5. AMAL
"Seyli-tən oylə taməvvüca alıb dövrü bərim –
Bənzərəm bir qocaman dağa ki, dəryadə durar".
Sabir
Deyirlər, naşiri şeirləriçün,
Ona pul ayırdı on manat ayda.
Ancaq qəzəblənib nəyəsə bir gün,
Bu az raəbləği də göndərmir daha.
Axır ümidi də kəsilir tamam
Dayanmır, o yanır,
Yaradır yenə,
Coşur, əzildikcə daha da ilham,
Həqiqət naminə, düzlük naminə!
şeirinin, sözünün müqabilində,
Onun mükafatı hücumlar oldu.
Yalan danışmadı, onun dilində
Həqiqət əbədi bir şüar oldu.
________________Milli Kitabxana______________
115
Təhqirdən, təhdiddən hər saat, hər gün
Onun sinəsində neçə ox yanıb.
Sənət yollarında bir amal üçün
Bizmi çox yanırıq, omu çox yanıb?
Biz hara gedirik, gül, çiçək, alqiş,
O, hara gedibsə, min təhdid, hədə.
Bizimtək hörmətlə qarşılamamış,
Qəlbini gizlədib onu sevən də.
Özünü hörmətə layiq sanmadı,
Böyük qəlb xidmətə əvəz istəməz.
Hörmətlə, izzətlə qarşılanmadı,
Ən böyük hörmətə layiq olan kəs.
O, amal yolunda mücahid oldu.
O, nə pul tanıdı, nə alqış bildi.
Əzəldən ürəyin alovu, odu,
Hansı məbləğ ilə qiyas edildi?..
Yox, yox! İlham ki, var, könül atıdır,
Çapacaq həmişə o, harın-harın.
Öz qəlbinin səsi mükafatıdır,
Bir amal yolunda yaradanların.
Amal! Həqiqətin səsidir ancaq,
Onu boğ! Sinədə dayana bilməz.
Haqqı, ədaləti ayaqlayaraq,
Oda da atsalar o, yana bilməz!
İlham da amalın, məsləkin oğlu,
Amalın var isə, ilhamın da var.
Hünərlə açılar sənətin yolu!
Amalsız ürəkdə ilham yas tutar!
Sənət fədakarlıq, sənət cəsarət,
Sabir möhkəm durdu məslək atında.
Nə pul, nə mükafat, nə şan, nə şöhrət!
Ölçüsü amaldır istedadın da...
Bir amal eşqinə yaratdığından,
Dalğalar içində o, dağa döndü.
________________Milli Kitabxana______________
116
Elə ucaldı ki, o böyük insan,
Şərqin hər yerindən Şərqə göründü!
6. DƏRMAN
"Arizi qəmlər əlindən ürəyim şişmiş idi..."
Sabir
Sabirin "arizi qəmlər əlindən"
Ciyəri dağlandı, ürəyi şişdi.
O ürək dünyanı dərk edən gündən
Nə qədər cəfaya tab eyləmişdi.
Ən kiçik dərdi də azı min kərə,
Saldı ürəyinə hər saat, hər gün.
Qəlbinə saldığı sonsuz dərdlərə
Daş dözə bilməzdi, ət necə dözsün?..
Tiflisi dolandı, Bakıya gəldi,
Özünü göstərdi çox həkimlərə.
Hamısı toplandı, məclis düzəldi,
Yozdu xəstəliyi hərə bir yerə.
Həkimlər düşündü hey dərin-dərin,
Davalar, dərmanlar vermədi fayda.
Həkimlər bilmədi, dərdli şairin
Dərmanı tapılmaz əczaxanada.
Həkimlər bilmədi, bir xəstəliyin
Səbəbi həmişə eyni deyildir.
Həkimlər bilmədi, dərdli şairin
Dərmanı - azadlıq, loğmanı - eldir.
Həkimlər, həkimlər, sizdən əlhəzər!
Dərmanınız eyni, nüsxəniz eyni.
Yüz nədir, min nədir, neçə min yaşar,
İnsana versələr istədlyini!
Neçəniz bir yerə hey toplaşdınız,
Əlac tapmadınız bir dərdə yalnız.
Sabir təkbaşına arzularından
Yazdı milyonların dərdinə dərman!
Bakı, yanvar-fevral, 1962
________________Milli Kitabxana______________
117
Həkim dostum Cavanşir!
Bəşərin cismani ağrıları siz həkimlərin,
mənəvi ağrıları isə qələm sahiblərinin
ürəyindən keçir.
PROLOQ
Dodağımda:
"Beynəlmiləl" nəğməsi,
Qulağımda: hələ də
Əzilən millətlərin
Zəncir səsi,
ah səsi...
Qarşımda:
qoca Hemin
*
Dünyadan "Şikayəti".
Başımda:
Əsrimizin
ağırlığı,
siqləti...
Başımın üstündəsə:
Allahlara kar olub,
İnsanları eşidən,
İldırımdan od alıb
İnsanlığa bəxş edən,
Qartalın pəncəsində
Köksü qanlı Prometey.
(Nə üzündə əzab var,
Nə dilində bir giley).
*
Heminquey
TƏZADLAR
________________Milli Kitabxana______________
118
Xəyalımda,
Əhrimənlə Hörmüzün
Əbədi mübarizəsi...
Bir də... bu qayğılardan
Ayrılmaqçün,
Xəyyamın
Şərab dolu kuzəsi...
Düşünürəm...
Nə olsun,
Məndən dərin düşünmüş
Məndən ağıllı başlar.
Bir fayda verməmişdir
Düşüncələr,
qorxular,
həyəcanlar,
təlaşlar...
Dünya nemətlərindən
İlham düşdü payıma.
Yenə az-çox dünyanı
Dərindən
görmək üçün
İlham çatdı hayıma.
Bu ilham,
bu xəyalla
Dolandım
səhər-axşam
Başına dünyamızın.
Gördüm:
Günün,
Zamanın
Əməlləri
Yaraşmır
Yaşına dünyamızın.
Çox qocadır ərzimiz
Ancaq,
Başqadır bizim
Ərzimizə ərzimiz.
________________Milli Kitabxana______________
119
Tarixdəıı də qocadır,
Zamandan da qocadır,
Ancaq qocaman deyil,
Onu belə qocaldan
Vaxt deyil,
Zaman deyil.
Bir kainat əks olur
Bəzən bircə qətrədə.
Bir damlada,
gilədə.
O, necə qocadır ki,
Dərk edə bilməmişdir
Öz-özünü
hələ də.
Tələ quran dünyanın
Özü bu gün tələdə!..
İndi...
Sonsuzluqlara
Dikib
Gözünü dünya.
Boşluqlarda axtarır
Bəlkə
özünü dünya?..
Radiolar bu gün verir
Bizə dünya xəbərləri –
Təzə dünya xəbərləri.
Açır bizim önümüzdə
kitab kimi
Qitələri,
Şəhərləri..
Yəqin sabah verəcəkdir
O, kainat xəbərləri:
Ulduzlardan danışacaq
Ora uçaq,
bura uçaq!
Ulduzların arasında çəkiləcək
________________Milli Kitabxana______________
120
Körpülərdən danışacaq.
Radiolar bu gün verir
Bizə dünya xəbərləri-
Təzə dünya xəbərləri:
Birinci xəbər
Günün günorta çağı
Prezidenti vurdular.
Rücu:
Qəzetləri
gümanla,
şübhəylə
doldurdular.
Ayaq açıb şübhələr
Adamların dalınca
İlan kimi süründü.
Amerika
Başdan-başa
Qara şübhəyə döndü.
Bürüdü
ştatları
şəhərləri
Həyəcan.
Cinayət axtaranlar.
Əsl canidən özgə
Şübhələndi hamıdan.
Yazdı hüquqşünaslar.
Hərə öz gümanını
Yazdı,
bildi həqiqət.
Şübhə qaranlığında
İtirildi həqiqət.
Neçə dəfə,
________________Milli Kitabxana______________
121
Yalançı
Məhkəmələr quruldu.
Cani,
Yerlərin deyil,
Göylərin sirri oldu.
Aya,
Ulduza gedən
Sirli yollar tapıldı,
caniyə tapılmadı.
"Gördüm" deyən olmadı.
Oğul istər,
Bu sirrin
dənizinə baş vurub
qəvvas kimi üzəsi!
Bu da
əsrin,
zamanın
Bir özgə möcüzəsi!..
Uydurmanın,
Riyanın
Gah əskilən,
gah artan
Hüdudsuz arşınıyla
Həqiqət ölçülərmiş...
Bir nadanın əlində
Prezident də ölərmiş!..
İkinci xəbər
Yenə Çində "inqilab".
Bəli,
böyük bir ölkə
Düşübdür böyrü üstə.
Əqidələr cürbəcür,
Adamlar dəstə-dəstə.
Çıxıblar yollar üstə...
________________Milli Kitabxana______________
122
Rücu:
Qəfləti qasırğadan
Sınmış şüşələr kimi,
Könüllər - çilik-çilik.
Mədəniyyət adına
Hərc-mərclik,
vəhşilik!..
Mao deyir "allaham,
Gərək bu yer kürrəsi,
Mənim rəyimcə dönsün.
Mən nə düşünürəmsə,
Hamı elə düşünsün...
" Deyir, sənin yerinə,
Görürlər,
düşünürlər.
Yeddi yüz milyon cana
İki göz,
bir baş
yetər!..
Sən düşünüb
boş yerə,
Ağlına güc vermə, gəl!
Ən ağır yükdür ağıl.
Sən onu gəzdirmə, gəl.
Zamana bax,
Dərdə bax!
Ağır silahlar susub
Ağıllar döyüşəndə.
Yeddi yüz milyon ağlı
Bir ağıl salmaq istər
Bu gün,
qıfıla,
bəndə!..
Mümkünmü?
Yox!
Yaxşı bax!
________________Milli Kitabxana______________
123
Yaman yetişib zaman.
Döndərmək çox çətindir
Onu öz axarından.
Axar su kir götürmür.
Düşüncələr, ürəklər
Daha zəncir götürmür.
Mao,
Dünən sən özün,
İnqilab etmədinmi?
Azadlıq şüarıyla
Çini tərpətmədinmi?
Vətən sənin şəninə
Qoşduğu nəğmələrdə
Dedi: - Sən inqilabçın,
Azadlıqçın doğuldun,
Bəs bu gün azadlığa
Sən niyə qənim oldun?
Məni yaradıb
özün,
Mənim düşmənim oldun.
Nə qəribə zamandır
İnsan,
Gül də verirmiş
Dünən daş atdığına.
Bir gün,
düşmən olurmuş
Özü yaratdığına!..
Yazıçı Lao-Şenin son sözü
- Yatdıq boz səhrada, quru yerdə biz,
İllərlə yaşadıq səngərlərdə biz
Bilmədik rahatlıq, dinclik bircə gün.
Vuruşduq,
Qan tökdük bu günlər üçün.
________________Milli Kitabxana______________
124
Xalqın cəsarəti,
kini,
nifrəti.
Od oldu,
Yel oldu,
Tüğyana gəldi.
Özümüz yaratdıq bu cəmiyyəti,
Bu gün özümüzə düşmən kəsildi.
Haqsızlıq önündə səf çəkib durduq,
Məgər bu günçünmü biz vuruşurduq?
Çətməyə saldılar eşqi, ilhamı,
Bir cürə düşünsün dedilər, hamı.
Rücu:
Baxa da bilmirəm,
lap zəhləm gedir,
Mənim inkubator cücələrindən.
Hamısı bir rəngdə, bir biçimdədir
Seçə də bilmirsən biri-birindən.
Hamının əynində toxunma paltar,
Şişburun çəkmələr ayağımızda.
Ucalır yol boyu eyni binalar
Kibrit qutusutək sol-sağımızda...
Qəzet, kitabdan da gəlmişik cana,
Eynidir cümlə də, eynidir söz də.
Eyniyyət içiridə ürək bir yana,
Vallahı, yoruldu gözlərimiz də.
Fəlakət, bədbəxtlik, dərd ondadır ki,
Yaşadıq beləcə can güdə-güdə.
Fikri də,
hissi də,
biz paltar kimi
Dükandan alırıq eyni ölçüdə.
________________Milli Kitabxana______________
125
Azadlıq naminə qan tökən də biz,
Bu gün azadlığa sədd çəkən də biz.
Belə yaşamaqdan axı nə məna?
Deyə tapançanı sıxdı alnına...
Üçüncü xəbər
VYETNAMDA MÜHARİBƏ
Rücu:
Vyetnam, bu əzmi sən hardan aldın?
Bu əzmə, qüdrətə heyrandır cahan,
Dünyaya səs salan bir əjdahanın
Önündə dağ kimi necə durmusan?
Pentaqon düşündü,
Vuruşdan əvvəl
Yüz ölçdü, bir biçdi hər şeyi təkrar.
Sənin qüdrətini, sənin əzmini
Dəqiq maşınlarla hesabladılar.
Pentaqon düşündü döyüşdən qabaq:
On min neyləyəcək neçə yüz minə?
Maşın ömür kəsdi altı ay ancaq
Sənin iradənə, sənin əzminə.
Ağalar, maşına qəzəblənməyin,
Cansız rəqəmlərin nə günahı var;
Əzmi, iradəni özünüz deyin,
Necə hesablasın cansız maşınlar?
Maşın vara bilməz bu incəliyə,
Maşın zoru ölçər,
Gücü hesablar.
Maşın nə bilsin ki, "mən haqqam" - deyə,
Coşan ürəklərdə nə boyda güc var...
Deməyin günahkar maşınlar oldu,
Artıq sizin üçün işləmir zaman.
________________Milli Kitabxana______________
126
Maşın nə bilsin ki, bir ürək odu
Min qat qorxuludur yüz-yüz bombadan.
Haqqını dərk edən özünü anlar,
Bunu məndən yaxşı Pentaqon bilir.
Haqqın gözlərilə güllə atanlar
Nə qüvvət tanıyır, nə qanun bilir.
Dananq cəngəlliyi,
Gecə tən yan...
Qoca bir qan
Hərbi bazalara gedən yolları
Dolanır birbəbir, gəzir birbəbir.
Cızıb sinəsini xəritə çəkir...
Köksə köçürülür cığirlar, yollar.
(Burda yada düşür qədim nağıllar).
Özünü yetirir o, cəngəlliyə.
Mən də bu cığazı bacardım! - deyə
Bir xəritə kimi açır köksünü.
Qoca bir qanda bu qədər belə,
Şücaət, iradə bəs hardan oldu?
Deyərdim, ən aciz adamlar belə
İnamın gücünə qəhrəman oldu.
Vyetnam təpədir, düşməniysə dağ.
Deməyin bu qüdrət ona bəs hardan?
İnamdır,
inamdır,
inamdır ancaq.
Onu döyüşlərdən qalib çıxardan.
Vyetnam, qüvvət də, haq da səndədir,
Sənin bütün gücün əqidəndədir.
Güclüsən min dəfə öz düşmənindən,
Çünki o haqsızdır, haqsan amma sən.
Korun duyğusu da ona göz olar,
Əgər eşqi varsa, inamı varsa.
Gücsüzün bir gücü dönüb yüz olar
Özünə, haqqına o inanirsa.
________________Milli Kitabxana______________
127
Səhhətin qədrini yataqda bimar
qalandan soruş.
Azad yaşamağın qədrini ancaq,
zindanda dustaq
olandan soruş.
Azadlıq!
Azadlıq əldən getdimi,
Dünya da xəyala darısqal gələr.
İnsan azadlığı itirən kimi,
Bütün fəlakətlər dalbadal gələr.
Gedər ağızlardan dad da, ləzzət də,
Ağıl da, ürək də gülər arzuya.
Azadlıq olmayan bir məmləkətdə
Həqiqət riyadır, ədalət boya!
İnsan ürəyində kin də, nifrət də
Əbədi köz bağlar, bir anlıq olmaz.
Azadlıq olmayan bir məmləkətdə
Adamlar yaşayar, insanlıq olmaz.
Düşünən beyinlər sönər zülmətdə -
Yalanla həqiqət üzbəüz olar.
Azadlıq olmayan bir məmləkətdə
Düz əyri adlanar, əyri düz olar.
İdrak da boğular, söz də, sənət də,
Ağıl kilidiənər dildə, dodaqda:
Azadlıq olmayan bir məmləkətdə
Nadan başda gəzər, aqil ayaqda.
Bunları apaçıq sən bildiyindən,
Azadlıq yolunda döyüşə girdin.
Axı, azadlığın ləzzətini sən
Qədim tarixindən yaxşı bilirdin.
________________Milli Kitabxana______________
128
Rücu:
Filin ayağına hələ körpəykən
Zəncirli, qıfıllı qandal vurdular.
Niyə?
Çünki filin gələcəyindən,
Ağır zərbəsindən çox qorxurdular.
Günlər aya döndü,
aylar il oldu.
Böyüdü,
bala fil, yekə fil oldu.
O, elə bildi ki, elə sandı ki,
Bəzəkdir, ziynətdir qandallar filə.
Fil elə bildi ki, elə qandı ki,
Dədə, babası da yaşamış belə.
Onu incitmədi bu dustaq halı,
"Yəqin ki, bu mənim haqqımdır" - dedi.
Fil öz ayağında gördü qandalı,
Məhbus olduğunu qana bilmədi...
Zərərsiz heyvandır gördülər bu fil,
Azad elədilər onu zəncirdən.
Ancaq... elə bil ki, o, heç fil deyil,
Bir addım atmadı durduğu yerdən.
"Yeri! Yeri!" - deyə vurdular onu.
Qalxmadı,
Qamçıya başını əydi.
Axı, azadlığın nə olduğunu
Fil hardan biləydi, fil nə biləydi.
Vyetnam, sökülür üfüqlərdə dan,
Sənə arxa durur solun, sağın da.
Həmişə sən azad yaşadığından,
Bilirsən qədrini azadlığın da.
________________Milli Kitabxana______________
129
İşığın qədrini sinəsi dağ-dağ,
Gözləri sonradan tutulan bilər.
Azad yaşamağın qədrini ancaq
Həbsdə sinəsi köz olan bilər.
Baş açıq,
Əl yalın,
Ayaqlar yalın,
Amerika əsgəri qaçdı cəbhədən.
Dedi: - Vətənini qoruyanların
Qanını tökməkdə haqlıyammı mən?
Dedi: - Vyetnama gəldiyim ilk gün
Vicdanım təmizdi,
Alnım açıqdı.
Demə, aldadıblar bizi büsbütün,
Həqiqət burada qarşıma çıxdı.
Belə anlatmışdı zabitlərimiz:
Ədalət, azadlıq əsgəriyik biz.
Qədim Vyetnama gedirik bu gün
Onların haqqını qoramaq üçün.
Kimdən?
Çox düşündüm bu sualı mən.
Sonra başa düşdüm:
Öz-özlərindən!..
Millət bir,
Vətən bir,
hava bir,
su bir.
Yol iki,
söz iki,
təriqət iki.
Qardaşı qardaşa düşmən edibdir
Bir ana torpağın iki məsləki,
________________Milli Kitabxana______________
130
Bir boyük məmləkət, qanammıram mən,
Saxta kağızlara necə büküldü?
Qara siyasəti Ağ evin, dünən
Bir xalqı, bir yurdu ikiyə böldü.
İnsan bəd ayaqda hər şeyi anlar,
Qılınc kəsə bilir bəzən qında da.
Mən burda ilk dəfə gördüm,
yalanlar
Olurmuş həqiqət paltarında da.
Ax, rəngli cümlələr, boyalı sözlər,
Abırlı
ismətli,
həyalı sözlər.
Mən görə bilmədim o zaman neçin,
Arxanızda duran o haqsızlığı?
Bircə mənası var dedim hər sözün
Mən seçə bilmədim qaradan ağı.
Mən indi bilirəm, bilirəm artıq
Nədir əsl həyat,
Əsl azadlıq!
Biz ağ yalanlara çox uymuşuq, çox,
Deməyin dərisi qalma vay, vay!
Deyin, həqiqətin paltarını yox,
Özünü görənin halına vay, vay!
Sözün bəzəyini, saxta zərini
Mən indi görürəm, təcrubəm ki, var.
Böyük cənabların dediklərini
Tərsinə çevirsən həqiqət olar.
Onlar "silahları ləğv edək!" - deyir
Onlar silahlanır gizlində ancaq.
Heç kəs bir-birinə könül verməyir.
Söz alıb söz verir hey qucaq-qucaq.
________________Milli Kitabxana______________
131
İnamlar naminə söz yığm-yığm,
Bağlanır birbəbir müqavilələr.
Deyirəm, əslində inamsızlığın
Ən böyük rəmzidir müqavilələr...
Cənablar "silahlar məhv olsun" deyə,
Bir-bir imza atır müqaviləyə.
Danışıb gülürlər lap şirin-şirin,
Gülüşlər dalında işlər gizlənib.
Qalxıb görüşürlər...
bu görüşlərin
Dalında qıcanan dişlər gizlənib.
Ax, niyə, ax, niyə bunları bildim?
Mən diri ölüydüm.
bilib dirildim.
Bildim...
Ax, bu yükü götürmür ürək.
Bildim...
Nədən ötrü?
De, kimdən ötrü?
Əgər bilməsəydim...
başqalarıtək,
Mən də yaşayardım bir insan ömrü...
Yalana, böhtana biz çox uymuşuq,
Deməyin dərisi qalına vay, vay!
Deyin, həqiqətin paltarmı yox,
Özünü görənin halına vay, vay!
Hər gün bir ölkədə qopur vəlvələ,
Zalimlər, zülümlər gəldi-gedərdir,
Bəşərin tarixi - qədimdən hələ
Azadlıq yolunda çəkişmələrdir.
Azadlıq alınar, yaddan umulmaz,
Azadlıq verilməz ərməğan təkin.
Verilən azadlıq azadlıq olmaz,
Başqa bir rəngidir o, əsarətin.
________________Milli Kitabxana______________
132
Şərəfdir ölmək də azadlıq üçün,
Bu məslək dəyməzmi bütün dinlərə?
Deyirəm, eşq olsun dünən və bu gün
Azadlıq yolunda can verənlərə!
Azadlıq - həyatın ən parlaq gözü,
Azadlıq - ən uca, ən şanlı bayraq.
Azadlıq arzusu, azadlıq sozü
Dünyanın ən böyük dinidir ancaq.
Azadlıq - cəsarət, azadlıq - hünər.
Azadlıq əsgəri heç əyilərmi?!
Bütün xalqlar üçün azadlıq qədər
Böyük bir səadət ola bilərmi?
Məzlumun yurdunda bostan əkibdir,
Zülmü öz içində qocaldan ölkə.
Bu gün azadlığa qılınc çəkibdir,
Azadlıq heykəli ucaldan ölkə.
Bəs o, necə danır axan qanları?
Bu saxta rənglərdən, de, nə göturdük?
Daim həqiqətdən dəm vuranları
Həmişə biz belə yalançı gördük.
Mən "hayıf' demərəm tutub əlini
Azadlıq yolunda axan qanlara.
Alqış! Azadlığın tunc heykəlini,
Qəlbində yaşadan mərd insanlara!
Dördüncü xəbər
Cənab Conson narahat,
Ledi Conson narahat –
Amerikada oğurluq,
Artır,
Artır
hər saat.
________________Milli Kitabxana______________
133
Rücu:
Xırda oğurluqların
Törətdiyi cinayət,
Böyük oğurluqların
Dəhşətindən ağırımış...
Xanım Conson
Ölkənin
Kübar xanımlarını
Məşvərətə çağırmış:
- Kimdir burda günahkar?
- Neyləmək?
- Bir-bir deyin,
Kimin nə təklifi var?
-Qaranlıqdır küçələr,
İşıqları çoxaltmaq!
- Bəlkə... valideynlər...
- Yox-yox! Nə danışırsan
Günahkar əsrimizdir,
Qızışıbdır beyinlər...
Söz verilir Ertaya –
Zənci müğənnisinə:
-Gərək bütün ürəklər
Vicdan, insaf odunun
Atəşinə isinə.
Varmı bizdə bu vicdan?
- Erta, nə danışırsan?
- Mən nə danışdığımı
Bilirəm...
qulaq asın.
Kim istər,
öz ölkəsi
Yad ellərdə talansın?
Ölkəmizin içində
Oğurluğa dözməyib,
Qanunu bərkitmişik.
Ancaq yad ölkələrə
Oğurluğa getmişik!
________________Milli Kitabxana______________
134
Beşinci xəbər
Cənab Conson
Görk üçün
Əmr edir qəzetlərə:
" - Bildirsinlər Ağ evin
Növbəti xəbərini:
Prezident çəkinmədən
Vyetnama göndərir
Öz qızının ərini"
Rücu:
Tez yayır bu xəbəri
"Amerikanın səsi" də:
"Ədalətin naminə"
Vyetnamda döyüşür
Consonun yeznəsi də.
Yazdı başqa qəzetlər:
"Bu da prezidentin
Əzmidir,
Hünəridir..."
Ancaq... heç yazmadılar
Vyetnamda döyüşən
Consonun tək qızının
Səkkizinci əridir...
Çox da ata göndərir,
Bu gedər gəlməz yola
Razılaşdı nədən qız?
Doqquzuncu,
Onuncu
Ərlərə getməzmi bəs
Səkkizinə gedən qız?..
________________Milli Kitabxana______________
135
Dostları ilə paylaş: |