Uzunmüddətli dövrdə firma nəinki amilləri kombinasiya etmək, həmçinin onların
miqdarını da dəyişə bilmək imkanına malikdir. İstehsalçı bütün tətbiq olunan amillərin miqdarını
29
haqqında danışılır. Deməli, istehsalın miqyasının dəyişməsi – bu istehsalın bütün amillərinin müəyyən
nisbətdə dəyişikliyidir.
İstehsalın əsas prinsipi istehsalın amillərinin yalnız səmərəli kombinasiyasının istifadəsini nəzərdə
tutur. Bu mövqedən istehsalın miqyasının artması istehsal amillərinin optimal kombinasiyasının
surətinin çıxarılmasından başqa bir şey deyildir. Lakin məlum olur ki, hətta amillər arasında nisbətin
dəyişməzliyi zamanı istehsal miqyasının artması müxtəlif nətijələrə səbəb ola bilər: istehsalın həjminin
eynilə böyük və ya kiçik nisbətdə artımı ilə müşaiyyət oluna bilər. Miqyas effekti – istehsal prosesinin,
istehsal amilləri məsrəflərinin artması ilə buraxılış
həjminin çoxalması arasındakı nisbətin dəyişməsini əks etdirən xüsusiyyətidir. Bu nisbətin dəyişməsinin
xarakterindən asılı olaraq müsbət, sabit və mənfi miqyas effektlərini fərqləndirirlər (şəkil 1).
Dostları ilə paylaş: