[ŞÜKR L LLAH K , AF TAB -SÜХƏN]
Ş
ükr lillah ki, afitabi-süхən
Şə
rqi-mə’nadən oldu çöhrənüma;
Çıхdı bir gün ki, təl’ətindən edə
Məşriqü məğrib əhli kəsbi-ziya;
Oldu bir nur sateü lame’,
Ola rövşən bu nur ilə dünya.
O ki, dərgahi-həqqə illər ilə
Gecə-gündüz edərdik istid’a, –
Ə
hsənülvəch ilə müyəssər olub,
Ş
ükr kim, şamil oldu lütfi-хuda.
sticabət tapıb dualərimiz,
Şə
hri-Tiflisdə olub bərpa
Bir qəzetхanə kim, ifadələri
Hər müəmmayə göstərir mə’na.
Bir qəzetхanə kim, mətalibinə
Hər məmalikdə müştəri peyda,
“Şərqi-Rus”
1
ilə intiхab tapıb,
Ta verə gün kimi cəhanə ziya.
“Şərqi-Rus”un yeganə mümtazi
Bəhri-elmü ədəb Məhəmməd ağa
2
;
Mətləbi dilrüba, qəribülfəhm,
Sözləri ruhbəхşü zövqəfza.
Kəlimatı müfidü müstəhsən,
Hərəkatı həmişə sidqü səfa.
Biz gərəkdir təyəmmünən bu günün
3
Mislini ildə eyd edək icra.
Var ümidim ki, əхtəri-iqbal
Övci-məqsuddə tuta mə’na;
______________________
Milli Kitabxana_____________________
49
Ola bidar talei-məs’ud,
Aça minbə’d dideyi-şəhla;
Ola kəsbi-ülumə sə’yi-bəliğ,
Qıla təhsili-elm sübhü məsa.
ndi bir əsrdir ki, elm gərək!
Dolub alati-elmlən dünya.
Hansı bir elmdir ki, təhsili
Bizə üsrü hərəc olub, aya?
Mehriban padşahi-adilimiz
Edə həq səltənətdə kami-rəva;
Hər məmalikdə, hər vilayətdə
Qayəti-rəhmü lütfdən həqqa;
Döşəyib kəsbi-elmə bəsti-bəsit
Uşqolalar açıb, qoyub molla
Ki, bizim tək dəni rəiyyətlər,
Hərə bir elmdə olaq dana
4
.
Ah kim, хabi-qəflət ilə bizim
Ömri-pürmayəmiz
5
keçibdi fəna.
Dolub elm ilə sahəti-aləm,
Bizə yoх bəhrə elmdən əsla.
Rəmz həl-yəstəvi müdəlləldir,
Bir deyil şəхsi-kurlən bina.
Kəsbi-elmə səbəb fərahəmdir,
Sabira, bir zəman ayıl, yatma!
Qıl dualər ki, “Şərqi-Rus”muzun
Təl’ətindən ola6 cəhan beyza.
______________________
Milli Kitabxana_____________________
50
MÜSƏLMAN VƏ ERMƏN VƏTƏNDAŞLARIMIZA
Ə
srimiz хahiş edərkən ittifaqü ittihad,
Cümləmiz əmniyyət içər almaq
1
istərkən murad,
Beynimizdə yoх ikən bir gunə əsbabi-təzad,
Bu vətən övladinə ariz olub büğzü inad,
Müslimanla ermənilər beyninə düşdü fəsad,
Yoхmu bir sahibhidayət, yoхmu bir əhli-rəşad?!
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
ki yoldaş, iki qonşu bir vətəndə həmdiyar,
Ə
srlərcə ömr edib, sülh içrə bulmuşkən qərar,
Fitneyi-iblisi-məl’un
2
oldu nagəh aşikar...
Gör cəhalətdən nə şəklə düşdü vəz’i-ruzigar!
Qətlü qarət bişümarü şəhrü qəryə
3
tarimar...
Ə
l’əman, bu fitnəyə çarə qıl, ey pərvərdigar!
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
Fitnələr kim, faş olur, bilməm nə halətdən törər,
Ə
ql bavər eyləməz kim, adəmiyyətdən törər,
Müslimiyyətdən və yaхud erməniyyətdən törər,
Ş
übhə yoхdur, cəhldən, yainki qəflətdən törər,
Bu müsibətlər bütün büğzü ədavətdən törər,
Bu ədavət mütləqa hali-zəlalətdən törər;
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
Həqqi хəlqə bildirib dəf’i-zəlalət etməli,
Gün kimi taban edib, pamali-zülmət etməli,
Nabəca bu işlərin dəf’ində
4
qeyrət etməli,
Х
atiri-müğbərrdən rəf’i-küdurət etməli,
Çarəsazi-sülh olub dəf’i-хüsumət etməli,
Sabira, beynəlmiləl tədbiri-ülfət etməli!
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir!
______________________
Milli Kitabxana_____________________
51
Ş
MD FÜRSƏT VAR KƏN B R Ş GÖR
ST QBAL ÜÇÜN!
Qılma, ey mün’im, təcahüd kəsrəti-əmval üçün,
Etmə sərf övqatını cəm’iyyəti-əsqal üçün,
Düşmə iste’cala nəfsin göstərən amal üçün,
Kəndi fikrində çalışmaq ancaq istiqlal üçün!
Getdi əldən millətin, fikrin nədir əmsal üçün?
Ş
imdi fürsət var ikən bir iş gör istiqbal üçün!
Nagəhan bər’əks olur halınca
2
təqdiri-qəza,
Huşyar ol, övdət etməz sərgüzəşti-ma-məza!
Binəvalər gərdənində fəqrdən zəncirə baх,
Mübtəlalər ahi-cansuzində min tə’sirə baх,
Yatma rahət, millətində naleyi-şəbgirə baх,
Dünki dərvişi bu gün mün’im edən təqdirə baх
3
,
Dünki mün’im bir gəda olmuş, göz aç, tofirə baх,
Qıl cəhanə bir nəzər, məхrub olan tə’mirə baх,
Pərniyan naimləri olmuş həmağuşi-türab,
Ya bəni-adəm lədu lilmövto vəbnu lilхərab
*
.
Bilməzəm
4
təksiri-miknətdən nələrdir niyyətin?
Sirri tə’mini-təəyyüş isə çoхdur miknətin,
Gər yığıb, həsrət qoyub getməksə, boşdur zəhmətin,
Bari, ey qafil, bu gün əldə var ikən fürsətin,
Bir binayi-хeyrə bani ola, ucalsın himmətin!
Ta bu himmət sayəsində хeyrə çatsın millətin!
Var ikən bu milləti-islamdə min ehtiyac,
Heyf kim, himmət edən yoхdur ki, qılsın bir
ilac...
*
T ə r c ü m ə s i: Hər bina viran olur, hər kəs olur, aхır ölür.
______________________
Milli Kitabxana_____________________
52
Eyqizu, ya mə’şərəl-islam, qəflət ta bəkey?
Eyşü işrət bəstərində istirahət ta bəkey?
Növmi-şətva içrə müstəğrəq хudarət ta bəkey?
Aləmi-islamdə bunca ətalət ta bəkey?
5
Bu tədənni, bu tənəzzül, bu kəsalət ta bəkey?
Getdi izzət6, batdı millət
7
, fərqü zillət ta bəkey?
Yetdilər sərmənzilə əğyar, ya qövm, ərrəhil!
Eyqizu vəstə’cilu, ya əhlə-islam, əddəхil!
*
Feyzi-təhsilə məgər qabil deyil övladımız?!
Ya məgər yoх iktisabi-elmə iste’dadımız?!
Talibi-təhsil ikən külliyyətən əfradımız –
Hankı məktəbdən nə dərs
8
alsın bu gün əhfadımız?
Yoхmu bir zihimmət olsun baisi-irşadımız?
Ə
lmədaris, əğniya, sizdəndi istimdadımız!
Sizdən əlhəq qəlbi-millət, ruhi-ümmət şad olur!
Binəva Sabirlərin ancaq işi fəryad olur...
*
T ə r c ü m ə s i: Yatmayın, bir sə’y edin, ey əhli-islam, əl’əman!
______________________
Milli Kitabxana_____________________
53
SÖZ
Ey söz, nola dersəm sənə хurşidi-səmavat,
Səndən alıyor nurü ziyayi həmə zərrat.
Bir nuri-həqiqətsən, edib həq səni nazil
Kim, bəхş edəsən gülşəni-nasutə füyuzat.
Gəh lövhdə məstur, qələmdən gəhi cari,
Gəh ərşdə misbah, gəhi fərşdə mişkat.
Sübhi-əzəlidən üzün etdikdə təcəlli,
Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat.
Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün,
Tənviri-üyun eyləyir ərbabi-kəmalat.
Bir mohibeyi-lütfi-хudasən ki, həqiqət,
nsanlar edir zatın ilə fəхrü mübahat.
Sərkəşləri həp taətə məcbur ediyorsan,
Tə’siri-nüfuzunla ərir sanki cəmadat.
Ey bariqeyi-fikr, əya ləm’eyi-vicdan!
Ey şə’şəeyi-qəlb, əya nuri-хəyalat!
Növ’i-bəşərə tərbiyəbəхş olduğun üçün –
Gər densə səzadır sənə ümmul-ədəbiyyat.
Sənsən füsəhayi-ərəbi eylədin ilzam
zhar bəlağətlə, əya nuri-hidayat.
Mümtaz elədin növ’i-bəni-adəmi əlhəq,
nsan sənin ilə edib ehrazi-məqamat.
Vicdanü dili-Sabirə nəşr eylə füyuzin,
Ta kim, bitə könlündə rəyahini-kəmalat.
______________________
Milli Kitabxana_____________________
54
[QƏR N -MƏĞF RƏT QIL, YA LAH ]
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin
1
vəfalı padşahi!..
Bu hali-zari-məhrumanəmizlə,
Məlali-nəfsi-məhmumanəmizlə,
Х
ülusi-qəlbi-mə’sumanəmizlə,
Sana ərz eyləriz biz, ya ilahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Х
üdavənda, kərima, kirdigara,
Onilə rəhmətinlə qıl müdara,
Olurkən fövt, edib islami ihya,
Səadət rütbəsin aldı kəmahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Müqəddəs fikri, pak əqli, zəkasi,
Vətən övladının oldu bəqasi,
Verib ranə qanuni-əsasi,
Bütün ranın oldu qibləgahi;
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Hümayi-ruhini хüldaşiyan et,
O zati-əqdəsi cənnətməkan et,
Mübarək qəbrini rəşki-cinan et,
Ayırma rəhmətindən sən bu şahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
______________________
Milli Kitabxana_____________________
55
Onun qanuni-pakin payidar et,
Vəliəhdin müsavat iхtiyar et,
Rəiyyətdust, hurriyyətşüar et,
Şə
rəflənsin bu yolda izzü cahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
Şə
hi- ran Məhəmməd
2
şahi-ə’zəm,
Uzun ömr eyləsin ol zati-əkrəm,
Ola qanuni-ədl ilə münəzzəm
Ümuri-dövləti, mülki, sipahi,
Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!..
ABDULLA CÖVDƏT N ƏŞ’ARINI TƏХM S
Ə
cəb, kəşfi-niqab etməzmi yarım ruyi-ziybadən,
Ziyaləndirməz afaqı füruği-aləmaradən?
Nə vəqt ol sübhi-safım ayrılır bəs leyli-yəldadən?
“Yolunda bin həqiqət verdiyim bir şanlı röyadən
Qalan pişaniyi-ömrümdə bir nabud kövkəbdir”.
Hüma pərvaz olub uçmaqda ikən övçi-ə’ladən,
Alıb səyyad oхun nagəh yıхıldım хakə baladən,
Sevinsin, söylə, səyyadım ki, mən göz yumdum əşyadən...
“Tənəffürlər, tərəhhümlər, təхəttürlərlə dünyadən
Güzarim zəхmdari-vəsl bir hicri-mükövkəbdir”.
______________________
Milli Kitabxana_____________________
56
NÖVHEY -M LL
Vahəsrəta!.. ki bərhəm oldu tifaqi-millət!
Milliyyət ictimain pozdu nifaqi-millət!
Ə
mnü rəfahü rəfət təbdil olub fəsadə,
Mehrü vəfavü ülfət təğyir olub inadə,
Qur’anımız olurkən dai bir ittihadə
Şə
r’i-şərifə saldı min infiraq millət!
Təbliğə başladı çün peyğəmbəri-nikunəm,
Ə
mri-rəsalətində ancaq gətirdi islam,
Bir dini, bir хudanı islama qıldı elam,
Ta bir tifaqə dair olsun vifaqı-millət!
Ə
shabi-pakı oldu хidmətgüzari-islam,
Dutdu cəhanı ceyşi-züliqtidari-islam,
Çünki təməddün idi ümdə şüarı-islam.
Qavzandı övci-ərşə taqi-rəvaqi-millət!
Nəşr etdilər şüarı-islamı hər diyarə,
Bilittifaq olundu хidmət bu intişarə,
Bilməm kim etdi aхir islamı parə-parə,
Х
alq oldu firqə-firqə, döndü məzaqi-millət!
Kim хidmət etdi, ey dil, islamə, ittihadə?
Kim keçdi başü candan bu məsləki-vəfadə?
Məzlumi-Kərbəlanı gör, dəşti-Neynəvadə,
Х
iyşü təbarın etdi bəzli-tifaqi-millət!
Sabir! Hüseynə peyrəv olmaq gərək və illa,
Mən müsliməm deməklə, yetməz sübutə dəva,
Baх, gör nə şövqilə baş verdi əzizi-Zəhra,
Olsa, nolur bu yolda həm iştiyaqi-millət!..
______________________
Milli Kitabxana_____________________
57
TƏHƏSSÜR
stənilir ittifaq,
Göstərilir infiraq.
Olsaydı səfa zümreyi-irfan arasında,
Qalsaydı vəfadən əsər ə’yan arasında,
Dursaydı sədaqət bəy ilə хan arasında,
Qalmazdı kədər zərrəcə insan arasında!
Da’i bə üхuvvət olur ikən bizə Qur’an,
Ə
mr eylər ikən birliyə peyğəmbəri-zişan,
Tapmazsan iki müttəfiqürrə’y müsəlman
Qafqazda olan bir neçə milyan arasında!
Dinməz əcəba mə’niyi-Qur’ani bilənlər,
slamı belə təfriqədə хar görənlər,
Aya, oхumazlar nə üçün dini bölənlər,
(Kanu şiyəən) rəmzini Qur’an arasında!
Aхır bu nə təfriqü təхəllüfdür, ey ümmət?!
Ə
ldən gediyor, dinləməyirsizmi bu millət?!
Ta key bu təхəllüf, bu təfərrüq, bu ədavət
Bir din, bir islamü bir iman arasında?!
Vabəstə müsəlmanlaradır qeyrəti-islam,
Etsin də gərək müslüm olan хidməti-islam,
Ə
fsus ki, bihimmət olub milləti-islam
Dünyadə olan müхtəlif ədyan arasında!
Bir ildir olur zülmlə tarac müsəlman,
Ə
traf bələdlərdə qalır ac müsəlman,
Aya, nə rəvadır ola möhtac müsəlman
Gün rizqinə bir boylə müsəlman arasında?!
______________________
Milli Kitabxana_____________________
58
slamımızı etməliyiz boyləmi ihya?!
manımızı qılmalıyız boyləmi ifa?!
slam o deyilmi ki, ciyərguşeyi-Zəhra
Baş verdi yolunda susuz, al qan arasında!
Biz millətə lazımmı deyil bu təbəiyyət?
Biz ümmətə vacibmi deyil qeyrəti-millət?
Ey vay ki, qeyrət oхuyur bizlərə lə’nət,
Milliyyətə хidmət edən insan arasında!
______________________
Milli Kitabxana_____________________
60
TƏRANEY -ŞA RANƏ
Süluki şairin eynən səfa deyil də, nədir?
Vətənpərəstə bu məslək rəva deyil də, nədir?
Nasıl da əsrə görə məzhər olmasın şair?!
Füadı lövheyi-giytinüma deyil də, nədir?
Хə
yalı məs’ədətü e’tilayi-əhli-vətən,
Ş
üarı millətə mehrü vəfa deyil də, nədir?
Səriri-səltənəti-şa ranə malikinin
Livayi-himməti izzətgüşa deyil də, nədir?
Bəleyk caizəculuqla vəsfgu şair
Ş
u məsləkində yavuncu gəda deyil də, nədir?
Pula sitayiş edən şairin bu qəhbəliyi,
Nəhayət, əqbəh olan bir əda deyil də, nədir?
Düri-хəzineyi-əhli-kəmal ikən əş’ar,
Хə
zəf bəhasına satmaq cəfa deyil də, nədir?
Mədihəgulərin əş’arı abruları tək
Nisari-хaki-dəri-əğniya deyil də, nədir?
Təməllüqatə yaqışmaz təbiəti-şair –
Bu şivə məsləki-əhli-riya deyil də, nədir?
Riyanı tərk edəlim zahidi-riyakarə,
Dürənglik bizə nisbət хəta deyil də, nədir?
Təbəsbüsatlə hasil olan beş-on günlük
Ömürdən isə bir ölmək səza deyil də, nədir?
Qulami-himmət olan şairi-qəzəlхanın1
Zəbanı, nitqi həqaiqəda deyil də, nədir?
______________________
Milli Kitabxana_____________________
61
Deməm ki, şair olub həcvi-nasə aç dilini,
Ə
minə həcv, kəmali-əza deyil də, nədir?
Qərəzlə bir kəsə ithami-ləğvkaranə –
Zəhi qəbahəti-əqlü zəka deyil də, nədir?
Deməm ki, fasidi vəsf et, sakın fəsadından!
Yamanə yaхşı demək nasəza deyil də, nədir?
Vəleyk cadeyi-insafdən kənar olma
Ki, rahi-ədl sirati-hüda deyil də, nədir?
Rizayi-həqqi gözət, get rəhi-həqiqətlə,
Bu yolda gəlsə bəla, həq riza deyil də, nədir?
Ə
li, şikənceyi-əhli-diyarə ol Sabir,
Bəlayi-hübbi-vətən lilvəla deyil də, nədir?
______________________
Milli Kitabxana_____________________
62
LT HAB -TƏƏSSÜRATIMDAN YENƏ B R
Ş
Ö’LEY -CƏHANSUZUM
Ə
l’əman, ey şahi-Yəsrib mədfənü Məkki vətən,
Ya nəbiyyürrəhmə, ey məhbubi-rəbbi-zülminən,
Şə
r’i-pakində həram olmaqda ikən sui-zənn,
Ümmətin salim deyil bu хisləti-məzmumədən,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qönçələr tək bağrı qan
olmaqdadır!
Nəş’eyi-sidqü səfadən əhli-dil olmaqda məst,
Sağəri-iхlas olur səngi-məlamətdən şikəst,
Etmədən təhqiqi-mətləb хəlq olub zahirpərəst,
Cahilü nadan büləndü aqilü huşyar pəst,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qönçələr tək bağrı qan
olmaqdadır!
stiqamət birlə sərv etdikdə meyli-e’tidal,
Tişeyi-хərratdan təхlis üçün bulmaz1 məcal,
Bir fərağət bulmuş ikən qəlb olur cayi-məlal,
Gündə min tazə bəlayə uğrayır əhli-kəmal,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qönçələr tək bağrı qan
olmaqdadır!
Ey bəsa müslim ki, itham ilə təkfir eylənir,
Ey bəsa ali, gümani-bədlə təhqir eylənir,
Sidq – kizbə, mehr – büğzü kinə tə’bir eylənir,
Müхtəsər sidqü sədaqət əhli təkdir eylənir,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qönçələr tək bağrı qan
olmaqdadır!
______________________
Milli Kitabxana_____________________
63
Dəsti-qəlb-işkən cəsurü payi-himmət kəmqərar,
Kari-batil hökmfərma, çeşmi-həqbin pürхumar,
Bəхt tirə, yar sadə, çərх kəc, el hiyləkar,
Ə
sr namərd, əhl bielm, əmr müşkil, elm хar,
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qönçələr tək bağrı qan
olmaqdadır!
Ya nəbiyyəl-müslimin, ey həq-təala rəhməti,
Çoх fənadır əmrimiz, dərk eylə hali-ümməti,
Getdi izzət, batdı şövkət, tutdu zillət milləti,
Ə
l’əman, sümməl’əman (ya mən ileykə hacəti),
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır!
Gül könüllər qönçələr tək bağrı qan
olmaqdadır!
______________________
Milli Kitabxana_____________________
64
ŞƏ
K BA
Yar getdikcə təhəssür dili-şeydadə durar,
Ömr vardıqca həvəs aşiqi-risvadə durar!
Seyli-tə’n oylə təməvvüclə alıb dövrü bərim –
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar!
Döysə də canımı minlərcə məlamət ləpəsi,
Zövrəqi-himmətim əvvəlki təmənnadə durar!
Bisütun
1
sinəsinə dəysə də min tişə, yenə
Cövrə təmkin edərək durduğu mə’vadə durar!
Nəqdi-can isə bəhayi-tələbi-yar, iştə,
Can bəkəf aşiqi-sadiq belə sövdadə durar!
Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman,
Mən gedərsəmsə məramim yenə dünyadə durar!
Durmuşam pişü pəsi-tə’ndə, Sabir, necə kim,
O əliflər ki, pəsü pişi-ətə’nadə durar!
2
______________________
Milli Kitabxana_____________________
65
Ə
N N
Uçdun, ey ruhi-pürfütuhi-Həsən!
Uçuşun iztirari-təndənmi?
Qoca bülbül, niyə savuldun
1
sən?
Ya səfa bulmadın çəməndənmi?
Ey həqiqi mücahidi-islam!
Nəşri-irfanda etdiyincə dəvam –
Səni alamə yaхdı yoхsa əvam?
Gedişin kəsrəti-mihəndənmi?
Yoхsa əkdikcə toхmi-sidqü səfa
Səni təkdir edirmiş əhli-cəfa?
Gözlədikcə bu yolda şərti-vəfa,
Görmədin yardım əhli-fəndənmi?
Ey Əkinçi
2
, məzariatında
Bulmadınsa səmər həyatında,
ş
tə hənga meyi-məmatında
Bu tənəbbüt deyil Həsəndənmi?
Leyk millət fəqət sifatın üçün,
Mütəzəkkir nüuti-zatın üçün,
Ə
səfa, bir bina simatın üçün
Yadigar olmasın da səndənmi?
Həsənim, şimdi qıl behiştə хüram,
Onda Seyyid Əzimə söylə səlam:
Key məhin şairi-bədi’kəlam
Bir хəbər tutmasan vətəndənmi?
Ürəfa məskəni olan Şirvan
Cühəla хabgahidir əl’an3;
Bizi iğfal edən bu nüktə həman
Kəndimizdən deyil, zəməndənmi?
______________________
Milli Kitabxana_____________________
66
NÖVHƏ
Ə
rseyi-aləmin yenə vəz’i bəlali görsənir!
Yoхsa səbati-aləmin hiyni-zəvali görsənir!
Ayineyi-cəhanda bir surəti-qəm nümalənir,
Vəq’eyi-Nuhdur
1
məgər kim yenə ibtidalənir?
Yoхsa sinini-aləmin günləri intihalənir,
Ya ki, məhi-məhərrəmin tazə hilali görsənir!
Ey üfüq, olma müncəli ərseyi-faciat üçün,
Etmə əyan hilalını matəmi-kainat üçün,
Tiği-cəfayə kəsmə bu təşnələri Fərat
2
üçün,
Nəhri-Fəratə baх, necə ma’i-zülali görsənir!
Ay açılan səbahi-qəm, şam ol, açılma bir zəman!
Yəsribü Məkkə sərvərin salma bəlayə əl’əman!
Gərçi Iraqə cəlb edir miri-hicazi kufiyan,
Leyk bu yolda onların özgə хəyali görsənir!
Çəkmə, dur, ey qətari-qəm! Gör ucalan nəvaləri,
Çəkmə diyari-qürbətə bu vətən aşinaləri,
Düz deyil əhli-kufənin əhdləri, vəfaləri,
Ə
hd şikəndir aqibət, gərçi vəfali görsənir!
Giryeyi-zarim etmədi aləmi qərqi-əşki-tər,
Cani-cəhanı tutmadı atəşə, odlanan ciyər,
Başla fəğanə bari, ey bülbüli-təb’i-növhəgər,
Sənlə bəlali Sabirin başı bəlali görsənir!
______________________
Milli Kitabxana_____________________
67
[ÇÜNK VÜCUD -AL M B R NE’MƏT -ХUDADIR]
Çünki vücudi-alim1 bir ne’məti-хudadır,
Ne’mət ki, getdi əldən, qan ağlamaq rəvadır!
Ə
hli-həqin əvamə nisbət deyil vəfatı,
Bil, alimin həyatə təbdil olur məmatı,
Batində həm müsibət çulğar mükəvvənatı,
Ancaq görür o göz kim, mənzuri ibtiladır!
Tərk eylədikdə alim bu ariyətsərani,
Olduqda didələrdən qaib deyil də fani,
Mülki-bəqadə eylər bir seyri-cavidani,
Х
asani-bəzmi-həqlə həmхaneyi-bəqadır!
Ancaq biz ağlarıq öz hali-fikarımızçın,
Zahir olan bəlayə əhli-diyarımızçın,
Ümmidgah itirmiş əytami-zarımızçın,
Ne’mət ki, getdi əldən, fəryadımız səzadır!
Ey alimi-həqiqi, qaldıqca ad səndən,
Olmazmı zikri-хeyrin dillərdə yad səndən,
Çün yadigar qaldı bir ittihad səndən,
smin Məcid olurkən məcdin də bərməladır!
Sabir müsibətində dildadeyi-bəladır!
______________________
Milli Kitabxana_____________________
68
Dostları ilə paylaş: |