2
Elmi redaktor:
prof. H.Ə.Əlizadə
Rəyçilər:
prof. L.N.Qasımova
prof. R.L.Hüseynzadə
dos. R.S.Əliyev
p.ü.f.d. L.A.Əliyeva
İsmixanov M.A., Bayramov H.B., Vəliyeva S.V. Ali
məktəb pedaqogikası. Dərs vəsaiti. Bakı: ADPU nəşriyyatı,
2019, 240 s.
Dərs vəsaitində ali məktəb pedaqogikasının əsas problemləri
şərh olunur. Burada ali məktəbdə pedaqoji
prosesin və yüksək ixti-
saslı mütəxəssis hazırlığının elmi əsasda təşkili və idarə olunması
məsələləri öz əksini tapmışdır. Dərs vəsaiti ali məktəbdə elmi-pe-
daqoji fəaliyyətə hazırlanan magistrant və doktorantlar üçün nəzərdə
tutulmuşdur. Ondan müvafiq kursu tədris edən ali məktəb müəl-
limləri, habelə təhsil işçiləri də istifadə edə bilərlər.
Dərs vəsaiti Азярбайъан Республикасы Тящсил
nазиринин 08 dekabr 2011-ci ил тарихли 1108 nömrəli
ямриnя əsasən Odlar Yurdu Universitetinin qərarı ilə
təsdiq edilmişdir.
©ADPU nəşriyyatı, 2019
3
GİRİŞ
Ali məktəb pedaqogikası, pedaqogikanın bir qolu kimi,
elmi biliklər sistemində nisbətən gənc sahədir. O, ümumi peda-
qogikadan təxminən XX əsrin ortalarında ayrılmış,
müstəqil
elm kimi formalaşmağa başlamış, inkişaf edən cəmiyyətin
tələbatı kimi meydana gəlmişdir. Cəmiyyət inkişaf etdikcə yük-
sək ixtisaslı kadrlara, müstəqil və yaradıcı
düşünən mütəxəs-
sislərə ehtiyac duyur. Bunsuz ictimai həyatın heç bir sahəsində
irəliləmək mümkün deyildir.
Bütün dünyada olduğu kimi, respublikamızda da müasir
elmi-texniki tərəqqinin tələblərinə cavab verən
mütəxəssislərin
hazırlanmasına böyük diqqət yetirilir. Ali təhsildə ciddi islahat-
lar aparılır, dünya təhsilinə inteqrasiya prosesi gedir. Bu sahədə
ali məktəb pedaqogikası da mühüm rol oynayır. Ali məktəb
pedaqogikası müasir ali məktəbdə pedaqoji prosesin və yüksək
ixtisaslı mütəxəssis hazırlığının elmi əsasda təşkili və idarə
olunması məsələlərini tədqiq edir.
Ali məktəb pedaqogikası bir
çox cəhətdən orta məktəb
pedaqogikasından fərqlənir. Bu fərq onun tədqiqat obyekti və
predmetində, təlim və tərbiyənin məzmunu, vasitə,
metod və
formalarında, tədris prosesinin elmlə inteqrasiyasında, tədrisin
mütəxəssis hazırlığına yönəlməsində,
habelə müəllimin işinin
xarakterində, ali məktəbin idarə olunmasında özünü göstərir.
Bu xüsusiyyətlərə uyğun olaraq ali məktəbdə pedaqoji prosesi,
orta məktəbdən fərqli yeni əsaslarda qurmaq lazım gəlir.
Təqdim olunan vəsait ali məktəb pedaqogikasının özünə-
məxsus cəhətlərinin, əsas problemlərinin şərhinə həsr olunmuş-
dur. Onun tərtibində Bakı Dövlət Universitetinin pedaqogika
kafedrasında işlənib hazırlanmış müvafiq proqram əsas götü-
rülmüşdür. Vəsait hazırlanarkən Azərbaycan
və rus dillərində
mövcud dərslik və dərs vəsaitlərindən istifadə edilmiş, müəllif-
lərin BDU-nun magistraturasında oxuduğu mühazirə material-
ları əsas götürülmüşdür.
Vəsait haqqında öz rəy və mülahizələrini, tənqidi qeydlə-
rini bildirən oxuculara qabaqcadan öz minnətdarlığımızı bildi-
ririk.