MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ


 Təzə yığılmış taxılın mikrobiotası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/24
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#319
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

2. Təzə yığılmış taxılın mikrobiotası 
 
Taxılın  taxılın  yığılması  və  döyülməsi  prosesində  taxıla  mikroorqanizmlərin 
düşməsi kəskin artır.  
Yığım  və döyüm zamanı taxıl  kütləsinə  mikroorqanizmlərin düşməsinin əsas 
mənbəyi toz, qum və alaq qatışıqları hesab edilir. 
Bu zaman yığım  üsulunun, həmçinin hava şəraitinin  mühüm əhəmiyyəti vardır. 
Birbaşa  kombaynla  yığılan  dənin  nəmliyi  əksərən  yüksək  olur  və  bununla  əlaqədar 
mikroorqanizmlərin miqdarı da xeyli çox olur. Əgər ayrılıqda yığım quru isti havada 
aparılarsa,  mikroorqanizmlərin  miqdarı  azalır,  əksinə  rütubətli  hava  zamanı  dənin 
səthində  mikroorqanizmlərin  miqdarı  kəskin  artır.  Əgər  belə  dən  tez  döyülüb  və 
qurudulmasa, o xarab ola bilər.  

Birbaşa  kombayınla  alınan  dənin  orta  nəmliyi  25%  olursa,  ayrılıqda  yığılan 
dənin nəmliyi 14% olur. 
Mikroorqanizmlərin  miqdarı  (başlıca  olaraq  bakteriyalar)  ayrı-ayrı  yığılan  dəndə, 
birbaşa kombayınla yığılan üsula görə 10 və 100 dəfə azdır. 
Dəndə  kif  göbələklərinin  miqdarı  birbaşa  yığım  vaxtından  və  üsulundan 
asılıdır. Yığımın daha axır vaxtlarında bakteriyaların miqdarı azalır və göbələklərin 
miqdarı çoxalır. 
Dənin daşınması üçün çirkli nəqliyyat və tara vasitələrindən istifadə etməyə yol 
vermək olmaz. Belə ki, onlar dən kütləsinə nəinki saprotrof mikrobların, həm də bəzi 
patogen  növlərin  –  insan  və  heyvanlarda  infeksion  xəstəlik  törədicilərinin  düşmə 
mənbəyi ola bilər. 
Dənin  mikroblarla  artmasında  onun  emalı  proseslərində  –  təmizləmə, 
sortlaşdırma,  qurutma  və  bu  zamanı  baş  verə  bilən  mexaniki  zədələnmələrin 
olmasının  mühüm  əhəmiyyəti  vardır.  Mikroorqanizmlər  örtük  təbəqəsi  pozulmuş 
dəndə,  bütöv  dənə  görə  mikroorqanizmlər  daha  fəal  inkişaf  edirlər.  Dəndə  alaq 
toxumlarının  qatışıqları  da  dən  kütləsinin  mikroorqanizmlərlə  zənginləşməsində 
mühüm mənbə hesab edilir. 
Dən  kütləsinə  mikroorqanizmlərin  düşməsinin  nisbətən  eyni  formalı  şəraiti  və 
mənbəyi olduğuna görə saxlanmaya daxil olan təzə taxılın mikrobiotasının növ tərkibi 
əsasən ümumi xarakter daşıyır. 
Tədqiqatlar  göstərir  ki,  əksər  dənli  bitkilərdən  təzə  yığılan  keyfiyyətli  dənin 
mikrobiotasını  başlıca  olaraq  spor  əmələ  gətirməyən  Pseudomonas  cinsi 
bakteriyalar  təşkil  edir.  Bunlar  çox  vaxt  mikroorqanizmlərin  ümumi  miqdarının 
90-99%-ni  təşkil  edir.  Xüsusilə  tez-tez  Pseudomonas  herbicola    aşkar  edilir. 
Bunun  dən  kütləsində  çoxlu  miqdarda  olması,  müəyyən  dərəcədə  dənin  təzəliyini 
və  yaxşı  keyfiyyətli  olmasını  göstərir.  Kif  göbələkləri  bir  qayda  olaraq  dən 
kütləsindəki  mikroorqanizmlərin  ümumi  miqdarın    yaxşı  halda  bir  neçə  faizə 
qədərini  təşkil  edir.  Göbələklər  arasında  Alternaria,  Cladosporium,  Fusarium, 
Trichoderma,  Ascochyta  cinsinin  nümayəndələri  təsadüf  edilir.  Son  zamanlar 
müəyyən  olunmuşdur  ki,  dənin  mikrobiotasının  miqdarı  və  növ  tərkibi  bitki 
növündən və hətta sortundan asılı olaraq fərqlənə bilər. 
Dənin  səthində  mikroorqanizmlərin  miqdarı  onun  qlafının  quruluşundan, 
toxumun  aşağı  sallanma  dərəcəsindən,  çiçək  təbəqəsinin  olmasından,  paxlanın 
layından və b. asılıdır. 
Məsələn,  paxla  toxumlarında  –  noxud,  lobya,  mərcimək  və  başqaların  səthində 
buğda toxumuna nisbətən mikroorqanizmlərin miqdarı az olur. Bu onunla izah olunur 
ki,  paxla  toxumları  möhkəm  qabıqla  örtülü  olduğuna  görə  qabıqdan  çıxma  vaxtına 
qədər  mikroorqanizmlər ora düşə bilmir.  Bundan əlavə paxla toxumlarının qabığının 
hamar və düz olması da mikroorqanizmlərin az olmasına səbəb olur. Bu zaman buğda 
toxumunda  olan  şırımlar  (oyuq)  xeyli  mikroorqanizmlərin  dənin  səthində  oturması 
üçün  şərait  yaradır.  Digər  dənli  bitkilərdən  fərqli  olaraq  qarğıdalı  dənində 
mikroorqanizmlərin ümumi miqdarına görə kif göbələklərinin faizi yüksək olur. 
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, təzə yığılmış yaxşı keyfiyyətli 
qarğıdalı  dənində  kif  göbələkləri  mikroorqanizmlərin  ümumi  miqdarının  2-dən 
50%-ə  qədərərini  təşkil  edə  bilir.  Məlum  olmuşdur  ki,  qarğıdalı  dəninin  yetişməsi 

artdıqca  kif  göbələklərinin  miqdarı  artır,  bakteriyaların  miqdarı  isə  azalır.  Əsasən 
Penisillium, Fusarium göbələk növlərinin nümayəndələri olur. 
Müxtəlif  dənli  bitkilərin  mikrobiotasının  növ  tərkibində  olan  fərq  başlıca 
olaraq kif göbələklərində müşahidə olunur. Əgər təzə yığılmış buğda dənində tez-
tez  Alternaria,  Cladosporium    kimi  göbələk  cinslərinə  təsadüf  edilirsə,  yulaf 
dənində  göstəriləndən  başqa,  daima  Trichoderma  cinsinin  nümayəndələri  də  olur, 
qarğıdalı  dənində  tez-tez  Fusarium  müəyyən  olunur,  qarabaşax  dənində  isə  daimi 
Ascochyta göbələk cinsinə rast gəlinir. 
Müəyyən  olunmuşdur  ki,  Alternaria,  Cladosporium  göbələk  cinsləri  yalnız 
təzə  yığılmış  buğda  dənində  və  digər  bitkilərdə  rast  gəlinir.  Bu  göbələklər  «tarla 
kifi»  adını  almışdır.  Saxlanılan  dəndə  göstərilən  növlər  tez  məhv  olur  və  onların 
yerinə  Penisillium,  Aspergillus,  Mucor  növləri  meydana  çıxır.  Bu  göbələklər  isə 
«saxlanma kifləri» adını almışdır. 
Saxlanmağa  daxil  olan  taxıl  kütləsində  üç  əsas  mikroorqanizm  qrupları 
müəyyən  oluna  bilər:  saprotrof,  fitopatogen,  insan  və  heyvanlar  üçün  patogenlər 
olanlar. 
Saprotrof mikroorqanizmlər dən kütləsində həmişə bu və ya digər miqdarda olur. 
Bunlara  yuxarıda  təsvir  etdiyimiz  epifit  mikroorqanizmlər,  spor  əmələgətirən 
bakteriyalar,  kif  göbələkləri,  aktinomisetlər,  mayalar,  mayayabənzər  göbələklər  və  bir 
çox başqa növlər aiddir.  
Məlumdur ki, saprotrof mikroorqanizmlər özlərinin qidalanmaları üçün ölmüş 
heyvan  və  bitki  qalıqlarının  üzvi  maddələrindən  istifadə  edirlər.  Bu  növ 
mikroorqanizmlər  bir  çox  qida  maddələrini  saxlanma  zamanı,  o  cümlədən  də  dəni 
xarab  edə  bilər.  Dəndə  saprotrof  mikroorqanizmlərin  miqdar  və  keyfiyyət  tərkibi 
bəzən onun saxlanma prosesində həlledici təsirə malik ola bilər.  
Zərərsiz  epifitlərlə  bərabər,  bitkilərdə  və  dəndə  müxtəlif  xəstəliklər  törədə 
bilən  parazitlərə  də  rast  gəlinə  bilər.  Belə  mikroorqanizmlər  fitopatogen 
mikroorqanizmlər  adlanır.  Çox  zaman  bitkilərdə  xəstəlik  törədiciləri  fitopatogen 
göbələklər hesab olunur. 
Dənli  bitkilərin  göbələk  xəstəliyi  törədiciləri  –  mikozalar:  sürmə,  çovdar 
mahmızı,  fuzariozların  müxtəlif  növləri  və başqaları çox zaman saxlanmaya daxil 
olan dən kütləsində aşkar edilir. 
Bu  və  ya  digər  fitoparazitlərin  olduğu  taxıl  partiyasını  uzun  müddət 
saxlanmaya qoyulan zaman bunu ciddi nəzərə almaq lazımdır. 
Zədələnmiş  dən  əlavə  işlənilir  və  sağlam  partiyadan  ayrı  qoyulur.  Patogen 
mikroorqanizmlər – insanlarda və heyvanlarda infeksion xəstəlik törədiciləri – dən 
kütləsinə təsadüfən düşə bilər. 
Taxıla  xəstəlik  törədicilərinin  düşməsinin  ən  çox  ehtimal  olunanı,  xəstə 
heyvanlardan  insanlara  keçə-bilən:  qarayara,  manqo,  tulyaremiya,  bruselloz  və 
başqaları göstərmək olar. 
Bu  mikroorqanizmlərin  mənbəyi  və  infeksiyanın  keçiricisi  xəstə  heyvanlar, 
yaxud  basil  daşıyanlar,  kənd  təsərrüfatı  heyvanları,  gəmiricilər,  həmçinin  bəzi 
quşlar və həşəratlar olur. 
Taxıl  patogen  mikroorqanizmlər  üçün  əlverişli  mühit  olmadığına  görə 
onlardan  çoxu  dən  kütləsinin  saxlanması  zamanı  kifayət  qədər  tez  ölür.  Dən 

infeksiyanın  yalnız  ötrücü  rolunu  yerinə  yetirə  bilər.  Dən  kütləsinə  patogen 
mikroorqanizmlərin  az  hallarda  düşməsinə  baxmayaraq,  bu  mümkünlüyü  daimi 
yazda saxlamaq və nəzərə almaq lazımdır.  
Taxılla  işləyərkən  elementar  sanitar  tədbirlərə  ehtiyatla  əməl  olunmalı  və 
dənin  saxlanması  və  emalı  üçün  nəzərdə  tutulan,  taxıl  anbarının,  dəyirmanın, 
anbarların təmizlənməsi  və  dezinfeksiyası üzrə olan  xüsusi qaydalara ciddi  riayət 
etmək lazımdır. 
Göstərilən  tədbirləri  xüsusilə,  yuxarıda  adları  sayılan  infeksion  xəstəliklərin 
qeyd olunduğu rayonlardan daxil olan taxıllara qarşı yerinə yetirmək lazımdır. 
 
3. Taxılın mikrobiotasının müxtəlif saxlanma şəraiti və emalı zamanı 
dəyişilməsi 
Çoxlu  tədqiqatlar  göstərmişdir  ki,  əgər  taxıl  quru  vəziyyətdə  olarsa  və  daimi 
temperatur 
şəraitində 
saxlanarsa, 
onun 
saxlanma 
müddəti 
uzandıqca 
mikroorqanizmlərin 
ümumi 
miqdarı 
azalır, 
həmçinin 
taxıl 
kütləsinin 
mikrobiotasının  keyfiyyət  tərkibi  də  bir  qədər  dəyişir.  Məsələn,  buğda  və  çovdarı 
normal  şəraitdə  uzun  müddət  saxladıqda  Pseudomonas  herbicola  bakteriyaları 
tamamilə  ölür,  lakin  spor  əmələ  gətirən  Bacillus  mesentericus,  Bacillus  subtilis 
bakteriyaları,    həmçinin  kif  göbələklərinin  sporları  yaxşı  qalırlar.  Əgər  taxılın 
saxlanması  normal  şəraitdə  davam  edərsə,  mikroorqanizmlər  –  kif  göbələkləri  və 
başqaları – sükunətdə olur və çoxalmırlar. 
Saxlanma şəraiti dəyişilən zaman (nəmliyin, temperaturun artması) istər təzə 
yığılan,  istərsə  də  uzun  müddət  saxlanılan  taxıl  kütləsində  mikroorqanizmlər  ola 
bilər  və  onlar  tədricən  və  ya  sürətlə  çoxala  bilər.  Bu  zaman  bir  növü  digəri,  o 
cümlədən epifitləri kif göbələkləri əvəz edir. Sahədə və taxıl anbarında əlverişsiz 
şəraitdə saxlanma zamanı bir neçə gündən sonra mikroorqanizmlərin təsiri altında 
taxıl qismən, yaxud tamamilə xarab ola bilər. 
Saxlanma zamanı (dən) taxıl kütləsində mikroorqanizmlərin inkişafına imkan 
verən  mühüm  şərait:  taxıl  kütləsinin  və  onun  ayrı-ayrı  komponentlərin  nəmliyi; 
onun  aerasiya  dərəcəsi;  dənin  tamlığı  və  onun  örtük  toxumasının  vəziyyəti; 
qatışıqların miqdarı və növ tərkibi hesab edilir.  
Normal  keyfiyyətli  taxılda  mühit  reaksiyası  pH-5,6-6,4  arasında  olur.  Hiss 
olunacaq  dəyişiklik  isə  taxıl  xarab  olanda  müşahidə  edilir.  Taxıl  kütləsinin  adi 
mikrobiotasına  düz  günəş  şüası  öldürücü  təsir  edir.  Lakin  səpələnən  şüaya  əksər 
saprotrof mikroorqanizmlər laqeyd münasibət göstərirlər. 
 
4. Rütubət və temperaturun taxıl kütləsinin mikroorqanizmlərinə təsiri 
Mühitin  rütubəti  mikroorqanizmlər  üçün  vacib  şərtdir.  Yığım  zamanı  bir 
qayda olaraq müxtəlif rütubətli taxıl alınır (7%-dən 30%-ə qədər və daha çox). 
Təzə  yığılmış  taxılda  rütubətin  belə  kəskin  dəyişməsi  yığım  şəraitindən, 
qıçada,  sünbüldəki  ayrı-ayrı  dənlərin  rütubətinin  müxtəlifliyindən,  həmçinin  alaq 
qatışıqlarının olmasından asılıdır. Yığım zamanı taxılın nəmliyi sünbülün ayrı-ayrı 
sahələrində  paxlanın  qıça  yaxud  qınında  geniş  həddə  dəyişə  bilər.  Üzvi  mənşəli 
alaq qatışıqları və müxtəlif bitki qalıqları – yüksək nəmliyə malik ola bilər (60%-ə 
qədər  və  daha  çox).  Əgər  taxıl  kütləsi  vaxtında  qatışıqlardan  təmizlənməsə,  onda 

bu  rütubət  çox  tezliklə  əsas  taxıla  keçər.  Yüksək  rütubət  həmçinin  xırda,  xüsusilə 
cılız  və  əzilmiş  dənlərdə  olur.  Hətta  bir  dəndə  nəmlik  bərabər  paylanmır.  Dənin 
rüşeymi hiqroskopik olduğu üçün su ilə daha zəngin olur. 
Müəyyən  olunmuşdur  ki,  dəndə  mikroorqanizmlərin  inkişafı  yalnız  onda 
sərbəst suyun olduğu zaman mövcuddur. Birləşmiş sudan mikroorqanizmlər istifadə 
edə  bilmir.  Birləşmiş  su  elə  suya  deyilir  ki,  dənin  hidrofil  kolloidləri:  zülallar, 
nişasta ilə kimyəvi və fiziki birləşmiş olur. Buğda dənində birləşmiş su orta hesabla 
14% olur. 
Rütubətlik  yüksələn  zaman  dəndə  damcı  şəklində  sərbəst  su  əmələ  gəlir  ki, 
bundan mikroorqanizmlər həyat fəaliyyəti prosesində istifadə edirlər. 
Dən  kütləsində  rast  olunan  mikroorqanizmləri  rütubətə  tələbatlarına  görə 
adətən  üç  qrupa  bölürlər:  hidrofitlər,  mezofitlər  və  kserofitlər.  Rütubətin  mühitdə 
olmasına ən az tələbkar göbələklər – kserofitlərdir. 
Taxılın  rütubəti  ətrafdakı  havanın  nisbi  rütubəti  ilə  qarşılıqlı  əlaqədə  olur. 
Taxılın  və  toxumun  rütubəti  havanın  nisbi  rütubətinin  80-100%  həddində  kəskin 
qalxır.  Havanın  nisbi  rütubəti  70%  olduğu  zaman  taxıl  bitkilərinin    dənində 
rütubətlik  14,5%,  75%-də  15-16%-ə  uyğun  olur,  80-100%  rütubətlikdə  32-36%-ə 
çatır. 
Havanın  nisbi  rütubətinin  taxılın  rütubətliyinə  təsiri  yalnız  saxlanma  zamanı 
deyil, həm də tarlada onun yetişməsi və daşınması zamanı da müşahidə edilir. 
Bununla  əlaqədar  taxıl  kütləsində  baş  verəcək  rütubət  dəyişkənliyi,  bu  və  ya 
digər mikroorqanizmin qrupları – hidrofitlər, mezofitlər yaxud kserofitlərin inkişafı 
üçün şərait yarada bilər. 
Taxılda  rütubətliyin  artması  birinci  növbədə  bəzi  kif  göbələklərinin  – 
kserofitlərin,  sonra  isə  mezofitlərin  fəal  inkişafı  üçün  şərait  yaradır.  Taxıl 
kütləsində  rast  olunan  tipik  kserofitlərə,  Aspergellus  cinsinin  nümayəndələri, 
mezofitlərə isə Penicillium  Mucor cinslərinin nümayəndələri aiddir.  
Kif  göbələkləri  –  kserofitlərin  inkişafı  və  sərbəst  suyun  meydana  çıxması 
üçün  mümkün  olan  rütubətliyin aşağı  həddi,  taxıl  kütləsinin  «kritik»  rütubətliyinə 
təxminən uyğun gəlir. 
Müxtəlif  taxıl  bitkilərinin  kritik  rütubətliyi  müxtəlif  olub,  toxumun  kimyəvi 
tərkibindən və anatomik quruluş xüsusiyyətindən asılıdır. Belə ki, buğda toxumunda 
göbələklər  –  kserofitlər  14,5%  rütubətlikdə,  qarğıdalı  toxumunda  –  13,5-14%-də, 
darıda  –  12,0-13,0%-də,  günəbaxanda  –  6,0-10,0%-də  (yağın  miqdarından  asılı 
olaraq) inkişafa başlayır. 
Taxılın  və  toxumun  saxlanma  təcrübəsində  qeyd  olunur  ki,  bəzi  kif 
göbələkləri  nəinki  onun  kritik,  həm  də  kritik  rütubətliyindən  xeyli  aşağıda  da 
inkişaf edə bilər. Bu göbələklər rütubətlik çatışmadıqda zəif inkişaf edir və az fəal 
olur, zəif kiflənmə prosesi gedir. Nəticədə göbələk inkişaf etdikcə tədricən nüvənin 
tərkibi  dəyişir,  mübadilənin  zəhərli  məhsulları  ifraz  olunur,  bu  da  dənin 
cücərməsinə  mənfi  təsir  göstərir.  Belə  kiflənmədən  qorunmaq  üçün,  yığımdan 
sonra  dərhal  rütubətliyin  kritik  vəziyyətindən  aşağı  qədər  qurudulmalıdır.  Əsasən 
havası qızdırılmış aktiv vintilyasiyalı qurutma məsləhət görülür. Taxıl partiyasının 
uzun  müddət  saxlanmaya  boşaldılmasına  «quruluq»  tələbini  təmin  edənlərə  icazə 
verilir  (buğda  və  çovdar  üçün  rütubətlik  14,0%  yuxarı  olmaması).  Rütubətliyi 

15%-dən  çox  olan  taxılın  aşağı  temperaturda  yalnız  qısa  müddətdə  saxlanmasına 
icazə verilir. 
Mühiti  temperaturu  mikroorqanizmlərin  intensiv  inkişafını  müəyyən  edən 
mühüm  amillərdən  biridir.  Taxıl  kütləsindəki  mikrobiotanın  həyat  fəaliyyəti  ətraf 
mühitin temperaturundan da asılıdır. 
Məlumdur  ki,  bütün  mikroorqanizmlər  temperatur  şəraitində  inkişaf 
münasibətinə görə psixrofillərə, mezofillərə və termofillərə bölünür. 
Taxıl  kütləsində  rast  olunan  bakteriya  və  kif  göbələklərinin  əksəriyyətini 
mezofill  qruplara  aid  etmək  olar.  Belə  ki,  onların  inkişafının  optimal  temperaturu 
25-30C  həddində  olur.  Termofil  bakteriyalara  yalnız  taxılın  öz-özündən  qızışma 
prosesinin axırıncı mərhələsində, temperatur 50-60C qalxdıqda müşahidə olunur. 
Temperatur  aşağı  düşdükdə  (10C  aşağı)  əksər  mikroorqanizmlər  öz 
inkişaflarını dayandırır, lakin onlardan çoxu hətta 0C aşağı temperatur zamanı da 
həyat qabiliyyətini saxlayır. 
Taxıl  kütləsinin  dondurulmasında  çox  zaman  mikroorqanizmlərin  inkişafı 
dayanır, lakin onların ölümünə səbəb olmur. Aşağı temperatura kif göbələklərini bəzi 
növləri  davamlıdır  və  onlar  arasında  hətta  mənfi  temperaturda  inkişaf  etmək 
qabiliyyətinə  malik  olanlar  da  var.  Bununla  əlaqədar  olaraq  rütubətli  taxılı  uzun 
müddət  saxladıqda,  o  daimi  aşağı  temperaturda  saxlamaq  lazımdır,  onun 
yüksəlməsinə yol vermək olmaz. Temperaturun azacıq artması mikroorqanizmlərin və 
birinci  növbədə  taxılın  öz-özünə  qızışmasına  səbəb  olanlardan  biri  olan  kif 
göbələklərinin güclü inkişafına səbəb olur. 
Temperaturun  taxıl  kütləsindəki  mikroorqanizmlərin  inkişafına  təsiri  taxılın 
rütubətliyi ilə sıxı surətdə asılı olur. 
Tədqiqatlar  göstərir  ki,  taxılın  rütubətliyi  nə  qədər  yüksəkdirsə,  onda 
mikroorqanizmlərin  inkişafı  bir  o  qədər  geniş  temperatur  diapazonunda  qeyd 
olunur.  Aşağıda  taxıl  kütləsində  mikroorqanizmlərin  çoxalmasının  getdiyini 
xarakterizə edən rütubətlik və temperatur həddi rəqəmləri verilir. 
Taxılın rütubəti, % ... 16-17;  17-18;  18-19 və  20-21. 
Mikroorqanizmlərin çoxalması getdiyi temperatur həddi, C … 30-40;  25-40;  
20-40 və  10-40. 
Rütubətliyi  kritik  vəziyyətdən  aşağı  və  temperaturu  30C  qədər  olan  buğda 
kütləsində,  təzə  yığılmış  taxıla  xas  olan  normal  epifit  mikrobiota  uzun  müddət 
əhəmiyyətli dəyişikliyə uğramadan qalır. 
Təzə  yığılmış  taxılda  temperatur  30-40C  artdıqca  epifit  mikrobiota  kifayət 
qədər  tez  ölməyə  başlayır.  Yüksək  temperaturda  saxlanılan  taxıl  kütləsində  epifit 
mikrobiotanın yerinə spor əmələ gətirən Bacillus mesentericus və Bacillus subtilis 
bakteriya  formaları  meydana  çıxır.  Taxıl  kütləsində  rütubətlik  kritikdən  yüksək 
olduqda  mikroorqanizmlərin  inkişaf  sürəti  havanın  nisbi  rütubəti  və  saxlanma 
temperaturu ilə sıx bağlı  olur. 
Rütubətli  taxılda  mikrobların  daha  intensiv  artması  25-30C  temperaturda 
qeyd  olunur.  Bu  temperaturda  müxtəlif  bakteriyaların,  həmçinin  Aspergillus, 
Penicillium,  Mucor  və  başqa  göbələklərin  daha  intensiv  inkişafı  müşahidə  edilir. 

Temperaturun  yüksəlməsi  artdıqca  və  saxlanma  vaxtı  uzandıqca  Penicillium 
cinsinə aid növlər  Aspergillus cinsinin nümayəndələri tərəfindən sıxışdırılır. 
Penicillium  kif  cinsinin  inkişafı  üçün  ən  əlverişli  temperatur  25C-yə  yaxın, 
Aspergillus növləri üçün - 30C ətrafında olur. 
Temperatur  +10C-ə  qədər  və  aşağı  düşdükdə  bütün  mikroorqanizmlərin 
inkişafı tədricən zəifləyir və sonra isə dayanır. 
 
5. Havanın daxil olmasının taxıl kütləsindəki  
mikroorqanizmlərə təsiri 
Taxıl  kütləsində  əsasən  hava  kifayət  qədər  olduqda,  aerobda  inkişaf  etmək 
qabiliyyətinə malik olan mikroorqanizmlər olur. 
Taxılda  rast  olunan  göbələklərin  əksəriyyəti  (Aspergillus,  Penicillium, 
Mucor),  həmçinin  bakteriyaların  çoxu  mütləq  aerobdurlar  və  hava  sərbəst  daxil 
olduqda fəal inkişaf edə bilirlər. Taxıl kütləsində az miqdarda fakültativ anaeroblar 
da müşahidə edilir (mayalar, süd turşusu bakteriyaları və b.). 
Beləliklə,  taxılı  saxladıqda,  hətta  yüksək  rütubətlikdə  belə,  hava  daxil 
olmadıqda, mikroorqanizmlərin inkişafı dayana bilər. 
Taxılın  rütubətliyi  və  temperaturu  taxılın,  alaqların  və  mikroorqanizmlərin 
həyat  fəaliyyətinə  köməklik  edən,  anaerob  şəraitdə  saxladıqda  dənlər  arası 
məsafədə  hava  tədricən  dəyişilir.  Oksigen  taxıl  kütləsinin  canlı  komponentləri 
tərəfindən tənəffüs  üçün  istifadə edilir, oksigenin  yerinə  isə dənlər arası  məsafədə 
çoxlu  miqdarda  karbon  qazı  toplanır.  Bu  zaman  əksər  mikroorqanizm  növlərinin 
həyat  fəaliyyəti  zəifləyir.  Bakteriya  və  göbələklərin  inkişafı  taxıl  kütləsində  CO
2
 
qatılığının 18-20%-də dayanır. 
Taxılda  öz-özünə  saxlama  baş  verir.  Müxtəlif  ölkə  tədqiqatçıları  tərəfindən 
oksigen daxil olmadan taxılın saxlanması üsulu hazırlanır. Hazırda taxılın oksigen 
daxil olmadan saxlanmasının iki tipii təklif olunur. 
Taxılı taxıl anbarında hermetik saxlanılması (autokonservasiya); 
Dənlərarası  və  dən  səthindəki  məsafəni  mikroorqanizmlərini  inkişafını 
ləngidən  hər  hansı  bir  qazla:  karbon  qazı  ilə,  xlorpikrin,  dixloretan  buxarı  ilə 
doldurmaq. 
Birinci  tip  saxlanmada  oksigen  dən  kütləsinin  canlı  komponenti  tərəfindən 
istifadə olunur. İkinci tipdə isə oksigen digər qazlar tərəfindən çıxarılır. 
Kifayət  qədər  rütubətlikdə  və  optimal  temperaturda  dənin  canlı 
komponentlərinin  tənəffüsü  intensiv  olur  və  öz-özünə  saxlanma  prosesi  tez  baş 
verir.  Müəyyən  edilmişdir  ki,  oksigen  olmadan  (anaerob  şəraitdə)  taxılın 
saxlanması  parlaqlığın  itirilməsinə,  rəngin  pisləşməsinə,  həmçinin  çox  zaman 
turşməzə – maya iyinin əmələ gəlməsinə səbəb olur. Eyni zamanda dənin çıxışı və 
cücərmə enercisi də azalır. 
Taxıla süni surətdə karbon qazı verdikdə öz keyfiyyətini yaxşı saxlayır. Taxılı 
anaerob şəraitdə saxlamaq  üsulunun  rütubətli taxılı saxlamaqda əhəmiyyəti o  vaxt 
olur  ki,  onu  kritik  rütubətə  qədər  qurutmaq  çətin  olsun,  yaxud  da  buna  ehtiyac 
olmasın. Məsələn, qarğıdalı dənini yem üçün saxladıqda. 
Dənin saxlanmasında istifadə olunan əsas üsullar, dən kütləsinə havanın kifayət 
qədər  daxil  olmasını  təmin  edir.  Taxıl  kütləsində  əlverişli  rütubət  və  temperatur 

şəraitində  aerob  mikroorqanizmlər  (başlıca  olaraq  kif  göbələkləri)  fəal  inkişaf  edə 
bilər ki, bu da keyfiyyətinin pisləşməsinə və dənin xarab olmasına səbəb olar. 
Taxıl kütləsində mikroorqanizmlərin inkişafının qarşısını almaq üçün, kifayət 
qədər hava mübadiləsi olmaqla fəal ventilyasiya üsulundan istifadə etmək lazımdır. 
Belə ventilyasiya hökmən temperatur və nəmliyin düşməsi ilə müşayiət olunur. 
Əgər  ventilyasiya  prosesi  taxıl  kütləsində  temperatur  və  nəmliyin  düşməsilə 
müşayiət olunmursa,  onda ayrı-ayrı sahələrdə  yaxud dənlərin  hamısında öz-özünə 
qızışma prosesi baş verə bilər. 
6. Taxıl kütləsində örtük toxumanın və qatışıqların vəziyyətindən asılı olaraq 
formalaşan mikrobiota 
Sağlam,  zədələnməmiş  dən  möhkəm  qılafla  örtülüdür.  Bu  qılaf, 
mikroorqanizmlərin  təsirinə  nisbətənm  davamlı  olan  sellüloza  və  mümabənzər 
maddələrdən təşkil olunur. 
Dənin  bütövlüyü  və  onun  qılafı  mexaniki  zədələnmələr  nəticəsində  pozulduqda 
mikroorqanizmlərin,  o  cümlədən  kif  göbələklərin  inkişafı  üçün  əlverişli  şərait  yaradır. 
Xüsusilə,  mikroorqanizmlər  zədələnmiş  dənin  rütubətliyi  yüksək  olduqda  fəal  inkişaf 
etməyə  başlayırlar.  Təcrübədə  elə  hallara  rast  gəlinir  ki,  Penicillium  cinsi  ilə 
zədələnməsi buğdanın cücərmə qabiliyyətinin kəskin aşağı düşməsinə səbəb olur. 
Zədələnmə dərəcəsindən asılı olaraq əzilmiş qarğıdalı dənində mikroorqanizmlərin 
inkişafının  mümkünlüyü  öyrənilmişdir.  Kif  göbələklərinin  ən  fəal  inkişafı  basılmış 
dəndə,  bir  qədər  az  qlafında  ayrı-ayrı  çatları  olan  dəndə,  həmçinin  rüşeym  tərəfi 
zədələnmiş sahədə olmuşdur. 
Kif  göbələkləri  ilə  zədələnmiş  qarğıdalı  toxumunun  da  cücərmə  qabiliyyəti 
əhəmiyyətli  dərəcədə  azalır.  Bu  zaman  əsas  mənfi  rolu  Penicillium,  Fusarium  
göbələk cinsləri oynayır. 
Buğda  və  qarğıdalıdan  başqa,  mikroorqanizmlər  digər  dağıdılmış  və  xarab 
olmuş dənli bitkilərin(lobya, darı, yulaf, günəbaxan və s.) toxumlarını da zədələyə 
bilər. 
Taxıl  kütləsinin  mikroorqanizmlərlə  zənginləşməsində  müxtəlif  qatışıqların, 
xüsusilə alaqların  mühüm  əhəmiyyəti  vardır.  Buğda  taxılındakı alaq qatışıqlarının 
mikrobiotasını öyrənən zaman  müəyyən olunmuşdur ki, ən çox  mikroorqanizmlər 
basılmış,  ovulmuş  (gəmrilmiş)  dənlərdə,  alaq  otları  toxumlarında,  həmçinin 
mineral qatışıqlarda (qum, torpaq danələrəi) olur. 
Alaq toxumları çox zaman əsas bitki dənələrinə nisbətən yüksək rütubətə malik 
olur və ona görə də mikroorqanizm mənbəyi ola bilər. 
Mikroorqanizmlərin güclü mənbəyi xarab olmuş, çürümüş, kiflənmiş taxıl dənləri 
olur.  Belə  dənlər  taxılın  saxlanması  zamanı  hər  hansı  əlverişsiz  təsirə  məruz  qalan, 
məsələn  öz-özünə  qızışan  taxıllarda  təsadüf  oluna  bilir.  Alaq  qatışıqlarının  taxıl 
kütləsini  mikroorqanizmlərlə  zənginləşdiyini  nəzərə  alaraq  taxılı  yığandan  sonra,  onu 
saxlamaya qoymazdan qabaq vaxtında təmizləmənin həlledici əhəmiyyəti vardır. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin