Mir Möhsün NƏvvab


    ERMƏNİLƏRİN PAXILLIĞI VƏ HİYLƏSİ



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə66/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   63   64   65   66   67   68   69   70   71
kitab20111201122645312

 


76 

 

ERMƏNİLƏRİN PAXILLIĞI VƏ HİYLƏSİ 



 

Yuxarıda  göstərildiyi  kimi,  kazakların  Qarabağda  ermənilərin  başına 

gətirdiyi müsibətlər və müsəlmanlara qarşı isə hörmətlə yanaşmaları erməniləri çox 

narahat  edirdi.  Odur  ki,  ermənilər  paxıllıqdan  rahat  ola  bilmir,  onların  başlarına 

gətirilmiş  müsibətlərə  müsəlmanların  da  düçar  olması  və  kazaklar  yanında 

hörmətlərini  itirməsi  üçün  tədbirlər  tökürdülər.  Neçə-neçə  erməni  qımdatları 

yığışıb bu fikir ətrafında baş partladırdılar. Xankəndində ermənilər iki rus kişisinə 

və  övrətlərinə  üç  yüz  manat  pul  verərək  onlardan  xahiş  etdilər  ki,  müsəlmanların 

da dövlət yanında müqəssir olmaları üçün bir tədbir görsünlər, bizim kimi kazaklar 

onların da mal-dövlətini qarət etsin və qadınlarının ismətlərinə toxunsunlar. 

Ruslar bu təklifi qəbul edərək ermənilərin məqsədini həyata keçirmək üçün 

övrətləri ilə arabaya minib Ağdama yola düşdülər. Onlar iki bağın arasından keçən 

yola çatanda birdən dad-fəryad çəkdilər: 

— Ay gəlin, müsəlmanlar bizi soydular, əynimizdə, əlimizdə hər nə var idi, 

aldılar! Bizi lüt etdilər! 

Bu qərarla Ağdam hakiminin yanına gəldilər. O, rus idi. Hakim gördü ki, bu 

dörd  nəfəri  elə  soyublar  ki,  əyinlərində  alt  paltardan  başqa  bir  şey  qalmayıb. 

Hamısı  soyuqdan  tir-tir  əsirlər.  Hakim  qəzəblənərək  əhvalatı  dərhal  generala 

yazmaq  və  müsəlmanları  tənbeh  etmək  istədi.  Bu  zaman  müsəlman  olan  yasavul 

osetin  hakimin  yanına  daxil  olaraq  rusların  gəldiyi  arabada  axtarış  aparmaq  üçün 

icazə  istədi.  Osetin  hakimdən  razılıq  əldə  etdikdən  sonra  gəlib  arabanın  içindəki 

otu o tərəf-bu tərəfə çəkib yoxlayanda gördü ki, ruslar və onların övrətlərinin bütün 

paltarları  və  çəkmələri  otun  altındadır.  Əhvalatdan  xəbərdar  olan  hakim 

qeyzlənərək həmin rusların və arabaçının döyülməsi haqqında əmr verdi. Övrətlərə 

isə  dedi  ki,  bu  saat  doğrusunu  deyin  görüm  bu  nə  işdir,  yoxsa  sizi  həbsxanaya 

göndərəcəyəm.  Matuşkalar  dedilər  ki,  bizi  nə  döyün,  nə  də  həbsxanaya  göndərin, 

əhvalat belədir: Qımdatlar bizə üç yüz manat pul verərək bu hiyləyə təhrik etdilər 

ki,  biz  müsəlmanları  belə  bir  əməllə  günahlandıraq  və  bunun  nəticəsində  ruslar 

onları cəzalandırsınlar. Biz də bunu edə bilmədik. Hiyləmizin üstü açıldı. 

Müsəlmanlar  onlara  qarşı  yönəldilmiş  bu  hiylənin  üstünü  açdığına  görə 

xeyli pul yığıb həmin osetinə verdilər və böyük təşəkkürlərini bildirdilər. Beləliklə, 

ermənilərin  növbəti  hiyləsi  faş  olub,  rüsvay  oldular.  Ona  görə  də  atalar  deyib  ki, 

başqasına quyu qazanın özü düşər. Yaxud, hər nə əkərsən, onu da biçərsən. 

 

 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin