Ramiz Talıbov
Gənclərin feysbuk ixtiraları
Ramiz Talıbov, "Yeni Yazarlar" ədəbi-kulturoloji kursunun dinləyicisi
Avropa dövlətləri bəşəriyyəti irəli aparan kəşfləri ilə çox qürrələnirlər. Halbuki bizim müasir gənclərin virtual
aləmdəki kəşfləri onlarınkından heç də geri qalmır. Buna rəğmən, bizim gənclərdə qətiyyən lovğalıq görmərsiz.
Başları aşağı öz işləriylə məşğuldurlar.
Yazıda konkret faktlara və statistikaya müraciət etmək üçün ən məşhur və hal-hazırda 700 milyondan çox
istifadəçiyə malik feysbukdan (facebook.com) bəhs edəcəyik. Azərbaycanda bu sosial şəbəkədən
faydalananların sayı 400 mini keçir və cəmiyyət həyatında olduğu kimi feysbuk Azərbaycanında da fəallıq
göstərən təbəqə gənclərdir. Bu cümləni faktla möhkəmləndirmək üçün əlavə edim ki, bizdə feysbuk
www.kitabxana.net
– Milli Virtual Kitabxana
198
istifadəçilərinin 82%-ini yeniyetmələr və gənclər təşkil edir.
Bir çox dünya dövlətləri sosial şəbəkələrin beynəlmiləlliyindən yararlanaraq öz milli ideyalogiyalarını virtual
arenada təbliğ etməklə məşğuldur. Eyni zamanda belə dövlətlərin vətəndaşları sosial şəbəkələrdən daim
yenilənən və sürətli sosial media kimi istifadə etməyi də bacarırlar.Məsələn,statistikaya görə ABŞ və Böyük
Britaniya feysbukdan sosial media kimi istifadə etməkdə öncül yerləri tuturlar.
Lakin bizim gənclər əvvəldə qeyd etdiyim kimi gərgin araşdırmalar nəticəsində sosial şəbəkələrin daha ―faydalı
tərəflərini‖ kəşf etməyə müvəffəq olmuşlar. Mən sözügedən unikal kəşflərin canlı şahidi olaraq əminəm ki,
texnologiya və təhsil sistemi baxımından inkişaf etmiş heç bir Avropa dövləti sosial şəbəkədən istifadədə
bizimlə rəqabət apara bilməz.
Məsələn,gənclərimizin böyük bir qismi feysbuk sosial şəbəkəsində yüksək işgüzarlıq göstərərək böyük ―kəşfə‖
nail olmuşdur. Bu kəşfə görə, bayrağımızın, Qarabağın, Milli Qəhrəmanlarımızın, bütövlükdə , özündə millilik
əks etdirən istənilən fotonun və statusun layk (like / bəyəndim) edilməsi insanda vətənpərvərlik hisslərinin
oyanmasına və artımıına səbəb olur. Bu səbəbdəndir ki, gənclər dayanmadan milli mövzuda şəkillər və statuslar
paylaşıb, onların çoxlu layk yığmasını tələb edirlər,hətta yalvarırlar da.
Bəlkə də,bir çox insan anlamır,amma bu yalvarışlar bizim xeyrimizədir. Çünki belə paylaşımlarda layk sayı
artıqca, milli duyğular bir o qədər qabarır. Daha çox layk , daha çox millətsevərlik və vətənpərvərlik
deməkdir.Nə qədər qəribə görünsə də, sən demə,feysbukdakı laykların belə spesifik xüsusiyyəti varmış yoxsa
bizim gənclər o qədər boş-bekar deyillər ki, vaxtlarının böyük hissəsini belə işlərə sərf etsinlər.Və çox
―qürurvericidir‖ ki, belə sensasiyonal ixtiranın sahibi nə Amerika,nə də Avropadır.Bu nailiyyət bizə,bizim
gənclərə məxsusdur.Düzdü,hələ ―ixtiraçı‖ gənclərimiz öz icadlarına bir ad verməyiblər.Amma nəzərə almaq
lazımdır ki,adsız dəyirmanda xoruz olur.Həm də digər dövlətlərin istifadəçiləri feysbukun fikir mübadiləsi
aparmaq,faydalı tanışlıq, kütləvi öyrətmə və öyrənmə, geniş təbliğat kimi imkanlarını bir kənara
qoyub,gənclərimizin bu kəşflərini mənimsəyib,öz adlarına çıxarma ehtimalları var.Buna görə mən həmin kəşfin
―laykın (like) qüdrəti‖ adlandırılmasının tərəfdarıyam.
Onu da qeyd etməliyəm ki, feysbuk ―fəallarımız‖ bu yenilikdən düşmənlərimizin əleyhinə də məharətlə istifadə
edirlər. Bununla Ümid edirəm ki, bundan sonra feysbukda müntəzəm olaraq Ermənistan bayrağının və
prezidentinin şəkillərini paylaşıb,başlıq olaraq da ―ermənistana nifrət edənlər layk etsin‖, ―bu bayrağı
tapdalamaq istəyən neçə nəfər var?‖ ―sarkisyanı güllələmək istəyənlər layk eləsin,hər layk bir gülləyə
bərabərdir‖, ―ermənistan bayrağına tüpürmək istəyən qeyrətli oğul və qızlarımızdan maksimum layk
www.kitabxana.net
– Milli Virtual Kitabxana
199
gözləyirəm‖ kimi başlıqları görəndə təəccüblənməyəcək və ―vətənpərvər‖ gənclərimizi qınamayacaqsız. Çünki
artıq siz də ―laykın qüdrəti ‖ndən,onun real qüvvəyə malik olduğundan xəbərdarsız. Və artıq siz də bilirsiz
ki,bütün bu layklar, şərhlərdə yazılmış odlu-alovlu təhqir və təhdidlər Ermənistan xalqına psixoloji təzyiq
göstərməyə xidmət edir. Əgər bu yaxınlarda Sarkisyanın onu və ölkəsinin bayrağını təhqir etdiklərinə,üstəlik
maksimum layk yığaraq təhqirin təsir gücünü artıqlarına görə feysbukdakı ―aktiv‖ gənclərimizi Avropa
Məhkəməsinə verdiyini eşitsəz, sizə qəribə gəlməsin.Hətta mən Sarkisyanın yüzlərlə,minlərlə layk yığmış
təhdidedici statuslardan qorxuya düşərək Qarabağ məsələsində bizə güzəştə gedəcəyinə də ümid
bəsləyirəm.Necə deyərlər, Allahdan ümid kəsilməz.
Aydın Xan (Əbilov)
Feysbuk və sosial Ģəbəkələr.
Xüsusi kursun proqramı
1. İnternet və elektron dövlət, soaial şəbəkələr haqqında qısa məlumatlar.
2. Feysbuk, onun tarixi, dünyada və Azərbaycanda populyarlaşması.
3. Sosial media, vəyəndaş jurnalistikası, blogerlik, şəbəkə yazarlığı, Feysbukda fəalyyət.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
200
4. Feysbuk: sosial media alətləri, status, paylaşma, qeydlər, çatlaşma, e-mailləşmə, multimedik imkanlar - şəkil
və video yerləşdirim funksiyaları.
5. Feysbukda mən: Sosial şəbəkədə profil yaratmaq, səhifə, qrup adminliyi, şəbəkələşmə və başqa imkanlar.
6. Sosial şəbəkədə PR aksiyaları, Feysbukda necə auditoriya və dostlar qazanmalı, gündəlik aktivliyi necə
qazanmalı?
7. Sosial şəbəkədə ictimai-siyasi, sosial-mədəni, elmi-iqtisadi polemika və mövqeylərin səmərəliliyini artırmaq
üçün vasitələr.
8. Feysbuk və sosial şəbəkədə etik normalar, İnternet mədəniyyəti, müəllif və əlaqəli hüquqların qorunması,
nüfuzununmühafizəsi.
9. Sosial şəbəkə - virtual dünyanın xeyri, zərəri, onlardan faydalanmaq, qorunma yolları...
10. Feysbukda biznes qurmaq, informasiya mübadiləsi, savaşı aparmaq, virtual ofis yaratmaq, tanınmış simaya
çevrilmə yolları.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
201
Cəmiyyətin informasiyalaĢdırılması və informatika tarixi
Bəşəriyyət yarandığı gündən əvvəlcə maddələrə, sonra enerjiyə və nəhayət, informasiyaya sahib olmaq uğrunda
çarpışmışdır. Sivilizasiyanın ilk dövrlərində insana elementar bilik və bacarıqlar kifayət edirdisə,
informasiyanın tədricən çoxalması nəti cəsində insan şəxsi biliklərinin az olmasını hiss etməyə başladı.
İnformasiyanı düzgün emal etmək və lazımi qərarlar qəbul etmək üçün insandan malik olduğu bilik və
təcrübələri ümumiləşdirmək tələb olunurdu. Ona görə də o, müxtəlif qurğular düzəltməyə başladı.
İnformasiyanın emalı üçün nəzərdə tutulan üsul və vasitələr meydana gəldi və onlar cəmiyyətdə ciddi
dəyişikliklərə – informasiya inqilablarına gətirib çıxardı.
Bəşəriyyət, onun inkişafına daha çox təsir edən və informasiya inqilabı adlanan dörd mərhələdən keçmişdir.
Birinci mərhələdə yazının meydana gəlməsi nəticəsində bilikləri saxlayaraq, gələcək nəsillərə ötürmək imkanı
yarandı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
202
İkinci mərhələ (XVI əsrin ortaları) kitab çapının ixtirası ilə bağlıdır. Bu inqilab nə ti cə sində informasiyanın
saxlanılmasının tamamilə yeni bir üsulu yarandı. İnsan informasiyanı saxlamaq, sistemləşdirmək və yaymaq
üçün yeni bir vasitə əldə etdi.Bu vasitə mənəvi və mədəni dəyərləri böyük kütlələrə çatdırmağa imkanı verdi.
Üçüncü mərhələ (XIX əsrin sonu) elektrik cərəyanının kəşfi ilə bağlıdır. Teleqraf, telefon və radio yarandı.
Onlar informasiyanı ixtiyari həcmdə və yüksək sürətlə ötürməyə və qəbul edib saxlamağa imkan verdi. İnfor
masiya-kommunikasiya vasitələri yarandı.
Dördüncü mərhələdə (XX əsrin 70-ci illəri) mikroprosessor texnologiyası ixtira olundu və fərdi kompüterlər
meydana çıxdı. İnformasiyanın elektrik və mexaniki va sitə ləri keçmişdə qaldı. Onları elektron vasitələr əvəz
etdi. Bu vasitələr maşın və cihazları daha kiçik ölçüdə istehsal etməyə və proqramla idarə olunan qurğular
yaratmağa im kan verdi. Dördüncü inqilabın baş verməsinin əsas səbəbi ötən əsrin 40-cı illərində elektron
hesablama maşınlarının yaranması oldu.
Dördüncü informasiya inqilabı bəşəriyyə tin sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçməsinə təkan
verdi. Bu, bir vaxt bəşəriyyətin aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçidinə bənzəyirdi.
İnformasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, orada cəmiyyət üzvlərinin əksəriy yəti in for masiyanın istehsalı,
saxlanılması, emalı və onun istifadəsilə məşğul olur. İnformasiya cəmiyyətinin bəzi xarakterik cəhətləri:
1. İnformasiyanın həcmi artdıqca onun emalı və saxlanması üçün insan xüsusi texniki vasitələrdən istifadə
etməli olacaqdır.
İnformasiya cəmiyyətində insan və kollektivlər hər hansı bir qərarı qəbul edər kən müəyyən informasiya
toplamalı, onu emal və təhlil etməlidir. İnformasiyanın həcmi o dərəcədə artmışdır ki, insan özü onu emal
etməyə qadir deyil. O, bu işə xüsusi texniki vasitələri cəlb edir.
2. Kompüterlərdən istifadə qaçılmaz olacaqdır. İnformasiya cəmiyyətində kompüterlərdən istifadə olunması
labüddür. Bu, etibatlı informasiya mənbə lərindən istifadə etməyə imkan verir, faydasız işi azaldır, optimal
qərarların qəbul olunmasını sürətləndirir və informasiyanın emalını avtomatlaşdırır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
203
3. Cəmiyyətin hərəkətverici qüvvəsi informasiya məhsulunun istehsalı olacaqdır. XX əsrin ikinci yarısında
insanların müəyyən bir qisminin maddi məhsul istehsalından informasiya sahəsinə keçməsi baş verdi. Bilavasitə
maddi sərvətlər istehsal etməyən əhalinin yeni sosial təbəqəsi yarandı. Bu insanlar (müəllimlər, bank işçiləri,
proqramçılar və s.) informasiyanı emal etməklə məşğul olurdular. Yeni cəmiyyətdə isə maddi nemətlər daha
çox «informasiya tutumlu» olacaq. Onun dəyəri isə innovasiyalardan, dizayn həllərindən, marketinq
keyfiyyətindən asılı olacaq.
4. İnformasiya cəmiyyətində istehsal olunacaq məhsul bilik və intellekt olacaqdır ki, bu da ümumiyyətlə, əqli
əməyin payını artıracaqdır. İntellektual əməklə bağlı sənət sahələrini seçən insanların sayı artacaqdır.
5. Dəyərlər dəyişərək, yeni həyat tərzi formalaşacaq, asudə vaxtda məşğuliyyətlər dəyişəcəkdir. Artıq indi
kompüter oyunları insanın boş vaxtının əsas hissəsini tutur. Bu oyunlar uzaq məsafədə yerləşən bir neçə
oyunçunu özündə birləşdirən şəbəkə sisteminə transformasiya olunur. İnternetdə vaxt keçirənlərin sayı artır.
Onlar tədris saytlarına və virtual muzeylərə səyahət edirlər, lazımi ədəbiyyatı tapıb oxuyurlar və s. İnternetdə
gap xidmətləri [chat] və ICQ xidməti istifadəçilər tərəfindən çox bəyənilir. Bu xidmətlər vasitəsilə uzaq
məsafələrdə olan insanlar real zaman rejimində bir-birlərilə əlaqə saxlayırlar.
6. Kompüter texnikası, kompüter şəbəkələri, informasiya texnologiyaları inkişaf edəcək.
İnternet şəbəkəsi ayda 10-15% artacaq və onun istifadəçilərinin sayı yüz milyonlarla ölçüləcək. Özündə
müxtəlif qurğuların funksiyalarını cəmləşdirən (kompüter, televizor, radio, telefon və s.) müasir multimedia
sistemlərinin istifadəsi informasiya texnologiyalarının universallaşmasına gətirib çıxaracaqdır. İnformasiyanı
saxlayan qurğular isə bapbalaca – ovucun içində yerləşən ölçüdə olacaq. Bu qurğular daxilində həcmi bir neçə
ensiklopediyaya bərabər olan şəxsi universal soraqçalar da yerləşdiriləcəkdir. Bu qurğuları şəbəkəyə qoşub
operativ informasiya, məsələn, hava haqqında, yollardakı tıxaclar barədə məlumatlar almaq mümkün olacaqdır.
7. Evlərdə cürbəcür elektron cihazlar və kompüterləşdirilmiş qurğular olacaqdır. Mənzillər naqillər sisteminin
əvəzinə bir cərəyan və bir də informasiya kabeli ilə təchiz olunacaqdır. İnformasiya kabeli rabitə, televiziya
kanallarını və İnternetə çıxışı özündə birləşdirəcəkdir. Xüsusi elektron blok bütün məişət avadanlıqlarına və
yaşayış sistemlərinə nəzarət edəcək, binalar ―ağıllı‖ olacaqdır. ―Ağıllı binalar‖la yanaşı ―ağıllı avtomobil‖lər də
yaranacaqdır. Onlarda avtomobilin texniki hissəsinə cavab verən kompüterdən başqa, şəhər informasiya
xidmətlərinə qoşulan sistem də işləyəcək. Belə avtomobil ―ağıllı ev‖lə əlaqədə olacaq və hətta evi idarə də edə
bilə cək.
8. Enerji və maddi məhsullar istehsalını maşınlar təmin edəcək, insan isə, əsas etibarilə, informasiyanın emalı
ilə məşğul olacaq. İstehsalatda insanların sayı azalacaq, onların yerini robotlar və manipulyatorlar tutacaqdır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
204
9. Təhsil sahəsində fasiləsiz təhsil sistemi yaradılacaq. İnsanlar zamanla ayaqlaşmaq üçün, sənəti dəyişmək və
cəmiyyətdə layiqli yer tutmaq üçün ömrü boyu oxumaq imkanı qazanacaqlar.
10. Uşaqlar kompüter proqramları və telekommunikasiyalar vasitəsilə evdə təhsil ala biləcəklər. Bununla
əlaqədar tədris prosesində təlimin formaları dəyişəcək və təlimin tərbiyəvi aspektlərilə bağlı problemlər yarana
biləcəkdir.
11. İnformasiya xidmətləri bazarı yaradılaraq inkişaf etdiriləcək. İnformasiya məhsul və xidmət növünə
çeviriləcək. Bu məhsulu adi əmtəə kimi alıb-satmaq mümkün olacaqdır.
Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçmək üçün informasiya böhranı şəraiti əmələ gəlməli idi. Bu
şərait XX əsrdə yarandı. İnsanın üzərinə sel kimi gələn böyük həcmdə informasiya axınında istiqamət götürmək
qeyrimümkün oldu. Artıq və lazımsız olan çoxlu miqdarda informasiya yarandı. İnformasiya cəmiyyətinə keçid
isə müxtəlif sahələrdə informasiyanın ötürülməsi və onun emalı üçün müasir vasitələrdən istifadə edilməsi ilə
başlandı. Bu proses infor masiyalaşdırma adlanır.
Cəmiyyətin informasiyalaşdırma prosesi sənaye cəmiyyətinin informasiya cəmiyətinə keçməsini təmin edir.
Cəmiyyətin informasiyalaşdırılması prosesi cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq
imkanı verir. Son dövrlərə kimi «informasiyalaşdırma» sözü əvəzinə «kompüterləşdirmə» sözündən istifadə
olunurdu. Lakin «kompüterləşdirmə» sözünün mənası kompüter texnikasının inkişafı və tətbiqi deməkdir.
Cəmiyyətin informasiyalaşdırılması isə kompüterləş dirməyə nisbətən daha geniş anlayışdır. Belə ki, bu gün
texniki vasitələr deyil, sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Kompüterləşdirmə isə
informasiyalaşdırma prosesinin bir hissəsidir, onun texniki bazasıdır.
İnformasiya mədəniyyəti.
İnsan mədəniyyəti
• bilik, bacarıq və peşəkar vərdişlər ilə;
• intellektual, estetik və mənəvi inkişaf səviyyəsinə görə;
• insanlarla ünsiyyətin forma və üsulları ilə müəyyən olunur.
İnsanın şəxsi mədəniyyəti
www.kitabxana.net
– Milli Virtual Kitabxana
205
• əqli inkişaf səviyyəsinə görə;
• peşəkarlıq və yaradıcılıq fəaliyyətinin xarakterinə görə müəyyən olunur.
Bu o deməkdir ki, insan nə qədər öz zehni qabiliyyətlərini inkişaf etdirirsə, nə qədər düşünür, fikirləşirsə, bir o
qədər öz şəxsi mədəni səviyyəsini yüksəltmiş olur. Ona görə də elm və incəsənətlə məşğul olan insanın mədəni
səviyyəsi daha yüksək olmalıdır. İnformasiya cəmiyyətinə keçərkən insanın ümumi mədəniyyətinə daha bir
kateqoriya əlavə olunur – informasiya mə dəniyyəti.
İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işləmək və onun qəbul edil — məsi, emalı və ötürülməsi
üçün kompüter texnikasından, müasir texniki vasitə və üsullardan istifadə etmək bacarığıdır.
İnsanın informasiya mədəniyyəti dedikdə aşağıdakılar başa düşülür:
– telefondan tutmuş fərdi kompüter və kompüter şəbəkələrinə ki mi müxtəlif texniki cihazlardan istifadə etmək
vərdişlərinə yiyələnməsi;
– informasiya texnologiyalarına yiyələnmək qabiliyyətinin ol ması;
– dövri mətbuat və elektron kommunikasiyalarından informasiya əldə etmək bacarığının olması;
– informasiyanı aydın şəkildə təqdim etmək və ondan maksimum səmərə ilə istifadə etmək bacarığının olması;
– informasiyanın emalının müxtəlif üsullarını bilməsi;
– müxtəlif informasiya növlərilə işləmək bacarığının olması.
İnformasiya resursları. Hər bir dövlət, cəmiyyət, şirkət və adi insan özünün həyat fəaliyyəti üçün zəruri olan
resurslara malikdir.
1. Bəşər tarixində hansı informasiya inqilabları olmuşdur?
2. İnformasiya cəmiyyətini xarakterizə edən cəhətlər hansılardır?
3. Yaşadığımız cəmiyyət informasiya cəmiyyəti adlana bilərmi?
4. İnformasiya mədəniyyəti nədir?
5. İnformasiya resurslarına nə daxildir və onların başqa resurslardan fərqi nədədir?
İnformasiya resurslarına elmi-texniki biliklər, ədəbiyyat və incəsənət əsərləri, ictimai-dövlət əhəmiyyətli digər
informasiyalar daxildir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
206
Resurs müxtəlif vəsaitlərin ehtiyatı, mənbəyi deməkdir.
Müasir cəmiyyətdə maddi, xammal, enerji, əmək və maliyyə resursları ilə yanaşı, informasiya resursları da
mövcuddur.
İnformasiya resurslarından başqa, istənilən resurs işləndikcə yox olur. Məsələn, yanacaq yanıb qurtarır, maliyyə
vəsaiti xərclənir və s. İnformasiya resursu isə «bitib tükənmir», ondan coxlu sayda istifadə etmək mümkündür.
Ġnformasiya cəmiyyətinin 100 əsas anlayıĢı
1. Aktiv idarəetmə
Müəssisələr, təşkilatlar və vətəndaş qrupları tərəfindən öz maraq və arzularının formalaşdırıl-ma-sını,
hüquqlarının, vəzifələrinin həyata keçirilməsini, eləcədə fikir ayrılıqlarının aradan qaldırılmasını nəzərdə tutan
prosesdir. Bu proses cəmiyyətin istər yerli və regional, istərsə də milli və qlobal səviyyədə daha şəffaf və
səmərəli idarəetmə formalarından istifadə etməsini təmin edən, elmi cəhətdən əsaslandırılmış metodların
tapılmasını zəruri edir.
2. Biznes üçün biznes
www.kitabxana.net
– Milli Virtual Kitabxana
207
1. Qeyri-formal termindir, kompaniyalar arasında mal, xidmət və informasiya mübadiləsi prosesini ifadə edir.
Bu prosesdə malın və ya xidmətin son fiziki istehlakçısı iştirak etmir. Adətən müəyyən sahələrə aid olan
portalların tərkib hissəsədir.
2. Müəssisələr arasındakı razılaşmaların elektron formada həyata keçirilməsini nəzərdə tutan, biznesin elektron
modelidir.
3. Biliklərə əsaslanan iqtisadiyyat
Ümumi daxili məhsulun böyük bir payının informasiya və biliklərin istehsalı, işlənilməsi, saxlanması və
yayılması fəaliyyəti nəticəsində təmin olunan iqtisadiyyat.
4. Dünya hörümçək toru(www termini ilə sinonimdir.)
1. Dünyanın müxtəlif coğrafi məkanında yerləşmiş serverlərdəki informasiyalara müraciəti təmin edən İnternet
xidmətidir.
2. Hipermediadan istifadə etməklə informasiya məkanı formalaşdıran İnternet xidmətidir. Hər bir sənəddən
təsvirlərə, səslərə və ya digər sənədlərə linklər ola bilər.
5. Distant təhsil
(Distance education)
1. Elektron və ənənəvi rabitə vasitələrinin köməyi ilə təhsil mərkəzindən məsafədə yerləşən şəxslərin tədris-
idrak fəaliiyətlərinin məqsədyönlü və metodik təşkil olunmuş rəhbərliyi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
208
2. İKT-nin istifadəsinə əsaslanan və məsafədən tədris materiallarının mübadiləsini, tədris prosesinin müşayiət
və idarə edilməsini təmin edən xüsusi təlim sisteminin köməyi ilə bilik, bacarıq və vərdişlərin əldə olunması
prosesidir.
6. Distant təlim
Öyrədənlə öyrənən arasında doğrudan-doğruya kontakt olmadan, müasir informasiya və telekom-munikasiya
texnologiyalarından istifadə etməklə məsafədən tədris prosesini həyata keçirməyə imkan verən yeni tədris
üsuludur.
7. Elektron hazırlıq (e-Readiness) – İnformasiya cəmiyyətinə hazır olmaq
Ölkənin informasiya-kommunikasiya infra-struktu-ru-nun inkişafını, elektron iqtisadiyyatını, distant təhsilini,
dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadəni və İKT sahəsində
dövlətin siyasətini əhatə edən meyarlarla qiymətləndirilən sosial iqtisadi inkişafın səviyyəsidir.
8. Elektron kitabxana
Müxtəlif tipli elektron sənədlərin (mətn, qrafik, audio-video və s.) etibarlı saxlanmasını və istifadəçi üçün rahat
şəkildə qlobal kompüter şəbəkəsi vasitəsilə effektli istifadə olunmasını təmin edən informasiya sistemidir.
9. Elektron poçt
1. Ən geniş istifadə olunan İnternet xidmətidir. Kompüter istifadəçilərinin biri-birinə elektron məlumatlar
www.kitabxana.net
– Milli Virtual Kitabxana
209
göndərməsinə imkan verir.
2. Kompüterin köməyi ilə məlumatların mübadiləsi. Məktub və məlumatların şəbəkə vasitəsi ilə bir
kompüterdən digərlərinə ötürülməsi.
10. Elektron ticarət
İnternetdə elektron sənəd dövriyyəsinin köməyi ilə həyata keçirilən ticarət.
11. Elektron imza (rəqəmli imza)
1. Elektron imza – digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini
fərdiləşdirməyə imkan verən verilənlər.
2. Gücləndirilmiş elektron imza – imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və
yalnız imza sahibinə məxsus olmaqla onu fərdiləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü,
dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza.
3. Fiziki şəxsin imzasının analoqu olub, gizli açardan istifadə etməklə elektron məlumatların kriptoqrafiya üsulu
şəkildəyişməsi nəticəsində əldə edilən və açıq açarla istifadəçiyə həmin məlumatın tamlığını və məxfiliyini,
eləcə də gizli açarın sahibini təyin etməyə imkan verən simvolların ardıcıllığı.
12. Elektron iqtisadiyyat
www.kitabxana.net
– Milli Virtual Kitabxana
210
1. Geniş mənada – informasiyadan, biliklərdən və İKT-dən geniş istifadə etməyə əsaslanan iqtisadiyyat.
2. Məhdud mənada – şəbəkə texnologiyalarına və "biznes-biznes" (B2B) və "biznes-istehlakçı" (B2C)
modellərinə əsaslanan iqtisadiyyat.
13. Elektron hökumət
Dövlət idarəetmə orqanlarının və cəmiyyətin İKT-dən istifadə etməklə qarşılıqlı əlaqəsinin təmin edilməsi.
Elektron hökumətin yaradılması əsasən 3 məsələnin həllinə yönəlmişdir:
1. dövlət xidmətlərinin keyfiyyətinin və əlyetərliyinin artırılması və bu xidmətlərin təqdim olunması
prosedurunun sadələşdirilməsi, tezləş-diril-məsi və xərclərin azaldılması;
2. dövlət qurumlarının fəaliyyəti haqqında şəffaflığının artırılması, vətəndaşların və təşkilat-larının qərarlarının
qəbulu prosesində iştirakı imka-nının genişləndirilməsi;
3. inzibati-idarə prosesinin keyfiyyətinin yaxşılaşdırılması, dövlət orqanlarının işinə nəzarətin səmərəli təşkili.
Elektron hökumətin G2C- dövlət qurumları ilə vətəndaşlar arasında, G2B- dövlət qurumları ilə biznes sektoru
ilə, G2G- dövlət qurumları arasında qarşılıqlı əlaqəni tənzimləyən modelləri mövcudddur.
14. Elektron biznes
Elektron kommersiya, internet, biznes – sinonimlər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
211
Elektron ticarətdən daha geniş anlayış olub, İnternetdə öz saytının, virtual mağazasının, kompa-niya-ları
idarəetmə sistemlərinin, "biznes-biznes", "biznes-istehlakçı" modellərin olması ilə səciyyələnir.
15. Ev kompüterləşməsi
(Home computerisation)
1. İnformasiyalaşdırma üzrə dövlət siyasətinin elementi olub, əhalinin bilavasitə evdən informasiya və biliklərə
olan tələbatını İnternet vasitəsilə ödəməyə imkan verir.
2. Evlərin elektron qurğularla (xüsusi ilə də kompüter texnikası ilə) ilə təchiz olunması prosesidir.
16. Fasiləsiz təhsil
İnsanın həyatı boyu təhsil alma və öz biliyini artırma arzusunu ödəyən və təhsilin bütün səviyyələrinin həm
təşkilati, həm də məzmunca bütövlüyünü və varisliyini təmin edən dövlət, özəl və ictimai təhsil müəssisələri
kompleksidir.
17. Fərdi elektron köməkçi
İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsi funksiyalarını yerinə yetirən miniatür elektron qurğu.
18. İnformasiyalaşdırma sahəsində dövlət siyasəti
www.kitabxana.net
– Milli Virtual Kitabxana
212
Ölkənin sosial və iqtisadi inkişafının informa-siya təminatının ümumdövlət prioritet istiqamətlərinin təyin
olunmasını və informasiya cəmiyyətinə keçidi təmin edəcək siyasi, hüquqi, iqtisadi, sosial-mədəni və təşkilatı
tədbirlərin kompleksidir.
19. İnformasiya və biliklərə çıxış
(Access to information and knowledge)
Biliklərin daha effektiv istifadəsini təmin edən üsul, vasitə və vərdişlərin əlyetərliliyi, başqa sözlə cəmiyyətdə
şəxsiyyətin siyasi və sosial-mədəni hüquq-larının tam olaraq reallaşdırılmasını üçün lazım olan şəbəkə
infrastrukturunun, xidmətlərin, eləcə də informasiya resurslarına çıxışın təmin olunması; vətəndaş-ların relevant
xarici mühitlə təmasda olmasına imkan verən vasitələr.
20. İnformasiya azadlığı haqqında qanun
(1966-cı il)
İnformasiya cəmiyyətinin inkişafı tarixində əlamətdar hadisədir. Bu qanuna görə, ABŞ-ın bütün federal
qurumları vətəndaşların, milli müdafiə, hüquq-mühafizə orqanlarına aid olan maliyyə və şəxsi sənədlər istisna
olmaqla, istənilən informasiyanı sərbəst şəkildə əldə etməsini təmin etməlidirlər. Bir sözlə, bu qanunla hər bir
vətəndaşın informasiya almaq hüququ vardır.
21. İnformasiyanın qorunması
Təbii və süni xarakterli təhdidlərə məruz qalan informasiyanın məxfiliyini, tamlığını və əlyetərliyini təmin edən
metod və vasitələr toplusudur. İnformasiya təhlükəsizliyinin pozulması informasiya sahiblərinə və
istifadəçilərinə zərər verə bilər.
22. İnformasiya cəmiyyətinin inkişaf indikatorları
İnformasiya cəmiyyətini inkişafını müxtəlif kəsimlərdə (informasiya, iqtisadi, sosial) xarakterizə edən
www.kitabxana.net
– Milli Virtual Kitabxana
213
göstəricilər siyahısıdır.
23. İnternet
1. Bütün dünya üzrə dövlət, akademik, kommersiya, hərbi, kooperativ və s. şəbəkələri özündə birləşdirən və
TCP/IP protokoluna əsaslanan qlobal kompüter şəbəkəsidir.
2. Yüksək səviyyəli kommunikasiya xidmətini təmin edən və tərkib hissələri TCP/IP protokoluna əsasında
unikal ünvan fəzası ilə məntiqi əlaqədə olan qlobal informasiya sistemidir.
3. Bütün dünyanı əhatə edən qarşılıqlı əlaqəli kompüter şəbəkələridir. İnternet TCP/IP protokolu əsasında
kompüterlərə, informasiya resurslarına, elektron poçt xidmətlərinə, elanlar lövhələrinə və müxtəlif diskussiya
qruplarına çıxışı təmin edir.
24. İnternet-inkubator
İnternet-kompaniyaların və onların layihələrinin qısa zamanda hazırlanması və bazara çıxarılması məqsədi
güdən vençur investisiya modeldir. İlk bu tip inkubator 1995-ci ildə amerikalı iş adamı B. Gross tərəfindən
yaradılmışdır.
25. İnternet-mağaza
İnternetdə müştəriyə (hüquqi və ya fiziki şəxsə) malların çatdırması da daxil olmaqla birbaşa satışının həyata
keçirildiyi yerdir. Bu zaman istehlak informasiyalarının yerləşdirilməsi, malın sifarişi və alqı-satqısı internet-
mağazanın saytında həyata keçirilir.
26. İnternet – iqtisadiyyat
İnternetdə öz biznesinin inkişaf etdirilməsi: sayt və virtual mağazaların açılması, elektron reklam və
marketinqdən, elektron sənəd dövriyyəsindən istifadə edilməsi.
27. İnterfeys
Kompüter və onun istifadəçisi və ya iki qurğu arasında əlaqəni təmin edən proqram təminatı.
28. İnformasiyalaşdırma
www.kitabxana.net
– Milli Virtual Kitabxana
214
1. İKT-dən istifadə etməklə bilik və informasiyanın istehsalının, yayılmasının və istifadəsinin
intensivləşdirilməsi prosesidir.
2. İdarəetmədə informasiya və biliklərdən istifadənin effektivliyinin artırılması, vətəndaşların, təşkilatların və
dövlətin informasiyaya olan tələbatının təmin edilməsi və ölkənin informasiya cəmiyyətinə keçid üçün şəraitin
yaradılması məqsədi ilə cəmiyyətin sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində İKT-dən geniş
miqyaslı istifadə prosesidir.
29. İnformasiya təhlükəsizliyi
Əsas üç tərkib hissədən: informasiyanın məxfiliyi, tamlığı və əlyetərliyindən ibarətdir. Məxfilik informasiyanın
icazəsiz əldə edilməsindən qorunmasına, tamlıq informasiyanın dəqiqliyi, həqiqiliyi və bütövlülüyünün
qorunmasına, əlyetərlik isə lazımi vaxta informasiya və xidmətlərə müraciətlərin təmin olunmasına yönəlmişdir.
30. İnformasiya müharibəsi
İnformasiya üstünlüyünü təmin etmək məqsədi ilə, eyni zamanda öz informasiyasını, informasiya və
informasiya sistemlərinə əsaslanan prosesslərini qorumaqla, rəqibin informasiyasına, informasiyaya və
informasiya sistemlərinə əsaslanan proseslərinə zərər vurmaq üçün həyata keçirilən tədbirlər.
31. İnformasiya sənayesi
Müasir İKT texnologiyaları bazasında müxtəlif növ informasiya məhsullarının və xidmətlərin geniş miqyaslı
istehsalı. (qəzet, jurnal və kitablardan tutmuş kompüter oyunlarınadək)
İnformasiya sənayesi iki fərqli hissədən – informasiya texnologiyalarının (maşın və avadanlıq) və bilavasitə
informasiyanın istehsalından ibarətdir.
32. İnformasiya inqilabı
XX əsrin sonlarında İKT-nin cəmiyyətin bütün sahələrinə inqilabi təsirini ifadə edən metaforadır. Bu hadisə
informasiyanın ötürülməsində ixtiyari məsafənin dəf edilməsini təmin edən texnoloji əsaslar yaratmaqla
bəşəriyyətin intellektual qabiliyyətini və mənəvi gücünün birləşdirir və bununla da informasiya məkanında
özündən əvvəlki inqilabi kəşflərin (kitab çapı, telefon, radiorabitə, personal kompüter) yaratdıqları effektləri
inteqrasiya edir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
215
33. İnformasiya sistemi
İnformasiya proseslərini həyat keçirən kompüter texnologiyası və rabitə vasitələrinin istifadəsi ilə təşkilati
nizamlanmış sənədlər (və ya sənədlər toplusu) və informasiya texnologiyalarının məcmusudur. İnformasiya
sistemi informasiyanın yığılması, saxlanılması, emalı, axtarışı, ötürülməsi və təqdim olunmasını təmin edir.
34. İnformasiya mühiti
İnformasiyanın saxlanması, işlənməsi və ötürülməsinin texniki və proqram vasitələrinin, eləcə də
informasiyalaşmanın həyata keçirilməsini təmin edən siyasi, iqtisadi, mədəni şərtlərin toplusudur.
35. İnformasiya sahəsi (Information Sphere)
1. İqtisadiyyatın informasiyanın istehsalı, işlənməsi, saxlanması və yayılması ilə məşğul olan sahəsidir.
2. İnformasiyanın toplanması, formalaşdırılması, yayılması və istifadə proseslərini həyata keçirən, həmçinin bu
prosesdə ictimai münasibətləri tənzimləyən informasiya, informasiya infrastrukturu və subyektlərinin
məcmusudur.
36. İnformasiya iqtisadiyyatı
70-80-ci illərdə geniş yayılmış termindir.
1. ÜDM-un böyük bir hissəsi informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılması fəaliyyəti
nəticəsində formalaşan iqtisadiyyatdır və məşğulların yarıdan çoxu bu prosesdə iştirak edir.
2. Gələcək informasiya cəmiyyətində iqtisadiyyatın bütün əsas sahələrinin inkişafında İKT-nin aparıcı rolunu
göstərən proqnozlar üçün xarakterik konsepsiyadır. Burada informasiyanın özü əmtəə istehsalı ilə eyniləşdirilir
və əsasən statistik metodların köməyi ilə tədqiq edilir.
37. İnformasiya Kommunikasiya Texnologiyaları (İKT)
İnformasiya istifadəçilərin maraqlarını təmin etmək məqsədi ilə informasiyanın yığılması, işlənməsi,
saxlanması, yayılması və istifadəsini təmin edən metodların, istehsal proseslərinin və proqram-texniki
vasitələrin məcmusudur.
38. İnformasiya qanunvericiliyi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
216
İnformasiyanın istehsalı, istifadəsi və İKT-nin tətbiqi sahəsində qanun, nor-mativ aktların və digər hüquqi
nizamlama sənədlərinin (aktlarının) məcmusudur.
39. İnformasiya ilə zənginləşdirmə (kontent)
İnformasiya sistemlərinin əhəmiyyət kəsb edən hər cür məlumatlarla- mətnlər, qrafiklər, multimedia və s. ilə
zənginləşdirilməsi. İnformasiya ilə zənginləşdirilmənin əsas parametrləri onun həcmi, aktuallığı və relevant
olmasıdır. İnternetdə informasiya ilə zənginləşdirmə web səhifə şəklində təşkil olunur.
40. İnformasiya bərabərsizliyi
Rəqəmsal fərq, rəqəmsal və ya elektron uçurum və digər bir çox söz birləşmələri sinonimdir.
1. Müasir İKT-dən istifadə imkanlarına görə meydana gələn sosial təbəqələşmənin (fərqliliyin) yeni formasıdır
2. İnformasiya strukturları, vasitələri və onların vətəndaşlar arasında qeyri-bərabər paylanması prosesini
vətəndaş hüququ və maddi rifaha dair məsələlərlə əlaqələndirən konsepsiyaların tərəfdaşları üçün xarakter
termin.
41. İnformasiya cəmiyyəti
İnformasiya və biliklərin cəmiyyətin həyatın-dakı rolunun yüksəlməsi, infokommuni-kasiyanın, informasiya
məhsullarının və xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payının artması, qlobal informasiya məkanının
yaratmaqla insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına çıxışını,
informasiya məhsul-larına və xidmətlərinə olan sosial və şəxsi tələbatlarını ödənməsini təmin edən müasir
sivilizasiyasının inkişafının bir pilləsidir.
42. İnformasiya silahı
İnformasiya infrastrukturunun funksiya və xidmətlərini, və ya onun ayrı-ayrı elementlərini müvəqqəti və ya
tamamilə sıradan çıxarılmasına yönəlmiş xüsusi (fiziki, informasiya, proqram, radioelektron və s.) metod və
vasitələrin məcmusudur.
43. İnformasiya məkanı
1. Elektron şəbəkələrdən istifadə edərkən meydana gələn bütöv bir elektron informasiya məkanı.
2. İnformasiya kommunikasiyalarının aparıcı rol oynadığı müasir ictimai həyatın sahələri. Bu mənada
www.kitabxana.net
– Milli Virtual Kitabxana
217
informasiya məkanı anlayışı informasiya mühiti anlayışı ilə eyniləşir.
44. İnformasiya Kommunikasiya İnfrastrukturu
Ərazi üzrə paylanmış dövlət və korporativ informasiya sistemləri, rabitə xətləri, şəbəkələr və ötürücü kanallar,
kommutasiya vasitələri və informasiya axınının idarə edilməsi, həmçinin onların effektiv işləməsini təmin edən
hüquqi və normativ mexanizmlər və təşkilati strukturların, məcmusudur.
45. İnformasiya tələbatı
Qeyri-maddi tələbatın bir növüdür. Hər hansı bir məqsədə çatmaq və ya konkret bir tapşırığı yerinə yetirmək
üçün informasiyaya olan tələbatdır.
46. İnformasiya məhsulları
İnformasiya resurslarının bütün növləri, proqram məhsulları, məlumat bazaları və əmtəə formasında təqdim
olunan digər informasiyalar.
47. İnformasiya prosesləri
İnformasiyanın yaradılması, yığılması, saxlanılması, işlənməsi, təsviri, ötürülməsi, yayılması və istifadəsi
prosesləridir.
48. İnformasiya resursları
İnformasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat bazalarında, muzeylərdə və s.) olan
sənədlər toplusudur.
49. İnformasiya xidmətləri
İstifadəçilərə informasiya məhsullarının təqdim olunması ilə onların informasiyaya olan tələbatının ödənilməsi
50. İnformasiya şəhəri
Sənayesonrası iqtisadi strukturа malik olan, əsas fəaliyyət sahələri idarəetmə, maliyyə, elmi araşdırmalar, ali
təhsil, mədəniyyət, informasiya xidməti, KİV, işgüzar xidmətlər (reklam, məsləhət, informasiya və s.) olan və
işləyənlərin yarıdan çoxunun bu fəaliyyət sahələrində məşğul olduğu şəhərdir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
218
51. İnformasiya cinayəti
Tamahkarlıq və ya xuliqanlıq niyyəti ilə informasiya sistemi və şəbəkələrindən informasiyanın oğurlanmasına
və dağıdılmasına yönələn əvvəlcədən düşünülmüş qərəzli hərəkətlər.
52. İnformasiya bazarı
İKT, informasiya məhsulları və xidmətləri bazarı.
53. İnformasiya
Təqdimat formasından asılı olmayaraq şəxslər, əşyalar, faktlar, hadisələr və proseslər haqqında məlumatlar.
54. İnformasiyanın ümumiləşdirilməsi
Ayrı-ayrı sadə (lokal) hadisələr haqqında məlumatların ümumiləşdirilərək daha yüksək səviyyəli hadisə
haqqında informasiyaya çevrilməsi. Məsələn, ayrı-ayrı regionlarda gedən sosial-iqtisadi inkişaf haqqında
məlumatların bütövlükdə ölkənin iqtisadi inkişafı haqqında məlumat şəklində ümumiləşdirilməsi.
55. İnformasiya istifadəçisi
Özünə lazım olan və istifadə etdiyi informasiyanın alınması məqsədilə informasiya sistemlərinə müraciət edən
subyekt.
56. İKT-nin tətbiqləri
Teleiş teletəbabət, distant təhsil və yenidən hazırlığ, yol hərəkətinin teleidarəsi kimi peşəkar və ya fərdi
sahələrdə telematika xidmətləri.
57. İKT-dən istifadə etməklə inkişaf
İKT-nin kütləvi istifadəsinə əsaslanan sosial-iqtisadi inkişaf.
58. İKT-nin sosial təsiri
İKT-nin iqtisadiyyata, əmək və məşğulluğa, təhsil və mədəniyyət sahələrinə, sosial struktura, ev və ailəyə,
gündəlik həyata və bütövlükdə cəmiyyətə təsiri.
59. İstehlakçı üçün biznes
www.kitabxana.net
– Milli Virtual Kitabxana
219
(B&C)
1. Qeyri-formal termin olub mal, xidmət və informasiya satışı məqsədi ilə kompaniyaların son fiziki
istehlakçılarla qarşılıqlı əlaqə prosesini ifadə edir.
2. Elektron kommersiyanın bir modelidir. İstehsalçı ilə məhsulun son istehlakçısı arasında sövdələşmələr
elektron yolla həyata keçirilir.
60. Kiberməkan
Amerika həyatından gələn və ilk dəfə Uilyam Gibsonun «Le Neuromacien» pyesində verilmiş anlayışdır.
Kiberməkan dünyanın bütün kompüterlərində olan elektron verilənlərin dövr etdiyi virtual məkanı təsvir edir.
61. Kommunikasiya
Rabitə, informasiya mübadiləsi, rabitə vasitəsi, informasiya vasitəsi, eləcə də kontakt, ünsiyyət, kimi mənalarda
işlədilir.
62. Kompüterləşmə
Kompüterlərin tətbiqi nəticəsində insan fəaliyyətinin müxtəlif sahələrində informasiya proseslərinin və
texnologiyalarının avtomatlaşdırılmasının təmin edilməsi.
63. Kompüter savadlılığı
Personal kompüterdə işləmək üçün minimal bilik və bacarıqlara yiyələnmək. Bu gün oxumaq və yazmaq qədər
vacib olan bacarıqdır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
220
64. Kütləvi kommunikasiya
Xüsusi vasitələrin – mass medianın köməyi ilə bir qrup insana eyni zamanda informasiyanın ötürülmə prosesi.
65. Kompetentliyin artırılması
Ayrı-ayrı şəxslərin, sosial qrupların, təşkilatların, müəssisələrin və dövlət orqanlarının qlobal Biliklər
Cəmiyyətinə və biliyə əsaslanan iqtisadiyyata daxil olmasına və onların tələbatına uyğun adekvat həllər qəbul
etməyə imkan verən bilik və vərdişlərin əldə edilməsinə yönəlmiş tədbirlərin nəticəsidir.
66. Qloballaşma
Bütün dünya üzrə informasiya texnologiyalarının, məhsullarının və sistemlərinin yayılması ilə iqtisadi və
mədəni inteqrasiyaya xidmət edən prosesdir. Bu prosesin tərəfdarları gələcək tərəqqini qlobal informasiya
cəmiyyətin formalaşmasında görürlər. Opponentlər isə qloballaşmanın milli-mədəni dəyərlərə təhlükə olduğunu
deyirlər.
67. Qlobal informasiya infrastrukturu
Formalaşdırılması 1995-ci ildə dünyanın bir qrup inkişaf etmiş dövlətləri tərəfindən başlanan, keyfiyyətcə yeni
informasiya infrastrukturudur. Yaradıcılarının fikrincə, qlobal informasiya infrastrukturu qlobal və regional
informasiya kommunikasiya sistemlərinin, eləcə də rəqəmli televiziya və radio yayımı, peyk və səyyar rabitə
sistemlərinin inteqrasiyası sayəsində yer kürəsinin bütün əhalisinə hər tərəfli xidmət verə biləcək inteqrə
olunmuş ümumdünya informasiya şəbəkəsi olacaq.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
221
68. Qarşılıqlı əlaqə
Sistemin komponentlərinin bir-biri ilə bağlılığı, birləşmə imkanı (məsələn, kompüterlər öz aralarında), qarşılıqlı
əlaqədə ola bilmək (məsələn, proqramlar öz aralarında).
69. Mass media (KİV)
Kütləvi informasiya vasitələri - sinonim
Dövrü mətbuat (qəzetlər, jurnallar və kitablar), radio, televiziya, səs və videoyazma, videotext, teletext, reklam
lövhələri, internet-nəşrlər və s. Bütün bu vasitələri səciyyələndirən əsas xüsusiyyət onların kütləvi auditoriyaya
yönəlmiş olması, informasiyanın istehsalı və yayılmasının korporativ xarakter daşımasıdır.
70. Mobil telefoniya
Müasir məişətdə daşınan telefon qurğularının tətbiq edilməsidir. Tədqiqatlar göstərir ki, mobil telefonlar müasir
insanın həyat tərzinin və təfəkkürünün dəyişməsinə əhəmiyyətli təsir göstərir.
71. Multimedia
Səs, təsvir və mətndən istifadə edərək müxtəlif media vasitələrinin kombinasiyası.
1. İnteraktiv proqram təminatı vasitəsilə vizual və audio effektlərin qarşılıqlı əlaqəsi. Adətən mətn, səs və
www.kitabxana.net
– Milli Virtual Kitabxana
222
qrafiklərin, son zamanlar isə daha çox animasiya və videonun qarşılıqlı uzlaşmasını ifadə edir. Мултимедийа
веб-говшагларынын характер, щятта ясас хцсусиийяти гиперлинклярдир.
2. Mətn, səs və rəqəmli siqnalların, eləcə də hərəkətli və hərəkətsiz təsvirlərin uzlaşmasını bildirən anlayışdır.
Multimedia məlumatlar bazası mətn və təsvir tipli informasiyaları, video klipləri özündə birləşdirir. Multimedia
telekommunikasiya xidməti istifadəçiyə istənilən tip informasiyanı göndərmək və qəbul etmək imkanı verir.
72. Rəqəmləşdirmə (Digitalisation)
İnformasiyanın rəqəm formasına çevrilməsi.
73. Rəqəmsal (rəqəmli) dünyada həyat
Massaçusets Texnoloji İnstitutunun media laboratoriyasının direktoru Nikolas Neqrapontenin 1996-cı ildə nəşr
olunmuş məşhur kitabının adıdır. Kitabda o yaxın gələcəkdə bizim dünyamızın rəqəmsal olacağını deyir.
74. Rəqəm iqtisadiyyatı
Təsərrüfat fəaliyyəti rəqəmli telekommuni-kasi-yaların köməyi ilə həyata keçirilən iqtisadiyyat.
75. Rəqəm əsri
Termin rəqəmli texnologiyanın geniş yayılması prosesində meydana çıxmışdır. Bu proses müasir həyatın bütün
sosial-mədəni aspektlərinə mühüm təsir göstərdiyindən bu dövr rəqəm əsri kimi xarakterizə olunur.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
223
76. Sinergetika
Müxtəlif təbiyyətli strukturların (sistemlərin) öz-özünə təşkili, yaranması, davamlı saxlanması və dağılması
proseslərinin riyazi fizika üsulları («formal texnologiyalar») əsasında öyrənilməsi ilə məşğul olan elm sahəsi.
Sinergetik yanaşma şəbəkə informasiya məkanı kimi mürəkkəb sisteminin öyrənilməsində də tətbiq olunur.
77. Şəbəkə təşkilatı
İstehsalın və biznesin idarə edilməsində şəbəkə rabitəsindən, münasibətlərindən və texnologiyalarından istifadə
edən təşkilatlardır.
78. Şəbəkə iqtisadiyyatı
1. Elektron şəbəkələrinin köməyi ilə həyata keçirilən iqtisadiyyat. Şəbəkə iqtisadiyyatının əsasını şəbəkə
təşkilatları təşkil edir.
2. İqtisadi sistemin hər hansı bir yerində olmaqla hər bir kompaniyanın və ya fərdin asanlıqla və minimal
xərclərlə digər kompaniyalarla və fərdlərlə birgə iş, ticarət, ideya mübadiləsi (nou-hau) və s. aparmaq üçün
əlaqəyə girməsinə imkan verən mühit.
79. Şəbəkə cəmiyyəti
İnformasiya əlaqələrinin əsas hissəsinin elektron şəbəkələrin köməyi ilə aparıldığı cəmiyyət.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
224
80. Şəbəkə texnologiyaları
Şəbəkə rejimində qarşılıqlı əlaqələri təmin edən texnologiyalar.
81. Şəbəkə yaratma
Maraqlar üzrə informasiyanın könüllü və bəzən də pulsuz mübadiləsinə əsaslanan elektron cəmiyyətlərin
yaradılması prosesi.
82. Şəbəkə
İstifadəçilərə informasiya mübadiləsi, bir-biri ilə əlaqə saxlama və lazımi informasiyaya müraciət imkanı verən
kompüterlər və digər müvafiq qurğuların kombinasiyasıdır.
83. Telekommunikasiya
İKT əsasında informasiyaların uzaqdan ötürülmə prosesidir.
84. Tele konfrans
www.kitabxana.net
– Milli Virtual Kitabxana
225
Texniki vasitələrin köməyi ilə müxtəlif ərazilərdə olan iştirakçılar arasında qrup şəklində ünsiyyət əlaqələrini
yaradan tədbir növüdür. Məsələn, telefon konfransı, audio konfrans, video konfrans, çat və s.
85. Telematika
1. İKT-nin bir tətbiqi olub, istifadəçilərin informasiyaya olan tələbatını təmin edən informasiya sistemləri və
xidmətləridir.
2. İnformasiyanın birgə işlənməsi və ötürülməsi üçün televiziyanın kompüter qurğuları ilə birləşdirilməsi.
86. Tele səhiyyə
Tibb də bir istiqamət olub, informasiya telekommunikasiya infrastrukturundan istifadə edərək mütəxəssislər
arasında ünvanlı tibbi informasiyanın mübadiləsi yolu ilə müalicənin keyfiyyətinin və əlyetərliliyinin
artırılmasıdır. Tibb məlumatlarının və biliklərinin rabitə kanalları ilə ötürülməsi üçün razılaşdırılmış hazırlığı
tibbi informasiya mübadiləsinin adekvatlığının zəruri şərtidir.
87. Tele iş
İşin nəticəsinin istifadə olunduğu yerdən uzaqda informasiya kommunikasiya infrastrukturundan istifadə
etməklə yerinə yetirilən iş.
88. Tele xidmət
www.kitabxana.net
– Milli Virtual Kitabxana
226
İnformasiya-kommunikasiya infrastrukturundan istifadə etməklə məsafədən verilən xidmət.
89. Universal xidmət
İstifadəçinin coğrafi yerindən asılı olmayaraq dövlət və ya özəl operatorlar tərəfindən sərfəli qiymətə
informasiya kommunikasiya infrastrukturuna çıxışın təmin edilməsi.
90. Video konfrans
Kompüter şəbəkələrindən istifadə etməklə müxtəlif ərazilərdə olan iştirakçılar arasında real zaman rejimində
audio-video informasiya mübadiləsini təmin edən xidmətdir.
91. Videokonfrans
Video konfrans rabitəsindən istifadə etməklə həyata keçirilən tədbirdir. Telekonfransın bir növüdür.
92. Virtual reallıq
1. Vizual (görüntü) və səs effektlərindən istifadə etməklə tamaşaçını ekran qarşısında xəyal olunan dünyaya
qərq edən kompüter sistemləridir. İstifadəçi kompüter tərəfindən yaradılan və reallıq təəssüratı yaradan xəyal və
səslərlə əhatə olunur. İstifadəçi müxtəlif sensorların köməyi (məsələn şlem və əlcək) ilə xəyali dünya ilə
qarşılıqlı əlaqədə olur. Virtual reallıq üzrə son tədqiqatlar seyircinin reallıq hisslərinin artırılmasına yönəlmişdir.
2. Multimedia-əməliyyat mühitinin köməyi ilə reallaşan və stereoskopik ―ekran dünyası‖nda təqdim olunan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
227
illüziya mühitinə real zamanda birbaşa girişi və orada olmanı həyata keçirən yeni təmassız qarşılıqlı
informasiya əlaqəsi texnologiyasıdır. Daha abstrakt düşünsək, bu istifadəçinin təsəvvüründə yaranan xəyali bir
dünyadır.
93. Virtual iqtisadiyyat
İqtisadi əməliyyatların elektron məkanda aparılmasıdır.
94. Virtual müəssisə
Coğrafi cəhətdən müxtəlif ərazilərdə, ölkələrdə olan insanların İKT-dan istifadə etməklə əməkdaşlığıdır. Virtual
müəssisənin üzvləri bilavasitə görüşmədən və ya nadir hallarda görüşərək fəaliyyət göstərirlər.
95. Virtual dünyalar
Kompüterlərin ekranlarında reallığı əks etdirən proses və hadisələrin modelləşdirilməsidir. Bu modellərin
köməyi ilə müxtəlif həyatı məqamlar və layihələrin (məsələn şəhərsalma, kommunikasiya, ticarət, sənaye,
təhsil, elm, təbabət və ictimai-mədəni yaradıcılığın digər sahələrində) mümkün variantları düşünülür.
96. Virtual birliklər
Bu termin İnternetin inkişafı mərhələsində meydana gəlmişdir.
1. Elektron məkanda yaranan və fəaliyyət göstərən yeni tipli cəmiyyətlərdir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
228
2. Ümumi maraqları olan şəbəkə istifadəçilərinin elektron məkanda işləmək məqsədilə birləşməsi deməkdir.
97. Verilənlər – bilik
Verilənlər - müxtəlif daşıyıcılarla qeydə alınmış faktlardır.
İnformasiya – universal tarifi yoxdur. Həm «verilənlər»in, həmdə «bilik»in sinonimi kimi istifadə olunur. Lakin
«informasiyalaşdırmaq», yəni yeni məlumat vermək feli vasitəsi ilə ifadə olunan spesifiua mövcuddur.
İnformarsiya əldə etmək, yəni hər hansı bir suala cavab almaq deməkdir. Sual olmadanda informasiya əldə
etmək olar, bu zaman məlumat informasiyaya bu halda çevirilir ki, əgər o, istehlakçının ümumi vəziyyət
haqqında fikirini dəyişdirmir.
Bilik – insanın əqli fəaliyyətinin nəticəsidir.
98. Vətəndaşlar haqqında informasiya
Fərdi məlumatlar da demək olar.
Vətəndaşın şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar – onun həyatı ilə bağlı faktlar, hadisələr və s
haqqında məlumatlar.
99. Elektron sənəd dövriyyəsi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
229
Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya
prosesləri.
Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə
təsdiq olunmuş sənəddir.
100. Yeni texnologiyaya uyğunlaşmaq
İKT-nin gündəlik həyata inteqrasiyası deməkdir.
Mənbə: Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi. İnformasiya cəmiyyətinin 100 əsas anlayışı. — Bakı,
2007.
Dostları ilə paylaş: |