www.kitabxana.net
– Milli Virtual Kitabxana
95
ĠNTERNET: xeyri, zərəri... (ARAġDIRMA)
O bizə nə verib, nə alır
İnternet bu gün həyatımızın ayrılmaz sahəsinə çevrilib. Bizə lazım olan bütün informasiyaları bu müasir
texnologiya vasitəsilə əldə edə bilirik. Hətta zamanımızda internetin qurbanlarına, xəstələrinə çevrilənlər də az
deyil.
İnternet - istifadəçilərin ―məlumatın saxlanması, paylaşması və rahat əldə olunması‖ istəkləri nəticəsində
yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər.
Bu gün internet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili
əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları
Təhlükəsizlik nazirliyi tərəfindən işlənib ARPAnet layihəsi çərçivəsində qurulub və on minlərlə dünya
proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilib və mükəmməlləşdirilib.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
96
İnternet Azərbaycan gənclərinə nə verir?
Əvvəla onu deyək ki, hazırda Azərbaycan əhalisinin 11-12%-i İnternet istifadəçisidir. Bu da təxminən 900 000
nəfər deməkdir. Bu il isə Azərbaycanda İnternet istifadəçilərinin sayında 2007-ci ilə nisbətən təxminən 3 dəfə
artımın olacağı gözlənilir.
Hazırda Azərbaycan internetdən istifadə edənlərin sayına görə MDB məkanında aparıcı yerlərdən birini tutur.
Azərbaycanda internetdən daha çox istifadə edənlər 16-35 yaşlı gənclərdir. Əylənmək məqsədilə internetə daxil
olan gənclərimiz ümumən internetlə məşğul olan gənclərin təxminən 80%-ni təşkil edir. Yaşı 64-dən çox
olanların internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 0.7% təşkil edir. İstifadəçilərin 55%-i ali
təhsillidir.
Dünya təcrübəsi də təsdiqləyir ki, internetdən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir
və məhz bu texnologiyalar bəzi problemlərin həlli üçün tutarlı vasitələrdən biri hesab olunur. Bununla yanaşı,
internet gənclərin həyatında müəyyən mənfi fəsadlar da doğurur. Gənclər mənəviyyatlarına mənfi təsir göstərən,
arzuolunmaz təsirlərə gətirib çıxaran internet saytlarına daxil olurlar. Bu isə hələ özünü təsdiq etməmiş gəncin
gələcək həyatının yanlış istiqamətdə formalaşmasına səbəb ola bilər. Hazırda, bu, çox narahatlıq doğuran bir
məsələdir.
İnternet klublarımızda qiymətlər gənclərin cibinə uyğun deyil...
Multimediya Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, bu gün bilik, informasiya mənbəyi, yaradıcı adamlar
üçün hər bir şeyin mənbəyi internetdədir. Amma bir problem var ki, internet klublarımızda qiymətlər gənclərin
cibinə uyğun deyil: ―Keyfiyyətli internet almaq üçün qiymətlər qonşu ölkələrdən qat-qat bahadır. Bu da
gənclərin internetdən daha sərfəli məlumatlar almaq imkanlarını məhdudlaşdırır. Əlbəttə, internetdə dövr edən
informasiyalar içərisində gənclər üçün zərərli olanlar da var. Yəni, pornoqrafiya, terrorizmə çağırış və s. Bunun
qarşısını almaqla bağlı müəyyən tədbirlər görülür və bu işlər sürətlənsə yaxşı olar‖.
O.Gündüz internetin gənclərin psixologiyasına təsiri məsələsinə də münasibət bildirib və qeyd edib ki, hər şey
müəyyən həddində, qədərində olanda normal olur: ―Mən düşünmürəm ki, hansısa zərərli informasiyaya bir
baxış psixologiyaya mənfi təsir etsin. Amma bu davamlı və sistemli olanda təbii ki, təsirsiz qalmaz. Gənclər
məzmunlu, intellektli oyunlar oynayarlarsa, bu, onlar üçün faydalı olar. Ancaq narkotik maddələrdən,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
97
siqaretdən, içkidən asılı olan adamlar kimi internetdən asılı olmaq da artıq xəstəlikdir. Belə hal o zaman yaranır
ki, uşağa diqqət göstərilmir. İnternetdən asılılıq dərəcəsinə çatmamaq üçün uşaqlar arasında istiqamətverici işlər
görülməlidir‖.
O.Gündüz Azərbaycanda internetdən istifadə edən gənclərin ciddi problemlərdən biri kimi faydalı resursların az
olmasını söyləyir. Onun fikrincə, faydalı resursların çoxu ingilis və rus dilli saytlardadır və Azərbaycan dilində
belə resursların sayı artsa gənclərimiz onlara maraq göstərəcəklər.
Uşaqlar kompüterin ancaq oyun vasitəsi olduğunu düşünürlər...
İnformasiya və Kommunikasiya Texnologiyaları İctimai Birliyinin sədri Firudin Əhmədovun sözlərinə görə,
bütün digər yüksək texnologiyalar kimi internetin də kökü hərbi tələblərə gedib çıxır: ―İlk dəfə olaraq ötən əsrin
60-cı illərində ABŞ-da hərbi strukturlarda internetdən istifadə etməyə başlayıblar. Sonralar insanlar internetdən
istifadə etməklə rahat, operativ və rəngarəng informasiya almaq imkanı əldə etdilər. İnternetin meydana çıxması
ilə köhnə bilik əldəetmə prosesi tamamilə yeni proseslə əvəz olundu. Dövlət müstəqilliyini əldə etdiyimiz
vaxtlarda Azərbaycanın ali məktəblərində ana dilimizdə elmi ədəbiyyatın çatışmazlığı problemi vardı. Lakin
indi elmi istiqamətdə ixtisaslaşmış internet saytlarda Azərbaycan dilində ədəbiyyat və mühazirələr var. İnternetə
daxil olub istənilən mövzuda ədəbiyyatı, mühazirəni tapa bilərik. Amma ana dilində ədəbiyyatın internetə
yerləşdirilməsi prosesini yüz, min dəfələrlə sürətləndirmək də olar. Hazırda bu istiqamətdə iş gedir. İndi xarici
ekspertlər digər ölkələrlə bağlı vəziyyəti qiymətləndirəndə o ölkəyə olan informasiya axınının həcmini və
sürətini əsas götürürlər. Əgər sürət çoxdursa, demək, burada iş görmək olar‖.
Birlik sədrinin sözlərinə görə, internetin sürətli informasiya əldə etmək kimi müsbət tərəfi ilə yanaşı, müəyyən
mənfi cəhətləri də var. Xüsusən, gənc nəslin nümayəndələri arasında müşahidə olunan bu mənfi cəhətlər
vaxtında internetdən düzgün istifadə olunmamasından irəli gəlir. Əgər birinci gündən kompüter qarşısında
əyləşən uşağa internetdən düzgün istifadə başa salınmasa, o yeniyetmə və gənc çağlarında səhv addımlar
atacaq: ―Əslində, kompüter sistemlərində arzuolunmaz mövzuların qarşısını almaq üçün kifayət qədər texniki
imkanlar var. Məsələn, ―Windows XP‖ sistemində valideyn nəzarəti rejimi üçün bölmə yaradılıb. Bunun
vasitəsilə praktik olaraq uşağın mənfi fəsadlar doğura biləcək saytlara daxil olmasının, ümumiyyətlə,
kompüterin həmin saytı açmasının qarşısını almaq mümkündür. Texniki baxımdan bu cür problemlərin yoluna
qoyulması üçün elə vasitələr var ki, bir mütəxəssis kimi mən özüm də onlarla bu yaxınlarda tanış olmuşam.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
98
İnternetin uşaq və yeniyetmələrin, gənc nəslin təlim-tərbiyəsinə pis təsir etməsinin səbəblərindən biri də ölkədə
kompüter biliklərinin səviyyəsinin aşağı olmasıdır. Çünki bizim məktəblərdə bilikvermə prosesinə diqqət
göstərilmir, maliyyə sərf olunmur. Ölkədəki bütün orta məktəblərə kompüter dəstləri verilir. Amma
müəllimlərin kompüter bilikləri çox aşağıdır, şagirdləri öyrədəcək ixtisaslı mütəxəssislər çatışmır. Hətta elə
məktəblər var ki, orada informatika dərsləri ancaq şagirdlərin kompüterdə oyun oynamaları ilə keçir.
Kompüterin ancaq oyun vasitəsi olduğunu düşünən şagird onun müsbət tərəflərini təbii ki, heç vaxt anlaya
bilməz‖.
İnternetdən düzgün istifadə olunmaması homoseksuallığa gətirib çıxarır...
Respublikanın baş psixoloqu Gəray Gəraybəyli isə internetin psixi və psixoloji fəsadlarından danışaraq qeyd
edib ki, problem, ilk növbədə, kompüterdən düzgün istifadə etməməyin nəticəsində yaranır: ―O ki qaldı
internetə, burada tibbi və psixoloji problemlərdən söhbət açanda, ilk növbədə, iki məqamı vurğulamaq lazımdır.
Bunun birincisi, internetdən asılılıqdır. Bu, saytdan asılı olaraq insanların, xüsusilə, yeniyetmələrin ona həddən
artıq alışmasıdır. Nəticədə, həmin yeniyetmə insanlarla öz arasında olan normal, emosional ünsiyyəti itirir və
onda autizm - özünəqapanma yaranır. Son dövrlərdə autizmin yeni növləri yaranıb. Bunların bəzisi endogen
xarakter daşıyır. Tam şəkildə termin kimi istifadə olunmasa da, bu gün sosial autizm də meydana çıxıb. Bu,
hansısa xəstəliklə bağlı deyil, insanın düşdüyü mühitlə əlaqədar özünə qapanmasıdır. O, normal mühitdən
uzaqlaşır, insanlarla ünsiyyətə girə bilmir‖.
G.Gəraybəylinin sözlərinə görə, kompüterdən, internetdən düzgün istifadə olunmaması nəticəsində bir çox
nevroz və psixi pozuntular da meydana çıxır. Yuxu pozuntularını da misal gətirmək olar. Xüsusən, nevroloji
aspektləri olan uşaqlarda, bu, özünü daha çox büruzə verir. Bizə bununla bağlı edilən müraciətləri araşdıranda
görürsən ki, yeganə səbəb kompüterdən düzgün istifadə olunmamasıdır. Elə ailələr var ki, orada uşaqların
kompüterdən necə istifadə olunmasına qətiyyən nəzarət edilmir. Nəzarətsiz qalan uşaq isə 6-8 saat, hətta səhərə
qədər kompüterin qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və digər mənfi əlamətlərə
gətirib çıxarır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
99
―İnternetdə hansısa mövzuya daha çox maraq göstərilməsi nəticəsində də insan psixikasında problem yarana
bilər‖ - deyən baş psixoloqun sözlərinə görə, hazırda seksual mövzular internetdə daha geniş yayılıb.
İnternetdən istifadəsinə nəzarət edilməyən uşaq və ya yeniyetmənin bunu görməsi, maraqlanması bir çox
hallarda onun normal inkişafına mane olur. Cinsi həyata hələ daxil olmayanlar bu mövzulu saytlara baxırsa,
onlarda istər-istəməz maraq oyanır. Normal inkişafın olmaması hətta homoseksuallığa da gətirib çıxarır:
―İnternetin insan psixikasında doğurduğu problemlərdən biri də aqressiyadır. Məsələn, uşaq hər hansı filmə
baxanda ondan özü üçün nümunə götürür. Hətta bəzən orda insan həyatı üçün təhlükə yaradan halları da normal
olaraq qəbul edir. Təəssüf ki, bu gün nümayiş olunan cizgi filmlərində kifayət qədər aqressiya doğuracaq
motivlər var. Azyaşlı uşaq isə onu normal qəbul edir və yeri gələndə tətbiq edir. İnternetdən də düzgün
istifadənin uşaqlara aşılanmaması onlarda bu cür aqresiyanın baş qaldırmasına gətirib çıxara bilər. Şagird
kompüterin müsbət tərəfləri ilə yanaşı, doğurduğu mənfi fəsadları da bilməlidir. Bu, daha effektiv bir mübarizə
vasitəsi olardı. Valideynlər bilməlidirlər ki, övladlarının kompüterlə həddindən artıq məşğul olması onlara
mənfi təsir göstərir. Bəzən elə hal olur ki, həkimlər uşağa qəti şəkildə kompüterə yaxın getməyi qadağan
edirlər‖.
Azərbaycanda ―çat‖dan istifadə edənlərin bir qismi seksual azlıqlardır...
Mütəxəssislərin fikrincə, gənclərin ―çat‖ əyləncəsi müəyyən cinayət tərkibli meylləri ortaya çıxır. Bu, əsasən
Rusiyada qeydiyyat keçmiş internet saytlarına aiddir və onun ―çat‖ strukturundan azərbaycanlı gənclər də
kütləvi şəkildə istifadə edirlər. Məsələn, həmin ―çat‖lara daxil olub bir balaca yazışanda kimlərin narkotiklərlə
məşğul olduğunu, kimlərin hansı cinayət tərkibi olan əməllər törətdiyini bilmək olur. Qeyri-rəsmi məlumatlara
görə, Azərbaycanda ―çat‖dan istifadə edənlərin bir qismi seksual azlıqlardır. Bu da həyat barədə anlayışı hələ
zəif olan gənclərin hərəkətlərində və həyata baxışlarında fəsadlar yaradır. Digər tərəfdən, məlum olduğu kimi,
ölkəmizdə internet klubların fəaliyyətinə nəzarət yoxdur. Heç kim bilmir ki, orada gənclər nə işlə məşğul
olurlar. Bu nəzarətsizlik kriminal elementlərin meydana çıxması üçün münbit zəmin deməkdir.
Müasir dövrümüzdə kompüter texnologiyalarının sürətlə inkişafı tezliklə bütün dünyanın qlobal kompüter
mərkəzində birləşəcəyinə dəlalət edir. İndi gənclərin böyük bir qismi vaxtının çoxunu internet klublarda keçirir.
Onların əksəriyyəti ―çat‖ məqsədi ilə, internetin imkanlarından yararlanırlar. Məhz bunun nəticəsidir ki, bu gün
ayrı-ayrı çatlarda Azərbaycana aid onlarla otaqlara rast gəlmək mümkündür. Məsələn, təkcə www.mail.ru
saytının çatında Azərbaycanın adı ilə 15 otaq yaradılıb. Bu nəinki, bizim ölkəmizdə, hətta dünyanın əksər
ölkələrində də belədir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
100
―Çat‖ nədir?
―Çat‖ ingilis sözü olub, tərcümədə ―boş söhbət‖ deməkdir. Yəni ―boş söhbət‖ etmək istəyənlər çata daxil
olurlar. Bu cür istifadəçilərin kimliyinin, yaşının, yaşayış yerinin və bəzən hətta cinsinin 100% düzgün qeyd
edilməsinə heç kim zəmanət verə bilməz. Odur ki, bu cür ―internetbaz‖larla münasibətdə ehtiyatlı olmaq
məsləhət görülür. İnternetə hədsiz aludəçiliyi xəstəlik adlandıran bir çox mütəxəssislər onları alkoqolik və
narkomanlarla müqayisə edirlər. Son 5 ildə dünyada virtual dünyaya hədsiz bağlanan 10 mindən çox insan iş
yerini və ailəsini itirib, hətta intihara meyl edib. Belə insanlar arasında azərbaycanlıların da olduğu inkar
edilmir.
Bakıdakı internet klublarında vəziyyət necədir?
Bakının Binəqədi rayonunda yerləşən internet klublardan birinin sahibi Nicat Məmmədov deyir ki, hər gün
təxminin 50-70 müştərisi olur. Onun sözlərinə görə, internet kluba gələnlər müxtəlif yaşda olanlardır: ―Beş
yaşından 45 yaşına kimi müştərilərimiz olur. Bizdə pornosaytlar bağlıdır. Ancaq bəzən xəlvət girənlər də olur.
Bir qədər böyük yaşda olanlar əsasən qızlarla tanış olmağa can atırlar. Bizim bir müştərimiz var, 45 yaşındadır.
O, hər gün gəlib qızlarla danışır‖.
Klub sahibi azyaşlı uşaqların əsasən oyun oynadıqlarını bildirir: ―Bizim klub səhər saat 9-dan axşam saat 23-ə
kimi açıq olur. Lakin elə insanlar var ki, gecəni də klubda qalırlar. Bizim internet klubun yaxınlığında yaşayan
bir oğlan var, Murad Ələkbərov. 29 yaşı var, hər axşam gəlir oturur burda, səhər biz klubu açanda görürük hələ
kompüterin qarşısındadır. O, da əsasən qızlarla tanış olmaq üçün gəlir. Onun dediyinə görə, bəzən qızlar,
qadınlar ona pul, maşın təklif edirlər ki, onlarla cinsi münasibətdə olsun‖.
Metronun Elmlər Akademiyasının yaxınlığında olan internet klubun adını bildirməyən sahibi isə müştərilərinin
əsasən tələbələr olduğunu söyləyir: ―Diplom işi, kurs işi yazmaq, internetdən hər hansı məlumatı tapmaq üçün
bizim internet kluba gələn çox olur. Bəzən ziyalı insanlar da gəlir. Onlar internetdəki axtarış sistemlərində lazım
olan materialları axtarıb tapırlar‖.
Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Xumar Həsənova internetdən əsasən, seminarlara hazırlaşmaq
üçün istifadə etdiyini deyir: ―İstəyirəm öz sahəmin mütəxəsisi olum. Ona görə də müəllimlərimin
öyrətdiklərindən əlavə şeyləri də bilmək istəyirəm. İndiyə kimi heç vaxt çat saytlarına girməmişəm. Məncə ağlı
başında olan oğlan və ya qız ondan istifadə etməz. Çat boş yerə vaxt keçirməkdən savayı şey deyil‖.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
101
Sonda gəlin etiraf edək ki, artıq həyatımıza daxil olan və xüsusən, gənclərin həmdəminə çevrilən internet
intellektual inkişafa təsiri əvəzsizdir. Hətta bir çox ailələrin təməli də internetdə tanışlıqdan sonra qoyulur.
Apardığımız sorğu zamanı internet vasitəsilə tanış olub ailə quran gənclər seçimlərində heç də peşman
olmadıqlarını və ilk görüş məkanlarının kompüter olmasına baxmayaraq, real həyatda ailələrinin məhəbbət və
sadiqlik üzərində qurulduğunu deyirlər.
Nigar Məmmədli, Şəhriyar Əlizadə. Lent.az saytı
http://www.xariciedebiyyat.azeriblog.com/2008/11/11/internet-xeyri-zereri-arashdirma
Ġsmayıl ĠSMAYILOV
ĠġÇĠ TƏLƏB OLUNUR: KONTENT-REDAKTOR
İnternet ənənəvi jurnalistikanı və çap mediasındakı təsəvvürləri mətbuatın özündən də xəbərsiz dəyişdi.
Qəzetçilikdəki bir çox atributlar – mürəkkəblə yazılmış əlyazmalar, soyuq redaksiyalarda boynuna şərf, çiyninə
palto, başına papaq keçirib yazını qələmlə qaralayan redaktorlar, jurnalistlərin məlumat almaqçün qapı-qapı
gəzmələri, hətta çayxanalarda isti söhbətlər də yoxa çıxmaqdadı.
Yeni anlayış - internet jurnalistikası anlayışı yarandı. Xəbər saytlarının istifadəçiləri, qəzetləri internetdən
oxuyan, informasiya agentliklərini internetlə izləyən oxucuların sayı artır, internet televiziya, radio və çap
mediasının vahid meydanına çevrilir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
102
İnternet jurnalistikası ənənəvi jurnalistikadan seçilir, onun öz tələbləri, fəlsəfəsi var. İnternet jurnalisti
kompüter, mobil əlaqə, fotoaparat, videokamera, rəqəmsal diktofon, müasir skaner, printerlə «silahlanıb». Ən
əhəmiyyətlisi isə o, daim beynəlxalq şəbəkədədi, bir anın içində istənilən yerdən məlumatı çəkib gətirə bilər.
İnternet jurnalisti ana dilindən savayı ən azı bir xarici dili bilməli, bir neçəsini isə heç olmasa təxmini başa
düşməlidi. İnternet jurnalisti elektron poçtla gələn məlumatdan baş çıxarmalı, onu informasiyaya çevirməyi
bacarmalıdı.
İnternet jurnalistikasında tək müxbirlər yox, redaktorlar da ənənəvi jurnalistikada olduğundan fərqlənir. Yeni
media yeni redaktor tipini - kontent-redaktorluğu yaradıb.
Müxbir, redaktor, həm də texniki işçi
İngilis dilindən tərcümədə «kontent» mahiyyət, məzmun deməkdi. Bu bir az informasiya ötürmək mənasını da
verir. Kontent-redaktor anlayışı məlumatla işləyən insanı ehtiva edir.
Saytların heç də hamısı operativ fəaliyyət göstərmir. Çoxlu korparativ, şəxsi saytlar, QHT-lərin, dövlət
təşkilatlarının internet səhifələri var. Ancaq hər bir internet səhifəsi nə vaxtsa təzələnməlidi və bu vaxt işin
yaxşı alınması üçün kontent-redaktora ehtiyac yaranır.
Məqalə yazmağı, xəbər, press-reliz hazırlamağı və aydın məsələdi ki, redaktə etməyi bacarmayan adamın
kontent-redaktor işinin öhdəsindən gələ biləcəyinə inanmaq çətindi. Daha bir tələb texniki savadla bağlıdı.
Kontent-redaktor kompüterdə ən azı ofis proqramlarından, qrafik proqramdan baş çıxarmalı, saytda materialları
təzələmək qaydalarını bilməlidi. Kontent-redaktor özündə texniki və yaradıcı qabiliyyətləri birləşdirən şəxsdi.
Varlı şirkətlərdə saytı işlədən adamın, kontent-redaktorun qarşısında qoyulan əsas tələb - bir neçə xarici dili
bilməkdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
103
İmkansız QHT-lər və ya saytını tez-tez təzələməyən dövlət idarələri öz internet səhifələrini bir qayda olaraq
başqa işlə məşğul olan, amma interneti bilən adamlardan birinə tapşırır.
Əyləncə saytlarını təzələyən kontent-redaktorlarun əksəri texniki bilikləri güclü, yazmaq, redaktə etmək
qabiliyyəti zəif olan gənclərdi.
Kontent-redaktor üçün ən ağır iş yeri xəbər istehsal edən jurnalist kollektivlərindədi. İnformasiya saytının
kontent-redaktoru hər gün onlarla xəbər, iri məqaləylə işləyir. O həm müxbir, həm redaktor, həm də texniki
işçidi. Onun zövqü, yazını şəkil, link, videosüjetlə zənginləşdirə bilməsi oxucuların sayına əməlli-başlı təsir
edir. Kontent-redaktorun həssaslığı internet səhifəsinin ümumi tərtibatının təkmilləşdirilməsi, yəni sayt
qurulanda və ya saytın tərtibatı təzələnəndə oxucu üçün daha rahat bir dizaynın tapılması işinə də yaraya bilər.
Kontent-redaktorun problemləri
Azərbaycanlı kontent-redaktora ana dilində olan materialların hərəsi bir şriftdə gələ bilər. Bu, necə deyərlər,
yerli problemdi. Vətəndaşların elektron poçtla göndərdiyi xəbərlərin faydalı və ziyanlı olanını ayırmaq
(kontent-redaktor bəzən ictimai təzyiqə məruz qalır, xəbərinin saytda yerləşdirilməsini çox arzulayanlar
dalbadal elektron məktub yollayır, hətta zəng edirlər), məktuba cavab verib-verməməyi müəyyənləşdirmək,
təmkini itirməmək isə ümumi «dərddi».
Anonim ünvanlardan gələn informasiyalarla nə cür davranmaq məsələsi də kontent-redaktor üçun çətin işlərdən
biridi: informasiya yollayanın məqsədini duymaq və hər hansı çirkli oyunun iştirakçısına çevrilməmək istedad
tələb edir.
Kontent-redaktorun hər gün üzləşdiyi daha bir problem rəsmi mənbələrin, şirkətlərin və QHT-lərin mətbuat
xidmətlərindən, ictimaiyyətlə əlaqələr üzrə strurkturlarından gələn press-relizlərdi. Bu cızma-qaralar həm
müxbirlərin, həm də redaktorların xeyli vaxtını alır. İki-üç abzaslıq xəbərin əvəzinə iki-üç səhifəlik press-
www.kitabxana.net
– Milli Virtual Kitabxana
104
relizlər olur. Mətbuat xidmətlərinin və piar menecerlərinin xəbər yazmaq qabiliyyətinin artması bütün medianın
işini xeyli asanlaşdırardı.
Xəbərin istiotu-duzu
İnternet səhifəsindəki materialın oxunaqlılığı həm də onun «bəzəyindən» - maraqlı şəkil və videosüjetlərin,
liklərin olmasından, hətta şriftinin ölçüsündən asılıdı.
Şəkil materialın ölçüsünə uyğun kəsilməli, mövzudan kənar olmamalıdı. Qeyri-müəyyən şəkillər oxucunu çaş-
baş salır. Azərbaycan mediasında, xüsusilə kriminal xəbərlərin təqdimatında çox vaxt hadisə ilə bağlılığı
olmayan şəkillər verilir.
Yaxud bilyardla bağlı xəbərdi, azərbaycanlı bilyardçının qələbəsindən və ya məğlubiyyətindən bəhs edir,
baxırsan, şəkil də var, bilyard şarlarıdı – rəngli, alabəzək... Amma Azərbaycanda yalnız rus bilyardı yayılıb, rus
bilyardında isə rəngli şar olmur. Rəngli şarlardan daha çox ABŞ-da məşhur olan «Pul» bilyard oyununda
istifadə edilir. Xırda detaldı, amma nəzərə alınmır…
Şəklin solda, sağda, ya mərkəzdə yerləşdirilməsi də fotodakı şəxsin hansı rakursdan baxmasından asılıdı. Belə
məqamlara diqqət yetirən kontent-redaktor azdı. Linklərin işləməməsi, üzərində müvafiq işarə peyda olsa da
şəklin böyüməməsi kimi xırda texniki səhvlər onlayn jurnalistikasının adına yaraşmayan qüsurlardı. Bəzən
xırdaca qeyri-dəqiqlik bütün işi korlayır, kontent-redaktor yerləşdirdiyi skripti bir də yoxlamalı olur.
İşçi qüvvəsinin məhdudluğu kontent-redaktoru texniki biliklərə daha dərindən yiyələnməyə məcbur edir. O,
saytda sorğular, bannerlər yerləşdirir, yeni bölmələr yaradır, forumda dəyişiklik edir. Bu onun işi deyil, amma
nə etməli, informasiya bazarında uduzmaq istəmirsənsə çevik olmalısan.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
105
«Siçan»ı şəkilə yaxınlaşdırarkən onun götürüldüyü mənbənin adının ayrıca pəncərədə görünməsinə Rusiya
saytlarında tez-tez rast gəlmək olur. Bu sırf texniki məsələdi və bizim saytlar da belə imkanlardan istifadə etsə,
jurnalistikada etik prinsiplərin qorunmasına yaxşı zəmin yaranar.
Kontent-redaktorun səhvləri
«Day.az» saytında getmiş «Fidan və Xuraman Qasımovalar Kapelhausda çıxış edəcək» başlığında tələbəsi
sözünün itməsi («Fidan və Xuraman Qasımovaların tələbəsi Kapelhausda çıxış edəcək») xəbərə tam ayrı məna
verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin binasının girəcəyində vurulmuş lövhədə qurumun adının ingilis
dilində səhv yazıldığı haqda material yayan «1news.az» saytı öz yazısında Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin adının düz getmədiyini görə bilməyib.
«Trend» agentliyinin saytında («Trend.az») yerləşdirilən xəbərdə adı çəkilən idmançıların hamısının adı və ya
soyadı səhv gedib. Gecə növbəsində çalışan kontent-redaktorun yol verdiyi qüsurdu bu.
İşçi qüvvəsinin çatışmazlığı da saytın keyfiyyətli material hazırlamasına mənfi təsir edir. Vaxtilə çox məşhur
olan «Realnı Azerbaydjan» qəzetinin onlayn versiyasında («Realazer.com») cəmi iki işçi çalışırdı.
Kontent-redaktor və plagiat
Mənbənin göstərilməməsi, plagiat halları tez-tez müşahidə olunur. Əziyyət çəkib informasiya hazırlayan
kontent-redaktor etik normalırı gözləyib mənbəni göstərir, amma az sonra öz əməyinin oğurlandığını görür.
Başqa bir informasiya saytı materialda yalnız ilkin mənbənin adını saxlayır, onu hazırlayana, tərcümə, redaktə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
106
edənə istinad etməyi məqbul saymır. Bu, düzgün deyil, axı, tutalım, rus mənbəsi onu sizə Azərbaycan dilində,
Azərbaycan oxucusunun marağına uyğun hazırlamamışdı.
Belə hallardan qorunmaqçün kontent-redaktor bəzən üzərində çox əziyyət çəkdiyi materialda ilkin mənbəni
göstərməmək məcburiyyətində qalır. Amma bunun özü də artıq etik normanın pozulması deməkdir.
Fərqli hallar da olur. Səhər elektron poçta Diaspor Komitəsindən press-reliz gəlir, günorta isə «Turan» agentliyi
eyni məlumatı «etibarlı, diplomatik mənbələrə istinadən» yayır.
Azərbaycanda böyük kollektivi olan bir sıra informasiya agentliklərində, telekanallarda əməkdaşların yerli
informasiya saytlarına girişinə məhdudiyyət qoyulub. KİV rəhbərləri bu yolla müxbirlərin başqa mənbələrin
xəbərini mənimsəməsinin qarşısını almağa çalışdıqlarını deyirlər. Belə redaksiyalarda informasiyaya çıxış
yalnız kontent-redaktorda, rəhbər işçidə olur. Bunun həm yaxşı, həm də pis tərəfi var. Mənimsəmək imkanından
məhrum olan jurnalist yalnız özü informasiya istehsal edir, amma o, müəyyən qədər informasiya mühitindən də
məhrum olur, günün nəbzini redaktorun tapşırıqları əsasında tuta bilir. Kontent-redaktorsa istənilən məlumatı
mənimsəyə bilər. O bütün günü müxtəlif mənbələrə baş vurur, maraqlı informasiyaya rast gələndə müxbirə
xəbəri yoxlamağı tapşırır. Vaxt varsa, müxbir özü nəsə yazır, yoxdusa onda redaktor hazır məlumatı bir az
dəyişdirib saytda yerləşdirir.
Başqa mənbənin yaydığı məlumatı yoxlayıb sonra öz saytında öz məlumatın kimi yerləşdirmək də onu
mənimsəməkdi.
Başlığı qısa vermək ehtiyacından da bəzi qüsurlar yaranır. «Media forum»da «Səfir ölkədən qovuldu» kimi
başlığa rast gəlmək olar. Əslində isə bu, faktiki mümkün deyil, səfir nazirliyə dəvət olunur, ona «persona non
qrata» elan edildiyi bildirilir, ölkəni tərk etmək üçün vaxt verilir. Bu bildiriş elə səfirin mədəni şəkildə
qovulmasıdı, amma «qovulmaq» ifadəsi işlənməsə yaxşıdı.
«İşçi tələb olunur: kontent-redaktor»
www.kitabxana.net
– Milli Virtual Kitabxana
107
Kontent-redaktor informasiya müharibəsinin önündədi, «arxa cəbhə»də hazırlanan məhsul bircə düyməni
basmaqla onun ixtiyarından çıxıb ictimailəşir. Qalmaqallar, ictimai təzyiq, forumlardakı müzakirələr, mümkün
məhkəmə çəkişmələri bu müharibənin fəsadları sırasındadı.
Hazırda Azərbaycanda jurnalistikanın tədrisi sistemində internet jurnalistikasına, kontent-redaktorluğun
tədrisinə xüsusi yer yoxdu. Ancaq internet sürətlə öz şərtlərini diqtə etməkdədi, artıq mətbuat, agentliklər,
televiziya və radiolar saytsız ötüşə bilmir. Lap yaxın vaxtda «İşçi tələb olunur: kontent-redaktor» tipli elanlara
rast gələcəyik. Əslində kontent-redaktor axtarışı başlayıb, sadəcə, saytlara yaxşı redaktor axtaranlar bəzən özləri
də bilmirlər ki, əslində kontent-redaktor axtarırlar.
E-mənbə: http://mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20081127065121591
Dostları ilə paylaş: |