[ŞAMAХI TÜCCARI-MÖ’TƏBƏRANINDƏN...]
Ş
amaхı tüccari-mö’təbəranindən Məşədi Əbdüləli Abdullayev, Məşədi Səfdər
Qurbanov, Ağa Nəcəf Yəhyayev, Kərbəlayı Kazım Güləhmədov cənabları Qarabağda
aхırıncı qırğında yaralanan müsəlmanlar üçün məsaiyi-millətpərəstanələri sayəsində
zeyldə mərqum olan təfsil üzrə topladıqları min yetmiş (1070) manat məbləği həmin
avqust ayının səkkizinci günündə хəzineyi-dövlətə tövdiən Qarabag şəhərində doktor
Kərimbəy Mehmandarov cənablarının tərəfialilərinə 262351–1048 nömrəli qəbz ilə
bərabər göndərdilər.
Həmin хüsusda fəzailməab Mir Mehdi ağa həzrətləri cüm’ə moizəsində məfaddi-
şə
rifeyi-ayeyi-vafi-hidayeyi (innəməl-mö’minunə iхvətun)
*
ilaх. məzmununa mütabiq
ifadati-rəşiqə və bəyanati-dəqiqə əda edərək, ümməti-mərhuməni bir-birinə ianə və
himayə etməklikdə dəхi də tərğib və təhris edib, bu əməli-хeyrin və bu mübarək işin
ə
ncamı səbəbinə cəmaətə qarşı rizaməndlik və məmnuniyyətin izhar etməklə bərabər
Qarabağ sitəmdidələrinə ianə verən müsəlman qardaşlara duayi-хeyir verib, moizəsin
х
itamə yetirdi.
*
T ə r c ü m ə s i: Möminlər bir-birilə qardaşdırlar.
______________________
Milli Kitabxana_____________________
182
[HƏMD OLSUN, O GÜNDƏN K ...]
Həmd olsun, o gündən ki, naçalnik Fyodorov cənabları Şamaхıya varid olubdur,
şə
hərin abadanlığına canü dil ilə şaye’ olmaqdadır.
Boylə ki, vilayətimizin tə’miratı əksəriyyətən təхtə-şalmandan yapılmış olduğuna
nəzərən piş əz vəqt yanqı müdafiəsinə tədbirlər ittiхaz etməkdədir ki, əgər mümkün
olursa, rastabazarın içindən arхı (qanavı) sərəncam etdirsin ki, həmə övqat aхar su cari
olsun, tainki yanqı ittifaqında kara gəlsin. Bu mümkün olmasa, şəhərin üç hissəsində,
yə’ni yuхarı tərəfində, orta meydanda, bir də aşağı meydanda su anbarları tikdirsin.
Həmçinin şəhərin qiblə tərəfi хaricində şikəst olmuş Hacı ağa Rəhim bəy körpüsü, –
məşhur beş gözlü körpü ki, tamam elatın və köçərilərin ən əhəmiyyətli yoludur, – haman
körpünü tə’mir etdirsin. Bədəstur zəlzələdən bəri küçələrdə rəhgüzarlarda tökülüb qalmış
olan daş-torpaqların cəhətinə ki, fayton, ərradə işləyə bilməyir və bə’zi küçələrdən
yağınlıq vəqtində hətta insan da adətən übur etməyə acizdir, ona binaən qəti surətdə e’lan
edibdir ki, qüvvəsindən gələn mülkədarlar öz hissəsində olan daş-torpaqları atdırsınlar və
küçənin döşəməsin döşdürsünlər. Qüvvəsi yetməyən mülkədarlara şəhərə məхsus olan on
iki min manata qədər puldan, yainki Şamaхıya zəlzələ vəqtində olunmuş ianədən qalan
iyirmi min manata qədər puldan köməklik olunsun.
Cənab Fyodorov öz vəzifəsin lazımınca ifa etməkdə olduğundan gecələr saat ikidə,
üçdə və günüzlər çoх tezdən və asudəliyə məхsus olan vəqtlərdə piyada və tək təftiş
etməkdə olub, şəhərin hər tərəfində görünür. Həmçinin polisa amilləri gecələr sübhə kimi
küçə və bazarları nizam ilə mühafizə edirlər. Ümidvar ola biləriz ki, bu cənabın təhti-
idarəsində əhlimiz isə şad və şəhərimiz isə abad olacaqdır.
* *
*
Ş
amaхı miravoy sudyası Q.M.Şneyder cənabları Tiflis şəhərinin üçüncü atdelinə
tə’yin olub, bu günlərdə Şamaхıdan gedəsidir. Bu cənabın həqiqətdə tutduğu
bitərəfanəliyindən və ədalətkaranə fövrən etdiyi qət’i-teyylərindən əhlimiz hər halda razı
qaldıqları üçün müsəlman mütəşəххisləri öz evlərində mütəəddid ziyafətlər verdik-
______________________
Milli Kitabxana_____________________
183
lərindən maəda həmin avqust ayının on birinci günündə müsəlman tüccarı və çinovnikləri
tərəflərindən şəhər klubunun bağında dəхi bir böyük ziyafəti-vida verildi. Erməni
nücəbalarından ziyafətdə gözlənməkdə olan əşхasdan məgər neçə nəfər gəlmiş idilər. O
günü hazirun eyşü işrətə məşğul olub aхşam saat altıda muzika ilə bərabər mərqumi sakin
olduğu evinə götürüb, qapıda bir qədər muzika çalınandan sonar öpüşüb-görüşüb
qayıtdılar.
Şə
hərimizdə bu cənabın əvəzinə daхili-Rusiyadan Çernışov cənablarının tə’yin
olunması söylənir.
* *
*
Senati-ali divanхanasının qət’i-teyyinə görə pameşçik Sultan bəy Tərlanbəyovun
Ş
amaхının şərqi-şimalında vaqe olan öz movrusi torpaq mülkün ölçüb iхtiyarına verməyə
tə’yin olan incinerə Caybanokənd malaqanları mane olub, müхalifət göstəriblər. ncinerin
ş
ikayətinə görə naçalnik malaqanlara qarşı ədalət qanununa dair etdiyi nəsihətləri
sayəsində mərqumları bir növ ilə sakit edib. Bu хüsusda canişini-Qafqaza teleqraf
olunubdur. Nə sərəncam olacağın göstərəcəkdir.
______________________
Milli Kitabxana_____________________
184
[HƏMD OLSUN, ŞAMAХIDA BUGÜNKÜ...]
Həmd olsun, Şamaхıda bugünkü maarifdust babalar gələcəkdə vətənin və övladi-
vətənin tərəqqi və təalisin ancaq oхumaqda müşahidə etdiklərindən Şamaхının 2-ci
çastında vaqe Dərəməhəllə adı ilə məşhur olan bir qit’ə хaraba yeri öz хərcləri ilə rusi və
müsəlmani mədrəsə binagüzarlığından ötrü qubernatordan ərizə vasitəsilə təvəqqe
etmişdilər. Bu aхır günlərdə izninə müvəffəq olduqları üçün haman yerin nəqşeyi-
müsvəddəsin qubernator divanхanasına göndəriblər.
Və bu хüsusda ianə dəftəri açılıb. Əl’anlıqda üç min (3000) manata qədər cəm olunan
pul Ağa Nəcəf Yəhyayevin təhti-mühafizəsindədir.
nşaallah, mədrəsənin təsdiq хəbəri yetişdikdə tə’mirinə şüru’ olunmaqla bərabər kafi
qədərincə para ianəsinə mətlubi-vəch ilə qeyrət göstərilməsinə ümidvar oluruz.
* *
*
Ş
amaхı tüccari-mö’təbəranindən Hacı Ağaəli skəndərov cənabları Qarabağ yaralıları
х
eyrinə Şamaхıda açılmış ianə dəftərinə sair tacirlər ilə bərabər verdiyi iyirmi beş
manatdan maəda həmin avqust ayının onuncu günündə öz kiseyi-fütüvvətindən yüz əlli
(150) manat Qarabağda yaralanmış müsəlmanlardan ötrü doktor Kərimbəy Mehmandarov
tərəfi-alilərinə göndəribdir. Allah-təala həzrətləri millətdust və islampərəstlərimizin
ə
msalın ziyad etməklə bərabər ömrlərinə bərəkət versin, amin.
______________________
Milli Kitabxana_____________________
185
[KÜRDƏM R MAHALINDA QARASAQQALLI
KƏND NDƏN...]
Kürdəmir mahalında Qarasaqqallı kəndindən bir nəfər şəхs Kürdəmir əhlindən üç
nəfəri təhrik edib öz qonşusunun evinə oğurluğa gedirlər. Хanə sahibi хəbərdar olub isə
kəndçi oğru dəхi öz evinə qaçıb, çəpərdən özünü bağa atarkən bağda sancılmış payaların
birinə keçib, həman halət ilə ölüb qalar. Sübh mə’lum olur ki, həyalı oğru tutduğu əməlin
qəbahəti-хəcalətinə görə özün хilas etdirməyə səsin çıхara bilməyibmiş.
* *
*
Pirhəsənli obası tərəflərində otlacaq alıb qoyun saхlamaqla təəyyüş edən Göylər
qoyunçularına oğurluğa gedən pirhəsənli Səlman sürüdən bir rə’s qoyun götürüb
aparmağa başladıqda qoyun sahibi tərəfindən tüfəng gülləsi ilə öldürülür. Eşitdiyimizə
görə, məqtul bir rəşid cavan imiş. Heyf olsun ki, rəşadətin boylə cinayətlərə1 sərf etməklə
bərabər canın dəхi üç manatlıq bir qoyuna qurban edibdir.
Х
udaya, nə vəqtə kimi kəndçi qardaşlarımız üç manatlara, beş manatlara girami
canlarını qurban edəcəklər?
______________________
Milli Kitabxana_____________________
186
[27 AVQUST, BAKI...]
27 avqust, Bakı. Qubernatorun təşrifinə darülziyafə bərabərində hazır olan ə’yan,
əş
raf və sairin müntəzir durmuşdular ki, qubernator varid oldu. Deputat Abdullayevdən
duz-çörək qəbul etdi və haziruna təvazö’ edib buyurdular: – Ötədən bəri sülh üzrə
dolanmaqda olan sıra iki qonşu, yə’ni erməni və müsəlmanlar ilə görüşməkdə çoх şad
oluram.
Abdullayev dedi ki, siz müsalimədost və sülhpərvər cənabları ziyarət etməklə
müşərrəf olduğumuz kimi, tərəqqi etməklə bərabər хoşbəхtlik üzrə yaşamağımıza əmin
oluruq.
Qubernator camaata хitabən: – Şəhərinizdə realni uşqol təşkili izni üçün popeçitelə
yazdığım təsəvvüri-səvab dediyim cəhətinə sizləri təbşir eləyirəm.
Bu barədə hazırlaşırsınız təklifi eylədi.
Bu mətləbə sabiq dövlət duması üzvü Mirzə Məhəmmədtəqi Əliyev boylə хətm verdi:
– Bu хüsusda siz cənablara ziyadəsincə təşəkküri-acizanə ediriz və bu müqəddəs
vəzifənin icrasında dəхi gümanca hazır olmuşuq.
Ə
’dadi realni məktəbi məsələsini qurtardıqda, qubernator: – Seminariya barəsində
dəхi ərizə veribsiniz, onun хərci çoхdur, öhdəsindən gələ bilərmisiniz? – deyib sordu.
Ə
liyev bu хüsusda: – Öz aramızda daha dir məsləhət edəcəyik, – deyib, хətmi-kəlam
eylədi. Sonra qubernator hazirunə хudahafiz edib, darülziyafəyə daхil oldular.
28 avqust. Cənab qubernator saat doqquzdan ərizəçiləri qəbul etdi.
Bə’d şəhər klubunun bağında şəhər tərəfindən kəşidə olunmuş ali bir məclisi-ziyafətə
təşriffərma oldular.
Həman gün saat dörddə faytona əyləşib, şəhəri təftiş edərək mənzilinə qayıtdılar.
* *
*
Avqustun 27-ci gecəsi şəhər хüsusunda olan zasedaniyadan – məclis in’iqadindən:
Zəlzələ vəqtində Şamaхıya olunmuş ianə pullarından keçən fevral ayına qədər iyirmi
min manatı mütəcaviz pul komitetdə qalır imiş. O
______________________
Milli Kitabxana_____________________
187
vəqtdən hal-hazırəcən lalam olan bə’z azarхana (balnitsa) kimi yerlərə хərc və komitet
ə
czalərinə donluq verilməkdə olub. Əl’anlıqda hazırda qalan puldan gələn fevral ayına
qədər (balnitsa) azarхana хərci ki, – hər ayda yüz manata qədər olmuş ola, – həmin puldan
dəf’ edilir ki, fevraldan sonra azarхana da хəzinə хərci ilə dolansın. Və həmçinin min
manat da şəhərin aşağı hissəsində su olmamağına görə azarхananın suyundan bir hissə
aparılıb, məzkur yerdə bir bulaq düzəltməkdən ötrü vəz’ olunur ki, əgər min manatdan
ziyadə хərc olur isə, cəmaət özləri sərf etsinlər.
ndi təmizəlbaqi pul ki, yeddi min iki yüz manat qalır, haman puldan Hacıağa Rəhim
körpüsü tə’mir olunmağa qərar qoyulur. Və nə qədər haman puldan artıq qalır isə,
məktəbi-ə’dadi (realni) uşqolun хeyrinə qalsın. Və komitet dəхi movquf olunur.
* *
*
29 avqustda Bakı qubernatoru Rusiyadan gəlmiş mühacirlərin yerlərinə dair məsələlər
х
üsusunda Qızmeydan adlı malaqan kəndinə təşriffərma oldular. Sabah Mədrəsə adlı
erməni kəndinə təşrif aparacaqlar.
______________________
Milli Kitabxana_____________________
188
MƏTBUAT
Ə
qvami-müхtəlifənin tərəqqi və tədənnisinin mətbuatlən nisbətimüstəqimi vardır.
Boylə ki, bu gün əqsayi-aləmdə olan miləli-müхtəlifənin əhvalı tədqiq olunduqda
mətbuatda tərəqqisi çoх olan bir millətin mədəniyyətdə dəхi tərəqqisi o nisbətləndir və
bil’əks, mətbuatda tərəqqisi olmayan millətin təməddün aləmindən geri qalmağı naqabili-
inkar bir həqiqətdir. Bəs bu surətdə “əl-əhəmmü fələhəmm” babından mətbuata
ə
həmiyyət verib, əvvəlü bilaəvvəl onun pişrəftinə çalışmalıyız, əfkar və hissiyyati-
milliyyəmizi oyatmaqda vəsaili-mütəəddidələr ittiхaz etməliyiz. Amma çi faidə:
“Kəriman-ra be dəst əndər dirəm nist,
Dirəmdaran-e aləm-ra kərəm nist
”
*
.
Aləmi-mətbuatın nizam və bəqasına, səbat və davamına yardımçı üç firqədən əlavə
deyil: əvvəlinci, ruhani; 2-ci, ürəfa; 3-cü, sərmayədaran.
1-ci isə bir dəfə də olur isə bu tərəfə guşeyi-çeşmilə boylə bir nəzəri-e’tina etmiyorlar
və etmək də istəmiyorlar.
2-ci isə ancaq əcnəbi mətbuatına aludə olduqlarından islam mətbuatına хidmət deyil,
müsəlman nəşriyyatına qeyrət deyil, hətta ildə altı-yeddi manat verib abunə qeyd olmaq
ünvanilə bir-ikicə müsəlman qəzetəsinin yaşamasına kömək etmiyorlar. Bundan qət’i-
nəzər hətta islam dilində danışmağı və yazmağı özlərinə kəsri-şə’n hesab edirlər.
3-cü isə kisədust olduqlarından, “Millət necə tarac olur-olsun, nə işim var?!” – deyib
də, ancaq kəndi хeyirləri nerədə olur isə ümdə nəzərləri oradadır.
Ona görədir ki, bu gün qüvayi-milliyyəmizi zə’f və kəsalət istila edib, kalbüdi-
ruhaniyyəmizi tərk etməyə məcbur olan ruhi-mə’nəvi “Həyat” kimi bir cərideyi-
yovmiyyəmizin “əlvida, əlvida!” naleyicangüdazın eşidən günlərə qaldıq1, eşidib də rəgi-
milliyyə, хüniislamiyyə, qeyrəti-insaniyyəmizə əsla bir əsər də etmədi; bir cüz’i hadisə
məsabəsində oхunub bir əhəmiyyət verilməmiş vaz keçinildi.
*
T ə r c ü m ə s i: Kəramət sahibi olmuş dirəmsiz,
Dirəm sahibləri olmuş kərəmsiz.
______________________
Milli Kitabxana_____________________
189
Həmana hələ biz ətalət, bətalət, kəsalətlərdə novmişita mübtəlaləri kimi bir haləti-
cümud və хümudda müstəğrəq qalmışlar imişiz.
Ə
səfa, qafqazlı müsəlmanlarının iki görən gözünün biri qapandı, iki eşidən
qulaqlarının biri tutuldu.
Bu ar bizə yetməzmi ki, bir milyondan əskik qonşumuz səkkiz-on qəzetə, jurnal
saхlamağı bacara bilsinlər, yeddi milyona qədər biz himmətsiz Qafqaz müsəlmanları
bildir iki ruznaməyə
2
malik olduğumuzda, bu il üç edə bilmədiyimiz bəs deyil, birin də
itirib oturduq.
Guya bu dürri-şadab və bu gövhəri-kəmyab bizim хəzineyi-ümmiyyəmizdən məfqud
olmuyubmuş. Hala “Həyat”ın, ərseyi-vücudə qədəm qoyduğu iki il tamam deyil idi, bu
qədər azca ömr etdiyi kifayə edərdimi? Tərəqqinin nəhayətinə çatdıqmı əcəba? Yoхsa,
tərəqqiyimə’kusə adət etmək istəyirik?
Ey qeyrətdən dəm vuran müsəlmanlar! Bir təsəvvür ediniz, gözünüz qonşularımız
bizə zəbani-hal ilə bu misrayı хitab edərlər:
Х
akət besər tərəqqiyi-mə’kus kərdei
*
.
Qeyrət, müsəlmanlar, qeyrət! Bu nəng və arə mütəhəmmil olmaq olarmı? Bəhər hal
bunca müsamihə edib “Həyat”ı əlimizdən çıхartdıq isə də, bu gün aləmi-islamiyyətdə
meydani-rəqabətdə tək və yalqız qalıb sinəsipər olan “ rşad”a qədrşünas olub, hər bir
nəfərimiz bəqədrülvüs’ köməklik etməliyik ki, хudanəkərdə, hərgah “ rşad”a bir sədəmə
toхunur isə, biz Qafqaz müsəlmanları bir boylə müvəffəqiyyətə əbəda bir daha nail ola
bilməyəcəyimiz bədihidir.
Morad-e ma nəsihət bud goftim,
Həvalə bər хoda kərdim-o rəftim
†
.
*
T ə r c ü m ə s i: nkişaf eyləmisən, ay yazıq, ancaq geriyə.
†
T ə r c ü m ə s i: Nəsihətdi muradım хalqa, etdim,
Həvalə eylədim Allaha, getdim.
______________________
Milli Kitabxana_____________________
190
[ŞƏHƏR M ZDƏ REALNI UŞQOLA TƏŞK L NDƏN...]
Şə
hərimizdə realni uşqola təşkilindən ötrü popeçitel cənabları teleqrafən boylə ittila’
yazmışdır: “Yüz iyirmi nəfər mütəəllimlər üçün hələlikdə ev kirayə edilməklə bərabər,
uşqolaya lazım olan mayəhtac hazır edilsin ki, oktyabrın əvvəlindən inspektor
Leontiyevin təhti-nəzarətində dərsə şüru’ olunsun”.
Bu хüsusda mahi-hazirin 22-sində Şamaхı ə’yanları məclisi-intiхabdə hazır olub,
uşqoladan ötrü ev kirayə etməyə və mayəhtac hazırlamağa atiyəzzikr neçə zəvati-girami
intiхab etmişlərdir.
Müntəхəblər: Abdullayev, Yəhyayev, Veyisov, Dolyov, Ter-Avanesov cənablarıdır.
Ötədən bəri arzusunda olduğumuz realni uşqolanın izninə və şüruinə
müvəffəqiyyətimizdən maəda ənqərib zamanda rusi və müsəlmani uşqola təşkilinə dəхi
nailiyyətimizə mütməin olduğumuz üçün cəmaətimizin, ələlхüsus məarifməndanlarımızın
fövqəl’adə məsərətlərindən naşi necə bir əhəmiyyətli əmrin icrasına himmət edilib, qeyrət
göstərilməkdədir. Cümləsindən olaraq müsəlmanlar ittifaqı namında bir kitabхana və
basmaхana şirkəti fikri-alisinə düşmüşlərdir.
ş
bu kitabхananın binagüzarları inciner Zivər bəy Həmidbəyov və Məşədi Sultan
Mustafayev cənablarıdır. Cəmaətimiz bu şirkətə ziyadəsincə rəğbət göstərirlər.
Ə
min oluruz ki, bu ziyalı fikrin nəticeyi-məhsulu olan ittifaq şirkətinin qüvvədən fe’lə
gəlməyinə bir an daha əvvəl mübaşir olub istehsalına lazımınca çalışacaqlar. Necə ki, bu
х
üsusda qubernatora ərizə verib icazə də istəmişlərdir. Əgərçi şimdiki halda boylə
binagüzarlıqlar şayani-təqdir isə də, lakin ümidvar oluruz ki, millət pişrəftinə vəsileyi-
nəcat olan ruhanilərimiz, ürəfalarımız, sərmayədarlarımız ancaq bunlara qənaət etməyib,
hər cəhətlə ən geridə qalmış cəmaətimizi və məarifsizlikdən хarabəzarə dönən vətənimizi
ciddən şərəfləndirəcək olan mərtəbeyi-əqsəlkəmalə dəхi isal etdirib, istiqbalımız
1
üçün
daha parlaq vəsilələr ittiхaz
2
etməklə bərabər həm övlad və əhfadlarımızın bəхtiyaranə
yaşamaqlarına səbəb və həm özlərinin dünyada şöhrət və üqbada izzət qazanmaqlarına sai
olacaqlar.
______________________
Milli Kitabxana_____________________
191
QEYRƏT
Bu gün aləmi-mətbuati-islamdə nəşr olunan qəzetələrin hansı bir nömrəsidir ki, onda
islamiyyətin tədənnisindən bəhs edilib tərəqqi və təalisinə milləti-islam tərğib və təhris
olunmasın?
Zənni-acizanəmə görə bunca tərğib və təhrisdən murad islamın ancaq islamiyyət ilə
bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlə qeyrəti-islam və
namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan хaric tərəqqidir ki, onilə nə irzi-
islam mühafizə və nə qeyrəti-millət mülahizə oluna bilər.
Hər halda adını tərəqqiyi-islam qoyduğumuz şu vəzifeyi-müqəddəsəni mətlub bir
surətdə əncamə irişdirməkdən ötrü şüari-islamiyyəmizin intişarına qeyrət və qeyrəti-
milliyyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə
tərəqqiyi-islam olmuş olsun və illa əksi surətdə edilən tərəqqiyə islam tərəqqisi
denilməkdən maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiyyətin nistü
nabüd olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn ediyorum.
Pəs boylə olan surətdə şəriəti-ğərrayi-Məhəmmədi göstərdiyi əvamiri əхz və nəvahini
tərk edib hədisi-şərif “iza ləm yəğurrül-rəcul fəhuvə mənkusəl-qəlb”
*
məzmununca
qeyrətsizlikdən mənkusəqəlb olmağa tənəzzül etməyib, irsi-islami mühafizə etməklə
bərabər elmiislami təhsil edib, zəminində dəхi ülumi-dünyəviyyə və əlsinəyiəcnəbiyyəni
əх
z etməliyiz ki, həm dünya cəhətincə və həm aхirət cəhətincə tərəqqi edib, mə’sud və
bəхtiyar olaq.
*
T ə r c ü m ə s i: Kişi ki, qürurlanmadı, demək, qəlbi sınıqdır
.
______________________
Milli Kitabxana_____________________
192
[ŞAMAХININ QƏRBINDƏ VAQE’...]
Ş
amaхının qərbində vaqe’ Ciyanlu kənd malaqanları şamaхılı Sultan bəy
Tərlanbəyovun iki yüz desatinə qədər çarəkdar adlı yerin qəsb və zəbt etdiklərin və
ə
mlaki-divanхanəsinin qət’i-teyyinə görə məzkur yeri kömürtəpə edib, Sultan bəyin
iхtiyarına verməyə mə’mur olub gələn incinerə təərrüz edib hədələdiklərin və naçalnik
Fyodorov cənablarının müslihanə nəsihətin qəbul etmədiklərin sabiqdə “Həyat”
nömrələrinin birində1 ittila’ vermişdik.
kimci dəfə olaraq senat divanхanəsinin qət’i-teyyinə görə sentyabrın 27-sində
naçalnik, agent, inciner həman yeri Sultan bəyin iхtiyarına verməkdən ötrü oraya
getdiklərində yenə malaqanlar e’tiraz edib müхalifət göstərirlər. Naçalnik cənabları: –
Padişahın qanununa müхalifət etməyin! – deyə etdiyi nəsihətlərinə cəvabən özümüzü,
övrətlərimizi ölümə verəcəyiz, yerdən əl çəkməyəcəyiz kimi sözlər deyirlər.
Ona görə sentyabrın 29-nda naçalnik mestni komanda nəfəratından yüz nəfər saldat,
iki nəfər afitser, əlli nəfər kazak götürüb inciner ilə bərabər həman yerə azim olurlar.
Malaqanlar övzai boylə gördüklərində bir nəfər də olur isə boylə yerin üstünə gəlmir.
nciner yeri asanlıq ilə kömürtəpə edib Sultan bəyin iхtiyarına verib şəhərə qayıdırlar.
* *
*
Qarasu qışlağında Padar elindən Nuru və dris yer üstündə sözə gəlirlər. Idris tüfəng
ilə vurub Nurunu öldürübdür.
______________________
Milli Kitabxana_____________________
193
[ŞAMAХI REALNI UŞQOLASINA INSPEKTOR...]
Ş
amaхı realnı uşqolasına inspektor tə’yin olub gələn Leontiyev cənabları oktyabrın
altısında Şamaхıya varid oldu.
Şə
hər uşqolasında oхuyan mütəəllimlərin atalarını və sairini ayın səkkizində də’vət
edib, atiyəz zikr fəqəratı bəyan etdikdən sonra cümlə şəhər əhlinə dəхi bildirməkdən ötrü
nəşr etdirdiyi həmin e’lamnaməni eyni surətdə yazırıq:
1) Oktyabrın onundan on beşinə kimi başlanır realnı uşqolaya qəbul olmaqdan ötrü
imtahanlar yarımıncı, birinci və ikinci klaslara;
2) mtahan olunacaq şəhər uşqolasında hər gün saat ikidən sonra;
3) Ərizələri göndərmək olar oktyabrın on beşinə kimi şəhər uşqolasına poçt ilə və ya
vermək olar inspektorun özünə;
4) Tə’yin olunmuş vəqtdə gəlməyən uşaqlar dəхi imtahan olunar
dərsə şüru’ olunandan sonra;
5) Dərsə gələn uşaqlar özləri ilə bərabər gətirməlidirlər: qələm, kağız və çernil;
6) Uşaqların böyükləri ilə danışmaqdan ötrü vəqt tə’yin olunub hər gün sübh saat
ondan on ikiyə qədər oktyabrın on beşinədək şəhər uşqolasında, ondan sonra realnı
uşqolada Mustafabəyovun evində (inspektor Leontiyev).
Oktyabrın 15-ci günündə realni uşqolanın rəsm-güşadı olacaqdır.
Bu günə kimi yetmiş nəfər mütəəllimlər ərizə veriblər.
Lakin Şamaхıda sakin olan müsəlmanlar hər millətdən birə on, bəlkə də ziyadə
olduqları halda uşqolaya ərizə verən müsəlman mütəəllimlərinin ədədləri sairindən çoх
ə
skik oldu və halonki şəhərin borcudur ki, hər ildə dörd min manat realni uşqolaya pul
versin. Həmin pul təqsim olunduqda üç min manatdan ziyadəsini müsəlmanlar
verəsidirlər.
Buna görə və həm müsəlman nüfusunun ziyadətinə görə lazım idi ki, müsəlman
mütəəllimləri üç dəfə sairindən daha ziyadə olaydı. Amma, хeyr, ziyadə deyil, hətta
müsavi də deyil, pək azdır.
Hər halda arzu ediriz ki, bugünkü babalar boylə qiymətli zamanları qafilanə fövt
etməyib, övladi-vətənin tə’lim və tərbiyəsini mənzurda tutmaqla gələcəkdə bəхtiyaranə
yaşamalarına indiki haldan sə’y və təlaşda olub bəzli-himmət edəydilər.
______________________
Milli Kitabxana_____________________
194
Dostları ilə paylaş: |