AMEA Ġnformasiya Texnologiyaları Ġnstitutunun sektor müdirləri Ġ.Y.Ələkbərova, R.T.Qasımova
http://ict.az/az/index.php?option=com_content&task=view&id=770&Itemid=166
www.kitabxana.net
– Milli Virtual Kitabxana
163
VĠKĠPEDĠYA NƏDĠR? DÜNƏN, BUGÜN VƏ SABAHA BAXIġ
Vikipediyanın 10 illiyi münasibətilə Hamlet İsaxanlı ilə müsahibə
Sual: Hamlet müəllim, Vikipediyanın 10 yaşı tamam oldu. Siz xeyli vaxtdır ki, Vikipediya ideyasını təbliğ
edirsiniz. Sizinlə müsahibəmizi ―Vikipediya nədir?‖ sualına qısa cavabdan başlayaq.
Cavab:Vikipediya çağdaş kompüter və internet dövrünün meydana çıxardığı nəhəng ensiklopediyadır. Kağız
üzərində yaranmış ensiklopediyalardan mühüm fərqləri var. Hər şeydən əvvəl Vikipediya virtual aləmdə,
internetdə fəaliyyət göstərir, bütün dünya internet vasitəsilə onu görə bilir, ondan istifadə edə bilir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
164
Vikipediyanın yazılmasında hər kəs iştirak edə bilir, bu, açıq, sərbəst ensiklopediyadır, o məkana (vebsayta)
daxil olub yeni məqalə başlamaq, mövcud məqalələri redaktə etmək və müzakirələrdə iştirak etmək olar.
Sual: 10 il əvvəl Vikipediya necə meydana çıxdı?
Cavab: Əslində oxşar fikir və ideyalar 10 ildən daha əvvəlin məhsuludur. 1994-cü ildə Amerikalı kompüter
proqramçı Ward Cunningham (1949 d.) insanların birgə çalışa biləcəyi internet (virtual, on-line) məkan
ideyasını, həmçinin onun texnoloji konsepsiyanı irəli sürdü və ona WikiWikiWeb adı verdi. Bu, səhifələr
müxtəlif adamlar tərəfindən redaktə edilə bilən (redaktə tarixi qeyd edilməklə) Websayt idi. WikiWiki Hawai
dilində ―tez-tez‖, ―çox tez‖, ―cəld‖ mənasını verir. 1995-ci il martın 25-də proqram rəsmi işləməyə başladı. Bir
neçə il sonra, 1999-cu ildə Richard Stallman online (internet, virtual) ensiklopediya ideyasının əsaslarını
hazırladı və dərc etdirdi.
1994-2001 –ci illər WikiWikiWeb dövrünə Post-Vikipediya dövrü deyirlər. 2001-ci ilə qədər wikilər yalnız
kompüter proqramçıları arasında tanınırdı və onlar tərəfindən istifadə olunurdu. 2001-ci ildə W. Cunningham və
Bo Leuf ilk wikilərin təcrübəsi haqqında ―The Wiki Way‖ (Viki yolu) adlı kitab nəşr etdilər.
İstedadlı internet iş adamı - Jimmy Wales (1966 d.) 2000-ci ildə internet ensiklopediya yaratmaq fikrinə düşdü.
ona Nupedia adı verdi. O, bu işin elmi tərəfdən qurulması üçün professor Larry Sangeri (1966 d.) dəvət etdi.
Əsas ideya belə idi: kağızda yazılan klassik ensiklopediyalarda olduğu kimi çox savadlı, peşəkar insanlar
məqalələr yazsın, həmin məqalələr rəydən keçsin və yalnız bəyənilən məqalələr internetdə Nupediyaya daxil
edilsin. Bu qayda ilə birinci ildə cəmi 12 məqalə, mövcud olduğu 3 il ərzində isə cəmi 24 məqalə yazıldı (!?).
Sual: Bu Nupedia ilə Vikipediyanın əlaqəsi nədir?
Cavab: Vikipediya, yəni açıq, azad (sərbəst) internet əsaslı ensiklopediya 2001-ci ilin yanvarın 15-də işə başladı
və ―wiki‖ ideyasının əsas, aparıcı ünsürünə çevrildi. Sayt obyekt-oriyentasiyalı proqramlaşdırma vasitəsilə
qurulub işləyirdi. Əslində Vikipediyanın ilkin məqsədi Nupediyaya kömək etmək, ona işçi material hazırlamaq
idi. Lakin Nupedia 2003-ci ildə fəaliyyətini dayandırdı və ―Vikipediya üçün iç görün‖ ismarıcı verdi!
www.kitabxana.net
– Milli Virtual Kitabxana
165
Yalnız Vikipediyanın, hər kəs tərəfindən yazılabilən və redaktə olunabilən ensiklopediyanın uğurları Wiki
ideyasını geniş ictimaiyyətə tanıtdı və Vikipediyanı dünya hadisəsi etdi. Birinci ay 2 mindən artıq məqalə
yazıldı, ilin sonuna ensiklopediya maddələrinin sayı 20 mini keçdi. Həmin il iyunun 20-də Jimmy Wales bütün
wiki layihələrini idarə etmək üçün Wikimedia Foundation (Vikimedia fondu) adlı gəlir güdməyən (gəlirlərini
ancaq təşkilatın inkişafına sərf edən) təşkilat yaradıldığını elan etdi. Vikipediya və Nupediadan Wikimedia
Foundation yarandı. J. Wales və L. Sanger Vikimedia fondunun təsisçiləri oldular (təsisçi məsələsi tam aydın
deyil, J. Wales tək təsisçi olub – fikri də mövcuddur). L. Sanger 2002-ci ildə Vikipediya layihəsini tərk etdi. O.
ensiklopediyanın ―etibarlı, peşəkar olmadığı‖nı göstərməyi də unutmadı. Vikipediyada məqalə yaratmaq və onu
müzakirə etmək (müzakirə üçün ayrılan xüsusi səhifədə) əksəriyyətin bəyəndiyi iş sayılsa da, hər kəsin redaktə
edə bilməsi ideyasını bəyənməyənlər vardı (L. Sanger də daxil olmaqla). Yəqin ki, bu fikir ayrılığı hələ
yaşamaqdadır.
Ensiklopediya məqalələrinin tərtib prinsipləri haqqında ilkin iki ideya irəli sürülmüşdü: Vikipediya – hər mövzu
haqqında neytral baxışdan yazılmış bir məqalə olsun və Wikinfo – mövzu haqqında hər baxış bir məqalə olsun.
Birinci ideya çox çətinlik çəkmədən qalib gəldi. 2001-2003-cü illərdə Vikipediya layihəsini gücləndirən bir sıra
proqram təminatı yaradıldı.
Sual: Sonrakı inkişaf haqqında nə dey bilərsiniz?
Cavab: 2004-2006-cı illər Vikipediyaya marağın kəskin artması ilə müşahidə olundu. Qalmaqalsız və hay-
küysüz də keçinilmədi. ―USA Today‖in 2005-ci il noyabr sayında çox tanınmış jurnalist John Seigenthaler onun
haqqında Vikipediya məqaləsində 4 aydan çox bir müddətdə ağ yalan faktın durduğunu söylədi. Məqalədə,
mümkündür ki, zarafatla (?!), John Seigenthaler`in John F. Kennedy və Robert F.Kennedy’lərin öldürülməyində
iştirak etdiyi qeyd olunmuşdu. Bu və bənzər hallar keyfiyyət məsələlərini ön plana çəkdi.
2007-ci ildən başlayaraq bu günə kimi wikilər böyük axına çevrildilər. Qeyri-adi böyük sürətlə böyüyən və
populyarlaşan bu ensiklopediya-websayt 2007-ci ildə dünyanın 10 ən populyar (ən çox baxılan) saytları
sırasına daxil oldu. Hal-hazırda Alexa Traffic Rank’a görə dünyada ən çox daxil olunan, gediş-gəlişi olan
websaytlar sırasında Vikipediya 8-cidir (ilk 3 yerdə Google, Facebook və You Tube dayanır).
2007-ci ilin mart ayında Wiki sözü ―Oxford English Dictionary‖ yə daxil edildi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
166
Sual: Vikipediya Amerikada yarandı və ingilisdilli oldu. Bəs sonra digər dillərdə vikipediyalar necə yarandı?
Cavab: Doğrudan da, Vikipediya bir Amerikan layihəsi kimi ingilis dilində doğuldu. Lakin çox tezliklə o, digər
dillərdə də fəaliyyətə başladı. 2001-ci il martın 16-da alman və katalan (Catalan) dilləri, mayın 11-də fransız dili
Vikipediya dili oldu. Bu ilk il həmçinin çoxdillilik və paralellik prinsiplərinin aydınlaşdırılması və elan edilməsi
ili oldu; ilin axırında aparıcı və ya böyük dillərin əksəriyyətində, o cümlədən rus dilində (20 may) Vikipediya
fəaliyyətə keçdi. 2002-ci ilin son ayında türk, 2003-ün iyulunda ərəb, dekabrında fars, 2004-cü ilin yanvar
ayında (7 il əvvəl) AzərbaycanVikipediyası işə başladı.
Vikipediyanın bir yaşı olanda məqalələrin 90%-i ingilis dilində idi. Bu nisbət təbii olaraq digər dillərin xeyrinə
dəyişməyə başladı, Vikipediyanın 3 yaşı tamam olanda ingiliscə olmayan məqalələrin sayı ümumi sayın yarısını
keçdi, 6 yaşda isə ingiliscə məqalələr təqribən 25% təşkil etdi. Hal-hazırda ingilis dilinin çəkisi (yəni sayı)
təqribən 20%-dir.
Sual: Belə çıxır ki, Vikipediya xeyli dilləri əhatə edir...
Cavab: Vikipediya hazırda dünyanın irili-xırdalı 278 dilində yazılır (hətta ölü və süni dillərdə də), ümumi
məqalə sayı 17 milyonu keçib. Vikipediya Çincə də fəaliyyət göstərir. Lakin, o, çincə tək internet
ensiklopediyası deyil. Çində 2006-cı ildə başlanan (çincə) Baidu Baike (aprel) və Hundong (noyabr) internet
ensiklopediyaların hər birində milyonlarla məqalələr var. Onlar populyarlığına görə Çincə Vikipediyanı
(Chinese Vikipediya) çox geridə qoyublar. Hər ikisi Vikipediyadan fərli olaraq həm gəlir-güdən (kommersiya
əsaslı) və həm də müəllif hüquqları qorunan ensiklopediyalardır. Eyni adlı (Baidu) axtarış mühərriki tərəfindən
işə salınan birinci ensiklopediyadakı məqalə sayı 2 milyonu keçdi. ―Hundong‖ isə daha böyükdür,
məqalələrinin sayı 4 milyondan çoxdur (hər ikisi 2010-cu il aprel ayına olan məlumata əsasən).
Sual: Bəs ingilisdilli və digər dillərdə məqalə sayı təqribən nə qədərdir?.
Cavab: Məqalələrin sayına görə ingilisdilli Vikipediya çox qabaqdadır, 17 milyondan artıq məqalənin 3 milyon
535 mini ingiliscədir (bu günə, 2011-ci il yanvarın 19-na olan və aşağıya doğru yuvarlaqlaşdırılmış məlumatlara
www.kitabxana.net
– Milli Virtual Kitabxana
167
görə). 2-ci və 3-cü yerlərdə bir milyonu keçmiş alman və fransız dilləridir (uyğun olaraq 1 milyon 178-min və 1
milyon 58 min məqalə). 4-7-ci yerləri polyak, italyan, yapon və ispan dilləri tutur (765 minlə 705 min
arasında). 8-10-cu yerlərdə uyğun olaraq portəgiz, niderland və rus dilləri dayanır (667 minlə 651 min arasında).
İlk 10 yerdən sonra kəskin eniş baş verir, 11-ci İsveç (383 min), 12-ci Çincə (341 min) Vikipediyalardır.
Müsəlmanların üstünlük təşkil etdiyi dillərə görə sıralama aşağıdakı kimidir: türkcə-153 min (21-ci yer), Bahasa
İndoneziya -149 min (23-cü), ərəbcə -141 min (25-ci), farsca -115 min (31-ci), malayca -102 min (35-ci) və
azərbaycanca -50 min (49-cu). Yeri gəlmişkən, gürcücə 45 min (53-cü), ermənicə 12 min (91-ci) məqalə
mövcuddur. Türk dilli Vikipediyalarda 257 min məqalə yazılmışdır; bunlardan 60%-i Türkiyə türkcəsinin, 20%-
i Azərbaycancanın, qalan 20%-i isə bütün digər türk dillərinin payına düşür.
Sual: Vikipediyaların keyfiyyəti haqqında nə demək olar? Hər kəs daxil olub kefi istəyən dəyişikliyi edirsə,
keyfiyyətdən necə danışmaq olar?
Cavab: İlk illər bu məsələlər daha kəskin şəkildə qalxmışdı. Məhz buna görə Vikipediya müxtəlif tədbirlər
gördü, müzakirə səhifələri açdı, vandalizmə qarşı tədbir texnologiyası işlənildi, müxtəlif vəzifələr daşıyan
idarəçilər əmələ gəldi. Vikipediya məqalələrinin etibarlılığı və səliqəliliyi müzakirə, mübahisə və tədqiqat
obyektinə çevrildi. ―Nature‖ jurnalı 2005-ci ildə Encyclopaedia Britannica ilə Vikipediyanı müqayisə etdi,
onların səliqəyə görə bir-birinə yaxın olması nəticəsinə gəldi. Almanların ―Stern‖ jurnalı 2007-ci ildə
Brockhaus Enzyclopädie ilə almanca Vikipediyanı müqayisə edib Vikipediyanın ortalama daha yaxşı, səliqəli
məlumat verdiyi qənaətinə gəldi. Bilirsiniz ki, 2008-in əvvəllərində mən ingiliscə Vikipediya və Encyclopaedia
Britannica`dakı Azərbaycan və onun ətrafında olan məqalələri müqayisə etdim. Nəticə açıq-aşkar Vikipediyanın
xeyrinə oldu, əhatə və səliqə baxımından Vikipediyanın üstün olduğunu gördüm, üstəlik Britannicada ―Qara
Qarayev - erməni bəstəkarı‖ kimi çaş-baş faktlar da vardı (bu, internet versiyasında düzəldildi). Vikipediyada
müşahidə etdiyim nöqsanlar arasında bəzi məqalələrdə tarazlığın pozulması və bir sıra hallarda Azərbaycanı
İranlaşdırma cəhdlərini qeyd edə bilərəm (Bu meyl Rus Vikipediyasında da güclüdür). Ümimiyyətlə
götürdükdə, Vikipediyanın nöqsanları arasında dilin səlist olmaması (kağız üzərində yazılmış
ensiklopediyalardan fərqli olaraq) və məqalələrdə boşluqların olmasını da deyə bilərəm.
Sual: Vikipediyaların keyfiyyətinı ölçmə mexanizmləri varmı? Yəni keyfiyyətin hansı meyarları əsasında deyə
bilərik ki, bu və ya digər məqalə (və ya Vikipediya) daha yaxşıdır?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
168
Cavab: Keyfiyyətli Vikipediya nəyə deyilir? İlk öncə qeyd edim ki, burada söhbət iki cür keyfiyyətdən gedə
bilər. Birinci - elmi keyfiyyətdir. Bu, konkret məqalənin elmin uğurlarını nə dərəcədə doğru əks etdirməsinə
bağlıdır. Elmi keyfiyyəti sahənin mütəxəssisləri müəyyən edə bilər. Məqalələr hər zaman, durmadan redaktə
olunduğu üçün onların elmi keyfiyyətinin get-gedə artması ehtimal olunur. Kağız üzərində yazılmış
ensiklopediyalardan fərqli olaraq Vikipediya daim təzələnir! Lakin mən tək elmi keyfiyyətdən deyil,
ensiklopediyanın yazılma, müzakirə və təkmilləşmə prosesinin keyfiyyətindən danışmaq iistəyirəm. 2006-cı ilin
əvvəllərindən bu məsələ ciddi müzakirə olunmağa başlanıldı, 2006-2008-ci illərdə müxtəlif alqoritmlər,
düsturlar sınaqdan keçirildi, daha uyğun düstur müəyyən olundu. Vikipediyanın ən gözəl cəhətlərindən biri əsas
məqalələrdən əlavə orada müxtəlif təyinatlı müzakirə, istifadəçi və digər səhifələrin olmasıdır. Bu əlavə
səhifələr istifadəçiləri dəyirmi masaya toplayır, fikir müxtəlifliyini üzə çıxarır, məzmunu daha da zənginləşdirir,
ensiklopediyanın təkmilləşməsi yollarını göstərir. Vikipediyanın keyfiyyətini də məhz məqalələrin redaktə
tezliyi və məqalələrə dəstək verən qeyri-məqalə səhifələrinin çoxluğu ilə ölçürlər; buna Vikipediyanın dərinliyi
(depth) deyilir; dərinliyi rəqəmlə ifadə edən xüsusi düstur mövcuddur. İngilis Vikipediyası tək həcminə görə
deyil, 578-ə bərabər dərinliyinə görə də birincidir (Nisbətən kiçik, məsələn, dərinliyi 638 olan Makedoniya
vikipediyasını hesaba almasaq). Dərinliyi böyük olan digər Vikipediyalar: Fransız (140), İspan (175), Türk
(186), ərəb (210), İbrani (Hebrew-221), fars (100), rus (91) və s. Dərinliyi nisbətən az olan iri Vikipediyalara
polyak (12) və Niderland (30) misaldır. Azərbaycandilli Vikipediyanın dərinliyi çox deyil, 19-a bərabərdir. Bu,
birinci 100 dil arasında 59-61-ci yeri bölüşdürmək deməkdir. Qarşıda Vikipediyamızın keyfiyyətini yüksəltmək,
dərinliyinı 50-yə çatdırmaq proqramını qoymaq çox yaxşı olardı.
Sual: Belə çıxır ki, dərinlik dediyiniz keyfiyyət ölçüsü və məqalələrin sayı, həmin Vikipediyada çalışanların
sayı və savadı ilə bağlıdır...
Cavab: Vikipediya hamının yazdığı ensiklopediyadır. Məsələn, azərbaycanca bilən hər kəs Azərbaycanda,
İranda və ümumiyyətlə dünyanın hər hansı yerində yaşayan hər insan Vikipediyada məqalə yaza bilər, redaktə
edə bilər, müzakirələrdə iştirak edib öz fikirlərini digər istifadəçilərlə bölüşə bilər. Vikipediyanın gücü orada
məqalə yazan adamların sayından və marağından, məsuliyyətindən asılıdır. Əlbəttə ki, Vikipediyada müəyyən
hüquqları olan, işi tənzimləyən, vandalizmi aradan qaldıran, suallara cavab verən virtual həmkarlar, icma
mövcuddur. Onlar çox sayda deyil. Onların əməyi çoxdur, sağ olsunlar. Amma Vikipediyanı, dediyim kimi,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
169
xalq yazır, yəni dilin daşıyıcıları yazırlar. Azərbaycan dilli insanlar dünyada nə qədərdir? Vikipediya bu sayı
təqribən 31 milyon hesab edir.
Çox bir maraqlı göstərici dil daşıyıcılarının sayının uyğun dildəki Vikipediya məqalələrinin sayına nisbətidir.
Bu, xalqın öz dilində Vikipediya yazılışında nə dərəcədə çox iştirak etdiyini göstərir. Bizi maraqlandıran bu
məsələni 6 yanvar 2011-ci ilə aid məlumat əsasında qısaca təhlil edək. Məsələn, Norveç dilinin (Norveçin iki
əsas dialektindən böyüyü nəzərdə tutulur) göstəricisi 15-dir, yəni bu dilin orta hesabla hər 15 üzvü bir
Vikipediya məqaləsi yaradıb. Bu, çox gözəl göstəricidir. Yüksək göstəricilərə misal: eston -13,3; fin -20,2;
isveç -23,6. Bəzi böyük dillərə nəzərən bu fəallıq dərəcəsinə baxaq: ingilis -170,3; alman -109,2; fransız -163,4,
polyak -57,6; italyan -81,4; yapon -173,5; rus -428,8; türk -488,8; ərəb -1813. Azərbaycan 645,6 ilə 72-ci
yerdədir; orta hesabla 645-646 azərbaycanlıya bir Vikipediya məqaləsi düşür (gəlin bir anlığa xəyala dalaq: hər
100 azərbaycanlı bir məqalə yaratsa –yəni göstəricimiz 100 olsa, bizim Vikipediyamızda 310 min məqalə
olardı). Gürcülərdə bu göstərici 92,7 (çox yaxşı), ermənilərdə 523,1-dir. Beləliklə, azərbaycanlıların xeyli (azı
3-4 dəfə) fəallaşmasına ehtiyac var.
Sual: Azərbaycan Vikipediyasının inkişafını necə görürsünüz?
Cavab: Azərbaycan Vikipediyası zəif deyil. Sayca daşıyıcılarının əksəriyyatı müsəlman olan dillər arasında 6-
cı, türk dilləri arasında ikincidir. Lakin, Avropaya baxsaq geridəyik. Yuxarıda misallar gətirdim. Üstəlik,
keyfiyyətə çox fikir verməliyik. Məqalələrin bir çoxu struktur cəhətdən işlənməyib. Külli miqdarda məqalələrin
(10 mindən çox) çox kiçik olması, bir cümlədən ibarət olmasını əlavə edə bilərəm.
Kənardan durub tənqid etmək asandır. Mən tənqid etmirəm, təhlil edirəm. Azərbaycan Vikipediyası, yenə də
deyirəm, zəif deyil. Əldə olanımız az sayda, bəlkə də 300-400 ətrafında fəal istifadəçinin və çalışqan,
vətənpərvər idarəçilərin, yəqin ki, əsasən gənclərin könüllü fəaliyyəti nəticəsidir. Onlara təşəkkür edək. Lakin
Vikipediya bütün millətin ensiklopediyasıdır, azad ensiklopediyadır, demokratik, siyasi neytral, tərəfsiz
ensiklopediyadır (hər halda belə olmalıdır, doğrudur, bəzən bəlağət və qatı milliyyətçilik hallarına da rast
gəlinir). Orada digər Wiki layihələr də var (mənbə-əsərlərin mətni, kitablar, lüğətlər, alıntı-ifadələr və s və
ilaaxır. Vikipediya və Wiki layihələrdə nə qədər çox insan iştirak etsə, o qədər də həcm və keyfiyyət artar. Mən
Xəzər Universitetinin Vikipediyada fəaliyyətini görürəm, lakin hazırda olduğundan qat-qat çox iş görmək olar.
Bütün ali məktəblərimizin Vikipediya işində fəal iştirakı arzu olunur. Müəllimlər tələbələrə ixtisaslarına uyğun
www.kitabxana.net
– Milli Virtual Kitabxana
170
layihələr versə, dilçilər dili redaktə etsə, riyaziyyatçılar riyazi məqalə yazsa və yazılmışları redaktə etsə,...onda
doğrudan da çox irəli gedərik.
Gələcək plan nə ola bilər? Gəlin yarı-zarafat, yarı-ciddi bir plan irəli sürüm.
1. Məqalə sayı etibarilə qarşımıza hansı proqramı qoya bilərik?
1.1. Estonlara (hazırda 81 min) çatmaq. Bu, yəqin ki, 100 mini aşmaqla da müşaiyət olunacaq)
1.2. Farslara (hazırda 115 min) çatmaq. Bu da, şübhəsiz, 150 mini aşandan sonra baş verə bilər.
2. Vikipediyamızın dərinliyini, bu keyfiyyət göstəricisini 50-yə çatdıraq.
3. Digər böyük dillərdə, xüsusilə ingiliscə, sonra rusca vikipediyalarda fəaliyyətimizi gücləndirək.
24 yanvar 2011. ―Xəzər Xəbər‖ jurnalı
http://www.khazar.org/az/events/2011/24yanvar.html
Babək Musazadə
Sosial mediaya fərqli baxıĢ
Son günlər ictimaiyyətdə və xüsusən marketinq sferasında ən çox müzakirə olunan mövzulardan biri sosial
medianın (sosial şəbəkə də deyirlər amma məncə bu ifadə bütün sosial media alətlərini özündə tam əks etdirə
bilmir) istifadəçilərə təsiridir ki, bu yazımda da sosial media və istifadəçilər arasında qarşılıqlı əlaqəyə öz
prizmamdan aydınlıq gətirməyə çalışacam. Bu mövzuda bir çox məqalələr və bloq yazıları yazılsa da, bəri
başdan deyim ki, mən, yazımda əksər yazarların sosial medianın ―mənfi‖ tərəfi kimi qabqartdığı nüanslara qarşı
alternativ fikrimi bildirməyə çalışacam.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
171
Sosial media alətlərinin məşhurlaşmasına və bu qədər müzakirəyə yol açmasına əsas səbəb onun əksəriyyət
tərəfindən istifadə olunmasıdır. Və bu istifadənin kökündə sosial medianın insanların özlərindən asılı olmadan
vaz keçdikləri sosiallaşmanı onlara başqa formatda qaytarmasıdır. Axı nədir bu sosiallaşma?! Sosyallaşma -
ətrafdakı insanlarla daim ünsiyyətdə olmaq istəyən hər bir insanın ehtiyacıdır. Yəqin ki, hər birimiz fərdin
normal inkişafında vacibliyi qida və havadan heç də az olmayan sosyallaşmanın insan həyatındakı müstəsna
rolunu bilirik. İndi isə bir qədər insanın həyatında vacib olan bu ehtiyacdan necə uzaqlaşması haqqında : əsası
sənaye inqlabından sonra qoyulan ―atom ailə‖lər (kiçik, ətrafdakı ailələrlə az ünsiyyətda olan), 20ci əsrin
sonlarında texnikanın inkişafı və iş həyatının sürətlənməsi ilə ―atom insan‖lara (ünsiyyətə daha az vaxt ayıran)
dönüşməyə başladı. Çox böyük templə sürətlənən iş həyatına ayaq uydurmaq üçün insanlar, daha çox işləməyə,
işdən sonrakı saatlarını da işləməsələr belə, iş haqqında fikirləşməyə sərf etməyə başladılar. Və bunun
nəticəsində sosyallaşmağa ayırdığı vaxtı azadlan amma yenə də ―dərdini bölüşdürmək‖ istəyən insanlar digər
formatlara, platformalara - sosial media alətlərinə üz tutmağa başladılar. Bu platformanın üstünlüyü onda(dır)
idi ki, kiminləsə söhbətləşmək üçün, yaşadığın yeri tərk etməyə ehtiyac yox(du) idi, bununla da artıq yola
istifadə edəcəyin zamanı eyni anda bir neçə insanla, eyni və ya müxtəlif mövzuda müzakirə aparmağa
xərcləyirdin(sən).
İndi isə keçək qabardılan ―mənfi‖ nüanslara: sosial media ilə bağlı ən çox qabardılan məqamlardan biri,
insanların həyatını emosiyasız etdiyidir. Bu fikirlə bağlı onu deyə bilərəm ki, insanın emosiyalarının itməsi
əslində sosial media ilə deyil, birbaşa texnikanın inkişafı ilə bağlıdır. Məsəslən, əvvəllər məktub var idisə, indi
sms var. Həm məktub, həm sms alan insanlar smsin, məktub alarkən verdiyi həzzi qarşılamadığını deyirlər.
Əvvəllər uşaq doğulanda hər kəs səbrsizliklə onun cinsinin nə olacağını gözləyirdi (xüsusən şərq ölkələrində
atalar böyük səbrsizliklə oğlan uşağı gözləyirdilər J ), indi daha 4-5 aylıq dölün (bəlkə də daha erkən) hansı
cinsə mənsub olduğu bilinir və bunun kimi onlarla başqa misallar gətirmək olar. Yəni həyatımızın
emosiyasızlaşmasında sosial medianın ―günahı‖ çox cüzi miqdardadır, türklər demiş bu qədər günahını almağa
gərək yoxdu.
Son olaraq sosial medianın mənfi istiqamətdə qəbul edilməsində əsas səbəb kimi onun daha yeni olmasını
görürəm. Geoffrey Moore öz ―Crossing the Chasm : Marketing and Selling High-Tech Products to Mainstream
Customers‖ kitabında yeni məhsul və fikirlərin kütlə tərəfindən hansı mərhələlərlə qəbul olunduğunu aşağıdakı
cədvəllə uyğun izah edir.
Dünyada, sosial medianın ümumi mövqeyinin bu diaqram üzərində ―erkən çoxluq ―praqmatistlər‖ üzərində
yerləşdiyi fikrini yürütmək olar, ölkəmizdə isə sosial media istifadəçilərinin statistikasına əsaslanaraq 2-ci
―dərhal mənimsəyənlər― qrupuna daxil olduğumuzu söyləyə bilərəm, 3cü mərhələyə meçmək üçün 1 az zamana
ehtiyacımız var. Doğrudanda yeni fikir və məhsul böyük kütlələr tərəfindən çətinliklə qəbul olunur ki, sosial
www.kitabxana.net
– Milli Virtual Kitabxana
172
media da çətin qəbul olunan yeni fikirlərdən biridir. Ümumiyyətlə belə bir deyim var ki, ―bütün bənzətmələr
qüsurludur‖, bu deyimlə situasiyadan və gətirilən bənzətmədən asılı olaraq bəzən daha çox, bəzənsə daha az
razı oluram. Sosial media və yenilik məsələsinə bilmirəm nə qədər oxşar olacaq amma bir bənzətmə gətirmək
istəyirəm. Deməli 1960-ci illərin sonunda Azərbaycan məktəblərində şagirdlərin ilk diyircəkli qələmlə
tanışlıqları baş verir və başlayırlar ucudiyircəkli qələmlə yazmağa, bunu görən müəllimlər ucudiyircəkli
qələmlərin istifadəsini qadağan edirlər, səbəb olaraq isə onu göstərirlər ki bu tip qələmlər xətti korlayır, hətta
1970-ci illərin sonuna kimi sinif (bizim nəslin dili ilə desək ―yoxlama yazı işi‖) dəftərlərində qadağan olunur
diyircəkli qələmlərin istifadəsi. Üzərindən heç 15 il keçməmiş bütün əli qələm tutan hər kəs diyircəkli qələm
istifadə etməyə balayır. Yəni demək istədiyim odur ki, sosial media yeni məhsul olduğu üçün, xüsusən ―gecikən
çoxluq‖, ―konservativ‖lər bunu asanlıqla qəbul etmək istəmirlər. Bunun hər kəs tərəfindən qəbul olunması üçün
müəyyən zamana ehtiyac var ki, hamı adaptasiya olunsun, yeni, ənənəvi olmayan media növünə.
http://www.facemark.az/index/news/sosial-mediaya-ferqli-baxis
Dostları ilə paylaş: |