4
İslam bayrağıyla başqası gəldi
Hamı düşündü ki, dünya düzəldi.
Solub-saralırdı sahibsiz, təki
Bizim viran olmuş könlümüzdəki
Arzu çiçəkləri...
o gün suladıq.
Biri-birimizi muştuluqladıq.
Bizim Söhrab Tahir, Balaş, Mədinə
Bayram libasları geydi əyninə.
Ertəsi eşitdik möhtərəm imaın
________________Milli Kitabxana______________
93
Yaratdı ölkədə "cümhuri-islam".
Çox gözəl, cümhura nə irad, nə söz?
Məgər bu deyilmi istədiyimiz?
Şahlıq diyarında, şah ölkəsində
"Döndü həqiqətə" yüzillik xəyal.
Türkün öz dilində, öz ləhcəsində
Qəzetlər, dərgilər çıxdı dalbadal.
Nə oldu sonrası? Keçdi bir qədər
Boyalar silindi, bozardı üzlər.
Gördük vədlərdən təkcə söz qalıb
Zülm qah-qah çəkir, haqsa hönkürür.
Şahlıq devrilsə də, başqa rəng alıb
Yaşayır əvvəlki zülm başqa cür.
Adını dəyişib, əhdini danıb
Yenə də həmərı zülm, həmən əsarət.
Qarmağa taxılan ətə aldanıb,
Tələni görmədi zavallı millət.
Zülm nə din bildi, nə dil, nə Vətən,
Cəhalət uydurdu İslam adına.
Açıq fikirlilər qaçdı ölkədən,
Dözməyib cahilin xurafatına.
Düşünən başları qovdu ölkədən
Farsı da, kürdü də, türkü də qəsdən.
Deyən tapılmadi, ötur yerində
Mən qafil deyiləm sözə aldanam.
De, hanı bəs sənin əməllərində
Şəri boğazlayan müqəddəs islam?
Məgər yuvasından didərgin düşən
O bədbəxt kimsələr müsəlman deyil?
İslamda insanlıq ləyaqətindən
Nitqlər söylədin minbərlərdə sən,
Yurddan qovduqların bəs insan deyil?
________________Milli Kitabxana______________
94
Minbərdən bağırdı söz gövşəyənlər:
"İslama hər yerdə dayağıq" - deyə.
Bizi darda qoyub "İslam" deyənlər
Niyə dayaq oldu bəs erməniyə?
Dandın həqiqəti sən bilə-bilə
Sübutun uydurma, dəlilin əbəs.
Erməni qəsbinə kiriməyinlə
Xoruzun quyruğu görünmürmü bəs?
Qorxuram bu yerdə belinıiz sına
Adını qoymusan "İslam dövləti".
Özün de, budurmu din qardaşına
İslam dövlətinin xətri, hörməti?
Bunun da kökünü bilirik nədir?
Səninçin "arilik" dindən öndədir.
İslama "vay" dedi, dinə "vay" dedi
Arxaya çəkildi din qohumluğu.
Sizi erməniyə dayaq eylədi
Əcdadda birləşən qan qohumluğu.
Tapıldı bizdə də cəhalətindən
Dinin cövhərini anlamayanlar.
Atıldı meydana, yapışıb dindən
Onu ciblərinə qazanc sayanlar.
Kəbəyə getdilər hər il dalbadal
Ziyarət deyildi, ticarətdi bu.
Bəs hanı haqq yolu? Bu səfər, bu yol
Hacılıq adıyla tacirlik oldu.
Dedilər: Dərdlərə son qoymaq üçün
"İslam partiyası" gərəkmiş bu gün.
Bir deyən olmadı amma onlara "
A qardaş, din hara, siyasət hara?"
Nədir bu partiya? Mən anlamıram
Firqə, dar çərçivə, firqə bir qəfəs!
O boyda ucalıq, o boyda İslam
Firqə qəfəsinə sığışarmı bəs?
________________Milli Kitabxana______________
95
Din ilə ucalır ruhumuz göyə
Göylər bir qiyasa, ölçüyə gəlməz.
O böyük din ilə bircə firqəyə
Bəşərin yarısı sığışa bilməz.
5
Sökülür dan yeri, görmürsənmi sən
Zamamn özündən, vaxtın özündən?
Bu nə boş xəyaldır, nə şirin röya?
Közərir çmqa od külün içində.
Dünyanı titrədən qoca Rusiya
Bölünüb söküldü bİr gün içiııde.
Köksünə dağ üstdən dağ çəkilən xalq
Bir gün dağ çəkəcək dağın köksünə.
Məftil çopərləri qıra bİIən xalq
Bir il gec, bir il tez - qıracaq yenə.
Torpağı yoğurur vaxt özü qanla
Vaxt gəldi, bircə söz min dünya açar.
Artıq anlamışıq ahla, amanla
Nə məftil ərıyor, nə sərhəd uçar.
Zülm öz-özünə kəsilir qənim
Baxın öz yönünü dəyişən çarxa.
Suyun gəlməsinə şiibhəm yox mənim
Bir vaxt şınl-şınl su gələn arxa.
Salaq yadiinıza bu gün, cahanın
Rəngleri dəyişəıı beş qitəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-quzcyli xorıtəsini.
Noyabr, 1999
________________Milli Kitabxana______________
96
I ÜSYAN
"Hümmət, a vətəndaşlar!
Qeyrət, a vətəndaşlar!"
Sabir
Bahar zər qələmilə
Naxış vurur torpağa.
Qışdakı məşəqqəti
Unutdurur torpağa.
Şamaxıda Sabirin
Balaca bağçasında
Əyləşib iki yoldaş,
İki dost, iki sirdaş.
Səhhət, Sabir... iki qəlb
Səslənir, bir-birinə
Köklənən simlər kimi.
Bir nəğmənin eşqinə
Bir dinən simlər kimi.
S ə h h ə t
Bəli, padişahımız
Təzə bir fərman verib.
O, ölüyə azadlıq,
Diriyə zindan verib.
S a b i r
Ağız yummaqdır, ancaq!
Bu da təzə fırıldaq!..
Çeşmələr təşnəsinə
Bircə udum azadlıq,
AĞLAR-GÜLƏYƏN
________________Milli Kitabxana______________
97
Harda, harda qalmısan,
Mənim suyum azadlıq,
Mənim odum azadlıq?!
Sənsiz gülə bilərmi
Üzümüzə
səadət?
S ə h h ə t
Neyləyək, bir udum da
Udumdur... heçə lənət!..
S a b i r
Min arzu bəsləyirəm,
Mən, axı, hər nəfəsdə,
Qanadım var, göyüm yox,
Necə uçum qəfəsdə?..
Azadlıq - səhərimdir;
Gündüzüm, axşamımdır.
Eşqimdir, ilhamımdır.
O, dənizim, yelkənim,
Əsil haqqımdır mənim!
Neçə ümman yaradar,
Ahımdan göyə qalxan
Yalnız bircə buludum?!
Niyə mənə haqqımı
Versinlər udum-udum?
Xəyalım azad olsun,
Düşüncəm azad olsun.
Ürəyimin sözünü
Mən yazmaq istəyirəm,
Qoy qələm azad olsun.
Mən görmək istəyirəm
Gözlərim azad olsun.
Danışmaq istəyirəm
Sözlərim azad olsun.
Qışqırmaq istəyirəm
________________Milli Kitabxana______________
98
Qoy dilim azad olsun,
Dodağım azad olsun.
Eşitmək jstəyirəm
Qulağım azad olsun.
Əsarət zəncirini
Mən qırmaq istəyirəm,
Qollarım azad olsun.
Gəzib bütün dünyanı
Arzumu qulaqlara,
Bağırmaq istəyirəm,
Yollarım azad olsun!
Ələmlər bəstəsiyəm!
Min arzunun səsiyəm,
Mənə dərman neyləsin?
Mən arzu xəstəsiyəm?
İçib-içib doyunca
Azadlıq çeşməsindən;
Söndürəydim odumu,
Çeşmələr təşnəsinə,
Özün söylə, neyləyər
Suyun bircə udumu?..
S ə h h ə t
Məgər görməmisənmi
Damcı necə daş dəlir?
S a b i r
Dəlir, çox yavaş dəlir.
S ə h h ə t
Dəqiqələr, saatlar
Axır dönüb il olur.
Dama-dama göl olur.
"Molla Nəsrəddin"ə bax,
________________Milli Kitabxana______________
99
Onu zaman yaratdı.
Mirzə Cəlil damcıdan
Axı, ümman yaratdı.
İndi o böyük ədib
Səni çağırır, səni –
Deyə Səhhət cibindən
Çıxartdı məcmuəni.
Zamanın əsəbləri
İndi çəkilib tarım.
Oxudu ilk səhfəni:
-"Sizi deyib gəlmişəm,
Müsəlman qardaşlanm..."
Sabir yata bilmədi
O gecəni sübhədək.
Açıldı arzuları
Gözündə çiçək-çiçək.
Nədir hələ bilmirəm
Mən o gecənin adı;
Bircə bunu bilirəm
O gecə... ah... o gecə
Tək səhəri doğmadı;
Doğdu göyü, yeri də.
Doğdu bizi təzədən
Mirzə Ələkbəri də.
Dan yeri ağaranda,
O qalxıb yatağından
Açdı pəncərəsini.
Dinləməyə başladı
Bağçada "hop-hop" deyən
Şinəbubun səsini.
Bu səhərə,
bu səsə
O niyə səcdə qıldı?
Açdığı o pəncərə
Bağçaya açilmadı,
Şeirimizə açıldı.
________________Milli Kitabxana______________
100
Qələm nalə qopartdı,
Kağıza dəyən kimi
Bu səs kağız üstünə
Dağ basdı,
od çilədi.
Bu səs əsrlər boyu
Yatan babamı belə
Yuxudan silkələdi:
"Yox, mən çığırmalıyam,
Yox, mən bağırmalıyam!
Köməyimə,
dadıma
Göyü çağırmalıyam,
Yeri çağırmalıyam!
Mən bütün qaydaları
Qanunlan,
Sədləri
Dağıdıb qırmalıyam!"
"Hansı qanunda var ki,
Öz elindən olasan,
Hədəf də sən olasan,
Güllə də sən olasan?.."
Vətənin
dərdlərilə
Yandı,
Alışdı Sabir
Dərdin dodaqlarıyla
Dindi,
Danışdı Sabir:
"Xalqların cərgəsində
Mən də varam deyirəm.
Mən dünyadan özümə
Həqiqət istəyirəm,
________________Milli Kitabxana______________
101
Sədaqət istəyirəm.
Mən "Hümmət istəyirəm,
Mən qeyrət istəyirəm..."
"Min ildir sirdaşımız
Ələm oldu, qəm oldu,
Niyə, niyə bəs bizim
Qeyrətimiz kəm oldu?
Yarım bu tayda qaldı,
Yarım o tayda qaldı.
Toyum burda çalmdı,
Yarım o tayda qaldı.
Daha bu əzablara
Canimda bir tabım yox...
Mən təpədən-dırnağa
Sualam...
Cavabım yox...
Bilmirəm öz əlimdən
Mən hara, hara qaçım?
Bir əlim qanhm oldu,
Bir əlimsə harayçım!
Bizi xəlbirə qoyub,
Sovurdular havaya,
Biz toz olub ələndik.
Min ildir, anamızdan
Süd yerinə qəm əmdik.
İnlədikcə, azalmır
Dərdlərimiz daha da
Ürəkdə köz-köz olur.
Bu haqdır, ağladıqca
Kişi qeyrətsiz olur.
Bizdən sonra oyanan
Ala bildi haqqmı,
Biz hələ ağlayırıq,
________________Milli Kitabxana______________
102
Tarixin təkərinə
Hey ümid bağlayırıq".
Yox, mən bağırmalıyam,
Yox, mən çığırmalıyam!..."
2. ÜRƏK VƏ ÇÖRƏK
"Artdıqca həyasızlıq olur el, mütəhəmmil,
Hər zülmə dözən canları neylirdin, ilahi?"
Sabir
Zərrədə küllə bax!... Şirvan dedikcə
İslam aləminə lağ etdi Sabir.
Tiyanda sabunu dağ elədikcə
Fikrində zamanı dağ etdi Sabir.
Qaranlıq daxmada gecə sübhədək
O, işıq naminə yazdı, yaratdı.
Sabirin qəzəbli gülüşlərindən
Vətən göylərində Günəş dan atdı.
Bütün sualların cavablarını
Tapdı ilhamında, təbidə Sabir.
Böyük bir ölkənin dərdini yazdı
Sabun tiyanının dibində Sabir.
Dünyaya sığmayan fikirlərini
Zaman, bir tiyana bağlamadımı?
O dedi: - Anlamaq istəsən məni,
Düşün ləqəbimi, unut adımı!
Düzü, çox düşündüm... Təxəllüsünü
Niyə Sabir qoydu Mirzə Ələkbər?
Böyük gələcəyə dikib gözünü
Demək istəmiş ki, dözən əzilər!
Demək istəmiş ki, Vətən lalədir,
Bağrının başında qarasıyam mən.
Müsəlman nə demək?
________________Milli Kitabxana______________
103
Təşbehi-Sabir,
İslam dünyasının yarasıyam mən!
Demək istəmiş ki, səbr edən insan,
Dünyadan əbədən üzülüşübdür.
"Şükür" - deyə-deyə bədbəxt müsəlman
Səbrin lay-lasından cəbrə düşübdür.
Demək istəmiş ki, zavallı Şərqin,
O sonsuz səbrinin kasasıyam mən.
Çatıb xirtdəyimə daha qəzəb, kin,
Səbrim tükənibdir, daşasıyam mən.
Deyirəm, anası süd deyil, ona
Atəş içiribdir öz döşlərindən.
Axır göz yaşları hey yana-yana
Sabirin yaralı gülüşlərindən.
Onun gülüşləri səbirdənmi?
Yox!.. O, kinin, qəzəbin qəhqəhəsidir.
Onun gülüşləri bir atəş, bir ox!
Səbrə qılınc çəkən üsyan səsidir!
Dardini xalqıyla bölüb ağladı,
O gülüb ağladı, gülüb ağladı!
Cahilə nə var ki?.. Ürəklər dələn
Dəli qəhqəhəni bir gülüş sanar.
Sabirin şeirini oxuyub gülən,
Nə Vətən anlayar, nə millət qanar.
Bir gün fitva verdi axund minbərdən:
- Lənətlə çəkilsin Sabirin adı.
O günün səhəri qəssab Mir Həsən
Şairə bir misqal quyruq satmadı.
Axund tapşırdı ki, Şirvanda heç kəs
Mirzə Ələkbərlə alver etməsin.
Axundun əmrindən o çıxa bilməz
Burada bir sirli illət var, yəqin.
________________Milli Kitabxana______________
104
Qəssab bilmədi ki, Mirzə Ələkbər,
Neçin onun kimi yanaşmır dinə.
Qəssab bilmədi ki, qara gecələr
O yazıb-yaradır işıq naminə.
Qəssab bilmədi ki, sel tək çağlayır,
Alışıb yaradır o, ac qarına...
Qəssab bilmədi ki, o gün ağlayır.
Millətin gələcək övladlarına.
Qəssab bilmədi ki, bu xalqın nədən
Özü ağırlıqda qəm yükü vardır
"Təvəkkül" deməkdən, "şükür" deməkdən,
Ağzında dili də cadar-cadardır.
Çağırdı elləri o, haqq yoluna,
Məslək yolçusuna el "yolsuz" dedi.
O, böyük insanı qəssab bir yana,
Ömür yoldaşı da başa düşmədi.
Qəlbi qəlbimizdə daim döyündü,
Yumulu gözlərə göz verdi Sabir
Yazdı... Qarşımızda güzgüyə döndü, -
Bizi özümüzə göstərdi Sabir.
Saldı ürəyinə Sabir hər şeyi,
Min ilin dərdini çəkdi bir anda.
Yolunda canını qurban verdiyi
Bədbəxtlər də onu anlamayanda.
Sözüylə, şeirilə o, zaman-zaman
Donuq şüurlara min toxum əkdi.
Dəmir çəkic altda fəryad qoparan
Dəmir parçasi tək o, nalə çəkdi.
Qızılı döydülər... Haray-həşirsiz
Yapıxıb mum kimi eləcə qaldı.
________________Milli Kitabxana______________
105
Dəmiri döydülər... Qışqırığından
Qulaqlar tutuldu, gözlər qaraldı.
Qızıl dedi: - Dəmir, söylə nədir bu?
Məni də döydülər, axı, sənin tək.
Səsimdən bir adam xəbər tutdumu?
Dəmirsən, əzaba dözəsən, gərək.
Dəmir söylədi ki: - O zərbələrdən,
Ahü-nalə çəkib ağlamadım mən.
Bədbəxt yaranmışam mən, a bəxtəvər,
Səni dəmir döydü - özgəsi döydü.
Ona ağladım ki, məni döyənlər
Özgəsi deyildi, özümünküydü.
Bir gün fitva verdi axund minbərdən,
-Lənətlə çəkilsin Sabirin adı.
O günün səhəri qəssab Mir Həsən,
Şairə bir misqal quyruq satmadı.
Sabun bişirməkçün ona yağ gərək,
Bəs indi neyləsin? O, çox düşündü.
Neyləyə bilərdi? O, yalqız, o, tək.
Dükan da bağlandı, ocaq da söndü.
O, qaralan ocağa
Baxa-baxa düşünür.
"Yoxsa arzularım da
Bu qaralan köz kimi,
Ocaq kimi tez sönür?..
Yox, yox! Bu mümkün deyil,
Sönən ocaqdır ancaq.
Qəlbimdəki ocaqsa,
Daha betər yanacaq.
Yazıram zəmanədən
Atəş, od uda-uda.
Könlümdəki ocağı
________________Milli Kitabxana______________
106
Heç söndürə bilərmi
Dəryaların suyu da?
Bəs bir bölük külfətim?.
Onların hər arzusu
Bu ocağa bağlıdır,
Axı, külfətim üçün,
Könlümdəki ocaqdan
Bu ocaq maraqlıdır.
Bu ocaqla yaşayır
Evdəki lüt balalar,
Sinəmdəki ocaqdan
Onlara nə fayda var..."
Milyonları düşünən
Böyük bir qəlb sahibi.
Közərən köz önündə
Alışır ocaq kimi...
Milyonları düşünən,
Milyonların yolunda
Əriyib muma dönən
Müyon-milyon insanın
Azadlıq yollarında
Çıraq olan, nur olan,
Milyonlarçın doğulan,
Balacabir külfətin
Çörəyidir, suyudur.
Milyonların yolunda
Atəş udan, od udan
Külfətinin yolunda
Zəhər udur, qan udur.
Milyonlara dərs deyən
Mis tiyana baş əyir –
Bir balaca külfəti
________________Milli Kitabxana______________
107
Dolandıra bilməyir.
"Yox, yox! Bu mümkün deyil,
Sönən ocaqdır, ancaq.
Könlümdəki ocaqsa,
Daha betər yanacaq..."
Ona yağ satmadılar
Sabun bişirmək üçün.
Ürəyinin yağını
Əridərək günbəgün
Şair yazdı... Şeirlə
Haqqını anlamayan
Nadanları bizlədi.
Ürəklərin minillik
Pasını təmizlədi.
Sabun!
Şeir!
İşə bax!
Təsadüfmü bu, ancaq?
Hər ikisi təmizük!..
Sən bu təsadüfdəki
Ahəngə bax, məğzi gör.
Sabun zahir üçünsə,
Şeir batin üçündür...
Sabundan əl çəkməli!
"Bəs mən necə dolanım?"
Deyə o, fikrə dalır...
Əməllər, arzularla
Yaşayanda ucalan,
Çörək dərdi çəkəndə
Görün, necə alçalır...
________________Milli Kitabxana______________
108
3. İMTAHAN
"Zahida! Gəl soyunaq bir kərə paltarlarımızı!
Çıxaraq zahirə batindəki əfkarımızı.
Hər kəsin ağı qara isə utansın, a balam!"
Sabir
O, həqiqət naminə
Qələm çaldı... həqiqət!
Sabun bişirmək - peşə,
Şeir yaratmaq - sənət.
Sabun - çörək üçündür.
Şeir - ürək üçündür.
O, könlünü, eşqini
Vətənə, xalqa verdi,
Çörəyi də ürəklə
Qazanmaq istəyirdi.
- Necə?..
- Müəllim olmaq!
Körpəcə ürəkləri
Pərvazlayıb uçurmaq!
Onların nəzərində
Arzular dünyasından
Minbir kaşanə qurmaq!
Balalara hər şeyin
Öz yerini tanıtmaq!
Ah!.. Onlara... onlara,
Özlərini tanıtmaq!
Həm bu günü tanıtmaq,
İndidən, lap indidən
O körpə balalara
Dost, düşməni tanıtmaq!
Şairim, düz deyirsən.
Mən səni anlayıram.
Düzü, müəllimliyi
________________Milli Kitabxana______________
109
Mən bütün peşələrin
Ən ucası sayıram.
O, elə ulduzdu ki,
Bu gün yanır... işığı
Bizə sabah görünür.
Özü batsa da, ancaq
Vətənin göylərində
Min-min ulduza dönür.
* * *
O bilmir ilk mənzili
Son mənzili haradır;
Bu günkü əməliylə
O, sabahı yaradır.
Omrü bir nur parçasi
O, sabahın carçısı!..
Bəli, müəllim olmaq!
Bunun üçün nə gərək?
Ona bildirdilər ki,
Rəsmi vəsiqə, gərək.
Vəsiqə!
- Kimdən?
- Hardan?
Dedilər:
- Mollalardan.
Yox, yox! O uda bilməz
Bu təhqiri, bu dərdi.
O ki ana dilindən
Dərs demək istəyirdi.
İstəyir ki, balalar
Bizim ana dilinin
O büllur çeşməsindən
Nur içib feyz alalar...
Bəs bunun mollalara,
Bilmirdi nə dəxli var?
________________Milli Kitabxana______________
110
- Dərs demək istəyirəm
Şəriətdən, cənablar,
İmtahan edin məni.
Dayanıb heykəl kimi,
Cahillərin önündə
Cahillərin düşməni.
Taleyə bax, günə bax,
Zamanın hökmünə bax!
Zaman öz loğmanını
Pəncəsində inlədir.
Əsrin nəbzi, nəbzində
Döyünən bir arifi
Cahil imtahan edir.
Zaman - onun ustadı,
O, zamanın həkimi.
Zamanın qarşısında
Dayanıb xəstə kimi...
Yağır bir-bir suallar:
- De görək, cəhənnəmin
Neçə yüz qapısı var?
Əsrin hər cəfasına
Dözüb dayanan insan, -
Əsrin cəhənnəmində
Alışıb-yanan insan
Sayır qapılarını
Xəyali cəhənnəmin...
Dözür, buna da dözür,
Ona vəsiqə gərək.
Özü bilir dalını...
Min cənnətə dəyişməz
O ki öz amalını.
Mənasiz suallara
Cavab verir
Birbəbir
O, bığaltı gülərək.
İyirmicə uşağa
________________Milli Kitabxana______________
111
Müəllim olmaq üçün
Ona vəsiqə gərək...
Axund nə biləydi ki,
Qarşısında dayanan
Milyonların ən böyük
Dahi müəllimidir.
Əsrin ağız dolusu
Həqiqət mahnısını
Ötən sarı simidir...
Böyük müəllim idi
O ki, vəsiqəsiz də.
O, əzilən xalqının
Üsyan deyən səsiydi.
Vətən üçün od tutub
Alovlanan ürəyi,
Onun vəsiqəsiydi.
O ürəyin başında
Qaysaqlanan yaralar,
Daim yanan yaralar,
Ən gözəl möhürüydü
Onun vəsiqəsinin...
Axundda ağıl hanı?
Düşünə dərin-dərin,
Axund nə biləydi ki,
Dayandığı minbərin
Kökünə balta vuran
Elə bunun özüdür.
Bu buxara papaqlı,
Bəstə boylu müəllim,
Xalqın görən gözüdür.
Axund nə biləydi ki,
Ona imtahan verən,
Bu məğmun, miskin insan –
şeirilə çoxdan çıxıb
Əsrin imtahanından,
Axund nə biləydi ki,
________________Milli Kitabxana______________
112
Millətin qulağına
Haqq sözü deyən budur –
Gündə min yol adını
Lənətlə yad etdiyi
"Ağlar-güləyən" - budur.
4. ÜMİD MƏKTƏBİ
"Yaşasın şəhriyari-hürriyyət"
Sabir
Onunçun həyat - ümid.
Onunçun zaman - ümid,
Onu ucaldan - amal,
Onu yaşadan - ümid.
Onun ümid günəşi
Aləmə şölə saçdı.
Dükanımı bağlayıb
"Ümid" məktəbi açdı.
Elə bil ki, bununla
O çatdı bəslədiyi
Hər arzuya, mətləbə.
Ümidini bağladı,
Bu ikicə sinifli
Balaca bir məktəbə.
O unutdu elə bil
Dərdini də büsbütün.
Dərs verdiyi hər uşaq
Bir ümid çırağıydı,
Bu böyük şair üçün...
"Mənim bağım, baharım,
Fikri işıqlı oğlum,
Məktəb zamanı gəldi,
Dur, yaraşıqlı oğlura".
Açdı şeirlərilə
O, yumulu gözləri,
________________Milli Kitabxana______________
113
Tanıtdı körpələrə -
Şanlı sabaha gedən
Cığırları, izləri...
Körpələrin gözündə
Nuh əyyammdan qalan
Vərdişləri qırdı o.
Onların ürəyində
Min çıraq yandırdı o.
Qanmaq öyrətdi Sabir,
Qandırdıqca onlara
Yanmaq öyrətdi Sabir.
Hər şeyin öz admı
Başa saldı o bir-bir.
Kor, donuq baxışlara
Görmək öyrətdi Sabir.
Nifrət öyrətdi Sabir
"Daş qəlbli insanlara" –
Buz tək soyuq qanlara.
Məhəbbət öyrətdi o,
"Fatma, tükəzbanlara".
Bir istiyə bərabər
Qızınmaq öyrətdi o.
Bir soyuğa bərabər
Üşünmək öyrətdi o.
Hər kəsə özünü yox,
Hamıya bir mətləbi
Düşünmək öyrətdi o.
O öyrətdi nobellər
Obasından baş alıb
Bura niyə gəlibdir?
Çaqqal dağdan arana
Hansı iyə gəlibdir?..
O öyrətdi niyə biz
Yadlar üçün bu qədər
Cazibədar olmuşuq,
Niyə yadı bəzəyib,
Özümüz xar olmuşuq?..
________________Milli Kitabxana______________
114
Balaca körpələrə
O öyrətdi ayıqlıq,
O öyrətdi sayıqlıq.
O öyrətdi vətənə,
Doğma elə sədaqət.
O öyrətdi dəyanət!
O söylədi: "Yaşasın
Şəhriyari-hürriyyət!"
O, bircə il dərs dedi
Bu "Ümid" məktəbində.
O, şeirilə beşcə il
Bütün Şərqə dərs deyib
Özgə məktəb yaratdı.
İlhamından, təbindən.
O, gülüş arxasından
Damcılayan göz yaşı! —
O - bizim şeirimizin
Ən böyük vətəndaşı!..
Dostları ilə paylaş: |