www.kitabxana.net
– Milli Virtual Kitabxana
212
Pirə Məhəmməd xan Ustaclı ata məhəbbəti ilə Mustafa mirzəni qucaqladı.
Çiyinlərinin qalxıb-düĢməsindən Ģahzadə hiss etdi ki, Pirə Məhəmməd xan ağlayır.
Xeyli beləcə, qucaqlaĢmıĢ halda qaldılar. Ayrılanda Pirə Məhəmməd xan Mustafa
mirzədən soruĢdu:
– Bir sözünüz, tapĢırığınız varmı?
– Qismətim belə imiĢ. Ustaclılar Səfəvilər xanədanında kiçik bir zərrəcikdilər,
neyləyə bilərlər. Mən ustaclı camaatından çox razıyam. Məhəmməd xan, evinizdə
kəsdiyim qisməti halal eləyin.
Pirə Məhəmməd xan:
– Halal xoĢunuz olsun… – dedi və xeyli sükutdan sonra: – Mən isə sizdən halallıq
istəyə bilmərəm.
– Niyə?!
– Hörmətli Ģahzadə, bilirsiniz ki, sizin ölüm fərmanınız sarayda verilib, amma
mənim evimdə qətlə yetiriləcəksiniz. Siz özünüz söyləyin, mənim kimi bir cəllada
halallıq düĢürmü?!
– Məhəmməd xan, qanımı sizə yox, ustaclılara halal eləyirəm. Ġsmayıl mirzəni isə
hər gün oxuduğum «Quran»a tapĢırmıĢam. Allah qoysa, onu ən Ģərəfsiz ölüm
gözləyir… Ġndi xahiĢ edirəm gedin, yalqız qalmaq istəyirəm. Bu gecə hökmən
adamlarınızı göndərin, həm mənim, həm də hər iki tərəfin intizarına son qoyulsun.
Pirə Məhəmməd xan baĢı sinəsində otaqdan çıxanda fikirləĢdi ki, bu dünyada
xəcalət çəkməkdən betər dərd yoxdur.
* * *
KaĢ nahaq qan tökülən gecələrin səhərləri açılmayaydı! Amma qanlı gecənin
səhəri açılmıĢdı! Bütün gecələrin qara üzünə açılmıĢ səhərlər kimi. GünəĢ həmiĢəki
kimi parlaqdı. Qoyun-quzu mələĢir, atlar kiĢnəyir, dəvələr manqırıĢırdı. Ayaqları
«qana batmıĢ» ağ göyərçinlər Ġmamzadənin yaĢıl günbəzi ətrafında dövrə vurur,
Qəzvini əhatə eləyən təpələrin üstündən havaya qartal qalxır, ağaclara doluĢmuĢ
boz sərçələr civildəĢir, soyuq dağ çaylarında qara, qırmızı rəngli, Ģəffaf pulcuqlu
balıqlar qayğısız-qayğısız çayaĢağı, çayyuxarı Ģütüyürdülər. Ancaq artıq bütün
www.kitabxana.net
– Milli Virtual Kitabxana
213
bunların Süleyman mirzəylə Mustafa mirzəyə zərrə qədər dəxli yoxdu. (Bu günün
ölüsü, min ilin ölüsü).
Hər iki Ģahzadənin cənazəsini mürdəĢirlər dini nəğmə oxuya-oxuya yuyub
kəfənləmiĢdilər. Bununla da Ģahzadələrin boğazlarındakı barmaq izləri görünməz
olmuĢdu. MürdəĢirlər bir-birlərinə mənalı-mənalı baxıb pıçıldaĢmıĢdılar: «Bu
barmaq izləri barədə nə dil bilsin, nə dodaq».
ġahzadələrin cənazələrini Çehelsütun eyvanında yan-yana qoymuĢdular.
Sağlıqlarında Süleyman mirzə Ġsmayıl mirzənin, Mustafa mirzə isə Heydər
mirzənin tərəfdarıydı. Ġsmayıl mirzəyə isə onların heç biri lazım deyidi, Ģəriksiz
hakimiyyət gərək idi.
ġahzadələr, vəzirlər, vəkil, möhürdar, eĢikağası, qorçubaĢı, əmirlər, nəqqaĢlar,
xəttatlar, kitabdarlar, dəftərxana iĢçiləri, bir sözlə, saraya yaxın olan hər kəs
buradaydı. Hətta Pirə Məhəmməd xanla ġamxal sultan Çərkəz də. Bundan böyük
faciə, bundan böyük əxlaqsızlıq olmazdı ki, qatillərin gəlib sənin cənazə namazına
dura. Onlar zahirən sakit görünsələr də, ürəkləri vicdan məngənəsində sıxılırdı.
ġamxal sultan Çərkəz bacısına, Pərixan bəyimə nə deyəcəkdi, bilmirdi. Belə
gözükölgəli, urvatsız yaĢamağa dəyərdimi? Deyirlər, nahaq qan yerdə qalmır,
doğruymuĢ, Heydər mirzənin qətlində əli olanlar cəzadan kənarda qalmırdılar.
Ġsmayıl mirzənin taxta çıxmağından cəmi iki ay keçmiĢ bu faciə baĢ vermiĢdi.
Ġsgəndər bəy də nəqqaĢların yanında dayanmıĢdı, heyrət içindəydi. Bir gecədə baĢ
verənləri, görüb-eĢitdiklərini yaddaĢına yazırdı.
Hamı toplaĢandan sonra Ġsmayıl mirzə Çehelsütun eyvanında göründü. O, ağır,
asta addımlarla yaxınlaĢıb axundun yanında dayandı. Üz-gözündən zəhər yağırdı.
Gecə gec yatmıĢdı. Qələmə sarılıb bir neçə Ģeir yazmıĢdı. Adili ayaması ilə yazdığı
bu Ģeirlərdə ədalətdən, qazilikdən, sufilikdən bəhs etmiĢdi. ġeirlərinin birində isə
zindanda keçən günlərini yad eləmiĢdi.
Hərəm dairəsindən ağlaĢma səsi gəlirdi. Ġsmayıl mirzə ağı səsindən, Ģaxsey-
vaxseydən əsəbiləĢib gözünün altı ilə axunda baxdı, axund iĢarəni baĢa düĢdü.
Qoltuq cibindən meĢin üzlü əl boyda «Quran»ı çıxarıb yasin oxumağa baĢladı.
Yasin bitdikdən sonra cənazələri üç dəfə qaldırıb yerə qoydular. Sonra gecənin
yarısı boğulub öldürülmüĢ Ģahzadələrin cənazələrini çiyinlərinə götürüb Ġmamzadə
məqbərəsinə apardılar. Zərif çiyinlərini qardaĢlarının tabutu altına vermiĢ
Ģahzadələr çox çəkmədən, beləcə, özgə çiyinlərində son mənzilə yola
salınacaqlarından ehtiyat edirdilər. Doğma qardaĢları, Qəhqəhə qalasının dünənki
dustağı Əzrayıl qiyafəsində Səfəvilər xanədanının sarayında dolaĢırdı. Tabutların
www.kitabxana.net
– Milli Virtual Kitabxana
214
altında ayaqlarını sürüyən, qəmə batmıĢ bu Ģahzadələrin yeganə günahı Ģah övladı
olmaqlarındaydı. Artıq onlar Ġsmayıl mirzəyə tərəf baxmağa belə qorxurdular.
XXXI FƏSĠL
XOF
Zəmanədə axtarma rahatlıqdan bir əsər,
Umma ki, dünya sənin dərdinə dərman edər.
Əfzələddin Xəqani
Cülus günündən iki ay bir həftə keçmiĢ, soyuq payız gecəsində iki Ģahzadənin
baĢqa-baĢqa evlərdə, amma az qala eyni vaxtda boğularaq öldürülmələri hər kəsi
sarsıtmıĢdı. ġah övladlarını xoĢbəxt sananlar indi rahat nəfəs ala bilərdilər. Bu
gündən Təhmasib Ģahın övladlarına, qardaĢı və bacısı uĢaqlarına xoĢbəxt demək
olmazdı. Qəhqəhə qalasının dünənki dustağı doğmaca qardaĢlarının əlindən bu
xoĢbəxtliyi almaq qərarına gəlmiĢdi. Ġsmayıl mirzənin cülusundan sonra onlar
bədbəxtliyə düçar olmuĢdular. Artıq bir gecənin içində ilk iki qurban verilmiĢdi.
II ġah Ġsmayıl bu iki qurbandan sonra geri çəkiləcəkdimi, yoxsa daha da irəli
gedəcəkdi – heç kəs bilmirdi. Amma Mustafa mirzəylə Süleyman mirzənin ölümü
ilə elə bil məmləkətin üstünə qorxu iksiri səpilmiĢdi. Hər kəsin qəlbində, Ģüurunda
bir ölüm xofu vardı. Bu xof gözə görünmədən qəlbləri sarmıĢdı.
Qara geyinib yas saxlayan Pərixan bəyim bütün baĢ verənlərdə özünü təqsirkar
sanırdı. Doğmalarını itirən bir adam kimi bilmirdi ki, necə hərəkət etsin. ĠĢin
qəlizliyi orasında idi ki, bu faciəni törədən də öz doğmalarıydı. Hamı Ģaha Ģikayət
eləyir, Ģahdan kimə Ģikayət eləyəsən?! Pərixan bəyim sanki acizlik, çarəsizlik
girdabına düĢmüĢdü. DüĢdüyü bu bataqlıqdan çıxmaq istəyir, çabaladıqca daha da
dərinə batırdı. Pərixan bəyim bu günə kimi özünü belə tənha, köməksiz, aciz hiss
etməmiĢdi. Ġnad etməyib ərə getsəydi, indi ərinin sinəsinə baĢ qoyub dolmuĢ
ürəyini boĢaldardı. Sən demə, kiĢisiz qadının həyatı dağsız düzən kimiymiĢ.
QardaĢları, qohum-əqrabaları olsa belə, qadına ən yaxın sirdaĢı bir yastığa baĢ
qoyduğu kiĢiymiĢ... Qəlbinin lap dərinliyində niĢanlısı Bədiüzzamana qoĢulub
getmədiyinə peĢman olmuĢdu. Bir yerdə olsaydı, Bədiüzzaman onu hər bəladan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
215
qoruyardı. O da ona arxa-dayaq olardı. Axı, qadın kiĢinin hər dəqiqə, hər zaman
sezilməyən qüdrət mənbəyidir. Ancaq gec idi, olan olmuĢdu, bugünkü tənhalığı ilə
barıĢmalıydı. Bu qisməti özü seçmiĢdi.
… Bir saatdan sonra Ġbrahim mirzəgildəydi. Ġbrahim mirzə ilə məsləhətləĢmək,
gələcəkdə baĢ verəcək bəlaların qarĢısını almaq fikrindəydi. HəmiĢəki Ģən, deyib-
gülən xoĢbəxt Gövhər bəyim elə bil ağzına su almıĢdı, dinib-danıĢmırdı. Yas
içindəydi. Ağlamaqdan gözləri ĢiĢmiĢ, rəng-ruhu qaçmıĢdı. Ġbrahim mirzənin də
qanı qaraydı. Pərixan bəyim dərddən üzülən Ġbrahim mirzəyə:
– QardaĢ, – dedi, – mən çox böyük səhv etmiĢəm, yanılmıĢam, – az qaldı
hönkürsün. – Yazıq Heydər mirzə…
Ġbrahim mirzə ona təsəlli verdi:
– Fikir eləmə, səndə təqsir yoxdur, nə biləydin belə olacaq?
– Gərək biləydim. Tutduğum iĢin bəraəti yoxdu. Mən gümanımda yanılmıĢam.
Görünür, atamız ġah Təhmasib onun canındakını yaxĢı bilirmiĢ.
– Hə, Ġsmayıl mirzə ipə-sapa yatmayandı... Amma zindana atılanların hamısı islah
olunmur.
– Ġndi ki, zindanda deyil...
– Bəli, elədi. Amma ömrünün iyirmi ilə yaxını orada keçib. Yəqin olub-keçənləri
unuda bilmir… Ġndi də hakimiyyət keçib əlinə, intiqam almaq fikrinə düĢüb.
Pərixanın gözləri böyüdü:
– Doğmalarındanmı intiqam alacaq?
– Bəli. O, doğmalarından gileylidi, yadlardan yox.
– Ġbrahim, elə arxayın danıĢırsan.
– Mən onun keçirdiyi təbəddülatı baĢa düĢürəm. Əlbəttə, onun qəddarlığına haqq
qazandırmıram, amma ürəyə toxunan bir sözün, qorxunun, xofun, lap sevginin bir
anın içində insanı necə qəddar bir varlığa çevirdiyini çox gözəl anlayıram. Axı onu
zindana salmaqla məhəbbətdən, nəvaziĢdən, sevgidən iraq eləmiĢik.
– Axı indi böyük bir məmləkətin taleyi onun əlindədi. Ona bundan artıq nə
lazımdır?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
216
– Çox Ģey. Hakimi-mütləq olsa da, o da insandı. Hər kəsdən, hər Ģeydən
Ģübhələnməyə vərdiĢ eləyib. Bu gündən Səfəvilərə özgə cəllad gərək deyil. Bizim
qanı qanımızdan olan Ģahımız həm də cəlladımızdır. Sabah hakimiyyətə iddiası
olan hər kəs Qəhqəhə qalasının dünənki dustağının düĢmənidi.
– Çarə yoxdurmu?
– Çarə onun yolu ilə getməkdir.
– Öldürmək?!
– Bəli. Bunu isə biz bacarmarıq. Bütün əmirlər, sultanlar, minbaĢılar, yüzbaĢılar,
qoĢun onun əlindədir. O bizə yağıdı, onlara yox. Hər kəs müticəsinə onun əmrlərini
yerinə yetirir. Mən sonuncu dəfə onunla danıĢmaq istəyirəm.
– Nə barədə?
– Onu tutduğu bu yoldan daĢındırmaq istəyirəm.
– Heç onun sifətini də görmək istəmirəm.
– Pərixan, istəsək də, istəməsək də onu görəcəyik. Sən Gövhərlə qal, mən
dövlətxanaya gedirəm.
* * *
Ġqamətgaha daxil olanda Ģahı nə üçünsə tutqun gördü. Ġbrahim mirzəni tutqun
baxıĢlarla süzüb soruĢdu:
– Hardasan, gün günorta olub.
Ġbrahim mirzə ikibaĢlı cavab verdi:
– Srağa gecə baĢ verənləri, dünən dəfn elədiyimiz Ģahzadələrin taleyini
düĢünürdüm.
II ġah Ġsmayıl gözlərini qıydı, elə bil Ġbrahim mirzəyə iynənin ulduzundan baxırdı:
– Nə qərara gəldin?
– Ġstəyərdim doğmalarına qarĢı ədalətli olasan.
– Bəyəm, ədalətsizəm?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
217
– Bilmirəm, cavanlara qıyma, Allaha xoĢ getməz.
– Deyirsən, Ģahzadələri mən öldürtmüĢəm?!
– Sənin icazən olmasa, Ģah övladlarına, II ġah Ġsmayılın qardaĢlarına kimsə
qıymazdı. Buna heç kəsin cəsarəti çatmaz.
– Nə demək istəyirsən?
– Əlahəzrət…
– Biz qardaĢıq…
– Xeyr, əlahəzrət, sən II ġah Ġsmayılsan, mən də sənin möhürdarın. Sən gəl
Ģahzadələri qətlə yetirməyi qəhrəmanlıq sanma. QızılbaĢlar tutduğunuz iĢlərdən
rəncidə olarlar.
– Qəhqəhə qalasında yatdığım on doqquz il altı ay iyirmi bir gündə baĢa düĢdüm
ki, hakimiyyətin Ģəriki olmamalıdır.
– Arxayın ola bilərsən, heç kəs sənin taxtına göz dikməyib. Öz-özünə xoflanma.
QızılbaĢlar səni Səfəvi-Osmanlı müharibələrinin qəhrəmanı kimi sevir, elə et ki,
ədalətli Ģah kimi də seviləsən.
– Belə ədalət sevəndinsə, bir dəfə də əmin Ģah Təhmasibə deyəydin ki, oğlun
Ġsmayıl mirzəni zindanda çürütmə.
– Nə bilirsən, deməmiĢəm. Sağlığında əmimə sən barədə çox dil tökmüĢdüm,
amma o, fikrindən dönmürdü.
– Çünki məndən ehtiyat eləyirdi.
– Qoy sən deyən olsun. Bəs sən nədən ehtiyat eləyirsən? Deməli, əmim də, sən də
hakimiyyətin rəhnindəsən*. O, hakimiyyətinə görə oğlunu zindana saldırdı, sən də
taxt-tacına görə qardaĢlarını gecə yataqlarında boğdurursan. Hakimiyyət dəyiĢsə
də, mahiyyət dəyiĢməyib. Doğrusunu söylə, hansınız ədalətlisiniz?
– Əlbəttə, atam Ģah Təhmasib məndən ədalətli, məndən rəhmdil idi. Çünki mənim
kimi nahaqdan 7 min 138 gün göz dustağı olmamıĢdı.
– Əlahəzrət, oğul atanın səhvini təkrarmı etməlidir?
– Möhtərəm möhürdar, oğul atasına oxĢayar da…
www.kitabxana.net
– Milli Virtual Kitabxana
218
Ġbrahim mirzə boynundan asdığı möhürü çıxarıb ayağa qalxdı, Ģaha yaxınlaĢıb
möhürü onun qarĢısındakı «Quran»ın yanına qoydu:
– Əlahəzrət, fikir vermisinizsə, ipəkqurdu toxuduğu baramanın içində qalır. Gözəl
ipək parçalar o ipək qurdlarının ağır zəhmətinin nəticəsidir. Ġnsan da ipəkqurdu
kimi öz ömrünü toxuyur. Mən səni haqqa dəvət eləyirəm, sən isə qəddarlığa can
atırsan. Bilirəm, bir gün məni də öldürtdürəcəksən. Arxayın ola bilərsən, səndən
bağıĢlanmağımı təvəqqe eləmirəm. Amma sənin həyatının necə acı bir sonluqla
bitəcəyini görürəm.
– Lap münəccim kimi danıĢırsan.
– Görünən dağa nə bələdçi? Hər kəs öz əməlinin əsiridi. Sənin son saatını görmək
üçün münəccim olmağa ehtiyac yoxdu. Əlbəttə, adın II ġah Ġsmayıl kimi tarixdə
qalacaq. Ona heyfsilənirəm ki, qəhrəman, fateh kimi dünyadan köçməyə layiq olan
sən, doğmalarına yağı kəsilmiĢ Ģah kimi öz əcəlinlə ölməyəcəksən... Hökmdar,
hələ də gec deyil. Bir düĢün. Hər gecənin bir hökmü var, bəlkə lənət Ģeytana
deyəcəksən. Xudahafiz…
– YaxĢı yol, get otur evində. Mülazimlərimi göndərərəm keĢiyini çəkərlər…
* * *
Gecəyarısı Ġsmayıl mirzə səs eĢitdi. Deyəsən, saraya yad adamlar girmiĢdi. «Bəs
bu keĢikçilər, qorçular görəsən haradadırlar? Gələnlər olmaya sui-qəsdçilərdi?! Bu
nə iĢdi belə, bir nəfər qorçu, keĢikçi gözə dəymir. Qəsdimə duranlar çoxdur yəqin,
yoxsa bu qədər keĢikçini, qorçunu aradan götürə bilməzdilər. Bu haramzadələr
tiryək çəkib – nədi, sərvaxt olmayıblar».
PeĢmançılıq içindəydi. Axı özü həmiĢə yarıoyaq yatardı, qorçulara, keĢikçilərə elə
də bel bağlamazdı. Bu gecə isə adətinə xilaf çıxmıĢdı. Belə bərk yatmağının
səbəbini gecə yatağına saldığı o qəĢəng cariyədə gördü. Bu gürcü qızı yamanca
hiyləgərdi. Onunla əylənir, danıĢır-gülür, min bir oyun çıxarır, amma ona təslim
olmaq istəmirdi. Cariyənin bu Ģəhvani əyləncələri qarĢısında get-gedə ehtirasdan
dəlilik həddinə çatırdı. Cariyə isə çıxardığı min bir hoqqadan, məmləkətin Ģahını
ora-bura qaçırtmaqdan, gah ona sarmaĢıb öpüĢlərə qərq etməkdən, gah da piĢik
balası tək siviĢib əlindən çıxmağından zövq alırdı. Əlbəttə, Ģah ona güc göstərmək
istəmirdi, bu əyləncə ona da xoĢ idi. Əgər zamanında uĢaqlığını uĢaqlara məxsus
əyləncələrlə keçirməmisənsə, nə zamansa mütləq uĢaqlığına qayıdacaqsan. O da
www.kitabxana.net
– Milli Virtual Kitabxana
219
Qəhqəhə qalasında qadınsız, intim münasibətlərsiz keçən o saysız gecələrin əvəzini
gəncliyinin bu qocalıq çağında mütləq çıxmalıydı; çıxmaqdaydı da. Nəhayət,
siçan-piĢik oyunundan bezib cariyəni bir yastıq yüngüllüyü ilə qolları üstünə alıb
yatağa uzatdı. Tələsdiyindən cariyənin paltarlarını kobud Ģəkildə dartıb əynindən
çıxartdı. Qız artıq elə bil heç nəyin fərqində deyildi, sustalmıĢdı, bədəni od tutub
yanırdı. Ehtirasdan ürəyi Ģiddətlə döyünən Ġsmayıl mirzə də hər Ģeyi, hətta, böyük
bir məmləkətin Ģahı olduğunu da unutmuĢdu. Bədəni ilə cariyənin üstünü örtərək
sanki gəncliyinin ilkin çağlarını yaĢamaqdaydı...
Ayaq səsləri getdikcə yaxınlaĢırdı. FikirləĢdi ki, yəqin ona qəsd etməyə gələnlər
ustaclılardı. Hə, yəqin baĢçıları da Pirə Məhəmməd xan olar, gələcək qayınatası.
Yəqin ondan bərk inciyib, sarayın qabağından çəkilməyib, bağıĢlanmalarını istəyən
ustaclıları qovduranda bir neçə dəyənəyin də gələcək qayınatasına dəydiyini
eĢitmiĢdi. «Ona bu da azdı, arığın qoruqda nə iĢi var, vurub qılçasını da
sındırsınlar».
Qapı açıldı, Ģamları söndürdüyündən otaq qaranlıq idi. Cariyəni isə gecəyarısı
xacələr öz otağına aparmıĢdılar... Ġçəri girənlər ağappaq kəfənə bürünmüĢdülər.
Üz-gözləri də görsənmirdi. Asta-asta, tələsmədən ona doğru gəlirdilər. Canında
qəribə bir halsızlıq var idi. Gözləmək olmazdı, ölüm qədəm-qədəm yaxınlaĢırdı.
...Nəhayət, özünü toplayıb qılıncına doğru sıçradı, gec idi. Onun qollarından
yapıĢıb geri qanırdılar, sonra çiyinlərindən basıb dizi üstdə oturtdular. Qəsdinə
duranlardan biri gedib Ģamdandakı Ģamları yandırdı. Otaq elə bil nura qərq oldu.
BaĢını qaldıranda otağın baĢ tərəfində Ġbrahim mirzəni gördü. Qəribəydi, Ģahlıq
tacı onun baĢındaydı. «Tacı kim qoyub onun baĢına, bu nə casarətdir?»
Ġsmayıl mirzə yerindən qalxmaq istədi, amma güclü əllər çiyinlərindən basıb onu
yerindən tərpənməyə qoymadı. Kəfənə bürünənlərə bozardı:
– Axı siz kimsiniz, məndən nə istəyirsiniz? Ġbrahim mirzə, axı sən mənim
möhürdarımsan, bunlar məndən nə istəyirlər?
– Mən möhürdar deyiləm daha, ġaham, ġah! Bunlar isə sənin qardaĢlarındı.
– QardaĢlarım?!
– Bəli, qardaĢların.
Bu sözləri eĢidən qardaĢlar büründükləri kəfəni bir kənara atdılar. QardaĢları
Mahmud mirzə, Ġmamqulu mirzə, Əli mirzə, Əhməd mirzə, əmisi oğlu
Bədüzzaman mirzə qarĢısında boy sırasıyla dayanmıĢdılar. Mahmud mirzənin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
220
əlində dəstələnmiĢ bir yığın ip vardı. Ġsmayıl mirzə bu günə kimi üzünü görmədiyi,
Qarabağ bəylərbəyliyində yaĢayan Əli mirzəyə tutub soruĢdu:
– Sən Gəncədən haçan gəlimisən, xəbərim olmayıb?
– Elə bu axĢam gəlmiĢəm, hökmdar.
– Bəs niyə səni mənim yanıma gətirməyiblər?
– GətirmiĢdilər. Hərəmxana yasovolu söylədi ki, hökmdar xəlvətxanadadır.
– Doğrudu, – dedi və qəsdinə duranların qarĢısında dizi üstə otursa da, həyatının
bir tükdən asılı çağında gecəyarısı lüt-üryan etdiyi cariyənin iri döĢlərinin giləsinin
təmasını sinəsində hiss elədi. Nə xoĢ anlar yaĢamıĢdı, heyif, indi aldığı ləzzəti
burnundan gətirəcəklər. Amma o, belə anların çox olacağına, boĢ keçən 7 min 138
günün əvəzini artıqlaması ilə çıxacağına özünə söz vermiĢdi: – YaxĢı, indi məndən
nə istəyirsiniz? Utanmırsınız, böyük qardaĢınızla, əminiz oğluyla, Ģahınızla,
mürĢidi-kamilinizlə belə rəftar eləyirsiniz?
Ġbrahim mirzə Ģahlıq tacını gözləri üstünə endirdi:
– Bəs sən utanmırsan öz doğmalarına yağı kəsilmisən?
– Bəsdirin, mən sizin Ģahınızam! Yolunuzu çaĢsanız qızılbaĢlar sizi cəzalandırarlar.
– Üzünü Bədiüzzamana tutdu: – Bəs sən niyə vilayəti baĢsız qoyub bura gəlmisən?
Səni saraya kim dəvət edib?
Bədiüzzaman əlini qılıncının qəbzəsinə apardı:
– Məni Pərixan bəyim dəvət eləyib. Xəbər göndərmiĢdi ki, gəl Ģahımızın canını al,
yoxsa o bizim canımızı alacaq.
Ġsmayıl mirzə gözlərini bərəltdi.
– Nolar, Allah qoysa, onun da cəzasını verərəm.
– Salamat qalsan, verərsən, – Ġbrahim mirzə yerindən qalxdı. – Atın o kəndiri
bunun boynuna.
Mahmud mirzə kəndiri Ġsmayıl mirzənin boynuna atdı. Mahmud mirzə Ġsmayıl
mirzənin gözündə bir az da böyüdü. Tökməbədən Mahmud mirzənin vücüdundan
güc-qüvvət yağırdı: «Boğazım onun əlinə keçsə, vay halıma».
Kəndirin bir ucundan Mahmud mirzəylə Ġmamqulu mirzə, digər ucundan isə
Bədiüzzaman mirzəylə Əhməd mirzə yapıĢmıĢdı. Çox çalıĢsa da, boğazını sıxan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
221
kəndirdən xilas ola bilmədi. Nəfəsi kəsilhakəsildəydi. Əli mirzə qardaĢlarına
yalvarırdı:
– Bəsdirin, qardaĢımızı öldürməyin!
Amma onu eĢidən yoxdu. Qulağına Pərixan bəyimin səsi gəldi:
– Ġsmayıl mirzə, bax doğmalarına qənim kəsilənin aqibəti belə acı sonluqla bitir!
Yerin cəhənnəmdi, yolun açıq olsun…
Ġsmayıl mirzə yerindən dik atıldı, onu tər basmıĢdı. ġamdandakı Ģamların son
Ģöləsi titrəĢirdi. Yuxunun təsirindən hələ də özünə gələ bilməmiĢdi, çaĢqın-çaĢqın
ətrafa baxırdı. Bir qurtum su içib özünə gələ bilmək üçün yerindən qalxdı. Dolaba
yaxınlaĢıb zəhərlənməkdən ehtiyatlanıb ağızılığını möhürlədiyi gümüĢü mehtərini
götürdü, möhürünü açıb su içdi.
Cariyə məsələsi yuxuda gördüyü kimiydi, amma qardaĢlarının gecəyarısı saraya
gəliĢi, boynuna ip salıb onu boğmaları, Ġbrahim mirzənin «Ģah»lığı röya idi. Ancaq
o lap uĢaqlıqdan yuxuya inanırdı. Gördükləri nə zamansa cin ola bilərdi. FikirləĢdi
ki, bəlkə Süleyman mirzənin dayısı ġamxal sultan, Mustafa mirzəni boğduran Pirə
Məhəmməd xan, artıq ona müxalif olan Pərixan bəyim, möhürünü üstünə atmıĢ
Ġbrahim mirzə əlbir olub onu aradan götürmək istəyirlər. Bu dəhĢətli yuxunun
yozumu ancaq bu ola bilər.
Su içib yatağına uzansa da, gözlərinə yuxu getmədi.
* * *
Ġbrahim mirzə fikir-xəyal içində həmiĢəkindən tez sarayına dönmüĢdü. Onun bu
qəfil qayğısından, üz-gözünə çökmüĢ kədərin sirayətedici qəmindən Gövhər
bəyimin ürəyinə nigarançılıq toxumu düĢmüĢdü. O, Ġbrahim mirzənin əllərini
əllərinə alıb onun gözlərinin içinə baxdı, elə bil Ģabalıdı rəngli bu gözlərdə nəsə
arayırdı. Ərinin əllərini dodaqlarına aparıb:
– Xeyirdirmi? – deyə soruĢdu.
– ĠnĢallah, xeyir olar.
Gövhər bəyim Ġbrahim mirzənin gizlətməyə çalıĢdığı baxıĢlarından baĢa düĢdü ki,
nəsə baĢ verib.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
222
Ġbrahim mirzə nökəri çağırıb tapĢırdı ki, mülazimləri, nəqqaĢları, xəttatları,
kənizləri həyətə toplasın.
Az sonra nökər gəlib əmri yerinə yetirdiyini söylədi. Ġbrahim mirzə eyvana çıxdı.
Həyətə toplaĢanlar intizar içində onu gözləyirdilər. Ġbrahim mirzə bilmirdi hardan
baĢlasın, indi verəcəyi qərar ürəyincə olmasa da, baĢqa çıxıĢ yolu da yoxdu. Xeyli
sükutdan sonra dedi:
– Dostlar, xanımlar, bu gündən azadsınız. Uzun illər xidmətimdə durmusunuz,
haqqınızı halal eləyin.
YaĢlı xəttat hamının əvəzindən dil-ağız elədi:
– Möhtərəm sultan, biz sizin sarayınızda ən xoĢ günlərimizi yaĢamıĢıq. Sizdən,
iĢimizdən ayrılmaq bizim üçün çox çətindi. Ancaq bir halda ki, məsləhətdi, sizi
tərk etməliyik. Bu illər ərzində nə etmiĢiksə, halal xoĢunuz olsun. Bizim isə sizdən
zərrəcə incikliyimiz olmayıb. Bizə haqqınızı halal eləyin.
Ġbrahim mirzə:
– Nə etmiĢəmsə, halal xoĢunuz olsun. Gedin istədiyiniz kimi yaĢayın. XoĢbəxt
olun, – dedi.
– Biz elə sizin xidmətinizdə çox xoĢbəxt idik… – Qoca xəttat dilləndi. – Bəlkə bir
günah iĢləmiĢik?
Ġbrahim mirzə həyətə düĢüb sənətkarlara, mülazimlərinə yaxınlaĢdı, əlini qoca
xəttatın çiyninə qoyub:
– Sizin heç bir günahınız yoxdu. Daha mən möhürdar deyiləm, dövlətxanada baĢqa
iĢim də yoxdu. Qalan ömrümü guĢəniĢin yaĢamaq istəyirəm. Sizdən ayrılmaq
mənim üçün də xoĢ deyil, amma baĢqa yolum da yoxdu. Bəlkə xeyir burdadı, gəlin
halallaĢaq, – deyib hamıyla bir-bir əl tutub ayrıldı.
Bir anda həyat boĢaldı. Ġbrahim mirzə halsız halda pilləkəndə oturdu. Ġçində qəribə
bir boĢluq vardı. O heç zaman öz mülazimləri, kənizləri ilə ağa kimi rəftar
etməmiĢdi. HəmiĢə onların qayğısına qalmıĢdı. Bu fikirdə idi ki, xəttatın, nəqqaĢın,
Dostları ilə paylaş: |