Mir Möhsün NƏvvab


-ci İLİN OKTYABR AYINDA BAKIDA BAŞ VERƏN ƏHVALAT



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə32/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   28   29   30   31   32   33   34   35   ...   71
kitab20111201122645312

1905-ci İLİN OKTYABR AYINDA BAKIDA BAŞ VERƏN ƏHVALAT 

 

Padşahın  şadlıq  günündə  rus  və  müsəlman  camaatı  «ura»  deyə-deyə 

küçələri dolanır və türk dillərində şüarlar oxuya-oxuya küçələri dolanırdılar. Ruslar 

öz  qırmızı  bayraqlarını  qoyub  imperatorun  şəkli  ilə  öz  milli  bayraqlarını  götürüb 

dolanırdılar.  Müsəlmanlar  da  onlara  qarışıq  qubernatorla  birlikdə  Böyük  kilsəyə 

gəlib  dualar  oxudular.  Bundan  sonra  isə  qubernator  baş  keşişlə  birlikdə  «Qasım 

bəy»  məscidinə  gəldilər.  Orada  da  dualar  oxudular.  Bu  vaxt  bərk  yağış 

yağdığından  camaat  dağıldı.  Bir  dəstə  kilsənin  qabağından  keçərkən  gördülər  ki, 

bir rus əlində qırmızı bayraq hündür bir yerə çıxaraq hökumətə qarşı nitq söyləyir. 

Camaat  tökülüb  onu  tutdular  və  sonra  döyüb  öldürdülər.  Divan  da  buna  mane 

olmadı. 

Yenə də 20 oktyabrda dövlətin ziddinə gedən camaat cəm olub istədilər ki, 

həbsxananı  açaraq  məhbusları  azad  etsinlər.  Rus  qoşunu  bunun  qarşısını  aldı. 

Toqquşma  nəticəsində  camaatdan  on  səkkiz  nəfər  yaralandı.  Həmin  gün  Bibi-

Heybət yolunda qırmızı bayraq qaldıranlarla milli bayraq daşıyanlar arasında bərk 

vuruşma  və  atışma  oldu.  Nəticədə  bir  adam  öldü,  iki  nəfər  isə  yaralandı.  Həmin 

hadisə haqqında erməni qəzetləri yazırdı ki, bu toqquşmada yüz nəfər erməni ölüb. 

21  oktyabrda  bir  dəstə  rus  kazakları  öz  əziz  günləri  münasibətilə  əllərində 

padşahın  şəkli  küçə  ilə  hərəkət  edirdilər.  Ruslar  Mirzəyans  adlı  varlı  və  mənsəb 

sahibi erməninin evinin qabağından keçəndə həmin evdən kazakların üstünə güllə 

atdılar.  Həmin  saat  kazaklar  evi  mühasirəyə  aldılar  və  hər  tərəfdən  neft  töküb 

odladılar.  Ev  yanıb  külə  döndü.  Kazaklar  yanğın  söndürən  müvəkkilləri  də  evi 

söndürməyə qoymadılar. Ev alışıb yanarkən yel vurub qonşu erməni evlərinə də od 

saldı. Bunun nəticəsində də bütün evlər yandı. 

Həmin  əhvalatdan  sonra  rus  kazak  dəstəsi  ermənilərin  dükanlarına  hücum 

çəkərək  talan  və  tarac  etdilər.  Sonra  isə  kazaklar  erməni  varlıları  olan  Lalayevin, 

Kələntərovun  dükanlarının  əmlakını,  eləcə  də  Tağızadənin  dükanlarını  icarəyə 

götürmüş ermənilərin mallarını və əşyalarını talan etdilər. Bu toqquşmada ölənlərin 

və  yaralananların  sayı  qırx  nəfərə  çatmışdı.  Onun  da  əksəriyyəti  erməni  idi.  Bu 

əhvalatdan  sonra  qubernatorun  əmri  ilə  rus  kazakları  erməni  küçələrindən 

köçürülərək müsəlman məhəllələrində yerləşdirildi. 

Oktyabrın  23-də  ruslar  qubernatorun  iqamətgahında  məsləhət  toplantısı 

keçirirdilər.  Bu  toplantıda  ermənilərdən  başqa,  bütün  millətlərin  nümayəndələri 

iştirak  edirdilər.  Toplantıya  ermənilər  özləri  gəlməmişdilər.  Məsləhətdən  sonra 




44 

 

kazaklar  gəlib  qubernatordan  erməniləri  cəzalandırmağa  icazə  verməsini  xahiş 



etdilər. Qubernator onları sakitləşdirdi. Bir az keçdikdən sonra yenə bir dəstə kazak 

padşahın  övrətinin  şəklini  millət  bayrağı  ilə  birlikdə  əllərinə  götürüb  küçə-bazarı 

gəzməyə  çıxdılar.  Onlar  erməni  məhəlləsinə  gəlib  çatanda  yenə  onların  üstünə 

evlərin birindən güllə atdılar. Güllə atılan ev erməni tərəfindən icarəyə götürülmüş 

müsəlman  evi  idi.  Dərhal  kazaklar  həmin  evi  gülləbaran  edərək  ermənilərin 

evlərini  yandırmağa  başladılar.  Bu  hadisədə  öldürülənlərin  və  yananların  sayı  on 

altı nəfər olmuşdu. Yaralananların  miqdarı isə  məlum deyildi. Yenə həmin günün 

gecəsi atışmalar oldu. Bir erməni evi yandırıldı. 

Oktyabr  ayında  baş  vermiş  toqquşmalarda  əlli  yeddi  nəfər  adam 

öldürülmüşdür ki, bunlardan  əlli biri erməni, biri rus, biri gürcü, biri yəhudi, ikisi 

isə müsəlman idi. Yaralananların sayı isə 59 nəfər idi. Onlardan 38 nəfəri erməni, 

14-ü  rus,  biri  yəhudi,  biri  nemes,  4  nəfəri  müsəlman  və  biri  nə  millət  olduğu 

məlum olmadı. Yandırılmış evlərin miqdarı isə 28 ədəd idi. Onlardan 24-ü erməni, 

biri  rus,  biri  isə  müsəlman  evi  idi.  Bunlarla  yanaşı,  iki  şəhər  budkası  da 

yandırılmışdı.  İğtişaşlar  zamanı  dəyən  zərərin  miqdarı  məlum  olmamışdır.  Bu 

iğtişaşa və xəsarətə erməni tayfası bais olmuşdur. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin