Nəzəriyyənin verifikasiya edilə bilməsi (yoxlanıla bilməsi) metoduna görə,
nəzəriyyə təcrübədə qismən və ya dolayı yolla öz təsdiqini tapmalıdır. Nəzəriyyə faktlarla
uyğun gəlmədiyi halda ya həmin nəzəriyyəni yaxşılaşdırırlar, ya təkzib edirlər, ya da
yenisini yaradırlar. Pozitivistlər hesab edirlər ki, iqtisadiyyatda nə baş verdiyini və necə baş
verdiyini izah etmək lazımdır, ancaq subyektiv qiymət vermək lazım deyil.
Modelləşdirmə real hadisələrin və proseslərin süni yaradılmış və həqiqəti
sadələşdirilmiş şəkildə təsvir edən nəzəri qurmanın təhlili vasitəsilə tədqiqat metodudur.
Modelləşdirmənin məqsədi amillərin və iqtisadi şəraitin (ilkin şərtlərin) məruz qaldığı
dəyişikliklərin hadisəyə təsirini tədqiq etməkdən, bu dəyişikliklərin nəticələrini qabaqcadan
söyləməkdən və müşahidə edilən asılılıqları nəzəri cəhətdən əsaslandırmaqdan ibarətdir.
Dostları ilə paylaş: |