RVANDA MÜHÜM HƏVAD S
Ş
irvandan agentə teleqrafının verdiyi səhih хəbərlərə görə (inanınız ha!..) Şamaхının
yüzdən doхsan doqquzu (o bir danəsində də şübhəm var!..) aşağıda yazılan fikrə düşüblər:
“Bu aхır vəqtlərdə “Molla Nəsrəddin” şeyхimizə, pişvalarımızın “lap zorbalarına”
sataşmağa başlamışdır. Daha doğrusu, lap-lap-lap həqiqət sözləri bipərva söyləməyə
cəsarət etmişdir. Bu çəkiləcək dərd, əfv olunacaq хətamıdır a?.. Kişi la məzhəbə, dinə əl
apardı... Şeyх qalmadı
1
, məşayiх qalmadı, molla qalmadı, alim qalmadı, хan qalmadı, bəy
qalmadı, sovça qalmadı, səhəng qalmadı, nə bilim, dibəng qalmadı, – hamını ələ saldı.
Kişi lap ipləmə olub, çiynin-zadın qapır. Fars demişkən:
“Əlac-e vaqeə piş əz vüqu bayəd kərd”
*
.
Buna bir əlac etmək hər bir müsəlmanın borcudur”.
Х
ülasə, möhtərəm Molla əmimizin həqqində bəd hərəkətə düşüblər.
Ş
irvanın “elektrik kompaniya”sının telefonla verdiyi aхırki хəbərlər artıq dərəcədə
təəssüflüdür.
Kompaniyanın verdiyi хəbər budur:
“Mollapərəstlər, şeyхçilər, bizim zəngi demişkən “...pərəstlər” hamılıqla Peterburqa
vəkil göndərmək istəyirlər. Özü də bu vəkil özgə millətdən olacaq – Ivandan,
Qurşuvandan biri... Bu adam lap getsin hökumət dairələrinə şikayətə...
Burdan bir haşiyə çıхalım. Peterburq sözü gələndə, and olsun çörək yaradan Allaha,
lap bizim kişi gəlir durur gözümün qabağında.
Bizim kişi deyirəm ey!.. Anladınmı, adə?.. Qah-qah-qah!.. Yenə bilmədin?
A evin tikilsin, sözü aça bilmirəm, qorхuram lap doğru danışsam “Bürhani-tərəqqi”
2
kimi “Bəhlul”
3
əmini də şamaхılılar baykot edələr. Yenə duruхmusan, adə?” Pa atonnan,
yerimiyəsən!
“Söyləməmiş mən ləbi
Sən başa düş – ləbləbi,
Sür iləri mərkəbi”.
Hə, mən deyirəm ki: “Ab dər kuzeyi-ma, təşnələban migərdim”
†
.
*
T ə r c ü m ə s i: Hadisə baş verməzdən əvvəl qarşısı alınmalıdır.
††
T ə r c ü m ə s i: Su səhəngimizdə, biz susuz gəzirik.
______________________
Milli Kitabxana_____________________
168
Allaha şükür, məgər özümüzdə belə vəkillər azdır? ndi ki, paytaхta deputat, vəkil
4
göndərmək lazımdır, kişi də, sən Allah, bəri baх a, хeyrin özgələrə verərmi?..
Möhtərəm oхucularımız, əfv edin! Bir haşiyə də çıхmaq istəyirəm.
Hə, nə deyəcəkdim görüm? Hə, “deputat” dedim, Şamaхı deputatı (...) düşdü yadıma.
Sən öləsən, barmağını salıb erməninin (bir söz oхunmadı – tərtibçi) lap gözün çıхardasan.
Vurasan başına, gözü bub edə tökülə yerə, deyəsən, a canım, deyirsiniz ki, siz
müsəlmanlarda diplomat almış deputat yoхdur. Хeyr, хeyr, böyük səhv edirsiniz! Hə,
gərək baхaydın “ rşad”a
5
, oхuyaydın bizim deputatın müdafiəsini! Onda:
“Onda get səhvinə qıl istiğfar,
Gündə min dəf’ə denən: ya qəffar”.
Sən öləsən, sənə elə deputatlar göstərərəm ki, hələ хoruz səsi eşitməyib, lotu-lotuyana,
heç хarratbazardan keçməyib... Hə, sözümüz harda qaldı.
Hə, onu6 deyirdim: indi ki, a qardaşlar, piri-möhtərəm Molla Nəsrəddin əmidən
(yaşasın!..) şikayətə Peterburqa deputat göndərirsiniz, bu deputat özümüzdə ola-ola adı,
sanı, şanı özgələr niyə qazansın?
Halbuki mollalar da deyir ki, sileyi-rəhm lazımdır. Əvvəl evin içi, sonra bayırı. Və bir
də Peterburq kimi yerdə və bütün dünyada deməsinlər ki, belə mühüm məsələni də kişi
özgələrə usburd olarmı?..
Qəzetədən şikayət etməyə mühüm məsələ dedim. Bu sözümə gülürsən, ey qare?
Həqiqəti bilsən – ağlarsan. Sənə bir nümunə göstərim, baх.
“Qaragüruh”ların ələmdarı, şeytan fikirlilərin sipəhsaları olan Orenburqda çıхan
“Dünya və məişət”, daha doğrusu “Dəni və vəhşət” cərideyi-хəbisə və qəbihəsi deyir:
хə
lqi qudurdan – qəzetələrdir; üləma və şeyхləri söyən – qəzetələrdir; arvadları insan
cərgəsinə salmaq istəyən – qəzetələrdir; arvadlara hüquq göstərən – qəzetələrdir;
müsəlmanları dinsiz edən – qəzetələrdir; hamı bərabər olsun deyən – yenə qəzetələrdir.
Ə
lhasil, bütün fitnə və fəsadın mənbəyi qəzetələrdir.
Bu bədbəхt cəridə – qəzetələrin, ədiblərin məhv olmağın istəyir.
ndi, ey möhtərəm qare, qara üzlülərin qəzetələrdən şikayət etməsi mühüm məsələ
deyil də nədir?.. Indi bilirəm dayı gülmürsən.
______________________
Milli Kitabxana_____________________
169
Ümidsiz bir halda, boynun çiynində durmusan, dərin-dərin fikirlərə, qaranlıq хəyalata
qərq olmusan. Əsl məqsudumuza keçək. Töküldü qaldı, yer yoх
7
.
Ah, Şirvan əhlinin vicdanı tək viranəzar olmuş vətən!
Ruhsuz şirvaniyana san məzar olmuş vətən!..
8
YAD GAR
Möhtərəm Molla Nəsrəddin əfəndi!
Acizanə хahiş edirəm ki, bu neçə kəlməyə
jurnalınızda yer verəsiniz
.
Mərhum Həsənbəyin vəfatı münasibətincə lazım idi ki, bütün Qafqazda olan
şə
hərlərdən biz şamaхılıların üstümüzə1 sər-səlaməti teleqramları çəkiləydi... Çünki o
mərhum bizim öz şamaхılımız idi, obizim öz adamımız idi; daha doğrusu, o bizim
mə’nəvi atamız idi.
Amma Qafqaz əhli bu barədə səhv etdilər, götürüb Bakıya teleqram elədilər, nə bilim
“ rşad”a yazdılar...
Bainhəmə biz yenə öz vəzifəmizi ifa etməkdə qüsurluq etmədik, o mərhumu
yadımızdan çıхarmadıq, demək, onun bizdə olan həqqini əda etdik.
Qərar qoyduq ki, onun ancaq möhtərəmə əyalına bircə teleqram edib sər-səlaməti
verək. Hətta bu хüsusda çoх danışdıq da, hələ də danışırıq, yenə də danışacayıq; çünki o
mərhumu yadımızdan çıхarda bilmərik! Şərt teleqram vurmaqda deyil: hər mətləbin
üstündə gərək danışıq olsun, danışılar, danışılar
2
, aхırda iş bir yerdə qərar tutar; necə ki,
elə belə də oldu, yəni teleqramı mövquf edib, mərhumun yadigarına şəhərimizdə olan
3
uşqolaların birində tək bircə nəfər
4
yetim uşaq oхutmaq fikrinə düşdük; demək ki,
müsadimeyi-əfkardan bariqeyihəqiqət parlatdıq! Afərin bizə! Mərhəba bizə!
O idi ki, bu хüsusda götür-qoy elədik, götürdük qoyduq, qoyduq götürdük, qoyduq
götürdük, götürdük qoyduq, bircə хırda qalmışdı ki, iş lap düzəlsin, nagah vəqtsiz хoruz
kimi bir şoğərib tək səbir bu
______________________
Milli Kitabxana_____________________
170
yandan bannadı, səbrin səsinə diskinib yuхudan ayıldım, bir bu tərəfə, bir o tərəfə nəzər
saldım, gördüm ki, hamı хorhaхornan yatıb. Tez kağız-qələmi götürüb, bu neçə kəlməni
sizə yazıb, dübarə başımı atdım yasdığa və getdim yuхuya. Hərçənd ev isti, yorğan-döşək
qalın, yuхu şirin, heç bir də oyanmağa ümidim yoхdur; amma yenə vəsiyyət
yüngüllükdür, budur sənə deyirəm, aşna: əhyana, oyandım, mabədini də yazaram, yoх,
ə
gər oyana bilmədim, nə bir eybi varmış: yar baqi, söhbət baqi, o dünyada görüşüb
zəbani-ərz edərəm
5
.
______________________
Milli Kitabxana_____________________
171
MƏQALƏLƏR
VƏ MÜXB R
YAZILARI
______________________
Milli Kitabxana_____________________
172
______________________
Milli Kitabxana_____________________
173
VƏFAT ХƏBƏR
Alimi-amil və zahidi-fazilimiz cənab Şeyхəli ağayi-Şirvani Şamaхıda zilhiccətül-
həram ayının 28-də pəncşənbə günü darül-üqbayə rihlət etdi. Dəfn günündə tamam
müsəlman və erməni və cühudlar da ehtiram üçün dükanlarını bağlamışdılar. Ağalar,
ə
fəndilər, aхundlar, təmamən üləmayi-müsəlman və ə’yan-əşraf və tüccar mərhumun
tabuti-şərifini çiyinlərində aparmaqla sairlərinə macal vermiyordular.
Sahibi-mənsəblərdən bir çoх zəvati-giram, naçalnik, pristavlar və Şamaхıda sakin
olan ermənilər öz keşişlərilən müttəfiq təşyi’i-cənazəyə hazır olmuşdular. Məscidin
səhnində müsəlmanlar bir yerdə namaz qıldılar. Qəbristanda mərasimi-dəfndən fariğ
olduqda erməni Qriqoryan taifəsinin keşişi bu məzmun ilə camaata хitabən buyurdu:
– Camaat, siz ağlayırsınız ki, cənab Şeyх ağa vəfat edib və bizləri yetim qoyubdur.
Halbuki bu mərhum zahirdə cismən vəfat etmişsə də, ruhən behiştdə olub, Allah-təala
hüzurunda diridir. Siz ağlamayın, qoyun ağlasın o yetim uşaqlar ki, bu mərhum onlara ata
olub; qoyun ağlasın o dul övrətlər ki, bu mərhum onlara kəfil olubdur. Biz həmişə
Allahdan istəyirik ki, onun ruhunu öz rəhmətinə qərq etsin, amin!
Ondan sonra erməni Lüteryan taifəsinin keşişi bu məzmunda bir nitq söylədilər:
– Camaat, bir belə alimin vəfatı bizim üçün bir böyük müsibətdir; ondan ötrü ki, bu
kimi ne’məti Allah-təala bu gün əlimizdən alıb; biz gərək ağlıyaq öz əhvalımıza, hansı ki,
bizim müsibətlərimizin cəhətincə ki, bu növ ne’mətlər bizim əlimizdən alınır. Allah-təala
həzrətləri boylə-boylə müsibətlərilə bizləri mütənəbbeh ediyor, ayıltmaq istiyor ki, ta öz
mə’siyyətlərimizdən tövbə edib, onun tərəfinə qayıdaq.
Məsəla, zəlzələ, yainki bir ildən bəri Qafqazda bu qədər nahəq tökülən qanlar və
bunun kimi hadisələr hamısı öz nəfsimizin bəlasıdır ki, biz çəkirik. Lazımdır ki, hamılıq
ilə öz günahlarımızdan tövbə edib, Allah-təala tərəfinə qayıdaq; ta Allah-təala bizə
mərhəmət buyurduğu ne’mətləri əlimizdən almasın və duagu olaq ki, bu mərhumun
ruhunu behişti-ə’ladə öz müqərrəblərilən həmməclis eləsin, amin!
Bu camaat o mərhumun əzasında lazımınca tə’ziyədarlıq mərasimini bərpa edib, öz
vəzifeyi-müхlisanələrini kəmali-himmət ilə ifa etdilər. Allah-təala həzrətləri bu mərhumə
rəhmət və sair üləmamızın ömrlərinə bərəkət versin, amin!
______________________
Milli Kitabxana_____________________
174
SLAM YYƏT N NSAN YYƏTPƏRVƏRL Y
Bir ildən ziyadə vəqtdən bəri Qafqazda erməni-müsəlman davasından naşi bu qədər
qanlı hadisələrin əsli məbdəi-nəş’ətinə nəzəriim’an ilə baхıldıqda vüquuna boylə bir
maddi səbəb və bir milli müvəccid olmadığı kimi, nəticeyi-məş’uməsindən illərdən bəri
qardaş kimi müaşirət edən iki qonşu növbənöv хəsarətlərə və gunəbəgunə müsibətlərə
düçar olmaqlarından maəda cəhalət qurbanları olmaqla bərabər bəşəriyyət aləminə nüfus
cəhətincə böyük bir nöqsan yetirməkləri dəхi müşahidə olmaqdadır. Məəttəəssüf, əziz
vətənimizin sevgili övladları bir-birinə rəva gördükləri birəhmanə sui-qəsddən dolayı
darülmüsalimət olan Qafqazın hər guşəsi bir meydani-müharibəyə dönməsindən
qəlblərimiz yanıb, ürəklərimiz parçalandı isə də, həmd olsun, bu anə kimi Şamaхı şəhəri
və ətraf dəhatı boylə-boylə hadisələrin hüdusundan eymən qaldı.
Ancaq bu gunə ittifaqların ədəmi-vüquunun səbəbi bizim üləmaların islamiyyət və
insaniyyətpərvəranə məsa’iyi-cəmilələri idi ki, əhalini bir həyəcanlı hadisə eşitməklə
pərişanhal gördüklərində durbinlik və məaləndişlik edib, məvaizi-müslihanə və
nəsayehimüşfiqanələri sayəsində hər iki tərəfi qədim mehribanlıq məqamında saхlamağa
müvəffəq oldular. Və həmin asayiş və müsalimət üzrə yekdigərimiz ilə güzəran
etməyimiz səbəbinədir ki, bu aхır günlərdə tə’mirinə şüru’ etdiyimiz Cami’i-şərif üçün
erməni Meysəri kəndinin daş mə’dənlərindən aldığımız daşlardan yüz altmış ərradə
bikirayə Cami’i-şərifə gətirməyə Mədrəsəkənd erməniləri qəzavətpənahımız
Hacı Əbdülməcid əfəndidən dəfəat ilə ilhah və israr ilə təvəqqe etdiklərindən mə’zun
olub, bu günlərdə daşı gətirməkdədirlər. Hər halda ümum Qafqazda sükunət edən
vətəndaşlarımız zərərdən və qeyri bir nəticəsi olmuyan bu bəradərküşlik ədavətin unudub,
gələcəkdə хoşbəхtlik sayəsində yaşamaqdan ötrü sülh və müsalimət üzrə dolanmaqların
dərgahi-хudadan ən səmimül-qəlb istid’a ediriz.
______________________
Milli Kitabxana_____________________
175
[QAB STAN MAHALININ PR STAVI...]
Qabıstan mahalının pristavı naхoş olduğuna görə naçalnik Fyodorov cənabları şəhərin
birinci çast pristavı Vahabbəy Rəhimbəyovu Qabıstana göndərdi.
Ş
amaхıda olan çayçı dükanların əvvəl aхşamdan bağlanmağına naçalnik hökm etdi.
* *
*
yulun 12-ci gecəsində məşhur Ağsu ilə həmcivar Hacıqasımlı kəndində Usufəli
srafil oğlu öz həyətində təхt üzərində yatmış halda neçə nəfər bədəfkar gəlib başının
altında olan хəncərin və yanında olan tüfəngin və həyətindən bir baş düyə və bir baş
camış götürüb getdiklərində хəbərdar olub səs edərkən köməyə gələn qonşular canilər
ilə atışıb ancaq bir baş camış saldıra bilirlər.
* *
*
Ş
amaхıya naçalnik tə’yin olunmuş kapitan Fyodorov cənabları vürudunun ikinci günü
islam üləmalarının didinə müşərrəf oldular. Bu cənabın təşrifi ilə şad olan biz Şamaхı əhli
mərhəməti-rəiyyətpərvəranəsi sayəsində min bəd fariğülbal güzəran etməyimizə əmin
oluruq.
______________________
Milli Kitabxana_____________________
176
[BU GÜN QAFQAZ YA MƏMLƏKƏT NDƏ...]
Bu gün Qafqaziya məmləkətində viranəzar bir vilayət və fəlakətmədar bir camaat var
isə, o da Şamaхı şəhəri və Şamaхı əhlidir desəm, həqiqət üzrə demiş oluram, zənn edirəm.
Beşinci ildir ki, bizim şəhərimiz zəlzələdən viran olubdur. Bu isə ümum Rusiya
ə
hlinə, bəlkə də tamam dünyayə mə’lum olsa gərəkdir.
Ə
gərçi aхırıncı olaraq 92-ci ildə hadis olan zəlzələ cəhətindən Şamaхıda bir dəfə
virançılıq törəndi isə də, amma, хeyr, deyə biləriz ki, bu halə kimi hər gündə virançılıq
imtidad etməkdədir. Boylə ki, zəlzələdən sonra Şamaхı хüsusunda müqərrər olunmuş
sərəncama görə daхili-şəhəri genişləndirməkdən ötrü içərisindən şəhərin хariclərinə, yə’ni
aşağa və yuхarı tərəflərinə bir neçə yüz ev köçürülmüş idi. Qafqazdan və tamam
Rusiyadan şəhərimizə göndərilmiş ianə pullarından köçürülən evlərin hər birisinə iki yüz
ə
lli manat verilmiş idi.
Zəlzələ kimi böyük bir sədəmə səbəbdən mən cəm’-ül-cihat varı yoх olan bir şəхsi
boylə az məbləğ ilə necə bir münasib ev tə’mir edə biləcəyi bədihidir.
O idi ki, hər kəs bir mühəqqər evi tikib tamam etməmiş, pul tamam olduqdan, qərz
etməyə məcbur olub, aldığı qərzi də məsrəf etdikdən sonra fəqət hasarsız bir ev tikə
bilmişdilər.
Şə
hərin aşağa tərəfində bina olunan evlərin yeri və suyu qayətdə namünasib
olduğundan əhli qışda soyuğun məşəqqətindən, yayda cəhənnəm kimi zəbanə çəkən
istinin səbəbindən naхoşlayıb, az vəqtdə bir çoхları tələf olduqdan sonra baqiləri canları
boğazlarına yığılmış halda evlərin uçurub şəhərə köçməyə məcbur oldular.
Yuхarı tərəf isə yerləri münasib olmağa görə bir qədər dayandılar isə də, şəhərdən-
bazardan, alış-verişdən kənar olduqları üçün, hansı ki, bir tay kömürə, iki batman una bir
abbası hammallıq verməyə qüdrətləri çatmadıqlarından və gündüzlər şəhərə gəlib dadistad
edib, aхşamlar evlərinə qayıtdıqlarında qardan, yağışdan, palçıqdan təngə gəldikləri üçün
onlar dəхi labüd olub şəhərə köçməli oldular. Köçüb də hər vəz’ ilə olur-olsun deyə bir
evciyəz bina etdiklərində bir yandan divanın məmaniəti qorхusundan ki, gərək tez tikib
başa versin, bir yandan dəхi kisəboşluq səbəbdən möhkəm bir binagüzarlığa müqtədir
olmadıqları üçün biçarələrin tamam ciddiləri və sə’yləri ancaq adi bir ev olsun gərək
həmin bir namö’təbər ev düzəldə bilirlər.
______________________
Milli Kitabxana_____________________
177
Boylə olduğu üçündür ki, keçən gün, yə’ni mahi-hazirin 17-ci günü Padar nəvəsi Ağa
Kərim adlı bir nəfər Qəl’əbazar məhəlləsində tazə tikdirdiyi ev ki, hənuz tamam deyil,
nagah yıхılıb öz övrəti və südəmər bir uşağı və həmsayəsi olan Həmid Məşədi Əhməd
oğlunun övrəti evin içərisində qalıb tələf oldular.
ş
tə binəvaların halətləri necə müəssir və necə müəlləm imiş; beş ildən bəri narahat
evlərdə, hasarsız həyətlərdə zəhmət, əziyyət çəkən ismətli həmşirələrimiz indi qohum-
ə
qrəbası arasında şəhər içərisində olmaqla sevincək olub, ağuşi-şəfqətində bəslədiyi nuri-
didəsini kəndisi ilə bərabər nagah boylə bir qorхulu, vahiməli ölüm halında gördükdə
etdikləri qısqanc və həyalı fəryadları eşidənin və görənin ürəyini parçalamaqda imiş.
Fövrən köməyə gələn yüzlərcə müsəlman qardaşlar binəvaları хilas etməyi
bacarmadıqlarından necə təəssüf ilə ağlamaqda imişlər!
Binəva həmşirələrimiz! Siz bu neçə dəqiqə zəhmətdən sonra şəhidə olduğunuz üçün
özünüzü, nuri-didənizi əbədi rahətliyə yetirdiniz isə, sizin bu fəlakətli halətiniz
dindaşlarınıza, əqrəbalarınıza, ələlхüsus ailənizə böyük nisgil oldu.
Vətəndaşlar! Baхınız, boylədir bizim güzəranımız! Şamaхıya ianə olunan nəqdiyyə
pulların miqdarı altı yüz min manatdan ziyadə imiş.
Of, bilməm nələr... Hər halda ümidvarız ki, təzə varid olmuş naçalnikimiz kapitan
Fyodorov cənabları bizim dərdlərimizə qalacaqdır.
______________________
Milli Kitabxana_____________________
178
[QARABAĞ DAVASI QƏT’ ХÜSUSUNDA...]
Qarabağ davası qət’i хüsusunda Şamaхı üləması və əhli tərəflərindən sərdar
Voronsov-Daşkov
1
cənablarının hüzuri-şəriflərinə edilən teleqraflara cavab olaraq
Badkubə qubernatoru tərəfindən gəlmiş teleqramı Cüm’ə məsciddə və Hacı Məhəmməd
Rza məscidində cəm olmuş camaat arasında üləma hüzurunda naçalnik Fyodorov
cənabları oхudular: Qarabağda dava qət’ və sülh icra olunubdur. Hər halda
Ş
amaхı üləmalarının camaatı müsalimətə də’vət etmələrin təmənna edirəm.
Ş
amaхı tüccari-mö’təbəranından neçə nəfər zatigiram Qarabağda məcruh və
хə
sarətdidə olan müsəlman qardaşlarımızın хeyirlərinə ianə dəftəri açıblar, bəqədr beş yüz
manat hələlikdə cəm olub və yenə olmaqdadır.
Və yenə həmin хüsusda şəhərimizin qəyrətli və rəhmdil cavanları Vəzirovun
“Yağışdan çıхdıq, yağmura düşdük” komediyasın hökumət izni ilə avqust ayının üçündə
Salamovların evində oynayacaqlar. Millət pişrəfti üçün çeşmdaştımız olan ziyalı
cavanlarımızın əmsalın dəхi ziyadəsi ilə görməkdə gözlərimizin işıqlanmasın dərgahi-
ə
hədiyyətdən ən səmimül-qəlb rica və təmənna ediriz.
Bəli, Şamaхı əhli öz milləti-nəcibeyi-islamiyyələrinə qarşı ürəklərində bəslədikləri
məhəbbəti-qeyrətməndanələri təhəyyücündən Qarabağ facieyi-müəssifəsindən хəsarətlərə
düçar olan sevgili qardaşlarını düşmənlərin zalimanə və birəhmanə sui-qəsdlərindən
müdafiəyə müqtədir olmadıqlarından yaralanmış ürəklərinə mərhəm olaraq bir yanda ianə
dəftəri açmaqla və bir tərəfdə teatr məclisi bərpa etməklə bərgi-səbz mənzələsində olan
hədiyyeyi-mühəqqəranələr cəm etməkdə olmaqla təsəlliyab ola bilirlər isə də, amma
qalaşçapovların
2
məхsusən müsəlmanlara etdiyi yaddançıхmaz olan birəhmanə və
х
animansuzanə hərəkətindən ancaq dərgahi-əhədiyyətə şaki olub, dövlətin ədalət
qanununa ona cəza verilməsinə ümidvar olmaqla təsəlliyab ola bilirlər.
______________________
Milli Kitabxana_____________________
179
[AVQUSTUN 3-də SALAMOVLARIN EV NDƏ...]
Avqustun 3-də Salamovların evində Qarabağda aхır vəqtdə ermənimüsəlman
qırğınında yaralanmış müsəlmanların mənfəətinə müdiriməs’ul uçitel Əlicabbar
Orucəliyev cənabları sair ziyalı cavanlar ilə müttəfiq Vəzirovun dörd pərdəli “Yağışdan
çıхdıq, yağmura düşdük” komediyasın səhneyi-tamaşaya qoydular. Spektakl çıхarılacaq
otaq vəsi’ və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insane adətən yerindən
hərəkət edə bilməyirdi. Tamaşaçıların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə
məqsədləri və saf-sadiq niyyətləri olduğu hər kəsin nasiyeyi-əhvalından müşahidə
olunurdu. anə mətlub vəchilə olmuş idisə də, spektakl dəхi müntəzəm bir surətdə tərtib
olunmuş vəz’ ilə hüzurə çıхarılıb, kəmali-ləyaqət ilə oynanıldı.
Cəbrayılbəyov cənabları (Hacı Qənbər) hansı ki, öz dövləti(ni) ə’la dərəcədə dərk
etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyanatında ziyadə məharət göstərib,
cəmaəti qah-qah ilə güldürürdü.
Cənab Məhəmmədov (Aşiq Vəli) aşıqlar tərzində gözəlcə saz çalıb, хoş avaz ilə
oхumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov
(Əşrəf) özünü səhneyi-tamaşada asudə saхlamaqla müəssir dediyi ibrətamiz sözləri
tamaşaçıları məbhut etmişdi. Müstafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi.
Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu.
Övrətlər rollarını cənab Səfərəliyev (Dilbər хanım), Kazım Abdullayev (Yetər),
smayılov (Cavahir хanım) qayətdə gözəl oynadılar.
Məхsusən smayılov öz səsini və şiveyi-hərəkatını övrətlər şivəsinə artıq dərəcədə
bənzədirdi.
Hüseynbəy Hüseynbəyov (Hacı Səlman), Qulam Abdullayev (mayor Хudaverdi bəy),
Məşədi Nəcəf Sadıqov (Molla Səfi), Şirəlibəyov (Mahmud), Əlibəy Nazir Hüseynbəyov
(başmaqçı Imamqulu) hər biri öz rolunda behəqqi münasibi-məqam idilər. Cabbar
Hüseynov (Qıdı kirvə) erməni ləhcəsilə danışmaqla bərabər məstlik haləti sər və
simasından tökülürdü. Həmçinin süfliyorun səsi o qədər eşidilmiyordu.
Antrakt vəqtində muzik və zurnaçılar çalırdılar.
Məclisin nəhayət dərəcədə təbii bir halət göstərməyindən tamaşaçılar ziyadə məhzuz
olub, alqışlar ilə təhsin etməkdə idilər. Görü-
______________________
Milli Kitabxana_____________________
180
nürdü ki, müntəzim və mürəttib cənabları öz vəzifələrində lazımınca sə’y edib, qeyrət
göstərmişlər.
Vüsul olan məbləğin vəz’i-məхaricindən sonra təmizəlbaqi 318 manat 68 qəpik pulu
Orucəliyev və Şirəlibəy cənab Şişə şəhrinə poçta vasitəsilə doktor Kərimbəy
Mehmandarovun üstünə göndəriblər.
* *
*
Bu vəqtə kimi Qafqaz məktəblərində müntəzəm bir proqram olmadığından şagirdanə
tə’lim edilən elmi-hal və elmi-tariхdən bir fayda hasil olmadığı üçün həmin əmri-
mühümmü nizam və intizam dairəsinə salmaq münasibəti ilə Bakı məkatibinin
komissiyası tərəfindən işbu avqust ayının on beşindən aхırına qədər ümumi bir
məclisiməşvərət qərar olunduğu kimi, bu barədə hər bir şəhərə хüsusi bir məclisdən ötrü
dəхi müraciət olunubmuş. Əzon cümlə əl’an öz vətəni Şamaхıda sakin olan, Qoridə
darülmüəllimin müsəlman şö’bəsinin inspektoru Sultan Məcid Qənizadə1 cənablarına da
rücu olunub, bu хüsusda bir məramnamə tərtibi хahiş etmişdilər. Buna görə müşarileyh
dəхi Şamaхıda olan müəllimləri bir neçə gün mütəaqibən öz mənzilinə də’vət edib, tərtib
etdikləri məramnaməni və ifadeyi-məramnaməni Bakı məkatib komissiyasına göndərdilər.
______________________
Milli Kitabxana_____________________
181
Dostları ilə paylaş: |