MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/24
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#319
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

reinfeksiya  adlanır.  Birinci  infeksiya  ləğv  edilənə  qədər  eyni  törədici  ilə 
orqanizmin yoluxmasına superinfeksiya deyilir. Buna malyariya, sarı yara, süzənək 
kimi xəstəlikləri misal göstərmək olar. 
Yoluxmuş  orqanizmin  sağalma  dövründə  prosesin  yenidən  şiddətlənməsinə 
residiv adı verilir. Klinik əlamətləri aşkar nəzərə çarpmayan infeksiya simptomsuz 
infeksiya 
adlanır.  Yoluxucu 
xəstəliklərə  diaqnoz  qoyulmasında  klinik 
əlamətlərdən,  bakterioloji  müayinələrdən  və  xüsusi  immunitet  reaksiyalarından 
geniş istifadə olunur. 
Ümumiyyətlə,  xəstə  və  ya  xəstəlikdən  sacalıb,  lakin  uzun  müddət  həmin 
xəstəliyin  mikroblarını  gəzdirən  insan  və  ya  heyvanlar  basil  daşıyanlar  adlanır  ki, 
bunlar da yoluxma mənbəyi ola bilər. Yoluxmalar kontakt – məişət yolu ilə, hava, su, 
yeyinti məhsulları, qan soran həşəratlarla, torpaqla, heyvanlarla (gəmiricilərlə) yayıla 
bilər. 
Yoluxmanın  yayılma  formaları  müxtəlifdir.  Xəstəlik  tək-tək  hallarda  təsadüf 
olunduqda  buna  sporadik  hal  deyilir.  Eyni  bir  mənbədən  yayılan  çoxlu  miqdarda 
adamların xəstələnmə hallarına epidemiya, epidemiyanın yayılıb bütün ölkələri və 
hətta qitələri əhatə etməsinə pandemiya adı verilir. 
Hər  hansı  bir  yoluxucu  xəstəlik  müəyyən  bir  ərazidə  uzun  müddət  davam 
edirsə, bu forma endemiyadır. 
Qeyd etmək lazımdır ki, orqanizmə düşmüş hər bir xəstəlik törədicisi həmişə 
xəstəlik törədə bilmir, belə hallar bədəndə immunitetin olması ilə izah edilir. 
İmmunitet (immunitos - hər hansı şeydən azad olmaq). Orqanizmin xəstəliyə 
tutulmamaq  qabiliyyətinə  və  ya  orqanizmin  yoluxucu  xəstəliyə  davamlılıcına 
immunitet deyilir. 
İmmunitet mikrobun və ya onun həyat fəaliyyəti məhsullarına qarşı orqanizmin 
verdiyi  mürəkkəb  kompleks  fizioloji  müdafiə  reaksiyasıdır.  Bu  mürəkkəb  prosesin 
orqanizmdə  inkişafında  mərkəzi  sinir  sistemi  başlıca  rol  oynayır.  İmmunitetlə 
əlaqədar  olaraq  orqanizmdə  əkscisimlər  (antitellər)  əmələ  gəlir.  Mikrobun  toksininə 
qarşı qeyri-həssaslıqda immunitetdən başqa, onun qeyri-spesifik amilləri də, xüsusilə 
reaktivliyi,  iltihab,  maddələr  mübadiləsinin  dəyişilməsi,  dəri  və  selikli  qişalar,  limfa 
düyünləri, fermentlər və s. böyük rol oynayır. 
Orqanizmin  davamlılığında  iştirak  edən  qeyri-spesifik  amillərin  cəminə 
rezistentlik deyilir. 
L.Paster  və  onun  əməkdaşları  bir  neçə  xəstəliyin  (pasterelloz,  qarayara  və 
quduzluq)  törədicilərinin  zəifləşdirmə  üsulunu  müəyyən  edərək,  onlara  qarşı 
peyvənd  vasitəsi  (vaksin)  hazırlamışlar.  Sonralar  mikrobdan  hazırlanmış  peyvənd 
vasitəsi  A.Pasterin  təklifinə  görə  vaksin  və  onun  işlədilməsi  üsulu  vaksinasiya 
adlandırılmışdır. 
 
2. İmmunitetin növləri 
 İmmunitet- mənşəyinə görə anadangəlmə və həyatda qazanılma olur. 
Anadangəlmə, təbii və ya irsi immunitet – orqanizmin genetik xüsusiyyəti ilə 
əlaqədardır.  Belə  immunitet  zamanı  yalnız  bir  növə  aid  olan  canlılar  başqa 
canlıların  xəstəliklərinə  tutulmur.  Məsələn  qaramal,  insanların  yoluxducu  qarın 
yatalağı  ilə,  insanlar  isə  heç  vaxt  toyuq  vəbası  ilə  xəstələnmirlər.  Belə  bir 

immunitet  anadangəlmə  olub,  irsi  xarakter  daşıyır  və  növün  bioloji 
xüsusiyyətlərindən asılı olaraq, bu nəsildən-nəslə keçir.  
İnsan  öz  həyatı  boyu  müxtəlif  yollarla  immunitet  qazana  bilir,  lakin  belə 
immunitet  nəslən  keçmir.  Belə  qazanılan  immunitet,  təbii  immunitetin  əksinə 
olaraq doculduqdan sonra həyatda qazanılır ki, bu da iki yolla meydana çıxır: təbii 
qazanılma  və  süni  qazanılma  ilə  o,  müəyyən  bir  xəstəliyi  keçirdikdən  sonra 
yaranan  immunitet  təbii  qazanılmış  immunitet  adlanır.  Çiçək,  qızılca  və  s. 
yoluxmalarla xəstələnmiş insanlarda möhkəm və ya daimi immunitetlər yaranır və 
ona  görə  də  insan  bu  xəstəliklərlə  ikinci  dəfə  xəstələnmir.  Deməli,  keçirilən 
xəstəlikdən  sonra  əldə  edilən  immunitet  təbii  qazanılan  immunitetdir.  Elə 
xəstəliklər  də  vardır  ki,  bunlardan  sonra  əmələ  gələn  immunitet  tezliklə  itir,  yəni 
müvəqqəti olur. Ona görə də qanlı ishal, süzənək, siflis, qrip kimi xəstəliklər təkrar 
olunur. 
Süni  qazanılan  immunitet  insan  müdaxiləsi  ilə,  yəni  orqanizmə  müxtəlif 
peyvəndlər  etmə  yolu  ilə  də  əldə  edilə  bilir.  Bunun  da  iki  növü  vardır:  fəal  və 
qeyri-fəal.  
Peyvəndləmə  (aşılama)  vasitəsilə  –  öldürülmüş  və  ya  diri  vaksinlə  əldə  edilən 
immunitetə fəal immunitet adı verilir, çünki burada orqanizmin özü bilavasitə iştirak 
edir.  Bu  zaman  orqanizmdə  immun  maddələr  yaranır.  Belə  immunitet  uzun 
müddətlidir.  Qeyri-fəal  immunitetdə  isə  immun  maddələr  orqanizmə  hazır  şəkildə 
zərdabla birlikdə daxil edilir. Deməli, orqanizm özü anticisimciklər əmələ gətirmir və 
fəaldan  fərqli  olaraq  bu  immunitet  tez  meydana  gəlib  (zərdab  vurduqdan  1-2  saat 
sonra) 15-20 günə qədər davam edə bilər. 
İnfeksion  xəstəliklərin  profilaktika  və  müalicəsində  spesifik  vaksin  və 
serumlardan geniş istifadə edilir. Vaksin və serumları orqanizmə yeritdikdə üzv və 
toxumalarda həmin mikroba və ya virusa qarşı immunitet yaranır. 
Orqanizmə  vaksinlərin  parenterial  yolla  yeridilməsi  fəal  immuni-zasiya, 
serumların yeridilməsi isə qeyri-fəal immunizasiya adlanır. 
 
3. Qida xəstəlikləri və onların mikrobioloji əsasları 
 
Toksiki mikroorqanizmlərlə qidanın yoluxması nəticəsində (qidalanma) əmələ 
gələn  xəstəliyə  qida  xəstəliyi  deyilir.  Bu  mikroorqanizmlər  qidalara  müxtəlif 
yollarla daxil olur. Onlar qida  məhsulunu  hazırlayan  işçinin əli  ilə, havadan tozla, 
çirklənmiş  su  ilə  daxil  ola  bilər.  Bir  çox  məhsullarla  (məsələn,  ət,  süd)  xəstə 
heyvanlardan da toksiki mikroorqanizmlər keçə bilər.  
Ərzaq  məhsullarının  tədarükü  və  saxlanması  ilə  məşcul  olan  şəxslər  qida 
xəstəliklərinin  yayılma  şəraiti,  onun  baş  vermə  səbəbləri  və  ona  qarşı  mübarizə 
tədbirləri  ilə  tanış  olmalıdırlar.  Qida  xəstəlikləri  əmələ  gəlməsinə  və  əlamətlərinə 
görə iki qrupa bölünür: qida infeksiyası və qida zəhərlənməsinə. 
Qida infeksiyası. Qida məhsulları istehsalında sanitar-gigiyenik recimin, hazır 
məhsulun  saxlanması  qaydalarının  pozulması  insanlarda  infeksion  xəstəliklərin 
mənbəyi ola bilər. İnsan və heyvanlar da qida infeksiyalarının törədiciləri ilə yoluxa 
bilər. Qida infeksiyaları hər bir xəstəliyə uycun klinik əlamətlərlə keçir. 

Bağırsaq  infeksiyası.  Bura  qarın  yatalacı,  paratif  A  və  B,  qanlı  ishal,  vəba 
daxildir.  İnfeksiya  mənbəyi  insan  hesab  olunur.  Bacırsaq  infeksiyasının  törədicisi 
(vəbadan  başqa)  bacırsaq  çöpləri  Escherichia  və  onun  növ  müxtəlifliyidir.  Bunlar 
hamısı  Enterobacteriaceac  fəsiləsinə  aiddir.  Qram-mənfidir,  spor  əmələ  gətirmir, 
fakültativ-anaerob  çöplərdir.  Bu  qrupun  müxtəlif  nümayəndələri  bir-birindən 
patogenliyinə, həmçinin biokimyəvi fəallıcına görə fərqlənirlər. 
Qarın  yatalağı  və  paratiflər  –  qarın  yatalacı  və  paratif  bakteriyaları  bağırsaq 
çöplərinə nisbətən xırda ölçülü, hərəkətli, sporsuz, kapsulasız olub, qram-mənfidirlər. 
İnkişafları  üçün  optimal  temperatura  37°C,  lakin  20-40°C-də  inkişaf  edə  bilirlər. 
Bunlar  fakültativ  anaerob  olub,  60-65°C  temperaturda  30-45  dəqiqə  müddətində 
qızdırılmaqla  və  müxtəlif  dezinfeksiyaedici  maddələrin  –  karbonat  turşusu,  xlorlu 
əhəng,  xloramin  və  s.  təsirindən  bir  neçə  dəqiqə  müddətində  tələf  olurlar.  Bu 
bakteriyalar xarici mühitdə uzun müddət qala bilirlər. Xəstəliyin inkubasiya dövrü 10-
15  gündür.  Bu  çöplər  insan  orqanizminə  ağızdan  daxil  olub,  nazik  bacırsaqlardan 
limfa  yolları  ilə  vəzə keçib çoxalırlar. Gizli  dövrün axırında, bakteriyalar qana keçib 
bakteremiya dövrünün başlanmasına səbəb olurlar.  
Bakteremiya – mikrobun ilk iltihab nahiyəsindən qana keçərək bütün üzvlərə 
yayılmasına deyilir. Bakteremiya dövründə mikrob az vaxtda qanda olmaqla orada 
çoxalmır, qan dövranı ancaq nəqletmə rolu oynayır. 
Sepsis. Mikrob qan vasitəsi ilə üzvlərə yayılmaqla bərabər qanda və müxtəlif 
toxumalarda artarsa, buna sepsis və ya septisemiya deyilir. 
 Nazik  bacırsaqların  iltihabı,  yaraları  nəticəsində  iti  bacırsaq  pozcunlucu 
əmələ gəlməklə temperatur yüksəlir və ümumi zəiflik baş verir. Xəstəlik 4 həftəyə 
qədər davam edə bilir. Çox vaxt xəstə sacaldıqdan sonra onun ödündə uzun müddət 
qarın  yatalacı  mikrobları tapılır. Sağlam adamların 3-5%-i xəstəlikdən bir  neçə ay 
və bəzən daha çox müddət sonra da basildaşıyan ola bilirlər. 
Qarın  yatalacı  və  paratif  bakteriyalar  Salmonella  cinsinə  aiddirlər.  Xəstə 
orqanizmdə  bakteriya  hüceyrəsinin  parçalanması  hesabına  güclü  təsirə  malik 
termostatik  endotoksin  ayrılır.  Xəstəlik  nazik  bacırsacın  zədələnməsi  (iltihab, 
yaratökmə-basma) ilə səciyyələnir.  
Bakterial qanlı ishal. Bu xəstəliyi törədən bakteriyalar özlərinin  morfoloji  və 
digər xüsusiyyətlərinə görə tif və paratif çöplərindən fərqlənməsələr də, qamçılarının 
olmaması  ilə  onlardan  fərqlənir  (hərəkətsizdir)  və  Shigella  (Şigella)  cinsini  əhatə 
edən bakteriyalar tərəfindən törədilirlər. Ən çox yayılan törədicisi Zone və Fleksnera 
çöpləridir. İnkişafı üçün 37°C, 45°C onlara kifayət etmir, 60°C-ə qədər qızdırıldıqda 
isə 10-20 dəqiqəyə məhv olurlar. Qida məhsullarında və qablarda 10-20 günə qədər 
qala  bilirlər.  Bu  bakteriyalar  şərti  anaerob  olub,  neytral  reaksiyalı,  adi  qidalı 
mühitlərdə  yetişirlər.  Bu  bakteriyalar  acızdan  keçərək  yocun  bacırsaqda  toplanırlar 
(lokalizə  olunurlar)  və  nəticədə  bacırsaqlar  ciddi  zədələnir,  yaralar  əmələ  gəlir  və 
qanlı  nəcis  ifraz  olunur.  Xəstəliyin  inkubasiya  dövrü  2-7  günə  qədərdir.  Əmələ 
gətirdikləri  endotoksinlər  qana  keçərək  intoksikasiya  verirlər.  Çox  yoluxucudurlar. 
İnsan  mikroblu  su,  qida  məhsulları  qəbul  etdikdə,  əşyalara  toxunduqda  və  hətta 
xəstələrə  əl  verdikdə  dizenteriya  ilə  yoluxa  bilər.  Xəstəliyin  yayılmasında 
milçəklərin  rolu  da  böyükdür.  İnfeksiya  mənbəyi  xəstə  insanlar  və  basil  daşıyanlar 

hesab  olunur.  Xəstəlikdən  sonra  zəif  immunitet  əmələ  gəldiyinə  görə  insan  bu 
xəstəliyə bir neçə dəfə tutula bilər. 
Bəzi  dizenteriya  bakteriyaları  (Zone  tipi)  və  B  paratif  törədicilər  qida 
məhsullarında  çoxalmaq  qabiliyyətinə  malikdirlər.  Bu  zaman  qida  məhsulları  qəbul 
edildikdə qida zəhərlənmələrinin toksikoinfeksiya tipinə bənzər kəskin mədə-bağırsaq 
xəstəliyi əmələ gəlir. 
Brüselloz və ya Malta qızdırması. Xəstəliyin amili olan Brucella melitensis 
(Brusella melitensis) əsas etibarı ilə xəstə heyvanlardan, xüsusilə keçi, qoyun südü 
və  süd  məhsulları  ilə  insanlara  keçir.  Xəstəliyin  amili  Brus  tərəfindən  müəyyən 
edilmişdir. Bunlar  Brucella cinsinə aid olan qram-mənfi  qısa çöpvari  (çöp şəkilli) 
sporsuz, hərəkətsiz bakteriyalar olub, bəzi hallarda zəif kapsula əmələ gətirirlər. Bu 
çöplər  uzun  müddət  yeyinti  məhsullarında  qala  bilər  (piydə  70-80  gün,  pendirdə 
45-60 gün). Çöplər quraqlıq və soyuğa davamlı olub, yüksək temperatur təsirindən 
(60-65°C  temperaturda  10-20  dəqiqə,  80-90°C-də  isə  5  dəqiqə)  tezliklə  tələf 
olurlar. 
Bu  çöplər  endotoksinə  malikdirlər.  Xəstəliyin  inkubasiya  dövrü  4-20  gün  və 
bəzən  daha  uzun  sürür.  Mikroblar  bacırsaqlardan  orqanizmə  keçib  limfa 
vəzilərində  çoxalır  və  sonra  qana  keçirlər.  Xəstəlik  əsasən  qızdırma  ilə,  oynaqlar 
və  əzələlərdə  acrılar,  ümumi  zəifliklə  aşkara  çıxır  və  uzun  müddət  davam  edir. 
Xəstəliyə  qarşı  immunitet  yaranır.  Brüselloz  xəstəliyinə  müxtəlif  heyvanlar  – 
qaramal,  qoyunlar,  keçilər  və  s.  tutulur.  Qaramalda  balasalma  xəstəlik  üçün 
səciyyəvidir.  Xəstəliyin  qarşısını  almaq  üçün  görülən  profilaktik  tədbirlərdən 
heyvandarlıq  təsərrüfatının  saclamlaşdırılması,  xəstəlik  müşahidə  olunan 
rayonlarda  çiy  süddən  istifadənin  qadacan  olunması  və  südün  pasterizə  olunması 
(65-70°C, 30 dəqiqə müddətdə) və s. tədbirlərin görülməsidir. 
Qarayara  xəstəliyi,  Sibir  yarası  –  heyvanlar  arasında  geniş  yayılmış 
yoluxucu  xəstəlikdir.  Onun  törədicisi  Bacillus  anthracis  aerob,  hərəkətsiz,  spor 
əmələ gətirən zəncirvari çöplərdən ibarətdir. İnsanlar qarayaraya az həssasdır, lakin 
onlar  müxtəlif  yollarla  –  xəstə  heyvanlarla  (yaxşı  bişməmiş  ətdən  və  ya 
heyvanların  yoluxmuş  dərisi,  xəzləri  və  s.)  təmasda  olduqda  xəstələnə  bilərlər. 
İnsanlarda  qarayara,  mikrobun  orqanizmə  daxilolma  yolu  ilə  əlaqədar  olaraq  3 
formada müşahidə olunur: 
 1. Dəri forması heyvandarların, qəssabların arasında yayılmış olur; 
 2. Bağırsaq  forması  yoluxmuş qida  məhsulları  və  ya su  ilə keçir. Belə  halda 
bacırsaq pozulması, qanla qarışıq qusma, ümumi zəiflik və s. müşahidə olunur;  
3.Xəstəliyin  acciyər  forması  qarayara  çöplərinin  sporları  yuxarı  tənəffüs 
yollarına düşdükdə inkişaf edir.  
Qarayara  törədicisinin  sporları  xarici  mühit  amillərinə  qarşı  çox  davamlıdır, 
torpaqda,  dəri  və  tüklər  üzərində  uzun  illər  qala  bilir,  hətta  qaynatmaya  da 
davamlıdır.  Temperaturu  140°C  olan  qızmış  havada  2-3  saat  müddətində, 
avtoklavda isə 120°C temperaturda, 15-20 dəqiqədən sonra bu çöplər tələf olur. 
Vərəm  xəstəliyi.  Xəstəliyin  amili  Kox  (1802-ci  ili)  tərəfindən  tapılmış 
Mycobac.tuberculosis–dir.  Bu  çöplər  polimorf  xüsusiyyətli  olub,  qısa,  uzun, 
düzgün,  əyilmiş  formada  ola  bilər.  Vərəm  çöpləri  hərəkətsiz,  sporsuz,  aerob, 
nisbətən çətin boyanan, turşuya, spirtə və s. davamlıdır. İnsanı, qaramalı, quşları və 

balıqları  yoluxdurmasına  görə  əsasən  4  tip  vərəm  çöplərinin  olducu  göstərilir. 
İnsan, xüsusilə uşaqlar qaramalın vərəm çöplərinə çox həssasdırlar. Nadir hallarda, 
insan  quşlardan  da  yoluxa  bilər.  Vərəm  çöpləri  insan  orqanizminə  dəridən  və 
tənəffüs  yollarından  daxil  ola  bilər.  Vərəm  çöpləri  tənəffüs  yollarından  daxil 
olduqda,  ilk  proses  ağ  ciyərlərdə  baş  verir  və  sonradan  bunlar  bədənin  hər  bir 
nahiyəsinə  yayılaraq  ümumi  infeksiyanın  meydana  çıxmasına  səbəb  olur.  Vərəm 
çöpləri  xarici  mühit  amillərinə  çox  davamlıdır.  Qida  məhsullarında,  məsələn, 
yacda 3 aya qədər, pendirdə 2 aya qədər qala bilər. Duru mühitdə 100°C-yə qədər 
qızdırdıqda, 10 saniyə müddətinə tələf olur. 
Vəba.  Vəbanın  törədicisi  hərəkətli,  sporsuz,  qram-müsbət,  vergül  şəklində 
əyilmiş, vibrionlardır (Vibrio cholerae). Vəba vibrionları  fakültativ anaerobdurlar. 
İnkişafı  üçün  optimal  temperatura  25-37°C-dir,  onlar  55°C-də  25-30  dəqiqəyə 
məhv  olurlar.  Qida  məhsullarında  10-15  gün,  torpaqda  2  ay,  suda  bir  neçə  gün 
qalırlar.  Vibrionlar  mühitin  turşuluqlucuna  həssasdır,  aşacı  temperatura  isə 
davamlıdırlar.  Vəba  vibrionu  güclü  təsir  edən  endotoksin  və  ekzotoksin  – 
enterotoksin (bacırsaq zəhəri) əmələ gətirir. İnkubasiya dövrü bir  neçə saatdan bir 
neçə günə qədər davam edir. 
 
4 . İnfeksion xəstəliklər, qida zəhərlənmələri və helmintozlarin profilaktikasi 
Mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərə infeksion və yaxud yoluxucu 
xəstəliklər deyilir. Digər xəstəliklərdən əsas fərqi onların xəstə insanlardan 
sağlama keçməsidir və müəyyən şəraitdə çoxlu insanları xəstələndirməsidir. 
Bir  qayda  olaraq  patogen  mikroorqanizmlər  üçün  yaşayış  mühiti  insan  və 
heyvan orqanizmləridir və parazitlərin sahibi hesab edilir. 
Patogen mikroorqanizmlər ciddi spesifik xüsusiyyəti ilə səciyyələnir, yəni hər 
bir  törədici  müəyyən  xəstəliyi  əmələ  gətirir.  Məsələn,  qarın  yatalağı  çöpləri  qarın 
yatalağını, qanlı ishalı – qanlı ishal və s. törədir. 
Patogen  mikrobların  bioloji  xarakter  xüsusiyyəti  onların  toksinlər  və  digər 
zəhərli  maddələr  hazırlamasıdır  ki,  bu  da  orqanizmdə  xəstəlik  törətmə  təsirinə 
malikdir.  Patogen  mikroblar  iki  növ  toksinlər  hazırlayır:  ekzotoksinlər  və 
endotoksinlər.  Ekzotoksinlər  mikroorqanizmlərin  yaşadığı  zaman  xarici  mühitə 
ifraz olunur. Endotoksinlər isə yalnız onların ölməsi və parçalanması zamanı azad 
olunur.  Xəstəlik  törədən  mikroorqanizmlərlə  və  insanların  qarşılıqlı  təsir  prosesi 
infeksiya  adlanır.  İnfeksiyanın  baş  verməsi  müxtəlif  formalarda  müşahidə  olunur. 
Bu  mikrobun  növündən,  virumentlik  dərəcəsindən  və  orqanizmə  daxilolma 
miqdarından,  həmçinin  insanların  müqavimət  qüvvəsindən  asılıdır.  Xəstəliyin  baş 
verməsindən  iştirak edən  mikrobların  miqdarına  və  onun baş  vermə  dövrünə  görə 
infeksiya aşağıdakı formalarda olur: 
Xəstəliyi bir növ mikrob törədirsə sadə infeksiya, iki və ya bir neçə növ mikrob 
törədirsə  qarışıq  infeksiya  baş  verir.  Bəzən  bir  növ  mikrobun  təsirindən  xəstə 
orqanizmin  ümumi  müqaviməti  zəifləyərək  ikinci  növ  mikrob  tərəfindən  infeksiya 
mürəkkəbləşdirilir ki, buna ikinci infeksiya deyilir. 
Xəstəliyin  baş  verməsinə  görə  infeksiya  endogen  və  ekzogen  olur.  Ekzogen 
infeksiyada  mikrob  orqanizmə  xaricdən  düşür  və  (qarayara,  dovşancıq).  Endogen 
infeksiya isə orqanizmin  müqaviməti zəifləyən zaman öz daxilində (tənəffüs, həzm 

aparatı)  yerləşən  mikrobların  hesabına  baş  verir.  Orqanizmin  zəif  immunobioloji 
qabiliyyəti (reaksiya əmələ gətirmə qabiliyyəti) zamanı ora düşən mikroblar inkişafı 
üçün  əlverişli  şərait  tapı  rvə  xəstəlik  törədir.  İnfeksion  xəstəliklər  ağır,  orta  ağır  və 
yüngül formalarda keçə bilər. 
Bir çox infeksion xəstəliklərlə yalnız insanlar xəstələnə bilir ki, belə infeksiya 
antroponoz  adlanır  (yunanca  «antropos»  -  insan  və  «nozos»  -  xəstəlik).  Bunlara 
misal olaraq qanlı  ishal, qarın  yatalağı,  vəba, difteriya (yoluxucu boğaz  xəstəliyi), 
qızılca (korv)  və b. Burada  infeksiyanın ən əsas  mənbəyi  xəstə  insan  və bakteriya 
faşıyıcılarıdır.  Yalnız  heyvanlar  xəstələnən  infeksion  xəstəliklər  –  zoonozlar 
adlanır  (yunanca  «zoo»  -  heyvan,  «nozos»  -  xəstəlik).  Həm  insan  və  həm  də 
heyvanların xəstələndiyi infeksion xəstəliklər zooantroponozlar adlanır.  
Yoluxmanın  yayılma  formaları  müxtəlifdir.  Xəstəlik  tək-tək  hallarda  təsadüf 
olunduqda,  buna  sporadik  hal  deyilir.  Eyni  bir  mənbədən  yayılan  çoxlu  miqdarda 
adamların  xəstələnməsi  hallarına  epidemiya,  epidemiyanın  yayılıb  bütün  ölkələri 
və hətta qitələri əhatə etməsinə pandemiya adı verilir. 
Hər  hansı  bir  yoluxucu  xəstəlik  müəyyən  bir  ərazidə  uzun  müddət  davam 
edərsə,  bu  forma  epidemiyadır.  İnfeksiyanın  yayılmasının  əsas  mənbəyi  xəstə 
insanlar  və  heyvanlardır.  Kollektivdə  xəstəliyin  baş  verməsi  üçün  üç  əsas  şərt 
vacibdir: infeksiya mənbəyi, onun yayılma yolları və əhalinin xəstəliyə həssaslığı. 
İnfeksion xəstəliklərin tək-tək, yaxud epidemiya halda baş vermə şəraiti hökmən 
infeksiya  mənbəyinin  olması  hesab  edilir.  Xəstə  insan  çox  təhlükəli  infeksiya 
mənbəyi hesab edilir. Belə ki, o çoxlu  miqdarda bakteriya xaric edir. Bunlar həm də 
virument  vəziyyətdə  olur.  Xüsusilə  atinik  xəstələr  çox  təhlükəlidir.  Belə  ki,  bu 
şəxslər uzun müddət ətrafdakılarla əlaqədə olub, onları yoluxdura bilərlər. 
Xəstə insan və heyvanlardan başqa, infeksiya mənbəyi bakteriya daşıyıcılarda 
ola  bilər.  Bakteriya  daşıyıcılıq  çox  zaman  infeksion  xəstəliklər  keçirdikdən  sonra 
baş  verir.  Belə  ki,  insan  və  heyvanlar  müəyyən  vaxta  qədər  ətraf  mühitə 
mikroorqanizmlər  xaric  edirdilər.  Lakin  infeksiya  mənbənin  olması  hələ  o  demək 
deyildir  ki,  insan  hökmən  onunla  yoluxa  bilər  və  infeksiya  yayılar.  İnfeksion 
xəstəliklərin  baş  verməsinin  və  yayılmasının  ikinci  ən  vacib  şərti  infeksiyanın 
keçməsinə  səbəb  olan  ətraf  mühitdə  müəyyən  amilin  olmasıdır.  İnfeksiyanı 
yoluxmuş  insandan  sağlam  orqanizmə  verən  xarici  mühit  elementi  infeksiyanı 
keçirən  amil  adlanır.  Bunlara  su,  hava,  torpaq,  qida  məhsulları,  aparaturalar, 
avadanlıqlar,  qab-qacaqlar,  həmçinin  gəmiricilər,  həşəratlar  və  s.  aiddir. 
Amillərdən  asılı  olaraq  su,  qida,  hava-damcıları,  torpaq,  təmas  ilə  infesiya 
xəstəliklərinin keçirmə yolları fərqlənir. 
Bütün infeksion xəstəliklərdə infeksiyanı keçirməyin ən çox rast gəlinən yolu 
əlaqədir, yəni bir-birilə təmasda olmaqdır. Əlaqə birbaşa və dolayı ola bilər. Birbaş 
əlaqədə  infeksiyanın  keçməsi  dəri  və  selik  mənbələri  ilə  təmasda,  dolayıya  isə  ev 
əşyaları və gündəlik istehsalatda olur. 
İnfeksiyanın  hava  ilə  keçməsi  zamanı  törədicilər  xəstə  insanın  tənəffüs 
yolundan selik daşıyıcıları il əvə yaxud bakteriya daşıyıcıları (qızılca, göyöskürək – 
koklöş,  qrip,  difteriya,  vərəm  və  b.).  Su  vasitəsilə  bir  çox  infeksiyalar  keçə  bilər 
(vəba,  qarın  yatalağı,  qanlı  ishal  və  s.).  Yoluxmuş  suyu  içdikdə,  onunla  çimdikdə, 
tərəvəzi, qab-qacaqları, avadanlıqları yuduqda. 

Qida  yolu  ilə  infeksiyanın  yayılması  yuxarıda  qeyd  olunanlardan  onunla 
fərqlənir  ki,  qida  məhsulları  yalnız  infeksiyanın  keçiricisi  olmayıb,  həm  də 
mikroorqanizmlərin  çoxalması  və  toplanması  üçün  əlverişli  qida  mühiti  hesab 
olunur. 
Qida  məhsullarının  yoluxması  müxtəlif  yollarla  olur:  xəstə  heyvandan  alınan 
məhsullar  (süd,  ət,  yumurta)  yeməyi  hazırlayan  və  yaxud  emal  edən  xəstə  insanla, 
avadanlıqlarla,  qab-qacaqla,  su,  hava,  əl  ilə  və  s.  Həşərat-keçiricilərlə  – 
ağcaqanadlarla  malyariya  xəstəliyi  ke-çir.  İnfeksiyanın  keçməsi  amili  torpaq  da  ola 
bilər.  Bir çox  infeksiyalar  üçün  torpaq törədicilərin qısa  müddətli  qalmaq  yeri  hesab 
olunur (bağırsaq infeksiyaları). Buradan o, su təchizat mənbəyinə, qida məh-sullarına 
keçə  bilər.  Digər  infeksiyalar  üçün  torpaq  törədicilərin  uzun  müddət  qalmaq  yeridir 
(Sibir yarası, botulizm, yara infeksiyaları və b.). 
Lakin  infeksiyaların  yayılması  üçün  infeksiya  mənbəyi  (xəstə  və  yaxud 
bakteriya daşıyıcıları) və keçmə amili (su, qida, ətraf mühit obyektləri) hələ kifayət 
deyildir.  Belə  ki,  insanların  infeksiya  obyektləri,  xarici  mühitlə,  qida  ilə,  su  ilə, 
yaxud birbaşa xəstə ilə qeyri-həssaslığı nəticəsində xəstələnməyə də bilər. 
İnfeksion xəstəliklərin baş verməsi və yayılmasında üçüncü şərt də təsir edir. 
Bu  insanların  həmin  xəstəliyə  həssaslığıdır.  Həssaslıq  –  xəstəlik  əmələ  gətirən 
törədicilərlə  insan orqanizminin təmasda olduğu zaman  xəstələnmə qabiliyyətidir. 
Orqanizmin  qeyri-həssaslığı  bütövlükdə  ümumi  müdafiə  və  xüsusi  immunitetlə 
müəyyən olunur. 
Xüsusi  immunitetdə  orqanizmi  hər  hansı  bir  infeksiyadan  müdafiə  olunur  və 
digər infeksiyanın həssaslıq dərəcəsinə təsir etmir. Məsələn, qarın yatalağı törədicisilə 
hazırlanan immunitet qanlı ishal xəstəliyini qorumur. Xüsusi immunitet anadangəlmə 
və sonradan qazanılma ola bilər. Qazanılan immunitetlər həyat boyu formalaşır, yəni 
infeksion xəstəlikləri keçirdikdən və yaxud süni immunitetləşmə. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin