İstehlakçıların üstünlükləri – tələbin potensial hədlərini müəyyən edən digər əsas amildir. Çox zaman
məhz üstünlüklərdəki dəyişikliklər tələbdəki jiddi dəyişikliklərin səbəbi olur. İstehlakçıların üstünlüklərindəki
dəyişikliklərin səbəblərinə gəldikdə isə, onlar həm istehlakçıların özlərinin zövqlərindəki dəyişikliklərdən (digər yaş
qrupuna keçid, həyat tərzinin və ya sosial statusun dəyişməsi), həm də xariji təsirlərdən (reklam) irəli
gələ bilər.
İstehlakçıların gəlirlərinin səviyyəsi qiymətin eyni səviyyəsində neməti almaq hazırlığına təsir
göstərir. İstehlakçıların gəlirlərinin artması onların büdjə imkanlarını genişləndirir, deməli, həm də
tələb artır. Gəlirlər aşağı düşərkən əks asılılıq müşahidə olunur.
İstehlak gözləmələri ehtiyatların yığılmasına meyillilik şəklində tələbə təsir göstərir. İnsanlar jari qərarları qəbul
edərək gələjək hadisələrin proqnoz görüntüsünü nəzərə alırlar. Bu zaman onlar öz gözləmələrini iki
mühüm amillə – gəlir və bazar qiymətlərinin səviyyələrindəki dəyişikliklərlə əlaqələndirirlər. Əgər istehlakçılar
gələjəkdə gəlirlərin artmasını (azalmasını) gözləyirlərsə, onda onlarda jari xərjləri artırmağa (ixtisar etməyə)
meyil meydana çıxır ki, bu da jari tələbin genişlənməsinə (ixtisarına) səbəb olur. Qiymətlərin
yüksəldilməsinin sabit ehtimalları (inflyasiya gözləmələri) jari tələbin artması üçün stimuldur.
Dostları ilə paylaş: |