21
texnik İnstitutu, 1952-ci ildə Rus Dili və Ədəbiyyatı İnstitutu,
1981-ci ildə Gəncə Texnologiya İnstitutu təsis olundu.
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqil-
liyini bərpa etdikdən sonra milli təhsil konsepsiyası hazırlandı,
Təhsil Qanunu qəbul edildi. 1992/93-cü dərs ilində ali və orta
ixtisas məktəblərinə qəbul test üsulu ilə həyata keçirildi.
XXI yüzilliyin başlanğıcında təhsil sistemində, o cümlə-
dən ali təhsildə islahatlara başlandı. Dövlət təhsil müəssisələri
ilə yanaşı qeyri-dövlət (özəl) ali məktəblər də yaradıldı. 2000-ci
ilin əvvəlində Azərbaycanda 18 qeyri-dövlət ali təhsil müəs-
sisəsi fəaliyyət göstərirdi.
Müstəqilliyin ilk illərində keçid dövrü ilə əlaqədar ali təh-
sil müəssisələrində müəyyən çətinliklər olsa da, sonrakı illərdə
respublikanın iqtisadi inkişafı ilə bağlı vəziyyət yaxşılaşdı: ali
məktəblərin maddi bazası möhkəmləndi, tədris binalarında
təmir-tikinti, abadlıq işləri aparıldı, yeni tədris korpusları inşa
edildi, tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin maddi
durumunun yaxşılaşdırılması üçün tədbirlər həyata keçirildi.
Ali məktəblərin bir çoxu yüksək göstəricilər əldə etdi.
Dostları ilə paylaş: