Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix07.04.2017
ölçüsü4,94 Kb.
#13622
1   ...   8   9   10   11   12   13   14   15   16

Aydın Əlizadə 
ÇağdaĢ zamanda söz çəkiĢmələri. Ġnternet polemikalar və onların faydası 
 
―Veb-sayt‖ ingiliscə (web-hörümçək, şəbəkə; site-yer) hörümçəkdə (şəbəkədə) yer deməkdir. Ona qısaldılmış 
formada ―sayt‖ deyirlər. Sayt İnternet şəbəkəsinin bir yerində yerləşən hansısa adamın (yaxud toplumun
təşkilatın) sənədləridir. Onun ünvanı ―domen‖ (frasızca ―domaine‖ mülk, malikanə deməkdir) adlanır. Saytlar 
serverlərdə yerləşdirilirlər. Saytın serverdəki özəl yeri ―hostinq‖ adlanır. 
Elm sahəsində saytların yaradılması olduqca vacib işdir. Onların vasitəsi ilə hər bir alim, yaxud elmi təşkilat öz 
fəaliyyəti haqqında informasiya verə bilər. Bu informasiya hər tərəfli ola bilər. Saytlarda kitablar, məqalələr, 
çeşidli sənədlər, fotolar video görüntülər, elanlar və s. materiallar dərc oluna bilər. Alimin və elmi qurumun 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
230 
 
geniş kütlə qarşısında tanınması üçün saytlar misilsiz rol oynaya bilər. Onların vasitəti ilə elmdə olan 
monopoliyaları yarmaq, öz fəaliyyətinin nəticələrini rəsmi qurumların təsdiqi olmasa belə üzə cıxarmaq, keniş 
kütlələr qarşısında öz sözünü demək olar. Həmdə saytda elmi mühazirələrin, çıxışların, dartışmaların video 
görüntülərini də yerləşdirmək olar. Saytlar həmdə alimin bütün işlərinin eyni yerdə toplanmasına, onların dərhal 
tapılmasına, işlərində səliqənin yaradılmasına da yardım edir. İstənilən sənədi zaman və məkan məhdudiyyəti 
olmadan, hər yerdə ortalığa çıxarmaq olar. Sadəcə bunun üçün internetə qoşulmuş kompyuter lazımdır. Orada 
istənilən sənədlər məxfi də saxlanıla bilər. 
Veb-saytların vasitəsi ilə hamı alimin (və ya elmi gurumun) işləri ilə tanış olub onunla bağlantı yarada bilər. 
Saytların vasitəsi ilə başqa alimlər və elmi qurumlarla əlaqə yaratmaq olar. Saytda olan əsərlərlə tanış olan 
başqa qurumlar onları dünyanın iştənilən yerində dərcedib, bununla alimi tanıtdıra bilərlər. Orada yerləşən 
kitablar, məqalələr və başqa materiallar alimin ölümündən sonra da qalır, oxunur və onu yaşadır. 
Saytları hamı görür, buna görə də savadsız, səviyyəsi olmayan elmi işlər heç vaxt özünə yol tapa bilməz, çünki 
internet məkanında tanışlıq, rüşvət, təkəbbür, yüksək vəzifələr, böyük elmi adlar və s. amillər heç bir rol 
oynamır. Orada hər bir adama geniş oxucu kütləsi qiymət verir. Əksinə, ortabab və keyfiyyətsiz yazıların 
müəllifləri orada rüsvay ola bilərlər. Eyni zamanda, hansısa səbəblər üzündən real dünyada tanınmayan adamlar 
orada öz istedadlarını və bacarıqlarını göstərib, özlərinə ad qazana bilərlər. İnternetdə obyektivlik hökm sürür. 
Bu da saytların üstün cəhətlərindəndir. 
Hüquqi problemlər 
İnternet çəkişmələri apararkən qanun pozğunluğuna yol vermək olmaz. Buna görə məsuliyyətə çəkilmə ehtimalı 
vardır. Lakin bəzi hallarda hətta qanun pozğunluğu olmasa belə hüquq və məhkəmələrə cəlb olunma ehtimalı da 
vardır. Bu təsadüfən və ya hansısa siyasətin yeridilməsi üzündən ola bilər. (örnək) 
Çəkişmənin bəzi qaydaları 
Ciddi çəkişmələrə qatılanların: 
Təbii istedadı; 
Geniş dünyagörüşü; 
Yüksək səviyyədə ümumi bilikləri; 
Tərəqqipərvər və çağdaş düşüncəli; 
Müzakirə edilən konkret mövzü haqqında dərin bilikləri; 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
231 
 
Analitik düşüncəsi və düzgün nəticələrə gəlmək qabiliyyətləri olmalıdır; 
Söhbət zamanı qeyri-standart və gözlənilməyən gedişlər etmək qabiliyyəti olmalıdır. 
Çəkişməyə qatılanlar üçün bəzi tələblər: 
 
Çağdaş informasiya texnologiyalardan və İnternetdən şəbəkəsindən yüksək səviyyədə istifadə etməyi bacarmaq; 
Ciddi və tanınmış ümümi və ixtisas forumları seçilmək. Orada peşəkarlar və daha böyük oxucu kütləsi 
çəkişmələri izləyirlər; 
Müzakirə edilən mövzu haqqında internetdə olan mənbələri, ədəbiyyatı yaxşı bilmək, onlara dərhal müraciət 
edib fikirləri əsaslandırmaq; 
İnternet şəbəkəsinin axtarış sistemlərinin imkanlarından məharətlə istifadə etmək, axtarış sistemlərinə açar 
sözləri düzgün seçmək; 
Yalnız yaxşı bildiyi mövzularla bağlı cəkişmələrə qatılmaq; 
Müzakirələr aparıldığı dili, onun qrammatikasını yaxşı bilmək, yazıda fikirləri düzgün ifadə edib, məna və 
qrammatik səhvləri buraxmamaq. Əks təqdirdə oxucular yazılanlara ciddi baxmayacaqlar. 
Xarici dilləri (heç olmasa rus, ingilis və türk) dilləri bilmək, bir dildə internetdə dəlil tapmadıqda başqa dillərdə 
dəlil axtarmaq. 
Yazılar yalnız müzakirə mövzusuna aid olmalı, qısa və konkret ifadə edilməlidir. Uzun yazılar darıxdırıcı və 
qarışıq olur, onları heç kim oxumur. 
İnternet şəbəkəsində gətirilən dəlillər konkret olmalıdır, uzun və ümumi səhifələrə linklərin verilməsi məsləhət 
deyil. Onlar oxunmur. Oradan lazım olan konkret sətirləri çəkişmədə gətirilməlidir. 
Fikirləri və tezisləri sübuta yetirmək üçün şəkillərdən istifadə etmək məsləhətdir. Çox vaxt oxucular yazıda 
nəyisə qaçıra bilərlər, şəkillər isə gözdən yayınmır. Bundan başqa şəkillər olan yerdə çox yazmanın mənası da 
olmur. 
Şəkillərin araşdıdılması üçün axtarış sistemlərində düzgün açar sözlər seçilməlidir
Rəqiblərə cavabları çox ləngidməmək. Əks təqdirdə söhbətə maraq itir, onu heç kəs izləmir. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
232 
 
Səviyyələri aşagı olanlarla, cəfəngiyyat yazanlarla, qeyri-ciddi adamlarla ciddi cəkişmələrə girməmək; 
Çəkişmədə rəqibləri düzgün seçmək, səviyyəli və biliklilərlə yazışmaq; 
Bəzən, darıxdırıcı olmasın deyə, söhbətə zarafat qatmaq; 
Maraqlı, aktual və gündəmdə olan mövzuları müzakirə etmək; 
Rəqiblərə fikirlər, hətta doğru olsa belə, zorla yeridilməməli, səbr edilməlidir. Məqsəd onun fikrindən dönməsi 
deyil, oxucuların gözündə qalib görsənməkdir; 
Rəqibin dediklərində mexaniki səhvlərə əhəmiyyət verilməməlidir, hərfçiliyə, sözgüzəşdirməyə yol vermək 
olmaz. məqsəd yalnız mövzunun əsas müddəalarına yönəlməli, həqiqət axtarılmalıdır. 
Gerçəkdə olan şeylər haqqında danışılmalı, fantaziyalara yol verilməməlidir. 
Çəkişmə zamanı yazılara ciddi yanaşılmalı, öndən sona qədər yazılara fikir verilməli, ziddiyətlərə yol 
verilməməmidir. Çəkişmənin bir yerində irəli sürülən fikir başqa yerində olana zidd olmamalı, onu təkzib 
etməməlidir. 
Çəkişmə zamanı yalnız obyektiv amillərə vurğu edilməli, subyektivliyə yol verilməməlidir. 
Fərziyyə olan bir şey fakt kimi təqdim edilməməlidir. 
Yazılan dəlillər, düşüncələr sadə, hamı tarəfindən anlaşılan dildə olmalıdır. Hansısa anlaşılmayan terminlərə 
ehtiyac olarsa, onları dərhal izah etmək lazımdır. 
Təcrübəli və bacarıqlı dartışma ustalarına öz adları ilə çıxış etmək məsləhətdir, çünki bunun vasitəsi ilə onlar 
özlərinə ad qazana bilərlər; 
Çəkişmələr təcrübəsi olmayanlar öz adlarını gizlədib, başqa adlarla çıxış etməli, təcrübə və bilik yığmalıdırlar. 
Əks təqdirdə polemikada zəyif görsənib, öz həqiqi adlarını ləkələyə bilərlər. Onlar yalnız öz güclərini sınayıb, 
uzun illər boyu biliklər və təcrübə toplayandan sonra öz adları çəkişmələrə qatıla bilərlər 
Bundan başqa çəkişmələrə qatılanlar: 
 
Öz tezislərini aydın bildirməli, onların sübuta yetirilməsi üçün dəqiq planı cızmalıdırlar; 
Rəqibin nəyə qadir olduğunu sağlam düşüncə ilə dəyərləndirməlidirlər; 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
233 
 
Istifadə etdiyi anlayışların mənalarını bilməlidirlər; 
Emosiyalara qapılmamalıdırlar, qəzəblənməyə yol verməməlidirlər. Əks təqdirdə fikirləri qarışacaq, 
müzakirənin gedişinə nəzarət edə bilməyib məğlub olacaqlar; 
Tezisləri ardıcıl olaraq arqumentlərdən çıxarmalıdırlar, arqumentlər həqiqi və şübhəsiz olmalıdırlar; 
Öz müvqelərini qorumaq öçun çoxlu arqumentlər irəli sürməlidirlər; 
Rəqibin ikincidərəcəliləri deyil, ən əsas arqumentlərini təkzib etməyə çalışmalıdırlar; 
Rəqibin tezuslərinə nəzarət etməli, onların dəyişdirmələrinə yol verməməlidirlər; 
Çəkişmənin hilələrini bilməli və söhbət zamanı rəqibin onları işlətmək cəhdlərinin qarşısını almalıdırlar; 
Rəqibin bütün fikirləri ilə razılaşmamağı məqsədə çevrilməməlidirlər. Həqiqət axtaran adam rəqibin fikirlərində 
olan doğru məqamlarla razılaşmalıdır; 
Rəqiblərin şəxsiyyətlərini deyil, yalnız müzakirə edilən mövzunu müzakirə etməlidirlər; 
Rəqibə hansısa bir fikri, istinad etdiyi mənbənin ümumi kontekstindən çıxarıb, öz mövqeyini bərkitmək 
imkanını verməməlidirlər. Bunun üçün onun istinad etdiyi mənbə diqqətlə araşdırmalıdırlar. 
Rəqibin yürütdüyü hər hansı fikrin istinadını tələb edilməlidirlər; 
Yalnız müzakirə mövzusu haqqında danışmalı, rəqibin mövzudan yayınma cəhdlərinin qarşısını almalıdırlar; 
Tövsiyyə: ―Çəkişmədə rəqibinizlə qarşılıqlı anlaşılma əldə etmək üçün onun problemin hansı yönünə əhəmiyyət 
vermədiyini araşdırmaq lazımdır. Çünki o, yalnız bu tərəfi anlayır, bilir və həqiqət sayır. Belə olanda onunla 
razılaşmaq lazımdır, lakin problemin başqa yönünü də ona göstərmək lazışdır. Bununla rəqib razılaşacaq, çünki 
o səhv etmədiyini, sadəcə nəyəsə biganə yanaşdığını, nəyisə gözündən qaççırdığını zənn edəcək. Bu isə ona ağır 
gəlməz‖ 
 
İnternet çəkişmələrdə bəzi taktik gedişlər 
 
Vaxtın uzadılması. Çəkişməyə qatılan nəyisə bilmədiyi ilə üzləşə bilər. Halbuki onun cavabının olduğunu dəqiq 
bilir. Belə olanda rəqibdən məsələni araşdırıb düşünmək üçün vaxt istəmək lazımdır. Udulan vaxt ərzində 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
234 
 
İnternet, sorğu və ya kitablar vasitəsi ilə lazım olan cavabları almaq olar. 
Olqunun (faktın) gizlədilməsi. Çox vaxt çəkişmələrdə tezislər önə çəkilir, sonra onun haqqında müzakirələr 
aparılır. Lakin bəzən tezisi deyil dəlilləri önə çəkib, onlardan tezisi çıxarmaq daha əlverişli olur. Hətta qəsdən 
yanlış dəlil gətirmək olar ki, rəqib onu inkar edib, özü olqunu ifadə etsin. 
Dartışmanın uzadılması. Əgər rəqib dartışmada uduzduğunu görərək sizi çaşdırmaq üçün təkrar sualları verir, 
söhbəti uzadır, gətirilmiş dəlillərin yenidən gətirilməsini istəyir, mövzudan yayınır, onda söhbəti izləyən 
internet istifadəçilərə müraciət edib onların məsələni necə anladığını soruşmaq lazımdır. Əğər onlar sizin 
dəlillərinizi məqbul saysalar, onda rəqibin bu hiləsi boşa çıxır. 
Rəqiblərin arasında anlaşılmazlığın salınması. Əgər internet forumunda sizə qarşı bir neçə rəqib çıxış edirsə, 
onda onların arasında anlaşılmazlıq salmağa cəhd etmək lazımdır. Bunun üçün müzakirə edilən mövzunun 
ətrafında onların ixtilafına səbəb olan bir şeyi ortalıqa atıb, rəqiblərin özləri arasında çəkişmə salmaq qalib 
gəlmək üçün yaxşı zəmin yaradır. Əksinə, siz toplumla çıxış etsəniz və aranızda ixtilaf olsa, onda dərhal xırda 
məsələlərə fikir verməmək, əsas məsələnin müzakirəsini davam etdirmək təklifi edilməlidir. 
Nəyisə sübuta yetirməyi rəqbin üzərinə atmaq. Bəzən öz dəlillərinizlə və tezislərinizlə çıxış etmək məqsədə 
uyğun deyil. Belə olanda yalnız rəqibin mövqeyinin tənqid edilməsi və ondan dəlillərin tələb olunması daha 
əlverişli olur. 
Çəkişmədə gözləmə mövqeyi tutmaq. Özünü məğlub olmağa yaxın olan tərəf kimi göstərmək, internet-
rəqiblərdə qələbə əhvalının yaradılmasıdır. Bu halda rəqib bütün dəlillərini ortalığa qoyub, öz mövqeyini tam 
açıqlamış olur. Bu halda onun dəlillərini diqqətlə öyrənib cavabları hazırlayaraq sonda çıxış edib, onu məğlub 
etmək olar.  
Rəqiblər tərəfindən işlənilən bəzi hilələr və təhqirlər 
 
İnternet forumlarda rəqiblər tərəfindən hilələrin işlədilməsi və hətta təhqirlərə keçməsi halları da olur. Buna 
hazır olmaq lazımdır. Özəlliklə bunu güclü və bilikli iştirakçılara qarşı edirlər. Onlardan bəziləri: 
 
Çox yazmaq, uzun postlara əl atmaq, ümumi sözlər işlətmək. Rəqib tezislərinin və dəlillərinin təkzib 
olunacağından ehtiyat edərək, böyük postlar yazır, ümumi sözlərə əl atır, konkretlikdən qaçır, külli miqdarda 
mövzuya aid olmayan istinadlar gətirir. Bu gediş özünü ağıllı və bilikli göstərmək və zorla özünü galib kimi 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
235 
 
qələmə vermək üçün edilir. Bu halda onunla danışıq dərhal kəsilməlidir. Başqa oxuculara müraciət edilməli, 
onlara onun yazısında konkretliyin, tezislərin və dəlillərin olmaması göstərilməlidir. 
 
Heç nəyi sübut etməyən istinadların gətirilməsi. Rəqib külli miqdarda tanınmış admlara və alimlərə istinadlar 
edərək öz mövqeyinin güclü olmasını göstərmək istəyir. Lakin onlara diqqətlə fikir verilsə görünür ki, onlar 
ümumi xarakter daşıyır və konkret müzakirə edilən mövzuya aid deyil. Bu halda bütün bunları ona yazmaq və 
oxucuları buna fikir verməyə çağırmaq lazımdır. 
 
Rəqibin sizin dediyinizi eşitməməsi, öz iddiasının davam etdirməsi. Rəqib onun yazdıqlarını təkzib edən nə 
qədər çox və tutarlı dəlillərin olmasına baxmayaraq, öz iddialarını davam etdirir, sanki bunları görmür. Bu halda 
yenə də yazışma kəsilməli, oxuculara bu barədə bildirilməlidir. 
 
Moderatorları öz tərəfinə çəkmək. Çəkişmədə zəif olduğunu görən rəqib forumun moderatoru ilə qəsd 
hazırlayır. Bu qəsd bir neçə formada ola bilər: 
 
Müzakirə zamanı yazdığınızın əhəmiyyətli məqamlarının pozulması ilə sizi zəyif, rəqibinizi isə güclü 
göstərmək. (örnək) 
Yazılanlara toxunmayaraq, sizi təqib etmək. O zaman moderator ikili standartlar tətbiq edir, sizi daim nədəsə 
(özünüzü pis aparmaqda, rəqibinizə hörmətsizlik etməkdə, onun əqidəsinə və inanclarına hörmətsizlik etməkdə) 
ittiham edərək, yazıda məhdudlaşdırır. 
Moderator foruma girməyinizi müvəqqəti yaxud daimi kəsə bilər. 
Bu hallarda forumların rəhbərliyinə şikayət edilməlidir. Əgər bunun müsbət nəticəsi olmasa, onda bu forumu 
tərk edib, başqalarında iştirak etmək lazımdır. Yalnız ikili standartlara son qoyularsa, oraya qayıtmaq olar. 
Ehtiyac olarsa, başqa adla yenidən müzakirələrə qatılmaq olar. Amma özünü tanıtdıran və hörməti qazanan 
qatılanlara bunu etmək məsləhət görülmür, çünki bu saxtakarlıqdır. 
 
Rəqiblər tərəfindən təhqir edilmə. Bunu məğlubiyyətini görüb qəzəblənən rəqib edir. O sizin də qəzəblənmənizi 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
236 
 
və bununla qələbənizin heçə endirilməsini istəyir. Bu halda ona cavab verilməməlidir. Onu tamamilə özünüz 
üçün forumda silmək olar (bunun üçün texniki imkan var). Belə olduqda o nə yazarsa siz onu görməyəcəksiniz. 
Lakin bunu etdiyinizi hamıya bəyan etməlisiniz. Eyni zamanda forumun moderatoruna da şikayətlə müraciət 
etmək olar. 
 
Təhqirlərə tutarlı cavabın verilməsi yolu. Əgər təhqirlərə məruz qalandan sonra forumun rəhbərliyi buna 
əhəmiyyət verməsə, təhqirçilərlə əlbir olsa, onda, imkan olarsa, onda etikadan uzaq olan təhqirləri yığmaq, 
sistemləşdirmək, onları şərh etmək, təhqirçiləri gülünc vəziyyətdə göstərməklə satirik bir məqalə yazmaq olar. 
Sonra bu məqaləni populyar internet portallarda dərc edərək o forumun moderatorlarını, rəhbərliyini və 
təhqirçiləri rüsvay etmək olar. (örnək) 
 
Aydın Əlizadə. Fəlsəfə elmləri doktoru. www.alizadeh.narod.ru 
 
 
 
 
 
Ġnternet iqtisadiyyatı 
 
 Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) iqtisadiyyatın real sektorlarında geniş 
istifadə olunması təsərrüfatların bazar infrastrukturunu (maliyyə, ticarət, biznes və s.) informasiya 
texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron 
kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına imkan verir. 
 
Son zamanlar aparılan tədqiqatların nəticələri göstərişmişdir ki, internet texnologiyalarının marketinqə tətbiqi 
real iqtisadi səmərə verir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
237 
 
səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-
marketinqin rolu getdikcə artmaqdadır. 
 
Məkan baryerlərinin qısaldılması hər zaman insanlara daha az xərclərlə öz iqtisadi fəaliyyətini koordinasiya 
etməyə imkan verən yeni sosial şəbəkələrin yaradılmasını stimullaşdırmışdır. Belə şəbəkələrdən biri və ən geniş 
yayılmış olan İnternet şəbəkəsidir. 
 
İnternet şəbəkəsi iqtisadiyyatda həm mikro, həm də makro səviyyədə böyük dəyişikliklərə səbəb olmaqla yeni 
eranın əsasını qoymuşdu. 
 
Məlumdur ki, 1990 - ci illərdə, internet bumu yaşanan zaman bəzi firmalar internetin onların qarşısında 
açdıqları imkanları düzgün dəyərləndirə bilmədilər. Bir qrup şirkətlər isə uzun müddət İnternetdən öz biznesin 
inkişaf istiqamətində istifadəyə real baxmırdı. Nəticədə "onlayn" şirkətlər "ənənəvi" şirkətlərə ciddi rəqib 
oldular və onların biznesi üçün real təhlükəyə çevrildilər. 
 
Təcrübə göstərir, bu yeniliklərin iqtisadiyyatda ləng tətbiqi Qərbi Avropa ölkələri və Rusiya şirkətləri üçün 
mənfi nəticələnmişdir. Bu yeniliklərin tətbiqin labüd hesab edən ölkələr "rəqəmsal iqtisadiyyat"ı ümumi 
iqtisadiyyatın lokomotivinə çevirməyi qarşısına məqsəd qoydu. Çünki, internet iqtisadiyyatı daha qlobal 
xarakter daşıyır. Amma bu o demək deyil ki, bütün dünya ölkələri elektron ticarət infrastrukturunu eyni 
dərəcədə inkişaf etdirir və bu sahədəki nailiyyətləri öz milli iqtisadiyyatlarına eyni dərəcədə tətbiq edirlər. 
 
Müşahidələr göstərir ki, internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində 
deyil, makroiqtisadi səviyyədə də geniş imkanlar açmaq iqtidarındadır. Yeni iqtisadiyyatın yaranması 
tendensiyası yalnız mikro iqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və 
təkmilləşdirilməsində müşahidə olunur. 
 
Bu zaman bütün biznes planlarda internet birinci yerə çıxır. İnternet informasiya məkanında əməkdaşlıq vasitəsi 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
238 
 
olmaqla biznesi yeni inkişaf mərhələsinə daşıdı. O, bir tərəfdən şirkətlərə maksimal istehlakçı auditoriyası 
yığmağa, digər tərəfdən isə istehlakçılara öz fərdi tələbatları haqqında məlumatları istehsalçılara çatdırmaq 
imkanı verdi. 
 
Beləliklə, yeni virtual dünyada hər kəs özünün imkanlarını və məqsədlərini əks etdirən informasiya obrazını 
yaratmağa daha maraqlı oldu. Həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, İnternet yeni qlobal 
informasiya infrastrukturunun prototipinə çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznes təcrübəsinə 
əsaslı təsir göstərir. 
 
Yeni iqtisadiyyatın əsas hərəkətverici qüvvələri 
 
Dünya iqtisadiyyatında islahatların aparılması zamanı texnologiyalar, qloballaşma və bazarın 
dövlətsizləşdirilməsi kimi bir çox amillər mühüm rol oynayırlar. 
 
Müasir dövrdə bütün dünyada biznes fəaliyyəti başlıca olaraq insanları və şirkətləri birləşdirən şəbəkələr 
vasitəsilə təşkil edilir. Qısa haşiyəyə çıxaraq qeyd edək ki, insanları bir kompaniya daxilində bir-biri və baş 
kompyuterlə əlaqələndirən şəbəkəyə intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə 
əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri "ümumdünya informasiya anbarı" ilə əlaqələndirən 
şəbəkəyə isə İnternet deyilir. İnternet vasitəsilə alqı-satqı əməliyyatlarını həyata keçirən kompaniya 
malgöndərənlər və müştərilərlə qarşılıqlı əlaqədə olur. 
 
Təcrübə sübut edir ki, əvvəllər firmalar istehsal etdikləri məhsulları satmağa çalışdıqları halda, indi, onlar sata 
biləcəkləri məhsulların istehsalına üstünlük verirlər. Yeni iqtisadiyyatdakı praqmatik meyllər biznesin sosial-
etik məsələlərində və qarşılıqlı etimadın təmin edilməsi sahəsində də özünü göstərir. Şirkətlər müştərilərlə 
qarşılıqlı əlaqənin təmin olunmasına küllü miqdarda vaxt və vəsait sərf edirlər. Müştərilərin məlumat bazasının 
yaradılmasına imkan verən yeni texnologiyalar bu sahədə şirkətlərin işini xeyli yüngülləşdirə bilər. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
239 
 
Müasir dövrdə istehlakçıların əksəriyyəti həm real, həm də onlayn alışlar həyata keçirirlər. Bu tip istehlakçıları 
razı salmaq üçün kompaniyaların əksəriyyəti həm ənənəvi, həm də onlayn bazarda mövcud olmalıdırlar. Bunu 
nəzərə alaraq, artıq şirkətlər yeni şəraitlərə uyğunlaşaraq öz satış metodlarında düzəlişlər edirlər. İstənilən 
müəssisədə biznesin inkişaf strategiyası rəhbərliyin həll edəcəyi ən mühüm məsələlərdən biridir. İnternet 
ənənəvi biznesdə analoqu olmayan elə forma və sxemlər yaratmışdır ki, artıq ənənəvi biznes metodologiyası 
əsasında "yetişmiş" biznes-analitiklər, şirkət rəhbərləri və marketoloqlar narahatlıq keçirməyə başlamışdır. 
 
İndi bir çox şirkətlər internet bizneslə məşğul olmağa, elektron- kommersiya və ya biznesin elektron idarə 
olunması metodlarını mənimsəməyə çalışırlar. Lakin onların heç də hamısı özlərinə hansı e-biznes formasının 
uyğun olduğunu müəyyənləşdirə bilmirlər. 
 
 
İnternet -biznes Azərbaycanda 2003-cü ildən sonra əsaslı inkişafa başlamışdır. "Ekspert" jurnalı 
Azərbaycandakı internet-layihələrin siyahısını hazırlanmışdır. Onların ekspert qiymətləndirilməsinə görə 2008-
ci ildə Azərbaycandakı internet-mağazaların, ticari internet-sistemlərinin sayı 60-dan artıqdır. SpyLoq Reseach 
şirkətinin məlumatına görə 2004-cü ilin dekabrında Azərbaycan internet istifadəçilərin sayı təxminən 0.5 
milyon nəfər olmuşdur. 
 
2010-cu ilin 9 ayının yekunlarına görə əhalinin 45%-i internet istifadəçisidir. 
 
Real və virtual mağazaların fərqi 
İnternet-mağazada məhsul sifarişi istehlakçının baxış bucağından tamamilə fərqli görünür. Reytinqlər, rəqəmlər, 
XXI əsrin ticari texnologiyalarından istifadəyə çağırış, istifadəçinin virtual - dükanda məhsul seçimi və sifarişin 
rəsmiləşdirilməsindən tutmuş, ödəməyə kimi olan problemlərlə üzləşməsi səbəbini izah edə bilmir. 
 
Əsas məsələlər xidmət, ödəmə sistemi və onların təhlükəsizliyidir. 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
240 
 
İnternet-layihələr real servis tələb edir. Ənənəvi mağazaların alıcıları müxtəlif alıcılıq qabiliyyətinə malik 
insanlardır. Adətən alıcılar şəbəkə prinsipi (2 və daha artıq filialın mövcudluğu) əsasında fəaliyyət göstərən, 
geniş məhsul çeşidi (10-15 min vahid) təklif edən və yüksək səviyyəli xidmət təklif etməklə istehlakçı loyallığı 
qazanmağa çalışan mağazalara üstünlük verirlər. Şəbəkədə "keyfiyyətli xidmət" dedikdə, əmtəənin sürətli 
axtarışı, alıcı üçün rahat ödəmə forması (nəğd, Azərbaycan və beynəlxalq ödəmə sistemlərinin plastik kartları, 
bank köçürmələri), qiymət güzəşti sistemi və bir-birini müşayiət edən məhsulların, əlavə xidmətlərin bir ticarət 
meydançasından alınması imkanı başa düşlür. On-line alışlara qərar verən alıcı yüksək texnologiyalı axtarış, 
müqayisə, alış və ödəmə üsullarından istifadə etməyə hazırdı. Bunun əvəzində onlar yüksək keyfiyyətli xidmət 
tələb edirlər. İlk dəfə on-line alış həyata keçirmiş şəxslər məyus olurlar. Belə ki, virtual mağazalarda xidmət və 
məhsul çeşidi ənənəvi dükanlardan xeyli geri qalır. 
 
Bu kontekstdə mövcud internet mağazaları iki qrupa bölmək olar: 
 
Web-vitrinlər- onları yaradanlar internet ideyasının özünə aludə olmuş və ticarət sahəsinə qeyri-peşəkarlardır. 
Web-saytın bazasında elektron mağazaların layiləşdirilməsi zamanı onlar unudurlar ki, texnoloji təminatla 
yanaşı (kataloqların mövudluğu və sifarişlərin rəsmiləşdirilməsi), mağaza alıcılar üçün əlverişli prinsiplər 
əsasında fəaliyyət göstərməli, yəni real dükan funksiyasını yerinə yetirməlidir. Xidmətin zəifliyi şəraitində 
alıcıda şirkətə qarşı mənfi rəy formalaşır. 60% hallarda alıcı sifarişi kredit kartı ilə ödəyə bilmir, 99% hallarda 
isə əqdlərin təhlükəsizliyi təmin olunmur. 
 
İnternet-portallar (consumer portal)- pərakəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət 
göstərən internet-mağazalardır. İstehsalçının kompyuterdən istifadə mədəniyyəti artdıqca, onun elektron 
dükanlara qoyduğu tələblər də ciddiləşir. Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni 
üsullarını və ya web-marketinqin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır. İstehlakçı 
yönümlü internet-portalın yaradılması pərakəndə ticarətçiyə özünün bazarda mövcudluğu coğrafiyasını 
genişləndirməyə, məhsulların tez reallaşdırılmağa, əlavə reklam və marketinq kanalı əldə etməyə imkan verir. 
 
İstehlakçı yönümlü portallar keyfliyyətli xidmət (kataloqların əlyetərliyi, saytda aydın təlimatların mövcudluğu, 
çatdırılan məhsullun alıcının sifarişinə uyğunluğu, çatdırılmanı vaxtında yerinə yetirilməsi və s.) göstərilməsi və 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
241 
 
müxtəlif marketinq proqramlarının həyata keçirilməsi ilə istehlakçı sadiqliyinə nail olmağa çalışırlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin