Həyat səviyyəsi dedikdə nə başa düşülür? Həyat səviyyəsi dedikdə hər bir ayrıca fərdin, ailənin, yaxud da əhalinin sosial qrupunun sərəncamında olan əmtəə və xidmətlərin toplusu nəzərdə tutulur. Bu zaman həyat səviyyəsinin ən mühüm göstəricisi kimi ev təsərrüfatlarının özlərinə lazım olan əmtəələri, xidmətləri və müxtəlif aktivləri satın almağa imkan verən gəlirlərin kəmiyyəti əsas götürülür.
Həyat səviyyəsi kəmiyyətcə necə müəyyən olunur?
Həyat səviyyəsi kəmiyyətcə ayrı-ayrı məhsul növləri üzrə natura ifadəsində, ümumi şəkildə isə dəyər formasmda müəyyən olunur.