Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə36/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   32   33   34   35   36   37   38   39   ...   71
kitab20111201122645312

QALA ƏHVALATI 

 

Şəvval ayının 9-cu günündə ermənilər yenə Yel dəyirmanı adlanan qayanın 

üstündən  aşağı  enib,  aşağıda  qayaların  arxasında  gizlənirlər.  Bu  zaman  üç  nəfər 

müsəlman qabaqlarında da odun yüklənmiş ulaqları danışa-danışa oradan keçərkən 

həmin  qayaların  arxasında  gizlənən  ermənilər  daşların  arxasından  çıxıb  onları 

gülləyə  tutdular.  Məmiş  adlı  qalalıya  güllə  dəyən  kimi  həlak  oldu.  O  birisi  isə 

qolundan  yaralandı.  Üçüncü  odunçu  isə  salamat,  erməniləri  söyə-söyə  qaçıb 

Qalaya  xəbər  gətirdi.  Xalq  gedib  həmin  yaralını  gətirib  xəstəxanaya  qoydular. 

Həlak  olanı  isə  dəfn  etdilər.  Bundan  sonra  baş  vermiş  əhvalat  haqqında  divana 

xəbər  verdilər.  Həmin  günü  müsəlmanlar  da  enib  yolda  dörd  nəfər  erməni 

öldürdülər. Onlardan biri daşaltılı, üçü isə Şuşakənddən idi. 

Bu vaxt xəbər gətirdilər ki, aşağı Bağlarda səkkiz yüz müsəlman atlısı cəm 

olmuşdur.  Lakin onların  məqsədləri heç  kəsə  məlum deyildi. Heç kəs bilmirdi ki, 

onlar Qalaya gələcəklər, yoxsa erməni kəndlərinə hücum edəcəklər. 

Qaladakı erməni tayfası bu xəbəri eşidən kimi təşvişə düşdülər və vəhşətlə 

divan  böyüklərini  görüb  xahiş  etdilər  ki,  gərək  biz  müsəlmanlarla  yenidən  sülh 

bağlayaq. Bundan  sonra divan böyükləri bir dəstə rus əsgəri götürüb  musiqi çala-

çala erməni nümayəndələri və keşişləri ilə müsəlman bazarına gəldilər. Cənab qazi 

və  cənab  Əbdürrəhman  ağa  da  xeyli  müsəlmanlarla  onların  yanına  gəldilər. 

Həsənəli  bəy  orada  iki  xalq  arasında  əmin-amanlığın  qorunub-saxlanması  naminə 

bir nitq söylədi. Erməni keşişi də çıxış etdikdən sonra hər iki xalqın nümayəndələri 

divan  böyükləri  ilə  birlikdə  erməni  bazarına  gəldilər.  Erməni  bazarındakı 

toplantıda  isə  keşiş  və  Haşım  bəy  nitq  söylədilər.  Haşım  bəy  ermənilərə  xitab 

edərək dedi: 

— Ey cəmaat, bu nə fitnə-fəsaddır salmısınız iki millət arasında? Bu qədər 

məxluqatın  dincliyini  kəsmişsiniz.  Əgər  bu  işlərlə  məqsədiniz  sosialistlikdirsə, 

onların qaydaları belə deyil. Bir məqsəd və səbəb olmaya-olmaya nə üçün bu qədər 

nahaq  qanlara  bais  olub,  uşaqları  yetim,  övrətləri  dul,  gözü  yaşlı  qoyursunuz. 

Onların  ahu-naləsinin  göyə  yüksəlməsinə  razı  olursunuz?  Əgər  könlünüz  dava 

istəyirsə  və  özünüzü  igid  hesab  edirsinizsə,  onda  gərək  övrətlər  kimi  daşların 

dalında və evlərdə gizlənib qəflətən yolla gəlib-gedəni namərdcəsinə vurmayasınız 

və sinənizə döyüb özünüzü qəhrəman kimi aparmayasınız. Davanın qaydası belədir 

ki,  siz  də,  müsəlmanlar  da  çıxalar  bir  düz  yerə,  üzbəüz  tüfənglə,  yaxud  qılıncla, 



49 

 

yaxud xəncərlə mərdi-mərdanə bir-birinizlə vuruşasınız. Ya siz müsəlmanlara qalib 



gələrsiz, ya da müsəlmanlar sizin nəslinizi bu şəhərdən yox edər. Bununla da bütün 

məxluqatın  canı  dincələr.  Məgər  xudavəndi-aləmdən  qorxmursunuz,  adlarını 

qımdat  qoymuş  bir  neçə  erməni  quldurlarının  həftədə  bir  çaxırın  kefi  başlarına 

vurarkən  iki  millət  arasına  fitnə-fəsad  salıb,  nahaq  qanlara  bais  olurlar.  Sizlər  də 

onların  sözlərinə  baxıb,  özünüzü  təhlükəyə  salırsınız.  Bunun  nəticəsində  də  nə 

qədər  adamlarınız  və  mallarınız  tələf  olur,  mülkləriniz  yandırılıb  xarabalığa 

çevrilir. Özünüz görürsünüz ki, dava vaxtı 10 nəfər müsəlmandan öləndə min nəfər 

sizdən tələf olur. Quldurların sözünə qulaq asmayın. Allah-təalanın yoluna qayıdın. 

Haşım  bəydən  sonra  cənab  Əbdürrəhman  ağa  və  cənab  qazi  xütbələrdə 

fatihə oxudular. 

Bu barışıq günü yuxarıda haqqında danışdığımız əhvalat zamanı öldürülmüş 

müsəlmanların  qatilini  gətirib  divana  təhvil  verdilər.  Onlar  iki  nəfər  idilər. 

Onlardan  biri  Qaybalı  kəndlisi  erməni  dəmirçi  Mirzə  idi.  Divan  hər  ikisini 

həbsxanaya göndərdi. 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin