kimi onun tərkibində qida laboratoriyası da olmuşdur. Hazırda.
Moskvada Rusiya Tibb Elmləri Akademiyası (TEA) nəzdində Qida İnstitutu və
digər tibbi institutlar fəaliyyət göstərirlər.
Qidalanma haqqında gigiyena elminin inkişafında rus patofizioloqu
V.V.Paşutinanın (1845-1901) tədqiqatlarının böyük əhəmiyyəti olmuşdur. O,
orqanizmdə kifayət qədər qidalanma olmadıqda, baş verən patoloji prosesləri
öyrənmişdir.
Qida qiqiyenası və fiziologiyası və həmçinin sanitariya üzrə elmlərin
inkişafında görkəmli fizioloq akademik İ.P.Pavlovun (1849-1936) işlərinin də
böyük rolu olmuşdur. İ.P.Pavlov tərəifndən hazırlanmış yeni tədqiqat üsulları və
onların
fiziologiyanın
inkişafında
istifadəsi,
insan orqanizmində
həzm
proseslərinin gedişinin qanunauyğunluqlarını aşkar etməyə imkan vermişdir. Bu
tədqiqatlar, həmçinin ali sinir sisteminin tədqiqi və onun tərəfindən orqanizm ilə
xarici mühitin vahidliyi haqqında təlimin yaradılması, insanın səmərəli
qidalanmasının müasir nəzəriyyəsini yaratmağa əsas vermişdir.
Tibbi sanitar-profilaktikanın inkişafında Q.V.Xlopinin (1863-1929) də
işlərinin böyük əhəmiyyəti olmuşdur. Onun çoxsahəli elmi fəaliyyəti gigiyenanın
bir çox məsələlərinin, o cümlədən qida gigiyenası sahəsinin praktiki həllinə
yönəldilmişdir. Q.V.Xlopin iki böyük işin – «Qida məhsulları və içkilərin tədqiqi
üsulları» və «Gigiyenanın əsasları» dərsliklərinin müəllifi olmuşdur. O, həmçinin
sanitariya və gigiyena sahəsində qanunçuluğun yaradılmasında və ictimai iaşənin
gigiyenası məsələlərinin hazırlanmasında iştirak etmişdir.
Qida gigiyenasının inkişafında həmçinin M.N.Şaternikov, İ.İ.Molçanova,
N.P.Diatroptova, A.A.Pokrovski kimi alimlərin də böyük rolu olmuşdur. Onlar
mühüm tədqiqatlar aparmış və müxtəlif qrup əhali üçün fizioloji cəhətdən
əsaslandırılmış qida normaları hazırlamışlar. Qida normalarının fizioloji cəhətdən
əsaslandırılması üzrə tədqiqatlar keçmiş SSRİ TEA Qida İnstitutunda davam
etdirilmişdir. Bu institut 1930-ci ildə RSFR-in mərkəzi Dövlət İctimai İaşə
İnstitutunun bazasında yaradılmışdır və hal-hazırda Rusiya Tibb Elmləri
Akademiyasının Qida İnstitutu kimi digər institutlarla birlikdə qida gigiyenası üzrə
bütün işlərə rəhbərlik edir.
5. Ölkədə sanitar xidməti, onun məqsədi və vəzifələri
Gigiyenanın işləyib hazırladığı normativlər və elmi cəhətdən əsaslandırılmış
müddəalar sanitariya qanunvericiliyi vasitəsilə təcrübəyə tətbiq olunur və
sanitariya təşkilatlarının işi bunlara əsaslanır. Sanitariya orqanlarının çoxcəhətli
işinə əsasən aşağıdakılar aiddir: dövlət sərhədlərinin sanitariya mühafizəsi, əhalinin
və məişət şəraitinin sanitariya mühafizəsi; atmosfer havasının, su hövzələri və
torpağın sanitariya mühafizəsi; yaşayış yerlərinin, sənaye müəssisələrinin,
mənzillərin,
mədəni-məişət
və
müalicə-profilaktika
müəssisələrinin
abadlaşdırılmasında və tikilməsində sanitariya normaları və qaydalarını təmin
etmək, yeyinti məhsullarının sanitariya mühafizəsi və ictimai iaşənin sanitariya
vəziyyətini təmin etmək, infeksion və kütləvi xəstəlikləri və başqa xəstəlikləri
aradan qaldırmaq və qarşısını almaq üçün tədbirlər keçirmək.
Qida sahəsində Dövlət sanitar nəzarəti xəbərdaredici və cari sanitar
nəzarəti formasında həyata keçirilir.
Xəbərdaredici sanitar nəzarətinə sahənin perspektiv inkişaf planı
hazırlanarkən gigiyenik tələblərin yerinə yetirilməsi, yeyinti müəssisələrinin
layihələndirilməsi normaları, tikintidə texnoloji layihələrin və iş çertyojlarının
uyğunluğu, fəaliyyətdəki idarələrin iş profilinin dəyişilməsi və yenidən qurulması,
yeni texnoloji avadanlıqların konstruksiyası, yeni növ qida məhsullarının
buraxılması, qab-qacaqlar, inventar, tara, məmulatların reseptlərinin dəyişilməsi,
məhsulun çeşidləri və s. daxildir.
Cari sanitar nəzarəti qüvvədə olan sanitar-gigiyenik və sanitar-
epidemiologiya əleyhinə normalara, yeyinti müəssisələrinin tikinti norma və
qaydalarına uyğun olaraq məhsul hazırlanma proseslərinə onların buraxılmasına,
qida müəssisələrinə daşınması və saxlanmasına, avadanlıqlara, taralara nəzarəti
nəzərdə tutur.
İctimai nəzarət qida sənayesi, ticarət və iaşə müəssisələrində cari sanitar
nəzarətin effektivliyini artırmaq üçün təşkil olunur. Onun həyata keçirilməsinə
sanitar təşkilatlarının ən yaxşı mütəxəssis işçiləri cəlb olunur. Hər bir sexdə,
oradakı işçilərdən sanitar qaydalarının yerinə yetirilməsinə daimi nəzarət etmək
üçün sanitar gözətçisi təyin olunur. Sanitar xidmətinin ictimai köməkçisi həmçinin
müəssisənin ictimai təşkilatlarının (həmkarlar ittifaqı, Qırmızı Aypara Cəmiyyəti,
xalq nəzarəti) nümayəndələri də ola bilər.
MÜHAZİRƏ 2. MİKROORQANİZMLƏRİN MORFOLOGİYASI,
SİSTEMATIKASI VƏ FIZIOLOGIYANIN ƏSASLARI
Plan
1. Bakteriyaların forma və ölçüləri
2. Bakteriya hüceyrələrinin quruluşu
3. Bakteriyaların hərəkəti. Bakteriyaların sporları
4. Mikroorqanizmlərin sistematikası
5. Prokariot orqanizmlərin sistematikası
6. Viruslar
7. Bakteriofaqlar
8. Göbələklər
9. Mikroorqanizmlərin böyüməsi və çoxalması
10. Mikroorqanizmlərin qidalanması
11. Mikroorqanizmlərin tənəffüsü
Morfologiya - mikroorqanizmlərin formasını, quruluşunu, çoxalma və hərəkət
üsullarını öyrənən elmdir.
1. Bakteriyaların forma və ölçüləri
Prokariot orqanizmləri fərqləndirən xüsusiyyətlərdən biri də onların
ölçülərinin çox kiçik olmasıdır. Ona görə də onlara mikroorqanizmlər və ya
mikroblar adı verilir. Əksər mikroorqanizmlərin hüceyrəsinin diametri 0,001 mm-
dən artıq olmur. Ona görə də bunlar üçün ölçü vahidi mikrometrdir (1mkm=10
-
3
mm), hətta mikroorqanizmlərin zərif struktur quruluşunu, viruslar və
bakteriofaqlarıöyrəndikdə belə, dahakiçik ölçü vahidindən nanometrdən (1nm =
10
-6
mm) istifadə edilir. Deməli mikroorqanizmlərin ölçü vahidi mkm və nm-dir.
Ölçülərinə və formalarına görə mikroorqanizmlərin tipik nümayəndələri olan
bakteriyalar aşağıdakı kimi fərqlənirlər (Şəkil 1.1.):
1) Mikroorqanizmlər bir-birindən öz hüceyrələrinin xarici görünüşü ilə
yanaşı, ölçüsü ilə də fərqlənirlər. Bakteriyaların ölçüləri0,5-3 mkm olur. Lakin
bunların arasında daha iri vəçox xırda formalara da rast gəlinir.
Bir çox xırda bakteriyalarda hüceyrənin diametri 0,4-0,7 mkm, uzunluğu isə
2-3 mkm olur, lakin əksər dairəvi bakteriyaların – kokkların diametri 1-2 mkm-ə
yaxın olur.
2) Çöp formalı bakteriyalarda çox vaxt çöpün uzunluğu 1-dən 5 mkm-ə qədər, eni
isə 0,5-dən 1 mkm-ə qədər ola bilir. Bunların arasında böyük ölçülü formalar da
vardır. Belə ki, kükürd bakteriyalarının hüceyrələrinin diametri 50 mkm-əçata bilir.
3) Aktinomisetlərin mitseliləri çox nazik və arakəsməsiz olub, eni 0,2-1,2
mkm-ə, uzunluğuisə 100, 600 mkm-ə, bəzən bir neçə mm-ə çatır.
4) Viruslara gəldikdə isə, bunlar daha xırda ölçüyə malikdirlər. Məsələn, inək
çiçəyinitörədən virusların uzunluğu 0,26 nm, qripi törədənvirusunkuisə 0,1
nmolur. Bakteriofaqların ölçüləri 0,1 mkm-ə qədər olur. Qanlı ishal
bakteriyalarının bakteriofaqının ölçüsü 100-150 nm-dir.
Bakteriyaların ölçüləri kimi çəkiləri dəçox azdır. Bir bakterial hüceyrənin orta
nəm çəkisi 5-10 mkq (0,001 mq), quru çəkisi isə 110
-6
mkq-a bərabərdir.
Şəkil 1.1. Bakteriyaların formaları: kürəşəkillilər: a – mikrokokklar;
b – diplokokklar; c – tetrakokklar, sarsinlər; d – streptokokklar; çöpşəkillilər: e –
sporəmələgətirməyənlər; f, h, i – sporəmələgətirənlər: f – bakteriyalar; h –
klostridial; i – plektridial tiplilər; əyilmişlər: j – vibrionlar, k – sarsina
(12000xböyüd.)
2. Bakteriya hüceyrələrinin quruluşu
Bakteriya hüceyrələri ölçülərinin kiçik vəçəkisinin çox az olmasına
baxmayaraq, tək hüceyrədən ibarət olan bu orqanizmlərdə nəzərəçarpan
differensiasiya vardır. Bunların hüceyrəsində də hüceyrə divarı, sitoplazma
membranı, sitoplazma, onun müxtəlif elementləri, eləcə də nüvə maddəsiolur
(Şəkil 1.2).Bəzi bakteriyalarda bunlardan əlavə kapsula, qamçılar, fibrillər və
sporlara da təsadüf olunur.
1. Hüceyrə divarı. Bu nazik, rəngsiz, elastik törəmə olub, hüceyrəni xaricdən
əhatə edir.Onun əsas vəzifəsi hüceyrəyə daimi forma vermək, onun anatomik
tamlığını təmin etmək, mikrobu xarici təsirlərdən qorumaq və kapsula əmələ
gətirməkdə iştirak etməkdir.
Bakteriyalarda hüceyrə divarının qalınlığı təxminən 10-20 nm-a bərabər olub,
yalnız elektron mikroskopunda aydın görünür.Bakteriyalarda hüceyrə divarının
olmasını plazmoliz hadisəsi ilə, yəni bakteriya hüceyrələrini 1-2% duz və şəkər
məhlulunda saxlamaqla öyrənmək olar.Bu şəraitdə bakteriya hüceyrəsinin
protoplazması susuzlaşır, büzüşür, hüceyrə divarından ayrılır ki, bunu mikroskop
altında aydın görmək olur.
Bakteriyaların hüceyrə divarı kimyəvi tərkibinə görəali bitkilərin və
yosunların qilafından çox fərqlənir. Əgər bitkilərdə qilafın əsas tərkibi sellülozadan
ibarətdirsə, bakteriyaların hüceyrə divarında bu maddə yoxdur.Bunların hüceyrə
divarı azotlu və azotsuz birləşmələrdən, heteropolimer maddə olan müreindən və
teyxoya turşusundan təşkil olunmuşdur.
Bakteriyaların hüceyrə divarı mürəkkəb quruluşa malik olub, yüksək
keçiricilik qabiliyyətinə malik olmaqla çoxqatlı və sərtdir. Ona görə də hüceyrə
daxildə olan 10-20 atmosfer təzyiqinə davamlıdır. Hüceyrə divarının kimyəvi
tərkibi bakteriyaların Qram üsulu ilə boyanmasında özünü daha aydın göstərir.
Tanınmış alim Qram (1884) bakteriyaları boyanmaya görə 2 qrupa bölmüşdür.
Qram-mənfi, qram-müsbət. Qram-mənfi (məsələn, qanlı
ishal çöpləri)
bakteriyalarda hüceyrə divarı peptidoqlükonlar, lipoproteidlər, polisaxaridlər,
zülallar, fosfolipidlər qalığından ibarətdir. Qram-müsbət bakteriyaların hüceyrə
divarının tərkibində az miqdarda zülal, əsasən mukopeptidlər, polişəkərlər, teyxoya
və teyxouron turşuları müəyyən edilmişdir.
2. Kapsula. Bəzi bakteriyalarda hüceyrə divarından əlavə xüsusi selikli bir
qişaya – kapsulaya da təsadüf olunur. Kapsula hüceyrə divarının dəyişilmiş
forması olub, vəzifəsi mikrobu xarici təsirdən qorumaqdır. Patogen
bakteriyalardan qarayara çöpləri, pnevmokoklar cinsinə daxil edilən növlərdə
kapsula müşahidə edilir.
3. Sitoplazmatik membran. Hüceyrə divarının altında onun protoplastı
yerləşir. Bu, xaricdən nazik membranla əhatə olunmuşdur ki, buna sitoplazma
membranı adı verilmişdir. Bu hüceyrə divarı ilə sıx əlaqədar olub, çox mühüm
fizioloji rol oynayır. Hüceyrə divarından fərqli olaraq sərt deyildir. O, yüksək
keçiricilik qabiliyyətinə malik olub, hüceyrəyə daxil olan maddələri nizamlayır.
Qalınlığı 60-80 A
0
-dən artıq olmur. Hüceyrənin çəkisinin 15-30%-i membranın
payına düşür. Tərkibi 40-70% zülaldan ibarətdir. Bakteriyaların sitoplazma
membranında müxtəlif fermentlər toplanmışdır ki, bunların köməyi ilə tənəffüs
prosesi gedir və qidalı maddələr mənimsənilən hala keçir.
4. Sitoplazma. Membranın altında hüceyrə sitoplazması yerləşir. Bu,
yarımmaye, kolloidal, şəffaf, sulu və azca özlülüklü olub, 70-80% sudan ibarətdir
(qalınlığı 20 A
0
və daha çoxdur).
Hüceyrənin sitoplazmasında çox xırda, 200-300 A
0
ölçüdə çoxlu miqdarda
ribosomlar vardır. Belə zülal cisimləri RNT ilə zəngin olur ki, bunlarda da
zülalların sintezi baş verir.
Bakteriyalarda kiçik ölçülü, müxtəlif sayda DNT molekulu şəklində
sitoplazmatik irsiyyət determinantları vardır ki, hazırda onları plazmidilər
adlandırırlar. Plazmidilərə DNT qırıqları kimi baxılır.
Mikrob hüceyrəsinin protoplazması qələvi reaksiyalıdır.
Dostları ilə paylaş: |