Virusların təsnifatı. Viruslar kəşf edildikcə onların biologiyası barədə faktik
materiallar da çoxalmış və bu da onları təsnifləşdirməyə imkan vermişdir. Hazırda
virusları təsnifləşdirdikdə 1965-ci ildə mikrobioloqların Moskvada keçirilən
beynəlxalq konqresdə qəbul olunan təsnifatdan istifadə edilir. Bu təsnifatda
nuklein turşuları nəzərə alınmaqla Vira tipi iki yarım tipə bölünür:
1. Tərkibində RNTolanviruslara – Ribovira;
2. DNT-yə malikolanviruslara – Deoxyvira.
7. Bakteriofaqlar
Viruslara yaxın orqanizmlərdən olub ilk dəfə, 1898-ci ildə N.F.Hamaleya
tərəfindən kəşf edilmişdir. O, bakteriyaların naməlum amil tərəfindən duruluşunun
itirildiyini müşahidə etmiş və bunu bakteriolizin adlandırmışdır. İngilis
bakterioloqu Tvort isə 1915-ci ildə stafilokokkların koloniyasının görünüşünü
dəyişən yoluxucu amili – faqı müşahidə etmişdir.
Kanada bakterioloqu D’Errel qanlı ishal çöplərini yoluxduran bakteriofaqı
kəşf etmişdir. Tədqiqatlar göstərmişdir ki, bir çox mikroorqanizmlərin özlərinə
məxsus faqları mövcuddur. Bakteriyaların faqları bakteriofaq, şüalı göbələklərin
faqı isə akrinofaq adlanır və s.
Bakteriofaq üç formada olur. Onlar yetkin faq, profaq və vegetativ faq
adlanırlar. Yetkin faq maddələr mübadiləsi aparmır, bakteriyaya toxunaraq,
hüceyrə tərəfindən adsorbsiya olunur. Sonra isə bakterial hüceyrənin əriməsi
nəticəsində faqlar sərbəstləşir və yetkin faqlara çevrilirlər. Profaq isə sahib
hüceyrəni tələf etmir, əksinə onunla müştərək həyat keçirir. Profaq çoxalaraq onu
dağıdır və vegetativ formaya keçir. Hüceyrə üçün qeyri əlverişli şəraitdə profaqı
daşıyan kultura lizogen adlanır və təbiətdə bakteriofaqlar belə kulturalarda öz
nəsillərini qoruyub saxlayırlar.
Bakteriofaqlar vəba, qarın yatalağı, qanlı ishal, difteriya və s. xəstəliklərdə
müalicəvi təsir göstərir. Onlardan cərrahiyyədə də istifadə oluna bilər.
Kimyəvi tərkibinə görə faqlar zülal, nuklein turşuları və lipidlərdən
ibarətdirlər. Onlar viruslar kimi yalnız canlı hüceyrələrdə yaşayıb çoxalırlar.
Bunlardan əlavə təbiətdə yosunlar (Algae) da geniş yayılmışdır. Onlar qida
mənbələri kimi və s. məqsədlərlə istifadə olunurlar.
8. Göbələklər (Funqi)
Xlorofilsiz ibtidai bitkilərə aid olub göbələklərin 90.000-ə qədər növü
məlumdur. Onlar torpaqda, suda, bitkilərlə müştərək münasibətdə, bir çoxları da
bitki və heyvanlarda müxtəlif xəstəliklər törədirlər.
Göbələklər ən mürəkkəb üzvi maddələrin parçalanmasında mühüm rol
oynayırlar. Yaşayış tərzi ilə əlaqədar olaraq onların vegetativ bədənləri əsasən
mitsell adlanan budaqlanmış nazik saplardan təşkil olunmuşdur.
Göbələklər
tipinə
görə
arximisetlər
(Archmycetes),
fikomitsetlər
(Phycomycetes),
kisəli
göbələklər
(Ascomycetes),
bazidiomisetlər
(Basidiomycetes), natamam göbələklər (Fungi imperfecti) adı altında 5 sinfə
bölünürlər.
Birinci və ikinci siniflər ibtidai, üç və dördüncü siniflər isə ali göbələklərə aid
edirdilər.
Mikrobioloji baxımdan marağlı təsərrüfat əhəmiyyətinə malik və təbiətdə
geniş yayılmış kif, maya göbələkləri və bəzi natamam göbələklərin öyrənilməsi
istehsal sahələri üçün vacibdir. Kif göbələkləri (şəkil 1.3) həm ibtidai və həm də
ali göbələklərə aid edilirlər. Onların təbiətdə daha çox yayılmış Mucor, Rhizopus
(şəkil 1.4) nümayəndələri məlumdur. Bir çox nümayəndələri müxtəlif fermentlər
və turşular ifraz edirlər, və üzvi maddələrin parçalanmasında mühüm rol
oynayırlar. Hər iki cinsin müxtəlif növləri meyvə və tərəvəzlərin xarab olmasında
iştirak edirlər.
Şəkil 1.3. Kif göbələkləri:
a – Penicillium: 1 – konidiya daşıyıcı; 2 – budaqlar; 3 – steriqmalar;
4 – konidiyalar;
b – Botrytis: 1 – konidiya daşıyıcı; 2 – budaqları; 3 – konidiyalar;
c – Alternaria: 1 – konidiya daşıyıcı; 2 – çoxhüceyrəli konidiya.
Aspergillus, Penicillium (bax şəkil 1.3), Fusarium, Alternaria və s. cinslərə daxil
olan göbələklərin arakəsməli mitselləri olur və onlar, ali göbələklərə aiddirlər. Bu
göbələklərə aid olan bir çox kif göbələklərinin cinsi çoxalmaları məlum olmadığına
görə bunları natamam göbələklər qrupuna daxil edirlər. Onlar askomitsetlər sinfinin
Plectascales sırasına daxil edilirlər. Bu cinslərin bir çox nümayəndələri torpaqda,
müxtəlif üzvi qalıqlar üzərində konidial dövrdə yayılmışlar. Ona görə də belələri
natamam göbələklər qrupuna daxil edilirlər. Penisillium cinsinin göbələklərində
konididaşıyan çox hüceyrəli olub, üç hissəsində 2-3 dəfə budaqlanır.
Bunlardan fərqli olaraq, Aspergillus cinsinin göbələklərinin konididaşıyanı
budaqlanmır, üç hissəsi başcıq və ya qovuq şəklində genişlənir.
Göbələklərin bir çox növlərindən sənayedə müxtəlif antibiotik maddələr alınır
ki, bunlardan da penisillin, notatin, tardin, aspergillin və s. göstərmək olar. Bəzi
penisillium növlərindən isə pendir və s. məhsullar istehsalında istifadə olunur.
Maya göbələklərinə gəldikdə isə, onlar bir hüceyrəli orqanizmlərdən olub,
hüceyrələrinin forması çox vaxt dairəvi, oval-yumurta formalı və ya ellipsvarı,
bəzən isə silindrik və ya limonşəkilli olurlar. Onlar bakteriyalara nisbətən iridirlər,
hüceyrələrinin ölçüsü isə 5-8-10 mk diametrində olur.
Mikroskop altında baxdıqda onların hüceyrəsinin qılaf və protoplastdan ibarət
olduğu müşahidə edilir. Maya göbələklərinin qılafının elektron mikroskopiyası
göstərir ki, qılaf iki və bəzən daha artıq təbəqədən ibarət olub, tərkibində sellüloza
vardır.Bakteriyalardan fərqli olaraq maya göbələklərində dairəvi və ya oval şəkilli,
formalaşmış nüvənin olması onları bakteriyalardan fərqləndirir. Onlarda hüceyrə
yaşlaşdıqca onun sitoplazmasında çoxlu vakuollar əmələ gəlir.
Onların çoxu tumurcuqlama, bəziləri isə hüceyrənin ikiyə bölünməsi yolu ilə
çoxalırlar. Göbələklər sporlarla da çoxala bilirlər.
Təsnifatına görə maya göbələkləri Ascomycetes sinfinin ibtidai kisəlilər –
Protascales sırasına aiddirlər və onlar sadə bölünmə və ya tumurcuqlama yolu ilə,
sporlarla çoxalan orqanizmlərdəndir.
Maya göbələklərinin ibtidai kisəlilər sırasının yalnız bir fəsiləsi məlumdur ki,
bunlar da Saccharomycetaceae adlandırılırlar. Onlar 12 cinsi əhatə edirlər və
aşağıdakılardan ibarətdirlər:
Sporlar ilə çoxalan Schizosaccharomyceslər.
İzo- və heteroqamiya yolu ilə çoxalan Zygosaccharomyceslər. Onlar
şəkər məhlulunda inkişaf edə bilirlər, qıcqırtma qabiliyyətinə malikdirlər.
Üzəri çıxıntılı qılafla örtülü, dairəvi və bəzən oval formalı sporlar əmələ
gətirən Debariomyceslər.
Vegetativ bədənləri maya hüceyrələrini xatırladan lakin mitselləri
olmayan Nadsoniyalar.
Kisəsində bir və ya iki spor olan, oval formalı hüceyrələri olan
Schwanniomyceteslər.
Kisə sporları dairəvi, üzəri hamar olan Torulasporalar. Hüceyrələri
Torula-nı xatırladır.
Sporları mitsel əmələgətirən Saccharomycodeslər.
Sporlarının üzərində ikiqatlı qılaf olan Saccharomycopsislər.
Sporları dairəvi formada olan, üzərləri bir qatlı qılafla örtülü
Saccharomyceslər. Onların növlərindən sənayedə geniş istifadə edilir.
Sadə bölünmə və tumurcuqlama vasitəsilə çoxalan Hansenula
göbələkləri.
Yalançı mitseliləri olan, kisə sporları limon formalı Pichia göbələkləri.
Spirt qıcqırması əmələ gətirməyən sporları limona oxşar, genişlənmiş
qılafı olan Willopsis göbələkləri.
Bunlardan əlavə mayaya oxşar və ya sporsuz göbələklər də təbiətdə geniş
yayılmişlar.
Bu göbələklər iki fəsilləyə bölünürlər ki, I fəsilə rənqli, piqment
əmələgətirənChromotorulaceae,
II
fəsilə
isə
rəngsiz
piqment
əmələ
gətirməyənTorulopsidaceae adlanır.Chromotorulaceae fəsiləsinin hüceyrələri maya
göbələklərinə bənzəyir və bunlar müxtəlif rəngli piqment əmələ gətirən cinsləri əhatə
edir.
Bütövlükdə götürdükdə maya göbələklərinin yabanı və mədəni növlərinə daha
çox təsadüf olunur. Onlar çörək bişirmədə, spirt qıcqırmasında, çaxırçılıqda, pivə
istehsalında, yem mayası istehsalında işlədilirlər. Südlü məhsullardan kefir, qımız
hazırlanmasında geniş istifadə olunurlar.
Torulopsidaceae fəsiləsi isə rəngsiz piqment əmələ gətirməyən cinsləri əhatə
edir. Onların hüceyrələri uzunsov, oval, sapşəkilli, tək-tək, yaxud da zəncir
formasında rast gəlinir.
Qeyri-müəyyən (natamam) göbələklər (Fungi imperfecti) isə təbiətdə geniş
yayılmış orqanizmlərdən olub, 25 minə qədər növü əhatə edirlər. Bunlara arakəsməli
mitselləri olan göbələklər daxildirlər.Onların əksər nümayəndələri cinsi prosesləri
itmiş kisəli göbələklərdir.
Bu göbələklərin təsnifatı ədəbiyyatda hələ tam dəqiqləşdirilməmişdir. Bununla
belə, bir sıra müəlliflərə, o cümlədən A.A.Potebniyə görə qeyri müəyyən göbələklər
5 sıraya bölünürlər.
9. Mikroorqanizmlərin böyüməsi və çoxalması
Fiziologiya mikroorqanizmlərin qidalanmasını, tənəffüsünü, inkişafını,
çoxalmasını və s. məsələləri öyrənir.
Bütün canlı orqanizmlərin əsas xüsusiyyətlərindən biri əlverişli şəraitdə
onların böyümə və çoxalmalarıdır. Böyümə fizioloji proses olub hüceyrənin
həcmcə ölçüsünün artması-böyüməsidir. Hüceyrənin böyüməsində 3 mərhələ
nəzərə çarpır: Hüceyrənin fəal böyüməsi, böyümənin zəifləməsi və tələf olma.
Böyümə prosesi çoxalma ilə nəticələnir. Bakterialar əlverişli şəraitdə çoxalır və
çoxalmaları əsasən sadə yolla hüceyrənin ikiyə bölüməsi yolu ilə olur.Adətən
balterialar 15-30 dəqiqədən bir bölünür. Bölünmə zamanı əmələ gələn arakəsmə
tədricən hüceyrəni 2 hissəyə bölür. Bakteriya bölünməzdən əvvəl onun
hüceyrəsində böyük dəyişiliklər baş verir. Əvvəlcə hüceyrənin protoplastında
nukleoproteidlər və ehtiyyat qida maddələri çoxalır. Bölünmədən əvvəl bakterial
xromosomun DNT-sinin
replikasiyası (ikiləşməsi) baş
verir. DNT-nin
replikasiyasında sonra hüceyrənin bölünməsi başlayır. Əvvəlcə 2 qatlı
sitoplazmatik membran sintez olunur, sonradan hüceyrənin daxili divarında iki
çıxıntı törəyir və bunlar sürətlə inkişaf edərək halq formasında hüceyrəni ikiyə
bölən ikiqatlı arakəsmə əmələ gıtirir və protoplat iki hissəyə bölünür, bu hissələr
bir-birindən protoplazmatik membran ilə ayrılır. Bundan sonra yeni əmələ gəlmiş
hüceyrələrin arasında hüceyrə divarı əmələ gəlir və nəticədə iki cavan hüceyrələr
bir-birindən ayrılır. Əgər əmələ gəlmiş cavan hüceyrələr morfoloji oxşardırsa, belə
bölünməyə izomorf, bir-birindən fərqli hüceyrələr əmələ gələrsə buna heteromorf
bülünmə deyilir.
Son zamanlar alimlər bəzi bakteriyaların maya göbələyində olduğu kimi
tumurcuqlanma ilə gedən çoxalmanın olduğunu da qeyd edirlər. Aktinomisetlər
qeyri-cinsi partenogenez yolla əmələ gələn sporlarla çoxalırlar. Bakteriyalarda
sadə yolla gedən cinsi çoxalma da müəyyən edilmişdir.
Bakteriyalar təzə qidalı mühitə daxil edildikdə onlar qidalı maddələri
minimuma endirənə qədər çoxalır. Sonra isə çoxalma dayanır. Əgər çoxalma
prosesinin gedişində mühitə əlavə qidala maddələr daxil edilməzsə və əmələ gələn
ifrazat məhsulları mühitdən ayrılmazsa, buradakı kultura statik və ya dövrü kultura
adlanır. Belə kultural papulyasiyalarda çoxalma s formalı çoxalma əyrisi üzrə 4
fazada gedir: embrional inkişaf və ya laq faza, intensiv loqarifmik və ya
eksponensial faza, stasionar çoxalma və tələf olma fazaları.
I
faza
embrional
inkişaf
və
ya
laq
faza
(
böyünmənin
dayanmsı)dövründəhüceyrələrdə fermentlər,nuklein turşuları və zülallar sizntez
olunur. Bu dövrdə hüceyrələr bölünmür, lakin mühitə uyğunlaşır. Onlar morfoloji
və və fizioloji dəyişkənliyə uğrayır, ölçüsü böyüyür və hüceyrələr bu dövrdə xarici
mühit amillərinə qarşı çox həssas olurlar.
II faza loqarifmik və ya eksponensial fazalaq fazanı əvəz edir. Bu dövrdə
hüceyrələr kifayət qədər qidalı maddələrlə təmin olunmuş, mühitdə isə hələlik
maddələr mübadiləsinin zərərli məhsulları toplanmışdır. Ona görə də bu fazada
hüceyrənin çoxalması hər növün özünə məxsus müddətdə eyni maksimal sürətlə
həndəsi proqreslə gedir, Qidalı maddələr sürətlə istifadə olunur. Lazımsız
metabolizm məhsulları toplanır, çoxalmanın zəifləməsi gedir. Bəzi hüceyrələr
bölünmədən qalır, hətta tək-tək tələf olan hüceyrələr də müşahidə olunur.
III faza stasionar çoxalma fazası - Bu zaman qidalı maddələrin sərf olunub
azalması və ifrazat məhsullarının əmələ gəlməsi hüceyrələrin bölünməsinə mənfi
təsir göstərir. Ona görədə bu fazada çoxalan hüceyrələrlə tələf olan hüceyrələrin
miqdarı nisbi bərabər olur.
IV faza tələf olma fazası – Burada tələf olan hüceyrələrin miqdarı bölünən
hüceyrələrdən artıq olur. Ona görə dəbu dövrə tələfolmanın laqorifmik fazası
deyilir.
10. Mikroorqanizmlərin qidalanması
Mikroorqanizmlər yaşamaq, inkişaf etmək, çoxalmaq üçün qidalanmalıdırlar.
Xarici mühitdən qida maddələrinin mikrob hüceyrəsinə daxil olması və mikrobun
həyat fəaliyyəti nəticəsində əmələ gəlmiş maddələrin ifraz olunmasına maddələr
mübadiləsi deyilir. Bütün canlı orqanizmlər kimi mikroblar maddələr mübadiləsiz
yaşaya bilmirlər. Mikrobların qidalanması dedikdə, biz maddələrin daxil olub
həzmə getməsini, yəni assimilyasiyanı başa düşürük.
Mikroorqanizmlərin qidalanması diffuziya (sərbəst daxil olma) və osmos ( hər
hansı bir təsiri altında daxil olma) yolu ilə yarımkeçirici membran hüceyrələrindən
hüceyrəyə maye qida maddələrinin daxil olması və metabolizm məhsulların kənar
edilməsidir. Qida maddələrinin membrandan daxil olma sürəti hüceyrənin
quruluşundan, o cümlədən onda və ətraf mühitdə olan qida maddələrinin
konsentrasiyasındanvə ətraf mühit amillərindən asılıdır.
Mikroorqanizmlər qida kimi müxtəlif maddələrdən istifadə edirlər. Onların
tərkibinə həm orqanogen maddələr, yəni üzvi maddələrin tərkibinə daxil olan
maddələr (oksigen, hidrogen, karbon və azot), həm də mineral maddələr (kükürd,
fosfor, kalium, kalsium, maqnezium, dəmir) daxildirlər. Bundan əlavə
mikroorqanizmlərin normal inkişafı üçün təbi suda və mineral qatlarda olan cüzi
miqdarda mikroelementlər də tələb olunur (sink, bor, kobalt və marqansovka).
Bəzi mikroorqanizmlərin inkişafı üçün xüsusi maddələr də -boy maddələri, boy
stimulyatorları da tələb olunur. Bu maddələrdə həyat üçün vacib olan vitaminlər,
amin turşuları və onlara oxşar maddələr olurlar.
Mikroorqanizmlər oksigen və hidrogenisu və üzvi birləşmələrdən alırlar. Bəzi
bakteriyalar havanın sərbəst oksigenini də mənimsəyirlər.
Karbondan istifadə mənbəyinə görə mikroorqanizmlər autotrof (avtos-özü, trofe -
qidalanma) və heterotrof (heteros - başqqası) qruplara bölünürlər.
Autotrof mikroorqanizmlər karbonun üzvi maddələrə çevrilməsində zəruri olan
enerjidən istifadə etmələrinə görə 2 qrupa ayrılırlar:
1. Günəş enerjisindən istifadə edənlər- fototroflar və ya fotosintezedicilər.
2. Kimyəvi reaksiyada əmələ gələn enerjidən istifadə edənlər- xemotroflar və
ya xemosintezedicilər.
Karbonun reduksiyasında hidrogen daşıyıyıcısı kimi üzvi və mineral
maddələrdən istifadə oluna bilər.Bunlara görə də mikroorqanizmlər 2 qrupa:
orqanotroflara- üzvi maddələri mənimsəyənlərə və litotroflara mineral
maddələrdən istifadə edənlərə bölünürlər.
Fototrof bakteriyalar karbon qazını mənimsəmələrinə görə yaşıl bitkiləri
xatırladırlar. Bu bakteriyalar tipik su orqanizmləri olub şirin və duzlu sularda
yayılmışlar.Bunların təsnifatı Nil tərəfindən verilmiş vəo bu bakteriyaları 3 qrupa
bölmüşdür.
1. Kükürd mənimsəyən qırmızı rəngli bakteriylar (Athiorhodaceae)
2. Kükürd mənimsəyən purpur bakteriyalar (Thiorhodaceae)
3. Kükürd mənimsəyən yaşıl bakteriyalar (Chlorobiaceae)
Bakterial fotosintez anaerob şəraitdə gedir və burada oksigen xaric olmur.
Bunlar bitkilərin hidrogen donoru kimi istifadə etdikləri sudan deyil,hidrogenin
müəyyən donatorundan, məs: hidrogen sulfid, tiosulfat, molekulyar hidrogen və
bəzi üzvi maddələrdən istifadə edirlər. Məs:
2CO
2
+ H
2
S+ 2H
2
= 2(CH
2
O) +H
2
SO
4
Bu mikroorqanizmlər karbon mənbəyinə görə də 2 qrupa:
1. Fototlitotroflara-karbon mənbəyi kimi CO
2-
dən istifadə edənlərə və
2. Fotoorqanotroflara-karbon mənbəyi kimi üzvi maddələrdən istifadə
edənlərəbölünürlər.
Xemotrof mikroorqanizmlər fototroflara nisbətən daha geniş yayılmışdır. Bu
prosesdə mikroorqanizmlər CO
2
-ni mənimsəyərkən günəş enerjisindən deyil, üzvi
maddələrin oksidləşmə-reduksiya prosesində əmələ gələn enerjidən və qeyri-üzvi
maddələrdən istifadə edir. Ona görə də belə orqanizmlərə xemotroflar deyilir.
Xemotroflar 2 qrupa ayrılırlar :
1. Xemolitotroflar - enerjini qeyri üzvi maddələrdən, məs: NH
3
, NO
2
, CO,
Fe
+2
, H
2
, H
2
S və kükürdün digər tam oksidləşmiş birləşmələrindən alırlar.
2. Xemoorqanotroflar
-
enerjiniüzvi
maddələrdən
alırlar.
Bura
bakteriyaların əksəriyyəti daxildir.
3. Xemotrof xemosintez prosesi rus alimi Vinoqradski tərəfindən 1887-ci
ildə rəngsiz kükürd mənimsəyən və nitritləşdirici bakteriyalarda
öyrənilmişdir.
Mühit şəraitində asılı olaraq bəzən öz autotrof qidalanmasını heterotrofla əvəz
edən mikroblar da vardır ki, bunlara fakultativ xemoautotroflar adı verilir.
Həm autotrof qidalanmada CO
2
-dən, həm də heterotrof qidalanmada üzvi
maddələrdən istifadə edən mikroorqanizmlərə miksotroflar deyilir.
11. Mikroorqanizmlərin tənəffüsü
Mikrobların tənəffüsü dedikdə, bakteriya hüceyrələrində mürəkkəb üzvi
maddələrin sadə maddələrə parçalanmasını, yəni dissimilyasiyanı başa düşürük. Bu
vaxt enerji əmələ gəlir ki, onu mikroblar özlərinin müxtəlif fəaliyyəti üçün istifadə
edirlər.
Tənəffüs prosesində hidrogen atomları (və ya elektronlar) üzvi maddədən
molekulyar oksigenə köçürülür, yəni tənəffüsdə oksigen hidrogen akseptoru
rolunu oynayır.
Bütün bakteriyalar tənəffüs tipinə görə obliqat aeroblar, mikroaerofillər,
fakulatativ anaeroblar və obliqat anaeroblara bölünürlər.
Obliqat aeroblar - atmosferdə 20%-ə qədər oksigen olduqda normal yaşaya
bilir.
Mikroaerofillər öz inkişafı üçün nisbətən az oksigen tələb edir. Molekulyar
oksigen çox olduqda bunlar tələf olmasa da inkişafdan qalır. Məs: aktinomisetlər
və s.
Fakultativ anaeroblar - həm molekulyar oksigenli və həm də oksigensiz
şəraitdə çoxala bilir.
Obliqat anaeroblar - molekulyar oksigensiz şəraitdə normal inkişaf edirlər.
Bunlar oksigeni istifadə etdikləri qidalı mühitlərin parçalanmsı nəticəsində alırlar.
Beləliklə, mikroblarda maddələr mübadiləsi zamanı daima hüceyrənin
qidalanmasını və tənəffüsünü təmin edən müxtəlif maddələrin parçalanması və
sintezi prosesi gedir. Belə müxtəlif biokimyəvi proseslərin həyata keçməsini
mikrob bədənində çoxlu miqdarda olan fermentlər həyata keçirirlər.
Mikroorqanizmlərin bədənində bitki və heyvan orqanizmlərində olan kimyəvi
maddələr vardır.
Bakterial hüceyrə orta hesabla 80-85% sudan, 15-20% isə quru maddələrdən
ibarətdir. Su hüceyrədə gedən kimyəvi proseslərdə iştirak edir. Su hüceyrədə iki
formada olur: sərbəst və birləşmiş halda. Sərbəst su hüceyrə hissəcikləri arasında
əlaqə yaradır, birləşmiş su isə hüceyrə kolloidləri ilə əlaqədardır.
Quru maddələr əsasən üzvi birləşmələrdən ibarətdir.
Üzvimaddələrdən
əsasyeri
zülallartutur.Bəzibakteriyalarda
zülallarqurumaddənin
50-80%-ni,
maya
göbələklərində
40-60%-ni,
kif
göbələklərində isə 15-40%-ni təşkiledir.
Hüceyrənin quru maddəsinin 12-28%-nikarbohidratlar təşkil edirlər.
Hüceyrələrin
tərkibindəyağlar
və
yağa
bənzər
maddələr
dəvardır.Bunlarqurumaddələrin 1,7-3,7%-nitəşkiledirlər.
Mikrobların quru maddələrinin müəyyənhissəsini (15%-ni) mineral maddələr
təşkiledir. Yuxarıda qeyd olunan maddələrdən başqa, hüceyrə tərkibində 70-ə
qədər makro- və mikro-elementlər vardır.
Mikrobların
qidalanması,
tənəffüsü
və
b.
fiziolojiproseslər
fermentativyollabaşverir.Fermentlər kimyəvi reaksiyalarda iştirak etmirlər,
katalizator rolunu oynayırlar.
Fermentlərinbir çox xüsusiyyətləri vardır:
1) Onlar spesifikdirlər. Bu o deməkdir ki, bir ferment yalnız bir maddəyə təsir
göstərir.
2) Fermentlər yüksək fəallıq qabiliyyətinə malikdirlər. Məsələn, 1 ton
nişastanı şəkərə çevirmək üçün 1 qr amilaza fermenti lazımdır.
3) Fermentlər müxtəlif amillərin təsirinə həssasdırlar, tezliklə öz fəaliyyətini
itirirlər. Onlar üçün optimal temperatura 40-50°C arasında yerləşir, temperaturun
daha da yüksəlməsi isə fermentlərin aktivliyinin zəifləməsi və ya tamamilə
itirilməsi ilə nəticələnir.
Fermentlər – zülal təbiətli birləşmələrdir. Onların bir hissəsi sadə zülallar –
proteinlər qrupuna aid edilir. Belə fermentlərin hidroliz məhsulları yalnız amin
turşularından ibarət olurlar. Oksidləşmə-reduksiya reaksiyalarını kataliz edən
fermentlərin hamısı mürəkkəb zülallar – proteidlər qrupuna daxildir. Bunların
molekulunda zülali hissədən başqa, qeyri-zülali hissə, yəni prostetik qrup olur.
Belə fermentlərin nə zülali hissəsi, nə də prostetik qrupları bir-birindən ayrılmış
vəziyyətdə fermentativ aktivliyə malik olmur. Onlar yalnız bir-birilə birləşdikdən
sonra fermentlər üçün səciyyəvi olan xüsusiyyətlər əldə edirlər. Mürəkkəb zülallar
qrupuna daxil olan fermentlərin zülal hissəsi – apoferment, qeyri-zülali
komponentləri isə koferment (tərkibinə üzvi maddə daxil olduqda) və ya aktivator
(ancaq metal ionundan ibarət olduqda) adlanır. Məsələn, polifenoloksidaza
fermentində zülalla möhkəm birləşmiş bir ədəd mis ionu vardır. Bəzilərində
prostetik qrupunda vitaminlər, şəkərlər, fosfat turşusu, mononukleoidlər olur.
Hazırda 2000-ə qədər ferment məlumdur. Buna görə fermentlərin
öyrənilməsini asanlaşdırmaq üçün onları təsniflşdirirlər. Beynəlxalq Biokimyaçılar
İttifaqının fermentlər üzrə komissiyası fermentlər üçün yeni təsnifat təklif etmişdir.
Bu təsnifat 1961-ci ildə biokimyaçıların Moskvada keçirilən beynəlxalq
konqresində bəyənilmiş və qəbul edilmişdir. Yeni təsnifata əsasən fermentlər
kataliz etdikləri reaksiyaların növlərinə görə aşağıdakı altı sinfə bölünürlər. 1)
Oksireduktazalar. 2) Transferazalar. 3) Hidrolazalar. 4) Liazalar. 5) İzomerazalar.
6) Liqazalar ( sintetazalar). Bu siniflərin hər biri müəyyən sayda yarımsiniflərə,
qruplara bölünür.
1. Oksireduktazalar sinfinə bioloji oksidləşmə proseslərini kataliz edən,
hidrogen ionlarının və elektronların daşınmasını həyata keçirən fermentlər daxildir.
Buraya peroksidaza, katalaza və s. fermentləri daxildir. Peroksidaza və katalaza ya
hidrogen atomlarını substratdan hidrogen – peroksid molekuluna keçirir
(peroksidaza), ya da hidrogen–peroksidi suya və molekulyar oksigenə parçalayır:
2H
2
O
2
O
2
+ 2H
2
O.
2. Transferazalar – müxtəlif kimyəvi qrupların bir molekuldan digərinə
keçirilməsi ilə nəticələnən reaksiyaları kataliz edirlər. Məsələn, fosfotransferazalar,
aminotransferazalar, metiltransfera-zalar. Burada aminotransferazalar – amin
qrupunu amin turşulardan ketoturşulara daşıyan fermentlərdir.
3. Hidrolazalar – molekuldaxili rabitələrin hidrolitik (su molekulunun
birləşməsi ilə müşayiət olunan) parçalanma reaksiyalarını kataliz edən
fermentlərdir. Məsələn, fosfotazalar fosfat turşusunun mürəkkəb efirlərini hidroliz
edirlər. Karboksiesterazalar – üzvi turşuların mürəkkəb efirlərini hidroliz edir,
qlükozidazalar isə qlükozidlərin hidrolizini sürətləndirən fermentlərdir. Buraya
mürəkkəb karbohidratları hidrolitik yolla parçalayan fermentlər, məsələn, amilaza,
sellülaza kimi fermentlər də daxildir. Peptid rabitəsini hidroliz edən fermentlər
(pepsin, tripsin və s.) də bu sinfin nümayəndələrinə aiddir.
4. Liazalar substratdan bu və ya digər kimyəvi radikalı ayıran fermentlərdir.
Karboksilazaları bu qrupun fermentlərinə misal göstərmək olar. Karboksilazalar
aminturşuların tərkibində olan karboksil qruplarını onların molekulundan ayırır və
karbon qazına çevirirlər.
5. İzomerazalar üzvi birləşmələrin müxtəlif izomerlərin qarşılıqlı
çevrilmələrini kataliz edir. Bura sis-trans-izomerazalar aiddir.
6. Liqazalar sinfinə pirofosfat rabitələrinin parçalanmasından alınan
enercidən istifadə edərək, sadə birləşmələrdən mürəkkəb maddələrin sintezini
sürətləndirən fermentlər daxildir. Liqazalar zülalların, nuklein turşularının
sintezində mühüm rol oynayırlar.
Dostları ilə paylaş: |