Mİr möHSÜn nəvvab 1905-1906-ci iLLƏRDƏ erməNİ-MÜSƏlman davasi azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 0,62 Mb.
səhifə2/10
tarix01.04.2017
ölçüsü0,62 Mb.
#13036
1   2   3   4   5   6   7   8   9   10

BAĞIRQAN DAĞI
Bu halda bir neçə kəlmə erməni tayfasının törətdiyi əhvalatlardan yazmaq lazımdır. Əvvəla mərhum İbrahim xanın hökmranlığı zamanında Pənahabad, yəni Şuşa qalasının şərq tərəfində Bağırqan dağı deyilən yerdə bir uca qaya vardı. Həmin dağda öz təbəələri ilə Avan Koxa adlı bir erməni yaşayırdı. Avan Koxa öz təbəələrinə buyurmuşdu ki, harada əllərinə müsəlman düşsə, tutub onun hüzuruna gətirsinlər. Avan Koxanın əmrilə tutulmuş müsəlmanı çılpaqlayıb üzü üstə yerə yıxardılar. Sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkər və dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətli bir budağına bənd edib budağı buraxardılar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda o yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağırtısı o dağa düşərdi. Bu əhvalatı görənin və eşidənin də bağrı qan olardı. Buna görə də həmin qayaya “Bağırqan dağı” adı vermişdilər.

QƏDİMDƏ ERMƏNİ – MÜSƏLMAN DAVASI
Hicri 1260-cı (miladi 1844)-cü il tarixində qundaqsaz İsaballı adlı bir erməni başqa ermənilərlə birlikdə müsəlmanların şəbeh gətirməyini təqlid edərək istehza edərlərmiş. Müsəlmanlar hadisədən xəbərdar olan saat dükan –bazarı bağlayıb Xan bağına getdilər və şəhərin hakimi Cəfərqulu xanı Qalaya gətirdilər. Şəhərdə böyük bir qovğa üz verdi. Böyük-kiçik hamı həmin hakim tərəfə üz qoydular. Bu halda çox qorxuya düşən hakim nə qədər istədi ki, müsəlmanları sakitləşdirsin, mümkün olmadı. Axırda bir bəhanə ilə aradan çıxıb evinə gəldi. İğtişaş get-gedə şiddətlənirdi. Onun qarşısını almaq üçün Şuşakənddə olan digər şəhər hakimi Ala bəyi gətirdilər. Ala bəy atlı meydana daxil olan kimi xalq onu araya aldı. Mirhadı adlı bir seyid irəli gəlib Ala bəyi çəkib atdan yerə saldı və vurub baş-gözünü yardı. Xalq üz qoydu ermənilərin üstünə. Ermənilər tamam dükandan çıxıb qaçdılar. Kimisi dükanı bağladı, kimisi bir qapısını örtdü, kimisi də buna fürsət tapmayıb ayaqyalın üz qoydu qaçmağa. Bir para uzaqgörən müsəlmanlar qaçan ermənilərin bir parasını evlərinə gətirib mühafizə edib sakitləşdirdilər. Cahil müsəlmanlar isə ermənilərin vurub baş-gözlərini yardılar. Xülasə, şəhərin hakimi birtəhər müsəlmanları sakit edib erməniləri böyük fəlakətdən qutardı.

●●●


Hicri 1294-cü (miladi 1877)-ci ildə rus-osmanlı müharibəsində rus dövlətinin ordu başçılarından bir neçəsi erməni tayfasından idi. Həmin ermənilər Qars şəhərini tutarkən düşmənçiliklə nə qədər müsəlman kitabları və Quranı-Şərif əllərinə keçirdisə, yandırırdılar.

●●●


Həmin tarixdə ermənilərin böyük sənətkarları İrəvan şəhərində Üçkilsədə (Eçmiədzin) maşın tərtib edib, 9 milyon qəlp əskinas pul kəsdilər. Dövlət xəbərdar olub, qəflətən tökülüb həmin pulu və maşını müsadirə edib, pulkəsənləri və kəsdirənləri tutub cəzalandırdı.

●●●


Hicri 1321-ci (miladi 1903)-cü il tarixində müsəlman kəndindən olan Məhəmməd və Salman adlı iki qardaş öz yüzbaşılarına etiraz əlaməti olaraq qaçıb meşənin içində kömür yandıran Aleksan adlı dağlı bir erməninin yanına gəldilər. Həmin iki qardaş erməni ilə hal-əhval etdikdən sonra əyləşdilər. Hava soyuq olduğuna görə bir az quyunun kənarında oturub qızındıqdan sonra, xurcunlarında olan yeməyin hamısını çıxarıb, yarısını erməniyə verdilər, qalanını isə özləri yedilər.

Əhvalatdan xəbər tutan bu iki cavanın ata-anası hər gün yemək və çörək gətirib həmin kömürxanada onlara verirdilər. Bu əhvalat bir neçə gün belə davam etdi. Yenə bir gün onlara dadlı yeməklər gətirdilər. Cavanlar yeməyi yarıya bölüb, yarısını erməniyə verib, yarısını özləri yeyib, isti vura-vura yuxuya getdilər. O məlun erməni özündən savayı, qabaqcadan daha iki erməni gətirib orada gizlətmişdi. Elə ki, cavanlar yatdı, ermənilərin hər üçü durub əllərində balta yavaş-yavaş gəlib, o biçarələrin başlarını iki para etdilər. Cavanlar bircə dəfə çığırıb canlarını tapşırdılar. Sonra o məlun ermənilər o biçarələri üryan edib, paltarlarını və ciblərini soyub, bədənlərini kömür quyusuna atıb yandırdılar.

Yenə bu günlərdə Əfətli kəndinin müsəlmanlarından iki nəfər şəxsi Ballıca kəndinin erməniləri hiylə ilə tutub öldürmüş və meyidlərini yandırmışlar.

●●●


Hicri 1321-ci il (miladi 1903)-cü il tarixində rus-yapon müharibəsi zamanı bir qarabağlı erməni yapon dövlətinə dəyəri bir milyon yarım manat olan bir gəmi pişkəş elədi.

Bu zaman rus dövlətinin başı müharibəyə qarışdığına görə ermənilərdən çağırılmış əsgərlər dövlətə xəyanət edərək dəstə-dəstə silahları ilə bərabər Osmanlı və İran dövlətlərinə qaçdılar. Qərəz, öz məzhəblərinin qaydası ilə andlarına yalan çıxıb müxtəlif xəyanətlər edirdilər.

●●●

Bunlar hər şəhərdə qımdatxana təşkil edirdilər. İlk dəfə Osmanlı şəhərində, sonra isə Rusiyanın ayrı-ayrı şəhərlərində belə qımdatxanalar yaratmağa başladılar. Bu qımdatxanalara bütün siniflərdən şəxs cəlb olunurdu: oxumuş cavanlar, sövdəgərlər, sənətkar və başqaları.



Bu qımdatların icmasının müşavirəsində bir qərar qəbul olundu ki, hər bir iş sahibi qımdatxanalara pul verməlidir. Qımdatxanadan həmin qərara əsasən erməni iş sahiblərinə məktublar göndərib onların qımdatxanaya göstərilən məbləğdə pul göndərmələrini tələb edirdilər. Erməni iş sahibi məktubun tələbinə əməl etmədikdə ona qımdatxanadan ikinci dəfə elannamə yazılırdı. Əgər yenə həmin şəxs pul verməkdən imtina edərdisə, üçüncü dəfə onu hədələyirdilər. Bu dəfə də tələbə əməl etmədikdə qımdatlar həmin şəxsin öldürülməsi üçün bir və ya iki nəfər təyin edirdilər. Həmin şəxslər isə nəzərdə tutulmuş adamı öldürüb gizlənirdilər. Heç kəs bilmirdi ki, bu cinayəti kim etdi və hara getdi. Əgər caniləri bilən və tanıyan olsa da, cürət edib heç kəsə deyə bilməzdi. Çünki kimsə canini ifşa etməyə cəhd göstərsəydi, onun özü də qımdatxana quldurlarının sui-qəsdinə məruz qalardı.

Atası nalbənd olmuş Camqarov familiyalı bir erməni Allah təbarək və təalanın iradəsilə tez bir zamanda milyonçu olur. Qımdatlar başqa varlı ermənilər kimi ona da kağızla müraciət edib qımdatxanaya 30 min manat verməsini tələb edirlər. O isə qımdatların tələbinə məhəl qoymayıb Moskvaya gedir. Bu zaman qımdatlar Moskvada yerləşən qımdatxanaya yazırlar ki, o bizim tələbimizə əməl etmədiyinə görə cəzasına çatdırılaraq qətlə yetirilsin.

Moskva qımdatxanasının başçıları özlərinin muzdlu qatillərinin arasında püşk ataraq Camqarovun öldürülməsi tapşırığını onlardan birinə həvalət etdilər. Həmin qatil Camqarovu Moskvada kilsənin qalası yaxınlığında qətlə yetirildi.

Beləliklə də, qımdatxanaların muzdlu qatilləri neçə-neçə günahsız ermənilərin və rusların ölümünə də bais olurdular.



Əlavə:1 Hicri 1321-ci (miladi 1903)-cü ildə rus dövləti Qafqaz vilayətindəki kilsələrin əmlakını zəbt etmək istəyirdi. O vaxt bütün Qafqaz şəhərlərində olan erməni icmalarının başçıları toplaşıb rus dövlətinin niyyətinə qarşı durmaq və onun həyata keçirilməsinə mane olmaq qərarına gəldilər. Bunun nəticəsində dövlət tərəfindən erməni millətindən olan xeyli adamlar qətlə yetirildi. Bununla bərabər bir çox erməni icmalarının tanınmış başçıları tutularaq Sibirə göndərildi. Kilsələrin əmlakı isə zəbt olnub dövlət sərəncamına verildi.

Əlavə: Həmin göstərilən bu ildə şəhərlərdə çox nahaq qanlar töküldü, xalqlar bir-birinə çox zülmlər etdilər. Bunun xoşagəlməz təsiri hər tərəfi bürüdükcə insanları xoş və rahat həyatdan məhrum edirdi.

Xüsusən, Mancuriya torpağında rus tayfasından nə qədər insanların nahaq qanları töküldü, gəmiləri dənizlərdə batırılıb məhv oldular. Neçə-neçə şəhərlər və kəndlər xarabalıqlara çevrildi.

Bu tarixdə İran vilayətinə xəstəlik düşüb, sayı həddi-hesaba gəlməyən insanlar tələf oldular.

Bu günlərdə bəndeyi-aciz Nəvvab Mir Möhsün qardaşı Hacı Mirzə Abutalıb xanı Tehranda Amas adlı öz erməni nökəri yatdığı yerdə öldürüb, bacardığı qədər cavahiratdan və nəğd puldan götürüb qaçıb. Amma bu cinayətdən qaça bilməyib, rus divanxanasının əlinə keçib.



Əlavə: Hicri 1322-ci (miladi 1904)-cü il tarixdə iyunun 16-da Moskva şəhərinə bir dolu yağdı ki, dolunun hər bir dənəsinin ağırlığı təxminən bir Girvənkəyə2 yaxın idi.

Əlavə: 1904-cü il iyulun 3-də rus padşahının oğlu oldu. Onun adını Aleksey qoydular.

1904-CÜ İLDƏ BAKIDA ERMƏNİLƏRLƏ MÜSƏLMANLAR ARASINDA BAŞ VERMİŞ MÜNAQİŞƏ
Əvvəla bunu bilmək lazımdır ki, İrəvan şəhərinin erməniləri çox kinli, ədavətli, təkəbbürlü, xüdpəsənd və xəmirləri fitnə-fəsad ilə yoğrulmuş adamlardır. Hansı vilayətdə ki bunlar tapılır, mütləq orada bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətlərində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəbkarı İrəvan erməniləri olurdu.

Bir gün Bakıda olan İrəvan erməniləri şəhərdə iğtişaş salmağa cəhd göstərirlər. Belə ki, özünü hamıdan qoçaq və igid hesab edən həmin ermənilərdən biri, bir müsəlmanı öldürür. Ondan sonra lovğalanaraq hər yerdə özünü tərifləyir və gördüyü cinayətə fəxr edirdi.

Bir gün o, küçədə getdiyi yerdə 18 yaşlı Bakı camaatından gənc bir oğlan onun qaşısına çıxıb deyir:

- O erməni qoçağı sənsən?

Erməni cavab verir:

- Qoduq, mənəm!

Oğlan bu cavabı eşidən kimi tapançanı çıxarıb erməninin bədəninə üç güllə yeridərək öldürür. Ermənilər həmin müsəlman oğlanı tutub, döyə-döyə gətirib divanxanaya verirlər.

Divanxanada oğlanın üstünü yoxladıqdan və dəfələrlə danışdırdıqdan sonra zindana göndərirlər. Ermənilər divanxanada həmin oğlanı danışdıran məmura rüşvət verib, razı saldıqdan sonra onu bir də divanxanaya gətirilib sorğu-sual etdirilməsini tələb etdilər.

_______________________________

1. Mətndə əlavələr haşiyə kimi göstərilir.

2. Girvənkə-400 qramlıq çəki vahidi-redaktor
Onlar məmurun qarşısında belə şərt qoydular ki, oğlanı məmurun yanına erməni əsgərləri gətirsinlər. Elə ki oğlanı məmurun yanına gətirdilər, dedi ki, mən bütün həqiqətləri açıb danışmışam. Sən isə bunların hamısını yazdın. İkinci dəfə buraya məni gətirməyə nə ehtiyac vardı? Məmur hirslənərək oğlanın boynuna yumruq vurub əmr etdi ki, onu həbsxanaya aparsınlar. Oğlan məmura yalvarıb xahiş etdi ki, onu erməni əsgərləri ilə göndərməsin, çünki onlar yolda məni öldürəcəklər. Məmur ona qulaq asmayıb, zindana aparmağı əmr etdi. Həmi İrəvandan olan erməni əsgərlər isə oğlanı çəkə-çəkə aparıb, bir dar küçədə yerə yıxdılar və süngü ilə dəlik-deşik edib öldürdülər. Sonra isə məmura bildirdilər ki, qaçmaq istəyirdi, biz də öldürdük.

Əlavə: Karxana sahibi olan sabunçulu Ağa Rəzi adlı böyük bir şəxs faytonda küçə ilə gedərkən ermənilərin hücumuna məruz qalaraq öldürülmüşdü. Əhvalatdan xəbərdar olan Bakı əhli bundan çox təsirləndi. Bundan əvvəl də ermənilər tərəfindən bir sıra cinayətlər törəndiyinə görə xalq arasında böyük iğtişaş baş verdi. Ermənilərin bu düşmənçiliyinə artıq dözməyən camaat bazar-dükanları bağlayaraq cavanlar tüfəng-tapança ilə silahlanıb, üz qoydular erməni camaatının üstünə. Dükanda ələ düşəni dükanda, bazardakını bazarda, küçədəkini küçədə öldürüb, leş-leş üstünə tökdülər.


LALAYEVİN BAKI ŞƏHƏRİNDƏ TÖRƏTDİYİ ƏHVALAT
Bakı şəhərində erməni milliyətinə mənsub olan Lalayev soyadlı bir nəfər vardı, karxana sahibi idi. Bu erməni var-dövlətinin çoxluğundan özünü hədsiz dərəcədə qudurğan aparırdı. Belə ki, ermənilərin məclisində və ya yığıncaqlarında müsəlman tayfasının adı çəkiləndə o, ermənilərə müraciətlə deyirdi ki, “Sizə ar olsun. Müsəlmanın adı gələndə titrəyirsiniz. Müsəlmanlar kimdir ki, onlardan belə qorxursunuz? Mən müsəlmanları bir milçək və qarışqa hesab edirəm. Onlar od olsalar da, özlərini yandıra bilməzlər”.

Sabunçulu Ağa Rəzi öldürüldükdən sonra Bakıda baş verən iğtişaş hər tərəfi tüfəng və tapança gurultusu və müsəlman igidlərinin nərəsi və “ya Əli” sədası bürüyərkən həmin Lalayev qabaqcadan evində topladığı döyüş silahlarını işə saldı. Onun yaratmış olduğu 20-30 nəfərdən ibarət erməni quldur dəstəsini silahlandıraraq müsəlmanları qırmaq üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə evin ətrafında olan bütün qapı-darvazalar bağlandıqdan sonra həmin quldur dəstəsinin üzvləri evin pəncərə, qapı və bacaları arxasında mövqe tutaraq, küçədən gəlib-gedən müsəlmanları atəşə tutdular. Bunun nəticəsində gəliş-gediş dayandı. Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerdən ağır yaralanmışdı. Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət tapmış Ağakərim adlı bir nəfər mərd və igid oğlan öz silahlı dəstəsi ilə Bakının küçələrində cövlan edərək azərbaycanlıların həyatına qəsd edən erməni quldurlarını cəhənnəmə vasil edirdi. Nəhayət, onlar gəlib Lalayevin evi yerləşən küçəyə çatdılar. Ağakərim öz dəstəsini iki yerə bölüb birinə divarlar arxasından Lalayevin evini gülləyə tutmasını əmr edir, digər hissəsinə isə külüng-balta və lomla evin darvazısını açmaq əmrini verdi. Üçüncü dəstə güllə yağışının altında divarların dibi ilə Lalayevin evinin darvazasına yaxınlaşıb, lom və külünglə darvazanı dağıtmağa başladılar. Onlar əllərindəki alətlərlə darvazanı parça-parça edib yerə saldılar. Ağakərim və onun dəstəsi qəzəblənmiş aslan kimi “ya Əli” sədası altında hücum çəkib içəri doldular. Camaat tüfənglərin gurultusundan və igidlərin nərəsindən dəhşətə gəldi. Lalayevin evində olan quldurlar karıxıb mat qaldılar. Onlar tüfənglərini atıb qaçmaq istəyərkən Ağakərimin dəstəsi onları bir-bir qətlə yetirdi və evdə gizlənənləri də çıxarıb, cəzalarına çatdırdılar. Bundan sonra Ağakərim bir neçə nəfərlə Lalayevin otağına daxil oldu. Ağakərim irəli gəlib dedi:

- Allah saxlasın, kefin necədir? O müsəlmanları ki, sən milçək və qarışqa hesab edirdin, indi onların hər biri şiri-nərə dönüb qulluğuna gəliblər.

Lalayev söyüd ağacının yarpağı kimi tir-tir titrəyərək dedi:

- Qələt eləmişəm, məni bağışlayın. Bu gün bəxşiş günüdür və zəhmətimizin əvəzində nə qədər pul lazımdır götürün. Sandıqda kupon kağızları var, götürün aparın, xəzinə və bankdan pul alın. Uşaqların arasında bölün.

Ağakərim dedi ki, biz buraya puldan ötrü gəlməmişik. Bu, millət davasıdır. Milləti müdafiə etməkdən ötrü biz can qoymuşuq və bu məqsədlə də buraya gəlmişik. Millət yolunda biz pula satılanlardan deyilik.

Bu vaxt Lalayevin övrəti gəlib özünü ərinin üstünə saldı və ağlaya-ağlaya Ağakərimə minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə qədər pul lazımdır durum gətirim. Ağakərim övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək öldürülə. Sənin kişin çox qürrələnib erməni məclislərində deyirmiş ki, müsəlmanlar mənim yanımda milçəkdir. Yarım milyon pul qoyub, onların hamısını məhv edərəm.

Əlavə: Belə deyirlər ki, bu halətdə Lalayev Hacı Zeynalabdin Tağıyevin yanına bir adam göndərib, özünün xilas edilməsini xahiş eyləyir. Hacı buyurur ki, bu, mənə dəxli olmayan işdir. Baş verən hadisə isə millət məsələsidir, mən nə deyə bilərəm?

Xülasə, Ağakərim nə qədər çalışdı ki, övrət Lalayevdən ayrılsın, mümkün olmadı. Qəflətən camaatın içərisindən naməlum bir şəxs övrəti güllə ilə vurub öldürdü. Ağakərim onu məzəmmət etdi. Sonra isə Lalayevə bir neçə güllə vurub öldürdü.

Lalayev qətlə yetirildikdən sonra hamı evdən bayıra çıxdı. Evin hər yanından üstünə neft çiləyib od vurdular. Ev böyük partlayışlarla yanmağa başladı. Bu da onu göstərdi ki, Lalayevin evinin zirzəmiləri yeşik-yeşik hərbi sursat və partlayıcı maddələrlə dolu imiş. Evdən qalxan gurultunun və partlayışın səsindən yaxında olan adamlar qulaqlarını tutaraq hərə bir tərəfə qaçırdı. Ev sursatlarla birlikdə yanıb külə döndü. Deyilənə görə, bir ay sərasər evdən tüstü kəsilmədi.

Belə deyirlər ki, Lalayevin xoşsifət gözəl bir qızı varmış. Həmin qıza heç kəs toxunmayıb, mehribanlıq göstərib və gətirib Hacı Zeynalabdinin qızlar məktəbində yaxşı əmin adamlara tapşırıblar.



Əlavə: Bakıda qırğın daha da şiddətlənərkən erməni tayfasından silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürürdü. Həmin vaxt Bakının din xadimlərindən birisi öz qonşuluğunda olan övrət və uşaqları, eləcə də qocaları öz evinə cəm edib, darvazanı bağlamışdı. Bundan xəbər tutan erməni dəstəsi mollanın evinin yanına çatarkən belə qərara gəldilər ki, Lalayevin əvəzini çıxmaq üçün bu mollanın evindəki övrət və uşaqları öldürüb, evinə od vurub yandırsınlar. Bu əzm ilə evin darvazasını sındırıb içəri girmək istəyərkən, o biri tərəfdən ləzgi tayfasından bir dəstə onların üstünə gəldi. Onlar erməniləri öldürüb, mollanın evində olan övrət-uşaqları erməni şərindən xilas etdilər. Ondan sonra ləzgilər xəncərlərini erməni qanından pak edib üz tutdular göy səmtinə ərz elədilər ki, “Ya Məhəmməd, atamız-anamız sənə fəda olsun, sənin dininin düşmənlərini məhv edib, cəhənnəmə vasil etdik. Bizdən razı oldunmu?” Xülasə, həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına köməyi çox oldu. Həmin gün onlardan beş nəfər şəhid oldu.

ERMƏNİLƏRİN BAKI QUBERNATORUNUN ÖLDÜRÜLMƏSİ
Bakıda baş verən bu qırğından bir az sonra şəhər qubernatoru faytonda küçə ilə gedərkən bir neçə nəfər erməni faytonun üzərinə hücuma keçərək bomba atıb partlatmışlar. Bombalar faytonu darmadağın etmişdir. Partlayışdan ağır yaralar alan qubernator və atlar oradaca ölmüşdür.

Quldur ermənilərin biri tutulmuş, digərləri isə qaçıb gizlənmişdir. Sonra aparılan axtarış nəticəsində bu cinayətdə iştirak edən daha dörd erməni həbsə alınmşdır.

Deyilənə görə, həmin beş nəfər cani erməni dar ağacından asılaraq cəzalarına çatmışlar.

Bu əhvalatdan sonra bir müddət sakitlik oldu. Lakin ayrı-ayrı erməni fitnəkarları öz fitnə-fəsadından əl çəkməyərək, əllərinə gizli düşən müsəlmanları öldürürdülər. Bu növ ədavətlər və xəyanətlər ara-sıra hər iki tərəfdən baş verirdi.




1905-Cİ İLDƏ İRƏVAN ŞƏHƏRİNDƏ BAŞ VERƏN ERMƏNİ– MÜSƏLMAN ƏHVALATI
Hansı vilayətdə ki, İrəvan ermənilərindən bir neçə nəfər tapılırdı, mütləq orada bir iğtişaş baş verirdi. Bu İrəvan erməniləri çox xüdpəsənd, kinli və cinayətkardılar.

İrəvan şəhərinin müsəlmanlar yaşayan 80 evdən ibarət məhəlləsinin ermənilərlə iğtişaşı baş verib. Bu iğtişaşın başlanmasına səbəb olan ermənilər həmin məhəllədə müsəlmanların imarətlərini gülləbaran etməyə başladılar. Ermənilərə nisbətən müsəlmanların bu məhəllədə az olmasına baxmayaraq, ermənilərə qarşı müqavimətdə mətanətlə dayandılar və onlara böyük zərbələr endirdilər. İki tərəfdən üç gecə-gündüz davam edən güllə yağışının altında qırx nəfər erməni, iki nəfər isə müəsəlmanlardan öldürüldü. Üç gündən sonra güllələri tükəndiyinə görə gecə vaxtı müsəlmanlar həmin məhəllədən qaçmalı oldular. Əhvalatdan xəbərdar olan ermənilər müsəlmanların evlərinə doluşub, onların mal- dövlətini qarət etməyə başladılar. Fürsət tapıb qaça bilməyən beş nəfər övrət və üç nəfər uşaq bir evin küncünə qısılaraq qorxudan titrəyə-titrəyə ağlayırdılar. Əllərinə düşən kitablara və Qurani-Kərimə od vurub yandırdılar. Ermənilərin qoca qadın və kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir.

İrəvanda ermənilərin müsəlmanlara qarşı törətdiyi qəddarlıqları öz əzazilliyini şəhərin ətraf kəndlərində yaşayan müsəlman kürd tayfaları eşidən kimi silahlanaraq atlara minib, qəzəblənmiş aslan kimi nərə çəkə-çəkə üz qoydular İrəvanda qırğın olan yerlərə. Yollarda əllərinə düşən erməniləri öldürüb, mallarını talan edib, evlərinə od vurub yandırırdılar. Ermənilərin qaçanları gəlib bir böyük kənddə cəm olmuşdular. Həmin kənddə dövlətin divanxanası və bir az qoşunu var idi. Həmin qoşun erməni-müsəlman arasında gedən qırğını dayandırmaq üçün kürdlərə maneə oldular. Qafqaz canişininin göstərişi ilə cənab Şeyxülislam həzrətləri katolikos Hayrik ilə gəlib məsciddə və kilsədə dualar və xütbələr oxuyub xalqa nəsihətlər verdilər. Bununla da iki xalq arasında gedən qırğınları dayandırdılar.

Bu əhvalatdan sonra erməni qımdatları başqa şəhər və kəndlərə dağılaraq yerli erməni əhalisini müsəlmanlara qarşı davaya qaldırmaq üçün onlar arasında təbliğat aparmağa başladılar. Uzaqgörən və davaya qoşulmaq istəməyən ermənilər qımdatların bu fitnə-fəsadlarından uzaq olmağa çalışırdılar. Qımdatlar isə belə erməniləri fürsət düşən kimi tutub öldürürdülər.

Həmin bu tarixdə, yəni 1905-ci ildə Tehran və onun ətrafında, eləcə də, Xorasanda vəba xəstəliyi yayılmışdır. İki ay davam edən bu xəstəlik nəticəsində hər gün təqribən yüz adam ölürdü.


1905-Cİ İLDƏ NAXÇIVANDA BAŞ VERMİŞ ERMƏNİ – MÜSƏLMAN ƏHVALATI
Elə ki İrəvanın fitnə-fəsad törədən erməniləri Naxçıvana gəldilər, orada vəziyyət gərginləşdi. Naxçıvan erməniləri neçə illərdən bəri tədarük etdikləri vuruş sursatlarını – topları, bombaları, beşaçılan tüfəngləri və s. növbəti qırğın üçün hazırlamağa başladılar. Hərbi sursatları keçidlərdə və gizli mövqelərdə yerləşdirdikdən sonra dükan-bazarları bağlayıb, bütün icma ilə qalxıb mövqelərdə hazırladıqları silahdan qəflətən müsəlmanlar üzərinə gurhagur atəş açmağa başladılar. Əhvalatdan xəbərsiz və dükan-bazarda öz işləri ilə məşğul olan biçarə müsəlmanlar çaş-baş qalıb, bilmədilər nə etsinlər. Kimisi fürsət tapıb dükanı bağladı, kimisi tapa bilməyib, açıq qoyub canını qurtarmaq üçün evlərinə qaçdılar. Yarım saata tüfəngi olan tüfəngini, tapançası olan tapançasını olmayanlar isə xəncər, külüng, balta, dəhrə və ağac götürüb ermənilərin müqabilinə gəldilər və onlarla davaya başladılar. Silahsız müsəlmanlar münasib fürsətlərdən istifadə edərək, qəflətən erməni silahlılarının üzərinə hücum edib, əllərindəki balta, dəhrə, ağacla vurub onları yerə yıxaraq tüfəng və patrondaşlarını əllərindən alıb, üz qoydular davaya. Müsəlmanlara kömək gələnə kimi hər iki tərəfdən ölənlər oldu. Bir para yerlərdən gələn müsəlmanlar nərə çəkərək üz qoydular ermənilərin üstünə. Hər tərəfdə ermənilər böyük tələfata məruz qaldılar və vəziyyəti belə görüb üz qoydular qaçmağa.

Şəhər erməniləri məğlub olandan sonra müsəlmanlar üz qoydular erməni kəndlərinə. Həmin kəndlərdə ələ düşən erməniləri öldürüb, mal-dövlətini talan və qarət etməklə bərabər evlərinə od vurub yandırdılar. Bu kəndləri darmadağın etdikdən sonra üz qoydular Naxçıvan qəzasındakı Böyük Badamlı kəndinə. Həmin kəndin bütün erməniləri – gənc və qoca, böyük və kiçik öz külfətləri ilə müsəlmanların qarşısına çıxdılar. Tam ehtiramla kəlmeyi-şəhadəti deyib müsəlmanlığı qəbul etdiklərini bildirdilər. Müsəlmanlar onları çox sevinclə sakitləşdirib, böyük ehtiramla oradan geri qayıtdılar. Bu xəbər hər tərəfə yayıldı. Erməni qəzetləri yazırdı ki, müsəlmanlar bu qədər qətl və qarətlə kifayətlənməyib, erməniləri məcburi şəkildə öz dinlərindən döndərib müsəlman edirlər.



Bu əhvalat dövlətə və divan əhlinə çatan kimi hökm elədilər ki, durmadan İrəvan qubernatoru həmin kəndə getməlidir. İrəvan qubernatoru Əlixanov çoxlu kazak götürüb, qoşunla Badamlı kəndinə gəldi. Əlixanovun görüşünə gəlmiş müsəlman dinini qəbul edən ermənilər onu salamlayarkən Əlixanov onların salamını rədd edərək buyurdu ki, erməni qəzetlərinin yazdığına görə müsəlmanlar sizləri zor və hədə-qorxu ilə öz dininizdən döndərərək, müsəlman ediblər. Əgər həqiqətən belədisə, kazak qoşunu burada qalıb, sizi qorumağa hazırdır. Sizə qarşı heç kəs qüvvə işlədə bilməz. Yeni islam dinini qəbul etmiş ermənilər cavab verdilər ki, bizi heç kəs zor və hədə-qorxu ilə müsəlman etməyib. Əksinə, biz özümüz könüllü olaraq, öz razılığımız və rəğbətimizlə islam dinini qəbul etmişik. Bu cavabı eşidən Əlixanov camaata heç bir söz demədən geri qayıdıb getdi.

1905-Cİ İL TƏBRİZ ƏHLİNİN ƏHVALATI
Naxçıvanda, İrəvanda və Bakıda baş verən iğtişaşlar zamanı İran təbəələrindən olan müsəlman camaatından da məzlum və şəhid olduğunu eşidən Təbriz əhli buna dözməyib qəzəblənir, bazar-dükanı bağlayıb üz qoyurlar erməni məhəllələrinə tərəf. Onlar yuxarıda göstərilən şəhərlərdə nahaq yerə öldürülmüş müsəlmanların qanının əvəzini çıxmaq üçün ermənilərin üstünə gedirdilər. Əhvalatdan xəbərdar olan ermənilər dəhşətə gələrək böyük-kiçik, övrət-uşaq qapıları bağlayaraq dad-fəryad qoparırlar və əhvəlatı Təbriz hakiminə çatdırırlar. O isə erməniləri mühafizə etmək üçün erməni-müsəlman məhəllələrinin arasına qoşun yeridir. Qoşun dəstələri tüfənglərini çəkib atəşə hazır vəziyyətdə dayanırlar. Bununla da Təbriz hakimi ermənilərin öldürülməsinin və evlərinin qarət edilməsinin qarşısını aldı. Bir neçə gün ərzində Təbrizdə sakitlik yaradıldı. Bundan sonra Təbriz hakiminin əmri ilə ermənilərdən bütün silah və sursatın (tüfəng, güllə, tapança və s.) hamısını yığdılar. Təbrizin erməni camaatı teleqraf və məktubla katolikosa və yerli din xadimlərinə müraciət etdilər ki, ermənilər sakit oturub ədavət törətməsinlər. Çünki əks təqdirdə biz burada müsəlman əhalisi tərəfdən qətlə yetirilə bilərik.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin