Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə60/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   56   57   58   59   60   61   62   63   ...   71
kitab20111201122645312

Ə  L  A  V  Ə:  Molla  Əhmədli  kəndinə  xəbər  gəldi  ki,  ermənilər  toplaşaraq 

Quşçu müsəlman kəndinə hücum edərək oranı mühasirəyə alıblar. Molla Əhmədli 

cavanları dərhal atlanaraq Quşçu kəndinə tərəf çapdılar. Onlar kəndə yaxınlaşarkən 

gördülər  ki,  ermənilər  Quşçunu  mühasirəyə  alıblar.  Müsəlmanlar  kəndin  içindən, 

ermənilər isə çölündən atışırdılar. Kənddə döyüşçülər az olduğuna görə az qalmışdı 

ki, ermənilər qələbə çalsınlər. Elə bu zaman Molla Əhmədli kəndindən gələn atlılar 

erməniləri  arxadan  mühasirə  edərək  «Ya  Əli!»  nərəsi  çəkib  hər  tərəfdən  onların 

üstünə  güllə  yağdırmağa  başladılar.  Quşçu  kəndinin  döyüşçüləri  «Ya  Əli!»  nərəsi 

çəkib  erməniləri  araya  aldılar.  Ermənilər  vəziyyəti  belə  görüb  onların  arasına 

çaşqınlıq düşdü. Beləliklə də, onlar yavaş-yavaş qaçmağa başladılar. Müsəlmanlar 

onları  güllə  və  xəncərlə  vurub  öldürdülər.  Bu  vuruşmada  əlli  nəfər  erməni 

öldürüldü,  bir  qismi  isə  yaralandı.  Qalanları  isə  qaçıb  canlarını  qurtardılar.  Molla 

Əhmədlidən  olan  cavanlar  öldürülmüş  ermənilərin  tüfəng  və  patrondaşlarını 

toplayıb Quşçu kəndinin döyüşçülərinə verdilər. Onlar kənd əhlinə təskinlik verib 

geri  qayıtdılar.  Yolda  onlar  ümumi  sayı  700  baş  qoyun  olan  ermənilərə  məxsus 

sürüyə  rast  gəldilər.  Molla  Əhmədli  cavanları  bu  qoyun  sürülərini  qabaqlarına 

qatıb kəndlərinə gətirdilər. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin