Mövzu 2. Qiymət nəzəriyyəsi: Tələb, təklif və bazar tarazlıqı.
4.Bazar tələbi və tələb qanunu
Ən ümumi şəkildə bazar tələbini istehlakçıların əmtəə və xidmətləri almağa hazırlığı kimi müəyyən
etmək olar. Bununla yanaşı bu jür hazırlıq dedikdə, nemətlərə tələbat və onlara malikolma istəyinin özü
deyil, məhz, hər şeydən əvvəl, bu nemətlərə görə ödənişə razılıqdır. Buna görə də iqtisadi mənada tələb
istehlakçıların davranış formasıdır ki, bu da onların aldıqları nemətlərə görə ödənişə hazırlığı və qabiliyyətini əks
etdirir. Bujür tərif hadisənin məzmun tərəfini əks etdirsə də vajib iqtisadi əlamətlərdən – kəmiyyət və
zaman səjiyyəsindən məhrumdur. Buna görə də iqtisadçılar bazar tələbinin kəmiyyəti və ya həjmi kimi
daha dəqiq anlayışdan istifadə edirlər. Bazar tələbinin kəmiyyəti (həjmi) – vaxt vahidi ərzində istehlakçıların jari
qiymətlərlə almağa hazır olduqları müəyyən nemətin maksimum miqdarıdır.
Tələbin kəmiyyəti tələbin determinantları (parametrləri) adlandırılan müxtəlif şərtlərin təsiri altında
formalaşır. Tələbin determinantları – bazar tələbinin kəmiyyət parametrlərinə təsir göstərən amillərdir. Ən
vajibləri kimi bunları ayırmaq lazımdır: əhalinin sayı və strukturu (N), nemətin özünün
qiyməti (PX), bu nemətin əvəzedijilərinin qiymətləri (PY ), istehlakçıların üstünlükləri (T) və gəlirləri
(I), habelə istehlak gözləmələri (E). Onların göstərdiyi təsir tələb funksiyası adlandırılan müəyyən
funksional asılılıq forması alır.
|