Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə34/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   30   31   32   33   34   35   36   37   ...   71
kitab20111201122645312

Ə L A V Ə: Kərbəlayı Məhəmməd adlı bir yaxşı papaqçı var idi. O, tikdiyi 

papaqların  bir  qismini  aparıb  erməni  bazarında  satardı.  Ermənilərin 

namərdliklərindən yaxşı hali olan adamlar Kərbəlayı Məhəmmədi erməni bazarına 

getməkdən  çəkindirməyə  çalışırdılar.  Mən  özüm  (M.  M.  Nəvvab)  iki  dəfə  onun 

erməni bazarına papaq apardığını görüb, məzəmmət etmiş və erməni bazarından əl 

çəkməsini  ona  təkrar-təkrar  demişdim.  Bu  məsləhətləri  qulaqardına  vuran 

Kərbəlayı Məhəmməd həmin günün axşamı, yəni şəvval ayının 8-ci günü bir neçə 

papaq götürüb satmaq üçün yenə erməni bazarına gedir. Ermənilər onu bir hiylə ilə 

daldaya çəkib öldürmüş, cəsədini isə gizlətmişdilər. 

Ə L A V Ə: Yenə həmin gün ermənilərə xəbər gəldi ki, Turşsuyun yolunda 

müsəlmanlar iki erməni öldürüb, başlarını kəsiblər. Bu xəbəri eşidən kimi, bir dəstə 

erməni  cavanları  silahlanaraq  fəryad  çəkə-çəkə  ermənilər  öldürülən  tərəfə 

yollandılar.  Bazarda  alış-verişlə  məşğul  olan  ermənilər  bu  fəryadı  eşidən  kimi 

həyəcanlı  şəkildə  dükanlarını  bağlayıb,  meydana  yığıldılar.  Hər  tərəfdən  müxtəlif 

çağırış  və  haray  səsləri  gəlirdi.  Rus  tayfasından  olan  bir  nəfər  bu  vəziyyəti  görən 

kimi qaçıb divanxananın qabağına  gəldi.  Burada  o,  müsəlmanlara  xəbər  verdi  ki, 

nə  durmusunuz,  ermənilər  davaya  hazırlaşırlar,  bu  saat  sizin  üzərinizə  hücuma 




47 

 

başlayacaqlar.  Bu  xəbəri  müsəlmanlara  çatdırdıqdan  sonra  həmin  rus  qoşun  hazır 



olmaq üçün zəng çaldı. 

Bu  xəbəri  eşidən  müsəlmanlar  dükanlarını  bağlayıb  silahlandıqdan  sonra, 

səngərlərə qaçdılar və davaya hazır vəziyyət aldılar. 

Ermənilər  də  kilsələrin  damında,  evlərdə  və  küçələrdə  hazırladıqları 

səngərlərə doluşmuşdular. 

Divan  əhli  əhvalatdan  xəbərdar  olan  kimi  bir  dəstə  əsgər  götürüb,  musiqi 

çala-çala erməni məhəllələrindən keçərək müsəlman məhəlləsindən bazara gəldilər. 

Camaat əhvalatdan xəbərdar olan kimi sakitləşərək hərə öz yerinə qayıtdı. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin