Əsas fondlann vəziyyətinə hansı göstəricilərə əsasən xarakteristika vermək olar?
Əsas fondların köhnəlmə əmsalı nəyi ifadə edir və düsturu?
Əsas fondlarin yararlılıq əmsalı nəyi ifadə edir və düsturu?
Əsas fondlann vəziyyətinə aşağıdakı göstəricilərə əsasən xarakteristika vermək olar: 1) əsas fondların köhnəlmə əmsalı; 2) əsas fondlarin yararlılıq əmsalı. Bu göstəricilər müəyyən bir tarixə, adətən dövrün əvvəlinə və axırına hesablanır.
Əsas fondlardan istifadə göstəriciləri hansılardır?
Əsas fondlardan istifadə göstəricilərinə aşağıdakılar aiddir:
1)fondverimi; 2) fondtutumu.
Fondverimi göstəricisi nəyi ifadə edir və düsturu?
Fondtutumu göstəricisi nəyi ifadə edir və düsturu?
Fondverimi göstəricisi əsas fondların 1 manatına düşən məhsulun dəyərini ifadə edir. Bu, əsas fondlardan istifadənin birbaşa göstəricisidir.
Fondtutumu göstəricisi əsas fondlardan istifadənin, əgər belə demək mümkündürsə, tərs üzüdür. Bu göstərici vahiddən nə qədər kiçik olsa, bir o qədər yaxşıdır. Fondtutumu istehsal olunan məhsulun hər manatına düşən əsas fondların dəyərini göstərir və aşağıdakı düsturla hesablanır:
Fondverimi aşağıdakı düsturla hesablanır:
Burada: Q - buraxılmış məhsulun həcmini göstərir.
Demoqrafiya statistikası nəyi öyrənir?
Demoqrafiya statistikası əhalinin sayı və tərkibindən, miqrasiyasından, doğum, ölüm, evlənmə və boşanma hallarından və s. məsələlərdən bəhs edir.
Əhalinin tərifi.
Müəyyən inzibati ərazidə yaşayan adamların məcmusuna əhali deyilir ki, onların sayı təbii və mexaniki hərəkəti nəticəsində daima dəyişilir və müstəqil öyrənmə tələb edir.
Əhali statistikasının predmetini nədir?
Əhali statistikası öz predmetini konkret zaman və məkan daxilində öyrənir və onun hərəkətinin təbii, mexaniki və sosial formalarını aşkar edir.
Əhalinin təbii hərəkəti dedikdə nə başa düşülür?
Əhalinin mexaninki hərəkəti dedikdə nə başa düşülür?
Əhalinin sosial hərəkəti dedikdə nə başa düşülür?
Əhalinin təbii hərəkəti dedikdə əsasən doğum və ölümü, mexaniki hərəkəti onun öz daimi yaşayış yerini dəyişməsi, sosial hərəkəti dedikdə isə əhalinin sosial həyat şəraitinin dəyişməsi nəzərdə tutulur.
Əhali statistikasının vəzifələri hansılardır?
Beləliklə, nəzərdən keçirilənləri ümumiləşdirməklə demək olar ki, əhali statistikası aşağıdakı vəzifələri yerinə yetirir:
əhalinin sayını və ölkə ərazisində yerləşməsini öyrənir,
müxtəlif sosial-iqtisadi səbəb və amillərin təsiri ilə əhalinin sayı və tərkibində baş verən dəyişiklikləri aşkara çıxarır, onları sistemləşdirir və təhlil edir;
əhalinin tərkibini (cinsi, yaşı, milli tərkibi, sosial vəziyyəti, təhsili, məşğulluğu və i. a.) müəyyənləşdirir;
əhalinin təbii hərəkətini (doğum, ölüm, bağlanmış nikahların və boşanmaların sayı və səbəbləri) təhlil edir;
əhalinin miqrasiyasını öyrənir;
əhaliyə sosial xarakteristika verir.
Əhalinin siyahıyaalınması dedikdə nə başa düşülür?
Əhalinin siyahıyaalınması – müəyyən vaxt anına ölkənin hər bir sakinini səciyyələndirən demoqrafik, iqtisadi və sosial məlumatların toplanmasının elmi surətdə təşkil olunmuş statistika işidir.
Azərbaycanda neçə dəfə siyahıya alınma olub hansı illərdə?
Azərbaycan Respublikasında əhalinin ilk müstəqil siyahıyalınması 1999-cu ildə keçirilmişdir.
Əhali kateqoriyaları balansının düsturu?
Əhali kateqoriyaları balansının düsturu nə üçün lazımdır?
Beləliklə, bu əhali kateqoriyaları arasında asılılıq vardır. Bu asılılıq əhali kateqoriyaları balansını ifadə edir. Bunu aşağıdakı kimi yazmaq olar:
DƏ = MƏ + MG - MY;
MƏ = DƏ + MY - MG
Burada: DƏ - daimi əhali; MƏ - mövcud əhali; MY - müvəqqəti yaşayanlar; MG - müvəqqəti getmişlər deməkdir.
Bu, məsələn, beynəlxalq müqayisə aparmaq, yəni hər nəfərə düşən məhsul istehlakı (ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, taxıl, elektrik enerjisi, avtomobil və i.a.) göstəricilərini, habelə əhalinin doğum, ölüm, təbii artım əmsallarını hesablamaq üçün lazımdır.
Əhalinin orta illik sayının hesablanma düsturu?
Əhalinin orta illik sayı ( ) (yaxud da hər hansı bir zaman kəsiyi üzrə) onun haqqında ilin əvvəlinə (Sə və ya ) və axırma (Sa) olan məlumatlara əsasən sadə hesabı orta kəmiyyət kimi aşağıdakı düsturla hesablanır:
Orta illik sayı xronoloji orta kəmiyyətin düsturu?
Əhalinin sayı haqqında verilmiş məlumatlar arasındakı intervallar eyni olduqda (məsələn, hər ayın 1-i vəziyyətinə) onun orta illik sayı xronoloji orta kəmiyyətin aşağıdakı düsturu ilə müəyyən edilir:
Əhalinin orta illik sayının çəkili düsturu?
Əhalinin orta illik sayının yaşama müddəti nəzərə alınmaqla hesabi orta kəmiyyətin çəkili düsturu ilə hesablanması daha düzgündür:
Burada: S -əhalinin sayını, f- s qədər əhalinin yaşadığı müddəti (adətən ayların sayını) göstərir.
Əhalinin təbii hərəkəti (təkrar istehsalı) dedikdə, doğum və ölüm halları nəticəsində insan nəsillərinin dəyişməsi nəzərdə tutulur. Evlənmə və boşanma halları da buraya aiddir.
Əhalinin hərəkətinə dair hansı göstəricilər hesablnır?
Əhalinin hərəkətinə dair aşağıdakı mütləq göstəricilər hesablanır: 1) bir ildə doğulan və ölənlərin sayı; 2) əhalinin təbii artımı (doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq); 3) əhalinin mexaniki hərəkəti.
Əhalinin təbii hərəkəti əmsalları hansı düsturlarla hesablanır?
Əhalinin təbii hərəkəti əmsalları aşağıdakı kimi hesablanır:
Əd
Əö
Ət.a
N- doğulanların sayı, M- ölənlərin sayı
Əhalinin miqrasiyası onun daimi yaşayış yerini dəyişməklə ölkə ərazisində və ölkələr arasında hərəkətidir. Buna əhalinin mexaniki hərəkəti də deyilir
Mİqrasiya haqqında nə danışa bilərsiz?
Daxili və xarici miqrasiya fərqləndirilir. Əhalinin ölkə daxilində yaşayış yerini dəyişməsinə daxili miqrasiya, bir ölkədən başqa ölkəyə köçməsinə isə xarici miqrasiya deyilir.
Miqrasiya öz istiqamətinə görə bir-birinə əks olan iki axından ibarətdir: müəyyən yaşayış məntəqəsinə əhalinin köçübgəlməsi immiq-rasiya, bu məntəqədən getməsi isə emiqrasiya adlanır.
Əhalinin mexaniki hərəkətinin əsas göstəriciləri hansılardır?
Əhalinin mexaniki hərəkətinin əsas göstəriciləri:
Əmək bazarı statistikasının əsas anlayışları hansılardır?
Əmək bazarı statistikasının əsas anlayışlarına iqtisadi fəal əhali, məşğulluq və işsizlik, iş vaxtı və ondan istifadə, əmək münaqişələri daxildir
Əmək bazarı statistikasının məlumatlarından dövlətin sosial-iqtisadi siyasətinin işlənib hazırlanmasında istifadə olunur.
Məşğulluq və işsizlik səviyyəsi isə iqtisadiyyatın vəziyyəti və inkişafını səciyyələndirən çox mühüm makroiqtisadi göstəricilərdir.
Əmək bazarı statistikası vəzifələri hansılardır?
Bütün bunlara uyğun olaraq əmək bazarı statistikası aşağıdakı vəzifələri yerinə yetirir:
iqtisadi fəal əhali, iqtisadiyyatın sahələri və müxtəlif peşələr üzrə onun sayı və məşğulluğu, habelə işsiz əhali haqqında cari məlumatları toplayır, işləyir və təhlil edir;
işçi qüvvəsinin hərəkəti haqqında məlumatları öyrənir;
əmək ehtiyatları balansını tərtib edir;
vaxt fondu və onun quruluşu haqqmda məlumatları toplayır, təhlil edir, iş vaxtından istifadə göstəricilərini hesablayır;
əmək münaqişələri haqqmda məlumat toplayır, sahələr və başvermə səbəbləri üzrə onları səciyyələndirən göstəriciləri hesablayır.
Əmək resurslarının tərifi.
Əmək resursları– istehsalın ən mühüm və fəal ünsürüdür. Əmək resursları statistikası: əmək qabiliyyətli əhali, əmək ehtiyatları və məşğul olan əhali kimi bir-birilə sıx əlaqədar olan kateqoriyaları əhatə edir.
Əmək ehtiyatları (resursları) balansının tərifi.
Əmək ehtiyatları (resursları) balansı - əmək ehtiyatlarının sayı və tərkibi, onların iqtisadiyyatın sahələri və mülkiyyət formalarına görə iqtisadi fəal və iqti sadi qeyri-fəal əhaliyə bölgüsünü özündə əks etdirən göstəricilər siste midir.
Əmək ehtiyatları balansı neçə bölmədən ibarətdir və izahı.
Əmək ehtiyatları (resursları) balansı iki bölmədən ibarətdir. Birinci bölmədə əmək ehtiyatlarının formalaşması mənbələri, ikinci bölmədə isə onların məşğul və məşğul olmayan əhaliyə bölünməsi göstərilir. Məlum olduğu kimi, əmək ehtiyatları dedikdə əmtəə və xidmətlərin istehsalında iştirak etmək imkanına malik hər iki cinsdən olan şəxslər nəzərdə tutulur.
Əmək ehtiyatları (resursları) balansını tərtib etmək üçün əsas məlumat mənbələri hansılardır?
Əmək ehtiyatları (resursları) balansmı tərtib etmək üçün əsas məlumat mənbələri aşağıdakılardır:
əmək qabiliyyətli yaşda əhalinin sayı haqqında əhali statistikasının cari məlumatları;
müəssisə və təşkilatların illik hesabatlarına əsasən işçilərin orta siyahı sayının hesablanması;
əhalinin sosial müdafiəsi orqanlarının əmək qabiliyyətli yaşda işləməyən əlillər və pensiyaçıların sayı haqqında məlumatı;
istehsalatdan ayrılmaqla təhsil alanlar haqqında (16 və daha yuxarı yaşda) ümumtəhsil müəssisələrinin məlumatı;
təsadüfi işləri yerinə yetirən kəndli (fermer) təsərrüfatlarında məşğul olan şəxslər, kömək edən ailə üzvlərinin və digər kateqoriyadan olanların, qeyri-rəsmi bölmədə məşğul olan şəxslərin sayı haqqında məlumat;
Əhalinin məşğulluğu statistikasının əsas göstəricilərindən biri işə düzəlmək üçün məşğulluq xidməti orqanlarına müraciət etmiş şəxslərin sayı və tərkibidir.
İqtisadi fəal əhali kimlərdir?
Əhalinin, əmtəə və xidmətlərin istehsalı prosesində iştirak etmək üçün öz əməyini təklif etmək iqtidarında olan hissəsinə iqtisadi fəal əhali deyilir.
Beynəlxalq statistika standartlarında göstərilir ki, “iqtisadi fəal əhali” termini istifadə olunduğu müddətin uzunluğundan asılı olaraq iki cəhətdən nəzərdən keçirilə bilər: 1) bir günə və ya bir həftəyə bərabər qısa zaman kəsiyində mövcud olan iqtisadi fəal əhali. Bu əhali kateqoriyası həmin dövr üçün iqtisadi fəal əhali hesab oluna bilər və əslində “işçi qüvvəsi” anlayışına uyğun gəlir; 2) uzun bir müddəti əhatə edən dövr üzrə iqtisadi fəal əhali.
Əmək qabiliyyətli əhalinin sayının tapılması üçün neçə üsul var hansılardır?
Əmək qabiliyyətli əhalinin sayının tapılması üçün demoqrafik üsulun düsturu?
Əmək qabiliyyətli əhalinin sayının tapılması üçün İqtisadi üsulun düsturu?
Əmək qabiliyyətli əhalinin sayının tapılması üsulları:
Demoqrafik üsul:
Sər=Sifə-Sin+Syy+Spens
Sər - Əmək resursları, Sifə- iqtisadi fəal əhali, Sin- iş qabiliyyətli yaşında I və II qrup əllilər, Syy - 16 yaşa qədər yeniyetmələrdə işləyənlər, Spens - pensiyada olub işləyənlər.
İqtisadi üsul:
Sər=Sməş+Sei+Syy+Sişsiz+Sqal
Sməş- Fərdi, köməkçi və fermer təsərrüfatlarında işləyənlər də daxil olmaqla məşğul əhalinin sayı, Sei - iqtisadi fəal əhali daxilində ev işləri və uşaqların tərbiyəsi ilə məşğul olanlar, Syy - istehsalda fasilə ilə iştirak edən 16 yaşdan böyük yeniyetmələr, Sişsiz - işsizlərin sayı, Sqal- yerdə qalan iqtisadi fəal əhali yaşında olanlar.
İqtisadi fəal əhalinin orta illik sayının tapılması düsturu?
İqtisadi fəal əhalinin orta illik sayı ( ifə) (yaxud da hər hansı bir zaman kəsiyi üzrə) onun haqqında ilin əvvəlinə ( ) və axırına ( ) olan İqtisadi fəal əhalinin məlumatlarına əsasən sadə hesabı orta kəmiyyət kimi aşağıdakı düsturla hesablanır:
İqtisadi fəal əhalinin haqqında verilmiş məlumatlar arasındakı intervallar eyni olduqda onun orta illik sayı aşağıdakı düsturu ilə müəyyən edilir:
Moment dinamik siralarda qeyri beraber interval
İqtisadi fəallıq əmsalı nəyə deyilir və düsturu?
İqtisadi-fəal əhalinin sayının əmək qabiliyyətli əhalinin sayına faiz nisbətinə əhalinin iqtisadi fəallığı əmsalı deyilir.
müəyyən etmək olur.
Ölkə əhalisinin yaş tərkibi dövlətin әmәk ehtiyatları ilə təmin olunmasının əsas göstəricisidir. Əmək ehtiyatları yaşı 16–65 olan və əmək qabiliyyətinə malik, işləməyə hazır olan əhalidir.
Əmək qabiliyyətinə malik olan və hər hansı sahədə işləyənlər iqtisadi cәhәtdәn fәal әhali adlanır. Əmək ehtiyatlarının tərkibinə həm də işsizlәr daxildir. İşsizlər işləmək istəyən və işaxtaran insanlardır.
Əmək ehtiyatlarının hərəkətini təhlil etmək üçün hansı nisbi göstəricilərdən istifadə olunur?
Əmək ehtiyatlarının hərəkətini təhlil etmək üçün aşağıdakı nisbi göstəricilərdən də istifadə olunur:
Bu göstərici işə qəbul və işdən çıxarılma üzrə əmsalların cəmi kimi də hesablana bilər. İşçi qüvvəsinin ümumi dövriyyəsi əmsalı təhlil olunan dövrdə işçi qüvvəsinin hərəkətinin intensivliyini səciyyələndirir.
Dostları ilə paylaş: |