Qarşılıqlı əlaqədar olan nemətlərin qiymətləri də müəyyən nemətə tələbin dəyişməsinə təsir göstərirlər.
Hansısa nemətə nisbi qiymət artmışdırsa, onda istehlakçılar ona əvəzediji tapmağa səy göstərirlər. Qəhvəyə
qiymətin qalxması çaya tələbin artmasını doğura bilər. Əgər nemətlər istehlakda bir-birini tamamlayırsa,
onda bir nemətə tələbin dəyişməsi digərinə də tələbin dəyişməsini doğurur. Kərə yağının qiymətinin
dəyişməsi nəinki ona olan tələbin dəyişməsinə səbəb olur, həmçinin əgər buterbrodların istehlakı istehlakçıların
zövq üstünlüklərinin tipik səjiyyəsidirsə çörəyə dəolan tələbin dəyişməsi səbəbi ola bilər. Beləliklə, qarşılıqlı
əlaqədar olan nemətlərin qiymətlərinin dəyişməsilə təhlil olunan nemətə tələbin dəyişməsi arasındakı asılılığın
xarakteri ondan ibarətdir ki, o, bir-birini qarşılıqlı tamamlayan nemətlər üçün düz mütənasib, bir-birini
qarşılıqlı əvəzedənlər üçün tərs mütənasibdir
Dostları ilə paylaş: |