Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə58/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   54   55   56   57   58   59   60   61   ...   71
kitab20111201122645312

 

 


67 

 

VAĞADÜ DAVASI (1323-cü il zilhiccə ayı) 



 

Yuxarıda zikr olunan əhvalatdan bir neçə gün sonra erməni tayfası yenə də 

toplaşaraq  müsəlman  kəndlərinə  hücum  etmək  üçün  bir  dəstə  yaradır.  Yaxşı 

silahlanmış  bu  erməni  dəstəsi  Stepan  Stepanyans  adlı  bir  qımdatın  rəhbərliyi 

altında atlanaraq Vağadü müsəlman kəndinə hücum etdilər. Vağadü kəndi Sisyan 

mahalında  yerləşirdi.  Orada  yaşayanların  hamısı  müsəlman  idi.  Erməni  dəstəsi 

kəndi  mühasirəyə  alırlar.  Qabaqcadan  hazırlıq  görərək  silah  və  patron  tədarük 

etmiş  və  gizli  yerlərdə  səngərlər  düzəltmiş  Vağadü  kəndinin  əhalisi  tez  bir 

zamanda  silahlanaraq  səngərlərə,  damların,  daşların  dibində  müdafiə  üçün 

hazırlanmış  mövqelərə  girərək  erməniləri  hər  tərəfdən  atəşə  tutmağa  başladılar. 

Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox erməni vurub yıxdılar. İkinci 

atışmada  isə  ölən  ermənilərin  sayı  yetmişdən  çox  idi.  Üçüncü  dəfə  onlar  «Ya 

Allah», «Ya Əli, səndən mədəd» deyib daha şiddətli atəş açmağa başladılar və yüz 

nəfərəcən  erməni  öldürdülər.  Ermənilərə  rəhbərlik  edən  Stepan  Stepanyans  adlı 

qımdat  karıxıb  bilmirdi  ki,  nə  etsin.  Bu  zaman  müsəlmanların  atəşindən  üç  güllə 

ona  dəyib  yerə  sərdi.  Ermənilər  öz  başçılarının  yerə  yıxılaraq  çabaladığını  görən 

kimi  qaçmağa  başladılar.  Müsəlmanların  təqib  etdiyi  ermənilərin  bir  hissəsi 

Stepanyans  vurulan  yerə  gəldilər.  Gördülər  ki,  hələ  ölməyib.  O,  əlindəki  tüfəngi 

götürüb  daşa  çırpdı  ki,  müsəlmanlara  qismət  olmasın.  Tüfəngin  qundağı  sınsa  da, 

özü salamat qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb 

dişi  ilə  parça-parça  etdikdən  sonra  yıxılıb  öldü.  İrəli  gəlib  gördülər  ki,  həmin 

əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə bir neçə min 

manat pul var imiş. Belində də bir onaçılan qəribə tapança var idi. Deyilənə görə, 

onun  qoltuğundan  bir  kağız  da  çıxıb.  O  kağızda  bu  sözlər  yazılıbmış:  «Qafqaz 

ermənilərinin qubernatoru Stepanyans». 

Xülasə,  ermənilər  öz  yaralılarını  da  götürüb  getdilər.  Bu  vuruşmada 

ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü təxmin edildi. 

 1323-cü  ilin  zilhiccə  ayının  5-ci  günündə  ermənilər  Əsgəran  yolunu 

bağladıqlarına  görə  Ağdamdan  generalın  başçılığı  ilə  iki  dəfə  top-tüfənglə 

silahlanmış  qoşunun  müşayiəti  ilə  arabalarla  Qalaya  azuqə  və  sursat  gətirdilər. 

General  Qalada  olarkən  Xəlfəli  kəndindən  gələn  müsəlmanlar  generala  şikayət 

etdilər ki, ermənilər kəndi atəşə tuturlar. General onların səbirli olmasını məsləhət 

gördü və ermənilərin cəzalandırılacağını söylədi. General göstəriş verdi ki, bundan 

sonra  kimdə  tüfəng,  yaxud  tapança  tutularsa,  yəni  həmin  adam  ya  üç  ay  həbs 

olunacaq,  ya  da  üç  min  manat  cərimə  verəcək.  Bu  məqsədlə  general  bir  dəstə 

kazakla  şəhəri  dolanırdılar.  Bundan  sonra  general  on  iki  at  qoşulmuş  bir  divar 

dağıdan  top  və  xeyli  kazakla  gəlib  hündür  bir  dağ  başında  dayandılar.  Həmin 

yerdən  ermənilərin  bir  neçə  kəndi  aydın  görünürdü.  General  əmr  etdi  ki, 

Şuşakəndə,  Kərgicahana,  Qaybalıya  və  Daşkəndə  həmin  topdan  atəş  açsınlar. 

Kazaklar  həmin  topdan  bu  kəndlərə  yetmiş  dəfə  atəş  açdılar.  Mərmilər  düşən 




68 

 

yerlərdə  hər  şeyi  darmadağın  edərək  toz-torpağı  asimana  qaldırırdı.  Ermənilər 



divanxanaya  30-40  nəfərlik  nümayəndə  göndərib  barışıq  izhar  etdilər.  Bundan 

sonra  dükanlar  alış-veriş  etməyə  başladılar.  Erməni  tayfası  müsəlmanlara  əziyyət 

vermək  üçün  Əsgəran  yolunu  bağlasalar  da,  həqiqətdə  bu  zülmü  müsəlmanlara 

yox, özlərinə edirdilər. Ona  görə ki, müsəlmanların evlərində  qabaqcadan tədarük 

etdikləri malları və ərzaqları çox idi. Lakin ermənilər və müsəlmanlar dəyirmanları 

yandırdıqlarından Qalada  un  get-gedə azalırdı. Qalada olan qəriblər, miskinlər və 

kasıblar  üçün  vəziyyət  daha  da  gərginləşdi.  Çünki  demək  olar  ki,  bütün  çörək 

dükanları bağlanmışdı. Amma evlərdə və bazarlarda buğda və darı hələ çox var idi. 

Odur ki,  camaat əlacsız qalıb evlərdə əl dəyirmanları,  yəni kirkirələri işə salmağa 

məcbur oldular. Buğdanı  əl dəyirmanı ilə çəkib un edirdilər. Bazar və dükanlarda 

isə bişmiş noxud və lobya satırdılar. Amma əl dəyirmanı az olduğuna görə xalq bir 

qədər  undan  korluq  çəkirdi.  Bir  gün  təsadüfən  qədim  evin  həyətindən  otuz  cüt  əl 

dəyirmanı  çıxdı.  Bu  əl  dəyirmanı  həyətdə  torpağa  basdırılmış  idi.  Bunların 

tapılması xalqın işini yüngülləşdirdi. Belə ki, hər kəs istədiyi vaxt əl dəyirmanını 

aparıb istifadə edə bilərdi. Amma bu erməni tayfasının bazarında azuqə və yemək 

tapılmırdı.  Əgər  müsəlman  bazarında  və  dükanlarında  qəndin  bir  girvəngəsi  6-7 

şahı idisə, erməni dükanlarında dörd abbası idi. Müsəlmanlarda buğdanın bir pudu 

yeddi  abbası  idisə,  ermənilərdə  14  abbası  idi.  Digər  ərzaq  malları  və  əşyalar  da 

müsəlman dükanlarına nisbətən erməni bazarında olduqca baha idi. Odur ki, onlar 

müsəlmanlardan daha çox korluq çəkirdilər. 

Zilhiccə ayının 7-də müsəlmanlarla ermənilər arasında barışıq elan olundu. 

Bu barışıq ermənilər üçün böyük savab iş kimi qiymətləndirildi. Onlar dəstə-dəstə 

müsəlman  bazarlarına  dolaraq  dəsmal-dəsmal,  çuval-çuval,  qoltuq-qoltuq  hər  cür 

ərzaq  malları,  yeməli  şeylər,  quru  meyvələr  və  bişmiş  çörək  alıb  sevinə-sevinə 

evlərinə  aparırdılar.  Sən  demə,  onlarda  heç  nə  yox  imiş.  Bir  həftədə  müsəlman 

bazar və dükanlarında neçə min manatlıq ərzaq və quru meyvə alveri oldu. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin