hədd faydalılığı ümumi faydalılıq funksiyasının artımını ΔU(X) göstərir ki, bu da həmin nemətin istehlak
həjminin fərdi artımından (ΔX) irəli gəlir və faydalılığın ümumi funksiyasının birinji xüsusi törəməsi kimi
müəyyən edilə bilər:
MU(X)=∆U/
=
(X)
Son hədd faydalılığının şərhində ən mühümü odur ki, nemətlər dəstindən birinin istehlakının artması
bu nemətin növbəti hər bir vahidinin faydalılığının azalması ilə müşayiət olunur. Qanunauyğunluq
formasında bu asılılıq son hədd faydalılığının azalması qanunu və ya Qossenin birinji qanunu adını almışdır. Son
hədd faydalılığının azalması qanunu onu bildirir ki, təsbit olunmuş istehlak dəstinin olması zamanı belə dəstə
daxil olan nemətlərdən birinin istehlakının artması ilə bu nemətin istehlak olunan hər bir növbəti vahidinin son
hədd faydalılığı aşağı düşür, ümumi faydalılıq azalan templərlə artır.
Dostları ilə paylaş: |