14
duksiya və deduksiya, modelləşdirmə, müqayisəli-tarixi təhlil
metodları.
Nəzəri təhlil (analiz) metodu pedaqoji hadisələri tərkib his-
sələrinə bölməyi, başlıca əlaməti, xüsusiyyəti ayırmağı
nəzərdə
tutur. Təhlil həmişə
tərkiblə (sintezlə) – ayrı-ayrı hissələrin, əla-
mətlərin əlaqələndirilməsi, ümumiləşdirilməsi metodu ilə mü-
şayiət olunur, onunla tamamlanır. Təhlil və tərkibin vəhdəti
pedaqoji hadisələrin mahiyyətini dərk etməyə, ümumidə xüsusi,
xüsusidə isə ümumi cəhəti tapmağa imkan verir.
Pedaqoji
tədqiqatlarda çox vaxt induksiya (konkret fakt-
lardan ümumi nəticələr çıxarmaq) və
deduksiya (ümumi nəticə-
ni konkret faktlara tətbiq etmək) metodlarına da müraciət olu-
nur.
Modelləşdirmə – müəyyən pedaqoji sistemi xüsusi ana-
loqlar (modellər) yaratmaq yolu ilə təsvir etmək metodudur. Bu
metod əyani – obrazlı şəkildə (sxem, çertyoj, sözlə təsvir),
öyrənilən pedaqoji prosesi xarakterizə etməyə imkan verir. Bu
yolla, məsələn, dərsin quruluşunun, onun müxtəlif tiplərinin,
şəxsiyyətin inkişafının səmərəli modelini qurmaq olar.
Müqayisəli – tarixi təhlil metodu müxtəlif tarixi dövr-
lərdə, dünya təcrübəsində ayrı-ayrı pedaqoji sistemləri müqa-
yisəli şəkildə öyrənməyə, bu
əsasda müasir pedaqoji prob-
lemlərin həlli yollarını müəyyənləşdirməyə imkan verir.
Pedaqoji tədqiqatda bəzən
empirik-nəzəri metodlar əla-
qəli şəkildə tətbiq olunur. Belə metodlara eksperiment, təcrübi-
eksperimental iş, sınaq metodları daxildir.
Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yox-
lamaq metodudur. Onun məqsədi pedaqoji prosesdə səbəb-nə-
ticə
əlaqələrini, kəmiyyətlər arasındakı asılılığı öyrənməkdən,
yeni forma və metodların səmərəliliyini aşkara çıxarmaqdan və
s. ibarət ola bilər. Məqsədinə görə pedaqoji eksperimentin bir
neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı
eksperiment.
Təşkili formasına görə eksperiment üç cür olur: təbii (adi,
15
təbii şəraitdə keçirilir), laborator (laboratoriya
şəraitində keçi-
rilir) və kompleks eksperiment (həm təbii, həm də laborator
şəraitdə keçirilir). Eksperimentin təşkili üçün iki paralel sinif
(qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir
(eksperimental sinif və ya qrup), digərində isə ənənəvi qaydada
aparılır (kontrol sinif və ya qrup). Müəyyən müddətdən (1 rüb,
1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-
biri ilə müqayisə edilir. Eksperiment yaxşı
nəticə verərsə, onu
bir qədər geniş miqyasda aparmaq lazımdır.
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa
metodlarla (müşahidə, müsahibə, anket sorğusu və s.) əlaqələn-
dirmək mühüm şərtdir.
Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı,
təcrübi-eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu
zaman müəyyən proqram (plan) üzrə təcrübə işləri aparılır,
onların səmərəliliyi öyrənilir.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə
riyazi-statistik və
Dostları ilə paylaş: