Tələbin kəmiyyətinin dəyişməsi – tələbin təyin olunmuş şkalası çərçivəsində nemətin qiymətinin
dəyişməsindən asılı olaraq alıjıların tələb etdikləri nemətin həjminin dəyişikliklərini əks etdirən prosesdir(şəkil1).
Bu prosesin iqtisadi məzmunu ondan ibarətdir ki, məsələn, P0-dan P1-dək qiymətin yüksəlməsi
tələbin kəmiyyətinin Q0-dan Q1-dək azalmasına, qiymətin P0-dan P2-dək enməsi isə tələbin Q0-
dan Q2-dək
artmasına səbəb olur.
Tələbin kəmiyyətinin dəyişməsinin qiymətdən asılılığını səjiyyələndirən bütün jütlüklər tələb
əyrisində yerləşəjək. Bu onunla izah edilir ki, qiymət dəyişərkən qiymətlə tələbin kəmiyyəti
arasındakı funksional asılılıq (funksiyanın forması) dəyişməz qalır. Yalnız dəyişənin kəmiyyəti
dəyişir ki, nətijədə də funksiyanın qiymətinin dəyişməsi baş verir.
Tələb əyrisi tələb funksiyasının əks edilməsinin qrafik forması olduğuna görə onun
qiymətlərinin bütün dəyişiklikləri eyni əyridə yerləşəjəkdir. Tələbin kəmiyyətinin dəyişməsi həmişə
tələb qanununun fəaliyyətini əks etdirərək tələb əyrisi boyunja hərəkəti şəklində ifadə olunur.
Dostları ilə paylaş: |