“Milli Aviasiya Akademiyası”
Sərbəst iş N-8
Fakültə: Fizika texnologiyaları
İxtisas: Radiorabitə və telekommunikasiya mühəndisliyi
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Mövzu: Referatın yazılma qaydaları
Müəllim: Zeynalova Aygün
Tələbə: Həsənli Məhəmməd
Qrup: 2542a
Bakı 2023
Referatın yazılma qaydaları
Referat – çıxış etmək, məlumat vermək, mühazirə etmək, xəbər vermək deməkdir.
Refero – bildirirəm, xəbər verirəm.
İlkin sənədlə tanışlıq və ona müraciətin məqsədəuyğunluğunu müəyyən edən, həmin sənədin və ya onun bir hissəsinin qısa məzmununu, yəni əsas faktiki məlumatlarını və nəticələrini əks etdirən qısa təsvir.
Hər hansı bir kitabın, məsələnin, mövzunun və ya elmi işin mahiyyətinin (məzmununun), elmi problemin öyrənilməsinin nəticəsi haqqında məlumatın yazılı və ya şifahi surətdə qısa şərhi (xülasəsi) – məzmunu.
Mətbu mənbələrin icmalı əsasında müəyyən bir məsələyə dair məruzə və ya məlumat.
Referativ nəşr referatlardan ibarət biblioqrafik yazıların nizamlanmış məcmusu şəklində informasiya nəşridir.
Referatın yazılmasına tələblər
Referat A4 vərəqdə (soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan 2 sm məsafə
Saxlanmaqla), 14 ölçülü Times New Roman şrifti ilə 1,5 intervalla yazılır.
Referatın məzmunu aşağıdakı ardıcıl hissələrdən ibarət olmaqla tərtib edilir:
Titul vərəqi (iddiaçının S.A.A., mövzunun adı, yazıldığı yer və il).
Xülasə (mövzunun aktuallığı, məqsədi, istifadə olunan metodları, informasiya bazası, tədqiqatın əhatə etdiyi dövr, tədqiqatın məhdudiyyətləri, əldə edilən nəticələr, nəticələrin istifadə oluna biləcəyi sahələr) – 150-200 söz.
•Mündəricat
•Giriş (mövzunun aktuallığı, qoyulan problem və onun öyrənilmə səviyyəsi, tədqiqatın məqsədi və vəzifələri, istifadə olunan metodlar, tədqiqatın informasiya bazası və əhatə etdiyi dövr, tədqiqatın məhdudiyyətləri, əldə edilən nəticələr, nəticələrin elmi yeniliyi, nəticələrin tətbiqi sahələri və nəzəri-praktiki əhəmiyyəti) – 2-3 səhifə.
• Əsas hissə (tədqiqatın nəzəri əsasları, metod seçiminin əsaslandırılması, seçilmiş metodun tətbiqi ilə araşdırma) – adları göstərilməklə bir neçə bənddən ibarət ola bilər.
• Nəticə (aparılmış təhlilin nəticələrinin ümumiləşdirilməsi, nəticələrin əvvəlki tədqiqatçıların əldə etdiyi nəticələridən fərqli cəhətləri (fərqlər göstərilməklə), qoyulmuş problemin və yaxud məsələnin həlli üzrə tövsiyələr)
• İstifadə edilmiş mənbələrin siyahısı (siyahıda ən azı 20 adda mənbə olmalıdır, referatın mətnində istinadı olmayan mənbənin adı bu siyahıya salına bilməz).
Referatın hissələri arasında məntiqi ardıcıllıq və əlaqə olmalıdır.
Referatın yazılmasında elmi etika qaydalarına riayət edilməli, istinadlar göstərilməli, başqalarının nəticələrini öz adından təqdim etmə cəhdlərinə yol verilməməlidir.
Referatda plagiat hallarının aşkarlanması (istinad göstərilmədən başqalarının fikirlərindən istifadə) iddiaçının qəbul imtahanlarına buraxılmaması üçün əsasdır.
Referatın yazılmasında birbaşa istinadların (başqa müəllifin fikirlərinin olduğu kimi, mətndə istinad göstərilməklə yerləşdirilməsi) həcmi referatın ümumi həcminin 10%- dən çox ola bilməz.
İstinad göstrilməklə mətnə daxil edilən bütün materialların həcmi (dolayı istinadlar başqalarının fikirlərinin ümumiləşdirilərək mətndə yerləşdirilməsi – daxil olmaqla)
Referatın ümumi həcminin 50%-dən çox olmamalıdır.
Müəllif referatın sonunda referatın plagiat yoxlamasının nəticəsi barədə plagiat arayışını əlavə etməlidir.
UNEC-də referatın plagiat yoxlamasından keçirilməsi aparıla bilər. Bu halda 1-ci
Oxşarlıq əmsalı 50%-dən, 2-ci oxşarlıq əmsalı isə 4%-dən çox olmamalıdır. Oxşarlıq əmsalları bu normalardan yüksək olan referat işləri qəbul edilmir və müəllif qəbul imtahanlarına buraxılmır.
Dostları ilə paylaş: |