çoxdan niĢanlandığı ustaclı Pirə Məhəmməd xanın qızıyla nigaha girmək
fikrindəydi. Ġsmayıl mirzə bu toyu etməklə bir müddət əvvəl Çehilsütun sarayının
qabağına toplaĢıb ondan mərhəmət, iltifat gözləyən ustaclıların, həm də qorçuların
onlara hücumu zamanı bir neçə dəyənək yemiĢ Pirə Məhəmməd xanın könlünü
almaq istəyirdi. Digər tərəfdən, Pirə Məhəmməd xan qardaĢı Mustafa mirzəni
aradan götürməklə ona xidmət göstərmiĢdi. Onun qızını halalı etməklə ondan incik
düĢmüĢ bu hörmətli xanı Ģərəfləndirmək istəyirdi. Həm də o, bu toyu etməklə neçə
vaxtı göz verib iĢıq vermədiyi, daim nigarançılıq, təhdid altında saxladığı, dövlət
iĢindən uzaqlaĢdırılmıĢ, Heydər mirzənin tərəfdarı Hüseyn bəy YüzbaĢının
ucbatından urvatsız hala düĢmüĢ ustaclıları urvatlandırmaq, Səfəvilər xanədanında
əzəlki layiqli yerlərində oturtmaq fikrindəydi.
Neçə gün idi ki, toya hazırlıq gedirdi. ġah tapĢırmıĢdı ki, bu toy Səfəvilər
səltənətinə, onun Ģahına layiq möhtəĢəm bir toy olmalıdı. Toyu yola vermək üçün
çoxlu iĢ bilən adamlar ayrılmıĢdı. Qonaqlar üçün beĢ böyük mağar qurulmuĢdu.
Əlbəttə, xanımlar da unudulmamıĢdı, onlar üçün də içərisi xalça-gəbə ilə
bəzədilmiĢ mağarlar tikilmiĢdi. Əylənmələri üçün mütürüblər, çəngilər dəstəsi
dəvət olunmuĢdu.
Hansı mağarda kimlərin oturacağı da artıq bu iĢlə məĢğul olan əmirlərə bəlliydi.
Toy Ġsmayıl mirzənin münəccimliyinə rəğmən günortaya az qalmıĢ baĢlamıĢdı.
Əmirlərə demiĢdi ki, onun ata-babaları kimi üç gün üç gecə toy eləmək fikri
yoxdu. Səltənətin min bir dərdi var.
ġahın oturduğu mağarda Ģahzadələr, vəzir-vəkil, bəylərbəyliklərin əmirləri,
sultanlar, sərkərdələr, qazilər, axundlar, seyidlər, Ģairlər, nəqqaĢlar, münĢilər,
xanəndə və sazandalar dəstəsi öz yerlərini tutmuĢdular. Bu toyda – ev dustağı
Ġbrahim mirzə və Pərixan bəyimdən, Qumda ziyarətgahda olan Sultanım
bəyimdən, Xorasan hakimi Məhəmməd mirzədən baĢqa hamı iĢtirak eləyirdi.
Mağarın lap baĢ tərəfində taxtda oturmuĢ Ġsmayıl mirzə öz əzəmətli görünüĢü və
geyimi ilə hər kəsdən seçilirdi. Ġsgəndər bəy MünĢi mağarın aĢağı baĢında oturub
www.kitabxana.net
– Milli Virtual Kitabxana
236
Ģahı və onun ətrafındakı adamları seyr edir və düĢünürdü: «Rəhmətlik Ģah
Təhmasib bu Ġsmayıl mirzəni Qəhqəhə qalasında dustaq etməklə fatehlik qismətini
onun əlindən alıb. O, taxt-tac sahibi olsa da, hələ də vurnuxur. Nə edəcəyi, hansı
yolu tutacağı bəlli deyil… Ġnsafən, kitabdarlara, nəqqaĢlara, Ģairlərə, münĢilərə
rəğbəti çoxdu. Allah ona bir oğul payı versə, qəlbi rahatlıq tapar».
Ġsmayıl mirzənin nüfuzedici baxıĢları bir-bir məclisdəkilərin üzündə gəzirdi. Onun
iti baxıĢları, sanki, adamın qəlbinə saplanırdı. ġahzadələr yaĢlarına görə yuxarı
baĢda oturmuĢdular. ġah istəməsə belə, qardaĢlarının boy-buxunlarına həsədlə
baxdı. «Vaxtında oğlum olsaydı indi onların sırasında əyləĢmiĢdi. Hələ indən belə
oğlum olası, böyüyəsi… Amma bunlara bax! Bu Mahmud mirzə də ki, lap
pəhləvana oxĢayır…»
ġahzadələrə xeyli nəzər saldıqdan sonra növbə ilə əmirlərə, sultanlara, qazilərə,
axundlara, seyidlərə, sənətkarlara baxdı. Onlar da Ģahın baxıĢların üzərlərində hiss
edib təbəssüm göstərir, ehtiramla baĢ əyirdilər.
Birdən Ģahın nəzərləri ilə ġamxal sultan Çərkəzin baxıĢları qarĢılaĢdı. ġamxal
sultan Çərkəz tutqun idi. ġah, Süleyman mirzəni boğduğuna görə onu da
mükafatlandırmalıydı. Yoxsa onun göstəriĢi ilə doğmaca bacısı oğlunu aradan
götürən bu ġamxal sultan Çərkəz ətrafa kin püskürər. Çərkəzlər onun bir sözünə
bənddilər… Hə, bəlkə, elə bu ġamxal sultanın qızını da alsın. ġahın qayınatası
olmaq onun üçün böyük Ģərəf olar… BaxıĢları ġamxal sultandan ötüb Hüseyn xan
Xınıslının üzündə dayandı. «Bu kiĢinin də könlünü almaq gərəkdi. Onun da qızını
alsam, məndən razı qalar… Bu toyu yola verim, iki-üç gündən sonra onların
qızların elə bir gecədə hərəmxanaya gətirdərəm».
Onun bir gecədə iki-üç qıza sahiblənmək istəyi dünən axĢam Xacə Nizamülmülkün
«Siyasətnamə»sini oxuyanda yaranmıĢdı. Xacə yazırdı ki, bir gün xəlifə MöhtəĢəm
Ģərab məclisində oturmuĢdu, qazi Yəhya bin Əksəm də orada idi. MöhtəĢəm
məclisdən durub o biri hücrəyə getdi. Bir az orada qaldıqdan sonra çölə çıxıb Ģərab
məclisinə gəldi, sonra hamama gedib üç dəfə qüsl etdi, iki ürkət namaz qıldı, sonra
yenə də Ģərab məclisinə gəldi. Qazi Yəhyaya dedi: «Bu namazı nə üçün qıldığımı
bilirsənmi?» Dedi: «Yox». Dedi: «Ġzzət və calal sahibi Allahın əta etdiyi çoxlu
nemətdən biri üçün idi». Yəhya dedi: «Əgər böyük rəy sahibi lazım bilərsə, desin,
biz də Ģad olaq». Dedi: «Mən bu saat üç qızın bəkarətini aldım. Bunların hər üçü
mənim düĢmənlərimin – biri Rum padĢahının, ikincisi Babəkin, üçüncüsü Maziyar
Kəbrin qızı idi».
Xacənin yazdığı bu rəvayət onu vəcdə gətirmiĢdi. Amma bu istəyini bugünkü
toydan sonraya saxlamıĢdı. Onun məqsədi təkcə 7 min 138 gün Qəhqəhə qalasında
www.kitabxana.net
– Milli Virtual Kitabxana
237
qadınsız keçən günlərinin hayfını çıxmaq deyildi, sabahın vəliəhdini (onun qanını
daĢıyan oğulu) dünyaya gətirmək idi. O, Pirə Məhəmməd xanın, ġamxal sultan
Çərkəzin, Hüseyn xan Xınıslının qızlarının ilk zifaf gecəsindəcə uĢağa qalmalarını
istəyirdi. Axı ola bilməz ki, əkdiyi bu qədər «tumların» birisi tutmasın...
Ġsmayıl mirzə hədiyyələr, bəxĢiĢlər içində az qala görünməz olmuĢdu. Xanəndələr
səs-səsə vermiĢdilər. AĢıqlar deyiĢir, Ģairlər Ģahın Ģərəfinə gecə yazdıqları
qəsidələrini söyləyirdilər. Nəhayət, zurnaçılar dəstəsi məclisə gəldi, onların çaldığı
havalar hər kəsi yerindən oynatmıĢdı. Musiqinin gözəgörünməz əli uzanıb onların
yaxasından tutub ayağa qaldırmıĢdı. Əmirlər, sultanlar iki-iki, dörd-dörd qol-qola,
üz-üzə oynayırdılar. Çəpik, alqıĢ səsləri ətrafda əks-səda verirdi. Ġsmayıl mirzə bu
təntənədən, zurnadan qopan «Cəngi» havasının qəlbində yaratdığı qəhrəmanlıq
ovqatından çox-çox məmnun görünürdü.
YaddaĢlardan süzülüb gələn bu havalar Ġsmayıl mirzənin döyüĢ meydanlarında at
sürüb Ģücaət göstərdiyi anları özünə qaytarmıĢdı. Sanki taxtda yox, at belində
oturmuĢdu…
Zurnaçıların baĢına səpilən qızılı-gümüĢ sikkələr onun da ürəyincə idi. Musiqi
onun sərtləĢmiĢ qəlbinə, rəhmsiz ruhuna həlimlik, Ģəfqət gətirmiĢdi. Ġndi
qardaĢlarına munis nəzərlərlə baxmağının heç fərqində deyildi. Ġçini yeyən, onu
qəddarlığa, amansızlığa səsləyən kin, deyəsən, onu unutmuĢdu.
ġər qarıĢanda məĢəllərin iĢığında Pirə Məhəmməd xan qızını evin ortasında
qoyulmuĢ çırağın baĢına hərləyib alnından öpdü: – XoĢbəxt ol! – dedi. «Gəlin
atlandı» havasının sədaları altında gəlini evdən çıxarıb kəcavəyə oturtdular.
Mülazimlər kəcavəni çiyinlərinə qaldırıb Ģahın hərəmxanasına doğru irəlilədilər.
Dörd yüzdən çox atlı, piyada gəlini müĢayiət edirdi. Pirə Məhəmməd xan
darvazanın önündə dayanıb uzun saplı çubuq qəlyanını çəkirdi.
Gecədən xeyli keçmiĢ Ġsmayıl mirzəni çal-çağırla, məĢəllərin iĢığında
hərəmxanaya gətirdilər. Onun arxasınca böyük bir izdiham gəlirdi. Ġzdiham
hərəmxananın qarĢısında dayandı. Xacələr Ģahı «buyur-buyurla» gəlin otağına
apardılar.
O gecə ilan vuran yatdı, amma Səkinə sultanın gözlərinə yuxu getmədi. Xəyalında
canlanmıĢ mənzərələr onu odsuz-ocaqsız yandırırdı. Ərini etibarsızlıqda qınayan,
zəmanənin adətinə boyun əyən Səkinə sultan üç gündən sonra ərinin görünməmiĢ
bir hoqqa çıxaracağını heç ağlına da gətirmirdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
238
* * *
«Təzə bardaq suyu sərin olar» fikrinin, sən demə, Ġsmayıl mirzəyə dəxli yoxmuĢ.
Doğrudur, gecələr qızı yaĢda olan bir xanımla seviĢmək, həya pərdəsini atıb min
bir oyundan çıxmaq ona nə qədər xoĢ olsa da, Səfəvilər xanədanının mütləq
hakimi, qızılbaĢların mürĢüdi-kamili olduğunu da bir an belə olsun unutmurdu.
Gördüyü və yaxud görəcəyi hər bir iĢin mayasında siyasət dururdu. Hətta evlənib
toy vurdurmağın özündə də onun siyasi gediĢləri vardı. Təbii ki, zövqü-səfa da öz
yerində.
Ġsmayıl mirzə el adətincə hörmətli əmirlərdən ġamxal sultan Çərkəzlə Hüseyn xan
Xınıslının evinə elçi göndərib qızlarını istəmiĢdi. ġirindilli əmirlər keçmiĢ-
keçəcəkdən söz salıb qız atalarına demiĢdi ki, ġah Ġsmayıl Xətainin xələfi II ġah
Ġsmayıl daha mağar qurub toy vurdurmaq fikri yoxdur. Qibleyi-aləm deyir ki,
məmləkətin Ģahıyam, Qəzvinin meydanlarında gündə bir mağar qurdurub toy
etsəm, qızılbaĢlara xoĢ getməz. Ancaq dövləti-alinin qarĢısındakı xidmətlərinizi
dəyərləndirmək üçün sizinlə qohum olmağı hər Ģeydən üstün tutur. ġahımız
möhtərəm qızlarınız üçün qiymətli baĢlıqlar veməyi də unutmayıb. Sizdən yeganə
istəyi budur ki, qızların hər ikisi üç gündən sonra eyni vaxtda hərəmxanaya
gətirilsin. MürĢüdi-kamilimiz hərəmxanaya gündə bir qız gətirib sufilərin, imam
sahiblərinin qınağına tuĢ gəlmək istəmir.
ġahın «məsləhətindən» nə ġamxal sultan Çərkəz, nə Hüseyn xan Xınıslı çıxmağa
cəsarət etmədi. Hər ikisi elçilərə «bəçeĢm» deyib Ģahın hökmü qarĢısında baĢ əydi.
… Qızların hər biri üçün otaqlar ayrılmıĢdı və bu otaqlar incə zövqlə bəzədilmiĢdi.
ġamxal sultan Çərkəzin qızı üçün ayrılmıĢ otaqda hər Ģey – tül pərdələr, yorğar-
döĢək, mütəkkələr, yastıqlar firuzəyi rəngdəydi. Hüseyn xan Xınıslının qızının
otağı isə qızılı rəngdə bəzədilmiĢdi. Tavandan çoxlu Ģamları olan Ģamdanlar
asılmıĢdı. Otaqlarda qəribə sirli bir ovqat vardı. Otaqlardakı bu intimliyi
dünyagörmüĢ məĢĢatələr hər kəsdən daha həssas duyurdular.
AxĢam məĢəllərin iĢığında beĢ yüzə qədər adam gəlinləri gəcavələrə oturdaraq
hərəmxanaya gətirdilər. Zurna-nağara səsi uzaqlarda belə eĢidilirdi.
Hərəmxananın önündə gəcavələri yerə qoydular. Yengələr, qoca xacələr hər iki
xanımı gəcavədən düĢürdülər. ġahın adamları onların baĢına qızıl pullar yağdırdı.
Gəlinlərin ayaqları altında qurbanlıq toğlular kəsiləndən sonra xacələr qabağa
düĢdülər. Yengələr, məĢĢatələr qızların qoluna girib xacələrin arxasınca irəlilədilər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
239
Qızlar ətrafı baĢlarına salınmıĢ ipək çarqatdan güclə görürdülər. Xacələr qızları öz
otaqlarına aparıb diĢarı çıxdılar. Yengələr isə qızların yanında qaldılar.
Gecədən xeyli keçmiĢ Ġsmayıl mirzə ġamxal sultan Çərkəzin qızının otağına gəldi.
Yengə qızın qolunu ehmalca sıxdı və tez otaqdan çıxdı. Qız ayağa qalxdı, ona
yaxınlaĢan Ģahın qarĢısında təzim edib paltarının ətəyindən öpdü. Ġsmayıl mirzə
qızın zərif çinlərindən yapıĢıb ayağa qaldırdı, firuzəyi çarqatını baĢından götürüb,
duvağını açdı. QarĢısında ömründə bir dəfə də olsun üzünü görmədiyi bir gözəl
dayanmıĢdı. Qızın baĢındakı sünbül naxıĢlı cıqqası, sinəsindəki silsilə boyunbağı,
qulaqlarındakı yaqut sırğalar, incə belini bir az da incə göstərən qızıl kəmər Ģam
iĢığında bərq vururdu. Qız utandığından baĢını aĢağı dikmiĢdi. Həyəcandan sinəsi
tez-tez qalxıb enirdi. Ġsmayıl mirzə qurĢağından zərif bir boyunbağı çıxarıb qızın
boynuna bağladı. Bu zaman qızın yaxası oymalı köynəyini qabardan iri döĢləri
Ġsmayıl mirzənin sinəsinə toxundu. O, bu xoĢ təmasdan duyğulandı və qızın
əlindən tutub yatağına apardı. Onu həqiqi bir istəklə sinəsinə sıxıb gözlərini
yumdu. Ürəyində Yaradana üz tutmuĢdu: «Ya rəbbim, mənə bir oğul payı ver! Ey
Ulu Tanrım, mən həmiĢə sənə pənah gətirmiĢəm. Ya rəbbim, mərhəmətini məndən
əsirgəmə! Günahlarımı oğurlanmıĢ gəncliyimə, nahaqdan zindanda keçən
həyatımın 7 min 138 gününə bağıĢla! Allahım, Səfəvilər xanədanında səltənətimi
yaĢatmaq üçün mənə vəliəhd gərəkdir. Ġlahi, bu fani dünyadan haqq dünyasına
vəliəhdsiz getməyi mənə rəva görmə!»
Qızın zümrüdü köynəyinin qızıl düymələrini açanda əllərinin titrədiyini hiss edib
özünə acığı tutdu.
Ġsmayıl mirzə iki saata qədər ġamxal sultan Çəpkəzin qızının yanında qaldı.
… Ġki saatdan sonra hamama gedib çimdi, iki rükət namaz qıldı, Allaha dua etdi və
yenə ondan vəliəhd istədi. Bundan sonra xacələrin müĢayiəti ilə qızılı otağa –
Hüseyn xan Xınıslının qızının yanına gəldi. Bu qızın da yengəsi Ģahla necə rəftar
etməyi ona baĢa salmıĢdı. Allahdan ona xoĢbəxtlik, oğul payı diləmiĢdi və onu
içəri girən «özündənbəyin» ixtiyarına buraxıb çölə çıxmıĢdı.
Ġsmayıl mirzə qıza yaxınlaĢanda o, dərhal ayağa qalxıb Ģahın ləbadəsinin ətəyindən
öpdü və «XoĢ gəldiniz, Ģahım», – dedi. ġah qarĢılığında bu dilavər xanıma «Çox
sağ ol, ocağımıza xoĢ gəlmisən», – deyə cavab verdi və onun çiyinlərindən tutub
ayağa qaldırdı. O, tələsmədən qızın baĢındakı qızılı çarqatı götürdü və qarĢısında
ġamxal sultan Çərkəzin qızından da zərif, gözəl bir qız gördü. Qızın zərif qaməti,
üzünün lətafəti göz oxĢayırdı və onda adamın qəlbinə sirayət eləyən qəribə bir sehr
vardı. Bəlkə də bu hal onda qadına olan ehtirasının bir qədər sönməsi ilə bağlıydı.
Axı iki saat qabaq Allahın kiĢiyə bəxĢ etdiyi kiĢilik qüdrəti sayəsində ġamxal
www.kitabxana.net
– Milli Virtual Kitabxana
240
sultan Çərkəzin qızının bəkarətini almıĢdı. Onun müĢg-ənbər qoxuyan dağların
qarı kimi ağappaq sinəsindən, qönçə dodaqlarından çoxlu-çoxlu öpmüĢdü. Ömrə-
günə yazılası xoĢ anlar yaĢmıĢdı. Ġndi o, bu qıza baĢını dumanlandıran ehtirasının
gözü ilə yox, ağlının gözü ilə baxırdı və belə bir gün üçün Allahına minnətdardı:
«Allah gec eləmiĢdi, amma onu hər kəsə nəsib olmayan ixtiyar sahibi eləmiĢdi.
Əks təqdirdə, bir gecədə iki gözələ «bağbanlıq» eləyə bilərdimi?!
Ġsmayıl mirzə qarĢısında dayanmıĢ gözəli bahar fəsli kimi seyr eləyirdi. Ona da
bahalı hədiyyəsi vardı. Tələsmədən qoluna bazubənd taxdı, zərif boynuna üstü
ceyran-cüyür Ģəklilli silsilə boyunbağı bağladı.
Qız ağıllı, nüfuzedici qaraca gözlərini ona zilləmiĢdi. ġah bu baxıĢların qabağında
susa bilmədi. Ġki barmağı ilə qızın yumru çənəsindən tutub:
– Nəsə demək istəyirsən? – soruĢdu.
Qızın üzündə mənalı bir təbəssüm iĢığı yanıb keçdi:
– Məgər qız olan bəndənin söz deməyə haqqı var?
– Əlbəttə, var.
– «Elə isə niyə soruĢmursunuz sizə gəlməyə razıyam, yoxsa yox?» Amma atam
Hüseyn xan məndən heç soruĢmadı, Ģahın xanımı olmağa razıyam ya yox?
Ġsmayıl mirzənin qaĢları çatıldı:
– Məgər sən mənim hərəmim olmağa razı deyilsən?
– …
– Səninləyəm…
– Əlahəzrət, əlbəttə, sizin xanımınız olmaq mənim üçün fəxrdir. Amma…
– Daha bu amma nədi?
– Axı siz mənimlə atam Hüseyn xanın xətri xoĢ olsun deyə evlənirsiniz, məni
sevdiyinizə görə yox.
ġah gülümsədi:
– «Ay Ģeytan. Lap sarı simə vurur». Doğrudur, səni görənə qədər mən də elə
düĢünürdüm.
– Ġndi elə düĢünmürsünüz, hökmdar?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
241
– Yox… Gözəlliyin məni ovsunladı…
Qız davamlı baxıĢlarıyla az sonra əri olacaq adamın, Səfəvilər xanədanının
hökmdarının Ģəklini çəkdi:
– ġahım, gözəlliyi verən Allahdı, bununla öyünə bilmərəm.
– Sən Allahın vergisisən. ġükürlər olsun ki, mənə qismət olmusan… Səndən bir
oğlum olsa, dərdim olmaz.
– …
– Susursan.
– Hər Ģeyi verən Allahdı, nə deyim.
– Dua et, gözəl, dua et! Tanrı uzunsaçlının duasını tez eĢidər.
Qız əllərini açıb dodaqaltı dua elədi.
Bu an qız ona o qədər füsunkar, ofsunlu göründü ki, ovunun üstünə Ģığıyan qartal
sayağı bir göz qırpımında qızı qolları üstünə aldı. Bilmirdi nə etsin, bu yaĢında
sevgi dolmuĢdu qəlbinə. Doğru deyirlər ki, sevgi aləmi biixtiyarıdır. ġahın ixtiyarı
özündə deyildi daha. Bu gözəlin baxıĢlarıyla sanki gözəgörünməz tellərlə əl-qolu
bağlanmıĢdı.
Qız da ixtiyarsız qollarını Ģahın boynuna dolamıĢdı. ġah onun qabarmıĢ sinəsini
qoxlaya-qoxlaya aparıb yatağına uzatdı. Arxası üstə uzanmıĢ qızın mütənasib
əndamı, qövsüvari qaĢları altında parlayan qaraca gözləri, qızılgül ləçəyini
xatırladan biçimli dodaqları, al yanaqları, yumru çənəsi, zərif buxağı Ġsmayıl
mirzəyə yaĢını, bir neçə saat əvvəl ġamxal sultan Çərkəzin qızıyla keçirdiyi o xoĢ
anları unutdurdu. Çöldə, qapı önündə onu gözləyən yengəni, xacələri də
unutmuĢdu. Qəribə ovqatdaydı. Xasiyyətinin əksinə olaraq, xəyalında qurduqlarını
həyata keçirməyə aĢkarca həya eləyirdi. Bu qızın davranıĢı, düĢündüyünü
çəkinmədən etiraf etməsi onu sərhəd saxlamağa vadar edirdi. Otağa abır-həya ayaq
basmıĢdı. Ancaq Ġlahinin izni ilə kiĢi-qadın mərhəmliyi onu öz vəzifəsini icra
etməyə sövq edirdi.
Vüsala çatmaq anı yetiĢmiĢdi. Qalxıb bütün Ģamları söndürdü. Qaranlıqda otağın
baĢ tərəfində parlayan bir cüt gözün iĢığını tutub çarpayıya yaxınlaĢdı.
Tələsmədən, öpüb oxĢaya-oxĢaya qızı soyundurdu. Ġndi də qaranlıqda qızın
dağların qarı kimi bədəni iĢıq saçırdı. Məmləkətin Ģahı diz büküb uca dağ baĢından
ucu-bucağı görünməyən mənzərələri seyr edən sayaq gözəli seyr etməyə baĢladı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
242
Baxdı, baxdı… fikirləĢdi ki, kiĢi belə anlarda diz çökər. Ġsmayıl mirzə artıq özünü
əla almaqda aciz idi. Dodaqaltı dua edə-edə özü də soyundu və …
Və Ġsmayıl mirzənin köksü altında həzzdən, həyadan bihuĢ olan qız birdən pıçıltıya
bənzər bir səslə «ana» deyib hıçqırdı…
Ġsmayıl mirzə səhər gün çeĢtə çıxana qədər qızın yanından çölə çıxmadı.
* * *
Ġbrahim mirzə Gövhər bəyimə həmiĢəkindən də artıq məhəbbət göstərirdi. Ev
dustaqlığının sonunun nə ilə – ölümlə, ya zindanla bitəcəyini bilmirdi. Buna görə
də Tanrıya asi olmaqdan, ağlayıb-sızlamaqdansa, Yaradanın ona verdiyi ömür
möhlətinin hər anını mənalı keçirmək istəyirdi. Gövhər bəyimlə saatlarla söhbət
edir, onu öpüb-oxĢayır, qumral saçlarına sığal çəkir, onun üçün yorulub usanmadan
saz çalıb-oxuyurdu.
Gövhər bəyim isə ərinin ona göstərdiyi bu qayğıdan, məhəbbətdən çaĢ-baĢ
qalmıĢdı. Te-tez üzünü ərinə tutub: «Sən Allah, sənə nə olub, təzə evlənmiĢik
bəyəm, doyub-dolanmaq bilmirsən», – deyirdi.
Ġbrahim mirzə arvadına zümzüməylə cavab verirdi:
– YağıĢ yağar yer doymaz, mən səndən necə doyum?!
– YağıĢ bəyəm həmiĢə yağır, Ġbrahim?
– Yox, həmiĢə yağıĢ yağmır, quraqlıq da olur. ĠĢ ondadı ki, təbiət hadisələri həmiĢə
təkrar olunur, insan isə dünyaya bir dəfə gəlir. Ġstəmirəm sonra heyfsilənək ki:
Ömür keçdi, gün keçdi,
Cavan olmaram bir də mən.
Nə qədər ömrüm var sənin üçün çalıb-oxuyacam. Qoymaram alnını da turĢudasan.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
243
Gövhər bəyim ərinin bu istəyi, məhəbbəti qarĢısında məmnun-məmnun
gülümsəyir, ev dustağı olmalarının fərqində belə olmurdu.
Ġbrahim mirzənin saz çalıb-oxumağı həyətdə var-gəl eləyən qorçulara da ləzzət
eləyir, onları darıxmağa qoymurdu. Yazıq qorçular baĢa düĢə bilmirdilər ki,
Təhmasib Ģahın sevimli kürəkəni, onun eĢikağası, müĢaviri, qızılbaĢların alimi,
Ģairi, xəttatı, nəğmə düzüb-qoĢanı Ġsmayıl mirzənin qarĢısında nə günah iĢlədib.
Axı dünənki möhürdar, Səfəvilər xanədanının hörmətli sultanlardan biri niyə ev
dustağı olmalıdır?
Qorçular növbə ilə evlərinə gedib-gəlirdilər. ġəhərdə, məmləkətdə nə baĢ verdiyini
ancaq onlardan eĢidib bilmək olardı.
Ġbrahim mirzə evdən çıxıb həyətlərindən axıb keçən arxın kənarına gəldi. Yay-qıĢ
bu arxla dumduru su axırdı. Ġbrahim mirzə Qəzvində yaĢadığı illərdə ən xoĢ
günlərini bu arxın kənarında, ağac kölgəsində keçirmiĢdi.
Payızın son fəsli olsa da, hava xoĢdu. Gün çıxmıĢdı, zəif də olsa hərarəti vardı.
GünəĢin solğun Ģəfəqləri suda əks olunurdu. Onun kölgəsi də suya düĢmüĢdü. Su
dayanmadan axıb gedirdi. Ġbrahim mirzə fikirləĢdi ki, insan ömrü də belədi, su
kimi axıb gedir. Amma su ilə heç kəsin iĢi yoxdu, məcrasını dəyiĢə, yer üstündə
axmağına mane ola bilərlər, ancaq son anda yerin təkinə çəkilib yeraltı çaylara
qovuĢmasına mane ola bilməzlər. Ġnsanlar isə heç nədən bir-birinə qənim kəsilir.
Bəzən kin-küdurətin səbəbi də məlum olmur.
Hənirti eĢidib geri döndü. Qorçulardan biri arxada dayanmıĢdı.
– Nəsə lazımdı? – soruĢdu.
– Heç nə, ağa, elə-belə gəldim. Siz bayaq saz çalıb-oxuyanda lap kövrəlmiĢdim.
– Sağ ol ki, məni duymusan… Bura bax, qoçaq, Ģəhərdə, məmləkətdə nə var, nə
yox?
– Ağa, biz burda olan vaxtda Ģahımız özünə iki dəfə toy eləyib.
– Yox əĢi?!
– Bəli, bəli. Əvvəl toy eləyib Pirə Məhəmməd xanın qızını alıb. Üç gündən sonra
da ġamxal sultan Çərkəzlə Hüseyn xan Xınıslının qızlarını bir gecədə
hərəmxanasına gətirdib.
– Nə olub belə, tələsir?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
244
– ġahın vəliəhdi yoxdu, ağa, ona görə.
– Nə isə, Allah mübarək eləsin, oğul-qız sahibi olsun.
– Amin, ağa!
– Mən öz evimdə çoxmu dustaq olacam?
– Biz kimik, ağa, Ģahdan ismarıc gözləyirik.
– Nə barədə?
– ġahın məramını biz hardan bilək, ağa. Buyurub keĢiyinizi çəkək, biz də çəkirik.
Ġbrahim mirzə:
– Darıxma, çox çəkməz Ģahımızın məramını bilərsiniz, – dedi və yenə axar suya
tamaĢa etdi. Onun fikrə daldığını görən qorçu gəldiyi kimi də sakitcə çəkilib getdi.
* * *
Bir gün bir gecə də ötüb keçdi. Ġkinci günün axĢamı Ġbrahim mirzə ora-bura
vurnuxan qorçuların hərəkətindən Ģübhələndi. Hiss olunurdu ki, onunla
danıĢmaqdan yayınırlar. Nədənsə, dünən onunla danıĢan qorçu gözə görünmürdü.
Bəlkə də onunla danıĢdığı üçün ondan ĢübhələnmiĢdilər.
Ġbrahim mirzənin ürəyinə dammıĢdı ki, bu gecə nə isə xoĢagəlməz bir hadisə
olacaq. O, özündən çox Gövhər bəyim üçün narahat idi. Qadını ona çox bağlıydı,
demək olar, onunla nəfəs alırdı. Arada bir neçə dəfə onu qardaĢ-bacılarının yanına
göndərmək istəmiĢdisə də, Gövhər bəyim onu tək qoymaq istəməmiĢdi.
Sübhə yaxın, yuxunun Ģirin vaxtı Ġbrahim mirzə yataq otağının qabağında hənirti
duydu. Gövhər bəyim bərk yatmıĢdı, onu oyatmamaq üçün ehtiyatla yerindən
qalxdı: «Nə olur-olsun, təki Gövhər bəyimin bundan xəbəri olmasın». Tez paltarını
geyindi, xəncərini belinə bağladı, qılıncını götürüb ayaqlarının ucunda qapıya
yaxınlaĢdı. Hiss elədi ki, səs salmadan qapının arxadan bağlı olub-olmadığını
yoxlayırlar.
Ġbrahim mirzə səs-küy olacağından, Gövhər bəyimin oyanıb qara-qıĢqırıq
salacağından ehtiyatlanıb qəflətən qapını açdı. Qorçular onu görüb çaĢdılar.
Ġbrahim mirzə alatoranda qorçulardan birisinin əlində ip gördü və dərhal baĢa
www.kitabxana.net
– Milli Virtual Kitabxana
245
düĢdü ki, onu boğmağa gəliblər: «Deməli Ġsmayıl mirzə onu aradan götürməyi
tapĢırıb».
Kimsədən səs çıxmırdı. Ġbrahim mirzə qapının ağzından uzaqlaĢmaq niyyətilə heç
nə olmamıĢ kimi pilləkənləri düĢə-düĢə qorçulardan:
– Xeyirdimi? – soruĢdu.
Ġlk dəfə qapısını döyən qorçubaĢı təkəĢ-təkəĢ dilləndi:
– Yox, Ģərdi, – dedi və geri çəkilərək. – Ey, qorçular, laf yeri deyil, ipi bunun
boynuna atın.
Ġbrahim mirzə geri çəkilib qılıncını tovladı və bir göz qırpımında qorçubaĢının
qarnına yeritdi. QorçubaĢı nə isə demək istəsə də, bacarmadı, çölə tökülən
bağırsaqlarını əlləri ilə tutub üzü üstə yerə sərildi. Qorçular bir an çaĢsalar da, tez
özlərini ələ alıb Ġbrahim mirzəni tutmaq üçün irəli atıldılar. Çünki Ģah onlara
Ġbrahim mirzəni qılıncla yox, boğaraq öldürmələrini əmr etmiĢdi.
Ġbrahim mirzə irəli atılıb ona kəmənd atmaq istəyən qorçunu da Ģaqqaladı:
– Rədd olun burdan! Rədd olun! – deyə onu əhatəyə almıĢ qorçuların üstünə
bağırdı.
Onun səsini eĢidən Gövhər bəyim hövlnak özünü çölə atdı:
– Ġbrahim! – deyə qıĢqırdı. Ġbrahim yarına tərəf dönəndə qorçular kəndiri onun
boynuna atıb dartdılar. O son gücünü toplayıb qorçulardan birini yaraladı. Ġp
boynunu bərk-bərk sıxmaqdaydı, son nəfəsdə xırıltılı səslə: – Gövhər… qızım
amanatı, – deyə bildi və sustalıb üzüqoylu yerə yıxıldı.
Gövhər bəyimin fəryadı uca barını aĢıb Qəzvinin hələ yuxuda olan küçələrinə
yayıldı:
– VəhĢilər! Namərdlər! Alçaqlar! Allahsızlar. Bir görün kimə qıydınız? Bir görün
neylədiniz?.. Ġbrahim… Ġbrahim, qalx ayağa, məni namərd qardaĢıma tapĢırıb
getmə… Yox, mən sənsiz yaĢaya bilmərəm. Sənsiz mənə heç nə gərək deyil! Ey bu
Ģübhün sahibi, ədalətini göstər! Yoxsa, sənə də asi olaram.
Ortada üç meyit, bir yaralı qalmıĢdı. Qorçular onu atıb getmiĢdilər.
Gövhər bəyim Ġbrahim mirzənin meyitini qucaqlayıb hönkürdü:
– Sən hər Ģeyi bilirmiĢsən, Ġbrahim. Ona görə mənim uzaqlaĢmağımı istəyirmiĢsən.
ĠstəmirmiĢsən müsibətini görüm. Mən Səfəvilər xanədanın sultanını, atam ġah
www.kitabxana.net
– Milli Virtual Kitabxana
246
Təhmasibin sevimli kürəkənini Ģərəfini qoruyan gördüm. Yox, od vuracam bu
Qəzvinə, o Çehelçütun eyvanına! Sənə qıyan o Ġsmayılı öz əlimlə parçalayacam.
Nifrət olsun ona, nifrət, nifrət…
Gövhər bəyim ərinin cənazəsinin üstündə özündən getdi.
* * *
Səhər Gövhər bəyimin fəryadı ilə açıldı. Lakin Ġbrahim mirzənin qətlə yetirilməsi
xəbəri dildə-ağızda dolaĢmamıĢ, Səadətabad meydanında elə iĢlər, faciələr baĢ
verdi ki, möhürdarın Ģəhidliyi az qala unuduldu. Allah elə bil səhər-səhər
Səadətabad meydanına alıĢ-veriĢə gələn adamların ağlını baĢından almıĢdı.
Meydanda qoyun-quzu alqı-satqısı üstündə dava düĢmüĢdü. Hüseynqulu Xüləfanın
sufiləri hücum çəkib bazarın müdirini, darğanın mülazimlərini Ģil-küt eləmiĢdilər.
Mülazimlərdən biri ağız-burnunun qanını silə-silə aradan çıxıb bazarda baĢ
verənləri darğaya xəbər vermiĢdi. Darğa da, tənbəllik eləməyib on nəfər atlı qorçu
göndərmiĢdi ki, iki-üç qoyuna görə dava salmıĢ, onun mülazimlərinə əl qaldırmıĢ o
dəli-qudurmuĢları tutub onun hüzuruna gətirsinlər. Amma sufilər onları aparmağa
gəlmiĢ qorçulara əl-qol atmağa aman verməmiĢdi. Döyülüb-söyülmüĢ qorçular
aradan çıxıb darğanın yanına qayıtmıĢdılar. Darğa bu xəmirin çox su
aparacağından ehtiyatlanıb özü bu iĢi yoluna qoymaq üçün atlanıb meydana
gəlmiĢdi. Lakin sufilər baĢının dəstəsi ilə meydana girər-girməz onu daĢ yağıĢına
tutdular. Sonra isə xəncər-bıçağa əl atdılar. Meydanda aləm bir-birinə dəydi.
Yaralıların ah-ufundan, cığır-bağır səslərindən qulaq tutulurdu.
Meydanda baĢ vermiĢ iğtiĢaĢı Ġsmayıl mirzəyə xəbər verdilər. Ġsmayıl mirzə onsuz
da sufilərin Hüseynqulu Xüləfaya bəslədikləri rəğbətə, həmrəyliyə görə, onlar
sarıdan tam arxayın deyildi və onların nə vaxtsa baĢ qaldıracaqlarından ehtiyat
edirdi.
ġahın əmri ilə yaraqlanmıĢ qızılbaĢ əmirləri ġah atı meydanında sıraya düzülüb
Ġsmayıl mirzənin verəcəyi qərarı gözləyirdilər. Çox keçmədi Ģahın çaparı sufilərin
«qətliam edilməsi» fərmanıyla gəldi. Əmirlər dərhal atlarını Səadətabad meydanına
çapdılar. Sufilər siyirmə qılınc üstlərinə gələn qızılbaĢ əmirlərini görəndə
Hüseynqulu Xüləfanın evi ətrafındakı mənzillərinə doğru qaçdılar. Amma
qızılbaĢlar onları haqlayıb qılıncdan keçirdilər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
247
Bir göz qırpımında Hüseynqulu Xüləfanın evi ətrafında beĢ yüz sufinin meyiti
qaldı. Ancaq faciə bununla bitməmiĢdi. Qırğının, vay-Ģivənin baĢ qatdığı bir
vaxtda cəlladlar Ģahzadələri, əmizadələri meydanlara çəkib Allahın dərgahına
göndərirdilər. Rumlu camaatının arasında yaĢayan Mahmud mirzənin nə
səltənətdən, nə də bu dünyadan bir umacağı yoxdu. Amma onu və bir yaĢlı oğlu
Məmmədbağırı boğub öldürdülər. Ġmamqulu mirzəylə Əhməd mirzəni
dövlətxanaya gətirərək At meydanı yaxınlığında qətlə yetirdilər. Gəncədən bu
günlərdə gətirilmiĢ Əli mirzəyə, Ġbrahim mirzənin qardaĢı oğlu Məhəmməd
Hüseyn mirzəyə rəhm eləyib hər ikisinin gözlərinə mil çəkdilər. Dünya iĢığına
həsrət qalmıĢ Əli mirzə taleyi ilə barıĢsa da, Məhəmməd Hüseyn mirzənin ah-ufu,
nifrini kəsilmək bilmirdi. Onun əhvalını Ģaha söyləyib: – Qibleyi-aləm,
Məhəmməd Hüseyn mirzə sakitləĢmir, nə edək? – sordular. ġah da: – Səsini
birdəfəlik kəsin! – əmrini verdi. Məhəmməd Hüseyn mirzəni də öldürüb meyitini o
biri Ģahzadələrin cənazəsinin yanına qoydular. Ġsmayıl mirzə Pərixan bəyimin
niĢanlısı, əmizadəsi Bədiüzzaman mirzəni, onun kiçik yaĢlı oğlunu da unutmadı.
Eyni gündə onu da balaca oğlu ilə bir yerdə Sistan vilayətində iĢ baĢında qətlə
yetirtdi.
Hakimiyyətə iddialı olan Ģahzadələrin qətlə yetirilməsi ilə Ġsmayıl mirzənin ürəyi
bir qədər rahatlıq tapdı. Arif adamlar baĢa düĢdülər ki, bazarda baĢ verənlər,
sufilərin qətlamı qızılbaĢ əmirlərinin baĢını qatmaq, Ģahzadələri, əmizadələri qətlə
yetirmək üçün qurulmuĢ bir oyunmuĢ.
MürdəĢirlər yuat yerində yan-yana qoyulmuĢ Ģahzadələrin, Ġbrahim mirzənin
cəsədlərini yuyurdular. MürdəĢirlərdən biri pıçıltıyla yoldaĢına dedi ki, deyirlər
gecəyarısı dava düĢür, Molla Nəsrəddin yorğanını çiyninə atıb çölə çıxır ki, görsün
nə baĢ verib. Oğrular onun çiyninə saldığı yorğanı götürüb qaçırlar. Molla
sitildəyə-sitildəyə evə qayıdır. Arvadı Molladan soruĢur ki, nə baĢ verib? Molla
deyir ki, heç, arvad, dava yorğan davasıymıĢ.
AĢkarca hiss olunurdu ki, Ģahzadələrin meyitlərini tez-tələsik kəfənləyib
basdırmağa tələsir, cinayəti torpaq altında gizlətmək istəyirlər. Pəhləvan cüssəli
Mahmud mirzənin meyitinə qüsul verib kəfənləmək istərkən gözlənilmədən
hərəkət edib gözlərini açdı. MürdəĢirlər bu qəfil «dirilmədən» diksinib geri
sıçradılar: «Bismillah! Bismillah!»
Mahmud mirzə çaĢqın, hürkək nəzərlərlə ətrafına, baĢının üstündəki adamlara
baxdı və qalxıb oturdu. Çılpaqlığından həya eləyib ona biçilmiĢ kəfənlə ayıbını
örtdü. MürdəĢirlərdən biri tez xirqəsini gətirib onun çiyninə saldı. Ona su içirtdilər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
248
Mahmud mirzə özünə gələndə körpəsinin də meyitini yanında gördü: – Ay
alçaqlar, – dedi, – bu körpənin günahı nəydi?
MürdəĢirlər baĢlarını aĢağı salmıĢdılar, Ģahzadə ilə necə rəftar edəcəklərini
bilmirdilər. Onların peĢəsi ölü yumaq idi. Onlar üçün meyidin Ģaha, yaxud nökərə
aid olmağının elə də fərqi yoxdu.
Birdən bu iĢlərə nəzarət edən yasavul yuat yerinə gəldi və çiyni xirqəli Mahmud
mirzəni görəndə yerində donub qaldı. Mahmud mirzə əvvəl key-key yasovulun
ağarmıĢ üzünə, heyrətdən böyümüĢ gözlərinə baxdı və qəflətən yerindən qalxıb
onun xirtdəyindən yapıĢdı:
– Get o alçaq Ģahına de ki, namərdcəsinə boğdurduğun sultan Mahmud Allahın izni
ilə dirilib. Ona söylə ki, dünən atamızı, bu gün bizi kəfənləyənlər sabah da onu
kəfənləyəcəklər. Amma Ģahın övladlarını qırdığına görə qızılbaĢlar onun
tənasülünü kəsib ağzına soxacaqlar.
Mahmud mirzə var gücü ilə yasavulu itələdi. Yasavul dal-dalı getdi, özünü saxlaya
bilməyib yıxıldı. Hıqqına-hıqqına yerindən qalxıb dövlətxanaya qaçdı.
Ġsmayl mirzə gözləri az qala həlqəsindən çıxan yasavuldan «dirilmə» əhvalatını
eĢidəndə bir an duruxdu:
– Bəs onu necə boğublar ki, dirilib?!
– Qibleyi-aləm, mürdəĢirlər söylədilər ki, Ģahzadəni boğan zaman ip onun
boynunun Ģah damarından birini yaxĢı sıxmayıb.
– Ġndi mən o Mahmud mirzəni boğanları boğduraram, bir də belə qələt eləməsinlər.
Yasavul Ģahın qərarını gözləyirdi. ġah isə cavab verməyə tələsmirdi. FikirləĢirdi ki,
Allahın izni ilə dirilmiĢ Ģahzadəni bu gün bağıĢlasa, balaca oğlunun meyitini görən,
ölüb dirilən Mahmud mirzə sabah onu bağıĢlayacaqmı? Lap bağıĢlasa belə, onun
bu dirilmə əhvalatı bütün məmləkətə yayılacaq, künc-bucaqda ona Ģəbədə
qoĢacaqlar. ġah üzünü yasavula tutub dedi:
– Mən heç vaxt verdiyim fərmanı dəyiĢmirəm. Gedin o bədbəxti Haqqın dərgahına
yola salın, sağ qalsa, oğul dağına dözməz.
Yasavul mürdəĢirlərin yanına qayıtdı. Mahmud mirzə onlara yaxınlaĢan yasavulun
qırımından hər Ģeyi baĢa düĢdü və bərkdən güldü:
– Dediklərimi söylədinmi Ģahına?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
249
Yasavul baxıĢlarını Ģahzadədən gizlətməyə çalıĢdı:
– Ağa, söylədiklərinizi yox, dirildiyinizi söylədim.
– Nə buyurdu?
– Yenidən boğulmanızı əmr etdi… Dedi sağ qalsa, oğlunun dərdinə dözməz.
– Doğru deyib. Eybi yox, oğul dağı göstərənlər oğul dağı görəcəklər. – Birdən
çılğıncasına, – o xəncərini mənə ver! – deyə hayqırdı.
Yasavul geri çəkildi:
– Verə bilmərəm, ağa.
– Qorxma, səni öldürməyəcəm. Sizi adam öldürmək əzabından qurtaracam, – deyə
Mahmud mirzə yasavulun qarĢısına yeridi. Yasavul qılıncına əl atmaq istədi, ancaq
Mahmud mirzə cəld tərpənib qılıncı onun əlindən aldı. MürdəĢirlərin, yasavulun
nitqi qurumuĢdu.
– Ġstəsəm, bu saat hamınızı doğrayaram, amma əlimi qana batırmaq istəmirəm.
Atasının, babasının yoluyla getməyən Ġsmayıl mirzənin cəhənnəmə döndərdiyi
məmləkətdə yaĢamaqdansa yaĢamamaq yaxĢıdı, – deyib qılıncı bir anda boynuna
çəkdi. Qan yasavulun sifətinə sıçradı. Mahmud mirzə bir qədər ayaq üstə durub
qanının axaraq necə yerə töküldüyünü seyr elədi və birdən sustalıb dizi üstə çökdü.
Yasavul, mürdəĢirlər donub qalmıĢdılar.
Beləcə, II ġah Ġsmayıl Səfəvi çaldırdığı toydan sonra doğmalarına yüz illər boyu
unudulmayacaq bir toy tutmuĢdu. Bir gün sonra bu toyun əks-sədası çox-çox
uzaqlarda eĢidilməyə baĢladı.
XXXIII FƏSĠL
MÜQƏDDƏS RAMAZAN GECƏSĠ
Ġstədim mən səni məsud edəyim,
Duymadın qəlbimi, artıq nə deyim?
Hüseyn Cavid
www.kitabxana.net
– Milli Virtual Kitabxana
250
Gövhər bəyim heç cür özünü əla ala bilmirdi. Qohum-qonĢu Gövhər sarıdan çox
nigaran idi, ən çox da Pərixan bəyim. Qorxurdu ki, Gövhər bəyim havalanar, Allah
eləməmiĢ, ağlı baĢından çıxar. Qadının çılğınlığı son həddə çatmıĢdı Çinixanadakı
əntiq qab-qacağı, əĢyaları, kitabları gətirib suya atır, sındırır, od vurub yandırırdı:
«Qoy hər Ģey məhv olsun, təki cəlladımızın əlinə keçməsin. Təki onun qan tutmuĢ
gözləri bu Ģeyləri görməsin». Onu tutduğu yoldan çəkindirmək mümkün olmurdu.
Demək olar ərinin illərlə topladığı əntiq əĢyaları, nadir əlyazmaları məhv edirdi:
«Ġbrahimsiz bunlar mənə gərək deyil» deyib hönkürürdü. Bununla da ürəyi
soyumadı, tək-tənha Çehelsütün eyvanının qabağına gəldi, üzünü bu məĢhur
eyvana, Ģahın oturduğu iqamətgaha tutub söyüb-söyləndi:
– Ġsmayıl, Ġsmayıl, eĢidirsən məni, sən qatilsən, cəlladsan! ġahzadələr yox, sən
ölməliydin, sən! Ey yeri, göyü yaradan, göstər qüdərtini, al bu qatil Ģahın canını!
Ona qan qusdur! Bu mərhəmətsizə, bu qatilə göstər öz kəramətini, Ġlahi!!!»
II ġah Ġsmayıl bacısının ona yağdırdığı nifrinlərini aydınca eĢidirdi. Əvvəlcə
cəlladı göndərib onun səsini kəsdirmək istədi, ancaq qadına əl qaldırsa,
qızılbaĢların gözündən düĢəcəyindən ehtiyat etdi. Sonra düĢündü ki, iki nəfər xacə
göndərsin, yapıĢsınlar onun qolundan, aparıb atsınlar evinə.
Xacələr Gövhər bəyimə yaxınlaĢıb qolundan tutdular: «Xanım, sakit olun, qarğıĢ
eləməyin, Allaha ağır gedər», – deyə onu uzaqlaĢdırmaq istədilər. Gövhər bəyim
onların üstünə çımxırdı:
– Ağzından süd iyi gələn körpələri, cavan Ģahzadələri, əmizadələrini yatağında
boğduran, qanına qəltan eləyənin əməli Allaha xoĢ gəlir?! Hə, xoĢu gəlir Allahın
bu iĢlərdən?
– …
– Gözünüzü döyürsünüz? Cavab vermirsiniz? Çünki Əzrailə dönmüĢ Ģahınızdan
qorxursunuz. Mən nifrət eləyirəm ona! Nifrət, nifrət, nifrət.
Gövhər bəyimin səsi Çehelsütun eyvanının divarlarına dəyib əks-səda verdi.
«Nifrət, nifrət, nifrət …»
Küçədə, eyvanın qabağında dayanıb ona nifrin yağdıran bacısına qarĢı Ġsmayıl
mirzənin içində elə bir qəzəb qaynadı ki, diĢlərini qıcadı, «Ay ana!» deyib taxtına
çökdü. Ürəyinin üstündə quluncu ağaca dönmüĢdü. «Yoxsa Allah onun qarğıĢını
eĢitdi?», – deyə düĢündü. Amma Gövhər bəyimin Ģahın halından xəbəri olmadı.
Hələ də qarğıĢ etməkdəydi…
www.kitabxana.net
– Milli Virtual Kitabxana
251
Xacələr onu çox çətinliklə Çehelsütun eyvanının qabağından uzaqlaĢdırdılar. O,
həyətinə girəndə özündə-sözündə deyildi. Pərixan bəyim onun qoluna girdi, aparıb
yatağına uzatdı:
– Sənə dedim axı getmə. Bizim Ģahımıza söz təsir etməz.
– Bəs neyləyim, qoy öz qulağı ilə eĢitsin ki, Səfəvilər ona nifrət eləyir. Görüm onu
qan qussun! Ġbrahim kimi bir oğula qıyardılar? Görəsən, Allah bu zülmü yerdə
qoyacaq?!
– Yox, qoymayacaq, bacı. Allah heç bir zülmü yerdə qoymur. Bunu mən hər
kəsdən yaxĢı bilirəm… «Heydər mirzədən sonra nələr olmayıb, Ġlahi. Hələ heç kəs
baĢa düĢməyib ki, Allahın qəzəbinə tuĢ gəlmiĢik. Bu dünyada qatil də özünü haqlı
hesab eləyir, heç kəs günahını boynuna almır. Allahın verdiyi cəzanı da qəzavü-
qədər sanır. Amma elə Yaradanın izni ilə insanlar bir-birinə cəza verir».
– Görmürəm, bacı
– ĠnĢallah görərsən, – Gövhər bəyimin pırtlaĢıq saçını sığalladı. – Sakit ol, bacı,
özünü ələ al.
– Necə sakit olum, gör neçə evdə matəmdi. Səfəvi xanımlarına matəm libası
geyindirib günü qara gəlmiĢ.
– Doğru deyirsən, bacı, doğru deyirsən. Ən böyük günahkar mənəm. Onu taxtda
mən oturtdum, mən. Sən ona yox, mənə nifrət elə.
Gövhər bəyim qəzəbdən qovruldu:
– Oy-oy-oy… Yanıram, bacı, yanıram, odsuz-ocaqsız yanıram, tüstümü görən
yoxdu, halıma qalan yoxdu… Partlayıb öləcəm, balam yetim qalacaq. Yazıq
balam, tənha balam…
Pərixan bəyim daha göz yaĢlarını saxlaya bilmirdi: «Darıxma, bacı, mən onu məhv
edəcəm! Mən ona layiq olduğu yeri göstərəcəm! ġahzadələrin, Ġbrahimin,
Bədiüzzamanın qanını ona bağıĢlamayacam. Bu gündən onun ən böyük düĢməni
mənəm».
– Oy baĢım, oy baĢım, – deyə Gövhər bəyim zarıdı. – Pərixan, bilirəm mən
Ġbrahimsiz yaĢamayacam. Onsuz bu dünya mənə zindandı. O madar balamı sənə
tapĢırıram.
Pərixan əlini onun kürəyində gəzdirdi:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
252
– Belə naümüd danıĢma. Ölənlə ölmək olmaz. Allah qoysa, qızına özün
baxacaqsan.
– Yox, bacı, halım fənadı. Sabah qızı gətir, onunla halallaĢım.
– YaxĢı, yaxĢı, gətirərəm, sakit ol. ÇalıĢ bir az yatasan.
Gövhər bəyim sustalıb baĢını yastığa qoydu. Pərixan bəyim xeyli oturub onun
yuxuya getməsini gözlədi. Nəhayət, Gövhər bəyimi yuxu tutdu.
* * *
Ġbrahim mirzənin sarayında əvvəlki çal-çağırdan, ürfan məclislərindən əsər-əlamət
qalmamıĢdı. Evin nizami büsbütün pozulmuĢdu. Ġbrahimin faciəli ölümündən bərk
sarsıntı keçirmiĢ Gövhər bəyim yatağa düĢmüĢdü. Pərixan bəyim onun qızını
götürüb gəlmiĢdi. Gövhər qızını görəndə göz yaĢlarını saxlaya bilmədi: – «Mən
ölsəm, halın necə olacaq, ay qızım?» – düĢünüb omaĢıdı*. Pərixan bəyim onu
ovundurmağa çalıĢdı. Ancaq Pərixan bəyim Gövhər bəyimin ağarmıĢ bənizindən,
gərilmiĢ əsəbindən anladı ki, bacısının əcəli yetiĢib. Tezliklə ruhu Ġbrahim
mirzənin ruhu ilə qovuĢacaq.
Gövhər bəyim nə qədər israr etsə də, Pərixan bəyim onu bu vəziyyətdə qoyub
sarayına qayıtmadı, yastığının yanını kəsdirib durdu…
Pərixan bəyim yanılmamıĢdı, üç gündən sonra cümə axĢamı Gövhər bəyimin
əhvalı pisləĢdi. – Ġbrahim, Ġbrahim, hardasan, sənsiz yaĢaya bilmirəm. YaĢamaq
istəmirəm, istəmirəm, – deyə haray qopardı və gözlərini əbədi yumdu.
* * *
Bu hadisələrdən aylar ötmüĢdü. Ġsmayıl mirzənin cariyədən oğlu dünyaya
gəlmiĢdi. Onun sevincinin həddi-hüdudu yoxdu. Bu münasibətlə Qəzvinin hər bir
məhəlləsində Ģadlıq məclisləri qurulmuĢdu. O, oğluna Müzəffərilər dövlətinin
hökmdarı ġah ġüca Müzəffərin Ģərəfinə ġah ġücaəddin Məhəmməd adını verdi.
ġah oğlunun lələliyini ġiraz hakimi Vəli sultan Zülqədərə tapĢırdı. Vəli sultan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
253
Ģahın ona göstərdiyi bu iltifatdan hədsiz Ģad olmuĢdu. Mənzilini Ģahzadəyə layiq
bir dəbdəbəylə bəzətdirmiĢdi. O, vədə vaxtı ġah Sücaəddin Məhəmmədin ləl-
cəvahirlə iĢlənmiĢ beĢiyini dövlətxanadan çıxartdı və atlanıb beĢiyi qucağına
götürdü. ġahın əmri ilə adlı-sanlı dövlət adamları dünyanın iĢlərindən xəbərsiz
Ģirin-Ģirin uyuyan vəliəhdin beĢiyinin arxasınca addımladılar. MüĢayiət edib
vəliəhdi Vəli sultanın mənzilinə apardılar.
Ġsmayıl mirzənin Vəli sultanı oğlunun lələsi seçib Ģərəfləndirməsi təsadüfi deyildi.
ġirazda Vəli sultanla Ġsmayıl mirzənin qardaĢı Məhəmməd mirzə arasında ixtilaf
yaranmıĢdı. Zülqədərlər tayfası isə Məhəmməd mirzənin tərəfini saxlayıb, Vəli
sultana qarĢı kobudluq etmiĢdilər. Vəzifəsi nüfuzdan düĢmüĢ Vəli sultan da iĢləri
belə görub Qəzvinə, dövlətxanaya qayıtmıĢdı. Ġsmayıl mirzə onu ĢərəfləndirmiĢ,
zamanı gələndə onun əli ilə zülqədərləri cəzalandırmaq niyyətini isə hələlik
qəlbində gizlətmiĢdi.
Beləcə, Ġsmayıl mirzə vəliəhd sarıdan arxayınlaĢmıĢdı. Və gələcəkdə varisinin əl-
ayağına dolaĢa biləcək hər kəsi aradan götürməyə hazır idı. Onun yeganə
nigarançılığı qardaĢı Məhəmməd mirzənin uĢaqlarıydı. Onları da birdəfəlik
zərərsizləĢdirmək fikrindəydi. Ancaq hələlik anası Sultanım bəyimdən həya edirdi.
Çünki anası nəvələrini çox istəyirdi. Bir də ki, anasına qarĢı sayğısızlıq göstərsə,
xalqın bunu yaxĢı qarĢılamayacağının fərqindəydi. Digər tərəfdən, hələlik qardaĢı
uĢaqlarından elə bir namərdlik də görməmiĢdi.
Son zamanlar, daha doğrusu, Ģah ġücaəddinin dünyaya gəlməsi ilə Ġsmayıl mirzə
tez-tez məclislər keçirir, alim və Ģairlərlə müxtəlif mövzu ətrafında mübahisələr
edir, cürbəcür mülahizələr irəli sürürdü. Axır vaxtlar ürfan məclislərində Ģiə-sünni
məzhəb ixtilafları barədə çəkinmədən fikirlər yürüdürdü. Ġsmayıl mirzə
Peyğəmbərin xanımı AiĢəyə Ģiələrin tənə etməsini açıqca qəbul etmirdi. Bir dəfə
xidmətində olan Ģiə üləmalarından soruĢdu:
– Deyin görüm, Ģiə camaatı hansı dəlilə əsasən Tanrı Rəsulunun möhtərəm
hərəminə tənə edilməsini caiz hesab edir? Siz də yaxĢı bilirsiniz ki, onun Ģəninə
ismət və paklıq ayəsi nazil olmuĢdur. AiĢə xatun Peyğəmbərlə bir yastığa baĢ
qoymuĢdu, onun məhbubəsi idi. Ġndi siz deyin, necə ola bilər ki, AiĢə xatun
axirətin alovuna və cəzasına layiq olsun? Bəsrədə Təlhə və Zübeyrin qızıĢdırması
və təhriki ilə AiĢə xatun ilə Həzrət Əmirəlmöminin Əbi ibn Əbu-Talib arasında
münaqiĢə baĢ versə də, Həzrəti Əli onun qadınlara məxsus olan düĢüncə zəifliyini,
ağlının nöqsanını əsas tutaraq, onu əfv etdi. Bu əfvin sübutu belədir ki, AiĢə xatunu
izzət və ehtiramla Mədinəyə göndərdi. Buna görə də AiĢə xatuna edilən tənə
Həzrət Əlidən qaynaqlanmır. ġiə üləmaları bu barədə nə söyləyirlər?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
254
Üləmalar susdular, onun fikrini nə inkar, nə də təsdiq etdilər. Ġsmayıl mirzə sualına
cavab almadıqda üzünü xüləfa Bolgara tutdi:
– Xəlifə!
– Bəli, qibleyi-aləm, – deyə xüləfa Bolgar təzim etdi.
– Əgər bir kəs sənin zövcənin adını camaat arasında çəksə, onu söysə, sənin
acığına gələr, ya yox?
– Bəli, gələr.
– Bəs, nə üçün adamlar Tanrının Rəsulunun möhtərəm hərəmini lənətləyirlər?
Xüləfa Bolgar özünü itirmədi:
– SöyüĢ söymək haramdır, – dedi, – amma lənət Tanrının rəhmətindən
uzaqlaĢanlara aid olunur və qarğıĢ kimidir. Yəni hər kəs ki, pis əməl edibdir, onun
iĢini Tanrıya həvalə edirsən. Bu iĢdə bir qüsur yoxdur.
Ġsmayıl mirzə sorğusuna müsbət cavab almadığı üçün soruĢdu:
– Xəlifə, sən sadəlövh bir türk kiĢisisən, bu məsələni sənə kim öyrədib?
Xülafə:
– Cənnətməkan Ģahın zamanında üləmalardan eĢitmiĢəm, – dedi.
Bolgarı sevməyənlər onun üzünə durdular:
– ġah həzrətləri, Xəlifə yalan söyləyir. Bir neçə vaxt bundan əvvəl Ģahlıq
eyvanında mərhum Ġbrahim mirzənin hüzurunda bu məsələ barədə üləmaların
arasında danıĢılanda eĢidib.
Ġsmayıl mirzə bu sözləri eĢidəndə qəzəbləndi:
– Bir xəlifə ki, öz mürĢidi-kamilinə yalan deyir, cəzaya layiqdir!
Məclisdə oturan sufilər də elə bil bu sözlərə bənd imiĢlər. Bir göz qırpımında
Xüləfa Bolgarı təpikaltı elədilər. Yazıq kiĢi nəfəsini belə almırdı. Sufilər onu
ölmüĢ bilib, cəsədini keçəyə büküb mənzilinə apardılar. Sufilər gedəndən çox
sonra kiĢinin huĢu özünə qayıtdı. Yerindən qalxa bilmirdi. O, ancaq iki-üç aydan
sonra hərəkət edə bildi. Ġsmayıl mirzə isə onun vəzifəsini Dədə Xüləfa Ustaclıya
tapĢırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
255
Ġsmayıl mirzənin Ģiə-sünni məzhəb ayrılığına münasibəti heç də bununla bitmədi.
O, Ģiə üləmalarına əmr etdi ki, bu gündən təbərra mərasimi küçələrdən,
məhəllələrdən yığıĢdırılsın. ġah on iki nəfər qorçu ayırdı ki, məscidlərdə moizə
məclisində təbərra deyən hər kəsin cəzasını versinlər. ġah fərmanı cümə axĢamı
vermiĢdi, elə həmin axĢam da moizə məclisi idi. Moizə bitəndən sonra çörəkpulu
təbərra söyləməkdən çıxan DərviĢ Qənbər Təbərrayi özünü saxlaya bilməyib bir
beyt oxudu:
Əliyə və nəslinə canü-könüldən salavat,
Əli düĢmənlərinə həmiĢə lənət olsun!
Qorçular bir andaca DərviĢ Qənbəri dəyənəyin altına saldılar. Təbərra deməkdə
misli olmayan, bu məharətinə görə Təbərrayi ləqəbini qazanan DərviĢ Qənbərin
döyülməsi Ģiələrin göz yaĢlarına səbəb oldu.
Bir gün də Ģahın məclisində Ġsmayıl mirzənin sünni-Ģiə siyasətini
dəstəkləyənlərdən biri qalxıb dedi: – Qibleyi-aləm, məscidlərdə Ģeir oxumaq və
yazmaq qadağan olsa da, Qəzvin məscidlərinin daĢ-divarları aĢiqanə Ģeirlərlə
doludur.
Ġsmayıl mirzə məclisə göz gəzdirib axtardığını tapdı:
– Ey Mir Zeynalabdin KaĢi, sən bu Qəzvinin möhtəsibisən*, sabah səhərdən
adamlarını götürüb məscidlərə gedirsən, o Ģeirləri məscidlərin tavanından,
divarlarından qaĢıtdırırsan. EĢitdinmi?
– Bəli, qibleyi-alim, eĢitdim.
Səhərisi Mir Zeynalabdin KaĢi dəstəsi ilə məscidlərə gedib Həzrəti Əlinin, məsum
imamların Ģərəfinə yazılmıĢ Ģeirləri xüsusi bir canfəĢanlıqla pozdurdu. Bu
əhvalatdan sonra Ģiə üləmaları arasında Ģahın sünni məzhəb olması barədə pıçhapıç
baĢladı. Sonra bu pıçıltı böyüyərək məmləkəti dolaĢdı, ordugahda yayıldı.
Ġsmayıl mirzə künc-bucaqda danıĢılanlara əhəmiyyət verməyərək islahatını davam
etdirirdi. O, hələ də öz adına qızıl pul zərb etdirmədiyindən, alıĢ-veriĢ köhnə üsulla
aparılırdı. Zərrabçılar yeni sikkələrin zərb olunmasını, zərbxanaların mənafeyinin
gözlənilməsini ondan xahiĢ edirdilər. Ġsmayıl mirzə sikkənin bir tərəfində «La ilahə
illəllah, Məhəmmədən rəsulallah, Əliyyən vəliyullah» sözlərinin nəqĢ olunub-
www.kitabxana.net
– Milli Virtual Kitabxana
256
olunmaması haqqında çox düĢünmüĢdü. Axırda bu məsələni meydana topldaĢmıĢ
camaatın qarĢısında həll etməyə qərar vermiĢdi. Vəziri Mirzə Salman da yanında
idi. O:
– Camaat, – dedi, – bu dirhəm və dinarlar** ticarət zamanı yəhudilərin,
ermənilərin, məcusların***, hindlilərin, bir sözlə, kafirlərin də əlinə keçir, bununla
da «Quran» ayəsinə zidd olaraq natəmiz adamlar, Allahın isminə toxunurlar. Ona
görə də sikkələrin bir üzündə ġeyx Əttarın Həzrət Ġmam Əlinin, onun nəslinin
Ģərəfinə söylədiyi bu beytinin yazılmasını əmr edirəm:
Nə olsun ki, Ģərqdən qərbə imandır?!
Əli ilə nəsli bizə tamamdır.
Beləcə, sikkələrin üzərindən «Əliyyən vəliyullah» sözləri silindi, digər üzündə isə
Ġsmayıl mirzənin Adili təxəllüsünə yaraĢan «nu əl-adil» (ədalətlidir) sözləri zərb
olundu.
Onun bu cür qərarları qızılbaĢlar və sufilər arasında heç də yaxĢı qarĢılanmadı.
Bəzi əmirlər və əyanlar Səadətabad bağının qapısı yaxınlığında yığıĢıb Ģahın
hərəkətlərini müzakirə edir, çıxardığı qərarlar ətrafında mübahisələr edirdilər:
«Cənnətməkan Ģahın oğlu, ġeyx Səfinin törəməsi, Əli ibn Əbu-Talibin – ona
salavat və salam olsun – nəslindən olan mürĢidimizin, vəlinemətimizin məzhəbi
barədə əcaib, qəribə sözlər dolaĢmaqdadır. Onu ġahi-Mərdanın düĢmənlərinə dost
olmaqda ittiham edirlər», – kimi fikirlər artıq hər yerdə səslənməkdə idi.
Əlbəttə, danıĢan dillərin hamısını kəsmək olmazdı. Son vaxtlar ordugahdan da
Ġsmayıl mirzənin qulağına onu əndiĢələndirən cürbəcür Ģaiələr gəlib çatmaqdaydı.
Nəhayət, Ģah baĢa düĢdü ki, Ģiə-sünni məzhəbi barədə verdiyi qərarlarla Ģiələrin
heysiyyəti ilə oynayıb… ġayiələrdən birisi çox inandırıcıydı. Söyləyirdilər ki, bəs,
Mazandarana hakim təyin etdiyi qardaĢı oğlu Sultan Həsən mirzə orada hörmətini
itirdiyindən onun icazəsi olmadan Tehrana gəlib. Bəzi qızılbaĢ əmirləri onu
Səfəvilər taxtından salıb Sultan Həsən mirzəni oturtmaq istəyirlər.
Yazıq Sultan Həsən mirzənin isə əmisinin yerini tutmaq heç ağlına da gəlmirdi və
Ġsmayıl mirzənin əmrini gözləyirdi ki, Qəzvinə, onun hüzuruna gəlsin,
Mazandaranda baĢına gələnləri ona söyləyib, ondan nə edəcəyi barədə məsləhət
alsın. Əmisi isə onun Qəzvinə gəlməsi üçün icazə verməyə tələsmirdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
257
Ġsmayıl mirzənin sufilərindən və tərəfdarlarından olan Ərdoğan xəlifə Təkəli bir
gün Səadətabad bağının qabağına toplaĢan sufilərə, qızılbaĢ əmirlərinə dedi ki,
Ģahın Ģiə məzhəb olub-olmaması barədə xatircəm olmaq istəyirsinizsə, qazilər və
sufilər adından Əmir xan hökmdarın hüzuruna gəlsin, onunla görüĢdürüm.
Camaat arasında bu sözləri eĢidən bir nəfər dərhal siviĢib aradan çıxdı. Əməlli-
baĢlı matəm libası geyinib Ģahın hüzuruna buyurdu, ikiqat olub dedi: – Qibleyi-
aləm, indicə Səadətabad bağından gəlirəm. Türkman və təkəlü əmirləri Əmir xan
və Ərdoğdu xəlifənin sərkərdəliyi altında ittifaq bağlayıblar. Söyləyirlər ki, Ģah
məzhəbini tərk etmiĢdir. Sizi aradan qaldırmaq istəyirlər».
Bu sözləri eĢidən Ġsmayıl mirzə qəzəb atına mindi. FərraĢları çağırıb:
– Gedin o Əmir xanla Ərdoğan xəlifəni hüzuruma gətirin.
FərraĢlar çıxdılar.
Bir saatdan sonra artıq Əmir xanla Ərdoğan xəlifə Ġsmayıl mirzənin
hüzurundaydılar. ġah onların üstünə qəzəb püskürdü:
– Nə üçün siz məni qızılbaĢlar arasında bihörmət edirsiniz? Sizə kim deyib ki, mən
sünni məzhəbini qəbul etmiĢəm? Camaatın mənə olan inamını niyə sarsıdırsınız?
Əmir xan özünü itirmədi:
– Allah eləməsin ki, biz Ģah həzrətləri barədə səhv gümana düĢək. Biz deyirik ki,
bəzi hallarda Ģərəfli hökmdardan məzhəb barədə laqeydlik baĢ versə də, bu dövlət
iĢlərinin zərurəti ilə bağlıdır, düĢmənlərimizi zərərsizləĢdirmək üçündür. Amma
zahirdə Ģiə, batində sünni məzhəb olan bəzi üləmalar Ģərəfli hökmdarı bədnam
edib, camaata açıq-aydın deyirlər ki, Ģah həzrətləri sünnilik məzhəbinə meyl edir.
ġah həzrətləri bu məsələni yanlıĢ hesab edirsə, bu cür üləmaları tənbeh etsin, bizi
yox.
Ġsmayıl mirzə bayaqdan susub dayanmıĢ Ərdoğan xəlifəyə üz tutdu:
– Budur, Əmir xan sənin arxanda dayanıb, sənə himayədarlıq edir. Nə sözün var
de!
Ərdoğan xəlifədən qabaq Əmir xan cavab verdi:
– ġah həzrətləri, nə üçün bizim kimi dövlətsevərlərin barəsində qərəzli adamların
söylədiklərinə inanırsınız? Həmin sözlərin doğru və yalan olmasını
aydınlaĢdırmadan, bizim kimi fədakar tərəfdarlarınızı nifaq əhli hesab edirsiniz?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
258
Ġsmayıl mirzə, nəhayət, onu qəlbən narahat eləyən mətləbini dilə gətirdi:
– Ona görə ki, siz mənim qızılbaĢlara padĢahlıq etməyə ləyaqətimin olmadığını
düĢünüb, bir-birinizlə razılaĢaraq, Sultan Həsəni Tehrandan gətirib padĢah etməyi
qərara almısınız.
Əmir xan kəfənini boynuna dolamıĢdı, heç bir təlaĢ keçirtmədən dedi:
– ġah sağ olsun, biz iyirmi ildir ki, sizin Ģərəfli zatınızın tərəfdarıyıq və dostluq
təbilini döyəcləyirik. Ġndi ki, mətləbimizə çatmıĢıq, Sultan Həsəndən nə fayda tapa
bilərik? Onun padĢahlığı heç xəyalımızdan da keçməmiĢdir.
ġah indi əsl niyyətinin üstünə gəldi:
– Doğru deyirsinizsə, onda məni Sultan Həsən barədə xatircəm edin.
Bu o demək idi ki, Sultan Həsəni öldürün, sizə inanım. Ġki od arasında qalan Əmir
xanın baĢı razılıq əlaməti olaraq sinəsinə əyildi. Ya Ģahın əmrini icra etməliydi, ya
da öz baĢından keçməliydi.
ġahın əmri ilə Ərdoğan xəlifə zindana, Əmir xan isə Tehrana, Sultan Həsənin
qətlini həyata keçirməyə yollandı. Ġsmayıl mirzə bu hökmü verəndə hətta anası
Sultanım bəyimin nəvəsi Sultan Həsən mirzəyə sonsuz məhəbbətini də nəzərə
almadı.
* * *
Hicri 985-ci il idi (1577). Ramazan ayı təzəcə girmiĢdi. Ġsmayıl mirzə Sultan
Həsən mirzənin qətlindən sonra da sakitləĢə bilmirdi. Çox düĢünüb-daĢındıqdan
sonra doğma qardaĢı Məhəmməd mirzəni, onun oğlanlarını – hətta yeddi yaĢlı
Abbası (gələcəyin Ģahını) da aradan götürməyi tapĢırdı. Sanki onun ürəyi bu
sözlərlə döyünürdü: «Hakimiyyətin Ģəriki olmamalıdır!»
O, son vaxtlar Qəzvində ən çox Pərixan bəyimdən nigaran idi. Onun necə dəvə
kimi kinli, həm də ağıllı, tədbirli olduğunu bilirdi. QızılbaĢ əmirlərinin bu xanıma
rəğbət bəslədiklərindən də xəbəri vardı. FikirləĢirdi ki, Pərixan bəyim yəqin ki,
Ģahzadələrin, hörmət bəslədiyi Ġbrahim mirzənin, niĢanlısı Bədiüzzamanın qətlə
yetirilmələrini heç vaxt ona bağıĢlamayacaq. Onun hətta bir belə faciələrdən sonra
ağlayıb-sıtqadığını da eĢitməmiĢdi. Yəqin ona olan sonsuz nifrəti qoymur qızı
ağlamağa…
www.kitabxana.net
– Milli Virtual Kitabxana
259
Əlbəttə, bu xanımı çox asanlıqla aradan götürə bilərdi – hərçənd onu məhv etmək
üçün ilk öncə keĢiyində duran ġamxal sultan Çərkəzi zərərsizləĢdirməliydi. Nə
olsun ki, qayınatasıdır. Amma onun qarĢısını kəsən ən çox el tənəsiydi. Pərixan
bəyimi öldürtsə, qızılbaĢlar, sufilər buna yaxĢı baxmazdılar.
Ancaq son anda Pərixan bəyimi baĢqa cür cəzalandırmaq fikrinə düĢdü. GöstəriĢ
verdi ki, onun imarəti dağıdılsın, kəniz saxlaması isə qadağan edilsin. Bu kəniz
məsələsini isə onun ağlına arvadı Səkinə sultan salmıĢdı.
Fərman verilmiĢdi, hökm yerinə yetiriləcəkdi, sadəcə, müqəddəs Ramazan ayının
çıxmasını gözləyirdilər.
Bu əcaib qərarı eĢidəndə Pərixan bəyim bilmədi neyləsin. Evdə, Səadətabad
bağında xeyli var-gəl elədi. Ġsmayıl mirzənin əksi elə bil gözünün içinə girmiĢdi.
Onu heç cür gözlərinin aynasından çıxarıb ata bilmirdi. Gözlərini yumanda da onu
görürdü. Ürəyində ona deyiləsi bir dəvə yükü sözü vardı. Bəlkə ondan sonra ürəyi
boĢalardı, amma fərmandan sonra kim idi Pərixan bəyimi onun yanına buraxan?!
Çox düĢünüb-daĢındı. Axırda evə qayıdıb Ġsmayıl mirzəyə məktub yazmağa qərar
verdi.
Məktubu yazıb qoca xacəyə verdi ki, Çehelsütun eyvanına gedib Ģaha çatdırsın.
Bir saatdan sonra Ġsmayıl mirzə Pərixan bəyimin məktubunu oxuyurdu. Məktubun
hər sətirindən Pərixan bəyimin qəzəbli səsi eĢidilir, kinli baxıĢları onu acıqlı-acıqlı
müĢayiət edirdi. O yazırdı:
«Bu məktubu* mübarək baĢınızın qərəzkarlıqdan təmizləndiyi vaxt mütaliə edin…
Əvvəla, Məhəmməd Mustafa salavatullah və Əli Mürtəza əleyhüssalam ailəsinə
nümunə olan o Cəm məqamlı mərhum padĢahın** ailəsinə qarĢı sizin etdiyiniz
dəyyusluq töhməti yaxĢı iĢ deyildir. Siz Qəhqəhə qalasında dustaq olan vaxt
gözlənilməz hadisələr törətməkdə ittiham olundunuz. ġah Təhmasibdən sənin
etdiyin günahların əfv olunmasını rica edən təkcə mən olmuĢam… Sən demisən ki,
övrətlər dövlət iĢlərinə qarıĢmalı deyillər. Bu boĢ bir xəyaldır. Övrətlərin heç vaxt
səltənət iddiası olmayıbdır. Elə iddia olsaydı, ixtiyar ipini əldə tutduqları vaxt
olardı və övrət, dodaqlarından süd iyi gələn padĢah övladlarından birini aradan
götürər, özü rahatlıqla səltənət baĢına çıxardı… QardaĢının qaladan çıxarılması və
nicatı üçün elə mübarizə aparmazdı. Bəli, doğru məsəldir: yaxĢılıq əvəzinə
yamanlıq!.. Mənim bütün ömrüm fiqh*** kitablarının mütaliəsi ilə keçmiĢdir. Mən
təfsirlərin**** əksəriyyətini mühafizə edirəm… Çünki mən baĢqa Ģahzadələr kimi
atamın paytaxtından uzağa getməmiĢəm, dövlətxanaya küçədən keçib daxil
olmamıĢam, Ģəhər hamamlarını görməmiĢəm, Ģikara çıxmamıĢam, heç bir töhmət
www.kitabxana.net
– Milli Virtual Kitabxana
260
küncündə oturmamıĢam… Amma baĢqaları rahatlıq və səltənət arzusundadırlar.
Onlar qoy öz əllərini qadınların ətəklərindən kənar etsinlər. Cəm məqamlı padĢahın
istəyinin əleyhinə hərəkət etməsinlər ki, elə hərəkətin nəticəsi yaxĢı olmaz. Yox,
əgər dünyanı tutmaq və asudə olmaq istəyirlərsə, yaxĢılığı özlərinə peĢə edib, öz
baĢlarını rəhm papağından kənara çıxarsınlar… Allaha and olsun ki, qətl etmək və
öldürməklə səltənət iĢi irəli gedə bilməz. Ġrəli getsə belə, zülmkarlıq Fironun,
Hamanın və ġəddadın etdiklərindən az olmaz… Bundan baĢqa, siz bu zəif qadının
imarətinin dağıdılması barədə əmr vermisiniz. Bunu etmək asan iĢdir, amma gərək
gor evi abadan olsun… Sizin mübarək xatiriniz məndən narahatdırsa, onda məni
özümə layiq olan gülxəndə***** yerləĢdirin. O cür bir atanın vəfatından sonra
mənə gülxən ən yaxĢı yerdir, gülĢən isə qoy uca və əziz övladlara qismət olsun…
BaĢqa bir sözüm də budur ki, siz bu zəif kimsənin özünə kəniz saxlamağını
qadağan etmisiniz. Ġsmət əhlinin, dövlət və təharət****** taxtına əyləĢən qadının,
yəni nəvvabın******* möhtərəm hərəmi Səkinə sultan xanımın fikri budur ki,
kənizi olmayan hər bir qadının Ģöhrəti, Ģanı da yoxdur. Bu fikir düzgün deyildir.
Kənizi olmayan qadınlar da Ģan sahibidirlər. Mənim əgər-əskiyimindən heç kimin
xəbəri yoxdur, çünki mən hərəmxanadan heç yana çıxmıram. Həzrət Səkinə sultan
xanım isə buyurmuĢdular ki, mənə xidmət üçün iki kəniz kifayətdir. Ya rəb,
görəsən, nə üçün ona yüz nəfər qulam kifayət deyil, amma mənə iki kəniz bəsdir?..
Budur, bu baĢ, bu kəfən. Ölməyə hazıram. Əlindən gələni et!»
Məktubu oxuyub bitirdi. Pərixan bəyim açıqca onu təhdid edirdi: «Budur, bu baĢ,
bu kəfən. Ölməyə hazıram. Əlindən gələni et!» Pərixan bununla nə demək istəyir?
Yoxsa onu təkbətək döyüĢə çağırır? Yoxsa kimliyimi, nəyə qadir olduğumu
unudur, mənim kinli bacım… Ġnsafən məni taxta o çıxarıb. Amma sonra yerini
bilmədi, padĢahlıq iĢinə qarıĢdı… Nəsə, bu qızdan xata əskik deyil. Qoy bu
Ramazan ayı çıxsın, ondan sonra bu xanım barədə bir Ģey fikirləĢərik.
AxĢam Ġsmayıl mirzə baĢının mülazimləriylə Ģəhərə gəzməyə çıxdı. HəmiĢə
olduğu kimi, yenə baĢını qaldırıb göy üzünə çitənmiĢ ulduzlara tamaĢa etdi. Və
birdən Qövs bürcündə bir quyruqlu ulduz gördü. Ulduzun quyruğu səmanın
ortasından məğribə tərəf uzanırdı. O, bundan çox narahat oldu. Mülazimlərin
yanında bir söz deməsə də, səhər tezdən münəccimləri yanına çağırmağı qərara
aldı.
Gecəni çox narahat yatdı. O, yaxĢı bildiyi nücum elminin dəlillərinə əsasən, belə
düĢünürdü ki, bu hadisənin baĢ verməsi padĢahlardan birinin dünyasını
dəyiĢməsinə iĢarədir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
261
Səhər tezdən münəccimlər saraya gəldilər. ġahı sakitləĢdirib dedilər ki, ulduzun
quyruğu məğribə tərəf uzandığı üçün onun ən böyük təsiri Rum vilayətində və qərb
torpağında baĢ verəcək.
Ġsmayıl mirzə münəccimlərin sözlərini eĢidib bir qədər sakitləĢdi.
… Bu hadisədən üç gün keçmiĢdi. Ġsmayıl mirzə Ramazan ayının 13-ü (24 noyabr
1577), yekĢənbə günün gecəsi çoxlu Ģərab içib nəĢələnmiĢdi. Hüseyn xan
Xınıslının qızıyla bir saat əylənəndən sonra Ģəhərə çıxmaq fikrinə düĢdü. O, dostu
Həsən bəy Halvaçıoğlu və bir neçə yaxın adamı ilə Qəzvinin küçələrində gəzib-
dolaĢdı. Gecəyarısı geri qayıtdılar. ġah gec olduğundan sarayına yox, dostu Həsən
bəyin qapısı ġah atı meydanına açılan evinə getdi. Taxta çarpayıya uzanıb
gözlərini tavana zillədi. ġahzadələr, əmizadələri bir-bir gəlib xəyalından keçdi.
FikirləĢdi ki, bir il yarımlıq padĢahlığı dövründə nə qədər nahaq qanlar töküb, hələ
nə qədər də tökməlidi. Nəyin naminə? Hakimiyyətin, vəliəhd ġah Sücaəddinin
sabahı naminə! Səfəvi xanədanı mənim qanımı daĢıyanların qılıncının gücünə daha
da geniĢlənəcək… Bu Pərixan bəyim, görəsən, nə cəsarətlə o məktubu mənə yazıb?
Hər sözü bir batman ağırlığındadı… Sən bunun sözünə bax: «… bu baĢ, bu kəfən.
Ölməyə hazıram. Əlindən gələni et!» BaĢ üstə, əlimdən gələni edərəm. Qoy bu
müqəddəs Ramazan ayı çıxsın, sənin dərsini verəcəm. Dostunu səslədi:
– Ey Həsən bəy, mənə tiryək gətir, gözümə yuxu getmir... Nə axmaq gecədi.
Fikrim çalpaĢıq düĢüb. Hə… münəccimlər söylədilər ki, Zurbabə quyruğunu Rum
vilayətinə uzadıb, birdən Osmanlı padĢahı ölər.
Həsən bəy əlində tutduğu qutudan tiryək götürüb ona verdi.
Ġsmayıl mirzə tiryəki ondan alıb atdı.
– Azdı, yenə də ver, – dedi. – Hər Ģeyi, keçmiĢimi, sabahımı, düĢmənlərimi
unutmaq istəyirəm.
Həsən bəy matdım-matdım ona baxırdı. ġah xumarlanmıĢ gözlərini ona zillədi:
– Sən on doqquz il altı ay, iyirmi bir gün zindanda yatmağın nə demək olduğunu
bilirsənmi, Halvaçıoğlu? Bilirsənmi neçə gün eləyir?
– Xeyr.
– 7 min 138 gün eləyir, Halvaçıoğlu. 7 min 138 gün! Qadınsız, məhəbbətsiz…
Qəhqəhə qalasında, daim nəzarətdə… Belə məĢəqqətli günləri yaĢayanın ürəyində
mərhəmət, Ģəfqət olarmı? Halvaçıoğlu, sən bilirsənmi mən kiməm?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
262
– Bu nə sözdü, hökmdar. Əlbəttə, bilirəm. ġah Ġsmayılın nəvəsi, ġah Təhmasibin
qəhrəman oğlu, Səfəvilər xanədanının Ģəhriyarı… MürĢüdi-kamilimiz…
– Saxla, saxla. Deyim mən kiməm?
Yazıq Həsən bəy çaĢıb qalmıĢdı.
– Buyurun, hökmdar.
– Mən Allahın yer üzündəki ölüm mələyiyəm. Bildinmi, ölüm mələyi! Əzrail!
– Belə sözlər deməyin, hökmdar.
– Bunu mən demirəm, qətlinə fərman verdiklərim gecələr yuxuma girib belə
söyləyirlər. Tiryək ver, tiryək, olmuĢları unutmaq istəyirəm.
Həsən bəy Halvaçıoğlu ona yenə tiryək verdi. Ġsmayıl mirzə tiryək atıb uydu.
Sanki nəfəs almırdı.
EPĠLOQ
Nə baxırsan gülə-gülə,
Mən də baxdım gülə-gülə.
Uçacaqsan sən də bir gün,
Baxacaqlar gülə-gülə.
Elin sözü
Qəzvinin adi gecələrindən biri idi. Ağacların budaqları bir-birinə çırpılır, külək
ömrünü yaĢamıĢ saralmıĢ yarpaqları qabağına qatıb küçələrdə hara gəldi qovurdu.
HəmiĢə olduğu kimi, xidmətçilər, müqərrəblər Ģahın gecələdiyi evin qabağına
toplaĢıb onu gözləyirdilər. Ancaq nədənsə bu gün Ģah yuxuya qalmıĢdı. Vaxt ötür,
ġah atı meydanına bitiĢik otağın qapısı isə açılmırdı. Kimsənin ixtiyarı yoxdu ki,
Ģahın yataq otağına yaxınlaĢsın. Vəzir Mirzə Salman da Ģahın dövlətxanaya
gəlməməsindən nigaran olub qorçubaĢı ilə ġah atı meydanına gəldi. Artıq
günortaya az qalırdı. Yox, bir belə yatmaq olmazdı. ġah hətta sərxoĢ olduğu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
263
gecələrdə də bir belə yatıb yuxuya qalan deyildi.
Nəhayət, vəzir Mirzə Salman özündə cəsarət tapıb otağın qapısını açdırdı. Yataq
otağına girəndə Ģahın hərəkətsiz halda arxası üstə uzandığını gördü. Mirzə Salman
– Hökmdar, hökmdar! – deyə qıĢqırdısa da, ondan səs çıxmadı, deyəsən, nitqi
batmıĢdı. O, çox ağır nəfəs alırdı. Mirzə Salman həkimbaĢını çağırtdırdı, o da Ģahın
bəbəklərinə baxandan sonra ümidsiz halda baĢını buladı.
Mirzə Salman ancaq bu zaman yerindən tərpənməyə halı olmayan, qorxusundan
sarısını udmuĢ Həsən bəy Halvaçıoğlunu gördü. Onu sorğu-suala tutmağın vaxtı
deyildi. Mirzə Salman qorçubaĢına Əmir xanla Pirə Məhəmməd xanın dalınca
adam gördərməyi tapĢırdı.
Əmir xanla Pirə Məhəmməd xan özlərini hadisə yerinə yetirəndə artıq Ġsmayıl
mirzə dünyasını dəyiĢmiĢdi.
Əmir xan qəflətən yaxınlaĢıb yerindən tərpənməyən Həsən bəy Halvaçıoğlunun
xirtdəyindən yapıĢdı:
– Qurumsaq, düzünü de görüm nə baĢ verib?
Gözləri kəlləsinə çıxan Halvaçıoğlu:
– ġəhriyarımız axĢam iftardan sonra Ģərab içdi, bir saat hərəmxanada, Hüseyn xan
Xınıslının qızının yanında qaldı. Sonra gəlib dedi ki, Ģəhəri gəzmək istəyir.
Gecənin yarısına kimi Ģəhərdə dolaĢdıq. Hamamın yanında bir halvasatan
oturmuĢdu. ġahımız onun halva-çörəyindən çox yedi. Doymaq bilmirdi. Biz evə
qayıtdıq. Artıq gec idi. ġah tiryək istədi. Tiryək qutusunu əlimə alanda
sübhələndim. Çünki tiryək qutusunu həmiĢə mən möhürləyirdim. Amma bu dəfə
mənə elə gəldi ki, möhür pozulub. Mən bunu Ģaha dedim, amma o, buna fikir
vermədi. Nə üçünsə yaman dərdlənmiĢdi. Çoxlu tiryək atıb yatdı. Gün çeĢtə
çıxanda onu belə halsız gördüm. Qorxudan ayaqlarım qıc oldu.
Əmir xan qıĢqırdı:
– Halvaçıoğlu, bizim padĢahımızı zəhərləyiblərsə, sənin köməyin, yardımın
olmadan bu iĢ baĢ tutmazdı. Səni indi o dünyaya göndərəcəm.
Halvaçıoğlu:
– Mən padĢahın mərhəməti sayəsində bütün qızılbaĢların böyüyü idim, nədən ötəri
onu zəhərləməliydim?! – dedi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
264
Əmir xan əmirlərə bu iĢi araĢdırmaq istədiyini söylədi. Vəzir Mirzə Salman, baĢqa
əmirlər ona bu iĢi ĢiĢirtməyin heç bir faydasının olmayacağını, indi dövlətin
sabitliyini qorumağın vacibliyini söylədilər. Əmirlərin təklifi ilə aralarında ixtilaf
olan türkman tayfasının böyüyü Əmir xanla Pirə Məhəmməd xan ata-oğul saziĢi
bağladılar. Bu saziĢdən sonra səltənət və padĢahlıq məsələsi ətrafında söhbət
etdilər. ġiraz hakimi Vəli sultan söylədi ki, atanın mirası oğula çatmalıdır. Gəlin,
ġah ġücaəddini Ģah elan edək.
Əmir xan ona qəti etiraz etdi:
– Vəli sultan, sən yoxsa vəkili-səltənə olmaq, qızılbaĢların böyüyünə çevrilmək
istəyirsən?! Səkkiz aylıq tifil bu boyda Ġran səltənətinə necə padĢah ola bilər?
Vəli sultan geri çəkilmək istəmədi:
– Onda səltənəti Pərixan bəyim idarə etsin. Sikkə isə ġah ġücaəddinin adına
kəsilsin.
Əmir xanla Pirə Məhəmməd xan dedilər:
– Əsl vəliəhd cənnətməkan ġah Təhmasibin böyük oğlu Məhəmməd mirzədi, onu
gətirib Səfəvilər taxtında oturdaq.
Bəzi əmirlər dedilər ki, Məhəmməd mirzənin görmə qabiliyyəti zəifdi. Bu
vəziyyətdə hərbi və mülki məsələləri o necə yoluna qoya bilər?
Lakin bu fikirdə olanlara əhəmiyyət verən olmadı. Məhəmməd mirzənin taxta
çıxarılmasından ən çox narahat olan Vəli sultan oldu. Çünki vaxtilə ġirazda ona
qarĢı hörmətsizlik etmiĢdi.
QızılbaĢlar verdikləri yekun qərardan vəcdə gələrək qıĢqırdılar: «Dövlət – Sultan
Məhəmməd padĢahın dövlətidir!» Sonra əmirlər qərara gəldilər ki, Məhəmməd
mirzə Qəzvinə gəlib taxtda oturana qədər Pərixan bəyim səltənət iĢlərini aparsın.
QızılbaĢlar «Allah! Allah!» sədaları altında Pərixan bəyimin Səadətabad bağındakı
mülkünün qarĢısına toplaĢdılar.
Pərixan bəyim 13-ü Ramazan gecəsi sübhə qədər oyaq qalmıĢdı. O, doğmalarına
qənim kəsilmiĢ Ġsmayıl mirzənin ölüm xəbərini gözləyirdi. Əks-təqdirdə, onun
özünü boğub öldürəcəkdilər. Bilirdi ki, qanının arasına müqəddəs Ramazan
bayramı girib.
Çöldə «Allah! Allah!» sədaları hələ də kəsilməmiĢdi. Nəhayət, Pərixan bəyim bir
padĢah əzəməti ilə əmirləri qəbul edib, nə baĢ verdiyini soruĢdu (guya heç nədən
www.kitabxana.net
– Milli Virtual Kitabxana
265
xəbəri yoxdu). Ona bu gecə Ġsmayıl mirzənin müəmmalı Ģəkildə öldüyünü
söylədilər.
Pərixan bəyim:
– Allah rəhmət eləsin. Əziz qardaĢım Allaha xoĢ getməyən çox nahaq iĢlər tutdu.
Bu da axırı. Xalq yaxĢı deyib: «Su səhəngi suda sınar». Heç bir təlaĢ keçirməyə
hacət yoxdur. Vaxtilə etdiyimiz kimi, Ağsaqqallar Ģurasını bərpa edib Məhəmməd
mirzə paytaxta gəlib taxta oturana kimi səltənəti idarə edəcəyik.
Ġlk öncə Məhəmməd mirzənin padĢah seçilməsi ilə bağlı vəsiqə yazıldı və əmirlər
hamısı bu vəsiqəyə qol çəkib möhür basdılar. Sonra vəsiqəni xüsusi elçi vasitəsi ilə
ġiraza göndərdilər.
Günün axırında At meydanının qapısını açdılar və carçılar atlanıb iftar vaxtı
Ġsmayıl mirzənin Haqqa qovuĢduğunu xəbər verdilər. Xalq arasında heç bir təlaĢ
yaĢanmadı. Məmləkət rahat nəfəs aldı.
Səhəri gün Pərixan bəyim əmr etdi ki, Heydər mirzənin tərəfdarları qazamatdan
azad edilsin. Ġsgəndər bəy bu xəbəri eĢidən kimi atlanıb zindanxanaya getdi ki,
Hüseyn bəy YüzbaĢıya gözaydınlığı verib onu oradan çıxartsın. O zindana çatıb
Hüseyn bəy YüzbaĢını görmək istədiyini deyəndə, zindanban onun üç gün qabaq
ishal xəstəliyindən vəfat etdiyini söylədi. Ġsgəndər bəy bu xəbəri eĢitdikdə göz
yaĢlarını saxlaya bilmədi.
– Heyif Hüseyn bəydən, kaĢ bu günü görəydi. O belə bir günün gələcəyini il yarım
bundan əvvəl söyləmiĢdi, – dedi.
Zindanban ona təsəlli verib:
– KeçmiĢ olsun, – dedi.
Ġsgəndər bəy azadlığa buraxılmıĢ dustaqlara qoĢulub dəftərxanaya qayıtdı.
… ġiraza Məhəmməd mirzəni qarĢılamağa gedənlər hamısı Pərixan bəyimdən
icazə alırdılar. Vəzir Mirzə Salman Pərixan bəyimə və gecə-gündüz onun
keĢiyində duran dayısı ġamxal sultan Çərkəzə bir o qədər də bel bağlaya bilmirdi.
Qərara aldı ki, Məhəmməd mirzənin etimadını qazanmaq üçün onu qarĢılamağa
getsin. Bu niyyətlə Pərixan bəyimin hüzuruna gəlib Ģirin dilini iĢə saldı:
– Pərixan bəyim, – dedi, – indi dövlət üçün münasib olan budur ki, yad adamların
öncədən gedib sizinlə qardaĢınız arasında fəsad toxumu səpməsinin qarĢısını alım.
Sizin ona olan sonsuz məhəbbətinizi, necə həsrətlə yolunu gözlədiyinizi söyləyim.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
266
Pərixan bəyim vəzirin ona söylədiklərində heç bir hiylə sezməyib getməsinə icazə
verdi.
Mirzə Salman az qaldı qanadlanıb uça. O, dərhal atlanıb yola çıxdı. Gecə-gündüz
miniyini dəyiĢə-dəyiĢə Məhəmməd mirzə hələ ġirazdan çıxmamıĢ özünü onun
hüzuruna yetirdi. Diz üstə çöküb təzim etdi və Qəzvindəki vəziyyət barədə
Məhəmməd mirzəyə və onun zövcəsi Məhdi-Ülyaya hərtərəfli məlumat verdi.
Sözarası Pərixan bəyimin boyuna kəfən biçməyi də unutmadı:
– HəĢəmətli Ģahımızın, onun möhtərəm xanımı Məhdi-Ülya həzrətlərinin nəzərinə
onu da çatdırmağı özümə borc bilirəm ki, Pərixan bəyim Səfəvilər xanədanının
banusu, səltənət iĢlərinin idarəedicisi olduğu təqdirdə Ģərəfli hökmdarın quru addan
savayı heç bir padĢahlığı olmayacaqdır! – Sonra diqqətlə onu dinləyən Məhdi-
Ülyaya üz tutdu. – Əlbəttə, belə olan təqdirdə xanım Məhdi-Ülya da hərəmxananın
adi qadınlarından biri olacaqdır.
Mirzə Salmanın söylədiyi bu acı həqiqətlərdən sonra söhbət ancaq Pərixan
bəyimdən getdi.
Məhdi-Ülya ərinə dedi ki, Mirzə Salman çox etibarlı adama oxĢayır, onu bu
gündən xanədanın «etimad-əd-dövlə»si («dövlətin etimadı») seçək. Beləcə, Mirzə
Salman ali divanın vəziri təyin edildi.
Mirzə Salmanın dəlil-sübutundan sonra Məhəmməd mirzə ailəsi və məiyyəti ilə
birgə ġirazı tərk edib Ġsfəhan-KaĢan-Qum-Savə yolu ilə Qəzvinə hərəkət etdi.
Onlar müqəddəs Qum Ģəhərində Sultanım bəyimlə görüĢdülar. Sultanım bəyim
qara geyib oğlu Ġsmayıl mirzəyə və sevimli nəvəsi Sultan Həsən mirzəyə yas
saxlayırdı. Sultanım bəyim çoxdan görmədiyi oğlunu və nəvələrini görəndə çox
sevindi.
Məhəmməd mirzə bir neçə gün Qumda qaldıqdan sonra Qəzvinə yola düĢdü. O,
Qəzvinə yaxınlaĢdıqca Pərixan bəyim bəzi əmirlərdən özünə qarĢı etibarsızlıq hiss
edib pəriĢan olurdu. Əmir xanla Pirə Məhəmməd xan da, əvvəlcədən danıĢıldığı
kimi, Pərixan bəyimin məiyyətini və kəcavəsini müĢayiət edərək Ģahı qarĢılamağı
Ģənlərinə sığıĢdırmadılar, daha doğrusu, bundan hökmdarın qəzəbinə
gələcəklərindən ehtiyat etdilər. Ondan icazə almadan hökmdarı qarĢılamağa
getdilər.
Mirzə Salmanın məsləhəti ilə baĢında silahlı çərkəzlər olan ġamxal sultanı
zərərsizləĢdirmək üçün Ģahın imzası ilə ona bir fərman göndərdilər. Fərmanda
deyilirdi: «Cənnətməkan Ģahın zamanında ġəki vilayəti bir neçə il ġamxal sultanın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
267
ölkəsi olmuĢdur. Buna görə də biz ġəki vilayətinin hakimliyini və rəhbərliyini ona
bəxĢ edirik». ġamxal sultan da Ģahı qarĢılamaqdan özgə baĢqa çıxıĢ yolu görmədi.
Zülhiccə ayının ilk günündə – yəni 9 fevral 1578-ci ildə Məhəmməd mirzə
məiyyəti ilə Qəzvinin yaxınlığındakı Pirəsufiyanda düĢərgə saldı. BeĢ yüz nəfər
hərəm qorçuları, mülazimlər, xacələr Pərixan bəyimin daĢ-qaĢla bəzədilmiĢ
zərnigar kəcavəsini çiyinlərinə götürüb onu düĢərgəyə – hərəmxana çadırına
gətirdilər. O saat da xacəsaraylar xidmət göstərməyə baĢladılar. Nəhayət,
Məhəmməd mirzəylə Pərixan bəyimin görüĢü baĢ tutdu. Məhdi-Ülya da ərini
müĢayiət edirdi. Məhdi-Ülya ürəyincə olmasa da, özünü padĢah kimi aparan
Pərixan bəyimin əlini öpdü və ürəyində «bu sənə baha oturacaq, Pərixan, – dedi. –
Sənin ölüm fərmanını ġirazda verib gəlmiĢəm».
Pərixan bəyim bir qədər qardaĢı Ġsmayıl mirzənin tutduğu iĢlərdən danıĢdı.
Elə burdaca saray münəccimindən xəbər gəldi ki, ĢeĢənbə günü, zilhiccətül-hərəm
ayının 3-ü (13 fevral 1578) Ģahın tac qoyması üçün ən uğurlu gündü. Bu xəbərdən
sonra atlanıb Qəzvinə – dövlətxanaya doğru hərəkət etdilər. Bayaqkı beĢ yüz nəfər
yenə eyni coĢqunluq və əzəmətlə Pərixan bəyimin kəcavəsini lap öndə aparırdılar.
Məhdi-Ülya və səltənətin baĢqa xanımları da atlanaraq kəcavənin ardınca
gedirdilər. Ərinin sağlığında Pərixan bəyimə kənizlər saxlamağı rəva belə
bilməyən Səkinə sultan da qızı Sultanbəyimlə birgə onu müĢayiət edənlərin
arasındaydı.
Dövlətxananın qabağına çatanda böyük qələbəliyin Ģahidi oldular. Hər kəs təzə
Ģahı qarĢılamağa gəlmiĢdi. Ġsgəndər bəy də burda idi.
Pərixan bəyim qələbəliyi görəndə qorçulara iĢarə elədi ki, onu evinə aparsınlar.
QarĢıda kəcavə, arxalarınca isə səltənət sülaləsinin xanımları hərəm bağçasına
daxil oldular. Pərixan bəyim evinə yaxınlaĢanda qarĢıda pərxaĢlıq düĢdüyünü hiss
elədi: «Görəsən, bu cürət sahibləri kimlərdi? Kimdi ona qarĢı bu sayğısızlığı
göstərən?!».
ĠtələĢməni lap aydınca gördü. Böyük bir dəstə onun adamlarına kəcavəni yerə
düĢürtməyə imkan vermirdi. Pərixan bəyim kəcavədən baĢını çıxardıb çiynində
oturduğu qorçulardan soruĢdu ki, nə baĢ verib?
– Lələniz Xəlil xanın adamlarıdı. Xan əmr edib ki, Sizi onun evinə aparaq.
Pərixan bəyimin üzündə acı bir təbəssüm dolaĢdı: «Əcəlim gəldi!»
– Eybi yox, aparın məni Xəlil xanın evinə, – dedi və dönüb kəcavəsinin arxasınca
gələn səltənət xanımlarına baxdı. Atın belində Ģahanə oturmuĢ Məhdi-Ülya onun
www.kitabxana.net
– Milli Virtual Kitabxana
268
baxdığını görüb bir an rübəndini kənara edib üzünü göstərdi. Onun üzündə Pərixan
bəyimin varlığını alt-üst eləyən, söyüĢdən, təhqirdən betər bir təbəssüm vardı…
* * *
… Pərixan bəyim Xəlil xanın evində tək-tənha oturur «Quran» oxuyub, zikr
eləyirdi. Haqqın dərgahına qovuĢmağa tam hazırdı. Taleyinin belə sonluqla
bitməyindən də narazı görünmürdü. FikirləĢirdi ki, Allah heç kəsin günahını
bağıĢlamır. Hər kəs günahına görə öz cəzasını alır. «Mənim isə Allah qarĢısında
günahım çoxdu. NiĢanlımın gözlərini yolda qoyub ona ərə getmədim… Amma
getsəydim də yəqin ki, xoĢbəxt olmayacaqdım… Bədiüzzamandan oğlum olsaydı,
Ġsmayıl mirzə onu da atası ilə bir yerdə öldürtdürəcəkdi. Yəqin Allah məni Heydər
mirzəyə görə cəzalandırır. Doğurdan da, Heydər mirzəyə görə mən hər cəzaya
layiqəm. O Ģah olsaydı bir belə insan qanı tökülməzdi. Tanrım, o sadədil, pakqəlbli
Heydərə görə verəcəyin hər cəzaya layiqəm, kimin əli o Ģahzadənin qanına batıb,
cəzalandırmısan. Bilirəm, dayım ġamxal sultan da sənin cəzandan kənarda
qalmayacaq. Allahım, yəqin ki, Ġsmayıl mirzəni zəhərlətdirdiyimə görə məni
bağıĢlayarsan. Mən onu zalımlığına, müstəbidliyinə görə öldürtdüm, əks təqdirdə,
o məni öldürtdürəcəkdi… Mən ondan tez tərpəndim, müqəddəs Ramazan
bayramını ona haram elədim. Mən onun padĢahlığına nifrət edirəm, amma
gəncliyində göstərdiyi qəhrəmanlıqları qəlbimdə yaĢayır. Bir-birinə qənim kəsilmiĢ
insanlar papaqlarını qarĢılarına qoyub fikirləĢsələr, görərlər ki, bu iĢıqlı dünyada
yaĢamaq gor evində yaĢamaqdan çox-çox gözəldi. Təki yaĢamağa və yaĢatmağa
adamda qeyrət olsun. Tanrım, mən də yaĢamağı və yaĢatmağı sonadək
bacarmadım. «Quran»la yatıb «Quran»la dursam da, sənin buyurduğun yolla
axıradək gedə bilmədim, yolumu sapdım. Ġlahi, hər cəzaya layiqəm. Daha bu
məkirli, hiyləgər insanlar arasında yaĢamaq istəmirəm!»
* * *
Məhəmməd mirzənin tacqoyma mərasimi hicri 985-ci il zülhəccə ayının 3-də (13
fevral 1578) oldu. Pərixan bəyim ev dustağı olduğu üçün bu məclisdə iĢtirak
etmirdi. Lələsi Xəlil xan ƏfĢarın evində tək-tənha oturub əcəlini gözləyirdi. O,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
269
özünə qəsd də edə bilərdi, amma bu hərəkəti Ģəriətə zidd hesab etdiyindən
boğulacağı anı gözləyirdi.
Pərixan bəyimi Məhdi-Ülya xatunun istəyi ilə tacqoyma mərasimindən üç gün
sonra, fevral ayının 17-də, gecəyarısı lələsi Xəlil xan ƏfĢarın evində boğub Haqqa
qovuĢdurdular. Mübarizələrlə dolu otuz illik bir xanım ömrü belə baĢa çatdı. Onun
əmlakı xidməthaqqı olaraq Xəlil xana bağıĢlandı.
Ġsmayıl mirzənin bir yaĢı tamam olmamıĢ yeganə oğlu ġah ġücaəddini də,
böyüyüb gələcəkdə əl-ayağa dolaĢmaması üçün ağzına yastıq basıb öldürdülər.
ġamxal sultan Çərkəzi isə əlində Ģah fərmanı ġəkiyə yola düĢərkən yolda qabağını
kəsib qılıncdan keçirdilər.
Əmir xan Türkman Təbriz, Pirə Məhəmməd xan Ərdəbil əyalətlərinin hakimi
vəzifəsinə sahib oldular.
Məhdi-Ülya qohumu Xan Əhmədi ġah Təhmasibin qızı Məriyəm sultanla
evləndirib Biye-piĢə əyalətinin hakimliyini özünə qaytardı.
Ləvənd xanın oğlu Ġsa xanı ġah Təhmasibin qardaĢı Sam mirzənin qızı ilə
evləndirib ġəki əyalətinə göndərdilər.
Lursabın oğlu Sumayun Ġslamı qəbul edib Sultan Mahmud xan oldu və vətəni
Gürcüstana qayıtdı.
Ġsmayıl mirzənin Səkinə sultandan olan qızı Sultanbəyim ġah Xəlilullaha ərə
verildi.
Ġbrahim mirzənin yeganə qızı böyüyüb dini elmlərə yiyələndi, fəzilətli və mömün
bir xanım oldu.
Hüseynqulu Xüləfa dünya iĢığına həsrət qalsa da, MəĢhəddə Ġmam Rza
məqbərəsində qorçubaĢı vəzifəsini can-baĢla yerinə yetirirdi.
Ġsmayıl mirzənin kor etdiyi qardaĢı Əli mirzə gününü dövlətxananın yanındakı
söyüd ağacının altında keçirirdi. Ġsgəndər bəy vaxtaĢırı ona baĢ çəkir, yanında
oturub görüb-eĢitdiklərindən, oxuduqlarından ona danıĢırdı. Əli mirzə də bundan
çox məmnun olurdu.
ġah Məhəmməd Xudabəndə vaxtilə ona qarĢı kobudluq etmiĢ Vəli sultan Zülqədəri
bağıĢladı və onu eĢikağası vəzifəsinə təyin etdi. ġah ondan baĢqa cür rəftar
www.kitabxana.net
– Milli Virtual Kitabxana
270
gözləyən əmirlərə dedi ki, Vəli sultan öz padĢahının əmrini yerinə yetirib mənimlə
kobud rəftar etmiĢdi. O, zabit kimi yüksəlməyə layiqdi.
Lakin Vəli sultan eĢikağası vəzifəsini çox tez itirdi. Məhdi-Ülya xatun onu
bağıĢlamadı, Ġstəxir qalasında dustaq edi. O da orada çox yaĢamayıb dünyasını
dəyiĢdi.
Mirzə Salman isə, təkbaĢına rüknüssəltənə və etimadüddövlə olub məmləkətin
iĢlərini idarə etməyə baĢladı. Uzun illər onun bəxti gətirdi, hətta Ģah onun qızı ilə
evləndi. Amma o da öz əcəli ilə ölmədi. Pərixan bəyimin ahı onu da tutdu.
Səfəvilər xanədanının Ģahı Məhəmməd Xudabəndə olsa da, məmləkəti Məhdi-Ülya
idarə edirdi. Bu hökmlü qadının icazəsi olmadan bir iĢ görülə bilməzdi. Fars-tacik
əsilli bu xanım ali divanın vəkili seçilmiĢdi. Ona Ģahın fərmanlarına vəzirin
möhüründən yuxarıda möhür vurmaq səlahiyyəti verilmiĢdi.
Məhdi-Ülya xatun getdikcə qızılbaĢ əmirlərini sıxıĢdırıb onların yerinə fars-tacik
əsilli insanları oturdurdu. Nəticədə qızılbaĢlarla Məhdi-Ülya arasında ixtilaf son
həddə çatdı. BaĢda Pirə Məhəmməd xan Ustaclı olmaqla bir neçə əmir Ģahın
hüzuruna gəlib hərəmi Məhdi-Ülyanın susdurulmasını tələb etdilər. ġah dedi ki,
xanımı saraydan uzaqlaĢdıraram, amma günahsız bir seyidənin öldürülməsinə icazə
verə bilmərəm.
Əmirlər bununla razılaĢmadılar. Bir neçə adam dövlətxanadan Məhdi-Ülyanı
Pərixan bəyimin mənzilinə apardı. O, onu boğmağa hazırlaĢan adamlara üzünü
tutub dedi ki, mən dörd Ģahzadə anasıyam, intiqamımı Allah-taalanın izni ilə
övladlarıma tapĢırıram. Bu sözdən sonra Məhdi-Ülyanı boğdular.
10 aprel – 30 dekabr 2011
SON
Mənbə:
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2494
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2594
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2706
Dostları ilə paylaş: |