6
təxəssislərin hazırlanması və tərbiyəsində, tələbə özünüidarəsinin
inkişafında onların rolunu tədqiq etmək.
7. Ali məktəbə rəhbərlik məsələlərini öyrənmək, idarə-
etmə strukturlarının optimal forma və metodlarını, pedaqoji
əsaslarını müəyyənləşdirmək.
8. Ali təhsil islahatı ilə bağlı aktual problemlərin həll
edilməsi.
Göründüyü kimi, ali məktəb pedaqogikası qarşısında du-
ran problemlərin araşdırılması, ali məktəbdə tədris-tərbiyə və
elmi fəaliyyətin, idarəetmənin çox müxtəlif aspektlərinin təd-
qiqi ali təhsilin və mütəxəssis hazırlığının yeni keyfiyyət mər-
hələsinə qaldırılmasına, təhsilimizin dünya təhsil sisteminə in-
teqrasiyasına imkan verəcəkdir.
Ali məktəb pedaqogikası, bir elm kimi, pedaqoji elmlər
sistemində özünəməxsus yer tutur, cəmiyyətin ali məktəb qar-
şısında qoyduğu çox mühüm nəzəri və praktik məsələlərin həl-
linə kömək göstərir. Ali məktəb pedaqogikasını elm və tədris
fənni kimi fərqləndirmək lazımdır. İkinci halda o, gələcəkdə
elmi-pedaqoji fəaliyyətə hazırlaşan magistrant və doktorantlar
üçün ali məktəb məsələlərini öyrənməkdə mühüm mənbə
rolunu oynayır.
Ali məktəb pedaqogikasına yiyələnməklə gələcək müəl-
limlər ali məktəbdə elmi-pedaqoji fəaliyyətə daha yaxşı hazır-
lana bilərlər.
Dostları ilə paylaş: