Mir Möhsün NƏvvab


GÜLABLI ƏHVALATI (1323-cü İL ZİLQƏDƏ AYI)



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə49/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   45   46   47   48   49   50   51   52   ...   71
kitab20111201122645312

GÜLABLI ƏHVALATI (1323-cü İL ZİLQƏDƏ AYI) 

 

Bu  günlərdə  Tağ,  Tuğ,  Dağdağan,  Mirikəndi,  Harov  və  digər  ətraf 

kəndlərdən ermənilər cəm olub qımdatlarla məsləhətləşərək belə qərara gəldilər ki, 

Qalanı asanlıqla ələ keçirmək üçün əvvəlcə ətraf kəndlərdə yaşayan müsəlmanları 

erməni  hücumları  ilə  təngə  gətirərək  bir  qismini  qırmaq,  digər  qismini  isə 

qaçırtmaq  lazımdır.  Kəndlərdən  müsəlmanları  təmizlədikdən  sonra  buralar  xalis 

«Hayastan  torpağına»  (Ermənistan)  çevriləcək.  Bu  məqsədlərini  həyata  keçirmək 

üçün  əvvəlcə  Gülablı  üzərinə  hücuma  keçdilər.  Onlar  Gülablıya  çatarkən  əvvəlcə 

bir  adam  göndərdilər  ki,  kəndin  özündən  bir  xəbər  gətirsin.  Həmin  adam  gəlib 

gördü  ki,  kəndin  kişilərinin  çoxu  Qalada,  kənd-bazarlarda,  toylardadırlar.  Kənddə 

isə övrət-uşaq və qocalardan və bir neçə tüfəngdardan başqa heç kəs yoxdur. Odur 

ki,  ermənilər  cəsarətlə  kəndin  üzərinə  yeridilər.  Əvvəlcə  istədilər  ki,  məscidi 

dağıtsınlar.  Kənddə  olan  tüfəngdarlar  səngərlərə  girərək  erməniləri  gülləyə 

tutdular.  Beləliklə,  atışma  başladı  və  dörd  saat  davam  etdi.  Ermənilərin  çoxusu 

açıqda,  müsəlmanlar  isə  səngərlərdə  olduğundan  ermənilərdən  61  nəfər  qətlə 

yetirildi.  Az  qalmışdı  ki,  ermənilər  geri  qayıtsınlar.  Bu  zaman  müsəlmanların 

gülləsi  qurtardı.  Onlar  qaçıb  bir  yerdə  gizləndilər.  Ermənilər  əhvalatı  başa  düşüb 



62 

 

kəndə  daxil  oldular.  Onlar  evləri  gəzə-gəzə  qarət  edirdilər.  Ermənilər  20  nəfər 



uşaq,  bir  neçə  qoca  və  bir  kor  kişinin  qapıları  bağlayaraq  gizləndikləri  bir  evə 

çatdılar. Ermənilər evin bir tərəfini deşib ot-saman qoyaraq od vurdular. Evdəkilər 

tüstüyə  tab  gətirə  bilməyib  qapını  açaraq  bayıra  çıxdılar.  Ermənilər  tökülüb  bu 

günahsız  uşaqların  və  qocaların  hamısını  gülləyə  tutub  qətlə  yetirdilər.  Əllərinə 

düşən  malları  isə  qarət  edib  apardılar.  Sonra  isə  məscidə  dolaraq  orada  olan  xalı, 

gəbə və sairə əşyaları qarət etdikdən sonra minbərinə od vurdular. 

Ermənilər  Gülablıdan  sonra  Abdal  kəndinə  hücum  edərək  onu  mühasirəyə 

aldılar. Bir  gecə-gündüz  atışma  davam etdi.  Bu davada  müsəlmanlardan 40 nəfər 

kişi, övrət-uşaq qətlə yetirildi. Ermənilər burada da məscidi qarət etdilər. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin