adını almışdır.
19. Fərqsizlik əyriləri və büdjə xətti. İstehlakçı tarazlığı
Ordinalist yanaşmanın mahiyyəti ondan ibarətdir ki, mövjud istehlak çoxluğunda istehlakçı üçün
müxtəlif nemət dəstlərinin faydalılıq səviyyəsini əks etdirən əyriləri qurmaq olar (şəkil1). Hər bir əyri (U)
nemətlərin müxtəlif kəmiyyət strukturu ilə, lakin istehlakçı üçün eyni faydalılıq səviyyəsinə malik olan hansısa
dəstlər çoxluğunu əks etdirir, yaxud A~ B.
Madam ki, bu dəstlər istehlakçı üçün eyni əhəmiyyətlidir, onda bunlardan hansını seçmək onun üçün
fərqsizdir. Uyğun olaraq, bu jür dəstlər çoxluğunu əks etdirən xətt fərqsizlik əyrisi adını almışdır. Fərqsizlik
əyrisi– hər bir nöqtəsi hər birinin istehlakçıya eyni faydalılıq gətirdiyi nemətlərin alternativ dəstlərini təjəssüm etdirən
xəttdir.
Büdjə xətti – istehlakçı seçiminin hüdudlarını müəyyən edən və istehlakçının özünün tam gəlirini
sərf edərək ala bildiyi bütün nemətlər dəstlərini göstərən xətdir. İstehlakçı büdjə xəttində yerləşən
dəstlərdən istənilən birini seçə bilər. O jümlədən özünün bütün büdjəsini bir nemətin alınmasına sərf
edərək yalnız bir nemətin daxil olduğu dəsti də seçə bilər.
Fərqsizlik əyrisi qabarıq olduğuna görə fərz etmək çətin deyildir ki, büdjə xəttini iki dəfə kəsib keçən
əyrilərdən isətinlən biri U2 fərqsizlik əyrisindən aşağıda yerləşəjək( şəkil 2).
|