Saprotroflar – hazır üzvi maddələrlə qidalanan bitkilərdə olan mikroblar.
Saprotroflar qidalanma üsuluna görə heterotrof orqanizmlərə aid edilir.
Saprotroflar qida maddələrini başlıca olaraq cəsədlərdən, yaxud müxtəlif üzvi
qalıqlardan alırlar. Bununla saprotroflar digər heterotrof orqanizmlərdən –
parazitlərdən(biotroflardan) və simbiotroflardan fərqlənirlər. Təbiətdə maddələrin
dövranında saprotrofların böyük rolu vardır. Bunlar üzvi maddələri ardıcıl şəkildə
sadə qeyri-üzvi maddələrəçevirir ki, bunlardan da avtotroforqanizmlər istifadə
edirlər.
Yoxlanılan suyun bağırsaq çöpü tapılan ən az miqdarı, onun koli-titri hesab
edilir.
Koli-titr, içərisində bağırsaq çöpü tapıla biləcək suyun ən az həcminə deyilir.
Koli-indeks isə 1 litr tədqiq olunan sudakı bağırsaq çöplərinin miqdarıdır. Yaxşı
içməli suyun koli-titri 333 və ya koli-indeksi 3 olmalıdır.
Suda bağırsaq çöplərinin miqdarıçox, yəni koli-titri aşağı olduqda müxtəlif
təmizləməüsullarından istifadə edilir.
Bakterioloci cəhətdən şübhəli su süzülmə, xlorlaşdırma və ultrabənövşəyi
təsir ilə təmizlənə bilir. Mikroorqanizmlərlə zəngin və bulanıq sular zəy,
alüminium-sulfat, dəmir-sulfat kimi koaqulyantlarla çökdürülürlər.
İçmək üçün çay və ya su hövzələrinin suyundan istifadə olunursa, belə su
müvafiq süzgəclərdən keçirilməlidir. Bu məqsədlə xüsusi təmizləyici qurğulardan
da istifadə olunur.
Sənayenin inkişafı iləəlaqədar olaraq istər şirin və istərsə də duzlu göllərə,
dənizlərə külli miqdarda sənaye və məişət çirkab suları daxil olur. Xüsusilə
göllərin çirklənmədən mühafizəsi ən vacib məsələdir. Burada iki cür çirklənmə
nəzərəçarpır: təbii və insan fəaliyyəti iləəlaqədar çirklənmələr.
Təbii çirklənmə həmişə baş verir və nisbətən az qorxuludur. Lakin insan
fəaliyyəti nəticəsində sulara daxil olan sənaye tullantıları, radioaktiv maddələr, neft
məhsulları, pestisidlər və s. suların daha zərərli çirklənməsinə səbəb olur. Ona görə
də son zamanlar su hövzələrini beləçirklənmədən qorumaq üçün öz-özünə bioloji
təmizlənmə prosesinə xüsusi diqqət verilir. Su hövzələrinin təmizlənməsini suda
yaşayan xırda orqanizmlərin fəaliyyəti ilə, oraya daxil olan çirkləndirici maddələri
oksidləşdirməklə təmin etmək olar. Deməli, öz-özünə təmizlənmə intensivliyi
suyun oksigenlə zənginliyindən, temperaturasından, ilin fəsillərindən və s. asılıdır.
Öz-özünə təmizlənmənin ilk mərhələsindəüzvi maddələrin parçalanma məhsulları
ilə qidalanan bakteriyalar, göbələklər və ibtidai su orqanizmləri iştirak edirlər.
Suyun tullantılarla zənginləşən üzvi, oksidləşməmiş mineral maddələrdən
təmizlənməsi prosesi aerob və anaerob mikroorqanizmlərlə gedir.
Aerob şəraitdə bu maddələrin parçalanma prosesi axıra kimi intensiv gedir,
nəticədə H
2
O, CO
2
, H
2
, nitrat və sulfatlar əmələ gəlir.
Anaerob şəraitdə isə proses zəif getdiyindən, su tədricən təmizlənir və alınan
aralıq məhsullar H
2
, ammonyak, kiçik molekullu yağ turşularından ibarət olur.
Bunlar da canlılar üçün zəhərlidir. Bunu nəzərə alaraq, çirkab sularının bioloji
təmizlənməsi torpaq sahələrində aparılır. Bu məqsədlə biosüzgəclər, aerosüzgəclər
və aerotenklər daha geniş tətbiq olunur.
3. Atmosfer havasının mikrobiotası
Mikroorqanizmlər havaya əsasən küləklə torpaqdan çıxmış tozlarla yayılırlar.
Lakin, hava mikroorqanizmlərin inkişafıüçün ən pis mühitdir. Burada həmin
orqanizmlərə lazım olan qida, kifayət qədər rütubət yoxdur. Digər tərəfdən
günəşşüaları hava mühitindən, torpağın üst qatına nisbətən daha sürətlə keçirlər.
Buna baxmayaraq atmosferdə daima mikroorqanizmlərə təsadüf olunur. Xüsusilə
atmosferin aşağı təbəqələrində həmişə mikroorqanizmlər daha çox olur. Qarlı
dağların havasında, meşədə, dəniz üzərində mikrobların miqdarı az olur və 1m
3
havada 4-5-dən artıq mikrob hüceyrəsi olmur. Bəzən tədqiqatçılar hətta stratosferın
alt qatlarında da, 11 km hündürlükdə bakteriya və göbələk sporları tapmışlar.
Əksər hallarda, havada torpaqda olan saprotrof mikroorqanizmlərə rast gəlmək
olur. Bunlar arasında müxtəlif bakteriyalar, piqmentli sarsinalar, stafilokokklar,
müxtəlif sporlu bakteriyalar, maya göbələkləri, aktinomisetlər, kif göbələklərinin
sporları təsadüf olunur.
Bəzən, göstərdiyimiz saprotroflərdən əlavə, havada müvəqqəti olaraq xəstəlik
törədən mikroorqanizmlərə də rast gəlmək olur. Belələrinə vərəm və difteriya
çöpləri, stafilokokklar, pnevmokokklar və s. aiddir.
Göstərilən mikroblar havaya xəstə insanlardan öskürək, asqırma və hətta
danışan zaman tüpürcəklə birlikdə və ya xəstənin ifrazatı iləçirklənmiş torpaqdan
küləklə düşə bilər.
İçərisində patogen mikrob olan damcılar havada 1-6 saata kimi qala bilirlər.
Təmiz atmosfer havasının 1m
3
-də 500-dən çox mikrob hüceyrəsi olmur. İnsan bir
saatda təxminən 500 litr hava alır, bununla birlikdə onun ciyərlərinəçoxlu
miqdarda toz hissəcikləri və mikroorqanizmlər də daxil olur. Lakin bu mikroblar
yuxarı nəfəs yollarında olan epitel hüceyrələri və tükcüklər vasitəsilə tutulub
saxlanılırlar və nisbəən zərərsizləşdirirlər.
Havada mikrobları Kolun çökdürməüsulu ilə müəyyən etmək daha
məqsədəuyğun sayılır.
MÜHAZIRƏ 6. ƏT VƏ BALIQ MƏHSULLARININ
MİKROBIOLOGİYASI, SANİTARİYA VƏ GİGİYENSAI
Plan
1. Ət və ət məhsullarının mikrobiologiyası
2. Ət və ət məhsullarının bioloji əhəmiyyəti
3. Ət və ət məhsullarının gigiyenası
4. Balıq və balıq məhsullarının bioloji əhəmiyyəti
5. Balıq və balıq məhsullarının mikrobiologiyası
6. Balıq və balıq məhsullarının gigiyenası
7. Kulinar məmulatlarının mikrobiologiyası
1. Ət və ət məhsullarının mikrobiologiyası
Ət bir çox mikroorqanizmlərin inkişafı üçün yaxşı qida məhsuludur. Belə ki,
onlar ətdə özləri üçün lazım olan bütün maddələri – karbonu, azotu, vitaminləri,
mineral duzları tapa bilirlər. Ətdə mənimsənilə bilən suyun miqdarı (a
W
) və pH
onların inkişafı üçün əlverişli şərait yaradır və bununla əlaqədar ət tez xarab olur.
Bir qayda olaraq sağlam heyvanların əzələsi təmiz olur. Xəstə heyvanların
əzələsi kəsilməzdən əvvəl aclığa, güclü yorğunluğa məruz qaldığına görə, onun
təbii müqaviməti zəifləyir və bağırsaqda olan mikroorqanizmlərin ora daxil
olmasına imkan yaranır. Əzələlərə mikroblar heyvan kəsildikdən sonra alətlərlə,
fəhlənin paltarı və əli ilə, daşınma zamanı, kombinatlarda kəsilmə zamanı da daxil
ola bilər. Ona görə də təzə kəsilmiş ət tam təmiz olmur və xüsusilə, səthində az və
çox miqdarda mikroorqanizmlər olur.
Təzə kəsilib soyudulmuş ətdə mikroorqanizmlərin çoxluğu ətin yetişmə
dərəcəsindən, soyuma reciminin temperaturu və nəmliyindən, istehsalın sanitar-
gigiyenik şəraitindən asılıdır. Onun 1 sm
2
səthində min, on min və yüz min mikrob
hüceyrəsi olur. Mikrobiotanın tərkibi müxtəlifdir. Əksərən mikroorqanizmlərin
aerob və fakültativ-anaerob, sporsuz, qram-mənfi, çöp şəkilli Pseuclomonas,
Flavobacterium, Alcaligenes, Aeromonas cinsləri, bağırsaq bakteriyaları və
proteya, süd turşusu bakteriyaları üstünlük təşkil edir. Az miqdarda aerob və
anaerob sporəmələgətirən bakteriyalar, mayalar, kif göbələklərinin sporları
müşahidə olunur. Bunların içərisində əti xarab edən törədicilər də olur ki, onlar
ətin tərkibinə daxil olub, zülala, yağa və digər maddələrə fəal təsir edirlər.
Ət toksigen bakteriyalarla da yoluxa bilər. Məsələn, Clostridium perfringens,
Salmonella, Bacillus cereus, entrokokklar bunlara aiddir. Salmonella iri buynuzlu
mal qarada bağırsaq xəstəliyi əmələ gətirir deyə, sonra heyvan uzun müddət
basilidaşıyıcısı olur. Çox zaman heyvanın diri vaxtında da salmonella əzələlərə
daxil ola bilir. Bakteriyaların ətdə çoxalması zəhərlənmələrə səbəb ola bilər. Ətin
əlavə məhsullarında (içalatı, başı, ayağı) mikrobların miqdarı ondakına nisbətən
çox olduğu üçün onlar tez xarab olurlar.
Ətin səthindəki əlverişli şərait nəticəsində mikroorqanizmlər tədricən
çoxalaraq onun içərisinə daxil olurlar.
Bakteriyaların ətin içərisinə daxil olması, onun keyfiyyətinin aşağı düşdüyünü
göstərir. Buna görə də ətdə bakterioskopik tədqiqatların aparılması ilə onun təzəlik
dərəcəsi müəyyən olunur.
Ətin iylənməsi səthdən başlayır və tədricən dərinə doğru gedir. Onun 5-8C-
dən yuxarı saxlanma temperaturunda iylənmə prosesini aerob və anaerob mezofil
mikroorqanizmlər törədirlər.
Prosesin başlanğıc mərhələsində əsasən kokk formalı bakteriyalar üstünlük
təşkil edir, sonra isə onları çöp şəkilli bakteriyalar əvəz edirlər. Ətin iylənməsində
daha çox iştirak edən mikroblardan Proteus vulgaris, E. coli, Bac. subtilis, Bac.
mesentericus, Bac.perfringens, Bac. putrificus, Bac.sporogenes, B.cereus və
başqalarıdır. Ətin çürüməsi əsasən müxtəlif mikrobların birgə təsirindən olur.
Göstərilən mikroblar ətin zülal və yağ molekullarını surətlə parçalayırlar. Zülal
molekulları albumin və peptonlara, onlar amin turşularına, axırıncılar isə yağ
turşularına, ammonyaka, karbon qazına, kükürd qazına və s. parçalanırlar. Amin
turşusu olan lizinin parçalanmasından cəsəd zəhəri olan kadaverin əmələ gəlir. Yağ
molekulları mikrobların lipaza fermentinin təsirindən qliserinə və yağ turşusuna
parçalanırlar. Yağ turşuları ilə zülalların parçalanmasından əmələ gələn ammonyak
sabun əmələ gətirir. Beləliklə, ayrı-ayrı maddələrin parçalanması nəticəsində
iylənmiş ətdə xüsusi üfunəti olan aromatik maddələrdən indol, skatal, merkaptan və
s. yığılır.
İylənmiş ətdən yeyinti məqsədilə istifadə edildikdə insanda zəhərlənmə baş
verə bilir. Müşahidələr göstərir ki, iylənmənin başlanğıc mərhələsində ki ət tam
xarab olmuş ətə nisbətən insan üçün daha qorxuludur, çünki başlanğıc mərhələdə
insan üçün çox qorxulu olan zəhərli maddələr, sonrakı dərin kimyəvi parçalanma
prosesində başqa maddələrlə birləşərək öz toksiki təsirini itirirlər. Dövlət
standartlarına müvafiq olaraq ətin təzəlik dərəcəsi kompleks üsulla, 25 bal sistemi
ilə qiymətləndirilir. Təzə ət 21-25 bal, təzəliyi şübhəli ət 10-20 bal, çürümüş ət isə
0-9 bal qiymət olmalıdır.
Ətin kiflənməsi. Ətin kiflənməsinə müxtəlif növ kif göbələkləri səbəb olur.
Ət kombinatında çıxdaş edilən ətin 70%-i kiflənmə üçün əlverişli olur. Kif
göbələkləri həm aerob, həm də anaerob şəraitdə yaxşı inkişaf edirlər. Kif
göbələklərinin bir xüsusiyyəti də ondan ibarətdir ki, bakteriyaların pis inkişaf
etdiyi və ya inkişaf edə bilmədiyi turş mühitdə onlar inkişaf edərək əti
qələviləşdirir və bakteriyaların inkişafı üçün əlverişli şərait yaradır. Ətdə tapılan
kif göbələklərindən Mucor mucedo Lonne, Mucor pusillus Link, Thamnidium
elegans Link, Clodasperium herbatum, Penicillum glaucum, Penicillium
crustaceum, Aspergillus candidus, Aspergillus rapens kimi növləri qeyd etmək
olar.
Ətin qızışması. Yaxşı köklükdə olan təzə cəmdəyi qeyri-normal şəraitdə
(soyudulması çətin və hava cərəyanı olmayan kamerada) saxladıqda ətdə turşumuş
iy əmələ gəlir. Belə ət boz-qızmırzı, mis rənginə və ya qəhvəyi qırmızı rəngə
boyanır. Qızışma prosesinə uğramış cəmdəyi xırda hissələrə parçalayıb havada
saxladıqda qeyri-normal iy və görünüş əsas etibarilə itdiyi üçün belə cəmdəyi qida
üçün istifadə etmək olur.
Ətin işıqlanması. Bunu xüsusi fotobakteriyalar, əsasən mikrobların tənəffüsü
zamanı enercini şüa şəklində ifraz edənlər keçirir və onlar qaranlıqda işıq verirlər.
Bu
mikroblara
ətin
səthində
inkişaf
edən
Photobacterium
fischeri,
Ph.phosphorescens, Ph.luminosum və s. aiddir.
Ətin işıqlanması dəniz kənarlarında olan soyuducu kanallarda daha çox aşkar
edilir. Çünki belə ərazilərdə fotobakteriyalar daha geniş yayılmışdır.
Ətin piqmentasiyası. Cəmdəklər bəzən də başqa yeyinti məhsulları ilə
birlikdə soyuducularda saxlandıqda onların səthində müxtəlif rəng verən
mikroorqanizmlər inkişaf edirlər. Ətin səthində Ps.pyocyanea inkişaf edərək göy
rəng, Chromobacterium prodigiosum qırmızı ləkələr, duzlanmış balıq ətində
P.salinaria qırmızı ləkələr əmələ gətirirlər. Bu bakteriyalar ətin səthində inkişaf
edirlər və insan üçün qorxulu deyillər. Odur ki, belə ətin səthini kəsib
təmizlədikdən sonra istifadəyə vermək olar.
Ətin seliklənməsi. Hava cərəyanı olmayan soyuducuxana kamerasında
yüksək nisbi rütubətdə saxlanan ətdə və ət məhsullarında seliklənmə müşahidə
edilir. Bu zaman cəmdəyin üzərinə su damlaları düşərək onun nəmliyinı artırırlar.
Bu zaman suda həll olan duz, zülal hissələri cəmdəyin üzərinə çıxır və selik əmələ
gətirən mikroblar üçün şərait yaradırlar. Soyudulmuş ətdə seliyi əsasən
Pscudetonas multistriata, Ps. dermatagenes, Ps. carnea, Bac.viscocus,
Bact.candicauc və s. əmələ gətirirlər.
Kolbasanın mikrobiotası. Müxtəlif çeşidli kolbasaların mikrobiotası istifadə
edilən xammalların (ət, ədviyyat, bağırsaq pərdəsi və s.) mikroblarla çirklənmə
dərəcəsindən, emal texnologiyasından, kolbasa məmulatlarının saxlanma şəraitindən
və s. asılıdır.
Kolbasa istehsalı üçün istifadə edilən ət, sağlam heyvanlardan alınmaqla
bərabər keyfiyyət göstəricilərinə görə qüsursuz olmalıdır.
Kolbasanın texnologiyası mikrobların həm miqdarının, həm də növünün
artmasına səbəb olur. Texnologiyaya görə kolbasa əti əvvəlcə şaqqalara bölünür və
hər hissə işlənmək üçün müəyyən bir stola göndərilir. Burada yumşaq toxumalar
sümükdən, piy və birləşdirici toxumalar isə əzələdən ayrılır və növlərə bölünür.
Sümükdən ayrılmış və çeşidlənmiş əzələ toxuması parçalarını ya duzlanmaq üçün
göndərir, ya da əvvəlcə ət maşınında doğrayıb, sonra isə ona duz qatışığı əlavə
edirlər.
Ət parçalarında bağırsaq bakteriyası, proter bakteriyası, kif göbələklərinin
sporları, kokklar və s. aşkar edilir. Müəyyən edilmişdir ki, duz qatışığı ilə də ətə
müxtəlif mikroblar (Bac.subtilis, Bac.mesentericus, Ps.fluorescens) düşə bilir.
2. Ət məhsullarının bioloji xüsusiyyətləri
İnsanın qidasında olan ət zülalı bioloji cəhətdən qiymətli əsas zülallardan
biridir. Ət, onunla uzun müddət qidalandıqda belə adamı bezdirmir, ondan müxtəlif
məmulat və ləzzətli xörəklər hazırlanır. Ətin 92-97%-i orqanizm tərəfindən
mənimsənilir, o, xeyli müddət insanı tox saxlayır və xörəkdən ləzzət almaq təsiri
bağışlayır.
Ətin kimyəvi tərkibi, orqanoleptiki xassələri və qida dəyəri kəsildiyi heyvanın
növündən, yaşından, yemdən, habelə cəmdəyin hissələrindən asılıdır.
Ətdə 13-18% miqdarda zülallar vardır, yağların miqdarı isə heyvanın köklük
dərəcəsindən asılıdır. Məsələn, mal ətində 3%-dən 23%-ə qədər, donuz ətində
37%-ə qədər yağ vardır. Kök heyvanların əti nəinki böyük enerji ehtiyatıdır, həm
də onun tərkibində əvəzolunmaz amin turşuları və bioloji cəhətdən qiymətli yağlar
daha çoxdur. Ətdə karbohidratların (qlükogen) miqdarı, 1%-dən azdır. Mineral
maddələrdən ətdə daha çox fosfor, kükürd, kalium, natrium və dəmir (2-3 mq%)
vardır. Ətdə həmçinin az miqdarda B qrupu vitaminləri ilə vardır.
Ətin tərkibindəki suda həll olan azotlu ekstraktiv maddələr, bişmə zamanı ona
xüsusi ətir və dad verirlər. Eyni zamanda, onlar həzm şirələrinin sekresiyasını da
artırırlar. Ekstraktiv maddələr fosfor və kalsium duzları ilə birlikdə xəstələrin
iştahını və tonusunu artıran müalicə qidasında ət həliminin dəyərini də artırırlar.
Bununla belə, bir boşqab ət həliminin kaloriliyi çox cüzi olub, 20-30 kkal-dir. Ət
xörəyi beynin böyük yarımkürələr qabığının oyanma qabiliyyətini artırır.
3. Ət və ət məhsullarının gigiyenası
Ət məhsulları qiymətli qida məhsulları olsalar da, qidadan zəhərlənmə
hallarının, bəzi yoluxucu xəstəliklərin, helmin tozların mənbəyi ola bilər. İnsanları
bu xəstəliklərdən qorumaq üçün heyvanın kəsildiyi yerdən başlayaraq, ta hazır
xörəyi satana qədər ət məhsulları üzərində baytar nəzarəti saxlanılmalıdır.
Heyvanları ət kombinatlarında, sallaqxanalarda baytar-sanitariya qiymətinin
müşahidəsi və nəzarəti altında kəsirlər.
Baytar müayinəsindən sonra, yalnız sağlam heyvanların kəsilməsinə icazə
verilir. Yorulmuş və arıqlamış heyvanların əzələ toxumaları, hələ onlar diri ikən
mikroorqanizmlərə yoluxa bilər, bunlar da heyvanların qanına bağırsaqların
divarlarından keçir. Bruselloz, dabaq, qızılyel, enterit xəstəlikləri olan infeksional
abort keçilmiş, habelə məcburi surətdə kəsilmiş heyvanların əti şərti yararlı hesab
olunur və o heyvanın kəsildiyi yerdəcə mikrobioloji baxımdan zərərsizləşdirir.
Belə heyvanları ayrı binada (sanitariya sallaqxanası), yaxud ümumi binada iş
gününün axırında kəsirlər. Bu heyvanları kəsdikdən sonra binanı dezinfeksiya
edirlər.
Heyvanı elə kəsmək lazımdır ki, onun cəmdəyi tamam qansızlaşdırılsın.
Cəmdəyi doğradıqda çalışmaq lazımdır ki, ətə infeksiya düşməsin.
Təzə kəsilmiş heyvanın əti gec bişir və bu cür ətin həlimi duru (dadsız) olur.
Xörək bişiriləcək ət yetişməlidir, yəni o soyudulma şöbəsində 1-2 sutka ərzində
saxlanılmalıdır. Bu zaman onlarda fermentlərin təsiri sayəsində azotlu ekstaktiv
maddələr (cövhər, şirə), qeyri-üzvi fosfor birləşmələri və birləşdirici toxumanı
yumşaldan süd turşusu toplanır. Yetişmiş heyvan əti daha yaxşı bişir, ətirli və dadlı
olur. Onun zəif qələvi reaksiyası zəif turşu reaksiyasına keçir. Ət yetişdikcə onun
bişdikdə mədədə şirə ifrazı artırmaq abiliyyəti artır və həzm olunması yaxşılaşır.
Ətdəki zülalların müəyyən hissəsi pıxtılaşdığı üçün, saxlanan cəmdəyin üzü «qabıq
bağlayır». Bu qat havadan mikroorqanizmlərin ətə keçməsinin qarşısını alır.
Müvafiq sanitariya şəraiti yaratmaq üçün sallaqxanada kompleks binalar
olmalıdır (mal kəsilən yer, cəmdəklər soyulan yer, içalat və göndəri təmizləmək
üçün yer, baytar müayinəsi yeri, buzxana və soyuducu kamera). Bunlar lazımi
qədər içməli su ilə təchiz edilməli, orada çirkli suları və digər tullantıları kənar
etmək və zərərsizləşdirmək üçün münasib qurğular olmalı və sallaqxana təmiz
saxlanılmalıdır. Burada gəmiricilər və milçəklər olmamalıdır.
Heyvanı kəsdikdən sonra cəmdəyi mütləq baytar müayinəsindən keçirirlər.
Belə ki, heyvan hələ diri ikən ondakı çətin aşkara çıxarılan xəstəlikləri, məsələn,
vərəm, finnoz, trixinelloz və s. aşkara çıxarmaq üçün daxili üzvləri ekspertizaya
göndərirlər.
Finnalar – lent qurdları, öküz və qoyun soliterinin inkişafında qovuq (sürfə)
mərhələsidir. Finnalar birləşdirici toxumalarda əzələ lifləri arasında yerləşir və sarı
darıdan tutmuş, ta noxud boyda ağımtıl rənglər şəklinə qədər dairəciklərə
oxşayırlar. Yaxşı bişməmiş yaxud lazımınca qızardılmamış əti yedikdə, ondakı
finnalar hələ məhv olmadıqlarına görə, insana soliter keçir və o nazik bağırsaqlarda
parazitlik edir. Qaramal və ya donuzları müayinə etdikdə tək-tük finnalar tapılarsa,
bu cür ət şərti olaraq yararlı hesab edilir. Belə əti qaynatdıqdan, çox duzladıqdan,
yaxud 12°C-ə qədər dondurub həmin temperaturda 10 sutka saxladıqdan sonra
işlədirlər. Ətdə finnalar daha çox olduqda (40 sm
2
-də 3 finnadan çox) ət texniki
istifadəyə göndərilməlidir.
Trixinelloz. İnsanlar arasında ən ağır famin toz növü trixinellozdur.
Kapsulalara bürünmüş trixinollar donuzlarda eninə zolaqlı əzələlərin içərisində
olurlar. Donuzlar trixinellozla xəstələnmiş siçovulların, köstəbəklərin və başqa
heyvanların cəsədlərini yedikdə onlarla yoluxurlar. Əzələlərdə yerləşən kapsulalı
trixinollar uzun illər sağ qalırlar. Trixinellozlu donuz ətini yaxşı bişirməyib
yedikdə, insan trixinellozla xəstələnir. Bu cür ətin üzərindəki piyi yedikdə də
trixinellozla xəstələnmək mümkündür. Xalis piyli adamlarda onların trixinellozla
xəstələnməsi halları da məlumdur ki, bu da əvvəlcədən trixinellozla
infeksiyalanmış əzələlərin piylənməsi ilə izah olunur.
İnsanlarda trixinelloz xəstəliyi ağır keçə bilər və hətta ölümlə nəticələnə bilər.
Trixinellozun qarşısını almaq üçün, heyvanları kəsdikdən sonra, ətdə trixinella
olub-olmadığını yoxlamaq üçün ondan nümunə götürməli və bunu yaxşı bişirmək
lazımdır. Kapsulalı trixinellaları adi gözlə görmək mümkün deyildir. Buna görə də
trixinnelloskopiya üçün 3-4 ml ölçüdə əzələ parçalarını xüsusi kompressorların
qalın şüşələri arasına qoyub əzir və ona 60-100 dəfə böyüdən şüşə ilə baxırlar.
Trixinella tapılmış əti yemək olmaz.
Kolxoz bazarına gedən əti, buradakı ət nəzarəti sanitariyası qaydaları ilə
mütləq yoxlamaq lazımdır. Şərti olaraq yararlı hesab edilən əti, kəsilən yerdəcə
kiçik parçalara doğrayıb (ən çoxu 8 sm) 2,5 saat qaynatmaqla zərərsizləşdirirlər. Ət
parçasının daxilində temperatura azı 80°C-yə çatmışsa, bu cür ət zərərsizləşdirilmiş
hesab edilir. Belə ətin rəngi kəsib yedikdə boz, şirəsi isə rəngsiz olur.
Şərti yararlı hesab edilən bəzi ət növlərini duza qoyaraq (60 sutkaya qədər
saxlayırlar), yaxud da donduraraq zərərsizləşdirirlər. Piyi isə təkrar əritməklə
zərərsizləşdirirlər.
Ət piy, iy verən qaz halında məhsullar əmələ gətirməklə üzvi birləşmələri
çürüdən mikroorqanizmlər üçün yaxşı mühitdir. Buna görə də, ət tez xarab olan
məhsullara aid edilir. Sub məhsullar – ağciyər, qaraciyər, dalaq və s. saxlanma
zamanı daha tez xarab olurlar. Ətə düşən mikroorqanizmlərin arasında patogen
mikroorqanizmlər, o cümlədən salmonellalar da ola bilər.
Ətdə mikroorqanizmlərin inkişafı onun necə daşınmasından, saxlanmasından
və bişirilməsindən asılıdır.
Əti və ət məhsullarını konservləşdirmək üçün əsasən onları dondurur, ya da
bankalarda sterilizə edir və duza qoyurlar.
Çox yayılmış qida məhsullarından biri də kolbasa məmulatlarıdır. Suda bişmiş
kolbasalar (həvəskar, doktor kolbasaları, sardelkalar və s.) tez xarab olan
məhsullardır. Onları ancaq aşağı temperaturda (4°C-dən aşağı) və ən çoxu 1-2 sutka
ərzində saxlamaq olar. Daha tez xarab olan kolbasa məhsullarında liver, paştet və
can kolbasasıdır. Bunları 12-24 saatdan artıq saxlamaq olmaz. Yarımhislənmiş
kolbasaları istehsal etdikdə, (Ukrayna, Kiyev, Polşa kolbasaları) bişdikdən sonra
hisə verir, sonra isə qurudurlar. Belə etdikdə onları daha çox saxlamaq olur.
Tərkibində su (nəmlik) az olan hisə verilmiş kolbasalar (Moskva kolbasası və
s.) saxlandıqda yaxşı qalır. Bunların tərkibində cəmi 30% su olduğundan, onlar bir
neçə ay saxlandıqda belə xarab olmurlar.
Kolbasa məmulatlarına xas olan qırmızı rəngi saxlamaq üçün, ət qiyməsinə nitrit
və nitratlar vurulur. Onların çevrilmə məhsulları olan kolbasa məmulatını yedikdə
isə tərkibdə methemoqlobin əmələ gələ bilir ki, bu da ürəyin və mərkəzi sinir
sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Ona görə də yaxşı illərdə kolbasaları
orqanizm üçün zərərsiz olan maddələrlə boyayıb istehsal etmək, onların
hazırlanması texnologiyasını təkmilləşdirmək ən ümdə problem məsələlərdən biri
sayılır.
Dostları ilə paylaş: |