Mir Möhsün NƏvvab


ƏSGƏRAN YOLU BAĞLANANDA HÖRMƏTLİ ŞƏXSLƏRİN



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə59/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   55   56   57   58   59   60   61   62   ...   71
kitab20111201122645312

ƏSGƏRAN YOLU BAĞLANANDA HÖRMƏTLİ ŞƏXSLƏRİN 

MÜSƏLMAN TAYFASINDAN OLAN ŞƏHƏR 

KASIBLARINA ETDİKLƏRİ KÖMƏKLƏRİN MİQDARI 

VƏ ONLARIN ADLARI (1323-cü il) 

 

Bakı 


Cənab Zeynalabdin Tağızadə 

Un 750 pud 

Bakı 

Hacı Zeynalabdin Tağızadə 



Qənd, çay 105 pud 

Bakı 


Hacı Zeynalabdin Tağızadə 

Şam 2 yeşik 

Bakı 

Hacı Zeynalabdin Tağızadə 



Neft 600 pud 

 

Ağa Murtuza Muxtarzadə 



600 manat 

 

Məşədi Xəlil Ağa Həsən oğlu 



500 manat 

Qarabağ 


Cəfər bəy Vəzirzadə 

Buğda 100 pud 

Məşhəd 

Qarabağlılar 

2300 manat 



69 

 

Aşqabad 



Camaat 

2500 manat 

Gəncə 

Camaat 


700 manat 

Bakı 


Fəhlələr 

 

Bakı 



Uşaqlar 

 

Qafqaz 



Qarabağlılar 

 

Qazan 



Camaat 

 

Şamaxı 



Camaat 

318 manat 

Ordubad 

Camaat 


73 manat 

Ərdəbil 


Hacılar 

335 manat 

Şərur uezdi 

Camaat 


43 manat 

Aşqabad 


Camaat 

2600 manat 

İrəvan 

Camaat 


68 manat 

Rəşt 


Camaat 

9 manat 


 

PİÇƏNİSLİ KÜRDLƏRİNİN ERMƏNİ TAYFASI İLƏ  

BAŞ VERƏN ƏHVALATI 

 

Piçənisli  Şahqulu  Haqverdi  oğlu  özünün  iştirak  etdiyi  aşağıda  yazılan 

əhvalatı mənimlə (M. M. Nəvvabla) üzbəüz əyləşib danışmışdı. 

Piçənis  müsəlman  kəndindən  və  başqa  kürd  müsəlman  kəndlərindən  300 

nəfərə  qədər  igidlər  və  qeyrətli  cavanlar  toplaşaraq  Paşa  bəy  Murad  bəy  oğlunun 

sərkərdəliyi  ilə  atlanıb  Minkəndin  üzərinə  yeridilər.  160  evdən  ibarət  olan  bu 

kəndin  yarısı  müsəlman  idi. Paşa  bəyin  dəstəsi  ermənilərin  bir  qismini  öldürdülər 

və  yaraladılar,  bir  qismi  isə  qaçıb  dağıldılar.  Piçənisli  müsəlmanlar  bu  kənddən 

qənimət kimi 190 baş qoyun, 70 baş at və qatır apardılar. Bundan sonra onlar 200 

evdən ibarət olan Xornavar kəndinə hücum etdilər. Paşa bəyin dəstəsi bu kəndə də 

böyük zərbə vurub qənimət kimi özləri ilə 1010 baş qoyun və 8 at apardılar. 

Həmin kürd atlıları qəflətən Zivə kəndinə daxil olaraq ətrafda yerləşən beş 

erməni evini dağıdıb, mal-qarasını özləri ilə apardılar. 

Bir-iki  gün  keçdikdən  sonra  həmin  dəstə  üç  yüz  erməni  evi  olan  Əliqulu 

kəndinə hücum etdilər. Onlar həmin kəndin bir tərəfindən daxil olaraq onu yarıya 

qədər  dağıtdıqdan  sonra  əldə  etdikləri  qənimətlərlə  geri  döndülər.  Paşa  bəyin 

dəstəsi  bir  gecə  dincəldikdən  sonra  sabahısı  gün  Qaladərəsi  kəndinə  tərəf  üz 

qoydular.  Qaladərəsində  yaşayan  ermənilər  qabaqcadan  yaxşı  silahlanmış  və  hər 

tərəfdə səngərlər qurmuşdular. Onlar Paşa bəyin dəstəsini səngərlərdə silahlanmış, 

hazır vəziyyətdə qarşıladılar. Bir qədər atışmadan sonra Paşa bəyin dəstəsinin bir 

hissəsi  kəndin  kənarında  yerləşən  23  evi  ələ  keçirərək  oradan  450  qoyun,  60 

qaramal  və  dörd quyu  buğda  əldə  etdilər. Buğdanı  atlara  yükləyərək  mal-qoyunla 

birlikdə  yola  düşdülər.  Onlar  Qalədərəsi  kəndindən  uzaqlaşanadək  Paşa  bəyin 



70 

 

dəstəsinin o biri hissəsi erməniləri məşğul etdilər. Bu atışmada bir nəfər müsəlman 



həlak oldu. Onlar həlak olan yoldaşlarının cənazəsini götürüb geri qayıtdılar. 

 Paşa  bəyin  dəstəsi  bir  neçə  gün  istirahət  etdikdən  sonra  atlanıb  Cavanşir 

tərəfə  hücum  etdilər.  Əvvəlcə  150  evdən  ibarət  olan  Külədik  kəndinin  üstünə 

gəldilər.  Ermənilər  əllərində  silah  onların  qarşısına  çıxdılar.  Müsəlmanlar  «Ya 

Allah»  deyib  ermənilərin  üstünə  töküldülər  və  bir  neçə  saat  ərzində  onlardan  yüz 

nəfərini  qətlə  yetirdilər.  Bununla  bərabər,  neçə-neçə  yaralananları  da  var  idi. 

Bundan  sonra  onlar  250  baş  heyvan  da  qənimət  götürüb  evlərinə  qayıtdılar. 

Müsəlman kəndləri həmin gecə istirahət etdikdən sonra səhərisi yenə də atlandılar. 

Bu  dəfə  onlar  60  erməni  evi  olan  Damğalı  kəndinə  üz  qoydular.  Onların  az 

olmasına baxmayaraq  Paşa bəyin dəstəsinin qarşısına çıxaraq atışmağa başladılar. 

Müsəlmanlar  onların  üzərinə  hücum  edərək  karıxdırıb  və  90  nəfərəcən  ermənini 

qətlə  yetirdilər. Yaralananlar da çox idi. Bundan sonra onlar 200-ə yaxın qaramal 

və keçi qənimət götürərək geri qayıtdılar. Oradan Badara kəndinin üstünə gəldilər. 

Bu  qorxmaz  dəstə  orada  da  16  nəfər  erməni  öldürdükdən  sonra  60  baş  qaramal 

qənimət götürərək kəndlərinə qayıtdılar. 

Gecə  yatıb  istirahət  etdikdən  sonra  səhər  durub  atlarını  yəhərləyərək 

atlandılar  və  Ballıca  kəndinin  üstünə  hərəkət  etdilər.  Ermənilər  onları  hazır 

vəziyyətdə  qorxulu  qarşıladılar.  Atışma  başlandı.  Hər  iki  tayfanın  səs-küyü  və 

nərələri  dağa-daşa  səs  salmışdı.  Bir  qədər  atışandan  sonra  müsəlmanlar  30  nəfər 

erməni  öldürüb,  neçəsini  də  yaraladıqdan  sonra  qənimət  kimi  70  baş  qaramal,  12 

baş at və çoxlu miqdarda əşyalar əldə edərək geri qayıtdılar. 

Səhəri günü Paşa bəyin dəstəsi Xənəzək kəndinə hücum etdi, bu hücumdan 

əvvəl  ermənilər  öz  ağaları  Məmmədağa  Ataxan  oğluna  nankorluq  edərək  evini 

dağıtmış,  bağını  qırıb,  çobanlarını  öldürmüşdülər.  400  baş  qoyununu  isə  yığıb 

aparmışdılar.  Buna  görə  də  ermənilər  yəqin  etmişdilər  ki,  müsəlmanlar  bunun 

əvəzini  çıxacaqlar.  Odur  ki,  kəndə  Qaladan  çoxlu  silah  və  kömək  gətirmişdilər. 

Müsəlmanların  gurultusu  eşidilən  kimi  onlar  səngərə,  övrət-uşaq  isə  gizli  yerlərə 

çəkilib çığırışdılar. Müsəlmanlar onları hər  tərəfdən  mühasirəyə alaraq gülləbaran 

etməyə başladılar. Atışma dörd saat davam etdi. Dörd saat atışmadan sonra birdən 

qabaqda  haqqında  danışdığımız  Qasım  adlı  oğlana  güllə  dəydi.  Onunla  bərabər 

başqa müsəlman igidi də şəhid oldu. Bu iki cavanın qətlə yetirildiyini görən kütlə 

qəzəblənərək irəliyə  atıldılar  və erməni  səngərlərindən birini  ələ  keçirdilər. Orada 

erməniləri  öldürdükdən  sonra  daha  bir  səngəri  də  ələ  keçirdilər.  Vəziyyəti  belə 

görən ermənilər qaçmağa başladılar. Müsəlmanlar 12 evə, neçə-neçə mərəklərə od 

vurdular.  Evlərdən  və  mərəklərdən  qalxan  alovu  görən  ermənilər  vəhşətə  gələrək 

bir  parası  möhkəm  yerlərdə  gizlənirdilər.  Övrət-uşaqların  çığırtısı  və 

müsəlmanların  «Ya  Əli!»  sədası  dağlara-daşlara  düşürdü.  200-ə  qədər  erməni 

öldürdükdən və yaraladıqdan sonra kəndlərinə qayıtdılar. 

Səhərisi  gün  Paşa  bəyin  dəstəsindən  səkkiz  nəfər  seçmə  cavan  atlanaraq 

Dəduq kəndinə tərəf çapdılar. Dəduq kəndinin ətrafında yerləşən dörd ev çox əmin 




71 

 

və  möhkəm  yerdə  durmuşdu.  Ona  görə  də  burada  çoxlu  erməni  məskən  salmışdı. 



Müsəlmanlar  ermənilərin  bu  evlərdə  tutduğu  möhkəm  mövqeyi  dağıtmaq  üçün 

hündür bir yerə çıxaraq oradan bu evləri gülləbaran etməyə başladılar. Onlar dörd-

beş  nəfər  ermənini  qətlə  yetirdikdən  sonra  evdəkilər  qaçmağa  başladılar. 

Müsəlmanlar  qaçanları  təqib  edərək  atəşə  tutdular.  Onlardan  bir  neçəsini 

öldürdülər,  bir  neçəsini  də  yaraladılar.  Sonra  evlərə  qayıdıb  orada  olan  əşyaları 

qənimət kimi götürdülər, erməniləri isə əsir kimi apardılar. 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin