«Mikroiqtisadiyyat» fənnindən kollokvium sualları və cavabları


Şəkil 1.Gəlir üzrə tələb elastikliyi



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə35/59
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#40891
1   ...   31   32   33   34   35   36   37   38   ...   59
mikro-cavab-az-pdf1

Şəkil 1.Gəlir üzrə tələb elastikliyi 

a)vahiddən böyükdür   b) vahiddən kiçikdir   c) mənfidir 


18 

 

14. 



Tələbin çarpaz elastikliyi 

Tələbin  çarpaz  elastikliyi  (Eyx(Px),  X  nemətinin  qiymətinin       dəyişməsindən 

X(∆Px/Px)asılı olaraq Y nemətinə tələbin dəyişməsi Y(Qy/Qy)dərəcəsini göstərir: 

 

 



Tələbin  çarpaz  elastiklik  əmsalı  müsbət  və  mənfi  ola  bilər.  Çarpaz  elastiklik 

formulundan belə bir nəticəyə gəlmək asandır: əmsal о zaman müsbət  (Eyx (Px)>0)olacaqdır 

ki,  müqayisə olunan dəyişikliklər eynitipli  - ∆Qy və ∆Px, ya mənfi,  ya da müsbət olsun. Bu о 

deməkdir  ki,  X  nemətinin  qiymətinin  dəyişməsi  zamanı  Y  nemətinə  tələb  eyni  istiqamətdə 

dəyişir:  X  nemətinin  qiymətinin  aşağı  düşməsi  zamanı  Y  nemətinə  tələb  azalır,  X  nemətinin 

qiymətinin artması  zamanı  Y  nemətinə  tələb yüksəlir.  Bu  cür  əlaqə  о  halda  mümkündür  ki, 

nemətlər  istehlakda  bir-birini  əvəz  edə  bilərlər  (şəkil  1,  a).  Dəmir  yolu  biletlərinin 

qiymətlərinin artması (aşağı  düşməsi) aviabiletlərinə tələbin artmasına (azalmasına) səbəb olur. 

Çarpaz  elastikliyin  mənfi  qiyməti  (Eyx(Px)<0)  müqayisə  olunan  kəmiyyətlərin  müxtəlif 

istiqamətdə dəyişməsinə dəlalət edir: X nemətinin qiymətinin azalması zamanı Y nemətinə tələb  

artır,    X  nemətinin  qiymətinin  çoxalması  zamanı  Y  nemətinə  tələb  aşağı  düşür.  Bu  cür  asılılıq 

qarşılıqlı  bir-birini  tamamlayan  nemətlər  üçün  səciyyəvidir  -  üzmə  hovuzlarına  getməyin 

qiymətlərinin aşağı düşməsi üzmə üçün geyimə tələbin artmasına səbəb olur (şəkil 1,  b). Əgər 

çarpaz elastiklik əmsalının işarəsi həmin nemətlərin qarşılıqlı asılılığının  tipini göstərirsə,  onun 

mütləq  qiyməti  isə  onların  qarşılıqlı  asılılığının  dərəcəsini  əks  etdirir.  Çarpaz  elastiklik 

əmsalının  sıfra  bərabər  (EYX  (Px)=0)  olması  onu  bildirir  ki,  istehlakda  nemətlər  arasında 

əlaqə  olmur,  onlar  isə  bir-birinə  münasibətdə  müstəqildir.  EYX  (PX)>1  kəmiyyəti  isə  onu 

göstərir  ki,  nemətlər  oxşar  əvəzedicilərdir,  EYX  (PX)<1  göstəricisi  isə  nemətlər  arasındakı 

qarşılıqlı əlaqəninəhəmiyyətsiz olduğunu göstərir. 

 

 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin