ĠNTERNET MEDĠASININ TƏNZĠMLƏNMƏSĠ: HÖRÜMÇƏYĠ TORA SALMAQ OLARMI? (II yazı)
Qanunvericilik bazası
―Azərbaycanda internet mediasının tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi problem mövcud deyil. Daha
doğrusu, bu sektorun məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac
yoxdur. Sadəcə, mövcud qanunları müəyyən qədər inkişaf etdirmək olar‖. Media Hüququ İnstitutunun rəhbəri
Rəşid Hacılı belə deyir.
Ekspertin ―Media forum‖a verdiyi açıqlamaya görə, internet mediasının məzmun baxımından tənzimlənməsi ilə
bağlı qanunvericilik bazası yetərlidir: ―KİV haqqında qanunda medianın digər subyektlərinə aid edilən
tənzimləmə internet mediasına da aiddir. Tutaq ki, hansısa özəl məlumatı yaymaq və ya kimisə təhqir etmək
qəzet üçün hansı hüquqi məsuliyyəti yaradırsa, internet saytı üçün də o məsuliyyəti yaradır. Sadəcə, mövcud
qanunvericiliyi müəyyən qədər inkişaf etdirmək olar. Məsələn, diffamasiya haqqında qanunun qəbulunu
sürətləndirmək lazımdır‖.
Rəşid Hacılı Azərbaycanda internet mediasının texniki və infrastruktur baxımından tənzimlənməsi ilə bağlı
qanunvericilik və təcrübə problemlərinin olduğunu söyləyir.
―İREX-Azərbaycan‖ media təşkilatının hüquqşünası Ələsgər Məmmədli də internet mediasının
qanunvericilikdə subyekt olaraq qəbul olunduğunu deyir və ―KİV haqqında‖ qanunun əsas anlayışlarına istinad
edir: ―Həmin bölmədə kütləvi informasiya vasitələrinin formaları göstərilib: dövri mətbu nəşrlər - qəzet, jurnal,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
84
toplu, bülleten və başqa nəşrlər; teleradio proqramları; informasiya agentlikləri; internet; kinoxronika
proqramları və digər yayım formaları. Göründüyü kimi, Azərbaycan qanunvericiliyində internet medianın bir
qolu olaraq qəbul edilib və bu sahədəki tənzimləmələrə media aspektindən baxmaq lazımdır. Bu o deməkdir ki,
kütləvi informasiya vasitələrinin hüquq və vəzifələrinə dair qanunvericilikdəki normalar teleradiolara, mətbuata,
informasiya agentliklərinə şamil olduğu qədər internet üzərindən yayımlanan bütün formalı yayımlara da
aiddir‖.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bu sahədə qanunvericiliklə bağlı ciddi
problemlərin olduğunu düşünmür: ―Rəsmi nümayəndələr çıxışlarında onu vurğulayırlar ki, internetdə hansısa
zərərli informasiyalar, təhqirlər və digər bu kimi məsələlər yer alır və bu səbbədən tənzimləməyə ehtiyac var.
Amma məncə, bu əndişələri əsas gətirib internet mediasını tənzimləmək cəhdində bulunmaq əsassızdır. Çünki
bu məsələlərlə bağlı qanunvericilik var. ―KİV haqqında‖ qanun, İnzibati Xətalar Məcəlləsinin, Cinayət
Məcəlləsinin müvafiq maddələri, ―Uşaq hüquqlarının müdafiəsi haqqında‖ qanunun müddəaları internetdə
ortaya çıxacaq belə problemləri tənzimləməyə yetir. Ona görə də mən hesab edirəm ki, bu sahədə yeni
qanunvericilik təşəbbüsləri ilə çıxış etmək internet mediasının fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib‖.
Osman Gündüz ölkə rəsmilərinin beynəlxalq təcrübədən çıxış edərək tənzimləmə metodları təklif etdiklərini,
amma bunun yanlış olduğunu bildirir: ―Bakıda təşkil olunan konfransda da demokratik nəzarət mexanizmləri ilə
bağlı fikirlər səsləndi. Amma hətta bu mexanizmləri də Azərbaycana tətbiq etmək təhlükəlidir. Hansısa qurum
yaradıb və ya hansısa quruma səlahiyyət verib internet mediasına nəzarəti ona həvalə etmək demokratik ənənəsi
olan ölkələrdə problem yaratmaz. Amma Azərbaycan kimi demokratik ənənəsi olmayan ölkələrdə bu qurum
dərhal senzora çevriləcək. Azərbaycanda hələlik internetə ali hakimiyyət səviyyəsində senzura yoxdur. Amma
belə faktlar olub ki, ayrı-ayrı məmurlar səviyyəsində provayderlərə təzyiqlər edilib, hansısa saytlar bağlanıb. Bu
da demokratik ənənənin olmamasının göstəricisidr.
Ona görə də hətta demokratik ölkələrdəki ən gözəl qanunları ştamplayıb tətbiq etmək də bizdə senzura ilə
nəticələnəcək. Bu səbəbdən də, məncə, tənzimləməyə tələsmək lazım deyil. Üstəlik, Azərbaycanda internet
mediası ilə bağlı elə ciddi problemlər də yoxdur ki, xüsusi tənzimləməyə ehtiyac olsun. İnternetin həyat tərzinə
çevrildiyi Avropa ölkələrində hələ bu məsələ indi müzakirəyə çıxarılır, biz hara tələsirik? Hələ Avropa anlaşıb
vahid standart müəyyənləşdirə bilməyibsə, biz hansı təcrübəyə istinadən tənzimləməyə çalışırıq?‖
Rabitə Nazirliyi tənzimləməyə ehtiyac görmür
www.kitabxana.net
– Milli Virtual Kitabxana
85
Mütəxəssislərin bu fikirlərini müəyyən mənada Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
nümayəndəsi də bölüşür. Nazir müavini Rüfət Gülməmmədov deyir ki, Azərbaycanda internet mediasının
tənzimlənməsi sahəsində problem yoxdur: ―Açığı, mən bilmirəm, söhbət nəyi tənzimləməkdən gedir.
Avropanın belə internet mediasının tənzimlənməsi ilə bağlı standartı yoxdur. Hansı addımları atacaqlar,
təklifləri nədir - məlum deyil.
Azərbaycan internetin qlobal problemləri ilə məşğul olmur. Bunu müəyyənləşdirən böyük dövlətlər var. Hətta
bu yaxınlarda informasiya cəmiyyəti üzrə dünya sammitində də bu məsələ müzakirə olundu və ortaq məxrəcə
gəlinmədi. Çünki interneti tənzimləmək mümkün deyil. Əgər Avropada, dünyada hansısa standartlar qəbul
olunarsa, biz də baxarıq, məqbul saysaq, həyata keçirərik. Hazırda mən Azərbaycanda buna ehtiyac görmürəm.
İnternetdə təhqirə, qanun pozma hallarına gəlincə, bunun da həlli yolları var. Nə fərqi var ki, adam qanunu
harda pozub – qəzetdə, ya saytda? Cinayət Məcəlləsinin müvafiq maddələri var, tədbirlər görülə bilər‖.
Belə məlum olur ki, hələlik Milli Teleradio Şurasını çıxmaqla istər rəsmi qurumlar, istər də mütəxəssislər
internet mediası ilə bağlı ciddi təhlükənin olduğunu düşünmürlər və onun tənzimlənməsinə ehtiyac duymurlar.
Digər maraqlı tərəf – internet mediasının təmsilçiləri nə düşünürlər? Bu sualın cavabına keçməzdən əvvəl
Azərbaycanda internet medianın durumu barədə qısa statistik məlumatlara nəzər salaq.
Azərbaycanda internet mediasının real durumu
Ölkəmiz internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media
resursları yaranıb. Bunlar qəzetlərin internet versiyaları olub. Azərbaycan İnternet Forumunun məlumatına görə,
hazırda ölkədə 100-yə yaxın internet media resursu fəaliyyət göstərir, amma onlardan təxminən 50-ni internet
media üçün qəbul olunmuş parametrlərə uyğun hesab etmək olar. Əksər populyar qəzetlərin və informasiya
agentliklərinin saytları var.
Azərbaycan İnternet Forumu cəmi 10-15 saytın internet auditoriyasına təsir göstərdiyini qeyd edir. Bunların
arasında ―Lent.az‖ , ―Day.az‖, ―Anspress.com‖, ―Mediaforum.az‖, ―APA.az‖, ―Musavat.com‖,
―News.bakililar.az‖, ―1news.az‖, ―Novosti.az‖, ―Aze.az‖, ―Vesti.az‖, ―Azadliq.org‖ saytları önə çıxır.
―Qaynar.info‖, ―Top7.az‖, ―Xeberler.az‖, ―Contact.com.az‖ və digər bu kimi saytlar da oxunur. Saytların aylıq
təxmini auditoriyası 200-300 min nəfərdir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
86
Rəsmi məlumatlara görə, ölkə üzrə cəmi 900 min nəfər (12 faiz) əhalinin internetə çıxışı var. Onlara 32 internet
provayderi xidmət edir. İstifadəçilərin böyük əksəriyyəti internetə Dial-up vasitəsilə 56 kilobit/san. sürətlə
qoşulur ki, bu da qlobal şəbəkənin imkanlarından geniş istifadəni çətinləşdirir.
Amma internetin imkanlarını məhdudlaşdıran problemlər təkcə bu deyil. Azərbaycan İnternet Forumu bu
problemləri belə qruplaşdırır:
- İnternet auditoriyasının yetərli inkişaf etməməsi, internetin bahalığı və keyfiyyətinin aşağı olması. Audio və
video xəbər sistemlərinin zəif inkişaf etməsi də bununla bağlıdır;
- Kadr problemi - internet jurnalistlərinin azlığı;
- Dövlət dəstəyinin olmaması və internet mediasının tamamilə diqqətdən kənarda qalması;
- Ciddi investisiya yatırımına mane olan hadisələr;
- Reklam bazarının zəif inkişafı;
- Müəllif hüquqları ilə bağlı problemlər;
- Ciddi marketinq araşdırmalarının olmaması;
- Texniki-texnoloji problemlər ( hostinq , domen, dil, internet mediasının idarəetmə sistemləri və s.);
- Online rejimdə xəbərlərin sistemləşdirilməsi və təqdim edilməsi üzrə mərkəzləşdirilmiş xəbərlər
aqreqatorunun olmaması;
- RSS kanalların bütün internet mediası subyektlərində olmaması, internet KİV subyektlərinin texniki
cəhətdən xeyli dayanıqsızlığ;
Osman Gündüzün sözlərinə görə, Azərbaycanda internet mediası ilə bağlı yox, bu subyektin özünün
problemləri var də diqqət ona yönəlməlidir: ―Azərbaycanda fəaliyyət göstərən cəmi 10-15 sayt varsa, bunu
tənzimləməyə nə ehtiyac? Söhbət ondan getməlidir ki, niyə internet media subyekti azdır? Saytların sayı niyə
azdır, niyə bəyan etdikləri inkişaf səviyyəsinə uyğun deyil?
Neft Akademiyasındakı hadisə göstərdi ki, Azərbaycanda internet mediasına ehtiyac var, amma serverlər
dözmür. Kritik anda bizim internet mediamız texniki baxımdan çökür. Bir dəfə Gürcüstandakı müharibə, sonra
da Neft Akademiyasındakı hadisə zamanı gördük ki, internet mediası məzmun baxımından deyil, məhz texniki
baxımdan fors-majora hazır deyil. Bu o deməkdir ki, münaqişə vəziyyətində olan Azərbaycanda sabah
müharibə başlasa, bizim internet resurslarımız ona dözəsi halda deyil. Bu problem qoyulmalıdır və müzakirə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
87
olunmalıdır ki, niyə internet mediası dayanıqsızdır? Ölkə rəhbərliyi KİV-ə dəstək proqramları hazırlayır, amma
heç birinndə internet mediası subyekt olaraq nəzərə alınmır. Subyekt olaraq görmədikləri internet mediasını
niyə və necə tənzimləmək istəyirlər? Azərbaycanda bazara nəzarət edən internet subyektləri ona görə tab
gətirmirlər ki, onlara böyük vəsait lazımdır. Bu vəsait isə yoxdur‖.
R.Hacılı O.Gündüzün saydığı bu problemlərə heç də az önəm daşımayan başqa birini əlavə edir: ―Bizdə
internetin texniki cəhətdən inkişafı ilə bağlı problemlərin bir çox səbəbləri var. Onlardan ən başlıcası odur ki,
ölkədə bütövlükdə rabitə üzərində monopoliya mövcuddur, rəqabət yoxdur. İkincisi, interneti ölkəyə gətirən
şirkət bu sahəni monopoliyaya alıb. Halbuki istənilən ölkədə interneti 10-20 mənbədən almaq mümkündür,
orada inhisardan söhbət gedə bilməz. Azərbaycanda provayderlərlə bağlı inzibati məhdudiyyətlər var‖.
Ələsgər Məmmədli isə xüsusilə ―az‖ sonluğu ilə qurtaran domen adları üzərində qeyri-rəsmi inhisarın
mövcudluğunu vurğulayır.
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Rüfət Gülməmmədov isə internetə nəzarət və inhisarla
bağlı deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, ölkədə internetin texniki tərəfləri ilə bağlı məsələlərə təmsil
etdiyi qurum cavabdehdir və bu qurum da yalnız sektorun inkişafı istiqamətində addımlar atır.
R.Gülməmmədovun sözlərinə görə, indiyə qədər Rabitə Nazirliyi sayt bağlanması ilə bağlı yalnız bir məhkəmə
qərarını icraya yönəldib. Bu da qeydiyyatına son verilmiş Seçki Monitorinq Mərkəzinin saytları olub.
Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli isə nazir müavinini təkzib edir və saytın qanunsuz,
məhkəmə qərarı olmadan bağlandığını söyləyir. ―Media forum‖ saytına açıqlamasında A.Məmmədli bildirib ki,
məhkəmə qərarı ―Emc-az.org‖ və ―Smm-az.org‖ ünvanlı saytların deyil, təşkilatın qeydiyyatının ləğvi ilə
bağlıdır: ―Təşkilatın qeydiyyatının ləğvindən bir neçə ay sonra saytlarımıza girmək mümkün olmadı. Biz
araşdırdıqda məlum oldu ki, xaricdən saytımıza girmək mümkündür. Sonra nazirliyə müraciət etdik, bildirdilər
ki, Xətai Rayon Məhkəməsinin qərarı əsasında giriş başlanıb. Yəni əslində nazirlik bizim təşkilatın
qeydiyyatının ləğvi ilə bağlı qərardan istifadə edərək özfəaliyyətlə məşğul olub. Saytları SMM-in mülkiyyəti
kimi bağlayıblar, amma bu, hüquqi baxımdan doğru deyil, çünki o saytlar təşkilatın deyil, mənim adıma
qeydiyyatdan keçib‖.
A.Məmmədli ifadə azadlığının pozulmasını əsas gətirərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini
məhkəməyə verdiklərini, rayon və apellyasiya məhkəməsinin onların əleyhinə qərar çıxardığını deyib: ―Biz
qətnaməni alan kimi Ali Məhkəməyə şikayət edəcəyik, iddiamız təmin olunmasa, Avropa Məhkəməsinə üz
tutacağıq‖.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
88
Beləliklə, məlum olur ki, Azərbaycanda internet mediasının həm də məhkəmə problemi var. Daha doğrusu,
ölkədə müstəqil və ədalətli məhkəmənin olmaması faktı informasiya cəmiyyətinin bir parçası olan internet
subyektləri üçün də təhlükə mənbəyidir. Eyni zamanda siyasi hakimiyyətin xarakteri internet mediasının
inkişafında özünü ciddi şəkildə göstərir.
―Day.az‖ saytının təsisçisinin dəyişməsi ilə müşayiət olunan bir neçə günlük dayanma kimi faktlar,
hakimiyyətin, onun ayrı-ayrı məmurlarının bütövlükdə media üzərindəki avtoritar nəzarətinin həm də internet
mediasının məzmununa aid olması, hakimiyyət üçün ―arzuolunmaz‖ saytlara texniki xarakterli hücumlar,
ümumiyyətlə, saytların texniki baxımdan müdafiəsizliyi hər kəs tərəfindən dilə gətirilməsə də, hamıya məlum
olan gerçəkliklərdir.
Yuxarıda sadaladığımız problemlərin bir çoxu ilə internet mediasının təmsilçiləri də razılaşırlar. Onların
əlavələri də var.
―Lent.az‖ saytının baş redaktoru Qabil Abbasoğlunun sözlərinə görə, Azərbaycanda internetin texniki, iqtisadi
şərtləri, infrastrukturu ilə bağlı çox ciddi problemlər var və bu sahəyə texniki-praktik yardım göstərən qurum
mövcud deyil: ―Sağlam kabeldən tutmuş tariflərə qədər internet medianın inkişafına mane olan çox ciddi
problemlər var və bunlar tənzimlənmir. Dövlət internet mediasına yardım etmir.
―APA.az‖ saytının rəhbəri Vüsalə Mahirqızı isə saytların texniki təchizatının zəifliyi ilə yanaşı, internetdə
müəllif hüquqlarının pozulmasından şikayətçidir: ―Müəllifin internetdə hüququ pozulur, plagiat olur və yaxud
onun imzasından istifadə olunmur, xəbərləri oğurlanır. Müəllif bunu heç bir formada qanunla tənzimləyə bilmir.
Çünki ―Müəllif hüquqları haqqında‖ qanunda internetdə gedən yazılarda müəllif hüquqlarının necə qorunması
ilə bağlı heç bir müddəa yoxdur‖.
―Anspress.com‖ saytının baş redaktor müavini Kəmalə İsgəndərova və ―Musavat.com‖ portalının redaktoru
Xalid Kazımlı da texniki problemlərə diqqət çəkirlər.
―Qaynar.info‖ saytının rəhbəri Zahir Əzəmət isə internetin nəzarət altına alınması prosesinin artıq başladığını
deyir və bundan narahatlığını ifadə edir: ―Son günlərdə Ədliyyə Nazirliyində internet orqanlarını qeydiyyata
almırlar. Biz bugünlərdə başqa bir saytımızı qeydiyyatdan keçirmək istədik, qeydiyyata almadılar. Dedilər,
internet vasitələri media deyil. Amma əvvəllər belə münasibət yox idi. Bu ona işarədir ki, sistemli şəkildə
interneti bir əldə cəmləməyə, belə demək mümkünsə, Mətbuat Şurasının başqa formasını yaratmağa çalışırlar‖.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
89
Z.Əzəmət internetin sürəti, qiyməti, internet jurnalistikasının peşəkarlığı kimi problemlərin də mövcudluğunu
dilə gətirir: ―Azərbaycanda internetin surəti qonşu Gürcüstandan 10 dəfələrlə aşağıdır. Ona görə sürəti zəif
saxlayırlar ki, internet televiziyalar, radiolar yaranmasın. İndiki mövcud sürət buna imkan vermir. Amma indi
təzyiqlər var, sistem böyüyür. Məcburdurlar ki, internetin sürətini artırsınlar. Sürət artacaqsa, istər-istəməz
internet üzərindən azad televiziyalar yaranacaq, canlı yayımlar gedəcək, radiolar fəaliyyətə başlayacaq. Bundan
qorxurlar və ona görə də hansısa şəkildə tənzimləməyə çalışırlar‖.
Ekspertlərin və internet mediasının təmsilçilərinin dediklərindən ortaya çıxan mənzərə budur ki, Azərbaycanda
bu sahənin özünün çox ciddi problemləri var. Bu problemləri necə həll etməli? İnternet mediasını
tənzimləməlimi? Necə tənzimləməli? MTRŞ-in təklif etdiyi tənzimləmə metodu internet mediasının inkişafına
nə dərəcədə xidmət edə bilər? Azərbaycanda hakimiyyətinin internet mediasını tənzimləmək istəyi bu sektorun
təmsilçilərini niyə narahat edir?
Dünya təcrübəsinin təhlili, ekspertlərin yerli qanunvericilikdən gətirdikləri misallar, internet mediası
təmsilçilərinin bitib-tükənməyən şikayətləri göstərir ki, bu sahədə tənzimləməyə ehtiyac var. Söhbət Milli
Teleradio Şurasının təklif etdiyi, Əli Həsənovun timsalında siyasi hakimiyyətin dolayı yolla dəstəklədiyi
cilovlamadan yox, internet mediasının inkişafına imkan yaradan nizamlamadan gedir.
Nizamlama necə olmalıdır?
―Lent.az‖ saytının baş redaktoru Qabil Abbasoğlu hesab edir ki, Azərbaycanda internetin özünü tənzimləmək,
qaydaya salmaq, onun texniki, iqtisadi şərtlərini, infrastrukturunu düzəltmək lazımdır: ―İnternet mediasının
tənzimlənməsi isə yalnız bu sektora dəstək şəklində ola bilər. Əvvəla, internet mediasının fəaliyyətinin
yaxşılaşdırılması istiqamətində zəruri olan bütün qanunvericilik aktları, sənədlər, təkliflər, əlavə və düzəlişlər
qəbul edilməlidir. İkincisi, Azərbaycanda internet mediasının fəaliyyətinə praktik olaraq yardım edə biləcək
texniki-iqtisadi infrastruktur yaradılmalıdır. Üçüncüsü, dövlət internet mediasına vaxtında yardımlar etməlidir‖.
―Anspress.com‖ saytının baş redaktor müavini Kəmalə İsgəndərova da bu fikirdədir ki, internet mediasının
dəstək xarakterli tənzimləməyə ehtiyacı var: ―Amma tənzimləmə senzura xarakterli olacaqsa, informasiyanın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
90
azadlığının qarşısını alacaqsa, azad mətbuatın əleyhinə yönələcəksə, yeni məhdudiyyətlər qoyulacaqsa, bu,
qəbuledilməzdir‖.
―1news.az‖ saytının baş redaktoru Günel Həsənova özünütənzimləmə dedikdə məsələyə daha çox məsuliyyət
anlayışı ilə yanaşma təklif edir. Amma belə anlaşılır ki, o, məsuliyyət deyəndə tənqidi materiallara senzura
tətbiqini nəzərdə tutur: ―Biz başa düşməliyik ki, internet geniş məkandır. Ona görə də gərək internet məkanında
Azərbaycan barədə düzgün xəbərlər yerləşdirilsin, olan problemlərə də tənqidi istiqamətdə yox, onların həlli
nöqteyi-nəzərindən yanaşılsın. Buna biz redaktorlar nəzarət etsək, yaxşı olar‖.
―Vesti.az‖ saytının baş redaktor müavini Mətin Yaşaroğlu da daha çox özünütənzimləmədən yanadır. Onun
fikrincə, internet mediasına hansısa nəzarət mexanizmləri tətbiq etmək, hansısa qaydalar qoymaq effektiv də
deyil, faydalı da deyil: ―Azərbaycanda internet mediasında çalışan insanlar bilməlidirlər ki, Azərbaycanda
yaşayırlar və professionallıqla yanaşı, milli həssaslıqları da nəzərə almalıdırlar. Məsələn, Ermənistanla bağlı
xəbərlərdə obyektivliklə yanaşı, həm də azərbaycanlı olduqlarını unutmamalıdırlar. Qalan məsələlər isə
qanunvericiliklə həll olunur. Məsələn, kiminsə şəxsi həyatı barədə onun özünün icazəsi olmadan hansısa
xəbərin yayılmasına görə hüquqi məsuliyyət qəzet üçün necədirsə, internet üçün də elədir. Dəqiqləşdirilməmiş,
dövlət sirri olan, təhqiramiz yazılarla da bağlı qanunvericilik mövcuddur. Bu baxımdan xüsusi tənzimləyici
mexanizmlərə ehtiyac görmürəm‖.
―Qaynar.info‖ saytının baş redaktoru Zahir Əzəmət saytların, portalların qeydiyyata alınmasını təklif edir:
―Bloqlar onsuz da bütün dünyada KİV subyekti kimi qəbul olunmur. Saytlarda, portallarda çalışan jurnalistlərin
isə digər KİV-lərdə çalışan jurnalistlərdən heç bir fərqi yoxdur. Ona görə də bu subyektlər KİV orqanı kimi
qəbul olunmalı, fəaliyyəti də müvafiq qanunla tənzimlənməlidir. Amma xüsusi nəzarət mexanizmi tətbiq
edilməməlidir‖.
―Azəri-Press‖ Agentliyinin rəhbəri Vüsalə Mahirqızının fikrincə, mövcud olan qanunvericilikdə internet
mediasına subyekt olaraq imkan və hüquqlar tanımaqla bu sahəni tənzimləmək lazımdır, başqa şəkildə
nizamlamaya isə ehtiyac yoxdur: ―KİV, müəllif hüquqları haqqında qanunlarda, Cinayət Məcəlləsində
internetin ciddi faktor kimi nəzərə alınması kifayət edər, əlavə tənzimləmə mexanizmlərinə ehtiyac yoxdur‖.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internet mediasına dövlət nəzarətindən daha çox, bir
sıra demokratik dövlətlərdə olduğu kimi, qeyri-hökumət nəzarətinin və özünütənzimləmə mexanizminin
tərəfdarıdır: ―Məsələn, internet mediası adına iddia edənlərin könüllü qeydiyyatı məsələsini qaldırmaq olar.
Bunun üçün müəyyən parametrlər də müəyyənləşdirilə bilər – məsələn, saytın təsisçisinin, jurnalist
komandasının, ünvanının, koordinatının bilinməsi, özünün informasiya istehsalı ilə məşğul olması, interaktiv
rejimdə fəaliyyət göstərməsi kimi şərtlər qoyulması mümkündür. Amma bu qeydiyyat könüllü olmalıdır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
91
İnternet mediası özü-özünü tənzimləməlidir və üzərindəki nəzarət də inzibati yox, ictimai xarakterli olmalıdır.
Qanunazidd məqamlarla bağlı isə xüsusi qurum yaratmağa ehtiyac yoxdur, qanunvericilik bu məsələləri həll
edir‖.
O.Gündüz hesab edir ki, internet mediasının inkişafı ilə bağlı müzakirələr olmalıdır: ―Mən Mətbuat Şurasının
sədri ilə də bu məsələni müzakirə edəcəm. Dövlət internet mediasına dəstək verməlidir. Yaxud KİV üçün
nəzərdə tutulan dəstək internet mediasını da əhatə etməlidir‖.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı da özünütənzimləmə tərəfdarıdır. Onun fikrincə, dövlət
istəsə də internet mediasını cilovlamaq mümkün deyil: ―Çünki internet mahiyyətcə elə qurulub ki, onun
tənzimlənməsinə çalışmaq effektiv deyil və hətta zərərlidir. Tutaq ki, Azərbaycanda hansısa radio internetdən
yayımlanır. Əgər o Azərbaycandan yayımlanırsa, belə çıxır ki, Milli Teleradio Şurasından lisenziya almalıdır.
Tutaq ki, Milli Teleradio Şurası lisenziya vermədi. O zaman həmin radio materiallarını rahat şəkildə Çexiyaya
göndərib ordan yayımlamaq olar. Bunu qadağan etməyə isə Milli Teleradio Şurasının səlahiyyəti və texniki
imkanı olmayacaq. O zaman nə olacaq? Bu səbəbdən də daha çox özünütənzimləmə üsulundan faydalanmaq
lazımdır. İnternetin həm texniki, həm də məzmun olaraq özünü tənzimləməsi barədə düşünmək olar. Ölkəyə
gətirilən internet üzərindən inhisar qaldırılmalıdır. İnternetin texniki bazasını tənzimləmək üçün müstəqil qurum
yaradıla bilər. Başqa ölkələrdə bu var. Məsələn, Gürcüstanda telekommunikasiya ilə bağlı xüsusi komissiya var
ki, həm inhisara qarşı mübarizə aparır, həm də ədalətli şəkildə texniki məsələlərin həllinə nəzarət edir.
Azərbaycanda da bu həyata keçirilməlidir. Məzmunla bağlı məsələdə isə provayderlərin rolu o ola bilər ki,
müəyyən olunmuş qaydalarla, məhkəmə qərarı əsasında hansısa məzmunu çıxarsınlar. Məzmunu yaradan və
yayanların özünütənzimləməsinə gəlincə, onlar da bir araya gəlib müəyyən etik prinsiplər müəyyənləşdirə
bilərlər‖.
Yeri gəlmişkən, qeyd edək ki, bu təcrübə Türkiyədə artıq var. Bir sıra internet portalının rəhbərləri birləşərək
İnternet Jurnalistləri Dərnəyi yaradıblar. Həmin dərnək qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir və bu
sektorla bağlı müzakirələrdə effektiv fəaliyyət göstərə bilir.
Q.Abbasoğlu Azərbaycanda da internet mediası təmsilçilərinin bir araya gəlib, öz problemlərini müzakirə
etməsinə, konkret təkliflər irəli sürməsinə ehtiyac olduğunu deyir: ―Mən bildiyim qədər, Milli Teleradio Şurası
təklif edir ki, internet mediasını sadəcə media olaraq qəbul etmək və nəzarət mexanizmi yaratmaq lazımdır.
İnternet mediasının fəaliyyət formasını da təxminən elektron KİV-ə yaxın hesab edirlər. Amma burda xeyli
aydınlaşdırılmalı məsələ var. Tutaq ki, mənim bu məsələyə baxışım Milli Teleradio Şurasından fərqlənir.
Görünür, bu baxışları bir araya gətirmək, uyğunlaşdırmaq, yaxud hansının doğru, hansının yanlış olduğunu
müəyyən etmək üçün tək Milli Teleradio Şurası ilə deyil, bütövlükdə Azərbaycanda internet mediasını təmsil
www.kitabxana.net
– Milli Virtual Kitabxana
92
edənlərin iştirakı ilə müzakirələr açmaq lazım gələcək. Biz əvvəl öz problemlərimizə nəzər salmalı, öz
baxışlarımızı müəyyənləşdirməliyik‖.
İnzibati tənzimləmə effektiv deyil
İnternetin tənzimlənməsi üzrə dünyadakı mexanizmləri araşdıran türkiyəli mütəxəssis Yaman Akdəniz isə hesab
edir ki, nizamlamadan öncə risklərin analizi aparılmalı və potensial təhlükələr müəyyənləşdirilməlidir:
―Problem nədir – dövlət əvvəl bu suala cavab tapmalı, həmin cavabı cəmiyyətə açıqlamalı, təhlükənin reallığına
cəmiyyəti inandırmalı, sonra mexanizmlərdən danışmalıdır. Sizin dövlətin təmsilçilərinin ifadə etdiyi kimi,
söhbət internet mediasında təhqirin, böhtanın, qanuna uyğun olmayan materialların önünü almaqdan gedirsə,
bunun yolları ölkənin qanunvericiliyində var. Onun üçün xüsusi tənzimləməyə ehtiyac yoxdur. Çünki
tənzimləmə olduğu zaman mütləq nəzarət mexanizmi olur. İnternetdə isə belə mexanizmlər işə yaramır‖.
Azərbaycan internet mediasının təmsilçiləri də eyni fikirdədirlər. Z.Əzəmət hesab edir ki, niyyət varsa,
bağlanan saytı başqa bir server üzərindən yayımlamaq olduqca asandır: ―Bir yerdən giriş bağlanacaqsa, gedib
başqa bir serverdə yeni adla yeni sayt açacaq. Biri Kanadada oturub Azərbaycan dilində sayt yaradacaq. Burdan
ona hansı qanunu tətbiq edəcəksən, Kanada yoxsa, Azərbaycan qanununu? Və ya biri Almaniyada internet
televiziyası, radiosu yaradacaq. Buna hansı qanunu tətbiq edəcəksən?‖
V.Mahirqızı da oxşar sözlər deyir: ―O sahələr lisenziyalaşdırılır ki, müəyyən maddələr pozulduqda ona sanksiya
tətbiq etmək mümkün olsun. Tutaq ki, mən internetdə radio və ya televiziya açmışam. Lakin heç bir lisenziya
almamışam, bu da Milli Televiziya və Radio Şurasının xoşuna gəlmir. Şura hansı formada sanksiya tətbiq
edəcək? Saytımı bağlayacaq? Axı bunun yolu yoxdur. Üstəlik, Azərbaycanda internet mediası elə bir struktura
malik olmayıb, formalaşmayıb ki, onun tənzimlənməsindən danışaq. Dünyada internet mediasının
tənzimlənməsi deyilən bir mexanizm yoxdur. Biz niyə tələsirik?‖
―Hakimiyyət tənzimləmə adı altında internet mediasını cilovlamaq istəyir?‖
www.kitabxana.net
– Milli Virtual Kitabxana
93
Beləliklə, rəylərdən də göründüyü kimi, internet mediasının tənzimlənməsi təşəbbüsü hamıda şübhə, narahatlıq
və suallar yaradır. ―İnternet mediasını tənzimləməlimi‖ sualına kimsə birmənalı şəkildə ―hə‖ cavabı vermir.
Çünki kimsə təklif olunan tənzimləmənin internet mediasının inkişafına xidmət edəcəyini düşünmür.
V.Mahirqızı hesab edir ki, internet mediasına qadağalar tətbiq etmək, ―bu yazılsın, o yazılmasın‖ demək,
internet televiziyasının, radiosunun yaradılması üçün hansısa qurumun lisenziya verməsi kimi məsələlər internet
mediasının inkişafına mənfi təsir göstərə bilər: ―Bu cür tənzimləmə yolverilməzdir‖.
Q.Abbasoğlu da eyni fikirdədir: ―Şübhəsiz, ölkə qanunvericiliyinin müəyyən tələbləri var ki, internetdə onların
pozulmasına kimsə əngəl olmaq istəməz. Söhbət terrorçuluqla, pornoqrafiya, uşaq istismarı və bu kimi hallarla
mübarizə kontekstində bütün dünyada qəbul olunan və bizdə də həyata keçirilən tədbirlərdən gedir. Amma bunu
bəhanə edib internetin media olaraq fəaliyyətinə, informasiya siyasətinə maneə törədiləcəksə, nəzarət cəhdi üzə
çıxacaqsa, bu sektoru yönləndirməyə çalışacaqlarsa, internet mediası buna münasibət bildirməli olacaq‖.
―Musavat.com‖ portalının redaktoru Xalid Kazımlı Milli Teleradio Şurasının təklif etdiyi tənzimləmədən
narahatlığını siyasi hakimiyyətin ölkədə söz azadlığını məhdudlaşdırmaq istiqamətindəki sistemli addımları ilə
izah edir: ―Son illər ölkədə azadlıqların məhdudlaşdırılması prosesi sürətlə gedir, o cümlədən insanların azad
informasiya almaq imkanları məhdudlaşdırılır. Televiziyalar tam inhisardadır, qəzetlər kifayət qədər boğulub,
bir az açıq qalan yer internet mediasıdır. Ona görə də indi internet mediasını buxovlamağa, boğmağa çalışırlar‖.
―Qaynar.info‖ saytının baş redaktoru da bu fikri bölüşür: ―İnternet jurnalistikasını ənənəvi jurnalistikadan
ayırmaq cəhdinin arxasında başqa məqsədlər dayanır. Hakimiyyət interneti yayım orqanı kimi ayırıb nəzarətdə
saxlamaq, yeri gələndə onu bağlamaq, kiməsə təzyiq vasitəsi kimi istifadə etmək üçün tənzimləmə təklif edir.
Bu təşəbbüs internet mediasını nəzarətə almaq xarakteri daşıyır. Televiziyaları, yazılı mətbuatı tamamilə nəzarət
altına alıblar, bu sistemi internetə də tətbiq etmək istəyirlər. İnternetdə bir-iki azad söz ocağı var, onları da
susdurmağa çalışırlar‖.
―İREX-Azərbaycan‖ media təşkilatının hüquqşünası Ələsgər Məmmədli hökumət qurumlarında olan insanların
tənzimlənmə deyəndə nəzarəti nəzərdə tutduqlarını düşünür və bunu yolverilməz sayır. Ə.Məmmədlinin
sözlərinə görə, Azərbaycanda internetin filtrasiyası Milli Təhlükəsizlik Nazirliyinin nəzarəti altındadır və əlavə
xüsusi qurum yaratmağa və ya hansısa quruma səlahiyyət verməyə ehtiyac yoxdur.
R.Hacılı da Milli Teleradio Şurasının tənzimləmə təşəbbüsünün daha çox nəzarət mexanizminə əsaslandığını,
bununsa dünyada qəbul olunmuş qaydalara və demokratik normalara uyğun olmadığını deyir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
94
Tənzimləmə internet mediasının müstəqilliyinin itirilməsinə səbəb ola bilər
Milli Teleradio Şurasının təşəbbüsünə ―Yeni Nəsil‖ Jurnalistlər Birliyinin sədri Arif Əliyev belə qiymət verir:
―Yeddi dayəsi olan uşaq kor olar...‖
A.Əliyev ―Azadlıq‖ radiosuna açıqlamasında bu atalar misalına üz tutmasını belə əsaslandırıb: ―Nə qədər
hökumət internet mediasına dəstək göstərmək fikrinə düşməyib, bu sahə inkişaf edəcək, amma internet
mediasının tənzimlənməsi dövlət qurumlarının maraq dairəsinə daxil olan andan internet mediasında
çalışanların problemləri başlayacaq. Bizdə qanun da var, dövlət dəstəyi üçün şura da var, pul da ayrılır, Mətbuat
Şurası da mövcuddur, Teleradio Şurası da, amma inkişaf yoxdur. Əksinə, getdikcə plüralizm dairəsi daralır,
getdikcə keyfiyyət düşür, tiraj azalır. Yeganə inkişaf edən internet mediasıdır, çünki heç bir tənzimləmə yoxdur.
İnternetin yeganə problemi odur ki, tariflər yüksəkdir və texniki cəhətdən bu sahə Azərbaycanda çox geridədir‖.
İnternet mediasının tənzimlənməsi təşəbbüsünə internet istifadəçilərinin münasibəti necədir? ―Media forum‖
saytı bunu öyrənmək üçün ―Azərbaycanda internet mediasının tənzimlənməsi nəyə gətirib çıxara bilər‖ sualıyla
öz oxucuları arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 68.55 faizi bildirib ki, bu tənzimləmə
Azərbaycanda internet mediasının müstəqilliyini itirməsinə gətirib çıxara bilər.
Mediaforum.az saytı
E-mənbə: http://www.xariciedebiyyat.azeriblog.com/2009/06/16/internet-mediasinin-tenzimlenmesi-
horumcheyi-tora-salmaq-olarmi-ii-yazi
Dostları ilə paylaş: |