«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları


Mövzu 3. İstehlakçı seçimi nəzəriyyəsi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə39/59
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#40891
1   ...   35   36   37   38   39   40   41   42   ...   59
mikro-cavab-az-pdf1

Mövzu 3. İstehlakçı seçimi nəzəriyyəsi 

Mövzu 3. İstehlakçı seçimi nəzəriyyəsi 

16.İstehlak seçimi. Faydalılıq funksiyası 

İqtisadi       nəzəriyyə  ona  istinad  edir  ki,  istehlakçı  davranışının  motivasiyası istehlakın   utilitarist   

konsepsiyasına     əsaslanır:      buna      uyğun      olaraq    nemətlərin  istehlakı  istehlakçıya  müəyyən  fayda 

gətirir.  Faydalılıq  –  müəyyən  vaxt  müddətində nemətin      məlum      miqdarının      istehlakından      

istehlakçının      aldığı      ümumi məmnunluqdur.   İstehlakçıların   iqtisadi   davranışının   təhlili   üçün   tətbiq   

olunan faydalılıq konsepsiyası bir sıra fundamental müddəalara əsaslanır: 

– 

birinjisi,     istehlakçı     tam     müstəqilliyə     malikdir,     o     da     bundan     ibarətdir     ki,  istehlakçının  



üstünlükləri  kənardan  təsir  olmadan  formalaşır,  istehlakçının  qəbul etdiyi  isə digər istehlakçıların qəbul 

etdikləri qərarlardan asılı deyildir; 

– 

ikinjisi,  faydalılıq  –  istehlakçının  onun  üçün  konkret  nemətin  nə  fizioloci    fayda meyarları,  nə  də  



mənəvi  rəylərlə  əlaqəsi  olmayan  faydasına  subyektiv  qiymətidir. Şübhəsiz,   sağlamlığa   zərər   vuran  

və    jəmiyyət    tərəfindən    mənfi    qiymətləndirilən  siqaret  çəkmə  və  spirtli  içki  qəbulu  bir  çox  istehlakçı 

üçün faydalılıq forması alır; 

– 

üçünjüsü,    istehlakçı    faydalılığı    maksimumlaşdırmağa    çalışır    ki,    bu    da    onun  davranışının 



rəhbərediji psixoloci prinsipidir; 

– 

dördünjüsü,  müxtəlif  nemətlərin  faydalılıqları  müqayisə  olunandır,  istehlakçılar isə bu müqayisəni 



aparmağa qadirdirlər. 

Hər bir istehlakçı tələbatların hədsiz geniş dairəsinə malikdir. Eyni  zamanda onun bunları ödəmək 

üçün  vəsaitləri  (büdjəsi)  həmişə  məhduddur.  Başqa  sözlə  desək,  istehlakçıda  mövjud  üstünlüklərin 

reallaşması  həmişə  istehlakçının  pul  gəlirinin  kəmiyyəti  və  nemətlərin  qiymətlərilə  müəyyən  olunan  hansısa 

büdjə  məhdudiyyətləri  çərçivəsində  onun  tərəfindən  həyata  keçirilir.  Bununla  əlaqədar  problemin 

mahiyyəti  istehlak  olunan  nemətlərin  strukturu  və  həjminə  nəzərən  büdjənin  bölgüsü  haqqında 

qərar  qəbul  edilməsinə  münjər  olunur,  onun iqtisadi  məzmunu  isə  bundan  ibarətdir  ki,  gəlirin  bölgüsü 

maksimum faydalılığı təmin etsin. 

Faydalılığın  kəmiyyət  (kardinalist)  təhlili  nemətin  istehlakı  zamanı  istehlakçının  götürdüyü  faydalılığın 

miqdarja ölçülməsi imkanını nəzərdə tutur.  Faydalılığın nəzəri ölçüsü kimi şərti vahid – yutil (ingilis dilindən utility 

-  faydalılıq)  götürülmüşdür.  İstehlak  edilən  nemətlərin  faydalılığını  kəmiyyətjə  ifadə  etmək  imkanına  malik 

olmaqla  istehlak  olunmuş  nemətlərin  həjmilə  bundan  əldə olunan  ümumi  faydalılığın  kəmiyyəti  arasında 

faydalılıq funksiyası şəklində  asılılığıtəyin etmək  olar. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin