Milli Virtual Kitabxana


Ġnformasiya cəmiyyəti və sosial ĢəbəkələĢmə



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix07.04.2017
ölçüsü4,94 Kb.
#13622
1   ...   8   9   10   11   12   13   14   15   16

Ġnformasiya cəmiyyəti və sosial ĢəbəkələĢmə... 
 
Ġnformasiya cəmiyyəti 
 
İnformasiya və biliklərin cəmiyyətin həyatın-dakı rolunun yüksəlməsi, infokommuni-kasiyanın, informasiya 
məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanının 
yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını, 
informasiya məhsul-larına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarını ödənməsini təmin edən müasir 
sivilizasiyasının inkişafının bir pilləsidir.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
242 
 
 
 İnformasiya silahı  
 
İnformasiya infrastrukturunun funksiya və xidmətlərini, və ya onun ayrı-ayrı elementlərini müvəqqəti və ya 
tamamilə sıradan çıxarılmasına yönəlmiş xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) metod və 
vasitələrin məcmusudur.  
 
 İnformasiya məkanı  
 
1. Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.  
2. İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada 
informasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə eyniləşir.  
 
 İnformasiya resursları  
 
İnformasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat bazalarında, muzeylərdə və s.) olan 
sənədlər toplusudur.  
 
 İKT-nin sosial təsiri  
 
İKT-nin iqtisadiyyata, əmək və məşğulluğa, təhsil və mədəniyyət sahələrinə, sosial struktura, ev və ailəyə, 
gündəlik həyata və bütövlükdə cəmiyyətə təsiri.  
 
 Kommunikasiya 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
243 
 
 
Rabitə, informasiya mübadiləsi, rabitə vasitəsi, informasiya vasitəsi, eləcə də kontakt, ünsiyyət, kimi mənalarda 
işlədilir. 
 
Kompüterləşmə 
 
Kompüterlərin tətbiqi nəticəsində insan fəaliyyətinin müxtəlif sahələrində informasiya proseslərinin və 
texnologiyalarının avtomatlaşdırılmasının təmin edilməsi. 
 
Kompüter savadlılığı 
 
Personal kompüterdə işləmək üçün minimal bilik və bacarıqlara yiyələnmək. Bu gün oxumaq və yazmaq qədər 
vacib olan bacarıqdır. 
 
 
Kütləvi kommunikasiya 
 
Xüsusi vasitələrin – mass medianın köməyi ilə bir qrup insana eyni zamanda informasiyanın ötürülmə prosesi. 
 
Kompetentliyin artırılması 
 
Ayrı-ayrı şəxslərin, sosial qrupların, təşkilatların, müəssisələrin və dövlət orqanlarının qlobal Biliklər 
Cəmiyyətinə və biliyə əsaslanan iqtisadiyyata daxil olmasına və onların tələbatına uyğun adekvat həllər qəbul 
etməyə imkan verən bilik və vərdişlərin əldə edilməsinə yönəlmiş tədbirlərin nəticəsidir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
244 
 
 
Qloballaşma 
 
Bütün dünya üzrə informasiya texnologiyalarının, məhsullarının və sistemlərinin yayılması ilə iqtisadi və 
mədəni inteqrasiyaya xidmət edən prosesdir. Bu prosesin tərəfdarları gələcək tərəqqini qlobal informasiya 
cəmiyyətin formalaşmasında görürlər. Opponentlər isə qloballaşmanın milli-mədəni dəyərlərə təhlükə olduğunu 
deyirlər. 
 
 Mobil telefoniya 
 
Müasir məişətdə daşınan telefon qurğularının tətbiq edilməsidir. Tədqiqatlar göstərir ki, mobil telefonlar müasir 
insanın həyat tərzinin və təfəkkürünün dəyişməsinə əhəmiyyətli təsir göstərir. 
 Multimedia 
Səs, təsvir və mətndən istifadə edərək müxtəlif media vasitələrinin kombinasiyası. 
İnteraktiv proqram təminatı vasitəsilə vizual və audio effektlərin qarşılıqlı əlaqəsi. Adətən mətn, səs və 
qrafiklərin, son zamanlar isə daha çox animasiya və videonun qarşılıqlı uzlaşmasını ifadə edir. Му 
Mətn, səs və rəqəmli siqnalların, eləcə də hərəkətli və hərəkətsiz təsvirlərin uzlaşmasını bildirən anlayışdır. 
Multimedia məlumatlar bazası mətn və təsvir tipli informasiyaları, video klipləri özündə birləşdirir. Multimedia 
telekommunikasiya xidməti istifadəçiyə istənilən tip informasiyanı göndərmək və qəbul etmək imkanı verir. 
 
Şəbəkə cəmiyyəti 
İnformasiya əlaqələrinin əsas hissəsinin elektron şəbəkələrin köməyi ilə aparıldığı cəmiyyət. 
 
Virtual reallıq 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
245 
 
1. Vizual (görüntü) və səs effektlərindən istifadə etməklə tamaşaçını ekran qarşısında xəyal olunan dünyaya 
qərq edən kompüter sistemləridir. İstifadəçi kompüter tərəfindən yaradılan və reallıq təəssüratı yaradan xəyal və 
səslərlə əhatə olunur. İstifadəçi müxtəlif sensorların köməyi (məsələn şlem və əlcək) ilə xəyali dünya ilə 
qarşılıqlı əlaqədə olur. Virtual reallıq üzrə son tədqiqatlar seyircinin reallıq hisslərinin artırılmasına yönəlmişdir. 
 
2. Multimedia-əməliyyat mühitinin köməyi ilə reallaşan və stereoskopik ―ekran dünyası‖nda təqdim olunan 
illüziya mühitinə real zamanda birbaşa girişi və orada olmanı həyata keçirən yeni təmassız qarşılıqlı 
informasiya əlaqəsi texnologiyasıdır. Daha abstrakt düşünsək, bu istifadəçinin təsəvvüründə yaranan xəyali bir 
dünyadır. 
 
 Virtual dünyalar 
 
Kompüterlərin ekranlarında reallığı əks etdirən proses və hadisələrin modelləşdirilməsidir. Bu modellərin 
köməyi ilə müxtəlif həyatı məqamlar və layihələrin (məsələn şəhərsalma, kommunikasiya, ticarət, sənaye, 
təhsil, elm, təbabət və ictimai-mədəni yaradıcılığın digər sahələrində) mümkün variantları düşünülür. 
 
 
 
 Virtual birliklər 
 
Bu termin İnternetin inkişafı mərhələsində meydana gəlmişdir. 
 
1. Elektron məkanda yaranan və fəaliyyət göstərən yeni tipli cəmiyyətlərdir. 
 
2. Ümumi maraqları olan şəbəkə istifadəçilərinin elektron məkanda işləmək məqsədilə birləşməsi deməkdir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
246 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
YYSQ sədri, kitabxana.net – Milli Virtual  
Kitabxana rəhbəri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) 
 
Sosial Ģəbəkə - Feysbuk bacarıqlarının inkiĢafı 
Praktik təlim proqramı, modulları və əlavə ədəbiyyat. 
 
1. Feysbuk: sosial media alətləri, status, paylaşma, qeydlər, çatlaşma, e-mailləşmə, multimedik imkanlar - şəkil 
və video yerləşdirim funksiyaları. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
247 
 
 
Suallar 
1. Sosial şəbəkə nədir? Onun tarixi, dünyada və Azərbaycanda inkişafı.  
1) https://www.facebook.com 
 
2) https://www.twitter.com   
 
3) https://www.odnoklasnik.ru 
 
 
4) https://www.vkontakte.ru (https://www.vk.ru) 
 
 
5) Google+  https://plus.google.com/ (xidmətləri)   
 
6) http://www.mail.ru xidmətləri 
 
 
7) http://www.yahoo.com xidmətləri  
 
8) http://www.linkedin.com   
 
9) http://www.youtube.com 
10) Milli şəbəkələr, yaxud başqaları... 
 
2) Sosial media alətləri nədri? 
 
- Feysbukda status, paylaşma, qeydlər, çatlaşma, e-mailləşmə, multimedik imkanlar - şəkil və video yerləşdirim 
funksiyaları barədə məlumatlar. 
 
2. Feysbukda mən: Sosial şəbəkədə profil yaratmaq, səhifə, qrup adminliyi, şəbəkələşmə və başqa imkanlar. 
 
Praktik iş:  
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
248 
 
1) Feysbuk.com ilə yaxından tanışlıq: profil yaratmaq, ora e-dostlar cəlb etmək, yaxınlarının axtarışı, profil 
məlumatlarının yerləşdirilməsi, profil şəkilini hazırlamaq, ilk tanışlıq statusu yazmaq, özün haqqında 
başqalarını maraqlandıra biləcək məlumatları yazmaq, şəkil və maraqlı xəbər, materialların keçidini - linkini 
paylaşmaq, potensial izləyicilərini maraqlandırmaq üçün profilini oxunaqlı etmək, çəkdiyin şəkil və videolardan 
nümunələri kompyuterindən profilinə köçürmək.  
 
2) Feysbukda müəyyən maraqlar üzrə səhifə və qrupların yaradılması, elan və tədbirlərin keçirilməsi ilə bağlı 
bildirişlərin təşkili, bu resurslara rəhbərlik, adminlik.   
 
3) Feysbuk profilində paylaşdığın materialların və hərəkətlərinin, status və qruplardakı fəaliyyətinin Tvviter və 
başqa sosial şəbəkələrdə inteqrasiyası - görünməsi, yayılması...    
  
3. Feysbuk və sosial şəbəkədə etik normalar, İnternet mədəniyyəti, müəllif və əlaqəli hüquqların qorunması, 
nüfuzunun mühafizəsi. 
 
1) Sosial şəbəkələrdə milli və bəşərilik. 
2) Klasik və şəbəkə (net) ektikası, qarşılıqlı əlaqələr, fərqləri, yeniliklər. 
3) İnternet mədəniyyəti: açıqlıq, innovativlik, intellektuallıq, analitik bacarıq, ümumiləşdirmə vərdişləri, kreativ 
düşüncəliliyin inkişafı. 
4) İnternet və sosial şəbəkələrdə müəlliflik və əlaqəli hüquqlar, patentlik bilgiləri: öz intellektual-kreativ 
haqlarını necə qorumalı? 
   
4. Feysbukda biznes qurmaq, informasiya mübadiləsi, savaşı aparmaq, virtual ofis yaratmaq, tanınmış simaya 
çevrilmə yolları. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
249 
 
1) Feysbukda  kiçik və orta biznes qurulma yolları (mobil danışıq kartları ilə qazanc, səhifələrin yaradılması, 
inkişaf etdirilməsi və satışı, mal və xidmətlərin şəbəkə oflayn və onlayn satışın təşkili.) 
2) Hər hansı şəxsin fərdi və yaxud quruma aid ictimai, art, kreativ, siyasi səhifə, qrup yaradılışı, informasiya 
mübadiləsi, PR texnologiyasının yeni formaları. 
3) Gənclər təşkilatları, qruplarının, komandalarının İnternet və sosial şəbəkələrdə virtual ofisin təşkili, müxtəlif 
portallara inteqrasiya olması, tanıdılması, ictimailəşdirilməsi. 
4) E-imza və e-sənədləşmənin təşkili, faydası. 
5) Feysbukda virtual nikin tanınmış simaya və brendə çevrilmə yolları, metodlar... 
 
GeniĢ materiallar və əlavə ədəbiyyyat 
 
1)
 
Sosial Ģəbəkə nədir? 
 
Sosial şəbəkələr əsl XXI əsr hadisəsi - internet fenomenidir. Sosial şəbəkə - sosial qarşılıqlı əlaqələr ,sosial 
obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan 
qrupdur. 2008-ci ilin iyun ayı üçün 132 milyon istifadəçi Facebook.com -a baş çəkmişdir və 117 milyon portal 
Myspace.com-un xidmətlərindən öz xeyrinə istifadə etmişdir.Synovate qlobal tədqiqat şirkəti dünyanın 17 
ölkəsindən 13.000 respondent arasında sorğu aparmışdır. Tədqiqat ərzində, sosial şəbəkələrin istifadəçilərinin 
əsasən kimlər olduğu, onların maraq dairələri və bu kimi digər oxşar resurslar haqqında maraqlı məlumatlar 
əldə olundu. 
İnternet cəmiyyəti (birlik) sosial şəbəkələrin yaxşı nümunəsidir. Bu növ sosial şəbəkə XX əsrin 90-cı illərində 
İnternetin inkişaf etdiyi və genişləndiyi bir dövrdə daha da çox genişləndi. Belə xidmətin müştərisinə öz 
haqqında fotoşəkillərini, özünün və arzu olunan partnyorun anket sorğusunu doldurmaq təklif edilir, sonra 
xidmətə əlaqə üçün ad və parol seçilir. Həmçinin xüsusi internet tanışlıq xidmətləri də var: seksual azlıqların 
nümayəndələri üçün, lal-karlar üçün, insan immunçatışmazlığı virusu daşıyıcıları və s. Bu növ İnternet 
xidmətinin istifadəçilərinə oxşar partnyoru tapmaq üçün vacib imkanı verilmişdir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
250 
 
Birinci ictimai platforma 90-cı illərin ortalarında İnternetdə meydana çıxmışdır, bu Classmates idi; 1999-cı ildə 
yaradılan Livejournal cox populyar olmuşdur; 2003-cü ildə MySpace, 1 il sonra yaradilan Facebook və 2006-cı 
ildə Rusiya yaradılan Odnoklassniki (18 milyon istifadəçi) və V kontakte-də (13 milyon istifadəçi) fəaliyyətə 
başlamışdır. Bu resurslar özlərində nəyi təmsil edir? Odnoklassniki- Classmates saytinin rus analoqudur, bunun 
əvvəlki məktəb yoldaşları, tələbə yoldaşları, kolleqalar və həmkarlar arasında tanışlıq və axtarış üçün nəzərdə 
tutulmuşdur. Bugünkü ölçülərinə və kifayət qədər məhdud imkanlara malik olmasına görə kasıb layihədir, buna 
baxmayaraq bu interfeysin və hərəkətin aşağı istehlakının sadəliyinin sayəsində çox populyardır. V kontakte 
başlanğıcda Rusiyada orta məktəb tələbələri və diplomlu mütəxəssisləri üçün sosial şəbəkə kimi özünü 
yerləşdirdi, ancaq indi onun auditoriyası İnternet istifadəçilərinin bütün qatları ilə təqdim edilir, qərbi analoqu 
Facebook saytıdır. Resurs zəngin və müasir proqram service malikdir və öz imkanlarına görə odnoklasniki 
saytından üstündür. Livejournal və Liveinternet-operativ gündəliklərin yerləşdirilməsi üçün kütləvi bloqlara, 
platformalara, funksiyaların standart yığımına malikdir. Həmçinin yazılarına multimedia qoymaq üçün imkan 
verir. MySpace özündə universal sosial şəbəkəni təmsil edir və indiki dövrdə rus dilində də istifadəsi 
mümkündür .Resurs unikal xüsusiyyətlərə malikdir: orada demək olar ki, bütün müasir musiqiçilər öz 
səhifələrinə malikdir. Buda əsasən şəbəkənin istənilən istifadəçisinə səhnə ulduzları ilə birbaşa əlaqəyə daxil 
olmaq, son yenilikləri bilavasitə öyrənmək və səhifədə tikilən oyunçu vasitəsilə sevimli musiqiyə qulaq asmaq 
imkanını verir . 
İnternet öz istifadəçiləri üçün bəzi vacib üstün xidmətlər vermişdir: ucuzluq, yararlıq , anonimlik, böyük 
təhlükəsizlik , effektivlik (fotoşəkillər və məlumat tez-tez yenilənə bilərlər ki, məlumatlar real vaxt rejimində 
çatdırılsın). Eyni zamanda, aldatma hadisələri tez-tezdir: başqa şəxsin fotoşəkillərindən istifadə, özünü başqa 
yaşda və başqa cinsiyyətdə qələmə vermə halları. Saytların əlaqə menecerləri istifadəçiləri fırıldaqçıların 
qurbanı ola biləcəkləri haqqında adətən xəbərdar edir. Digər bir tərəfdən sosial şəbəkələrin bir çox ziyarətçisi 
şəxsi informasiyanın məxfiliyinin saxlanması ilə həddindən artıq narahat deyillər və özləri haqqında anket 
məlumatlarında ən müxtəlif məlumatları öz səhifələrində fəal yerləşdirirlər.  
İnternetə daxil olan şəxs özünü informasiya anbarında, kiberfəzada canlı adamların virtual təsvirlərində görür. 
İnternetin əsas xüsusiyyəti arzulara uyğun olaraq şəxsiyyətlərə şəbəkəni yaratmaq şansı verən anonimlikdir və 
istəyə uyğun olaraq məhdud kontakt imkanlarıdır. Lakin bəzən bu deyilənlərin əksi də ola bilir. Məsələn, 
Liveinternet saytında qeydiyyatdan keçən istənilən şəxs asanlıqla başqasına məxsus olan şəkilləri, məlumatları 
öz profilində qeyd edə, ―xəyali yeni mən‖i , özünün arzuladığı insan haqqında məlumatları qeyd edə bilər. 
Virtual dünyanın ən əsas problemlərindən biri ―xəyali məni‖in yaradılmasıdır. Öz bədənindən bu cür qaçış 
əlaqələrdə məsuliyyətin yoxluğu kimi arzuolunmaz nəticələrə gətirib çixarır. Bu hadisələrin cəld baş verdiyi 
dünyadır, harada ki hamı daima dəyişir, harada ki mausa bir dəfə toxunmaqla öz yaxın adamından qurtulmaq 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
251 
 
mümkündür, əgər profilin sənə xoş deyilsə onu dağıtmaq və onu yenisi əvəz etmək olur. Bu cür hallar isə 
gerçəklikdə adamların qavrayışının oxşar yüngülxasiyyətliyinə və uyğunsuzluğuna gətirə bilər. Əfsus, ancaq 
reallıq daha çox tələbkardır, ,daha çox məsuliyyət istəyir. Öz həyatını internetsiz düşünə bilməyən XXI əsrin 
nəsli real maddi dünyada ümidsizlik ilə üzləşmək riskləri ilə qarşılaşa bilərlər. Ümidsizlik, öz növbəsində, 
həyatın çətinliklərin qaçmaq üçün bir daha ―virtual‖ ―reallığa uyğun olmayan ―mən‖in yaradılmasına bir daha 
təkan vermiş olacaq. Artıq indiki cəmiyyətimizdə biz bir komputer oyunlarından, virtual həyatdan asılılığı olan 
insanlarla qarşılaşırıq. 
Periodik olaraq sosial şəbəkələrin insanları ölümə sövq etməsi barədə söhbətlər var. Misal olaraq manyak 
Cerald Kranın hekayəsi və ya Megan Meyerin ölümünü göstərə bilərik.  
Sosial şəbəkələrin müsbət cəhətlərinə bir qayda olaraq şəxsin yeni tərəfdarla, dostlara , maraqlı xəbərlərə 
yiyələnmə və xoş vaxt keçirmənisi hallar daxildir. Həmçinin sosial şəbəkələr virtual kommunikasiyaların bir 
çox fiziki qüsurlu iştirakçıları üçün yeganə ünsiyyət və əlaqə yaratmaq vasitəsinə, özünü ifadə imkanlarına 
çevrilir.  
Sosial şəbəkələr İnternet üzrə qalib hegomonluğunun nümayişinə davam edir. ―comScore‖un statistikasına görə 
keçən il üçün bu xidmətlərin istifadəçilərinin miqdarı bir neçə dəfə böyümüşdür. 
Amerikan yeniyetmələri üçün MySpace kimi belə xidmətlərin köməyi ilə onlaynda görüşmək və ünsiyyət 
saxlamaq daha çox dəbdədir. Onlaynda böyüyən yeni nəslin nümayəndələri öz həyatlarını internetsiz təsvir 
etmirlər. Onlar öz ata-anaları kimi kinoda, əyləncə mərkəzlərində vaxtlarını keçirməkdənsə internetdə 
əylənməyi daha üstün tuturlar. 
Jurnalistlər operativ olaraq MySpace kimi sosial şəbəkələrdə "yaşayan" kiçik yeniyetmələrdən müsahibə 
götürmüşdür. Onlar izah edirlər ki, MySpace-ki səhifələrini həyatlarının ayrılmaz bir hissəsi kimi görürlər: ― 
Sizin səhifəniz- elə siz özünüzsünüz!‖ 
Bəs onlar öz virtual dünyalarında neyləyirlər? Onlar tez-tez səhifə qeydiyyatlarını dəyişirlər , yeni fotoşəkilləri 
(bəzən, kifayət qədər şəhvani) əlavə edirlər. Ən qabaqcıl MySpace istifadəçilər hətta HTML-inin əsaslarını bilir. 
Kosmik MySpace pərəstişkarlar ilə musiqiçilərin dialoqunun məkanına çevrilmişdir. Ancaq ən əsası Myspace 
hər bir istifadəçinin rahat şəkildə özünə dost tapa biləcəyi bir məkana çevrilmişdir. 
Cəmi iki il ərzində xidmət MySpace-nin auditoriyası sıfırdan 47,3 milyon şəxsə qədər artmışdır. Bu sayt 2004-
üncü ilin yanvar ayında açıldı, iki uzaqgörən biznesmenlər tərəfindən: 39 yaşlı Kris Devulf və 29 yaşlı Tom 
Anderson  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
252 
 
Sosial şəbəkələrin meydana çıxması ilə yeni həyəcanlar da yarandı:‖Gorəsən oxşar resurslarda mənim 
informasiyam, nə qədər qorunur? Kimsə mənim şəxsi məlumatlarımı oxuya bilərmi?  
Tədqiqatın nəticələrini təhlil etdikdən sonra, bilmək mümkün idi ki, respondentlərin 51 %-i sosial şəbəkələrin 
saytlarından istifadə etməyi təhlükəli hesab edir. Bu göstəricilərə görə Braziliya (79 %), ABŞ (69 %) və Polşa 
(62 %) istifadəçiləri ön yerləri tuturlar.  
Bəs virtual əlaqə, münasibətləri real həyatdakı ilə qarşılaşdırıla bilərmi? . Sorğu nəticəsində sosial şəbəkələrin 
saytlarının aktiv iştirakçılarının 40 %-i virtual elaqəni real həyatdakı əlaqəyə bərabər hesab etsələrdə, bu barədə 
hec məlumatı olmayan şəxslər arasında bu göstərici 26 %.-dən azdır. 
İstifadəçilərin 14 %-in qeyd etmişlər: "Mən şəbəkədə dostlar ilə dialoqdan daha çox məmnunluqları alıram , 
nəinki real dünyada dialoqdan". şəbəkə dostluğunun tərəfdarları ən çox Birləşmiş Ərəb Əmirliyində (37 %), 
İndoneziyada (36 %) və Tayvanda (21 %) qeydə alındı.  
Yarıdan çox sorğu-sual edilən şəxslər sosial şəbəkələrin saytlarının sayəsində aktiv dialoqun leksik və 
qrammatik bacarıqların qaçılmaz pisləşməsinə gətirdiyi bəyanatı ilə razılaşmışdır. 
Cənubi Afrika Respublikasının bütün sakinlərinin 30 %-i və Tayvan sakinlərinin 28 %-i qeyd etdilər ki,, onların 
internet şəbəkəsində daha çox dostları var nəinki real həyatda. 
Əmək qanunvericiliyinin problemlərini qaldıran Britaniyada qeyd olunmusdur ki, firmalarda işçilərin bu cür 
sosial şəbəkələrdə bütün vaxtlarını keçirmələri sayəsində hər gün firmaların 263 milyondan çox dolları itirdiyi 
hesablamışdır. Şirkət bu cür şəbəkələrə girişi bağladıqdan sonra işdən çıxanların sayı artır.  
Hətta bu şəbəkələr haqqında lətifələr də meydana çıxmışdır. 
- Müttəhim, siz qeyd edirsinizmi ki mərhumu əvvəllər tanımamısınız? 
- Bəli, elədir tanımamışam! 
- Bəs onda niyə qurbanın fotoşəkili sizin "Filan saytda-da" dostlarınız arasındadır? 
 
 
 
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
253 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin