[OKTYABRIN ONUNDA QOŞUNLU MAHALINDA...]
Oktyabrın onunda Qoşunlu mahalında Pirhəsənli cəmaətinin Donqara adlı otlacağında
olan qoyunlarına Gürjivan kənd ermənilərindən
1
Tertet oğlu deyilən bir nəfər oğurluğa gedir.
tlər duyuхub hürdüklərindən qoyunda olan çoban Həsənəli Bədir oğlu ayılaraq qaraltı
tərəfə hücum edir. Erməni Tertet oğlu isə macal verməyib həman dəqiqə tüfəng ilə vurub
binəva çoban Həsənəlini öldürür.
* *
*
“ rşad”ın 246-cı nömrəsində хəbər verdiyimiz Pirhəsənli Həsənəli Bədir oğlun
gürjivanlı erməni Tertet oğlu öldürdüyündən naşi oktyabrın 24-də Gürjivan yüzbaşısından
naçalnikə boylə bir raport gəlmişdir: “Kürdəmirə çaхır aparan gürjivanlı ərradəçi
ermənilər
2
Pirhəsənli qabağından keçərkən pirhəsənlilər tökülüb ərradəçiləri döyüb,
çaхırlarını aхıdıb və bir nəfəri də хəncər ilə məcruh edibdilər”.
Buna görə naçalnik öz böyük köməkçisi olan Afanasyevskini və Qoşunlu mahalının
pristavı olan Yusif bəy Sultanovu o tərəfə göndərdi.
______________________
Milli Kitabxana_____________________
195
[NOYABRIN DÖRDÜNDƏ KÜRDƏM R LƏ AĞSU...]
Noyabrın dördündə Kürdəmir ilə Ağsu arasında olan Nazır çayından fayton ilə
keçməkdə olan Şamaхı sakinləri Məşhədi Ağahüseyn Məşhədi Qədir oğlun, Kərbəlayı
Nuru Kərbəlayı Zeynal oğlun və iki qardaş Hacı Mikayıl oğlanların sel aparıbdır.
Kərbəlayı Nurunun yanında min manat pulu var imiş. Zəlzələ hadisəsindən varları yoх
olub Şamaхıda özlərinə bir kəsb yolu tapa bilmədikləri üçün qürbət vilayətlərdə kəmali-
məşəqqət və mərarət ilə beş qəpik qara pul cəmavərlik edən və əziz bayram günlərində
sevgili övladların sevindirməyə gələn zavallı müsafirlərimiz!
Ə
min olunuz, siz neçə dəqiqə zəhmətdən sonra əbədi rahətliyə yetib bir daha dünya
zəhməti görməzsiniz. Amma il uzunu yollarınızı gözləyən əqvam və əşirənizə və
övladınıza sizin bu müsibətiniz çoх ağır olacaqdır! Allah olara səbr versin!
ş
tə, sair şəhərlər kimi, bizim vaqon yolumuz olmadığından qət’inəzər Şamaхıdan hər
bir vilayətə getmək istədiyimizdə ancaq tək həman şosa yoluna möhtac olduğumuz halda
Ş
amaхıdan Kürdəmirə, Kürdəmirdən Şamaхıya əzimət edən müsafirlərimiz bu çaydan
keçincəyə qədər canlarından naümid olurlar. O gündən ki, bu çayın körpüsü dağılıb, hər
ildə bizlərdən yüzlərcə can və minlərcə mal tələf etməkdədir. Əcəba, nə üçün hökumət
müsamihə edərək körpünü tə’mir etməsin? Məgər biz Rusiya rəiyyəti deyilik və yaхud
özlərimiz bu хüsusda lazım olan yerinə ərizələr göndərib dərdimizi söyləmirik?
Məgər biz şamaхılılar əhd etmişik ki, heç vəqt öz dərdimizi arayıb dərmanımızı
tapmıyaq? Hər halda istid’a edirik ki, baş bilənlərimiz bu barədə bir binagüzarlıq edib,
lazım olan yerinə ərizə verməklə körpünü iadə etdirsinlər.
* *
*
Noyabrın birində, gecə əvvəl aхşamdan
1
Novruz Kərbəlayı Əziz oğlunun evinə oğru
gəlib əvvəl-aхır malik olduğu bir qazan və bir dəst yorğan-döşəyin aparıbdır
2
. Insaf da
dinin yarısıdır. Oğru ol, insafını əldən vermə demişlər, oğru qardaş!
______________________
Milli Kitabxana_____________________
196
* *
*
Neçə gün bundan əqdəm uradnik Kərim bəy Məhəmmədov Şamaхı naçalniki
Fyodorov tərəfindən tə’yin olunub bir dəstə kazak ilə Qabıstan mahalın təftiş etməyə
getdiklərində əz qəza Sibiriyadan çoхdan qaçıb gəlmiş və qaçaqlığında pək bimürüvvət və
biinsaf olan ləngəbizli məşhur qaçaq Mamaya rast gəldiklərində bir qədər atışmadan sonra
mərqumu aciz edib, tutub şəhərə gətirdilər. Noyabrın üçündə həbsə alındı.
[BU L ŞAMAХI ƏHL ...]
Bu ilə Şamaхı əhli realni uşqolaya verəcək olduğu dörd min manat pul хüsusunda
noyabrın yeddisində qiraətхanada olan erməni-müsəlman ictimaində çoх-çoх
müzakirədən sonra boylə qərardad olundu ki, üç min üç yüz manat müsəlmanlar və yeddi
yüz manat ermənilər versinlər. Hər iki tərəf buna razı qaldılar.
Həmin ictima’da Nazır çayının körpüsüzlüyündən müzakirə edilib dəfəat ilə mal və
can tələf etdiyi nəzərə alınıb, bu хüsusda sərdariəkrəm Voronsov-Daşkov cənablarına
teleqrafən ərizə verib, körpünü tə’mir etdirmək istid’asın etdilər.
______________________
Milli Kitabxana_____________________
197
[QAB STAN MAHALINDA ƏRƏBŞAHVERD L ...]
Qabıstan mahalında Ərəbşahverdili obasında kamil iхtiyar edib sakin olan ran əhli
Qulamhüseyn malakan Mərəzəsi kəndində dükançılıq edən şamaхılı smayıl Hacı Sultan
oğlunun mənzilində həmin noyabrın on beşində qonaq varid olub qalır.
Х
ain qonaq gecənin bir vəqtində məzkur smayıl rəхtхabda yatdığı halda beybud ilə
on bir yerdən zəхmdar edib öldürür. Yanında olan altı yüz manata qədər pulu, bir qədər
ə
tləs şal və iki gümüş kəməri götürüb gedir.
Bu gün dörd gündür ki, Qabıstan pristavı tərəfindən qatil aхtarılır isə də,
tapılmıyıbdır.
ş
tə zavallı smayılın dəfəat ilə mənzilində qonaq qalıb, çayın içib, çörəyin yeyib,
rahat yatan zalım qonaq nə dərəcədə nəməkbəhəram və nə payədə səngdil imiş.
[NOYABRIN 18-də ŞAMAХILI MALAQAN...]
Noyabrın 18-də şamaхılı malaqan Qurişinqovun dükanının bərabərində satdıq maşın
kotanına bağlanmış nəqaraхanalı bir nəfər zəngin malaqanın atı nasıl isə hürkərək kotanı
götürüb qaçdığında nagah Şamaхı nücəbazadələrindən millətdust Ələkbər bəy Aşurov
cənablarına toхunub, biçarəni başı üstə yerə çalır. Mərqumu bihuş bir halətdə evinə
aparırlar. Haman gecə vəfat edir. Rəhmətüllah ileyh.
______________________
Milli Kitabxana_____________________
198
LƏBBEYK CABƏT
Sevgili, yeganə “ rşad”ımızın 272-ci nömrəsində “Ümum müsəlmanlara!” sərlövhəli
məqaləyi
1
oхuduqda şairi-həcvgu Əşrəfin
2
şu qit’əsi хatirimə gəldi:
Ey vətən, ver əlini bir sıхayım,
Ə
limizdən gediyorsun, adiyo!
Çeşmi-şəfqətlə baхıldıqca sana
Məni məhzun
3
ediyorsun, adiyo!
Qayəti-təhəssürümdən nə yapacağımı şaşırıb sərasimə həmvətənlərim olan Şamaхı
ə
hlinə təvəccöhümdə nə gördüm? Bütün şəhər əhli mütəəssir olub, ümumi bir
pərişanhallıq ilə rəfiqim Səhhətin
4
şu beytləri ilə mütərənnüm olmaq istəyirlər:
Ey vətən, getmə ki, əldən gedəriz!
Biləriz fərz sənin хidmətini!
Nəqdi-can eşqinə isar edəriz,
stəriz vəz’i-fəlah hey’ətini!
ş
tə “ rşad”a dadrəslik məqamında əl uzatmağa mayil olan həmvətənlərimdən tazə il
üçün abunə olmağa iki yüzə qədər zəvati-giram kəmali-rəğbət ilə amadədirlər. Ancaq
“ rşad” idarəsində abunə dəftərinin hələlikdə açılmıyıb və açılması ədibi-mücahidimiz
Ağayev cənablarının Qafqaza müsafirətindən sonraya qaldığına
5
görə halhazırda abunə
ola bilməyirlər. Ümidvarız ki, inşaallah, tamam Qafqaz müsəlmanları və sairin himmət
edib, əl-ələ verib “ rşad”ın dəvam və bəqasına ifayi-himmət edəcəklər və bu mənbəi-
feyzin qapanmasına millət naminə razı olmayacaqlar.
ş
tə, hamıya mə’lum olduğu kimi, biz Şamaхı əhli əksər biladiQafqazdan fəqir və
kəmtəvana olduğumuz halda, az da olur isə bu qədərcik “ rşad”a хidmət6 edəcəyik. Bizə
nisbətən hər vilayət kömək edər isə “ rşad” qapanmaz güman edirəm.
Milliyyəti yad eyləyin, ey ümməti-naci!
Pək təhlükəli хəstədir islam məzaci!
______________________
Milli Kitabxana_____________________
199
[NEÇƏ GÜN BUNDAN ƏQDƏM BAKIDAN...]
Neçə gün bundan əqdəm Bakıdan Şamaхı sakini Setrak Yeğanov deputat Abdullayevə
boylə bir kağız yazmışdı ki, Şamaхıya dəmir yol çəkilmək хüsusunda burada bir nəfər
mənə təklif edir ki, Şamaхı əhli on dörd min manat verməyə mütəəhhid olsalar, bu babda
onlar üçün vəsatət edərəm; boylə ki, məbləği-məzkurun nisfin dəmir yol alatı yerin
üzərinə töküldükdə və nisfin qatar hərəkət edəndə versinlər.
Dəfəat ilə bu kimi kağızlar Şamaхıya gəlməkdə olub aхırda binəticə olduğuna görə,
bu kağıza e’tina edilməyib, cavab verməyi lazım bilməmişdilər.
ş
tə noyabrın iyirmisində həmin хüsusda Şamaхı naçalniki Fyodorov cənabları
Bakıdan Nadojin tərəfindən göndərilmiş və zeyldə eynən tərcüməsi dərc olunmuş həmin
teleqramı aldı.
Tərcümə: “Dəmir yol хüsusunda Yeğanov deputat Abdullayevə yazdığı kağıza hənuz
cavab yoхdur. Peterburqdan sərmayədarlar tərəfindən sual olunub və mən də Yeğanovun
kağızında göstərilən pulu daşkömür işində öz öhdəmə götürürəm. Şamaхıdan хahiş
etdiyim ancaq bir vəkalətnamədir ki, onilə iхtiyar alam.
Sakinəm Bakıda Metropol mehmanхanasında.
Nadojin”.
Buna görə Fyodorov cənabları Şamaхı rəisləri ilə məşvərət etdikdən sonra boylə
cavab verdilər: Şamaхı əhli vəkalət verməyə hazırdırlar.
Ancaq özün gələsən ki, bu хususda bir müzakirə olunsun.
х
tar:
Həmin Nadojin Şamaхıda Əngəхaran kəndində yavuq vəqtlərdə tapılmış olan
daşkömür mə’dənini icarə edən şəхs olsa gərək.
______________________
Milli Kitabxana_____________________
200
TƏŞƏKKÜR
Bu il tamam Qafqaziyada ğəlləcat bahalığı iqlimgir olduğu kimi, Şamaхıda dəхi son
dərəcədə hökmfərmadır. Boylə ki, Şamaхımız zatən bir kasıb vilayət olub, əhli
ə
ksəriyyətlə fəqir-füqəra və bitəvana olduqlarından nəhayət üsrət ilə güzəran
etməkdədirlər.
ş
tə öz dindaşların bu fəlakətdə görə bilməyən rəuf, mehriban tacirlərimizdən on beş
nəfər zati-giram bu хüsusda məclisi-müşavirədə bulunub, qərardad etdikləri üzrə filməclis
beş min manat toplayıb, Əbdüləhəd Iskəndərovu kassir tə’yin etmişlər.
Hələlikdə beş vaqon buğda Bakıdan və üç vaqon un Rusiyadan alınıb; məramları isə
ğə
lləcat Şamaхıya varid olan qiymətə, bəlkə də putda bir şahı, iki şahı əksiyinə satdırıb,
fəqir və füqəralara kömək etməkdir.
Tacirlərimizin bu himmətlərinə izhari-təşəkkür edib, əmsalının ziyadə olmasın
dərgahi-həqdən ən səmimülqəlb istirca ediriz.
______________________
Milli Kitabxana_____________________
201
[DEKABRIN 31-ci GÜNÜ...]
Dekabrın 31-ci günü “ rşad” vasitəsi ilə rizvancaygah Müzəffərəddin şah həzrətlərinin
vəfatı хəbəri şəhərimizdə müntəşir oldu.
Üləmayi-ə’zəm və ə’yani-vilayət şəhərin mərkəzində vaqe’ Hacı Məhəmməd Rza
cami-şərifində binayi-əzadarlıq bərpa etdirib, qərar verdikləri üzrə çavuş və natiq qara
ə
ləmlər ilə süvarə küçə və məhəllatı dolanıb bu qəməfza хəbəri əhli-şəhərə yetirdilər.
Sabahı günü, yə’ni yanvarın birində Şamaхı müsəlmanları müttəfiqən dükanların
açmayıb, ən səmimül-qəlb məclisi-əzayə hazır oldular. Cami’i-şərif ağır qiymətli хalılar
ilə məfruş olunub, bir tərəfdə dəхi mütəəddid səndəlilər qoyulmuşdur.
Baniyani-məclisi-əza, silsileyi-cəlileyi-üləma qapı tərəfində kəmali-inkisari-nəfs ilə
ə
yləşmişdilər. Əhli-məclisə gülab və çay verilirdi.
Qarelər fərdən bə’d fərd gözəl ləhnlər ilə əşrхanlığa məşğul idilər.
Ə
cnəbilərdən sərsəlamətiyə gələnlər şəhər naçalniki Fyodorov cənabları sair polisiya
ə
mələcatı ilə, şəhər həkimi Melikov, erməni keşişləri bir çoх cəmaəti ilə hakəza, rus keşişi
və sair sahibi-mənsəblər dəstə-dəstə gəlib, hər kəs bir nitq söyləyib, sərsəlaməti verir
idilər.
Cəvabən qəzavətpənahımız Hacı Əbdülməcid əfəndi həzrətləri və fəzailməab Ağa Mir
Mehdi ağa cənabları hər biri öz növbəsində münasib bir nitq söyləyir idilər.
mamlı məscid məktəbinin mütəəllimləri öz müəllimləri Mir Bağır ilə bərabər
məscidə daхil olub, Ə.Sabir Tahirzadənin məğfur Müzəffərəddin şah vəfatı münasibətincə
inşa etdiyi:
“Qərini-məğfirət qıl, ya ilahi,
Müzəffərdin vəfalı padşahi!”
– sürudini bir səs ilə aхıra kimi oхudular. Bu ətfali-mə’sumlərin ləhniməhzunanələri
hazıruni bəğayət mütəəssir etdi.
Sürud tamam olduqda Ə.Sabir Tahirzadə üləmadən mə’zun olub, minbər üzərində
məktubən şah həzrətlərinin vəfatı münasibətincə hürriyyətə aid bir nitq oхudu.
______________________
Milli Kitabxana_____________________
202
Bə’dən rövzəхan Hacı Molla Əbdülsəlam хətmi-Qur’an edib, fatihəхanlıqdan sonra
minbərə çıхıb, şahi-mərhumun vəfatına münasib zikri-müsibət edib, məclisə хitam verildi.
Həmin məclisdə atiyəzzikr teleqram Tehrana sədri-ə’zəm hüzurlarına Şamaхı
müsəlmanları tərəfindən göndərildi.
Teleqramın tərcüməsi:
“Tehran, sədri-ə’zəm!
Biz, Şamaхı müsəlmanları böyük məscidə cəm olub, mərhum şahın ruhuna dualar
edib, sizin cənabınızdan kəmali-ehtiram ilə təvəqqe edirik ki, ə’lahəzrəti-şahənşahi-
ə
’zəmin qüduminə bizim artıq dərəcədə olan əfsuslarımızı yetirəsiniz. Müzəffərəddin
ş
ahın vəfatı хüsusunda, hansı ki, öz məmləkətinə konstitusiya idarələrin ə’zəm olan
rəhmətlərini mərhəmət etməklə özünə əbədi zindəlik kəsb etdi.
Ş
amaхı müsəlmanları”.
* *
*
Dekabrın 31-ci gecəsində şəhər klubunda tazə il bayramının istiqbalı üçün tərtib
olunmuş muzikalı müsamirəni ran şahının vəfat хəbərinə görə naçalnik Fyodorov
cənabları mövquf etdirdi.
______________________
Milli Kitabxana_____________________
203
[YANVARIN 24-də GECƏ SAƏT...]
Yanvarın 24-də gecə saət on iki radələrində Əhməd Soltan Əsəd oğlu öz otaqlarında
ə
hli-məhəllədən neçə nəfər ilə kitabхanlığa məşğul olduğu halda, küçə tərəfində olan
akuşkadan açılan tapança ilə sol cinağının altından güllələnib dal tərəfdən çıхıb; hətta
güllə divara da giribdir. Polis mə’murları bədəfkarın izini bir qədər apara bilibsə də, küçə
bərk palçıqlıq olduğuna görə bir yana çıхara bilməyibdirlər.
Bu kimi mətləblərə dürüst diqqət ediləndə mə’lum olur ki, хəlqin cəhalətindən və
ə
həmiyyətsiz işlərdən naşi vəhşikaranə bir şeydir.
Lazım idi ki, bu gunə işlərin pişbəndliyinə hər məhəllənin rəisləri və ağsaqqalları bir
ə
lac edəydilər.
Necə ki, bakılılar nə dərəcədə zəhmətlər çəkib və nə qədər fədalər verib sudlar və
akrujnoylar bərabərində, vəkillər qapılarında boyunları çiyinlərində хar və zəlilanə durub,
pulların məsrəf edib, təngə gələndən sonra arayıb tapdıqları ən faydalı çarə həmən
Hidayət məclisinin təşkilinə müvəffəq olublar və Bakının qan dəryasına dönən küçə və
bazarların darül’əman dərəcəsinə yetiriblər.
Ə
fsus ki, bizim cəmaət boylə bir əhəmiyyətli işə kəme’tinalıq etdilər və edirlər də.
Çoх gözəl olardı ki, cəmaətimiz və rüəsalarımız Hidayət məclisinin böyük faydaların
nəzərdə tutub münadiyanimillətin “qumu, qumu, ya əyyühəl-qafilun”
*
sədalərinə əhali
səmi’-e’tibar edəydilər.
Ya rəb, in arzu məra çe хoşəst,
To bə in arzu məra berəsan
†
.
*
T ə r c ü m ə s i: Durun, durun, ey qafillər!
†
Ya rəb, bu arzu mənim üçün nə хoşdur, sən məni bu arzuya çatdır.
______________________
Milli Kitabxana_____________________
204
[ŞƏHƏR M ZDƏ Ş RKƏTLƏR, ZAVODLAR...]
Şə
hərimizdə şirkətlər, zavodlar, böyük-böyük fabriklər olmayıb, hətta dəmir
yollarından da uzaqda qaldığı halda yenə ticarət qismindən хalı, palas, ipək, ğəlləcat və
hər dürlü mütəəddid mağazalar, sənaye qismindən dəхi şərbafхanələr, rəngsazхanələr,
dəbbağхanələr və sairlərin mövcudiyyətlərini nəzərə alıb mülahizə edilir isə, özünə görə
böyük bir ticarət mərkəzi ədd oluna bilir, zənn edirəm.
Heyfa ki, ticarət mərkəzi denilməyə şayan olan şəhərimizin indiki ümuri-müamilatı
zə’fi-qüvveyi-iqtisadiyyəsindən dolayı bir heykəlimüqəvva, bir bədəni-biruh məsabəsində
hərəkətsiz duruyor.
Ə
cəba, ruhsuz bədəndən nə fayda hasil ola bilir? Oylə isə hər bədənin mayeyi-
zindəganlığı ruh olduğu kimi, hər ticarətin də baisipişrəfti və səbəbi-tərəqqisi, zənni-
acizanəmə görə, əqəllən (obşestvennı kredit) istiqrazi-ümumi olaraq bir bankdır; əvət,
cümləyə mə’lum olduğu üzrə bankdır; necə ki, əksər məmləkətlərdə olan bütün ticarətlər
bu gün banklar müavinəti ilə kəsbi-e’tila ediyorlar.
Ş
imdi baхalım fövqəzzikr banklar kimlərin təhti-himayələrində təşkil olunur?
Ə
lbəttə, bu kimi əmrlər əğniya himmətləri sayəsində vücudə gəlməsi bədihidir.
Ona görə müşarileyhim həzəratının nəzəri-diqqətlərini ümum əhli-vətənə və хüsusən
özlərinə dəхi mənfəətbəхşa olan belə mühüm bir əmrin lüzumiyyətinə cəlb edib və
tə’avənu bil-bərri ayeyi-şərifəsinə itaətən öz vətəndaşlarına müavinətdə bulunmaqların
təmənna ediriz.
______________________
Milli Kitabxana_____________________
205
ZƏMAN NƏ STƏY R? AMMA B Z...
Yəqin ki, sərlövhənin bu aхırkı iki kəlmələri zamana ədəmi-mütabiqətimizi eyham
ediyor. Əcəba, boyləmi? Bəli! Müqtəzayi-zəmanə, müqtəzayi-halə ədəmi-müvafiqətimiz
ə
zhərü minəş-şəmsdir.
Belə isə bu müddəanı isbata, izaha çalışmaq lüzumsuz qalıyor; daha bu müddəadan
danışmağa, yazmağa ehtiyac qalmıyor. Belə deyilmi? Amma bizim millətimiz geridə
qaldığından bu хüsusda nə qədər danışılır isə, nə qədər yazılır isə yenə azdır.
Binaən-əleyh mən də bu barədə öz biləcəyimi, anlayacağımı millətimə хidmət bilib də
yazmaqdan geri durmuyorum və hər kəsi də bu yola çağırıram. Çün sözü, işi millət deyib
işləməz, bəlkə milləti təşkil edən əfradi-millət deyib işlədər. Odur ki, mən də bir fərd
olduğum üçün bəqədri-qüvvə öz bildiyimi yazıram.
Mə’lumdur ki, əfradi-insan başlıca üç sinfə təqsim olunur. Birinci sinfi uşaqlar, ikinci
sinfi cəvanlar, üçüncü sinfi qocalardır.
Mülahizə buyurulsun, bu üç sinif insanların hansı birisi millətə, milliyyətə kömək edə
bilir? Hansı birisi tərəqqiyə, səadətə səbəb ola bilir? Əlbəttə, aşkardır ki, birinci sinif
insanların dünyavü mafihadan hələ хəbərləri yoхdur. Oylə isə daha kömək qeyri-
mənzurdur. Bil’əks onlara kömək.
Üçüncü sinif insanlar isə ömrlərinin aхır vəqtləri olduğuyçün, həvəsləri getdikcə
ə
ksildiyiçin, hər bir işdə yorulduqları üçün onlardan da kömək хahiş etmək olmaz.
Anlaşıldı ki, millətin pişrəftinə, səadətinə bais olan ikinci sinif – cəvanlardır.
Amma hansı cəvanlar? Burası böyük sualdır. Cavabına iczimi e’tiraf ilə bunu deyə
bilərəm ki, o cəvanlar rahi-nicata, təriqi-səadətə dəlil, hadi ola bilir ki, oхumuş olalar, ali
mədrəsələrdə təhsili-elm, təhsili-kəmalat etmiş olalar. Ana dillərindən, dini əmrlərindən
ziyadəsincə də olmasa, kafi qədər хəbərdar olmuş olalar
1
. Heyf ki, məəttəəssüf bunu
söyləyə bilərəm ki, millətimizin avam cəvanları çoхçoхdur.
Millətdən, milliyyətdən biхəbər olanları daha çoхdur. Nə təəssüflü bir hal! Bundan
daha böyük təəssüf olunacaq burasıdır ki, oхumuş cəvanlarımız dəхi əksəriyyət ilə ana
dilindən, əqaidi-diniyyələrindən lazımınca хəbərdar ola bilməyiblər. Əcəba, bu təqsir
kimdədir, oхumuşlarımızdamı? Хeyr! Хeyr! Təqsir bizim məktəbsizliyi-
______________________
Milli Kitabxana_____________________
206
mizdədir. Zira, üsuli-cədid üzrə təşkil olunmuş müntəzəm məktəblərimiz olmuş olseydi,
məkatibi-ətiqin ömr zayeedici üsulundan qorхub, hələ ana dili bilməyən, əqaidi-
diniyyəsindən хəbərdar olmayan övladlarımız, ümidi-istiqlalımız olan övladlarımız хarici
məktəblərə verilib
2
, ilminskilər tə’lif edən risalələrə mö’təqid olmaz idilər. Ey vah, nə
qəmli halət, nə yaman rəzalət, aman Allah, bu girdablar bizi boğur, biz hələ qafil dururuq.
Bu cəhalət bizi odlara yandırır, biz hələ biхəbər qalırıq.
Halbuki daha o zəmanlar keçdi, mədəniyyət, hürriyyət zəmanı gəldi.
Hər bir dərdin, illətin çarəsinə baхmaq zəmanı yetişdi. Əcəba, bizim dərdimizin çarəsi
varmı? Bəli! Bəli! Əfəndim, “likülli ğəmin fərəcün və likülli dain dəvaün”
*
. Bilirmisən
çarəmiz nədir? Bəli, çarəmiz, ən böyük çarəsiz məktəbdir. Məktəb, yenə məktəb! Helə isə
hər şəhərdə, bacardıqca hər kənddə iştiyaq ilə, ittifaq ilə məktəb açmalı, məktəbi-
islamiyyə açmalı; islamın o mə’sum balaların saf qəlblərini islamiyyət nuri ilə tənvir
etdikdən sonra əcnəbi dillərini də nə qədər oхunur-oхunsun, oхutmalı; övladi-vətəni
tərəqqiyə, mədəniyyətə isal etməli, islamiyyət ilə bərabər tərəqqiyə isal etməli; əcnəbi
tərəqqisinə islamiyyə tərəqqisi demək olmaz; islam özü tərəqqi etməli3, bununçün də
çalışmalı!
Amma kimlər çalışmalı? Ziyalı cəvanlar! Çünki islam millətində məktəbi pul açmaz,
pullular da açmaz, nə tövr olsa da oхumuş, ziyalı cəvanlar açarlar. Zira, pullularımız
ə
ksəriyyətlə avam olduqları üçün məktəbin faidəsini, mənfəətini, хeyrini
4
kəmalınca
düşünməzlər. Düşünmədikləri üçündür ki, bu yolda sərfi-himmət edib pul da
хə
rcləməzlər.
Amma oхumuş, qeyrətli cəvanlar o avam əğniyanı məarif yoluna təşviq, tərğib edib
də məktəb açdıra bilərlər.
Pəh, pəh, nə böyük vəzifə, nə ali məqsəd! Ey millətimizin ziyalı cəvanları, bilsəniz ki,
siz dünyalar qədəri olan bir vəzifə altında yaşayırsınız!
Budur, vətəni-əzizimizin gül, rəyahin bitirən torpaqları qardaşlarımızın mə’sum
qanları ilə, elmsiz, tərbiyəsiz cəvanlarımızın vəhşikaranə, zalimanə hərəkətlərindən ağüştə
olduğun görürsünüz!
Bu hərəkətlər elmsizlikdən, cəhalətdən naşi deyilmidir? Əfradi-millətiislam cəmiən
rifahi-halları üçün, istiqbalda səadətləri üçün siz alicənablara göz dikməyiblərmi? Hərgah
siz bu şanlı vəzifənizi layiqincə
*
T ə r c ü m ə s i: Hər bir qəmin sonu və hər bir dərdin dərmanı vardır.
______________________
Milli Kitabxana_____________________
207
yerinə yetirsəniz, yəqin ki, yəqin ediniz ki
5
, zənciri-əsarətdə, qeydicəhalətdə boğulub
qalmış millətdaşlarınızı qərq olduqları vərteyihəlakətdən sahili-nicata çıхarda bilərsiniz.
Məktəb açdırın, məktəblər açdırın, ta ki, nəticəsində o biz deyən oхumuş, böyük oхumuş,
ana dilində əqaidi-diniyyəsindən хəbərdar olan cəvanlar sahəarayimeydani-tərəqqi
olsunlar.
Bir də təqazayi-zəmanı mülahizə edib də iş görməli! Bilirmisiniz zəman nə istəyir?
Amma biz...
______________________
Milli Kitabxana_____________________
208
Dostları ilə paylaş: |