Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə29/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   25   26   27   28   29   30   31   32   ...   71
kitab20111201122645312

İBRƏTAMİZ ƏHVALAT 

 

Bir  gün  mən  (M.  M.  Nəvvab)  bazardan  keçərkən  gördüm  ki,  xalq  yığışıb 

nəyəsə  tamaşa  edirlər.  Yaxınlaşıb  baxanda  gördüm  ki,  Əbdül  adlı  bir  kişi  tələ  ilə 

üç-dörd  siçan  tutub,  yanına  da  bir  şüşə  neft  qoyub,  siçanların  üstünə  neft  tökərək 

bir—bir  yandırıb buraxırdı. Siçan od tutan  kimi bərk qaçmağa başlayır  və o daha 

da  alovlanırdı.  Bir  az  o  yan-bu  yana  qaçdıqdan  sonra  yıxılıb  yanırdı.  Mən  bunu 

görəndə əsəbiləşib o kişiyə dedim ki, ay kişi, bu nə insafsız işdir ki, sən tutursan? 

Allahın  məxluquna  zülm  edərək  od  vurub  yandırırsan.  Belə  iş  etmə  ki,  Allah-

təalaya xoş gəlməz. Və bu zülmlərin cəzasını tezliklə verər. Siçanları yandıran kişi 

mənə  dedi  ki,  onlar  mənim  torbamı  deşib  zərər  vurublar.  Mən  də  gərək  əvəzində 

bunları yandıram. Bundan sonra mən Əbdül kişidən ayrılıb evimə getdim. 

Bu  əhvalatdan  bir  neçə  gün  keçdikdən  sonra  siçanları  yandıran  Əbdül  kişi 

bir  şəxsə  barıt  satdığı  zaman  manqaldan  bir  qığılcım  barıt  torbasına  düşür.  Bir 



42 

 

batmana  qədər  barıta  od  düşən  kimi  gurultu  ilə  böyük  partlayış  olub,  dükandakı 



bütün  malların  hamısını  havaya  sovurur.  Bu  partlayışdan  Əbdülün  özü  də  od 

tutaraq siçanlar qaça-qaça  yandığı  kimi, o da qaça-qaça yanıb həlak oldu. Onunla 

bərabər,  iki  nəfər  də  yanmışdı.  Lakin  onları  ölümdən  xilas  etmək  mümkün  oldu. 

Əbdül kişinin həm özü öldü, həm də dükanı ilə bütün malları yanıb məhv oldu. 

Qərəz,  bu  nəsihətamiz  sözlərdən  məqsəd  odur  ki,  bəlkə,  erməni  tayfasının 

bir-iki nəfərinin qəlbinə insaf nuru yol tapa, şeytan əməllərinə qulluq edən kəslərə 

nəsihət  verib,  onları  tutduqları  qeyri-bəşəri  əməllərdən  çəkindirə.  Bəlkə,  bundan 

sonra gördükləri bu əməllərin peşmançılığını çəkməyələr. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin