Sosial Media ve azadlıq
Sosial Media hal-hazırda sürəti alına bilməyən bir vasitə kimi sürətlə irəliləyir. Məcra o qədər sürətli gedir ki,
zaman zaman sürətli getməsi səbəbiylə əslində bizə çox böyük bir azadlıq imkanı təmin edərkən, bəzən də hər
an bir yerlərə çarparaq sizi azadlığınızdan etməsi də an məsələsi ola bilər.
Sosial Media bizə dünyanın başqa bir yerində olan bəlkə də həyatımız boyunca heç qarşılaşamayacağımız,
danışa bilməyəcəyimiz bir adamla tanış olmaq və fikir mübadiləsi etmək azadlığını mükəmməl bir şəkildə təmin
edir. Belə ki, bu vəziyyət bəziləri tərəfindən qorxuducu olaraq adlandırıla bilinir. Ünsiyyətin beləsi bəzi
insanlara görə qorxuducu, qəbul edilməsi çətin bir vəziyyət olsa da belə düşünənləri qınamaq da lazım deyil.
Çox deyil bir neçə il əvvəl zaman və məkan məhdudlaşdırması olmadan bu şəkildə paylaşmalar edə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
173
biləcəyimizi bizə bəziləri söyləsə bəlkə də gülərək keçərdik.
Artıq hər seqmentdən insan, xarici görünüşü, sinif fərqi, din, dil fərqi olmadan sərbəst şəkildə ünsiyyət qura
bilir. Bəlkə də bu məcrada öyrənir, öyrədir, təhsilli olurlar.
Bəs, biz Sosial Mediada nə qədər azadıq?
Sosial Media’nın sürətlə irəliləməsi və böyüməsiylə artıq hər marka, iş adamı, təşkilat özünün bu axında harada
olduğunu çox düşünməyə başladı. Ölkəni idarə edənlər də bu vəziyyətə daxildir. Bu səbəbdən yazdıqları bir-bir
araşdırmalar kimi oldu. Məsələn Twitter’də yazdıqlarınızın ictimai təsiri hesablansa və kimsə sizdən hüquqi
mənada hesab soruşmaz deyilsə də, bir siyasətçiyə etdiyiniz bir tənqid sonrası başınıza nə gələcəyini
bilməzsiniz. Bu o demək olur ki, Sosial Media nə qədər ünsiyyət mövzusunda bizə böyük bir lüks təqdim etsə
də əslində bir o qədər də azad deyilik və məhdudlaşdırılırıq. Təbii ki, bu vəziyyət yaşanılan ölkəyə, ətraf
mühitə, o ölkənin insanlarının baxış bucaqlarına görə dəyişən bir faktdır. Lakin, yenə də azadlığımızın
məhdudlaşdırılmadığını iddia edə bilmərik.
Sosial Media Ənənəvi Mediaya nəzərən daha azaddırmı?
Sosial Media, Ənənəvi Media’ya nəzərən gündəmi an etibarilə təqib etməyimizi təmin edən, bir sonrakı günə
qalmadan hər olan-keçəndən dərhal xəbər almağımızı təmin edir. Eyni zamanda düşüncələrimizi də sanki bir
qəzetin köşə yazarıyıq kimi ya da bir televiziya kanalımız varmışcasına canlı nəşr etmə azadlığını bizə təqdim
edir. Bir müharibə müxbiri müharibənin içindən çəkdiyi bir foto şəkili dərhal paylaşaraq ya da bir şou xəbərçisi
bir anda tutduğu flash bir şou xəbərini paylaşaraq məlumat almaq azadlığımıza önəmli bir azadlıq qata bilir.
Lakin, medalyonun bir də o biri üzü var. Məşhurlarımız bir yana yolda gedərkən belə bir başqasının bizim
şəklimizi çəkib-çəkmədiyini bilmədən yolumuza davam edirik. Anlıq etdiyimiz komik bir hərəkət bəlkə də
özümüzün rəzil olaraq qəbul edəcəyi bir şeyi dərhal bir Sosial Media üzərindən görməyimiz mümkün bir
www.kitabxana.net
– Milli Virtual Kitabxana
174
vəziyyətdir.
Bəs, azadlıq bunun harasındadır? deyənləriniz olacaq. Keçmişdən bəri davam edən və böyüklərimizin də tez-tez
istifadə etdiyi ―Azadlığımız başqasının azadlığının başladığı yerdə bitər‖ sözü bax tam da bu anda
qulaqlarım;zda cingildəyir. Bu çox incə xəttin bir önünə bir arxasına keçənlər üçün bu sözün qulaqlarda sırğa
olmasını diləməmək mümkün deyil. Biri yolda gedərkən, ayağı sürüşüb yıxılarsa, digər biri də bunu komik
hesab edib Sosial Media üzərindən paylaşarsa, qanunların mövqeyi çox maraqlı olacaqdır. Təbii ki, bunu
soruşmaq bizə bir sanksiya gücü təmin edirmi, haqqınızı nə qədər müdafiə edə bilərsiniz, qanunlar bu mövzuda
nə qədər yetərlidir? Bu böyük bir sual işarəsidir.
Sosial Media bilənlər üçün bir neçə il əvvəlindən varlığını hiss etdirsə də bir çoxumuz üçün yeni bir məcradır.
Ümumiyyətlə, qanunlarımızda bu mövzuyla əlaqədar yetərsiz qalır. Bu vəziyyətdə öz-özümüzə bir tərəzi
meydana gətirməyimiz lazımdır.
Həqiqətən də başqalarının həyatlarını, ətraflarını, ailələrini nəzərə alaraq paylaşmalarda həm paylaşım
keyfiyyətini həm də öz keyfiyyətimizi, bizi təqib edən, yazılarımızı oxuyan, paylaşdığımız videoları izləyən
şəxslərin keyfiyyətini salmamaq üçün çox lazımlıdır.
İşin hüquqi tərəfini bir yana buraxacaq olsaq Sosial Media, Ənənəvi Media’ya nəzərən azadlıq mənasında daha
açıq bir platforma təmin edir. Ənənəvi Media’da xəbərləri sonradan almağımızdan əlavə subyektiv bir
platforma ilə qarşı-qarşıya qalırıq. Bu vəziyyət dövlət idarəçilərinin Ənənəvi Media’nı da bir mənada idarə
etməsi və yönləndirməsi ilə çox bağlıdır. Bu demək olur ki qətiliklə Sosial Media’da daha azadıq.
Dünyadakı Sosial Media azadlığını ələ alsaq, məsələn, ölkə olaraq sərt əlaqələr içərisində olan başqa bir ölkənin
bizə qarşı olan paylaşımlarını görməyimizin qadağan ediləcəyini bilirik.
Bu vəziyyət bizi yenə eyni nöqtəyə daşıyır. Dünya idarəçilərinin, ölkə idarəçilərinin təşəbbüsü qədər bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
175
məcrada varıq və bu qədər azadıq.
Nəyə görə “sağlam” sosial Ģəbəkələri “xəstə” sosial Ģəbəkələrə çeviririk?
Sosial şəbəkələri ―xəstə‖ləndirən user-lərimiz haqqında…
İnternet ölkəmizdə inkişaf etdikcə sosial şəbəkələrə də gənclər və həmçinin orta yaşlı nəsil tərəfindən axın artır.
User-lərimiz müxtəlif sosial şəbəkələrdən istifadə edir. Lakin, çox təəssüf ki, böyük faiz istifadəçi kütləsinin
sosial şəbəkələrdən istifadə məqsədi eyni, monoton və xeyirsiz olur.
Məsələn, odnoklassniki sosial şəbəkəsi sinif, qrup yoldaşlarını tapıb onlarla ünsiyyətdə olmaq üçün nəzərdə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
176
tutulub. Amma bizim istifadəçilərin çoxu odnoklassniki sosial şəbəkəsini tanışlıq və online oyunlar oynamaq
üçün istifadə edir. Həmçinin bizim user-lər öz şəkillərini güzgü qarşısında , avtomobil yanında çəkdirib orada
paylaşaraq 5, +5 xalı qazanmaq üçün istifadə edir.
Facebook sosial şəbəkəsi əsasən ünsiyyət, xaricdə, uzaqda qalan dostlarla, qohumlarla danışmaq üçün və
müxtəlif şirkətlər haqqında məlumatlar əldə edilməsi üçün istifadəsi nəzərdə tutulub. Lakin, bizim böyük
istifadəçi kütləmiz bu sosial şəbəkədə hər gün küçə sözlərindən, nalayiq ifadələrdən , hətta söyüşlərdən ibarət
başlıqlı səhifələr açıb orada səhifəsinin adına uyğun user-lər kütləsi ilə ünsiyyətdə olurlar.
Həmçinin bu kütlə istifadəçilər facebook-dan ―padxod‖ məqsədi ilə ona-buna söz atmaq, like dilənməklə
məşğul olurlar. Facebook üzrə istifadəçilərimiz çox şükür ki, belə məqsədli və belə düşüncəli user-lərdən ibarət
deyil. Bu tip user-lər yavaş-yavaş Twitter sosial şəbəkəsinə də gəlməkdədirlər. Çoxlarının düşündüyü lakin
dilinə gətirmədiyi bir sual var:
Bəs nəyə görə bizim istifadəçi kütləsinin daxil olduğu və istifadə etdiyi sosial şəbəkələr, xəstə sosial şəbəkələrə
çevrilir?
Sosial şəbəkələrdə user-lərin əksəriyyəti özünü sərbəst hiss edir. Belə user-lər real həyatda olduğundan,
göründüyündən bir az fərqli görünə bilər. Həmçinin hər kəs öz daxili aləmini, tərbiyəsini bu sosial şəbəkələrdə
əks etdirir. Öncə qeyd etdiyim müəyyən user-lər öz davranışı, şit-şit fikirləri ilə öz tərbiyələrini, dünya
görüşlərini göstərirlər. Bu zaman da sağlam düşüncəli istifadəçilərlə bu istifadəçilərin mədəniyyəti, tərbiyəsi,
əxlaqı, fikirləri burada toqquşur və bir-birinə zidd gedir. Hər iki tərəf çalışır ki, öz xüsusiyyətlərini bilərəkdən
və ya bilməyərəkdən təbliğ etsin, insanlara təsir etsin.
Bu tip user-lərin çoxalmasına başlıca səbəb bekarçılıq, özünü real həyatda təsdiq edə bilməməkdir. Buna virtual
həyatda can atmaları, wap saytlarda, chat-larda keçirdikləri belə ―həyat tərzlərini‖ bu saytların dəbdən
düşməsinə görə sosial şəbəkələrdə istifadə etmək istəyidir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
177
Təhsilsiz, mədəniyyətsiz insanların internetdən belə normal anlayışı olmayaraq, dost-tanışdan eşitdiyi sosial
şəbəkəni ―Hamı işlədir mən niyə geri qalım?― düşüncəsi ilə istifadə etməsi bu cür vəziyyətə gətirib-çıxarır.
Zaman ötdükcə onlar bir sosial şəbəkədən bezdikdə oranı ―loru‖ dildə desək çirkləndirdikdən sonra digər
sağlam qalmış sosial şəbəkələrə üz tutub oranı ―yoluxdurub-xəstələndirməyə‖ çalışırlar. Bu tip insanlara baş
qoşan onları yavaş-yavaş dəstəkləməyə başlayan user-lər bu cür istifadəçilərin sayının artmağının səbəbkarı
olur.
Çox təəssüf ki, bu cür qeyri-sağlam düşüncəli kütlə xarici istifadəçilərdə ümumi istifadəçilərimiz haqqında
mənfi imic yaradır. Bu tip user-lərin qarşısını almaq və ya sayını azaltmaq üçün müxtəlif üsullar tətbiq etmək
olar. Sadəcə internet azad şəbəkə olduğu üçün heç kəs heç nə etmir. Bəzən belə user-lərə görə sağlam düşüncəli
user də belə tip user-lər ilə eyni sosial şəbəkədən istifadə etdiyi üçün utanc hissi keçirir.
Hər birimiz bu cür user-lərin qeyri-sağlam düşüncələrini, fikirlərini mütəmadi olaraq sağlamlaşdırmağa çalışsaq
əla nəticələr verə bilər…
Facebook və Twitter sosial şəbəkələri bugünə kimi çox cəhətlərinə görə müqayisə olunub. Bu dəfə isə yerli
istifadə prinsiplərinə əsasən reallıqları qeyd edəcəyəm. Səbəblər, izahı və müqayisələr…
Sosial şəbəkələr kütləvi halda marağa səbəb olduqca hər bir sosial şəbəkənin öz auditoriyası, kütləsi yaranır. Bu
kütlə isə bu sosial şəbəkələrdə səhifə açan şirkətlərə, yazıçılara, kreativ gənclərə və sairə səhifələr yaradan
insanlar üçün vacibdir. Çünki, açdığı səhifənin auditoriyası bu kütlə əsasında yaranır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
178
Facebook’da hal-hazırda mövcud və açılan yeni səhifələr müxtəlif qruplara bölünür:
1) Şirkət, korporativ səhifələr
2) Musiqi/Müğənni/Qrup/Aktyor -a həsr olunmuş səhifələr
3) Şəxsi səhifələr: yazıçılar, həvəskar yazarlara həsr olunmuş səhifələr
Və sairə…
Bu səhifələrin olması gözəldir, çünki istənilən şirkət haqqında məlumatı, yeniliyi bir anda işıq sürəti ilə almaq
olar, yeniliklərdən xəbərdar olmaq olar. Həmçinin, hər hansısa ifaçının sənətində yenilikləri və yeni ifalarından
xəbərdar olmaq olar. Lakin, bunların da bir qədər mənfi məqamları var. Onlar haqqında az sonra…
Facebookun bayağı səhifələri
Bu səhifələrlə yanaşı gənclər tərəfindən və yaş həddi 18-dən aşağı olan gənclər tərəfindən də müxtəlif tipli
səhifələr açılır. 18 yaşından aşağı uşaqların sosial şəbəkələrdə olmasının həm müsbət, həm də mənfi tərəfləri
var. Yuxarıda qeyd etdiyim səhifələr ilə yanaşı çox bayağı olan, dəxlisiz, küçə söhbətləri edilir. Sırf user-lərin
hissləri ilə oynayıb, onların zövqünü pozmağa çalışan, ‖ağlaşma‖, sevgi tipli statuslar paylaşıb öz user-ləri ilə
birgə ―ağlayan― adminləri olan səhifələr də mövcuddur. Belə səhifələrə misal olaraq ―Bu feysi maa neçəyə
verərsən― ―Sevgilisindən ayrılanlar buraya‖ və sairə tipli bayağı səhifələri göstərmək olar.
Bu səhifələrin bayağı olmasını bir kənara qoysaq, bir anlıq çox acınacaqlı bir məqam var ki, yeni açılan faydalı,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
179
maraqlı, informasiya ilə bol olan insana hər hansısa bilikləri öyrədəcək səhifələrə user-lər aylarla, hətta illərlə
çətinliklə yığılır. Belə sanballı səhifələrdə user sayı 10-20 minə çatır. Amma bayağı səhifələrə isə bir-iki aya
maksimum 3-4 min user qoşulmuş olur ki, özü də facebook’un ödənişli reklamlarından istifadə etməyərək
mümkün olur.
Facebook’da auditoriya toplamaq üçün müxtəlif yollardan istifadə etmək olar. Başlıca olaraq dost-tanışı dəvət
etməklə və onların öz dostlarıyla səhifəni paylaşması sayəsində mümkün ola bilər. Dostların səhifələri varsa,
onları öz səhifələrində reklam etməsi ilə, facebook’un ödənişli reklamı vasitəsilə və ən əsası da səhifədə
keçirilən müsabiqələr, ―Ən Çox Like‖ tipli müsabiqələri ilə auditoriya toplayırlar. Təəssüf ki., belə yollarla
toplanan auditoriyaların çoxu sağlam kütlə olmur . Like tipli yarışların sayəsində səhifələr çoxlu fake profillər
qazanırlar ki, onların sayəsində səhifədə olan kütlənin sayı artır. Düzdür,bu user yığmağın gözəl
variyantlarından biridir. Lakin, səhifələrin böyük faizi sağlam auditoriya haqqında düşünmür. Ancaq digər
rəqiblərindən öndə olmaq üçün çoxlu user bəhsinə girərək bu yollarla user sayını çoxaldırlar. Düzdür sağlam
auditoriyaya sahib səhifələr də var. Həmçinin çox user-i olan səhifələr də var. Lakin, çox user-i olan səhifələrdə
böyük kütlə ya bayağı olur, ya mənəvi cəhətdən qeyri-sağlam olur. Səhifənin məğzi haqqında marağı olmayıb,
yalnız yarış üçün və ya ―mırta‖ like edənlər də olur…
Facebook’da səhifələr üçün auditoriya toplamaq həm asan olsa da, həm də demək olar ki çətin olur. Əsasən də
normal, sağlam düşüncəli maraq dairəsinə sahib user-lər tapmaq çətin olur. Əsas amillərdən biri də user
toplamaq üçün çoxlu dost tanışının friendlist-də olması və ödənişli reklam üçün aylıq müvafiq olaraq məbləğin
ayrılmasıdır.
Bəs Twitter sosial şəbəkəsində auditoriya toplamaq necə mümkün olur?
Twitter sosial şəbəkəsində isə səhifə anlayışı olmadığından adi bir akkauntu qeydiyyat edərək həmin profili
səhifə əvəzi işlədirlər. Çox şükür ki, hal-hazırda Aztwi şəbəkəsində (Twitter-in Azərbaycan seqmenti) də
facebook’da olan bayağı tipli profil səhifələr yoxdur. Twitter’də auditoriya toplamaq facebook’a baxanda hal-
hazırda daha rahatdır. İzləyici (follower) yığmaq çətinliyi mövcud olsa da, Twitter’in ―retweet― funksiyası
sayəsində açdığınız səhifənin tvitləri böyük kütlələrə yayımlanır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
180
Əgər tvitlər istifadəçiləri cəlb edərsə siz yeni-yeni izləyicilər qazana bilərsiniz. Bundan əlavə hər hansısa tvit ilə
və ya hashtag ilə günün trend-inə Aztwinin top 5-liyinə düşərək səhifənizə (profilinizə) followerlər qazandıra
bilərsiniz. Əgər dostarınız arasında 10000-dən biraz az və ya daha çox followeri olanlar varsa, onlar öz tvitində
səhifənizin profilini paylaşaraq ―reklam― etsələr, o zaman da oxucu auditoriyası toplamaq asanlaşır. Twitter’in
gözəl məqamlarından biri də odur ki, Aztwi-də 97% user-lər sağlam düşüncəli, bayağılıqdan uzaqdırlar və
beləliklə burada sağlam auditoriyaya sahib olmaq mümkündür.
Sosial ġəbəkələr güclüdür yoxsa Kütləvi Ġnformasiya Vasitələri?
Yeni dövrün yeni mediası sayılan sosial şəbəkələr, Kütləvi İnformasiya Vasitələrinə (KİV) nə qədər təsir
göstərir?
Sosial şəbəkələr həyatımıza daxil olan zamandan əksər insanlar sosial şəbəkələrə qoşularaq mütəmadi
istifadə edirlər. Kimisi hər gün kimisi isə bəzən.. Sosial şəbəkələr hər gün istifadə etdiyimiz həyat
gündəliyimizə çevrilib. Ötən yazımda ölkəmizdə sosial şəbəkələrdə olan problemlər haqqında yazmışdım. Bu
mövzunu davam etdirmək istərdim, çünki sosial şəbəkələr ilə bağlı problemlərimiz çox təəssüf ki, sayılmaz
www.kitabxana.net
– Milli Virtual Kitabxana
181
qədər çoxdur.
Hər an, hər gün baş verənləri orada paylaşırıq. Dostlarla müzakirə edirik, yeni dostlar qazanırıq, yeni
tanıdığımız və uzun müddət tanıdığımız insanlarla həyatımızın xoş məqamlarından fotolar və videolar
paylaşırıq. Lakin, sosial şəbəkələrin xüsusiyyətləri bununla bitmir. Sosial şəbəkələr hal-hazırda böyük
gücə malikdir. Hardasa onlara cəmiyyətin səsi də demək olar. Çünki, müxtəlif insanlar olduqları müxtəlif
məkanlardan məlumatlar paylaşırlar.
Hər hansısa ərazidə, məkanda baş verən fors-major hadisəni Kütləvi İnformasiya Vasitələrindən öncə sosial
şəbəkələrdə hadisə yerində olan istifadəçilər dərhal paylaşır. İstər yazılı, istərsə də foto şəkil formasında. Lakin,
bu informasiyanın dolğunluğunu tam əminliklə təsdiqləmək ilk dəfədən mümkün olmur. Çünki sosial
şəbəkələrdə bəzən şişirdilmiş halda informasiyalar paylaşılır. Əgər məlumat foto ilə yayımlanıbsa fotonun
montaj edilə bilməsi də istisna deyil. Dəfələrlə olub ki, yalan məlumat kimi fotomontaj olunmuş şəkil sosial
şəbəkələrin səhifələrində dolaşıb. İstifadəçilər həmin fotonu qınayıb, müzakirə edib. Bir az bu foto günün
trendindən düşdükdən sonra aydınlıq gətirənlər tapılıb ki, məlumat yanlış imiş. Yəni sosial şəbəkələrdə
yayımlanan hər məlumatın dolğunluğuna inanmaq
çətindir. Ən əsas məlumatın dolğunluğunu yoxlamağa çətinlik yaradan amillərdən biri də həmçinin
yanlış informasiyanın yanlış olduğunu kütləyə sosial şəbəkələrdə çatdırmağa maneə yaradan bəzi səbəblər var.
Bir informasiyanın, xüsusən də foto şəkildən ibarət olan informasiyanı ilk öncə tanınmış və çox saylı
auditoriyası olan səhifənin yayımlamasından sonra digər çox saylı auditoriyaya malik olan səhifələrin eyni
məlumatı həmin səhifədən götürərək, çox zaman mənbə qeyd etmədən işıq sürəti ilə paylaşmasındadır.
Beləliklə, informasiya sosial şəbəkəni və
ümumiyyətlə cəmiyyəti dolaşır, informasiyanın yanlış olduğunu yayımlayanlar olanda isə artıq bir çox faiz
kütlə buna inanmaq istəmir. İlkin olaraq aldıqları informasiyanın doğru, onu inkar edən informasiyanın isə
yanlış olduğunu qəbul edirlər. Az hallarda da olur ki, istifadəçilər kimdənsə dəqiq olmayan şayiə və dedi-qodu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
182
xarakterli informasiyanı sosial şəbəkələrdə yayımlayırlar. Həm də istinadsız və mənbəsiz…
Sosial Ģəbəkələr və KĠV-lərin xəbər vermək metodları
Hal-hazırda ölkə üzrə informasiya paylaşımları gedən sosial şəbəkələr facebook, twitter və youtube-dur.
Düzdür bu sosial şəbəkələrdə yayımlanan operativ məlumatlar baş verən hadisələr haqqında bizi
TV-dən, radiodan və informasiya portallarından öncə xəbərdar edir. Bu gözəldir, lakin informasiyanin doğru
ya yanlış olmasını bilməyərək informasiyanı qəbul edib ürəklərdə şübhə yaranması informasiyaya qarşı
çox təəssüfləndirici məqamdır. Operativlik baxımından əla olan, lakin, dəqiqlik və qərəsizlik məsələsində dəqiq
olmayan bu məsələ qlobal bir problemdir.
Bəlkə də cəmiyyətdə dürüstlük, düzgünlük tərəfdarı olan insanlar çox olsaydı bu baxımdan heç bir problem də
yaşamazdıq.
Youtube sosial şəbəkəsi vasitəsi ilə də bir çox gizli məqamlar, videolar vasitəsi ilə üzə çıxaraq kütləvi şəkildə
yayımlanaraq problemin, hadisənin həlli tapılaraq həll olunur. Lakin, burada da montaj olunmuş yanlış videolar
yayımlandıqda yenə də qeyri-dəqiq informasiya yaranır və çaşqınlıq yaradır.
Yadınızdadırsa, əvvəllər və uzun müddət ərzində demək olar ki, bütün Kütləvi İnformasiya Vasitələri, xəbərlər
və sairə kimi verilişləri üçün hər biri informasiyanı mənbədən alırdılar. Müxtəlif ərazilərdə yerləşən
jurnalistlərindən və sairə bu kimi metodlardan istifadə edirdilər. Üstəlik ən əsası operativ məlumatı hadisə
yerinə ezam olunmuş müxbirlərdən əldə edirdilər. Düzdür indi də belədir. Müxbirlərindən, səlahiyyətli
şəxslərdən, hadisə yerində olan əməkdaşlardan və ya hər hansısa xəbər agentliyinə istinad edərək məlumatı
paylaşırlar. Bunu edənlər istər TV xəbərlər, istərsə də informasiya saytları olur. Lakin bir məqam var…
www.kitabxana.net
– Milli Virtual Kitabxana
183
Hal-hazırda sosial şəbəkələrə olan böyük maraq insanların hadisə yerindən bir başa məlumat, fotolar, videolar
paylaşması jurnalistlərin işlərini xeyli asanlaşdırıb. İstər facebook, istərsə də youtube-dan, həm TV kanallar,
həm də informasiya portalları daima operativ məlumat paylaşan insanları izləyirlər. Həmin istifadəçilər maraqlı
hadisələr haqqında paylaşdığı məlumatı dərhal saytlarında yerləşdirirlər. Həmçinin TV xəbərlərdə də efirdə
göstərirlər və bir çox hallarda mənbəni yalnız sosial şəbəkənin adını çəkərək qeyd edirlər. İnformasiyanı
paylaşanın adı qeyd
olunmur.
İlk öncə reytinq və operativlik xətrinə informasiyanın tam dəqiq olub olmadığını da dəqiqləşdirmədən
yayımlayırlar. Sonra başlayırlar dəqiqləşdirməyə və yerləşdirilən xəbəri yeniləyərək öyrəndikləri
məlumatları əlavə etməyə. Bu isə jurnalistikanın yavaş-yavaş qeyri-peşakarlaşmasına və jurnalistlərin də
tənbəlləşməsinə gətirib çixarır. Belə davam edərsə bəlkə də yaxın gələcəkdə kütləvi belə hal baş verə
bilər ki, jurnalistlərin çoxu bütün günü sosial şəbəkələrdə ―Xəbər Ovu‖na çıxsınlar.
İnformasiya portallarının və TV xəbərlərinin informasiyanı və prosesləri belə işıqlandırması hardasa müsbət hal
sayıla bilər. Belə ki, internetə gec-gec daxil olanların, yaşlı nəslin və sosial şəbəkələrdə az vaxt keçirənlərin
məlumatdan operativ olaraq məlumatlanması üçün yaxşıdır. Lakin, ümumilikdə artıq bu məlumatlar
çeynənilmiş və sosial şəbəkələrdən məlumatları alanlar üçün maraqsız və darıxdırıcı olur. Üstəlik qeyri-dəqiq,
tam aydınlaşmayan məlumatın belə yayımlanması sosial şəbəkələrdə bu məlumatı oxuyub lakin düzgünlüyünə
şübhə ilə yanaşanlarda informasiyaya qarşı əminlik yarada bilər. Lakin, birdən o informasiya tam düzgün və ya
tamamilə yanlış olarsa, xəbər
portallarına qarşı oxucularda inamsızlıq yarana bilər.
Bəzi tək-tük informasiya portalları da var ki bəzən sosial şəbəkələrdən götürdüyü dolğun məlumatı redaktə edib
fərqli versiya ilə yayımlayırlar. Bu məsələ son zamanların aktual məsələsidir. Ən təəssüfləndirici məqamdır ki
hər hansısa fors-major hadisə,fəlakət və sairə baş verərkən insanların çox faizi məlumatı operativ olaraq sosial
şəbəkələrdən
www.kitabxana.net
– Milli Virtual Kitabxana
184
alırlar. Halbuki həmin anda eşitdiyi şayiələrin ətraflı izahını axtaran minlərlə insan xəbərlər
buraxılışlarına və informasiya portallarına göz dikir. Lakin məlumatı oradan təəssüf ki sosial şəbəkələrdə
yayımlanandan sonra alır. Bu zaman da artıq KİV-nin informasiyası copy+paste edilmiş kimi sayılır.
Çox gözəl olardı ki KİV-lər informasiyanı sosial şəbəkələrdən öncə dəqiq, qərərsiz, vicdanla, operativ
təqdim etsinlər. Sosial şəbəkələrdən güclü olduqlarını sübüt etsinlər. Çox təəəssüf ki hal-hazırda sosial
şəbəkələr informasiya operativliyi baxımından çox güclüdür və öndədirlər.
Dostları ilə paylaş: |