Əhalinin həyat şəraitini səciyyələndirmək neçə səviyyə var hanslılardır?
bolluq;
normal səviyyə;
kasıblıq;
dilənçilik.
Həyat səviyyəsi statistikasının əsas vəzifəsi nədir?
Həyat səviyyəsi statistikasının əsas vəzifəsi əhalinin həyat səviyyəsi göstəricilərinin hesablanması və təhlili metodologiyasını və habelə həyat səviyyəsinə təsir edən amillərin öyrənilməsi metodlarını işləyib hazırlamaqdan ibarətdir.
Əhalinin həyat səviyyəsi neçə aspektdə öyrənilir?
Əhalinin həyat səviyyəsi üç aspektdə öyrənilir: bütün əhaliyə, onun sosial qruplarına, gəlirləri müxtəlif olan ev təsərrüfatlarına münasibətdə.
Statistikada əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəriciləri hansılardır?
Statistikada əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricilərinə aşağıdakılar daxildir: insan inkişafı indeksi, doğulanda gözlənilən ömür indeksi, əldə edilmiş təhsil səviyyəsi indeksi, adambaşına düşən real ÜDM indeksi.
Gözlənilən ömür müddəti, təhsil indeksi düsturu?
LE — Gözlənilən ömür müddəti
MYS — Əhalinin orta təhsil müddəti (illərlə)
EYS — Təhsili davam edənlərin gözlənilən təhsil müddəti (illərlə)
Əhalinin gəlirləri haqqında nə bilirsiz?
Gəlirlər, həmçinin, sərəncamda olan və mobil gəlirlərə bölünür. Sərəncamda olan gəlirlər ümumi pul gəlirlərindən məcburi ödəmələri və vergiləri çıxdıqdan sonra qalan pul kütləsidir.
Ümumiyyətlə pul gəlirləri 2 şəkildə olur: real və nominal. Nominal pul gəlirləri qiymətlər səviyyəsinə görə korrektə olunmamış, real pul gəlirləri isə əksinə korrektə olunmuş pul gəlirləridir. Real pul gəlirləri aşağıdakı kimi hesablanır:
Real pul gəlirlərinin düsturu.
Qiymət indeksi aşağıdakı düsturla hesablanır:
Başqa sözlə real gəlirlər bilavasitə pulun alıcılıq qabiliyyətini xarakterizə edir.
Ev təsərrüfatlarının xərcləri hansı şəkildə bölmələrə ayrılır?
Ev təsərrüfatlarının xərcləri ümumi şəkildə aşağıdakı şəkildə bölmələrə ayrılır:
istehlak xərcləri(ərzaq, qeyri-ərzaq malları, xidmətlər);
istehlak ilə bağlı olmayan xərclər(vergi, yığım, ödəmə, kreditin bağlanması, ssudanın və ya borcun qaytarılması, daşınmaz əmlakın əldə edilməsi, yığım və s. );
şəxsi həyətyanı təsərrüfatın saxlanılmasına xərclər;
sahibkarlıq fəaliyyətinə xərclər.
Dostları ilə paylaş: |